AKTIN NÖVÜ
Kənd Təsərrüfatı Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
30.05.2012
QEYDİYYAT NÖMRƏSİ
05/2012-1
ADI
“Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlima”tın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.06.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201205300005
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.06.2012
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASI

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN KOLLEGİYASI

 

Q Ə R A R

 

05/2012-1

 

Bakı şəhəri                                                                                    30 may 2012-ci il

 

“Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlima”tın təsdiq edilməsi barədə

 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 242-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2011-ci il tarixli 551 nömrəli Fərmanının 2-ci bəndini, ölkə Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”ni, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”ni rəhbər tutaraq Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat” təsdiq edilsin (əlavə edilir).

2. Tapşırılsın Aparatın Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar Həsənova:

“Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsin.

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə 07 mart 2000-ci il tarixli 42 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.

4. Kollegiya Qərarının icrasına nəzarət nazir müavini İlham Quliyevə tapşırılsın.

 

Nazir                                                                                                      İsmət Abasov

 


 

 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 30 may 2012-ci il tarixli 05/2012-1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında

 

T Ə L İ M A T [1]

 

1. Ümumi müddəalar

 

1.1. Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanının 2.3-cü bəndinə, habelə “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisaslarının artırılması kursları haqqında Əsasnamə”nin və “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarına uyğun olaraq hazırlanmışdır. [2]

1.2. Bu Təlimat Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra - Agentlik) tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrini (bundan sonra - kənd təsərrüfatı texnikası) idarə etmək üçün tədris müəssisələrini və kursları bitirmiş şəxslərdən məqbul (zaçot) və imtahanların qəbul edilməsi və onlara sürücülük (traktorçu-maşinist) vəsiqəsinin verilməsi (dəyişdirilməsi) ilə bağlı qaydaları müəyyən edir. [3]

 

2. Agentlik orqanları tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək ixtisasına yiyələnmiş şəxslərdən imtahanların qəbulu [4]

 

2.1. İmtahanlara, qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmış təhsil müəssisələrini və kurslarını bitirib traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək ixtisası alan 18 yaşına çatmış şəxslər buraxılırlar.

Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülərin hazırlanması və onların ixtisasının artırılması proqramı üzrə təlim kursunu bitirməsi barədə tələbələrə (müdavimlərə) verilən şəhadətnamə və ya diplom (sertifikat) həmin texnikaları idarə etmək hüququ vermir, şəhadətnamə və ya diplomun (sertifikatın) surəti müvafiq kateqoriyalı traktor və digər mexaniki nəqliyyat vasitələrini (bundan sonra “texnika” adlandırılacaq) idarə etmək hüququ verən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin (bundan sonra “texnika sürücüsü vəsiqəsi” adlandırılacaq) alınmasına görə imtahanlara buraxılmaq üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinə (bundan sonra – DAİM) təqdim olunur. [5]

2.2. Texnika sürücüsü peşəsinə yiyələnmiş şəxslərin biliyinin səviyyəsi və təcrübə bacarığı ixtisas xarakteristikasının tələblərinə uyğun olmalıdır. (1 nömrəli əlavə)

2.3. İxtisas almaq üçün imtahan olunan (dərəcəsi artırılan) şəxs müvafiq ixtisas xarakteristikasının “bacarmalıdır” bölməsində göstərilən ixtisas işlərindən bir sırasını sərbəst yerinə yetirməyi bacarmalıdır və tədris proqramı həcmində traktor, kombayn və kənd təsərrüfatı maşınlarının quruluşu və texniki istismar qaydalarından, aqrotexnikadan, yol hərəkəti qaydalarından və maşın traktor aqreqatında təcrübə-bacarığı işindən imtahan verməlidir.

2.4. Verilmiş dərəcədən asılı olaraq texnika sürücüləri aqrotexnikanın, mütərəqqi texnologiyanın və təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun, kənd təsərrüfatı işlərinin sərbəst yerinə yetirilməsini və vəsiqədə kateqoriyaya uyğun idarə olunmasına icazə verilməsi qeyd olunan texnikada işləməyi bacarmalıdırlar. [6]

2.5. Texnika sürücüsü vəsiqəsini almaq istəyən hər bir şəxs yol hərəkəti, texnikanın quruluşu və istismar qaydalarından nəzəri, nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara texnika sürücülərinin hazırlanması kursunda hazırlıq keçməlidir.

2.6. Bir və ya bir neçə kateqoriyaya aid olan texnikaları idarə etmək hüququ olan texnika sürücüləri başqa kateqoriyaya aid və həmçinin dartı gücü böyük olan daha mürəkkəb texnikaları idarə etməyə təyin olunduqda, onlar müəyyən edilmiş qaydada ixtisasartırılma kursu keçməli və DAİM-də bu texnikaların idarə olunmasına buraxılış hüququ almalıdırlar.

2.7. Tibbi müayinədən keçərkən sürücülüyə yararsız hesab edilən şəxslər barədə məlumatlar DAİM-ə göndərilir. [7]

2.8. Texnika sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul olan bütün tədris müəssisələrinin sayı Agentlik tərəfindən uçota alınır.

2.9. Texnika sürücüsü vəsiqəsi almaq istəyən şəxs DAİM bu Təlimatın 3.15-ci bəndində göstərilən sənədləri bilavasitə və ya onların skan edilmiş surətlərini internet vasitəsilə təqdim edir (göndərir). Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi sürücülük vəsiqəsini verən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir. Sənədlər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərə uyğun olduqda, müraciət etmiş şəxsə yol hərəkəti, texnikanın quruluşu və istismar qaydalarından nəzəri, nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda, müraciət etmiş şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə DAİM-də imtahan vermək hüququna malikdir.

