AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.06.2014
QEYDİYYAT NÖMRƏSİ
183
ADI
“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 13-06-2014, Nəşr nömrəsi: 124), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2014, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 738)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.06.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201406060183
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
13.06.2014
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 6 iyun 2014-cü il

                № 183


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı [2]

 

Q A Y D A L A R

 

1. Ümumi müddəa

 

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydalarını, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat formasını, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaları müəyyən edir.

 

2. Əmək müqaviləsi bildirişinin formaları

 

2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. [3]

2.1-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanılması elektron informasiya sistemində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. [4]

2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir:

2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun); [5]

2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun);

2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun).

 

3. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi

 

3.1. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir.

3.2. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. [6]

3.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsini nəzərə alaraq, bu Məcəllə qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanılmış və yazılı formada tərtib edilməmiş əmək müqavilələri, onlarda şifahi formada dəyişikliklərin edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan müvafiq əmək müqaviləsi bildirişi formasında daxil edilir.

3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

3.5. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. [7]

3.6. Bir şəxsə bir neçə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi səlahiyyəti verildikdə, səlahiyyət verilən şəxsə sistem vasitəsilə müəyyən edilmiş siyahıda müvafiq işəgötürəni seçdikdən sonra əmək müqaviləsi bildirişinin qeydiyyatını aparmaq imkanı veriləcəkdir.

 

4. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi

 

4.1. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil edilərkən gücləndirilmiş elektron imzaya əsasən işəgötürən barəsində aşağıdakı məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və əmək müqaviləsi bildirişinə daxil edilir:

4.1.1. işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda:

4.1.1.1. dövlət orqanının və ya hüquqi şəxsin adı;

4.1.1.2. sığortaedənin uçot nömrəsi (SUN);

4.1.1.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

4.1.1.4. hüquqi ünvanı, faktiki ünvanı, əlaqə telefonları;

4.1.2. işəgötürən fiziki şəxs olduqda:

4.1.2.1. soyadı, adı, atasının adı;

4.1.2.2. sığortaedənin uçot nömrəsi (SUN);

4.1.2.3. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

4.1.2.4. qeydiyyatda olduğu ünvanı, əlaqə telefonları;

4.1.2.5. şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

4.1.2.6. sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN); [8]

4.1.2.7. fərdi identifikasiya nömrəsi (FİN).

4.2. İşçinin fərdi identifikasiya nömrəsi (FİN) əmək müqaviləsi bildirişində müvafiq sahəyə daxil edilərkən istifadə olunan informasiya ehtiyatlarında ona aid məlumat aşkar olunduqda, aşağıdakı məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən edilir və əmək müqaviləsi bildirişində göstərilir:

4.2.1. işçinin soyadı, adı, atasının adı;

4.2.2. vətəndaşlığı;

4.2.3. şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

4.2.4. ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, sosial sığorta nömrəsi (SSN); [9]

4.2.5. fərdi identifikasiya nömrəsi (FİN);

4.2.6. doğum tarixi;

4.2.7. işçinin qeydiyyatda olduğu ünvan;

4.2.8. cinsi.

4.3. Sistem tərəfindən avtomatik rejimdə müəyyən edilən məlumatlarla yanaşı, əmək müqaviləsi bildirişinə avtomatik rejimdə daxil olunmayan aşağıdakı məlumatlar daxil edilir:

4.3.1. işəgötürənin səlahiyyətlərini həyata keçirən şəxsin (şəxslərin) vəzifəsi, soyadı, adı, atasının adı;

4.3.2. vəzifəli şəxsin fərdi identifikasiya nömrəsi (FİN);

4.3.3. vəzifəli şəxsin şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası və nömrəsi, verildiyi tarix və sənədi verən orqanın adı;

4.3.4. işçinin yaşadığı ünvan, əlaqə telefonları;

4.3.5. iş yerinin adı;

4.3.6. iş yerinin əsas və ya əlavə olması barədə qeyd;

4.3.7. işçinin vəzifəsinin (peşəsinin) adı;

4.3.8. əmək müqaviləsinin bağlanıldığı tarix (elektron informasiya sistemi istifadəyə verilən tarixdən sonra bağlanılmış əmək müqavilələri istisna olmaqla);

4.3.9. əmək müqaviləsinin növü (müddətli və ya müddətsiz);

4.3.10. müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix;

4.3.11. işçinin aylıq əməkhaqqının məbləği (manatla);

4.3.12. əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd.

