AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.11.1999
QEYDİYYAT NÖMRƏSİ
176
ADI
Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarlarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-1999, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 651)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.11.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Akvakulturanın həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarlarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin tələbləri və meyarları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ

Bakı şəhəri, 8 noyabr 1999-cu il
№ 176


 Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 8 noyabr tarixli 176 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR.

 

Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsinin

TӘLӘBLӘRİ və meyarları

 

 Geoloji-kəşfiyyat işlərinin üç mərhələsində (axtarış-qiymətləndirmə, ilkin kəşfiyyat və dəqiq kəşfiyyat) faydalı qazıntı yataqlarının  geoloji-iqtisadi qiymətləndirilməsi tələb olunur.

 Axtarış-qiymətləndirmə işlərinin nəticəsində faydalı qazıntı yatağının gələcəkdə sənaye əhəmiyyəti kəsb edə biləcəyini qiymətləndirən və C2  kateqoriyası üzrə ehtiyatların hesablanmasını əsaslandıran Texniki-İqtisadi Mülahizə (TİM) hazırlanır.

 İlkin kəşfiyyat işlərinin nəticəsi olaraq faydalı qazıntı yatağının sənaye əhəmiyyəti qiymətləndirilir, ehtiyatların C1+C2 kateqoriyaları üzrə  hesablanması üçün müvəqqəti kondisiya layihəsi tərtib edilir. Bütün bunlar faydalı qazıntı yatağında dəqiq kəşfiyyat işlərinin aparılmasını  əsaslandıran Texniki-İqtisadi Məruzə (TİMr) və müvəqqəti kondisiya layihəsində öz əksini tapır .

 Dəqiq kəşfiyyat işlərinin nəticəsində isə faydalı qazıntı yatağının sənaye istismarına həzır olması müəyyən edilir və sənaye kateqoriyaları üzrə  (A+V+C1) onun ehtiyatları hesablanır. Bu halda faydalı qazıntı yatağı üzrə Texniki-İqtisadi Əsaslandırma (TİƏ) və daimi kondisiya layihəsi  hazırlanır və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dövlət ekspertizası keçirildikdən və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyası tərəfindən təsdiq edildikdən sonra yataq üzrə faydalı qazıntının sənaye ehtiyatlarının hesablanmasında əsas götürülür. [1]

 Texniki-İqtisadi Mülahizənin, Texniki-İqtisadi Məruzənin və Texniki-İqtisadi Əsaslandırmanın hazırlanmasına olan tələblər müvafiq  təlimatlarla tənzimlənir.

 Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymətləndirilməsi faydalı qazıntının növündən və yatağın tipindən asılı olaraq müxtəlif olub,  aşağıdakı əsas texniki-iqtisadi göstəricilərdən (meyarlardan) ibarətdir:

 faydalı qazıntının ehtiyatları (kəşf edilmiş, sənaye və istismar);

  komponentlərin ehtiyatları;

  komponentlərin ehtiyatlarda orta miqdarı;

  itkilər;

  kasadlaşma;

  müəssisənin illik gücü (məhsulun növləri üzrə);

  yataqüstü örtük süxurlarının əmsalı;

  xammalın zənginləşdirmə göstəriciləri;

  müəssisənin ehtiyatlarla təmin olunma müddəti;

  sənaye tikintisinə kapital qoyuluşu;

  faydalı qazıntının illik hasilatının bir tonuna (kub metr) düşən kapital qoyuluşunun xüsusi çəkisi;

  istehsalat fondları (əsas+dövriyyə);

  illik istismar xərcləri;

  faydalı qazıntının 1 tonuna (kub metr) düşən istismar xərcləri;

  əmtəə məhsulu vahidinin maya dəyəri;

  əmtəə məhsulu vahidinin topdan satış qiyməti;

  əmtəə məhsulunun dəyəri (illik və bütün istismar müddətinə);

  gəlir (illik və bütün istismar müddətinə);

  istehsalat fondlarına rentabellik səviyyəsi;

  sənaye tikintisinə kapital qoyuluşunun ödənilmə müddəti;

  ümumi kapital qoyuluşunun ödənilmə müddəti.

 Faydalı qazıntıların növündən, yatağın tipindən, hasilatın texnoloji xüsusiyyətindən, xammalın emalı və əmtəə məhsulunun buraxılışından  və yatağın istismarının konkret şərtlərindən asılı olaraq texniki-iqtisadi göstəricilərin siyahısı dəqiqləşdirilir.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 14 iyul 2020-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 981)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 iyul 2020-ci il tarixli 251 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 981) ilə “Faydalı qazıntı yataqlarının geoloji-iqtisadi qiymət-ləndirilməsinin tәlәblәri və meyarları”nın dördüncü hissəsinin ikinci cümləsində “Faydalı Qazıntılar üzrə Komissiya” sözləri “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” sözləri ilə əvəz edilsin və həmin cümləyə “təsdiq” sözündən əvvəl “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyası tərəfindən” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status