AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.04.2015
QEYDİYYAT NÖMRƏSİ
109
ADI
Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2015, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 476)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.04.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
420.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.04.2015
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 2.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi adlandırılsın. [1]

2. Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu yaradılsın.

3. Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu yaradılsın.

4. Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, Arıçılıq laboratoriyasının, Yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental-İstehsalat Faxralı Təcrübə şöbəsinin bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu yaradılsın.

5. Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun Biotexnologiya və xəstəlik-zərərvericilərə nəzarət laboratoriyasının, Biomüxtəlifliyin qorunması və genetika laboratoriyasının və Bioinformatika laboratoriyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılsın.

6. Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs adlandırılsın. [2]

7. Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılsın.

8. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu adlandırılsın.

9. Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu adlandırılsın.

10. Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutunun adı dəyişdirilərək, Aqromexanika Elmi-Tədqiqat İnstitutu adlandırılsın və Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyinə verilsin.

11. Gəncə Layihə Axtarış Kimyalaşdırma Stansiyası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilsin.

12. Gəncə Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzi adlandırılsın.

13. Kürdəmir Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzi adlandırılsın.

14. Beyləqan Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Beyləqan Aqrar Elm və İnnovasiya Mərkəzi adlandırılsın.

15. Tərtər Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Tərtər Aqrar Elm və İnnovasiya Mərkəzi adlandırılsın.

16. Şəki Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi adlandırılsın.

17. Salyan Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzi adlandırılsın.

18. Quba Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Quba Regional Aqrar Elm və İnnovasiya Mərkəzi adlandırılsın.

19. Lənkəran Regional Aqrar Elm Mərkəzinin adı dəyişdirilərək, Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzi adlandırılsın.

20. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.

21. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 17 aprel 2015-ci il

                  № 109

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 avqust 2018-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 avqust 2018-ci il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1805)

2.       30 avqust 2019-cu il tarixli 378 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1483)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 avqust 2018-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 avqust 2018-ci il, № 182, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1805) ilə 1-ci, 12-19-cu hissələrdə “Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi” sözləri “Aqrar Elm və İnnovasiya Mərkəzi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 30 avqust 2019-cu il tarixli 378 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1483) ilə 6-cı hissəsində “Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” sözləri “Nazirliyinin tabeliyində Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status