AKTIN NÖVÜ
İqtisadiyyat Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
15.05.2013
QEYDİYYAT NÖMRƏSİ
08
ADI
“Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nın, “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması”nın və “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.05.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201305150008
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
24.05.2013
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI

İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN KOLLEGİYASI

 

QƏRAR

 

№ 08

Bakı şəhəri                                                                                       15 may 2013-cü il

 

“Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nın, “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması”nın və “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi haqqında

 

“Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli, 865 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli, 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1.2-ci və 2006-cı il 28 fevral tarixli, 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”nin 4.7-ci və 5.11-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyası

 

qərara alır:

 

1. “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması” təsdiq edilsin (əlavə olunur).

3. “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası” təsdiq edilsin (əlavə olunur).

4. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.

5. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

6. Kollegiyanın məsul katibi, Ümumi şöbənin müdiri Rövşən Ataşova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

7. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Əsas: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 15.05.2013-cü il tarixli iclasının 8 nömrəli protokolu.

 

Sədr,

iqtisadi inkişaf naziri                                                                         Şahin Mustafayev

 

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 15 may tarixli, 08 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı

 

____________________________________________________________

(sənaye parkının idarəedici təşkilatının adı)

 

Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyata alınması üçün

 

ƏRİZƏ

 

1. Ərizəçi haqqında məlumatlar:

 

1.1. Hüquqi şəxsin tam adı / fiziki şəxsin soyadı, adı, atasının adı ________________________

__________________________________________________________________________________

 

1.2. Hüquqi (fiziki) şəxsin hüquqi (fəaliyyət) ünvanı ___________________________________

__________________________________________________________________________________

 

1.3. VÖEN və dövlət qeydiyyatına alındığı tarix _______________________________________

 

1.4. Əlaqə telefonu ________________________________________________________________

 

1.5. İnternet ünvanı (vebsaytı) (əgər varsa) ____________________________________________

 

1.6. Elektron poçtu (əgər varsa) ______________________________________________________

 

1.7. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin):

1.7.1. soyadı, adı, atasının adı _______________________________________________________

1.7.2. ünvanı _____________________________________________________________________

1.7.3. əlaqə telefonu _______________________________________________________________

1.7.4. elektron poçtu (əgər varsa) ___________________________________________________

1.7.5. şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı ______________________________________________________________________

 

1.8. Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı _________________________________________________________________

 

1.9. Hüquqi və fiziki şəxsin mövcud fəaliyyət növü ___________________________________

                                                                               (istehsal edilən məhsullar, göstərilən xidmətlər və s.)

_________________________________________________________________________________

 

1.10. Hüquqi və fiziki şəxsin sənaye parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti növü üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin (əgər varsa):

1.10.1. adı və fəaliyyət növü _________________________________________________________

1.10.2. verilmə tarixi və nömrəsi _____________________________________________________

1.10.3. müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) _________________________

 

1.11. Hüquqi şəxsin hər bir təsisçisinin (iştirakçısının):

1.11.1. tam adı (hüquqi şəxsdirsə) ___________________________________________________

1.11.2. soyadı, adı, atasının adı (fiziki şəxsdirsə) ______________________________________

1.11.3. hüquqi  ünvanı / yaşayış yeri ________________________________________________

1.11.4. qeydiyyatı haqqında məlumat _______________________________________________

 

2. Sənaye parkında nəzərdə tutulan ərazinin göstəriciləri:

 

2.1. Ümumi sahə (m2) __________________________  2.2. Bina (m2) _________________________________________

2.3. Əsas istehsalat sahəsi (m2) _________________  2.4 Ofis (m2) ____________________________________________

2.5. Anbar (m2)  (m3)  _________________________  2.6. Yardımçı sahə (m2)  ________________________

2.7. Laboratoriya (m2) ___________________________ 2.8. Digər __________________________

 

3. Sənaye parkında nəzərdə tutulan istehsalat tələbatı:

 

3.1. Təbii qaz (m³/il) ___________________________ 3.2. İçməli su (m³/il) __________________

3.3. Texniki su (m³/il) __________________________ 3.4. Tullantı suyu (m³/il) ______________

3.5. Elektrik enerjisi (kVt/s il) ___________________ 3.6. Kanalizasiya (m³/il) _______________

3.7. Elektrik enerjisinə tələb olunan maksimal güc (kVt) ________________________________

3.8. Digər _________________________________________________________________________

 

4. Sənaye parkında nəzərdə tutulan tullantıların ətraf mühitə təsiri:

 

4.1. CO (ton/il) _________________________________ 4.2. CO2 (ton/il) ____________________

4.3. NOx (ton/il) _____________________ 4.4. SO2 (ton/il) ________________________________

4.5. SO (ton/il) _____________________  4.6. Digər ______________________________________

 

5. Sənaye parkında nəzərdə tutulan fiziki çirklənmə:

 

