AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
25.04.2012
QEYDİYYAT NÖMRƏSİ
617
ADI
2012-ci il fevralın 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 26-04-2012, Nəşr nömrəsi: 90), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 29-04-2012, Nəşr nömrəsi: 93), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2012, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 296)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201204250617
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.04.2012
2012-ci il fevralın 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Me

2012-ci il fevralın 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2012-ci il fevralın 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Respublikası tərəfini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 aprel 2012-ci il

                № 617

 

 


Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında

Anlaşma Memorandumu

 

Bundan sonra “Tərəf” birlikdə isə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Albaniya Respublikasının İqtisadiyyat, Ticarət və Energetika Nazirliyi;

Əməkdaşlığın hər zaman hörmətə  və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanacağını vurğulayaraq;

Hər iki dövlət arasında sənaye və energetika sahəsində əlaqələrin qurulması və əməkdaşlıq imkanlarının genişləndirilməsini nəzərə alaraq;

Sənaye və energetika sahəsində əməkdaşlığın gücləndirilməsi və bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri arasında qarşılıqlı əməkdaşlıq prinsiplərinin inkişaf etdirilməsi məqsədilə;

Aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Tərəflər dövlətlərinin milli qanunvericiliyinə uyğun olaraq və öz səlahiyyətləri çərçivəsində sənaye və energetika kompleksi (neft, qaz, elektrik enerjisi, alternativ və bərpa olunan enerji və sənaye sahələri) üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini təşviq edəcəklər.

 

Maddə 2

 

Tərəflər müvafiq daxili qanunvericiliyə tam uyğun olaraq neft və qaz yataqlarının kəşfiyyatı, işlənilməsi, hasilatı, emalı, nəqli, paylanması və həmçinin elektrik və istilik enerjisinin istehsalı, nəqli və paylanması sahələri üzrə birgə elmi-texniki araşdırmaların aparılması və bu sahə üzrə mütəxəssislərin hazırlanması və onların ixtisaslarının artırılması üçün əlverişli şəraitin yaradılmasını dəstəkləyəcəklər.

 

Maddə 3

 

Tərəflər alternativ və bərpa olunan enerji sahəsində, xüsusilə hidroelektrik stansiyalarının tikintisi ilə bağlı layihələrin hazırlanması və bu layihələrin həyata keçirilməsində əldə olunmuş son texnoloji yeniliklərlə bağlı məlumat mübadiləsi aparacaqlar.

 

Maddə 4

 

Tərəflər sənaye və energetika sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin qurulmasında və qeyd olunan sahələrin və Tərəflərin zəruri hesab etdikləri digər sahələrin inkişafında əməkdaşlıq mühitinin yaradılması məqsədi ilə sənaye və energetika sahəsində təlim və inkişaf proqramları üçün birgə seminarların, konfransların, forumların təşkil edilməsini dəstəkləyəcəklər.

 

Maddə 5

 

Tərəflər müvafiq milli qanunvericiliklərinə uyğun olaraq Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq nəticəsində əldə edilmiş məlumatı digər Tərəfin yazılı razılığını aldıqdan sonra açıqlayacaqlar.

 

Maddə 6

 

Tərəflər əməkdaşlığın xüsusiyyətlərindən asılı olaraq, bu Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə Birgə İşçi Qrupunun yaradılması barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaqlar.

 

Maddə 7

 

Bu Anlaşma Memorandumunun müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək fikir ayrılıqları məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.

 

Maddə 8

 

Tərəflərin qarşılıqlı razılığı əsasında hazırkı Anlaşma Memorandumuna, onun ayrılmaz hissəsi olan və 9-cu maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.

 

Maddə 9

 

Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır və imzalandığı tarixdən etibarən qüvvəyə minir.

Tərəflərdən biri bu Anlaşma Memorandumunun bitməsinə 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə uzadılacaqdır.

Bu Anlaşma Memorandumu Bakı şəhərində 2012-ci il “ 9” fevral tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, alban və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

 

Azərbaycan Respublikasının

Albaniya Respublikasının

Sənaye və Energetika

İqtisadiyyat, Ticarət və

Nazirliyi adından

Energetika Nazirliyi adından

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status