AKTIN NÖVÜ
Kənd Təsərrüfatı Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
26.04.2012
QEYDİYYAT NÖMRƏSİ
03Q
ADI
“Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
05.05.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.150.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201204260003
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
04.05.2012
“Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN QƏRARI

Qəbul edildiyi tarix

26.04.2012

Qeydiyyat nömrəsi

03Q

Adı

“Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

05.05.2012

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

150.150.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201204260003

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

04.05.2012

 

 

“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 mart 2008-ci il tarixli 734 nömrəli Fərmanının 2.2-ci bəndini, ölkə Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”ni və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 20-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

 

QƏRARA ALIR:

 

1. “Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi Qaydaları” təsdiq edilsin (əlavə edilir)

2. Tapşırılsın Aparatın Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar Həsənova:

“Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi Qaydaları”nın qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsin.

 

Nazir                                                                                              İsmət Abasov

 

 


 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 26 aprel 2012-ci il tarixli 03Q nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 mart 2008-ci il tarixli 734 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmış və damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsini tənzimləyir.

1.2. Bu Qaydada aşağıdakı anlayışlardan istifadə olunmuşdur:

1.2.1. Attestasiya Komissiyasıdamazlıq heyvandarlıq təsərrüfatının fəaliyyət növünün müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən təşkil olunan komissiya;

1.2.2. Şəhadətnamə - attestasiyanın yekunlarına əsasən damazlıq heyvandarlıq təsərrüfat növü ilə fəaliyyət göstərmək hüququ verən sənəd.

 

2. Attestasiya Komissiyası

 

2.1. Damazlıq heyvandarlıq təsərrüfat növünün müəyyən edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən 5 (beş) nəfərdən ibarət attestasiya komissiya yaradılır. Komissiyanın sədri bu nümayəndələrin sırasından seçilir.

Attestasiya Komissiyasının iclası onun üzvlərinin azı üçü iştirak etdikdə səlahiyyətli hesab olunur, Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir, səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici səs sayılır.

2.2. Attestasiya Komissiyasının səlahiyyətlərinə aşağıdakılar daxildir:

- damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi;

- həmin təsərrüfatların növünün müəyyən edilməsi;

- attestasiyanın keçirilmə qaydaları, tarixi barədə attestasiyanın keçirilməsinə 15 gün qalmış yazılı bildirişin göndərilməsi.

 

3. Damazlıq heyvandarlıq təsərrüfatlarının növünün müəyyən edilməsi

 

3.1. Damazlıq heyvandarlıq təsərrüfatları hər bir cins üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş seleksiya-damazlıq proqramına uyğun fəaliyyət göstərir.

3.2. Damazlıq heyvandarlıq təsərrüfatlarının hər hansı bir fəaliyyət növünə aid edilməsi hər bir heyvan növü və cinsi üzrə təsdiq edilmiş normalar, tələblər və şərtlər əsasında həyata keçirilir.

3.3. Normalar aşağıdakılardır:

- südlük cinslərdən ibarət qaramal yetişdirən damazlıq təsərrüfat üzrə: - naxırda heyvanların 100 faiz, inək və ana camışların 80 faizinin elit-rekord və elit siniflərinə aid olması, inək və düyələrin 100 faiz  süni mayalandırılması, hər 100 baş inəkdən 83 bala alınması, hər 100 baş inəyə görə 10 baş cavan heyvanın satılması;

- ətlik cinslərdən olan damazlıq mal yetişdirən təsərrüfat üzrə: - naxırda törədici buğaların 100 faiz, inəklərin 70 faiz  təmizqanlı olması, törədicilərin 100 faiz və inəklərin 50 faiz elit-rekord və elit siniflərinə aid olması, hər 100 başdan 80 bala alınması, hər il 10 baş cavan damazlıq heyvanın, o cümlədən 2 baş erkək dananın satılması;

- müxtəlif cinslərdən olan qoyun və keçi yetişdirən damazlıq təsərrüfat üzrə: -ana qoyunların və şişəklərin 70 faizinin elit və 1 sinif, qoçların və təkələrin 100 faiz elit sinfindən olması, hər 100 baş ana heyvandan 85 bala alınması, quzuların 95 faiz sağlam saxlanması, hər 100 ana heyvana 15 baş damazlıq toğlunun  satılması;

- donuz yetişdirən damazlıq təsərrüfat üzrə: - ana donuzların 100 faiz təmizqanlı, 70 faizinin elit rekord və elit siniflərinə, qabanların 85 faiz elit-rekord və elit siniflərinə aid olması, ildə hər ana donuzdan 18 bala, hər gün 500 qram diri çəki artımının  alınması;

- at yetişdirən damazlıq təsərrüfat üzrə: - atların və ayğırların 100 faiz təmizqanlı olması, törədici ayğırların 100 faiz elita, madyanların 50 faizinin elita sinfinə, 40 faizinin 1 sinifə aid olması, hər 100 baş madyandan 75 balanın alınması;

- damazlıq kənd təsərrüfatı quşlarının yetişdirilməsi üzrə:  - damazlıq sürüdə fərələrin 70 faizinin birinci sinfə aid olması, ana toyuğun 100 faiz ikinci sinfə aid olması, hər toyuqdan 185 yumurta alınması, 40 faiz yumurtanın damazlıq kimi istifadə olunması, cücə çıxımının 75 faiz olması, cücələrin 95 faizinin salamat saxlanılması;

- arıçılıq üzrə - 100 faiz təmiz cins olmaqla, 40 faiz arı ailəsinin yüksək bonitirə sinifinə aid olması, 50 faiz damazlıq arı paketinin, hər arı ailəsinə görə 10 ədəd ana arının satılması, hər arı ailəsindən 20 kq balın alınması, qışda arıların çıxdaşının 10 faizdən çox olmaması.