4.4. Əmək müqaviləsinin bağlanılması ilə bağlı müəyyən məlumatlar elektron informasiya sistemi vasitəsilə əmək müqaviləsi bildirişinə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 1 və 2 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1(bir) iş günündən gec olmayaraq, sistem vasitəsilə işəgötürənə elektron qaydada bu Qaydaların 6 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir;

4.5. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə elektron qaydada məlumat göndərilir. [10]

 

5. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi

 

5.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə uyğun olaraq tərəflərin razılığı ilə əmək müqaviləsində dəyişiklik edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə məlumatların ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilir.

5.2. Əmək müqaviləsində göstərilən, lakin “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməyən məlumat və şərtlərlə bağlı əmək müqaviləsində dəyişikliklər edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə müvafiq sahədə bununla bağlı əvvəlki və dəyişiklik edilən məlumat və şərtlər daxil edilir.

5.3. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı müəyyən məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 3 və 4 nömrəli əlavələrində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1(bir) iş günündən gec olmayaraq, işəgötürənə sistem vasitəsilə bu Qaydaların 7 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.

 

6. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi

 

6.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə, aşağıdakı məlumatlar elektron informasiya sistemi vasitəsilə “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilir:

6.1.1. əmək müqaviləsinə xitam verilməsi barədə əmrin nömrəsi və tarixi;

6.1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası;

6.1.3. işəgötürənin adı;

6.1.4. işçinin soyadı, adı, atasının adı;

6.1.5. işçinin fərdi identifikasiya nömrəsi (FİN);

6.1.6. “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi”nin nömrəsi və tarixi.

6.2. Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir.

 

7. Əmək müqaviləsi bildirişlərinin və onlarla bağlı məlumatların real vaxt rejimində əldə olunması

 

7.1. İşçinin onunla bağlı qeydiyyata alınmış müvafiq əmək müqaviləsi bildirişinin ( bildirişlərinin) məlumatlarını real vaxt rejimində əldə etmək imkanları elektron informasiya sistemi vasitəsilə təmin olunur. Hər bir işçi onunla bağlı müvafiq əmək müqaviləsi bildirişinin məlumatlarını “Elektron hökumət” portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə “Əmək müqaviləsi bildirişlərinin məlumatlarının işçilər tərəfindən əldə edilməsi” xidmətini seçərək, özü barədə müvafiq məlumatı əldə edə bilər.

7.2. İşəgötürənə elektron informasiya sistemi vasitəsilə ona aid olan əmək müqaviləsi bildirişlərinin və bu bildirişlərlə bağlı göndərilən məlumatların reyestrinə baxmaq və onları çap etmək imkanı yaradılır.

7.3. Elektron informasiya sistemi işəgötürənlərin və işçilərin digər işəgötürən və işçilər barədə sistemdən məlumat almasına imkan yaratmır.

 

8. Yekun müddəalar

 

8.1. Bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır.

8.2. Elektron informasiya sistemi vasitəsilə bu Qaydalarla müəyyən edilmiş əmək müqaviləsi bildirişlərinə və məlumat formalarına qeyri-müəyyən məlumatların daxil edilməsinə məhdudiyyətlər qoyulur və sistem tərəfindən məlumat qəbul edilmədikdə bununla bağlı dərhal müvafiq məlumat göstərilir.

8.3. Elektron informasiya sistemində qeydiyyata alınmış məlumatların məlumat bazasında saxlanılması müddəti məhdudlaşdırılmır.

