AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.10.1999
QEYDİYYAT NÖMRƏSİ
164
ADI
Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydasının və miqdarının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-10-1999, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 598)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.10.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydasının və miqdarının təsdiq edilməsi barədə

Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydasının və miqdarının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı" təsdiq edilsin (əlavə olunur). [1]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 15 oktyabr 1999-cu il
№ 164


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 15 oktyabr tarixli 164 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması

QAYDASI VƏ MİQDARI

1. Ümumİ müddəalar

1.1. Bu Qaydalar "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa və "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və yerin təki haqqında geoloji informasiyadan (bundan sonra - geoloji informasiya) istifadəyə görə haqqın alınması qaydasını və miqdarını müəyyən edir. [2]

1.2. Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilən miqdarda haqq alınır. Öz maliyyə vəsaitləri hesabına yerin təki haqqında geoloji və digər informasiya hazırlayan təşkilatlar, müəssisələr və vətəndaşlar yalnız özlərinin əldə etdikləri geoloji informasiyadan ödənişsiz istifadə edirlər. [3]

2. Geolojİ İnformasİyadan İstİfadəyə görə haqqın hesablanması metodİkası və mİqdarı [4]

2.1. Geoloji informasiyadan istifadəyə görə haqqın miqdarı geoloji informasiyanın əldə edilməsi üçün çəkilən xərclərin məbləği, ondan istifadənin formalarına uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - ETSN) tərəfindən hesablanır. [5]

2.2. ETSN-in Dövlət Geoloji İnformasiya Fondu ərizəçinin sifariş etdiyi ərazidə aparılmış bütün növ geoloji kəşfiyyat işlərinin kartoqramını və siyahısını (geoloji hesabatın adı, müəllifi və işlərin aparıldığı il göstərilməklə) tərtib edir və ona təqdim edir. [6]

2.3. Öyrənilmə kartoqramı 1:500000 - 1:200000 miqyaslarında (sahədən asılı olaraq) aşağıdakılar göstərilməklə tərtib olunur:

ərazinin konturları və künc nöqtələrinin coğrafi koordinatorları;

əvvəllər aparılmış bütün geoloji tədqiqatların konturları;

əvvəllər lisenziya və ya icazə verilmiş və hazırda fəaliyyətdə olan müəssisələrin dağ-mədən ayırma sahələrinin sərhədləri; [7]

fəaliyyətdə olan layihələrin konturları.

2.4. Geoloji informasiyadan istifadəyə görə haqqın miqdarı ərizəçinin seçdiyi geoloji kəşfiyyat işlərinə sərf edilən xərclərdən (keçmiş illərin məsrəflərinin cari dövrün qiymətlərinə müəyyən edilmiş qaydada uyğunlaşdırılmaqla) faizlə təyin olunur.

2.5. Geoloji informasiyadan istifadəyə görə haqqın miqdarı onun xarakterindən və ərazidə aparılmış geoloji kəşfiyyat işlərinin mərhələlərindən asılı olaraq aşağıdakı faiz dərəcələri ilə təyin olunur:

regional yönümlü geoloji informasiya - 1,5 faizə qədər;

axtarış yönümlü geoloji informasiya - 3,0 faizə qədər;

axtarış-qiymətləndirmə və keyfiyyət yönümlü geoloji informasiya - 5,0 faizə qədər.

3. Geolojİ İnformasİyadan İstİfadəyə görə haqqın alınması qaydası

3.1. Ərizəçi sifariş olunan geoloji informasiyadan istifadə formalarına və ondan istifadənin qayda və şərtlərinə uyğun olaraq ETSN tərəfindən hesablanmış geoloji informasiyadan istifadəyə görə haqqı ETSN-nin hesabına ödəyir. [8]

3.2. Sifariş olunan geoloji informasiya ərizəçiyə yalnız ondan istifadəyə görə haqq ödənildikdən sonra verilir.

3.3. Ərizəçi haqqı ödənilmiş geoloji informasiyadan imtina etdiyi halda, informasiyanın hazırlanmasına çəkilən xərclər çıxılmaqla, qalmış məbləğ geri qaytarılır.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49)
  2. 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)
  3. 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə 1-ci hissədən “və miqdarı” sözləri çıxarılmışdır.

 

[2] 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”nin adından “miqdarı” sözü, 1.1-ci bəndindən “və miqdarını” sözləri çıxarılmışdır.

 

[3] 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”nin 1.2-ci bəndin birinci cümləsinə “haqq” sözündən əvvəl “Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən edilən miqdarda” sözləri əlavə edilmişdir.

 

[4] 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”nin 2-ci hissə ləğv edilmişdir.

 

[5] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”nın 2.1-ci bəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (bundan sonra - Dövlətgeolkom)" sözləri "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra - ETSN)" sözləri ilə əvəz edilmişdir.

 

[6] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”nın 2.2-ci bəndində "Dövlətgeolkomun" sözü "ETSN-in" sözü ilə əvəz edilmişdir.

 

[7] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı»nın 2.3-cü bəndinin dördüncü abzasında «lisenziya» sözündən sonra «və ya icazə» sözləri əlavə edilmişdir

 

[8] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 49) ilə Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”nın 3.1-ci bəndində "Dövlətgeolkom" sözü "ETSN" sözü ilə əvəz edilmişdir.

14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Yerin təki haqqında geoloji informasiyadan istifadəyə görə haqqın alınması qaydası və miqdarı”nin 3.1-ci bənddən “geoloji informasiyadan istifadə formalarına və ondan istifadənin qayda və şərtlərinə uyğun olaraq ETSN tərəfindən hesablanmış” sözləri çıxarılmışdır və həmin bənddə “müvafiq hesaba” sözləri “ETSN-nin hesabına” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status