5.1. Vibrasiya (Hz/il)_____________________________ 5.2. Səs-küy (dB/il)_________________

5.3. Elektromaqnit şüalar (Tl/il)_________________  5.4. Radiasiya (mcR/il)________________

5.5. Sənaye tullantıları (ton/il) __________________  5.6. Digər __________________________

 

6. İnvestisiya layihəsi üzrə məlumatlar:

 

6.1. İnvestisiya layihəsinin adı _______________________________________________________

__________________________________________________________________________________

6.2. İstehsal olunacaq məhsul, görüləcək iş və xidmətlər ______________________________

__________________________________________________________________________________

6.3. İnvestisiyanın mənbəyi _________________________________________________________

6.4. İnvestisiyanın həcmi ___________________________________________________________

6.5. Layihənin nəzərdə tutulan başlanma tarixi ________________________________________

6.6. Layihənin müddəti _____________________________________________________________

6.7. Yaradılacaq yeni iş yerlərinin növü və sayı ________________________________________

6.8. Layihənin qısa təsviri ___________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

 

Xahiş edirəm _____________________________________________________________________

(hüquqi şəxsin tam adı / fiziki şəxsin soyadı, adı, atasının adı)

 

__________________________________________________ rezidenti kimi qeydiyyata alasınız.

                                          (sənaye parkının adı)

 

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

 

Sıra №-si

Sənədlərin adı

Nüsxələrin sayı

Vərəqlərin sayı

Qeyd

1.       

Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (ərizəçi hüquqi şəxs olduqda)

 

 

 

2.       

Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizəçi hüquqi şəxs olduqda)

 

 

 

3.       

Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (ərizəçi fiziki şəxs olduqda)

 

 

 

4.       

Hüquqi şəxsin nizamnaməsinin surəti (ərizəçi hüquqi şəxs olduqda)

 

 

 

5.       

İnvestisiya layihəsi (biznes plan)

 

 

 

6.       

Hüquqi və fiziki şəxsin sənaye parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin surətləri (əgər ərizədə göstərilibsə)

 

 

 

7. [1]

İnvestisiya layihəsinin yerinə yetirilməsinə dair bank qarantiyası

 

 

 

 

Ərizənin doldurulduğu tarix _______________________________________

                                                                                                     (gün, ay, il)

 

Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) / fiziki şəxsin imzası ___________

                                                                                                                                                      (imza)

 

                                                                                                                                M.Y.

 

 

 


 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 15 may tarixli, 08 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Forma

 

Üz tərəfi

 

 

gerb

 

_____________________________________________

(sənaye parkının idarəedici təşkilatının adı)

 

___________________________________________

(sənaye parkının adı)

QEYDİYYAT ŞƏHADƏTNAMƏSİ

 

QEYDİYYAT №-si _______________________________

 

Arxa tərəfi

 

 

_____________________________________________________________

(hüquqi şəxsin tam adı / fiziki şəxsin soyadı, adı, atasının adı)

 

Qeydiyyata alındığı tarix: ___________________

 

Əsas: ___________________________________ ______________ tarixli

(sənaye parkının idarəedici təşkilatının adı)

____ nömrəli qərarı.

 

 

__________________   ____________  __________________________

  (məsul şəxsin vəzifəsi)             (imzası)                        (adı, soyadı)

 

                                       M.Y.

 

 

 

 


 

 

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2013-cü il 15 may tarixli, 08 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası

 

1. Ümumi müddəalar

 

1.1. “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası” “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən hazırlanmışdır və sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2. Sənaye parkının rezidentlərinin reyestri (bundan sonra – reyestr) idarəedici təşkilat tərəfindən aparılır.

1.3. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi idarəedici təşkilat tərəfindən təmin edilir.

 

2. Reyestrin aparılması

 

2.1. Reyestr təqvim illərinə əsasən və hər sənaye parkı üzrə ayrıca aparılır.

2.2. Reyestr kağız (reyestr kitabı) və elektron formada tərtib edilir və Azərbaycan dilində aparılır. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında uyğunsuzluq olduqda, kağız daşıyıcılar üzərində olan qeydlərə üstünlük verilir.

2.3. Reyestr kitabı qaytanlanır, idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.

2.4. Reyestrin elektron formada tərtib edilməsi təşkilati, metodoloji və texniki proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.

2.5. Reyestr aşağıdakılardan ibarətdir:

2.5.1. rezident olan hüquqi şəxslər barədə məlumatlar;

2.5.2. rezident olan fiziki şəxslər barədə məlumatlar;

2.5.3. rezidentin qeydiyyatı və ləğvi barədə məlumatlar;

2.5.4. reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər;

2.5.5. sənaye parkında qeydiyyata alınmaq üçün təqdim edilmiş sənədlər.