 


 

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a [11]

1 nömrəli əlavə

 

ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANILMASI İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

№__________

Tarix___________

Dövlət orqanı və ya hüquqi şəxs olan işəgötürən barədə məlumatlar [12]

Dövlət orqanı və ya hüquqi şəxsin tam adı:

SUN:                                                                                       VÖEN:

Hüquqi ünvanı:

Faktiki ünvanı:

Əlaqə telefonları:

İşəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs barədə məlumat

Vəzifəsi:            

Soyadı:                                                   Adı:                                        Atasının adı: 

FİN:      

Şəxsiyyətini təsdiq edən sənədin

adı:                                                                                    seriyası və nömrəsi:  

verildiyi tarix:                                                                     sənədi verən orqanın adı:

İşçi barədə məlumat

Şəkil

Soyadı:                                                     Adı:                 Atasının adı:

Vətəndaşlığı:                                            Cinsi:

Şəxsiyyətini təsdiq edən sənədin

adı:                                                                    seriyası və nömrəsi:   

verildiyi tarix:                                                    sənədi verən orqanın adı:

SSN:                                                                  FİN:

Doğum tarixi:

Qeydiyyatda olduğu ünvanı:

Yaşadığı ünvanı:

Əlaqə telefonları:

İş yeri barədə məlumatlar

İş yerinin adı:

İş yerinin  əsas və ya əlavə olması barədə qeyd:

İşçinin vəzifəsinin (peşəsinin) adı:

Digər məlumatlar

Əmək müqaviləsinin bağlandığı tarix:

Əmək müqaviləsinin növü:

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd:

İşçinin aylıq əməkhaqqının məbləği (manatla):

 

Çap tarixi: dd.mm.yyyyhh:mm

 


 

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

2 nömrəli əlavə

 

ƏMƏK MÜQAVİLƏSİNİN BAĞLANILMASI İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

№__________

Tarix___________

Fiziki şəxs olan işəgötürən barədə məlumatlar

Soyadı:                                                        Adı:                                  Atasının adı:

SUN:                                                           VÖEN:

Qeydiyyatda olduğu ünvanı:

Əlaqə telefonları:

SSN:                                                            FİN:                                     

Şəxsiyyətini təsdiq edən sənədin

adı:                                                                                  seriyası və nömrəsi:  

verildiyi tarix:                                                                   sənədi verən orqanın adı:

İşçi barədə məlumat

Şəkil

Soyadı:                                               Adı:                              Atasının adı:

Vətəndaşlığı:                                                                          Cinsi:

Şəxsiyyətini təsdiq edən sənədin adı:                 seriyası və nömrəsi:  

verildiyi tarix:                                                       sənədi verən orqanın adı:

SSN:                                                                     FİN:

Doğum tarixi:

Qeydiyyatda olduğu ünvanı:

Yaşadığı ünvanı:

Əlaqə telefonları:

İş yeri barədə məlumatlar

İş yerinin adı:

İş yerinin  əsas və ya əlavə olması barədə qeyd:

İşçinin vəzifəsinin (peşəsinin) adı:

Digər məlumatlar

Əmək müqaviləsinin bağlanıldığı tarix:

Əmək müqaviləsinin növü:

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd:

İşçinin aylıq əməkhaqqının məbləği (manatla):

 

Çap tarixi: dd.mm.yyyyhh:mm

 


 

Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

3 nömrəli əlavə

 

ƏMƏK MÜQAVİLƏSİNDƏ DƏYİŞİKLİK EDİLMƏSİ İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

№__________

Tarix___________

Dövlət orqanı və ya hüquqi şəxs olan işəgötürən barədə məlumatlar

Dövlət orqanı və ya hüquqi şəxsin tam adı: məlumat

                                      əvvəlki məlumat

SUN: məlumat                                                                         VÖEN: məlumat

