AKTIN NÖVÜ
Ədliyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
29.11.2011
QEYDİYYAT NÖMRƏSİ
3-N
ADI
Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın təkmilləşdirilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.12.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201111290003
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.12.2011
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ

 

KOLLEGİYA QƏRARI

 

№ 3-N

 

Bakı şəhəri                                                                                        29 noyabr 2011-ci il

 

Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın təkmilləşdirilməsi barədə

 

“Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın qəbulu və tətbiqi məhkəmələrdə idarəçiliyi xeyli yaxşılaşdırmış, işlərin hakimlər arasında bölüşdürülməsində subyektiv meyarların tətbiqini və sair sui-istifadə hallarını aradan qaldırmış, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadəyə imkan yaratmışdır.

22.06.2010-cu il tarixdə “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilmiş dəyişikliklərə, habelə dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixli fərmanlarına əsasən məhkəmə quruluşunun təkmilləşdirilməsi bu Təlimatın qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasını zəruri edir.

Bununla bağlı həmin sənədin yeni redaksiyada layihəsi hazırlanmış, ona nazirliyin aidiyyəti struktur qurumlarında, həmçinin Ali Məhkəmədə baxılaraq müsbət rəylər verilmişdir.

Kollegiya layihəyə baxıb onu məqbul hesab edir.

Göstərilənlərə, habelə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa, “Məhkəmələr və hakimlər haqqında” Qanuna, “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat” yeni redaksiyada təsdiq edilsin (Əlavə olunur).

2. Təlimatın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat” nəşr etdirilsin və respublikanın bütün məhkəmələrinə göndərilsin (A.Cəfərov, A.Muradov).

4. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın dövlət qeydiyyatına alınmasına dair 11 noyabr 2007-ci il tarixli 3366 nömrəli şəhadətnamə və həmin Təlimata edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınmasına dair 6 noyabr 2009-cu il tarixli 3479 nömrəli şəhadətnamə ləğv edilsin.

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov

 

 


 

 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ MƏHKƏMƏLƏRİNDƏ KARGÜZARLIĞIN APARILMASINA DAİR

 

T Ə L İ M A T [1]

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.                     Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat” (bundan sonra - Təlimat) Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual, Mülki Prosessual, İnzibati-Prosessual məcəllələrinin, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Dövlət qulluğu haqqında”, “İcra haqqında” Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq hazırlanmışdır. [2]

2.                     Təlimat «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində nəzərdə tutulan məhkəmə sisteminə daxil olan Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılması işini tənzimləyir. Bu Təlimatın tələbləri məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərtib edilən prosessual sənədlərə şamil edilmir.

3.                     Məhkəmələrdə kargüzarlığın aparılması müvafiq şöbə, bölmə, dəftərxana və ya bu məqsəd üçün ayrılan dövlət qulluqçuları (bundan sonra - kargüzarlıq xidməti) tərəfindən həyata keçirilir.

4.                     Kargüzarlıq işinin düzgün qurulması və aparılmasına, kargüzarlıq xidməti tərəfindən bu Təlimatın tələblərinə riayət edilməsinə nəzarəti müvafiq məhkəmənin sədri həyata keçirir.

5.                     Kargüzarlığın aparılması vəzifələri həvalə edilmiş dövlət qulluqçuları kargüzarlığın müasir prinsip, qayda və metodlarını, aidiyyəti normativ hüquqi aktların, həmçinin bu Təlimatın tələblərini bilməli və onlara əməl etməlidirlər.

6.                     Məhkəmələrdə kargüzarlıq xidmətinin səmərəli qurulması üçün onun təşkilati quruluşunun daim yeniləşməsi, işçilər arasında işgüzar əlaqələrin təşkili, həmçinin müasir texniki vasitələr (kompüter, faksmil, surətçıxaran və s.) ilə təchiz olunması zəruridir.

