AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
01.09.2003
QEYDİYYAT NÖMRƏSİ
498-IIQ
ADI
"Bitki sortlarının hüquqi mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2003, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 538)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
450.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Bitki sortlarının hüquqi mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə

"Bitki sortlarının hüquqi mühafizəsi haqqında" Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2001-ci il martın 16-da Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının iclasında imzalanmış "Bitki sortlarının hüquqi mühafizəsi haqqında" saziş təsdiq edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2003-cü il
№ 498-IIQ

 

Bitki sortlarının hüquqi mühafizəsi haqqında
SAZİŞ

 

Bu Sazişdə sonradan Tərəflər adlandırılacaq iştirakçı-dövlətlərin Hökumətləri:

kənd təsərrüfatı istehsalının səmərəliliyini artırmaq məqsədi ilə seleksiya və toxumçuluq sahəsində iqtisadi və elmi-texniki əməkdaşlığı saxlamaq və inkişaf etdirməyən obyektiv gercəkliyindən çıxış edərək;

bitki sortlarının səmərəli mühafizəsinə təsir göstərməyən vacibliyini nəzərə alaraq;

yüksək məhsuldar və yüksək keyfiyyətli bitki sortlarının yaradılmasına və birgə dövlət sınağından keçirilməsinə mühüm əhəmiyyət verərək;

dövlətlərin seleksiya nailiyyətlərinin qorunması sahəsində Tərəflərin əməkdaşlığının vacibliyini qəbul edərək;

kənd təsərrüfatı bitkilərinin əkin materialları və toxumu ilə qarşılıqlı sərfəli ticarətin inkişafına cəhd edərək;

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Bu Sazişin məqsədləri üçün istifadə edilən terminlər və anlayışlar aşağıdakı mənaları daşıyır:

bitki sortu (sort) - ibtidailər çərçivəsində məlum botaniki taksonlardan olan və aşağıdakılara:

eyni genotipin və genotiplər kombinasiyasının həyata keçirilməsi nəticəsində əlamətlərin büruzə verilməsi dərəcəsinin müəyyən olunmasına;

istənilən digər başqa qrup bitkilərdən bu əlamətlərdən ən azı birinə görə fərqlənmə dərəcəsinə;

onun təkrar istehsal üçün dəyişdirilməmiş formada bitki sortu baxımından bütöv vahid kimi baxılmasına malik bitki qrupları

qorunan sort - Tərəflərin dövlət reyesterlərində qeydiyyata alınmış bitki sortu;

müştərək bitki sortu - müqavilələr, sazişlər, kontraktlar və ya digər razılaşmalar çərçivəsində beynəlxalq proqramlar əsasında birgə yaradılmış bitki sortu;

ərizəçi - bitki sortuna müəlliflik hüququnu təsdiq edən sənədin ona təqdim edilməsi üçün ərizə verən hüquqi və ya fiziki şəxs;

mühafizə olunan sanəd - sorta müəlliflik hüququnu təsdiq edən səlahiyyətli orqanın sənədi;

hüquqlu şəxs - mülkiyyət hüququ mühafizə olunan sənədə əsaslanan hüquqi və yaxud fiziki şəxs;

Maddə 2

Tərəflər əmədaşlığı istehsalçı və istehlakçının xeyri üçün bitki sortlarının mühafizəsi, istifadəsi, ötürülməsi və yayılmasına daha əlverişli şərait yaratmaq məqsədilə həyata keçirirlər.

Maddə 3

Bitki sortlarına hüququn mühafizəsi Tərəflərin milli qanunvericiliklərinə uyğun həyata keçirməklə bitki sortuna verilmiş mühafizə olunan sənədlə təsdiqlənir.

Mühafizə həmçinin Tərəflərin qarşılıqlı qəbul etdiyi mühafizə olunan sənədlər əsasında digər tərəflərin səlahiyyətli orqanlarının ikitərəfli və çoxtərəfli razılaşmalarına uyğun aparılan ekspertiza nəticələri nəzərə alınmaqla da həyata keçirilə bilər.

Maddə 4

Hər bir tərəf bitki sortlarına hüququn mühafizəsi sahəsində özünün hüquqi və fiziki şəxslərinə yaratdığı hüquqi rejimi eynilə digər Tərəfin hüquqi və fiziki şəxslərinə də təqdim edir.

Maddə 5

Tərəflər bitki sortlarına hüququn mühafizəsini mühafizəyə ərizənin verildiyi və ya onun nəşr olunduğu andan verirlər.