2.10. Texnika sürücüsü vəsiqəsi almaq istəyən peşə təhsili müəssisələrinin tələbələrindən imtahanların qəbulu üçün məktəb direktorunun əmrinə əsasən DAİM-in nümayəndəsinin iştirakı ilə imtahan komissiyası yaradılır. [8]

2.11. “T”, “TK”, “TT” və “H” kateqoriyalarına aid olan texnikaları 2 ildən az olmayaraq idarə edən texnika sürücüsü müəyyən olmuş proqram əsasında tədris müəssisəsində yenidən hazırlıq kurslarını bitirdikdən və DAİM-də nəzəri və təcrübi imtahanları verdikdən sonra “HT” kateqoriyalı texnikaların idarə edilməsinə buraxılırlar.

“T”, “TK”, “TT”, “H” və “HT” kateqoriyalarına aid olan texnikaları dörd ildən az olmayaraq idarə edən texnika sürücüləri “HK” kateqoriyalı texnikaları idarə etmək üçün müəyyən olunmuş proqram əsasında yenidən hazırlıq kurslarını keçdikdən, nəzəri və təcrübi imtahanları verdikdən sonra buraxılırlar.

2.12. Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:

nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;

nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və ya daha az müddətdə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.

 

3. İmtahanın keçirilməsi və texnika sürücüsü vəsiqəsinin verilməsi.

 

3.1. Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün verilən vəsiqə şəxsin texnikaları idarə etmək hüququnu təsdiq edən sənəddir.

3.2. Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti, texnikanın quruluşu və istismar qaydalarından nəzəri, nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verməlidir.

3.3. Nəzəri və təcrübi imtahanlar Təhsil Nazirliyi tərəfindən hazırlanmış, Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilmiş suallara uyğun həyata keçirilir.

3.4. İmtahanlar əvvəlcə nəzəri, sonra isə təcrübi ardıcıllığı üzrə aparılır. Nəzəri imtahanı verməmiş şəxslər, təcrübi imtahana buraxılmırlar.

3.5. İxtisasartırma kurslarını bitirən texnika sürücülərindən nəzəri və təcrübi imtahanlar DAİM-də onların imtahan komissiyalarının müəyyən etdiyi vaxtda və günlərdə qəbul edilir.

3.6. Nəzəri və təcrübi imtahanları qəbul edən DAİM-in daimi imtahan komissiyası 4 nəfərdən ibarət olmaqla aşağıdakı tərkibdə müəyyən edilir:

Sədr – DAİM-in nümayəndəsi,

Üzvləri - peşə təhsili müəssisəsinin, rayon həmkarlar təşkilatının nümayəndələri və qabaqcıl təşkilatların mühəndis-texniki işçiləri.

3.7. İmtahan komissiyası üzvləri yol hərəkəti və texnikanın istismarı qaydalarını bilən ali və ya orta texniki təhsilli mütəxəssislər olmalıdırlar.

3.8. Texnika sürücüsü vəsiqəsi DAİM-in xidmət etdiyi ərazidə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə verilir.

3.9. Şəxsə texnikanı idarə etmək hüququ verən vəsiqə DAİM tərəfindən verilir və etibarlılıq müddəti aşağıdakı kimi müəyyən edilir: [9]

- 60 yaşına çatmamış şəxslər üçün - 10 il;

- 60 və daha çox yaşı olan şəxslər üçün - onların 70 yaşı tamam olanadək qalan müddətə;

- 70 və daha çox yaşı olan şəxslər üçün - 2 il;

- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün - təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddətə.

3.10. Texnika sürücüsü vəsiqəsinin sahibi ona verilmiş vəsiqəni qorumağa borcludur.

3.11. Texnika sürücüsü vəsiqəsində göstərilən məlumatlar Azərbaycan dilində yazılır. [10]

3.12. Texnika sürücüsü vəsiqələrində bütün texnikalar tipindən, təyinatından və idarəetmə xüsusiyyətindən asılı olaraq aşağıdakı kateqoriyalara bölünürlər: [11]

“T”, “TK”, “TT”, “H”, “HT” və “HK”.

Bu kateqoriyalara aid olan texnikaların idarə edilməsi üçün sürücülərə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilir.

3.13 Texnika sürücüsü yalnız texnika sürücüsü vəsiqəsində idarə etməyə icazə verilən kateqoriyalara aid olan texnikaları idarə etmək hüququna malikdir. [12]

3.14. Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi texnika sürücüsünə respublikanın bütün ərazisində texnikanı idarə etmək hüququ verir.

3.15. Texnika sürücüsü vəsiqəsi almaq istəyən şəxs DAİM-ə aşağıdakı sənədləri təqdim etməlidir:

- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); [13]

- müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi (şəhadətnamə, diplomun (sertifikatın) surəti, semestr-imtahan cədvəllərindən çıxarış və ya diploma əlavə); [14]

- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış;

- sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə dövlət rüsumunun ödənilməsi barədə sənəd; [15]

- iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil;

3.16. İmtahanların qəbulu və texnika sürücüsü vəsiqəsinin verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:

- dövlət rüsumunun, şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimənin yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsi ilə ödənilməsi; [16]

- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1 - 57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması; [17]

- növbələrin yaranmasını istisna edən sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi;

- sənədlərin qəbulu və verilməsi, həmçinin imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera;

- nəzəri imtahanın informasiya-kommunikasiya texnologiyaları vasitəsilə verilməsi;

- nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan nəqliyyat vasitəsindən istifadə.

3.17. Yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların nəticələri imtahanların qəbulunda iştirak etmiş komissiyanın bütün üzvləri tərəfindən imzalanır və protokolla sənədləşdirilir. (3 nömrəli əlavə)

3.18. Texnika sürücüsü vəsiqəsi verilərkən, onun seriya və nömrəsi vəsiqə verilmə kitabında sıra ardıcıllığı ilə yazılır, ixtisas haqqında şəhadətnamədə isə aidiyyatı qrafalar regional bölmə tərəfindən doldurularaq möhürlə təsdiq edilir və sahibinə qaytarılır. (4 nömrəli əlavə) [18]

3.19. Texnika sürücüsü vəsiqəsi kompüterdə yazılır.

3.20. Texnika sürücüsü vəsiqəsində icazə verilən kateqoriyaların qarşısında “İcazə verilir” sözləri yazılmış ştamp vurulur.