7.                     Kargüzarlıq xidmətinin əsas vəzifələri aşağıdakılardır:

7.1.                poçt, elektron poçt, faks, telefonoqram, feldyeger rabitəsi vasitəsilə və kargüzarlıq xidmətinə bilavasitə daxil olan iş, material və digər sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq; [3]

7.2.                iş, material və digər sənədləri göndərmək;

7.3.                sənədlərin icra müddətinə, bu Təlimatın tələblərinə uyğun tərtibinə və arxivləşdirilməsinə nəzarət etmək; [4]

7.4.                iş, material və digər sənədləri tələb etmək;

7.5.                sənədlərin surətlərini çıxarmaq və çoxaltmaq işlərini həyata keçirmək;

7.6.                sənədləri işlərin nomenklaturu üzrə formalaşdırmaq və arxivə təhvil vermək; [5]

7.7.                məhkəmə icraatı ilə bağlı işlərin, materialların və digər sənədlərin qoruyub saxlanılmasını, mühafizəsini və xidməti zərurətlə əlaqədar onlardan istifadə edilməsini təmin etmək; [6]

7.8.                kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədi ilə məhkəmənin bütün fəaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirmək, kargüzarlıq xidməti işçilərinin peşə hazırlığını artırmaq;

7.9.                Təlimatdan irəli gələn digər vəzifələri yerinə yetirmək.

7.10.            Sənəd dövriyyəsinin həcmindən və strukturundan asılı olaraq kargüzarlıq birinci instansiya məhkəmələrində mərkəzləşdirilmiş, apellyasiya və kassasiya instansiyası məhkəmələrində isə mərkəzləşdirilməmiş qaydada aparılır.

8. Mərkəzləşdirilmiş kargüzarlıq sistemində sənədlərin və qeydə alınması tələb olunmayan korrespondensiyanın (65 nömrəli əlavə) qəbulunu, göndərilməsini, uçotunu, struktur bölmələrinə paylanmasını, habelə sənədlərin qeydə alınmasını, rəsmiləşdirilməsini, işlərin formalaşdırılmasını kargüzarlıq xidməti həyata keçirir.

Mərkəzləşdirilməmiş kargüzarlıq sistemində isə sənədlərin və qeydə alınması tələb olunmayan korrespondensiyanın qəbulunu, göndərilməsini, uçotunu, sənədlərin struktur bölmələrinə paylanmasını kargüzarlıq xidməti, sənədlərin qeydə alınmasını, rəsmiləşdirilməsini, işlərin formalaşdırılmasını isə struktur bölmələri həyata keçirirlər. [7]

9.           Təlimatda aşağıdakı əsas anlayışlardan istifadə olunmuşdur:

9.1.                kargüzarlıq – məhkəmənin öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir; Məhkəmələrdə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. [8]

9.2.                sənəd - məhkəmə icraatı üzrə əhəmiyyət kəsb edə bilən məlumatları özündə əks etdirən daşıyıcılardır;

9.3.                rəsmi sənəd - şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd hesab olunur;

9.4.                sənədin rəsmən verilməsi – məhkəmə sənədinin çatdırılması və rəsmi qaydada verilməsidir;

9.5.                sənədlərin dövriyyəsi - sənədlərin məhkəməyə daxil olduğu və ya yaradıldığı andan icra edildiyi və ya göndərildiyi anadək onların hərəkətidir;

9.6.                fiziki şəxs(lər) – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslərdir;

9.7.                korrespondensiya – poçt rabitəsi vasitəsilə daxil olan və ya göndərilən iş, material, məktub, teleqram, bildiriş və s. sənədlərdir.

 

2. SƏNƏDLƏRİN HAZIRLANMASI VƏ RƏSMİLƏŞDİRİLMƏSİ

 

10.                   Məhkəmələrdə sənədlərin yaranmasının hüquqi əsasları aşağıdakılardır:

10.1.            qüvvədə olan qanunvericilik aktlarının tələbləri;

10.2.            yuxarı məhkəmələrin tövsiyələri;

10.3.            məhkəmə tərəfindən onun üzərinə düşən vəzifələrin icra edilməsi üçün səlahiyyətləri daxilində cari təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi;

10.4.            məhkəmə aparatı işinin hüquqi tənzimləmə zərurətinin yaranması.

