AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
29.08.2013
QEYDİYYAT NÖMRƏSİ
973
ADI
Sosial müavinətlərin məbləğinin artırılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 30-08-2013, Nəşr nömrəsi: 188), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2013, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 916)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.09.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201308290973
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.08.2013
Sosial müavinətlərin məbləğinin artırılması haqqında

Sosial müavinətlərin məbləğinin artırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilsin: [1]

1.1. Aylıq müavinətlər:

1.1.1. Yaşa görə müavinət — 130 manat; [2]

1.1.2. Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:

I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat; [3]

1.1.3. əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə:

I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat; [4]

1.1.4. əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə:

I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat; [5]

1.1.5. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət — 150 manat; [6]

1.1.6. ailə başçısını itirməyə görə müavinət — 80 manat; [7]

1.1.7. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət — 55 manat; [8]

1.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət — 100 manat; [9]

1.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət — 100 manat; [10]

1.1.10. bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət — 55 manat; [11]

1.1.11. bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət:

1.1.11.1. şəhid uşaqlarına — 21 manat; [12]

1.1.11.2. müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına — 15 manat; [13]

1.1.12. övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət:

1. övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə – 160 manat;

2. övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə – 480 manat. [14]

1.2. Birdəfəlik müavinətlər:

1.2.1. radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət — 237 manat; [15]

1.2.2. uşağın anadan olmasına görə müavinət — 200 manat; [16]

1.2.3. dəfn üçün müavinət — 300 manat. [17]

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 dekabr tarixli 567 nömrəli Fərmanı, “Əhalinin bəzi kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 dekabr tarixli 568 nömrəli Fərmanı (3-cü hissəsi istisna olmaqla), “Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 324 nömrəli Fərmanı (3-cü hissəsi istisna olmaqla), “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 514 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilsin.

4. Bu Fərman 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 avqust 2013-cü il

    № 973

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 mart 2014-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 mart 2014-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 3, maddə 251)

2.       19 yanvar 2016-cı il tarixli 747 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 yanvar 2016-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 1, maddə 69)

3.       5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454)

  1. 15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640)
  2. 24 noyabr 2020-ci il tarixli 1192 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1361)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 yanvar 2016-cı il tarixli 747 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 yanvar 2016-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-ci il, № 1, maddə 69) ilə 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılmışdır.

 

[2] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.1.1-ci yarımbənddə “ 60 rəqəmləri “ 73 rəqəmləri ilə əvəz edilmişdir.

15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640) ilə 1.1.1-ci yarımbənddə “ 73 rəqəmləri “ 130 rəqəmləri ilə əvəz edilmişdir.

 

[3] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.1.2-ci yarımbəndin ikinci abzasında “ 67 rəqəmləri “ 82 rəqəmləri ilə, üçüncü abzasında “ 50 rəqəmləri “ 61 rəqəmləri ilə, dördüncü abzasında “ 43 rəqəmləri “ 52 rəqəmləri ilə əvəz edilmişdir.

15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640) ilə 1.1.2-ci yarımbəndin ikinci — dördüncü abzasları yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I qrup əlillərə — 82 manat

II qrup əlillərə — 61 manat

III qrup əlillərə — 52 manat;

 

[4] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.1.3-cü yarımbəndin ikinci abzasında “ 83 rəqəmləri “ 101 rəqəmləri ilə, üçüncü abzasında “ 66 rəqəmləri “ 81 rəqəmləri ilə, dördüncü abzasında “ 60 rəqəmləri “ 73 rəqəmləri ilə əvəz edilmişdir.

15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640) ilə 1.1.3-cü yarımbəndin ikinci — dördüncü abzasları yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I qrup əlillərə — 101 manat

II qrup əlillərə — 81 manat

III qrup əlillərə — 73 manat;

 

[5] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.1.4-cü yarımbəndin ikinci abzasında “ 77 rəqəmləri “ 94 rəqəmləri ilə, üçüncü abzasında “ 66 rəqəmləri “ 81 rəqəmləri ilə, dördüncü abzasında “ 50 rəqəmləri “ 61 rəqəmləri ilə əvəz edilmişdir.

15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640) ilə 1.1.4-cü yarımbəndin ikinci — dördüncü abzasları yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

I qrup əlillərə — 94 manat

II qrup əlillərə — 81 manat

III qrup əlillərə — 61 manat;

 

[6] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.1.5-ci yarımbənddə “ 67 rəqəmləri “ 82 rəqəmləri ilə əvəz edilmişdir.

15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640) ilə 1.1.5-ci yarımbənddə “ 82 rəqəmləri “ 150 rəqəmləri ilə əvəz edilmişdir.

 

[7] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.1.6-cı yarımbənddə “ 55 rəqəmləri “ 68 rəqəmləri ilə əvəz edilmişdir.

15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640) ilə 1.1.6-cı yarımbənddə “ 68 rəqəmləri “ 80 rəqəmləri ilə əvəz edilmişdir.

 

[8] 17 mart 2014-cü il tarixli 130 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 mart 2014-cü il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 3, maddə 251) ilə 1.1.7-ci yarımbəndində “ 37 rəqəmləri “ 45 rəqəmləri ilə əvəz edilmişdir.

5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.1.7-ci yarımbənddə “ 45 rəqəmləri “ 55 rəqəmləri ilə əvəz edilmişdir.

15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640) ilə 1.1.7-ci yarımbənd ləğv edilmişdir.

 

[9] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.1.8-ci yarımbənddə “ 55 rəqəmləri “ 68 rəqəmləri ilə əvəz edilmişdir.

15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640) ilə 1.1.8-ci yarımbənddə “ 68 rəqəmləri “ 100 rəqəmləri ilə əvəz edilmişdir.

 

[10] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.1.9-cu yarımbənddə “ 50 rəqəmləri “ 61 rəqəmləri ilə əvəz edilmişdir.

15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640) ilə 1.1.9-cu yarımbənddə “ 61 rəqəmləri “ 100 rəqəmləri ilə əvəz edilmişdir.

 

[11] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.1.10-cu yarımbənddə “ 45 rəqəmləri “ 55 rəqəmləri ilə əvəz edilmişdir.

 

[12] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.1.11.1-ci yarımbənddə “ 17 rəqəmləri “ 21 rəqəmləri ilə əvəz edilmişdir.

 

[13] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.1.11.2-ci yarımbənddə “ 12 rəqəmləri “ 15 rəqəmləri ilə əvəz edilmişdir.

15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640) ilə 1.1.11.2-ci yarımbənddə “müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş” sözləri “müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[14] 24 noyabr 2020-ci il tarixli 1192 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1361) ilə 1.1.11.2-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.1.12-ci yarımbənd əlavə edilmişdir.

 

[15] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.2.1-ci yarımbənddə “ 195 rəqəmləri “ 237 rəqəmləri ilə əvəz edilmişdir.

 

[16] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.2.2-ci yarımbənddə “ 90 rəqəmləri “ 109 rəqəmləri ilə əvəz edilmişdir.

15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640) ilə 1.2.2-ci yarımbənddə “ 109 rəqəmləri “ 200 rəqəmləri ilə əvəz edilmişdir.

 

[17] 5 iyul 2018-ci il tarixli 168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, I kitab, maddə 1454) ilə 1.2.3-cü yarımbənddə “ 120 rəqəmləri “ 146 rəqəmləri ilə əvəz edilmişdir.

15 aprel 2019-cu il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 640) ilə 1.2.3-cü yarımbənddə “ 146 rəqəmləri “ 300 rəqəmləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status