3.21. Vəsiqə şəxsiyyəti təsdiq edən sənəd təqdim edildikdən və vəsiqə verilmə kitabında şəxsin imzasından sonra verilir. Vəsiqəsinin etibarnamə ilə digər şəxsə verilməsinə icazə verilmir.

3.22. Texnika sürücüsü vəsiqəsinin düzgün yazılması imtahan komissiyasının sədri tərəfindən yoxlanılır, imzalanır və sonra DAİM-in möhürü ilə təsdiq edilir.

3.23. Yol hərəkəti habelə texnikanın quruluşu və istismar qaydalarına dair nəzəri və texnikanı idarəetmə bacarığı üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə texnika sürücüsü vəsiqəsi DAİM tərəfindən 30 dəqiqə ərzində verilir.

 

4. Texnika sürücüsü vəsiqələrinin dəyişdirilməsi və qaytarilmasi.

 

4.1. Vəsiqələrin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız DAİM tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. [19]

4.2. Texnika sürücüsü vəsiqələri aşağıdakı hallarda dəyişdirilir:

- yararsız vəziyyətə düşdükdə;

- etibarlıq müddəti qurtardıqda;

- yeni nümunəsi təsdiq edildikdə;

- yazılarında dəqiqsizlik müəyyən edildikdə;

- sahibinin soyadı, adı və ya atasının adı dəyişdikdə;

- itirildikdə;

4.3. Texnika sürücüsü vəsiqəsi dəyişdirilərkən “xüsusi qeydlər üçün” qrafasında əvvəlki vəsiqənin seriyası, nömrəsi və verilmə tarixi yazılır. [20]

4.4. Vəsiqə itirildikdə “dublikat” qeyd olunan yeni vəsiqə mexanizatorun ərizəsinə, ixtisas haqqında şəhadətnaməyə, diploma (sertifikata) və tibbi arayışa əsasən, vacib olan hallarda isə digər DAİM-də və Dövlət Yol Polisi orqanlarında vəsiqənin itmə səbəbi aydınlaşdırıldıqdan sonra ərazi üzrə DAİM tərəfindən verilir. Bütün sənədlər təqdim olunduqdan sonra DAİM 30 dəqiqə ərzində yeni vəsiqə verir. [21]

 


 

 

“Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”a

 

         1 nömrəli Əlavə

 

 

Texnika sürücülərinin ixtisas xarakteristikaları

 

1. III dərəcəli texnika sürücüsü

 

Bacarmalıdır:

 

1.1. Traktor nəqliyyat və iki əsas marka (təkərli və tırtıllı) traktorların üzərində quraşdırılmış maşın-traktor aqreqatlarında işləri sərbəst yerinə yetirməyi, taxılyığan və hər hansı marka özüyeriyən xüsusi kombayından biri ilə aqrotexnikanın və istehsalın mütərəqqi texnologiyasının tələblərinə uyğun kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və yığılması işlərini və onların keyfiyyətli yerinə yetirilməsinə nəzarət etməyi;

1.2. Maşın-traktor aqreqatlarının quraşdırılmasını;

1.3. Kənd təsərrüfatı texnikasının işçi orqanlarının texnoloji nizamlamalarını yerinə yetirməyi; kənd təsərrüfatı texnikasının işçi orqanlarını sazlamaq üçün köməkçi avadanlıq və alətlərdən istifadə etməyi; [22]

1.4. İşlədiyi texnikada 1 №-li növbəli və vaxtaşırı texniki xidmət əməliyyatlarını sərbəst yerinə yetirməyi;

1.5. II dərəcəli təmirçi-çilingər səviyyəsindən aşağı olmamaqla traktor və digər kənd təsərrüfatı texnikasının təmirinə aid işləri, usta sazlayıcının, briqadirin və mexanikin rəhbərliyi altında vaxtaşırı 2 №-li və 3 №-li texniki xidmət əməliyyatlarını yerinə yetirməyi; [23]

1.6. İşlədiyi traktor və digər kənd təsərrüfatı texnikasında sadə nasazlıqları sərbəst müəyyən etməyi və aradan qaldırmağı;

1.7. Maşınqayırma çertyojlarını, sxemlərini və qrafiklərini oxumağı və kənd təsərrüfatı texnikasının istismarına dair təlimatlardan istifadə etməyi; [24]

1.8. Yerinə yetirilmiş işlərin həcminə görə yanacaq-sürtgü materiallarının məsrəfini və kənd təsərrüfatı texnikasının işinin uçotuna görə ilkin sənədlərin (traktorçunun uçot və yol vərəqələri) tərtibatını;

1.9. Yanacaq, sürtgü, rezintexniki və digər istismar materiallarını qənaətlə sərf etməyi;

1.10. Mexanikin və briqadirin rəhbərliyi altında texnikanı qüvvədə olan qaydalara uyğun saxlamağa hazırlamalı;

1.11. İşləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi, istehsalat sanitariyası və gigiyenası və ətraf mühitin mühafizəsi qaydalarına riayət etməklə yerinə yetirməyi, bədbəxt hadisə baş verdikdə zərərçəkənə həkimə qədər ilk tibbi yardım göstərməyi;

 

Bilməlidir:

 

1.12. Maşın-traktor aqreqatları ilə aqrotexnikanın və mütərəqqi texnologiyanın tələblərinə uyğun işin yerinə yetirilməsi qaydalarını, xüsusən, intensiv texnologiya ilə işin yerinə yetirilməsi üsullarını, torpağın məhsuldarlığının artırılma yolları və  vasitələrini;