11.                   Sənədlərin hazırlanması üçün «İşlətmək üçün kağız formatları» — 9327-60 dövlətlərarası standart üzrə A4 (210x297 mm) və A5 (148x210 mm) formatlı blank və kağızlardan istifadə edilir.

12.                  Sənəd dövriyyəsi böyük olan məhkəmələrdə ayrı-ayrı sənəd növləri üçün blanklar tətbiq edilir və onların üzərində mətbəə üsulu ilə sənəd növünün adı (qərar, protokol və s.) yazılır. Sərəncam mahiyyətli sənədlər üçün blanklar "Sərəncam sənədləri sistemi. Formulyar-nümunə" - 6.38-90 dövlətlərarası standart üzrə hazırlanır. Blanklar 1 nömrəli ağ yazı kağızından hazırlanmalıdır.

13.                  Məhkəmələrdə tez-tez təkrarlanan birtipli sənədlər (bildiriş, çağırış vərəqəsi, məktub və s.) tərtib edilərkən sənədlərin mətbəə üsulu ilə hazırlanan trafaret mətnli blankları tətbiq edilə bilər.

14.                  Mətbəə üsulu ilə hazırlanan blanklarda aşağıdakı rekvizitlər göstərilməlidir:

14.1.            Azərbaycan Respublikasının Dövlət Gerbi (“Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu iləəyyən edilmiş təsvirə uyğun olaraq); [9]

14.2.            Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) adı;

14.3.            məhkəmənin tam adı;

14.4.            məhkəmənin poçt indeksi, ünvanı, məlumat almaq üçün telefon və faks nömrələri, elektron poçtu.

Rekvizitlər blankların yuxarı hissəsində eninə, bir qayda olaraq, Azərbaycan Respublikasının dövlət dilində çap edilir (1 nömrəli əlavə). Xarici dildə çap edilmiş rekvizitlərə malik blanklardan istifadə edilməsinə yalnız sənədin mətni xarici dildə yazıldıqda yol verilir. [10]

15.                  Maliyyə, statistika və başqa xüsusi sənədlər qanunvericilikdə müəyyən edilmiş qaydada hazırlanıb tərtib edilir.

16.                  Sənədlər hazırlanarkən məhkəmənin adının (bir qayda olaraq sənədin blankında əks etdirilir) və sənəd növünün adının, sənədin başlığının göstərilməsi, sənədlərə ünvan yazılması, tarix və nömrə qoyulması, sənədin rəsmiləşdirilməsi, habelə sənədin hərəkəti və icrası haqqında qeydlərin yazılması zəruridir.

17.                   Sənədin yaranması üçün başqa sənəd əsas olduqda, bu sənədin hazırlanması üçün əsas götürülmüş sənəd növünün adı (adlıq halda), nömrəsi, tarixi və mətnin başlığı göstərilir.

18.                   Sənədin başlığı vərəqin ortasında mətndən əvvəl yazılır.

Sənədlərin başlığı maksimum qısa, dəqiq olmalı və «nə haqqında» sualına cavab verməklə feli ismin köməyi ilə ifadə edilməlidir (məsələn: «… işin təşkil edilməsi haqqında», «… yerinə yetirilməsi haqqında», «…tədbirlər haqqında» və s.).

19.                   Təşkilatın (məhkəmənin) adlarında köməkçi sözlərdən başqa, bütün sözlərin və onların tərkibinə daxil olan xüsusi isimlərin baş hərfləri böyük yazılır (məsələn: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və s.).