Hüquqi ünvanı: məlumat

                         əvvəlki məlumat

Faktiki ünvanı:  məlumat

                         əvvəlki məlumat

Əlaqə telefonları: məlumat

                             əvvəlki məlumat

İşəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs barədə məlumat

Vəzifəsi: məlumat

               əvvəlki məlumat

Soyadı:  məlumat                 Adı: məlumat                    Atasının adı: məlumat

              əvvəlki məlumat             əvvəlki məlumat                              əvvəlki məlumat

FİN: məlumat

       əvvəlki məlumat         

Şəxsiyyətini təsdiq edən sənədin

adı:  məlumat                                             seriyası və nömrəsi: məlumat

        əvvəlki məlumat                                                                    əvvəlki məlumat

verildiyi tarix:  məlumat                             sənədi verən orqanın adı:  məlumat

                      əvvəlki məlumat                                                              əvvəlki məlumat

İşçi barədə məlumat

Şəkil

Soyadı: məlumat                 Adı: məlumat           Atasının adı: məlumat

             əvvəlki məlumat              əvvəlki məlumat                   əvvəlki məlumat

Vətəndaşlığı: məlumat                  Cinsi: məlumat

                      əvvəlki məlumat

Şəxsiyyətini təsdiq edən sənədin

adı: məlumat                            seriyası və nömrəsi: məlumat

       əvvəlki məlumat                                                  əvvəlki məlumat     

 

verildiyi tarix: məlumat            sənədi verən orqanın adı: məlumat

                     əvvəlki məlumat                                             əvvəlki məlumat

 

SSN:   məlumat                                                       FİN: məlumat

Doğum tarixi: məlumat

 

Qeydiyyatda olduğu ünvanı:  məlumat

                                              əvvəlki məlumat

Yaşadığı ünvanı: məlumat

                           əvvəlki məlumat

Əlaqə telefonları: məlumat

                             əvvəlki məlumat

 

İş yeri barədə məlumatlar

İş yerinin adı: məlumat

                      əvvəlki məlumat

İş yerinin  əsas və ya əlavə olması barədə qeyd: məlumat

                                                                              əvvəlki məlumat

İşçinin vəzifəsinin (peşəsinin) adı: məlumat

                                                     əvvəlki məlumat

Digər məlumatlar

Əmək müqaviləsinin bağlandığı tarix: məlumat

                                                             əvvəlki məlumat

Əmək müqaviləsinin növü: məlumat

                                           əvvəlki məlumat

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix: məlumat

                                                                                              əvvəlki məlumat

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd: məlumat

əvvəlki məlumat

İşçinin aylıq əməkhaqqının məbləği (manatla): məlumat

                                                                          əvvəlki məlumat

Əmək müqaviləsində edilən digər dəyişikliklərin qısa məzmunu:

Əvvəlki:

Dəyişiklik:

 

 

Çap tarixi: dd.mm.yyyyhh:mm

 


 

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

4 nömrəli əlavə

 

ƏMƏK MÜQAVİLƏSİNDƏ DƏYİŞİKLİK EDİLMƏSİ İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

№__________

Tarix___________

Fiziki şəxs olan işəgötürən barədə məlumatlar

Soyadı: məlumat            Adı: məlumat                Atasının adı: məlumat

            əvvəlki məlumat         əvvəlki məlumat                           əvvəlki məlumat 

SUN: məlumat                                                                         VÖEN: məlumat

Qeydiyyatda olduğu ünvanı: məlumat

                                              əvvəlki məlumat

Əlaqə telefonları: məlumat

                             əvvəlki məlumat

SSN:   məlumat                                           FİN: məlumat    

Şəxsiyyətini təsdiq edən sənədin

adı: məlumat                                                seriyası və nömrəsi:  məlumat

       əvvəlki məlumat                                                                      əvvəlki məlumat

verildiyi tarix: məlumat                                sənədi verən orqanın adı: məlumat

                      əvvəlki məlumat                                                               əvvəlki məlumat