2.6. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

2.6.1. hüquqi şəxs olan rezidentin tam adı və təşkilati-hüquqi forması;

2.6.2. fiziki şəxs olan rezidentin soyadı, adı və atasının adı;

2.6.3. rezidentin hüquqi (fəaliyyət) ünvanı;

2.6.4. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

2.6.5. hüquqi şəxs olan rezidentin hər bir təsisçisinin (iştirakçısının):

2.6.5.1. tam adı (hüquqi şəxsdirsə);

2.6.5.2. soyadı, adı və atasının adı (fiziki şəxsdirsə);

2.6.5.3. hüquqi  ünvanı / yaşayış yeri;

2.6.5.4. dövlət qeydiyyatı haqqında məlumatlar;

2.6.6. hüquqi şəxs olan rezidentin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı və ünvanı;

2.6.7. rezidentin sənaye parkında qeydiyyata alınması və qeydiyyatının ləğvi haqqında qərarın tarixi və nömrəsi.

2.7. İdarəedici təşkilat hüquqi və fiziki şəxsin sənaye parkının rezidenti kimi qeydiyyata alınması və ya qeydiyyatının ləğvi haqqında qərar qəbul etdikdən beş iş günündən gec olmayaraq reyestrə məlumatları daxil edir.

2.8. Sənaye parkının rezidentinə vahid və təkrarolunmaz 11 rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsindəki ilk üç rəqəm rezidentin reyestrdəki sıra nömrəsini, növbəti iki rəqəm rezidentin sənaye parkında qeydiyyata alındığı ilin son iki rəqəmini, növbəti altı rəqəm isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin üçüncü-səkkizinci rəqəmlərini göstərir. Qeydiyyat nömrəsi reyestrdə, sənaye parkının qeydiyyat şəhadətnaməsində və reyestrdən çıxarışda əks olunur.

2.9. Sənaye parkının rezidentinin qeydiyyatı ləğv edildikdə onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə reyestrdə qeyd aparılır.

2.10. Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə sənaye parkının rezidenti bu barədə idarəedici təşkilata məlumat verməlidir. Məlumat daxil olduqdan sonra beş iş günündən gec olmayaraq idarəedici təşkilat tərəfindən reyestrə müvafiq dəyişikliklər daxil edilməlidir.

2.11. Reyestr məlumatlarındakı dəyişikliklərlə bağlı reyestr kitabında qeydlər aparılarkən ilkin məlumatlara, habelə həmin məlumatlarla əlaqəli digər dəyişikliklərə sıra nömrəsinə uyğun istinadlar edilir.

2.12. Reyestrdə dəyişiklik edilərkən, o cümlədən rezident olan hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, rezident olan fiziki şəxsin soyadı, adı və atasının adı dəyişdikdə qeydiyyat nömrəsi dəyişilmir.

2.13. Reyestrə məlumatlar daxil edildikdən, sənaye parkının rezidentinə qeydiyyat şəhadətnaməsi verildikdən və rezidentin sənaye parkında qeydiyyatının ləğvi barədə qərar qəbul edildikdən sonra idarəedici təşkilat iki iş günü ərzində bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə rəsmi məlumat təqdim etməlidir. [2]

2.14. Hüquqi və fiziki şəxslərin sənaye parkında qeydiyyata alınması və qeydiyyatının ləğvi barədə məlumat idarəedici təşkilatın internet informasiya ehtiyatında açıqlanır.

 

3. Reyestrdən istifadə

 

3.1. Sənaye parkının rezidenti özü barəsində reyestrdəki məlumatlarla tanış olmaq, reyestrdən çıxarışı və sənaye parkında qeydiyyata alınmaq üçün təqdim etdiyi sənədlərin surətlərini almaq hüququna malikdir.

3.2. Reyestrdən çıxarış idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsinin imzası ilə verilir və möhürlə təsdiq edilir.

3.3. Reyestrdən çıxarış “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sorğu əsasında üçüncü şəxslərə də verilir. Bu halda reyestrdən çıxarışda əks olunan məlumatlar (rezident olan hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğuya uyğun verilir.

 

4. Reyestrə daxil edilən məlumatların saxlanılması

 

Reyestr məlumatlarını əks etdirən və sənaye parkında qeydiyyata alınmaq üçün təqdim edilən sənədlər, o cümlədən sənaye parkının qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarış “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq saxlanılmaq üçün arxivə verilir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 iyul 2014-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il)

2.       28 iyun 2016-cı il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2016-cı il)

3.       16 sentyabr 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202009161006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 sentyabr 2020-ci il)

4.       1 noyabr 2021-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111010014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2021-ci il)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 sentyabr 2020-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202009161006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 sentyabr 2020-ci il) ilə Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:” bölməsində cədvələ yeni məzmunda 7-ci hissə əlavə edilmişdir.

1 noyabr 2021-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202111010014, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2021-ci il) ilə “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nın “Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:” bölməsinin 7-ci hissəsi ləğv edilmişdir.

 

[2] 15 iyul 2014-cü il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il) ilə “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın 2.13-cü bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

28 iyun 2016-cı il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2016-cı il) ilə “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın 2.13-cü bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status