1.13. İki əsas markalı 30 KN (3 d.g) sinfinə qədər olan traktorların (təkərli və tırtıllı) quruluşunu, iş prinsipini və istismar nizamlamalarını, kənd təsərrüfatı texnikasının quruluşunu, istismarını və texnoloji nizamlamalarını;

1.14. Aqrotexniki işlərin yerinə yetirilməsi üçün maşın-traktor aqreqatlarının dəstələşdirmə qaydalarını;

1.15. Yüklərin daşınmasını;

1.16. Yerinə yetirdikləri mexanikləşdirilmiş işlərə görə istehsal normalarını  və yanacaq sürtgü materiallarının məsrəfini, mexanizatorların əmək haqqının ödənilməsini, yerinə yetirilmiş işlərin uçotunun əsaslarını;

1.17. Təsərrüfatlarda, briqadalarda, mexanikləşdirilmiş dəstələrdə əməyin təşkilinin əsaslarını;

1.18. Kənd təsərrüfatı texnikasının təmiri və texniki xidmət sisteminə dair əsas nizamnamələri, mexanika və materialşünaslığın əsaslarını;

1.19. Nizamlama meydançalarında aqreqatları nizamlayıb sazlamaq üçün lazım olan alət və qurğuları və onlardan istifadə qaydalarını;

1.20. Yanacaq-sürtgü və digər istismar materialları ilə davranmağı, traktorların, kombaynların, digər kənd təsərrüfatı texnikasının saxlanma qaydasını;

1.21. Traktorların və digər kənd təsərrüfatı texnikasının istismarı prosesində araya çıxan əsas nasazlıqların əlamət və səbəblərini, onların aradan qaldırılma üsullarını;

1.22. Yanacaq, sürtgü və digər istismar materiallarına qənaət tədbirlərini;

1.23. Təbiətin mühafizəsinə dair qanunçuluqda əsas nizamnamələri;

1.24. Traktorlarda və digər kənd təsərrüfatı texnikasında işləyərkən yanğından mühafizə təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, istehsal sanitariyası, gigiyenası və həmçinin təsərrüfatda işlədiyi briqadanın (maşının) daxili nizam qaydalarını;

 

2. II DƏRƏCƏLİ TEXNİKA SÜRÜCÜSÜ

 

İxtisası üzrə iki ildən az olmayaraq fasiləsiz iş stajı olmalıdır.

 

Bacarmalıdır:

 

2.1. Bütün əsas marka traktorlarda və bu traktorlarla aqreqatlaşan maşınlarda, taxılyığan, xüsusi kombaynlarda və həmin zonanın təsərrüfatlarında olan stasionar taxıltəmizləyən, qurudan aqreqatları və kompleksləri daxil etməklə digər kənd təsərrüfatı texnikası ilə sərbəst işləməyi; [25]

2.2. Təhlükəsizlik texnikası və yol hərəkəti qaydalarına riayət etməklə müxtəlif yol şəraitində nəqliyyat qatarlarını idarə etməyi;

2.3. Traktor və digər kənd təsərrüfatı texnikasının düyünlərini nizamlamaq və nəzarət əməliyyatlarını sərbəst yerinə yetirməyi;

2.4. İxtisası III dərəcəli çilingər səviyyəsindən aşağı olmamaqla traktorların, kombaynların və digər mürəkkəb kənd təsərrüfatı texnikasının texniki xidmətinə və təmirinə dair işləri yerinə yetirməyi;

2.5. Texnikaların saxlama qaydalarına uyğun olaraq, onların saxlamağa sərbəst hazırlanmasını və qoyulmasını;

2.6. Əmək məhsuldarlığının artırılmasına, traktor işlərinin maya dəyərinin və yanacaq məsrəfinin azaldılmasına istiqamətləndirilmiş qabaqcıl metod və dəstləşdirmə üsullarını tətbiq etməyi və maşın-traktor parkından istifadəni;

2.7. Heyvandarlıqda yemlərin hazırlanması və paylanması, heyvanların suvarılması və binanın təmizlənməsinə dair mexanikləşdirilmiş işləri yerinə yetirməyi.

 

Bilməlidir:

 

2.8. Təsərrüfatda tətbiq olunan bütün tip traktorların kombaynların və stasionar taxıltəmizləyən, qurudan aqreqatlar və komplekslər də daxil olmaqla digər özüyeriyən və mürəkkəb kənd təsərrüfatı texnikasının təyinatını, quruluşunu, onlara xidməti və onların istismar qaydalarını;

2.9. Traktor və digər kənd təsərrüfatı texnikasında nasazlıqların aşkar edilməsini və aradan qaldırılma üsullarını, eləcə də onların əsas nizamlamalarını;

2.10. Briqadada və bütünlüklə təsərrüfatda mexanikləşdirilmiş işlərin planlaşdırma prinsipini;

2.11. Traktor və digər kənd təsərrüfatı texnikasının hissələrinin vaxtından əvvəl dağılmasının əsas səbəblərini;

2.12. Maşın-traktor parkının texniki xidmətinə dair işlərin yerinə yetirilmə üsullarını, vaxtaşırılığını, həcmini və məzmununu;

2.13. Texnika saxlamağa qoyulanda və maşın-traktor parkına texniki xidmət aparılanda tətbiq olunan əsas texniki vasitələrdən istifadə qaydalarını;

2.14. Yemlərin hazırlanması və paylanması, heyvanların suvarılması və binaların təmizlənməsi üçün istifadə olunan kənd təsərrüfatı texnikasının quruluşunu, iş prinsipini və istifadə qaydalarını. [26]

 

3. I DƏRƏCƏLİ TEXNİKA SÜRÜCÜSÜ.

 

Dörd ildən az olmayaraq ixtisası üzrə iş stajı olmalıdır.