20.                   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafiya qaydalarına” uyğun olaraq birinci hərfi böyük yazılan vəzifələrin adları (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının Baş prokuroru və s.) istisna olmaqla, qalan vəzifə adları kiçik hərflə yazılır (məsələn: Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı və s.). [11]

21.                   Başlanğıc hərflərindən yaradılmış mürəkkəb ixtisar adları böyük hərflə yazılır (məsələn: Xarici İşlər Nazirliyi – XİN, Dövlət Təhlükəsizliyi Xidməti – DTX və s.). [12]

22.                   İki və daha artıq səhifəsi olan sənədlər ikinci səhifədən başlayaraq nömrələnməlidir. Nömrələr ərəb rəqəmləri ilə yazılır. Sənədlərdə nömrə anlayışı «№» işarəsi və ya «nömrə» («nömrəli») sözü ilə ifadə olunur.

23.                   Göndərilən sənədlərdə (məktublarda, məlumat xarakterli arayışlarda, məlumat vərəqlərində) ünvan sahibinin rekvizitləri dəqiq göstərilir. Bu məqsədlə aşağıdakı tələblərə əməl edilməlidir:

23.1.            sənəd hüquqi şəxsə ünvanlandıqda hüquqi şəxsin, struktur bölməsinə ünvanlandıqda, həmçinin həmin bölmənin adı, vəzifəli şəxsin vəzifəsi, adı və soyadı yazılır.

23.2.            sənəd fiziki şəxsə ünvanlandıqda əvvəlcə onun poçt ünvanı (poçt indeksi, şəhər (rayon), qəsəbə (kənd), küçə, ev və mənzil nömrəsi), sonra isə soyadı, adı və atasının adı göstərilir, təşkilatlara göndərilən sənədlərdə sənədi alanın poçt ünvanı yazılmır;

23.3.            sənəd hüquqi şəxsə və ya onun struktur bölməsinə ünvanlandıqda hüquqi şəxsin və ya onun struktur bölməsinin adı yönlük halda yazılır (məsələn: Bakı Apellyasiya Məhkəməsinə, Ədliyyə Nazirliyinin Təşkilat–nəzarət baş idarəsinə);

23.4.            sənəd konkret vəzifəli şəxsə ünvanlandıqda hüquqi şəxsin adı yiyəlik halda, sənədin ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə yönlük halda yazılır (məsələn: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin rəisi cənab Aslan Muradova);

23.5.            sənəddə dörddən çox ünvan olmamalı, sənəd dörddən çox ünvana göndərilərsə, göndəriş siyahısı tərtib edilməli və hər sənəddə yalnız bir ünvan göstərilməlidir.

24.                  Sənədin imzalanması və ya təsdiq edilməsinin tarixi sənədin tarixi hesab edilir. Sənədin tarixi onu imzalayan və ya təsdiq edən vəzifəli şəxs tərəfindən qoyulur. Sənədin tarixi, həmçinin sənədin məzmununda olan tarixlər rəqəmlə yazılmalıdır. Tarixin elementləri eyni sətirdə ardıcıllıqla yazılır: ayın tarixi, ay, il (məsələn: 19.06.07, 19.06.2007-ci il və ya 19 iyun 2007-ci il).

25.                  Sənədin nömrəsi bir qayda olaraq, işin nomenklatur üzrə nömrəsindən və sənədin qeydə alınmasının sıra nömrəsindən ibarətdir, sənədin qeydə alınması zamanı verilir və qeydiyyat ştampında vərəqlərin sayından və tarixdən əvvəl əks etdirilir. Sərəncam mahiyyətli sənədlərə və protokollara müstəqil olaraq hər sənəd növü daxilində verilən qeyd nömrələri onların nömrələridir. [13]

26.                  Sərəncamın mətni, bir qayda olaraq, yalnız sərəncam hissəsindən ibarət olur (2 nömrəli əlavə). Şərh hissəsi cümləyə «müvafiq olaraq», «məqsədi ilə» və s. kimi ifadələr şəklində daxil ola bilər. Bu zaman sərəncam hissəsi şərh hissəsindən abzasla ayrılmalıdır və «tapşırılsın», «nəzərinə çatdırılsın», «təklif edilsin», «təsdiq edilsin» və s. bu kimi fellərlə ifadə edilməlidir.

