AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
24.06.2013
QEYDİYYAT NÖMRƏSİ
2966
ADI
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 25-06-2013, Nəşr nömrəsi: 136), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2013, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 704)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.06.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.020.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201306242966
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.06.2013
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamla təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilsin.

3. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına tapşırılsın ki, bu Sərəncamla təsdiq edilən Dövlət Proqramının icrası sahəsində görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2013-cü il

   № 2966

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün

 

DÖVLƏT PROQRAMI

 

1. Giriş

 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və başqa sahələrdə gedən inkişaf və aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını daha da təkmilləşdirmək sahəsində səylərini durmadan artırırlar.

“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanı ilə, əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir. Bu tədbirlərin nəticəsi olaraq ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində təşkilati-hüquqi, institusional və digər tədbirlər həyata keçirilmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən hüquqi baza yaradılmış, təkmilləşdirilmiş, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür.

Bundan başqa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində geniş tədbirləri özündə ehtiva edən proqramlar - Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”, 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər üçün)” təsdiq edilmiş və uğurla həyata keçirilmişdir.

 

2. Dövlət Proqramının məqsədi

 

Dövlət Proqramının məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən və digər geniş miqyaslı məsələlərdən ibarətdir.

 

3. Dövlət Proqramının maliyyələşdirilməsi

 

Bu Dövlət Proqramının icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

 


4. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

 

Sıra

№-si

Tədbirin adı

İcraçı orqanlar

İcra

müddəti

(illər üzrə)

1

2

3

4

4.1. Təşkilati tədbirlər

4.1.1.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007-2012-ci illər)"da nəzərdə tutulmuş tədbirlərin icrasının yekunlarının təhlil edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası

2013, sentyabr

4.1.2.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və onlardan sui-istifadə hallarının qarşısının alınması ilə əlaqədar aidiyyəti təşkilatların qarşılıqlı əməkdaşlığının gücləndirilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti [1]

2013-2018

4.1.3.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə müvafiq səlahiyyətli dövlət orqanlarının ehtiyaclarının öyrənilməsi və müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün təkliflər verilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

2013-2018

4.1.4.

Hüquq mühafizə orqanlarının narkotik axtarışı üzrə kinoloji bölmələrinin maddi-texniki təminatının yaxşılaşdırılması

Daxili işlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti

2013-2014

4.1.5.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ilkin tədqiqatını və məhkəmə ekspertizasını aparan laboratoriyaların maddi-texniki təminatının yaxşılaşdırılması

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti

2013-2014

4.1.6.

Narkotik vasitələrin ekspress analizlərinin aparılması üçün əməkdaşların müvafiq cihazlarla təmin olunması

Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti

2013-2014

4.1.7.

Aşkar edilmiş narkotik vasitələrin növünün, çəkisinin, tərkibinin operativ surətdə müəyyən edilməsi üçün müvafiq bölgələrdə laboratoriyalar təşkil edilməsi və onların müasir zəruri avadanlıqla təchiz olunması

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti

2014-2015

4.1.8.

Narkotik vasitələrin və psixotrop maddələrin ekspertizası zamanı tərkibində aşkar edilən kənar qarışıqların da müayinəsinin aparılması və bu qarışıqlarda aşkar olunan maddələrin insanın sağlamlığına təsirinin tibbi cəhətdən qiymətləndirilməsi

Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

mütəmadi

4.1.9.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qaçaqmalçılığının qarşısının alınması məqsədi ilə gömrük nəzarətinin və dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi üçün müvafiq texniki avadanlıq alınması və quraşdırılması

Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti

2013-2014

4.1.10.

Narkoloji müəssisələrin tibbi və texniki avadanlıqla, həmçinin ixtisaslı kadrlarla təmin edilməsi

Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi

mütəmadi

4.1.11.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün regionlarda etimad telefonlarının yaradılması

şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar

2013

4.1.12.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı təyin edilən cəza və cinayət-hüquqi xarakterli digər tədbirlərin effektivliyinin öyrənilməsi məqsədi ilə elmi və praktik araşdırmaların aparılması

Ədliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2013-2015

4.1.13.