 

Bacarmalıdır:

 

3.1. Bütün marka traktorlarda, kombaynlarda, buldozerlərdə, qreyderlərdə, skeperlərdə, traktorun üzərində quraşdırılmış və çalovunun tutumu müxtəlif olan ekskavatorlarda və həmin zonanın təsərrüfatlarında olan stasionar kənd təsərrüfatı texnikasında işləməyi; [27]

3.2. Elektrik avadanlıqlarının cihazları, hidravlik sistemlər və mühərriklərin qida sistemləri də daxil olmaqla traktorların, kombaynların və digər kənd təsərrüfatı texnikasının texniki istismarında bütün əməliyyatları sərbəst yerinə yetirməyi, ixtisası 4-cü dərəcə çilingər səviyyəsindən aşağı olmamaqla traktor və kombaynların aqreqat və düyünlərinin sınağında istifadə olunan avadanlıqlardan, nəzarət ölçü alətlərindən və diaqnostika cihazlarından istifadə etməyi;

3.3. Ferma və heyvandarlıq komplekslərinin kənd təsərrüfatı texnikasının texniki istismarını və quraşdırma, sökmə işlərini yerinə yetirməyi.

 

Bilməlidir:

 

3.4. Traktorların, kombaynların asma buldozer avadanlıqlarının, qoşma skereperlərin və qreyderlərin, və digər kənd təsərrüfatı texnikalarının üzərində quraşdırılan və çalovunun tutumu müxtəlif olan ekskavatorların quruluşunu və istismar qaydalarını, həmçinin heyvandarlıq və ferma komplekslərinin maşın və avadanlıqlarının quruluşunun əsas prinsipini, digər stasionar qurğuların işini; [28]

3.5. Maşın-traktor parkının xidmətində istifadə olunan texniki vəsaitlərin (texniki xidmət aqreqatları, avtosəyyar emalatxanalar, diaqnostika cihazları, yanacaq dolduran maşınlar) təyinatını və iş prinsipini;

3.6. Usta sazlayıcının biliyi səviyyəsində maşın-traktor parkının texniki xidmətinin və təmirinin təşkilini;

3.7. Texnikanın nizamlanması və sazlanmasında, təmir işlərində, aqreqat düyün və mexanizmlərin sınağında tətbiq olunan nəzarət-ölçü cihazları və avadanlıqlarının quruluşunu;

 

Qeyd: Yol hərəkəti haqqında qanunvericiliyi, yol hərəkəti qaydalarını və bu qaydaların pozulmasına görə inzibati məsuliyyəti, qəza hadisələri baş verdikdə texnika sürücülərinin düzgün davranışına aid qaydaları və bu hadisələr zamanı zədə almış şəxslərə ilk tibbi yardım (həkimdən əvvəl) göstərilməsinin üsullarını hər üç ixtisas dərəcəsinə aid olan texnika sürücüləri bilməlidir.

 


[29]

 

 


 

 

 

“Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”a

 

3 nömrəli Əlavə

 

________________________ DAİM-in İmtahan Komissiyasının [30]

 

“___”  _____________ 20 ___ - ci il tarixli _______ №-li

 

P R O T O K O L U

 

Komissiyanın heyəti:                    Sədr   __________________________

                                                                                                          Üzvləri _________________________

 

 

İmtahan verənin  soyadı, adı, atasının adı

Doğulduğu il və yer

Verilən kateqoriya

Təhsil müəssisəsinin adı, şəhadətnamənin, diplomun və ya sertifikatın №-si [31]

Biliyin yoxlanılmasının nəticəəri

İmtahan suallarının №-si

Yol hərəkəti qaydaları və sürücülük bacarığından

Texnikanın texniki istismarı qaydalarından

Nəzəri

Təcrübi

Nəzəri

Təcrübi

verdi

vermədi

verdi

vermədi

verdi

vermədi

verdi

vermədi

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

“Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”a

 

4 nömrəli Əlavə

 

Texnika sürücüsü vəsiqəsinin verilmə

K İ T A B I

 

 

İmtahan verənin  soyadı, adı, atasının adı

Doğulduğu il və yer

İş (yaşayış) ünvanı

Təhsil aldığı müəssisəsinin adı, şəhadətnamənin, diplomun və ya sertifikatın №-si

Tibbi arayış kim tərəfindən verilib № və tarix

Verilən vəsiqənin kateqoriyası

Verilən vəsiqənin seriya və -si

Vəsiqənin verilmə tarixi

Vəsiqənin alınması barədə imza

1

2

3

4

5

6

7

8

9

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

“Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”a

 

5 nömrəli Əlavə

 

Texnika sürücüsü vəsiqəsi blanklarının mədaxil və məsarif edilməsinin uçot

 

K İ T A B I

 

 

M Ə D A X İ L

M Ə S A R İ F

Daxil olma tarixi

Qaimə

Kimdən alınıb

Seriya

Nömrələr sırası №-dən №-yə kimi daxil edilməklə

Miqdarı

Məsarif edilmə tarixi

Kimə verilib

Seriya

Nömrələr sırası №-dən №-yə kimi daxil edilməklə

Sayı

Qalıq

1

2

3

4

5

6

7

8

9

10

11

12

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 fevral 2013-cü il tarixli 01/2013 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201302120101, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 fevral 2013-cü il)

2.       24 iyul 2013-cü il tarixli 05/2013 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307240005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2013-cü il)

3.       1 fevral 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2016-cı il)

4.       7 mart 2018-ci il tarixli Q-03-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803070318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 mart 2018-ci il)

5.       5 sentyabr 2018-ci il tarixli Q-05-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809050518, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 sentyabr 2018-ci il)

6.       25 oktyabr 2018-ci il tarixli Q-11-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810251118, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 noyabr 2018-ci il)

7.       20 noyabr 2018-ci il tarixli Q-12-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811201218, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2018-ci il)

8.       15 aprel 2019-cu il tarixli Q-04-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201904150419, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2019-cu il)

9.       19 aprel 2019-cu il tarixli Q-06-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201904190619, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 aprel 2019-cu il)

10.    12 sentyabr 2019-cu il tarixli Q-14-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909121419, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 sentyabr 2019-cu il)

11.    24 avqust 2021-ci il tarixli Q-05-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202108240521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 sentyabr 2021-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 5 sentyabr 2018-ci il tarixli Q-05-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809050518, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 sentyabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”da mətn üzrə ismin müvafiq hallarında “DTNM orqanı” sözləri ismin müvafiq hallarında “regional bölmə” sözləri ilə əvəz edilmişdir.