27.                  Sərəncam məhkəmənin sədri tərəfindən imzalanır və müvafiq qeydiyyat kitabında təqvim ili çərçivəsində xronoloji ardıcıllıqla qeydə alınır. Həmin kitab üzrə verilən qeyd nömrəsi sərəncamın nömrəsi hesab olunur (3 nömrəli əlavə).

28.                  Sənədin məqsədəuyğunluğunu və ya əsaslılığını qiymətləndirmək üçün sənəd razılaşdırılmalıdır. Razılaşdırılma məhkəmə aparatı daxilində həyata keçirilir. Bunun üçün sənədlər imzalanmazdan əvvəl onlara müvafiq vəzifəli şəxslər tərəfindən viza verilməlidir. Sərəncam mahiyyətli sənədlərin layihələrində icraçı tərəfindən birinci nüsxədə mətnin axırıncı vərəqinin arxasında viza qoyulur. Göndərilən sənədlərdə vizalar məhkəmədə qalan nüsxədə qoyulur. Vizanın tərkibinə viza verən şəxsin adı və soyadı, onun şəxsi imzası və tarix daxildir. Sənədlə əlaqədar qeydlər ayrıca vərəqdə yazılır. Bu zaman viza aşağıdakı kimi göstərilir:

 

(imza) (adı və soyadı)

(tarix)

Qeydlər əlavə olunur.

 

29.                  Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir [14]

30.                  Bir qayda olaraq, Sənədin bütün nüsxələri imzalanır. İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Əgər sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa şəkildə göstərilir. Əgər sənəd blankda tərtib edilməmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi tam şəkildə göstərilir. Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, sənədi onun müavini və ya səlahiyyətlərini icra edən şəxs imzalayır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir. Sənədi “əvəzinə” sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır. Dövlət orqanının rəhbərinə göndərilən sənədlər göndərən dövlət orqanının rəhbəri tərəfindən, o olmadıqda isə müavini və ya səlahiyyətlərini icra edən şəxs tərəfindən imzalanır. [15]

31.                  Göndərilən sənədlər, bir qayda olaraq, səlahiyyətləri daxilində məhkəmənin sədri, onun müavini, məhkəmə kollegiyasının sədri, məhkəmə aparatının rəhbəri, məhkəmənin hakimi, müvafiq struktur bölməsinin rəhbəri və ya onun müavini tərəfindən imzalanır. [16]

32.                  Məzmununa görə iki və ya daha artıq şəxsin məsuliyyət daşıdığı sənəd müvafiq olaraq iki və ya daha artıq imza ilə rəsmiləşdirilir (məsələn: akt, protokol, maliyyə sənədləri və s.). Belə hallarda imzalar şəxslərin tutduğu vəzifələrə uyğun olan ardıcıllıqla bir-birinin altında (vəzifələrin adları biri digərindən iki-dörd sətirarası intervalla ayrılmaqla) yerləşdirilir.

33.                  Əgər sənədi imzalamalı olan şəxs yoxdursa, sənəd onun müavini və ya vəzifəsini icra edən şəxs tərəfindən imzalanmalıdır. Bu zaman sənədi imzalayan şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir. Sənədi «əvəzinə» sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır.

34.                  Əgər sənəd məhkəmənin blankında tərtib edilməmişdirsə, ona ştamp və möhür vurulmalıdır. Əsli təsdiq edilməli olan məhkəmə qərarlarına, maliyyə sənədlərinə, arayışlara, vəsiqələrə, əmək kitabçalarına, sənədlərin məhv edilməsi barədə aktlara, habelə lazımi hallarda başqa sənədlərə imza qoyulması ilə bərabər Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhür vurulur. Möhür vəzifə adının və şəxsi imzanın üstünü tutmamalıdır. [17]

Qeyd: Məhkəmənin gerbli möhürü məhkəmənin sədrində, yaxud da onun əmri ilə həvalə edilmiş vəzifəli şəxsdə olmalıdır. Məhkəmənin gerbli möhürü, digər möhür və ştampları dəmir seyfdə saxlanılmalıdır.