İşçi barədə məlumat

Şəkil

Soyadı:  məlumat           Adı: məlumat                Atasının adı: məlumat

              əvvəlki məlumat        əvvəlki məlumat                        əvvəlki məlumat

Vətəndaşlığı:  məlumat                                         Cinsi: məlumat

                       əvvəlki məlumat

Şəxsiyyətini təsdiq edən sənədin

adı:  məlumat                                    seriyası və nömrəsi: məlumat

        əvvəlki məlumat                                                          əvvəlki məlumat

verildiyi tarix: məlumat         sənədi verən orqanın adı: məlumat

          əvvəlki məlumat                                     əvvəlki məlumat

SSN: məlumat                                                 FİN: məlumat

Doğum tarixi: məlumat

Qeydiyyatda olduğu ünvanı:  məlumat

                                               əvvəlki məlumat

Yaşadığı ünvanı:   məlumat

                             əvvəlki məlumat

Əlaqə telefonları: məlumat

                             əvvəlki məlumat

 

İş yeri barədə məlumatlar

İş yerinin adı:  məlumat

                       əvvəlki məlumat

İş yerinin  əsas və ya əlavə olması barədə qeyd:  məlumat

                                                                              əvvəlki məlumat

İşçinin vəzifəsinin (peşəsinin) adı: məlumat

                                                      əvvəlki məlumat

Digər məlumatlar

Əmək müqaviləsinin bağlanıldığı tarix: məlumat

                                                               əvvəlki məlumat

Əmək müqaviləsinin növü: məlumat

                                            əvvəlki məlumat

Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:  məlumat

                                                                                               əvvəlki məlumat

Əməyin ödənilməsi formasının işəmuzd və ya vaxtamuzd olması barədə qeyd: məlumat

əvvəlki məlumat

İşçinin aylıq əməkhaqqının məbləği (manatla):  məlumat

                                                                            əvvəlki məlumat

Əmək müqaviləsində edilən digər dəyişikliklərin qısa məzmunu:

Əvvəlki:

Dəyişiklik:

 

 

Çap tarixi: dd.mm.yyyyhh:mm

 


 

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

5 nömrəli əlavə

 

ƏMƏK MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ İLƏ

BAĞLI ƏMƏK MÜQAVİLƏSİ

B İ L D İ R İ Ş İ

№__________

Tarix___________

1. Əmək müqaviləsinə xitam verilmişdir:

1.1. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin nömrəsi və tarixi:

1.2. əmək müqaviləsinə xitam verilməsinin əsası:

 

2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı aşağıda qeyd olunan əmək müqaviləsi bildirişi ləğv edilmişdir:

2.1. işəgötürənin adı:

2.2. işçinin soyadı, adı, atasının adı:

2.3. işçinin FİN:

2.3. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin nömrəsi:

2.4. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi:

Çap tarixi: dd.mm.yyyyhh:mm

 


 

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

6 nömrəli əlavə

 

Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi

bildirişinin qeydiyyata alınmasına dair

MƏLUMAT

№ ____

tarix __________

 

 

İşəgötürənlə ___________________________________________________________________

          (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda adı, fiziki şəxs

           olduqda adı, atasının adı və soyadı) [13]

 

 

_________________________________________________________________________________

(işəgötürənin səlahiyyətli şəxsinin adı, atasının adı və soyadı)

İşçi

_________________________________________________________________________________

(işçinin adı, atasının adı və soyadı)

arasında bağlanılmış əmək müqaviləsi “___” ___________ tarixli _____ nömrəli “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır.

 


 

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

7 nömrəli əlavə

 

 

 

Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair

MƏLUMAT

№ ____

 

tarix___________

 

 

İşəgötürənlə ___________________________________________________________________

                          (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda adı,

                          atasının adı və soyadı)

_________________________________________________________________________________

(işəgötürənin  səlahiyyətli şəxsinin adı, atasının adı və soyadı)

İşçi

__________________________________________________________________________________

(işçinin adı, atasının adı və soyadı)

arasında bağlanılmış əmək müqaviləsində dəyişiklik “___” __________ tarixli ____ nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır.