19 aprel 2019-cu il tarixli Q-06-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201904190619, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 aprel 2019-cu il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”da mətn üzrə ismin müvafiq hallarında “regional bölmə” və “regional bölmələr” sözləri ismin müvafiq hallarında “DAİM” akronimi ilə əvəz edilmişdir.

 

[2] 1 fevral 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2016-cı il) ilə Təlimatın 1.1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.1. Bu təlimat “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2011-ci il 15 noyabr tarixli 242-IVQD nömrəli Qanunun tətbiqi ilə əlaqədar ölkə Prezidentinin 22 dekabr 2011-ci il tarixli 551 nömrəli Fərmanının 2-ci bəndinə, “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin, Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə məsələləri üzrə təcrübi imtahanlara müstəqil hazırlanması qaydalarının və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 41 nömrəli və həmin qərarında dəyişikliklər edilməsi haqqında 11 may 2012-ci il tarixli 115 nömrəli, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyətinin tənzimlənməsi və onun əsasnaməsinin təsdiq edilməsi haqqında” 27 sentyabr 1999-cu il tarixli 158 nömrəli qərarlarına uyğun hazırlanaraq Dövlət Texniki Nəzarət Müfəttişliyi orqanları tərəfindən traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün ilk peşə-ixtisas təhsil müəssisələrini, hazırlıq kurslarını bitirmiş şəxslərin imtahanlarının keçirilmə, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilmə və dəyişdirilmə qaydalarını müəyyən edir.

 

12 sentyabr 2019-cu il tarixli Q-14-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909121419, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 sentyabr 2019-cu il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 1.1-ci bəndində “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanının 4.3-cü bəndinə” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanının 2.3-cü bəndinə” sözləri ilə əvəz edilmişdir.

 

[3] 1 fevral 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2016-cı il) ilə yeni məzmunda 1.2-ci bənd əlavə edilmişdir.

5 sentyabr 2018-ci il tarixli Q-05-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809050518, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 sentyabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndində “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi (bundan sonra - Dövlət Müfəttişliyi)” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti (bundan sonra - Dövlət Xidməti)” sözləri ilə əvəz edilmişdir.

19 aprel 2019-cu il tarixli Q-06-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201904190619, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 aprel 2019-cu il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndində “Baş Dövlət Texniki Nəzarət Xidməti (bundan sonra - Dövlət Xidməti)” sözləri “Aqrar Xidmətlər Agentliyi (bundan sonra - Agentlik)” sözləri ilə əvəz edilmişdir.

 

[4] 1 fevral 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2016-cı il) ilə Təlimatın 2-ci hissəsinin adında və 2.8-ci bəndində “Azərbaşdövləttexnəzarət” müfəttişliyi” sözləri “Dövlət Müfəttişliyi” sözləri ilə əvəz edilmişdir.

5 sentyabr 2018-ci il tarixli Q-05-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809050518, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 sentyabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 2-ci hissəsinin adında və 2.8-ci bəndində “Dövlət Müfəttişliyi” sözləri “Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.

19 aprel 2019-cu il tarixli Q-06-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201904190619, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 aprel 2019-cu il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 2-ci hissəsinin adında və 2.8-ci bəndində “Dövlət Xidməti” sözləri “Agentlik” sözü ilə əvəz edilmişdir.

 

[5] 5 sentyabr 2018-ci il tarixli Q-05-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809050518, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 sentyabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 2.1-ci bəndində “rayon (şəhər) Dövlət Texniki Nəzarət Müfəttişliyinə (bundan sonra “DTNM orqanları” adlandırılacaq)” sözləri “Baş Dövlət Texniki Nəzarət Xidmətinin regional bölmələrinə (bundan sonra “regional bölmələr” adlandırılacaq)” sözləri ilə əvəz edilmişdir.

20 noyabr 2018-ci il tarixli Q-12-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811201218, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 2.1-ci bəndin ikinci abzasında “şagirdlərə” sözü “tələbələrə (müdavimlərə)” sözləri ilə əvəz edilmişdir və həmin abzasda birinci halda “şəhadətnamə” sözündən sonra “və ya diplom (sertifikat)” sözləri, ikinci halda “şəhadətnamə” sözündən sonra isə “və ya diplomun (sertifikatın) surəti” sözləri əlavə edilmişdir.

19 aprel 2019-cu il tarixli Q-06-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201904190619, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 aprel 2019-cu il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 2.1-ci bəndinin ikinci abzasında “Baş Dövlət Texniki Nəzarət Xidmətinin regional bölmələrinə (bundan sonra “regional bölmələr” adlandırılacaq)” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinə (bundan sonra – DAİM)” sözləri ilə əvəz olunmuşdur.

 

[6] 25 oktyabr 2018-ci il tarixli Q-11-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810251118, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 noyabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 2.4-cü bəndində “kateqoriyanın qarşısında” sözləri “kateqoriyaya uyğun” sözləri ilə əvəz edilmişdir.

 

[7] 1 fevral 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2016-cı il) ilə 2.7-ci bəndində “DTNM-nin yerli orqanlarına göndərilir” sözləri “DTNM orqanlarına göndərilir” sözləri ilə əvəz edilmişdir.

 

[8] 20 noyabr 2018-ci il tarixli Q-12-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811201218, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 2.10-cu bəndində “şagirdlərindən” sözü “tələbələrindən” sözü ilə əvəz edilmişdir.

 

[9] 1 fevral 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2016-cı il) ilə Təlimatın 3.9-cu bəndində “Azərbaşdövləttexnəzarət” müfəttişliyi orqanları” sözləri “DTNM orqanları” sözləri ilə əvəz edilmişdir.