3.4. Sahibkarın damazlıq təsərrüfat növü ilə məşğul olması üçün tövlənin, təmiz suyun, torpaq sahəsinin və normaya uyğun tələb olunan qədər yemin olması zəruri tələb hesab edilir. Süd sağımının, peyinin təmizlənməsinin, suyun verilməsinin mexanikləşdirilməsi, yem doğrayan aqreqat, yem bitkiləri yetişdirmək üçün kənd təsərrüfatı texnikası olanlara isə üstünlük verilir.

3.5. Sahibkarın damazlıq təsərrüfat növü ilə məşğul olması üçün təsərrüfatda ən azı 50 baş damazlıq inəyin (ətlik istiqamətli təsərrüfatda 50 baş inəyin), 50 baş ana camışın, 500 baş ana qoyunun və bir yaşından yuxarı şişəyin, 50 baş ana donuzun, 20 baş madyanın və 2 baş ayğırın, 10 baş dəvənin, 20000 baş quşun, 150 ədəd arı ailəsinin, 20 baş xəzdərili heyvanın olması zəruri şərtlər hesab edilir.

3.6. Damazlıq heyvandarlıq təsərrüfatlarının növünün müəyyən edilməsi üçün hüquqi və ya fiziki şəxslər Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

- dövlət aqrar inkişaf mərkəzinin direktorunun təqdimat məktubu;[1]

- hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;

- fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

- fiziki şəxsin təhsil haqqında diplomunun surəti;

- fiziki şəxsin vergi orqanlarında uçota alınması haqqında şəhadətnamənin surəti;

- torpağa mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənədin surəti;

- təsərrüfatın son 3 illik göstəriciləri barədə sənəd;

- təsərrüfatın damazlığa yarayıb-yaramaması barədə rayonun baş zootexnikinin və baş baytar həkiminin arayışları.

3.7. Müraciət yazılı və ya elektron formada təqdim edilir (göndərilir).

3.8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sahibkar müraciət etdikdən sonra bir ay müddətində sənədlərə baxaraq, sənədlərin bu Qaydalarda göstərilən tələblərə və şərtlərə uyğun olub-olmadığını araşdırmalı və nəticədən asılı olaraq bu barədə sahibkara yazılı məlumat verməklə toplanmış sənədləri damazlıq heyvandarlıq təsərrüfatlarının növünü müəyyən etmək üçün Attestasiya Komissiyasına təqdim edir.

3.9. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə hüquqi və ya fiziki şəxsə yazılı məlumat verilir. Hüquqi və fiziki şəxslər tərəfindən 10 (on) gün müddətində çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər təkrar təqdim olunur.

 

4. Damazlıq heyvandarlıq təsərrüfatlarına şəhadətnamənin verilməsi

 

4.1. Attestasiya Komissiyası damazlıq heyvandarlıq təsərrüfatlarının növünü müəyyən etmək üçün təsərrüfatları attestasiyadan keçirir.

4.2. Damazlıq heyvandarlıq təsərrüfatları yenidən attestasiyadan  5 (beş) ildən bir keçirilir.

4.3. Attestasiyadan keçirilmiş təsərrüfatların növü müəyyən edildikdən sonra hüquqi və fiziki şəxslərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həmin damazlıq heyvandarlıq təsərrüfat növü ilə fəaliyyət göstərmək hüququ verən şəhadətnamə verilir (1 nömrəli Əlavə).

4.4. Şəhadətnamə itdikdə və ya məhv olduqda şəhadətnamənin yenidən alınması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət oluna bilər.

4.5. Hüquqi və fiziki şəxs şəhadətnamədən yalnız özü istifadə edə bilər.

4.6. Şəhadətnamə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi formada nəşr edilir, ardıcıl nömrələnir və xüsusi jurnalda uçotu aparılır.

 


 

“Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi

Qaydaları”na

1 nömrəli Əlavə

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 sentyabr 2018-ci il tarixli Q-06-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809050618, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 sentyabr 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 sentyabr 2018-ci il tarixli Q-06-18 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809050618, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 sentyabr 2018-ci il) ilə “Damazlıq heyvandarlıq təsərrüfatlarının attestasiyadan keçirilməsi və onların damazlıq təsərrüfat növünün müəyyən edilməsi Qaydaları”nın 3.6-cı bəndinin ikinci abzasında “ərazi kənd təsərrüfatı idarəsi rəisinin” sözləri “dövlət aqrar inkişaf mərkəzinin direktorunun” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status