Mühafizənin həcm meyarı və bitki sortlarının hüquqi mühafizə müddətləri mühafizə təqdim edən Tərəfin qanunvericiliyinə uyğun müəyyənləşdirilir.

Maddə 6

Bir neçə Tərəfin ərazisində mühafizə olunmasına ərizə verilmiş bitki sortunun adı eyni olmalıdır.

Tərəflərdən hər hansı birinin ərazisində həmin ərazidə mühafizə olunan sortun toxum materialını kommersiya dövriyyəsinə çıxaran və ya satışa təqdim edən hüquqi və fiziki şəxs əgər üçüncü tərəfin hüquqları buna əngəl yaratmırsa, sorta müəlliflik hüququ verən vəsiqənin müddəti bitmiş olsa belə bu sortun adından istifadə etməyə borcludur.

Maddə 7

Bitki sortlarının mühafizəsi üçün ərizə, milli qanunvericiliyinə uyğun mühafizəni üzərinə götürən Tərəfin səlahiyyətli orqanına verilir. Ərizə müraciət olunan Tərəfin dilində və ya rus dilində təqdim edilir.

Bitki sortlarına hüququn mühafizəsi ilə bağlı hüquqi fəaliyyətə görə, miqdarı və ödənilmə müddəti mühafizə edən Tərəfin qanunvericiliyinə uyğun müəyyən edilmiş rüsumlar alınır.

Rüsumlar ərizəçi, hüquqlu şəxs, həmçinin digər maraqlı fiziki və ya hüquqi şəxs tərəfindən ödənilir.

Maddə 8

Bitki sortlarının istifadəsində müstəsna hüquq və hüquqlu şəxsin hüququnun verilməsi Tərəflərin milli qanunvericilikləri ilə tənzimlənir.

Maddə 9

Mühafizə olunan bitki sortu aşağıdakı hallarda hüquqlu şəxsin razılığı olmadan istifadə oluna bilər:

sınaq məqsədlərilə;

yeni sortların yaradılması məqsədilə;

şəxsi qeyri-kommersiya məqsədilə.

Maddə 10

Mühafizə olunan bitki sortlarının toxum materialından aşağıdakı hallarda istifadadə hüquqlu şəxsin icazəsi tələb olunur: istehsal və ya təkrar istehsal; artırmaq məqsədilə əkin kondisiyasına çatdırmaq; satış üçün təqdim etmək;

satmaq və ya digər kommersiya əməliyyatına çıxarmaq; ixrac; idxal; yuxarıda göstərilən məqsədlər üçün saxlamaq.

Maddə 11

Müştərək bitki sortlarının qorunması üçün ərizə mühafizə üçün müraciət olunan Tərəfin qanunvericiliynə uyğun olaraq onun səlahiyyətli orqanına verilir.

Ərizəçilər ilk ərizənin verilməsi üçün Tərəfin seçilməsində öz seçim hüquqlarını saxlayırlar.

Müştərək seleksiya nailiyyətlərindən istifadə hüququnun şərtləri xüsusi müqavilələr, sazişlər, kontraktlar və digər razılıqlarla tənzimlənir.

Maddə 12

Sortun kommersiya məqsədi ilə istifadəsi insanların həyatına və sağlamlığına, bitki və heyvanlara, həmçinin ətraf mühitə ziyan vura biləcəyi halda Tərəflər sortun mühafizəsindən imtina edə bilərlər.

Maddə 13

Tərəflər mühafizə olunan bitki sortlarının qanunsuz istifadəsinin əleyhinə yönəlmiş tədbirlər görürlər.

Maddə 14

Tərəflər öz milli qanunvericiliklərində Saziş iştirakçıları olan ölkələrin hüquqlu şəxslərinin hüquqlarının bərabərlik şəraitində qorunmasını təmin edən müddəalar nəzərdə tuturlar.

Maddə 15

Tərəflər yeni bitki sortlarının mühafizəsi üzrə 1961-ci ildə qəbul edilmiş və 1972, 1978 və 1991-ci illərdə yenidən baxılmış Beynəlxalq Konvensiyanın tələblərini nəzərə alaraq bitki sortlarının hüquqi mühafizəsi sahəsində milli qanunvericiliklərinin hazırlanması və təkmilləşdirilməsi üzrə lazımi tədbirlər görürlər.