 

[10] 7 mart 2018-ci il tarixli Q-03-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803070318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 mart 2018-ci il) “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 3.11-ci bənd, 3.15-ci bəndin altıncı abzası və 3.20-ci bənd ləğv edilmişdir.

 

[11] 7 mart 2018-ci il tarixli Q-03-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803070318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 mart 2018-ci il) “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 3.12-ci bəndin üçüncü abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Bu kateqoriyalardan olan texnikaların idarə edilməsi üçün texnika sürücülərinə müvafiq formada texnika sürücüsü vəsiqəsi verilir. Vəsiqədə idarə olunmasına icazə verilən kateqoriyalı texnikanın qarşısında müvafiq qeydiyyat aparılır.(2 nömrəli əlavə)

 

25 oktyabr 2018-ci il tarixli Q-11-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810251118, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 noyabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 3.12-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.12. Texnika sürücüsü vəsiqələrində bütün texnikalar tipindən, təyinatından və idarəetmə xüsusiyyətindən asılı olaraq aşağıdakı kateqoriyalara bölünürlər:

“T”, “TK”, “TT”, “H”, “HT” və “HK”.

Bu kateqoriyalara aid olan texnikaların idarə edilməsi üçün sürücülərə nümunəsi bu Təlimatın 2 nömrəli Əlavəsində göstərilən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilir. Texnika sürücüsü vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Permis de conduire”), vəsiqədə göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılır.

Texnika sürücüsü vəsiqəsinin üz tərəfi açıq bənövşəyi və mavi-yaşıl rəngin qarışığı olmaqla üzərində Azərbaycan Respublikasının xəritəsi və təkərli traktorun təsviri, arxa hissəsi isə yaşıl-mavi fonda olmaqla Azərbaycan Respublikasının gerbinin təsviri olan qiloş (qoruyucu tor) şəbəkəsindən ibarət 86x54 mm ölçüdə plastik kart formasında hazırlanır (2 nömrəli Əlavə).

Texnika sürücüsü vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir:

1) sahibinin soyadı;

2) sahibinin adı və atasının adı;

3) sahibinin doğum tarixi və yeri;

4) sahibinin yaşayış yeri;

5) vəsiqəni vermiş orqanın adı;

6) vəsiqənin verilmə tarixi və yeri;

7) vəsiqənin qüvvədə olma müddətinin qurtardığı tarix;

8) vəsiqənin nömrəsi;

9) vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın möhürü;

10) sahibinin qan qrupu və imzası;

11) xüsusi qeydlər;

12) idarə etməyə icazə verilən traktor və digər mexaniki nəqliyyat vasitələrinin kateqoriyaları.

Texnika sürücüsü vəsiqəsində traktor və digər mexaniki nəqliyyat vasitələrinin kateqoriyalarına dair aşağıdakı məlumatlar qeyd edilir:

“T”  - təkərli traktorlar, 14 kN /1.4 d g/ sinfinə kimi;

“TK” - təkərli traktorlar, 14 kN /1,4 d g/ sinfindən yuxarı;

“TT” - tırtıllı traktorlar;

“H”  - mexaniki transmissiyalı özügedən maşınlar;

“HT”- hidrostatik transmissiyalı özügedən maşınlar, o cümlədən yükləyicilər;

“HK” - meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar.

 

[12] 7 mart 2018-ci il tarixli Q-03-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803070318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 mart 2018-ci il) “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 3.13-cü bənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.13. Texnika sürücüsünün yalnız vəsiqədə qarşısında icazə verilən kateqoriyalı texnikaları idarə etmək hüququ vardır:

“T” – təkərli traktorları, 14 KN /1,4 d.g/ sinfinə kimi;

“TK” – təkərli traktorları, 14 KN /1,4 d.g/ sinfindən yuxarı;

“TT” – tırtıllı traktorlar;

“H” – mexaniki transmissiyalı özüyeriyən maşınlar;

“HT” – hidrostatik transmissiyalı özüyeriyən maşınlar;

“HK” – meliorasiya və yol-tikinti maşınlar, o cümlədən ekskavatorlar.

 

[13] 24 iyul 2013-cü il tarixli 05/2013 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307240005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2013-cü il) ilə 3.15-ci bəndinin ikinci abzasında “qeydiyyata alınması haqqında vəsiqə” sözləri “şəxsiyyətini təsdiq edən sənəd” sözləri ilə əvəz edilmişdir.

 

[14] 20 noyabr 2018-ci il tarixli Q-12-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811201218, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 3.15-ci bəndin üçüncü abzasında “diplomun” sözündən sonra “(sertifikatın)” sözü əlavə edilmişdir.

 

[15] 12 fevral 2013-cü il tarixli 01/2013 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201302120101, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 fevral 2013-cü il) ilə 3.15-ci bəndin beşinci abzasında “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilmişdir.

 

[16] 12 fevral 2013-cü il tarixli 01/2013 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201302120101, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 fevral 2013-cü il) ilə 3.16- bəndin ikinci abzasında “plastik kart” sözlərindən sonra “, elektron ödəmə sistemləri” sözləri əlavə edilmişdir.

 

15 aprel 2019-cu il tarixli Q-04-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201904150419, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2019-cu il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ının 3.16-cı bəndin ikinci abzasına “dövlət rüsumunun” sözlərindən sonra “, şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimənin” sözləri əlavə edilmişdir.

 

[17] 15 aprel 2019-cu il tarixli Q-04-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201904150419, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2019-cu il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ının 3.16-cı bəndin üçüncü-altıncı abzasları müvafiq olaraq dördüncü-yeddinci abzaslar hesab edilmişdir və yeni məzmunda üçüncü abzas əlavə edilmişdir.