 

 

 


 

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a

8 nömrəli əlavə

 

Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair

MƏLUMAT

№ ____

tarix   _______

 

 

İşəgötürənlə _________________________________________________________________________

                             (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda

                             adı, atasının adı və soyadı)

______________________________________________________________________________________

(işəgötürənin səlahiyyətli şəxsinin adı, atasının adı və soyadı)

İşçi

______________________________________________________________________________________

(işçinin adı, atasının adı və soyadı)

arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi “___” __________ tarixli ____ nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       04 may 2015-ci il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 651)

2.       26 may 2015-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 780)

3.       26 aprel 2019-cu il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 781)

4.       15 iyul 2019-cu il tarixli 307 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1330)

5.       13 sentyabr 2021-ci il tarixli 260 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 04 may 2015-ci il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 651) ilə adına və ikinci abzasına “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri əlavə edilmişdir.

26 aprel 2019-cu il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 781) ilə adından və birinci hissəsindən “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılmışdır və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilmişdir.

 

[2] 04 may 2015-ci il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 651) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ının adına, 1.1-ci, 2.1-ci bəndlərinə, 3-cü hissəsinə, 3.1-3.3-cü, 5.3-cü, 6.2-ci və 8.1-ci bəndlərinə “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri əlavə edilmişdir.

26 aprel 2019-cu il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 781) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın adından və 1.1-ci bəndindən “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılmışdır və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilmişdir.

 

[3] 15 iyul 2019-cu il tarixli 307 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1330) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ının 2.1-ci bəndinə “Nazirliyinin” sözündən sonra “mərkəzləşdirilmiş” sözü əlavə edilmişdir.

 

[4] 26 aprel 2019-cu il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 781) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ına yeni məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir.

 

[5] 26 may 2015-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 780) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ının 2.2.1-ci, 2.2.2-ci, 4.1.1-ci və 4.1.1.1-ci yarımbəndlərdə ismin müvafiq hallarında “hüquqi şəxs” sözləri ismin müvafiq hallarında “dövlət orqanı və ya hüquqi şəxs” sözləri ilə əvəz edilmişdir.

 

[6] 26 aprel 2019-cu il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 781) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ının 3.2-ci bəndinə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin” sözlərindən əvvəl “Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və” sözləri əlavə edilmişdir.

 

[7] 26 may 2015-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 780) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ının 3.5-ci bənddə “hüquqi şəxslərlə” sözləri “dövlət orqanları və ya hüquqi şəxslərlə” sözləri ilə əvəz edilmişdir.

 

[8] 13 sentyabr 2021-ci il tarixli 260 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 4.1.2.6-cı yarımbənddən “şəhadətnaməsinin” sözü çıxarılmışdır.

 

[9] 13 sentyabr 2021-ci il tarixli 260 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 4.2.4-cü yarımbənddə “dövlət sosial sığorta şəhadətnaməsinin” sözləri “sosial sığorta” sözləri ilə əvəz edilmişdir.

 

[10] 26 aprel 2019-cu il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 781) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ının 4.4-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 4.5-ci bənd əlavə edilmişdir.

 

[11] 04 may 2015-ci il tarixli 165 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 651) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ının 1, 2, 3, 4, 5, 6, 7 və 8 nömrəli əlavələrin adına “elektron informasiya sisteminə” sözlərindən sonra “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri əlavə edilmişdir.

26 aprel 2019-cu il tarixli 191 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 781) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a 1-8 nömrəli əlavələrin adlarından “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılmışdır və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilmişdir.

 

[12] 26 may 2015-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 780) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ının 1 və 3 nömrəli əlavələrində ismin müvafiq hallarında “Hüquqi şəxs” sözləri ismin müvafiq hallarında “Dövlət orqanı və ya hüquqi şəxs” sözləri ilə əvəz edilmişdir.

 

[13] 26 may 2015-ci il tarixli 205 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 07 iyun 2015-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №06, maddə 780) ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ının 6, 7 və 8 nömrəli əlavələrində “hüquqi şəxs” sözləri “dövlət orqanı və ya hüquqi şəxs” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status