35.                   Sənədlərin hazırlanmasında istifadə olunan şriftin ölçüsü, bir qayda olaraq, 12-dən az olmamalıdır.

36.                   Sənədlərin kompüter (makina) üsulu ilə hazırlanması 6.38-90 dövlətlərarası standartın tələbinə uyğun surətdə həyata keçirilir. Kompyuter üsulu ilə yazılan sənədlərin (maliyyə, statistik və digər cədvəllər istisna olmaqla) mətni “Arial” 12 şrifti ilə A4 formatda bir və ya bir yarım sətirarası intervalla yazılmalıdır. Sənədlər çap olunarkən vərəqdə aşağıda göstərilən qədər sahələr saxlanılır: [18]

36.1. soldan - 25 mm ;

36.2.            sağdan - ən azı 8 mm ;

36.3.            yuxarıdan - 20 mm ;

36.4.            aşağıdan:

- A4 formatlı kağızlar üçün - azı 19 mm ;

- A5 formatlı kağızlar üçün - azı 16 mm .

37.         9327-60 dövlətlərarası standart üzrə A5 formatlı sənədlərin mətni bir sətirarası intervalla, mətbəə üsulu ilə nəşr edilən sənədlərin mətni iki sətirarası intervalla, qalan sənədlərin mətni isə bir yarım sətirarası intervalla çap edilir. Sənədin hər abzasının birinci sətri sol sahənin hüdudundan beş-səkkiz çap işarəsi intervalı ilə çap edilir.

38.         Göndərilən sənədə digər sənədlər əlavə edildikdə, göndərmə məktubunda «qoşma» sözündən sonra əlavə edilmiş sənədlərin adı, sayı, tarixi və nömrəsi göstərilməlidir.

39.         Sənədlərə aşağıdakı əlavələr oluna bilər:

39.1. müvafiq sərəncam mahiyyətli sənədlərlə təsdiq edilən əlavələr;

39.2. əsas sənədin məzmununu izah edən və ya tamamlayan əlavələr;

39.3. müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələr.

40.                   Müstəqil sənəd olaraq müşayiət məktubu ilə göndərilən əlavələrdə sənəd üçün zəruri olan elementlərin hamısı (adı, başlığı, məzmun üçün məsul olan şəxslərin imzaları, təsdiqetmə haqqında qeydlər və s.) olmalıdır.

41.                   Sərəncam mahiyyətli sənədin mətnində adı çəkilən və həmin sənədlə təsdiq edilən əlavələrdə birinci vərəqin yuxarı sağ küncündə aşağıdakı formada qeyd yazılır:

Azərbaycan Respublikasının

 Ali Məhkəməsi sədrinin

«__»______il tarixli __nömrəli

əmri ilə təsdiq edilmişdir.

 

42.                  Əgər sənədlərə (sərəncam mahiyyətli sənədlər istisna olmaqla) mətndə adı çəkilən qoşmalar əlavə edilərsə, qoşmanın mövcudluğu haqqında qeyd sənəddəki imzadan əvvəl aşağıdakı formada tərtib edilir:

Qoşma: 30 vərəq, 3 nüsxə.

Qoşma: 60 vərəq, 2 cild.

43.                  Sənədin düzgün tərtibi, məzmununun aydın ifadə edilməsi və üslubu, tapşırığın vaxtında və keyfiyyətlə yerinə yetirilməsi bilavasitə icraçının vəzifəsidir.

44.                  Sənədlər hazırlanarkən vərəqin arxa tərəfinin aşağı hissəsində sənədi tərtib edənin vəzifəsi, adı, soyadı və telefon nömrəsi yazılır.

45.                  Bir qayda olaraq, Göndərilən hər bir sənəd ən azı iki nüsxədə tərtib edilir, sənədi hazırlayan vəzifəli şəxsin həmin sənədin işdə qalan nüsxəsində vizası olur, həmin sənədin onu icra edən şəxs tərəfindən təsdiq edilmiş surəti olmalıdır. Sənəd imza edildikdən sonra surəti qovluğa və ya işə tikilir.