 

[18] 20 noyabr 2018-ci il tarixli Q-12-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811201218, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 3.18-ci bəndindən “, ixtisas haqqında şəhadətnamədə isə aidiyyatı qrafalar regional bölmə tərəfindən doldurularaq möhürlə təsdiq edilir və sahibinə qaytarılır” sözləri çıxarılmışdır.

 

[19] 15 aprel 2019-cu il tarixli Q-04-19 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201904150419, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2019-cu il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ının 4.1-ci bəndinə “kateqoriyalar saxlanılmaqla,” sözlərindən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə” sözləri əlavə edilmişdir.

24 avqust 2021-ci il tarixli Q-05-21 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202108240521, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 sentyabr 2021-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 3.16-cı bəndinin ikinci və üçüncü abzaslarında və 4.1-ci bəndində “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları” sözləri “, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları” sözləri ilə əvəz edilmişdir.

 

[20] 7 mart 2018-ci il tarixli Q-03-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803070318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 mart 2018-ci il) “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 4.3-cü bəndindən “üçün” sözü çıxarılmışdır.

 

[21] 20 noyabr 2018-ci il tarixli Q-12-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811201218, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 4.4-cü bəndin birinci cümləsində “ixtisas haqqında şəhadətnaməyə” sözlərindən sonra “, diploma (sertifikata)” sözləri əlavə edilmişdir.

 

[22] 1 fevral 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2016-cı il) ilə 1.3-cü, 1.13-cü və 2.8-ci bəndlərində “kənd təsərrüfatı maşınlarının” sözləri müvafiq olaraq “kənd təsərrüfatı texnikasının” sözləri ilə əvəz edilmişdir.

 

[23] 1 fevral 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2016-cı il) ilə 1.5-ci, 1.6-cı, 1.20-ci, 1.21-ci, 1.24-cü, 2.3-cü, 2.9-cu, 2.11-ci və 3.2-ci bəndlərində ismin müvafiq hallarında “kənd təsərrüfatı maşınları” sözləri ismin müvafiq hallarında “digər kənd təsərrüfatı texnikası” sözləri ilə əvəz edilmişdir.

 

[24] 1 fevral 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2016-cı il) ilə 1.7-ci, 1.18-ci və 2.4-cü bəndlərində “maşınların” sözü müvafiq olaraq “kənd təsərrüfatı texnikasının” sözləri ilə, 1.8-ci bəndində “maşının” sözü “kənd təsərrüfatı texnikasının” sözləri ilə əvəz edilmişdir və 1.24-cü bəndində “(maşının)” sözü çıxarılmışdır.

 

[25] 1 fevral 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2016-cı il) ilə 2.1-ci bəndində “kənd təsərrüfatı maşınlarında” sözləri “kənd təsərrüfatı texnikası ilə” sözləri ilə əvəz edilmişdir.

 

[26] 1 fevral 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2016-cı il) ilə 2.14-cü və 3.3-cü bəndlərində ismin müvafiq hallarında “maşın və avadanlıqların” sözləri “kənd təsərrüfatı texnikasının” sözləri ilə əvəz edilmişdir.

 

[27] 1 fevral 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2016-cı il) ilə 3.1-ci bəndində “maşın və qurğularda” sözləri “kənd təsərrüfatı texnikasında” sözləri ilə əvəz edilmişdir.

 

[28] 1 fevral 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602010003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 fevral 2016-cı il) ilə 3.4-cü bəndində “bütün kənd təsərrüfatı maşınlarının, traktorların” sözləri “və digər kənd təsərrüfatı texnikalarının” sözləri ilə əvəz edilmişdir.

 

[29] 7 mart 2018-ci il tarixli Q-03-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201803070318, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 mart 2018-ci il) “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”ın 2 nömrəli Əlavə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

 

 

 

“Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”a

                                                       2 nömrəli Əlavə

Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük

V Ə S Ə Q Ə S İ

Soyadı ______________________________________________

Adı _________________________________________________

Atasının adı _________________________________________

Doğulduğu yer və tarix ________________________________

_____________________________________________________

Yaşadığı ünvan ______________________________________

_____________________________________________________

 

Seriya ______________

№ ____________

 

____________________

        (rayon, şəhər )

Dövlət Texniki Nəzarət Müfəttişliyi

tərəfindən verilib

“____” __________________ il

 

 

 

Şəkil

üçün yer

 

 

 

 

______________   ________________   _______________

    (vəsiqə verənin               (vəsiqə sahibinin               (Qan qrupu)

          imzası)                                  imzası)

 

Etibarlıdır

 “____”  “____”  ______________ il 

İdarə edilməsinə icazə verilən traktor və özüyeriyən maşınların kateqoriyaları

İcazə verilməsi haqqında qeydlər

T

Təkərli traktorlar 14 K /1,4 d.g./ sinfinə kimi

 

TK

Təkərli traktorlar 14 Kn /1,4 d.g./ sinfindən yuxarı

 

TT

Tırtıllı traktorlar

 

H

Mexaniki transmissiyalı özüyeriyən maşınlar

 

HT

Hidrostatik transmissiyalı özüyeriyən maşınlar

 

HK

Meliorasiya və yol-tikinti maşınları, o cümlədən ekskavatorlar

 

 

Xüsusi qeydlər üçün

 

 

 

25 oktyabr 2018-ci il tarixli Q-11-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810251118, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 noyabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”a 2 nömrəli Əlavə ləğv edilmişdir.

 

[30] 5 sentyabr 2018-ci il tarixli Q-05-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809050518, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 sentyabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”a 3 nömrəli Əlavədə “rayon (şəhər) Dövlət Texniki Nəzarət Müfəttişliyinin” sözləri “regional bölməsinin” sözləri ilə əvəz edilmişdir.

[31] 20 noyabr 2018-ci il tarixli Q-12-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201811201218, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2018-ci il) ilə “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat”a 3 və 4 nömrəli Əlavələrin beşinci sütununda “şəhadətnamənin” sözündən sonra “, diplomun və ya sertifikatın” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status