Maddə 16

Tərəflər bitki sortlarının mühafizəsi hüququ sahəsində milli təşkilatların səmərəli fəaliyyətinə, həmçinin bu təşkilatlar arasında əməkdaşlığa dair razılaşmaların bağlanmasına imkan yaradırlar.

Maddə 17

Tərəflər maraqlı fiziki və hüquqi şəxslərin Tərəflərin qorunan bitki sortlarının milli siyahıları ilə tanış olmağa icazəni təmin edir, həmçinin qorunan və istifadəsinə icazə verilən bitki sortlarının müştərək məlumatlar bankının təşkilinə və istifadəsinə imkan yaradırlar.

Maddə 18

Tərəflər, bu Sazişin tələblərinin yerinə yetirilməsi üzrə bitki sortlarının mühafizəsi sahəsində koordinasiya fəaliyyətini, Tərəflərin təşkilatlarının iştirakı da təmin olunmaqla toxumçuluq məsələləri üzrə MDB hökumətlərarası koordinasiya şurasını səlahiyyətləndirirlər.

Maddə 19

Bu Sazişin istifadəsi və şərhi ilə əlaqədar meydana çıxan mübahisələr maraqlı Tərəflərin məsləhətləşməsi və danışıqlar yolu ilə həll olunur.

Maddə 20

Bu Saziş, Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə toxunmur.

Maddə 21

Bu Saziş onun məqsəd və prinsiplərinə şərik olan başqa dövlətlərin hökumətlərinin qoşulması üçün açıqdır. Qoşulmaq istəyən hökumətlər üçün bu Saziş onların qoşulmağa dair depozitar sənədlərinin saxlanmaya verildiyi vaxtdan qüvvəyə minir.

Maddə 22

Bu Sazişə əlavə və dəyişikliklər Tərəflərin ümumi razılığı ilə, ayrıca protokol tərtib etməklə aparılır və onlar Sazişin 23-cü maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minirlər.

Maddə 23

Bu Sazişi imza edən Tərəflərin bütün vacib dövlətdaxili qaydaların yerinə yetirilməsini təsdiq edən üçüncü xəbərdarlığın depozitariyaya saxlanmağa verildiyi gündən qüvvəyə minir.

Tələb olunan qaydaları (prosedurları) gec yerinə yetirən Tərəflər üçün isə, o müvafiq sənədlərin depozitariyaya verildiyi gündən qüvvəyə minir.

Maddə 24

Bu Saziş beş il müddətinə bağlanır və Tərəflər başqa qərarlar qəbul etmədiyi halda avtomatik olaraq növləəri beş ilə uzadılır.

Maddə 25

Hər hansı Tərəf bu Sazişdən çıxmaq üçün altı ay öncə bu barədə depozitariyaya yazılı xəbərdarlıq göndərməklə çıxa bilər.

Mümkün mübahisələrin və iradların, eyni zamanda əmlak xarakterli məsələlərin həlli məqsədilə bu Sazişin müddəaları qoyulmuş tələblərin tam tənzimlənməsinə qədər öz qüvvəsini saxlayır.

2001-ci il  martın 16-da Moskva şəhərində rus dilində bir həqiqi nüsxədə tərtib edilmişdir. Həqiqi nüsxə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsində saxlanılır və onun təsdiq edilmiş surəti bu Sazişə imza atan dövlətlərə göndərilir.

 

Azərbaycan Respublikası

Hökuməti tərəfindən
A.Abbasov

 

Ermənistan Respublikası

Hökuməti tərəfindən
S.Saakyan

 

Belarus Respublikası

Hökuməti tərəfindən
D.Kozİk

 

Gürcüstan

Hökuməti tərəfindən
L.Dzİneladze

 

Qazaxstan Respublikası

Hökuməti tərəfindən
D.Axmedov

 

Qırğızıstan Respublikası

Hökuməti tərəfindən
A.Süleymanov

 

Moldava Respublikası

Hökuməti tərəfindən
A.Kuku

 

Tacikistan Respublikası

Hökuməti tərəfindən
X.Turadcanzadə

 

Ukrayna

Hökuməti tərəfindən
Y.Exanurov

 

 

 

Saziş Moldova Respublikası tərəfindən xüsusi rəylə imzalanmışdır. Saziş Ukrayna tərəfindən qeyd şərtlə imzalanmışdır "Ukrayna bitki sortuna mühafizə hüququnu mühafizə üçün ərizənin nəşr edilməsi vaxtından həvalə edir".

Saziş Rusiya Federasiyası və Özbəkistan Respublikası tərəfindən imzalanmadı.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status