46.                  Sənədlər aydın, ixtisar olunmadan, təmiz və düzəlişsiz tərtib olunmaqla imza edilməlidir. Sənədin birinci nüsxəsində düzəliş aparılarsa, digər nüsxələrdə də eyni düzəliş aparılır.

47.                  İmza edilmiş sənədlərdə başqa şəxslər tərəfindən düzəlişlərin aparılması qadağandır.

48.                   Sənəd göndərilməmişdən əvvəl kargüzarlıq xidmətinin işçisi aşağıdakılara riayət etməlidir:

48.1.            ünvanların düzgün yazılmasını, sənəddə göstərilmiş əlavə sənədlərin olub-olmamasını və sənədə imza edilməsini yoxlamalı;

48.2.            bir neçə ünvana göndərilən məktubların yazılan ünvana göndərilməsi haqqında qeydiyyat aparmalı, ünvanın altından xətt çəkməli;

48.3.            göndərilən sənədlərin siyahısını tərtib etməli, göndərilmə nömrəsi və tarixini göstərməlidir.

 

3. SƏNƏDLƏRİN SURƏTLƏRİNİN ÇIXARILMASI, ÇOXALDILMASI VƏ STENOQRAFİYA İŞLƏRİ

 

49.            Sənədlərin surətlərinin çıxarılması və çoxaldılması üçün məhkəmənin rəhbər vəzifəli şəxsinin göstərişi və ya icazəsi tələb olunur. Məhkəmə aparatının struktur bölməsinin rəhbəri surətlərin miqdarını, göndəriş ünvanlarını müəyyən edir və sifariş blankını imzalayır.

50.            Surətçıxaran texniki vasitələrin köməyi ilə çoxaldılmaq üçün sənədin əsli verilir, surəti çıxarıldıqdan sonra sənəd qaytarılaraq işə, materiala və s. əlavə edilir. Sənədin əsli və çoxaldılmış əlavəsinin nüsxələri eyni nömrə ilə qeydə alınır.

51.            Sənədin surətləri kompüter (makina) üsulu ilə məhkəmənin blankında deyil, adi vərəqdə hazırlanarsa, blankın rekvizitləri daxil edilməklə, sənədin mətni tam şəkildə köçürülür. Surətin birinci vərəqinin yuxarı sağ küncündə «Surət» qeydi yazılır.

52.            Surətlərin təsdiq edilməsi üçün sənədin «İmza» rekvizitindən aşağıda sol sahədə «Düzdür» təsdiqləyici sözü əlavə edilir, surəti təsdiqləyən şəxsin vəzifəsi, imzası, adı, soyadı və təsdiq edilmə tarixi göstərilir və möhür vurulur (məsələn:

 

Düzdür: Məhkəmənin hakimi (imza) (adı və soyadı) (tarix).

 

53.            Sənədin surətlərində silinməyə yol verilmir. Düzəldilmiş və ya əlavə edilmiş sözlər surəti təsdiq edən şəxs tərəfindən imza və möhürlə təsdiq edilməlidir.

54.            Sənəd bir neçə vərəqdən ibarətdirsə, onların surətlərinin hər bir səhifəsi imzalanmalı və möhürlə təsdiq edilməlidir.

55.            Məhkəmə sədrinin yanında keçirilən iclasların və müşavirələrin stenoqramları hazırlana, müvafiq qaydada rəsmiləşdirilir və kargüzarlıq xidmətində saxlanılır. [19]

56.            Məhkəmə sədrinin tapşırığı ilə müvafiq səs yazısını əks etdirən audio , video yazılar və elektron daşıyıcılarda olan yazılar daimi saxlanmaq üçün arxivə verilir və ya maqnitsizləşdirmək yolu ilə silinir. Bu barədə akt tərtib olunur və ya müvafiq kitabda (4 nömrəli əlavə) qeydiyyat aparılır. Əgər stenoqramlar səsyazan maqnit daşıyıcıları vasitəsi ilə qeydə alınıbsa, bu zaman həmin materiallar kargüzarlıq xidmətində saxlanılır. [20]