Məhkəmələr tərəfindən cəzanın və inzibati həbs tənbeh növünün tətbiqi zamanı barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslərin müalicəsinin səmərəliliyinin və effektivliyinin artırılması [2]

Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi

mütəmadi

4.1.14.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətkarlığın son 5 ildə vəziyyətinin, dinamikasının, latentliyinin hərtərəfli təhlil edilməsi və müvafiq tədbirlər görülməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti dövlət orqanları

2013

4.1.15.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəqli və istehsalı ilə bağlı vəziyyəti təhlil etməklə müvafiq təkliflər verilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

hər rüb

4.1.16.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə bağlı vəziyyət barədə sorğuların keçirilməsi, həmçinin müxtəlif yaş qrupları arasında narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədi ilə sosial araşdırmaların aparılması, nəticələrin ümumiləşdirilməsi və müvafiq təkliflər hazırlanması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2013-2018

4.1.17.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanuni dövriyyəsi vəziyyətinin öyrənilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması və bu sahəyə ciddi nəzarətin təmin edilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

4.1.18.

Hüquq mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının mənbəyinin və nümunələrarası əlaqələrinin müəyyən edilməsi məqsədi ilə onların eyniləşdirilməsinin həyata keçirilməsi, xarakterik xüsusiyyətlərinin və kimyəvi xassələrinin (təmizlik dərəcəsinin) qeydiyyatının aparılması

Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti

2013-2018

4.1.19.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində dövlət orqanları ilə aidiyyəti qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2013-2018

4.1.20.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə, həmçinin narkomanların reabilitasiyası sahəsində fəaliyyət göstərən orqanların əməkdaşlarının peşəkarlığının artırılması və təcrübə mübadiləsi məqsədi ilə birgə seminarlar, praktik təlimlər keçirilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

ildə 2 dəfə

4.1.21.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizəyə həsr olunmuş xarici nəşrlərin aidiyyəti təşkilatların mütəxəssislərinə paylanılması məqsədi ilə əldə edilərək, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuna göndərilməsi

Xarici işlər Nazirliyi

mütəmadi

4.1.22.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanmasında istifadə oluna bilən prekursorları idxal, istehsal və istifadə edən müəssisə və elmi tədqiqat laboratoriyalarının müvafiq monitorinqi

Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

mütəmadi

4.1.23.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının internet saytının təkmilləşdirilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

2013

4.1.24.

Proqramda nəzərdə tutulmuş tədbirlərin icrası barədə aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən verilən hesabatların ümumiləşdirilərək müzakirə edilməsi üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim edilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

hər ilin

yanvar ayı

4.2. Qanunvericiliyin təkmilləşdirilməsi

4.2.1.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verilməsi

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti orqanlar

2013-2016

4.2.2.

Yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, həmçinin bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin icarəsində, istifadəsində və mülkiyyətində olan torpaq sahələrində narkotik tərkibli bitkilərin yabanı inkişafının qarşısını almamağa görə məsuliyyətin müəyyən edilməsi barədə təkliflər verilməsi

Nazirlər Kabineti, Daxili işlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi, digər aidiyyəti orqanlar

2013

4.2.3.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə, xüsusilə onların qaçaqmalçılığına görə cinayət məsuliyyətinə cəlb olunmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişinə məhdudiyyət tətbiq edilməsi məqsədi ilə beynəlxalq təcrübəni nəzərə almaqla təkliflər hazırlanması

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, digər aidiyyəti orqanlar

2013

4.2.4.

Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması qaydalarının hazırlanması barədə təkliflər verilməsi

Nazirlər Kabineti, Ədliyyə Nazirliyi

2013

4.2.5.

inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin məcburi müalicəyə cəlb olunması barədə təkliflər verilməsi

Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi,

2013

4.2.6.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı, beynəlxalq təcrübə nəzərə alınmaqla, preventiv tədbirlərin həyata keçirilməsinə dair müvafiq normativ sənəd hazırlanması

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi

2013-2014

4.2.7.

Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası proqramlarının hazırlanması, bu proqramlar üzrə tədbirlərin geniş şəkildə həyata keçirilməsi mexanizminin yaradılması barədə təkliflər verilməsi

Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, digər aidiyyəti orqanlar

2013

4.3. Beynəlxalq tədbirlər

4.3.1.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində narkotik tərkibli bitkilərin əkilməsi, onların istehsalı, tranziti, terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması və onunla əlaqəli digər cinayətkarlıq növlərinin yayılması hallarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsi və digər tədbirlərin görülməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili işlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.3.2.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi

Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

2013-2018

4.3.3.

Narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində uğurlu strategiyası olan dövlətlərin təcrübəsi ilə tanış olmaq məqsədi ilə belə dövlətlərlə əməkdaşlığın genişləndirilməsi

Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

2013-2018

4.3.4.

