AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
11.12.2012
QEYDİYYAT NÖMRƏSİ
303
ADI
“Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-12-2012, Nəşr nömrəsi: 281), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2012, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1367)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
16.12.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.120.110
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201212110303
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
18.12.2012
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 366) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə ismin müvafiq hallarında “qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr” sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş “Hərbi-nəqliyyat vasitələrinin uçot Qaydaları”nda ismin müvafiq hallarında “qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr" sözləri ilə, ismin müvafiq hallarında "hərbi komissarlıqlar” sözləri və “hərbi komissarlıq" sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri” sözləri ilə, 4.4-cü bənddə “hərbi komissarlıqla” sözləri "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə” sözləri ilə əvəz edilsin;

1.3. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin hərbi-nəqliyyat vasitələri ilə təmin olunması Qaydaları”nın adında və mətnində ismin müvafiq hallarında “qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr” sözləri ilə, ismin müvafiq hallarında ”hərbi komissarlıqlar” sözləri və “hərbi komissarlıq” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri” sözləri ilə əvəz edilsin;

1.4. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin səfərbərlik hazırlığını və texniki sazlığını təmin edən tədbirlərin və məcburi tələblərin siyahıları, habelə uçot və hesabat sənədlərinin nümunələri”nin adında və mətnində ismin müvafiq hallarında “qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr” sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr” sözləri ilə, ismin müvafiq hallarında "hərbi komissarlıq” sözləri və “Azərbaycan Respublikası hərbi komissarlıqlarının” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri” sözləri ilə əvəz edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Bakı şəhəri, 11 dekabr 2012-ci il

                 № 303

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status