Narkotik vasitələrin qeyri-tibbi qəbulunun profilaktikasının və reabilitasiya işinin səmərəli təşkili məqsədi ilə beynəlxalq təcrübənin öyrənilməsi, təlim materiallarının hazırlanması

Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.3.5.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsindən əldə edilən pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasının aşkarlanması və qarşısının alınması məqsədi ilə aidiyyəti dövlət orqanları ilə maliyyə qurumlarının qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi, habelə xarici dövlətlərin müvafiq orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi

Maliyyə Monitorinqi Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili işlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, digər aidiyyəti orqanlar [3]

2013-2018

4.3.6.

"Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi" mövzusunda beynəlxalq konfransın keçirilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, digər aidiyyəti orqanlar

2014

4.3.7.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınmasına dair beynəlxalq konfranslarda, seminarlarda və digər tədbirlərdə aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakının təmin edilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti orqanlar

mütəmadi

4.4. Profilaktika, müalicə, reabilitasiya və maarifləndirmə üzrə tədbirlər

4.4.1.

Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkar edilməsi, könüllülük prinsipi əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində tibb müəssisələrinin, ərazi polis qurumlarının qarşılıqlı əlaqələrinin genişləndirilməsi və təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.2.

Narkotik vasitələrin qeyri-tibbi qəbulunun profilaktikası, belə şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müvafiq işlərin görülməsi, həmçinin bu tədbirləri həyata keçirəcək mütəxəssislərin hazırlanması

Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2013-2018

4.4.3.

Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları və valideynlər üçün metodik tövsiyələrin hazırlanması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.4.

Narkomanlar, həmçinin QİÇS və digər viruslara yoluxanlar arasında tibbi-gigiyena, təbliğat və maarifləndirmə işinin gücləndirilməsi

Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.5.

Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması

Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

mütəmadi

4.4.6.

Narkomanlığın zərəri barədə metodik-tədris vəsaitlərinin hazırlanması və elmi tədqiqat işlərinin genişləndirilməsi

Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

mütəmadi

4.4.7.

Narkomanlıq xəstəliyindən azad olan insanların cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.8.

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin gücləndirilməsi

Ədliyyə Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.9.

Yerli icra hakimiyyəti orqanları tərəfindən narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması

şəhər və rayon icra hakimiyyətləri

mütəmadi

4.4.10.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədi ilə regionlarda müzakirələr aparılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi

şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

mütəmadi

4.4.11.

Narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi

yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, bələdiyyələri cəlb etməklə

mütəmadi

4.4.12.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərin, o cümlədən yetkinlik yaşına çatmayanların işləri üzrə təhqiqat, ibtidai və məhkəmə istintaqı dövrünü əhatə edən araşdırmalar zamanı belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin öyrənilməsi, eləcə də qarşısının alınması üçün tədbirlər görülməsi

Daxili işlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2013-2018

4.4.13.

Tərkibində narkotik maddələr olan, yabanı halda bitən və qanunsuz əkilən bitkilərin məhv edilməsi, onların vegetasiya dövrü nəzərə alınmaqla qabaqlayıcı tədbirlər görülməsi

Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, şəhər və rayon icra hakimiyyətləri, bələdiyyələri cəlb etməklə

mütəmadi

4.4.14.

Narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin yer quruluşu planının tərtib edilməsi, onların yayılmasının qarşısının alınması və biosenozdan çıxarılması üçün müvafiq elmi tədqiqat işlərinin aparılması

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

2013-2014

4.4.15.

Respublikanın ayrı-ayrı bölgələrində yayılan narkotik tərkibli yabanı bitki növlərinin təyinat monitorinqinin aparılması, bu bitkilərin əkildiyi sahələrin aşkarlanması, yabanı bitən narkotik tərkibli bitkilərin məhv edilməsi məqsədi ilə onların yayılma zonalarında ekspedisiyaların təşkili, belə bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlardan istifadə etməklə onların zərərli xassələrinin təbliği

Azərbaycan Milli Elmlər Akademiyası, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyaları, bələdiyyələri cəlb etməklə

mütəmadi

4.4.16.

Təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, o cümlədən bu barədə videofilmlərin nümayiş etdirilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.17.

İxtisasartırma və yenidənhazırlanma institutlarında məktəb psixoloqlarının hazırlığı proqramına narkomanlıq probleminə aid mövzuların daxil edilməsi

Təhsil Nazirliyi

mütəmadi

4.4.18.

Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar

2013-2018

4.4.19.

Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə əhalinin mütəmadi olaraq məlumatlandırılması

Səhiyyə Nazirliyi, Daxili işlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

mütəmadi

4.4.20.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası

mütəmadi

4.4.21.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması məqsədi ilə rüblük bülletenlərin hazırlanması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

hər rüb

4.4.22.

Narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi

Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti orqanlar

mütəmadi

4.4.23.

Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasını işçi qrupu, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2013-2015

4.4.24.

Şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman yarışlarının keçirilməsi

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, digər aidiyyəti orqanlar

mütəmadi

4.4.25.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi, əyani vəsaitlərin hazırlanması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.26.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunda mərkəzi və regional televiziyalarda dəyirmi masalar keçirilməsi, verilişlərin hazırlanması

Milli Televiziya və Radio Şurası, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

mütəmadi

4.4.27.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində (xüsusilə sosial şəbəkələrdə) təbliğat aparılması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.28.

Narkomanlığa qarşı mübarizənin təsirliliyini artırmaq məqsədi ilə kütləvi informasiya vasitələrində bu mövzuda ən yaxşı müəllif yazılarının, televiziya verilişlərinin müsabiqəsinin təşkili və keçirilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

hər il

4.4.29.

Narkomanlıq və onun fəsadları barədə kütləvi informasiya vasitələrində daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədi ilə narkomanlığın spesifik cəhətləri ilə bağlı jurnalistlər üçün təlim kurslarının təşkili, həmçinin bu kursları aparan təlimçi kadrların hazırlanması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası

2013-2018

4.4.30.

Tanınmış ictimai və din xadimlərinin, incəsənət və idman ustalarının iştirakı ilə mövzuya həsr olunmuş təbliğat xarakterli kütləvi tədbirlərin təşkili

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi [4]

mütəmadi

4.4.31.

Silahlı Qüvvələrdə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə təbliğat işinin gücləndirilməsi

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

mütəmadi

4.4.32.

Şəhər və rayonlarda asudə vaxtın təşkili məsələlərinə diqqətin artırılması, gənclər evlərinin, idman, mədəniyyət, incəsənət müəssisələrinin, ailələrə və uşaqlara dəstək mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, uşaq və yeniyetmələrin belə müəssisələrə cəlb olunması

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.33.

Müasir informasiya texnologiyalarının imkanları və elmi nailiyyətlər nəzərə alınmaqla, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı məlumatları özündə əks etdirən tədris vəsaitlərinin hazırlanması

Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi [5]

2013-2018

4.4.34.

Pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası üzrə yaddaş kitabçalarının, xəbərdarlıq vərəqələrinin və metodik materialların hazırlanması və paylanması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.35.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə tədbirlərinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, həmçinin bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə çap məhsullarının və sosial roliklərin hazırlanması.

Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu.

mütəmadi

 

Qeyd. Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, bu Dövlət Proqramının 4.1.2, 4.1.12, 4.1.14, 4.1.15, 4.1.20, 4.2.1 - 4.2.7, 4.3.5, 4.3.7, 4.4.12, 4.4.19, 4.4.20, 4.4.22 və 4.4.27-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsinlər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

2.       26 fevral 2016-cı il tarixli 1814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 334)

3.       7 sentyabr 2016-cı il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1470)

  1. 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)
  2. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
  3. 4 fevral 2019-cu il tarixli 925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 5 fevral 2019-cu il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 256)
  4. 29 yanvar 2021-ci il tarixli 2464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 80)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın 4.1.2-ci, 4.1.18-ci, 4.1.20-ci, 4.3.1-ci, 4.3.2-ci, 4.3.5-ci, 4.3.7-ci, 4.4.12-ci və 4.4.31-ci yarımbəndlərində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[2] 26 fevral 2016-cı il tarixli 1814 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 334) ilə 4.1.13-cü yarımbənddə “cəza” sözü “cəzanın və inzibati həbs tənbeh növünün” sözləri ilə əvəz edilmişdir.

 

[3] 7 sentyabr 2016-cı il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1470) ilə 4.3.5-ci yarımbəndin “İcraçı orqanlar” sütununda “Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilmişdir.

4 fevral 2019-cu il tarixli 925 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 5 fevral 2019-cu il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 256) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın 4.3.5-ci yarımbəndinin “İcraçı orqanlar” sütununda “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “Maliyyə Monitorinqi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[4] 29 yanvar 2021-ci il tarixli 2464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 80) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.30-cu və 4.4.32-ci yarımbəndlərinin “İcraçı orqanlar” sütunundan “və Turizm” sözləri çıxarılmışdır.

 

[5] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 4.4.33-cü yarımbəndinin “İcraçı orqanlar” sütununda “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın “4. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 4.4.33-cü yarımbəndinin “İcraçı orqanlar” sütununa “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status