 

4. ƏMƏK MÜQAVİLƏLƏRİNİN, ƏMRLƏRİN HAZIRLANMASI VƏ TƏRTİB EDİLMƏSİ

 

57.            Dövlət qulluğuna inzibati və yardımçı vəzifələrə qəbul edilən şəxslərlə əmək müqaviləsinin bağlanması qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi və «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

58.            Bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra məhkəmə sədrinin əmri ilə rəsmiləşdirilir. Bu kimi hallarda həm əmək müqaviləsinin, həm də əmrin qeydiyyatı müvafiq kitabda aparılmalıdır. [21]

59.            Kargüzarlıq xidməti bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları), habelə digər əmrləri (sərəncamları) xüsusi qeydiyyat kitabında (13 nömrəli əlavə) və ya kompüter vasitəsilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır.

60.            Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə məhkəmənin möhürü vurulmalıdır. Bu qeydiyyat kitabı xüsusi uçot sənədi kimi saxlanılmalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir.

61.            Bağlanmış əmək müqavilələri, onlara edilmiş dəyişikliklər, verilmiş əmrlər (sərəncamlar) arxiv qaydalarına uyğun olaraq 5 il müddətində saxlanılır. Onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir.

Beş gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə qeydlər yazılmalıdır.

62.            Əmək müqaviləsinə xitam verildiyi gün işdən çıxan işçilərə əmək kitabçası verilməlidir.

63.            Əmr, bir qayda olaraq, şərh və sərəncam hissələrindən ibarət olur (5 nömrəli əlavə). Şərh hissəsində əmrin verilməsi üçün əsas götürülən hallar ifadə edilir, sərəncam hissəsində isə görülməli tədbirlər sadalanır.

64.             Əmrin sərəncam hissəsi mətn dayandırılmadan «əmr edirəm» sözləri ilə başlanır. Nəzərdə tutulan fikirlər ərəb rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir.

65.            Hər bənd konkret icraçının və ya vəzifəli şəxsin adının və soyadının göstərilməsi ilə başlanır.

66.            Əmr layihəsinin son variantına ancaq əmri imzalayan məhkəmə sədri düzəlişlər edə bilər.

67.            Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır (13 nömrəli əlavə).

 

5. AKTIN HAZIRLANMASI VƏ TƏRTİB EDİLMƏSİ

 

68.            Aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində aktın tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur.

69.            Aktın başlığı həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməli və adlıq halda feli isimlə ifadə olunmalıdır (məsələn: «Maddi sübutun məhv edilməsi haqqında»).

70.            Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir.

71.            Akt mətninin sonunda (imzalardan əvvəl) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir.

72.            Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. Aktlar təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır (4 nömrəli əlavə).

73.            Aktı hazırlayanların və bu işdə iştirak edənlərin xüsusi rəyləri olduqda, həmin rəylər imzalardan aşağıda və ya ayrıca vərəqdə yazılır.

74.            Məhkəmələrdə sədr dəyişdikdə işlərin, materialların və digər sənədlərin qəbulu və təhvili akt tərtib etməklə aparılır. Məhkəmədə kargüzarlıq xidmətinin işçiləri dəyişdirildikdə işlər, materiallar və digər sənədlər həmin məhkəmənin sədrinin iştirakı ilə təhvil verilir və qəbul edilir.

75.            Qəbul və təhvil aktında aşağıdakılar göstərilməlidir:

75.1.            kargüzarlığın ümumi xarakteristikası, uçotun, qeydiyyat kitablarının, qovluqların və arxivin vəziyyəti (kitablar səhifələnmiş, nömrələnmiş, tikilmiş və surquclanaraq möhürlənmiş vəziyyətdə olmalıdır);

75.2.            məhkəmədə aparılan qeydiyyat vərəqələrinin, kitabların, qovluqların adları; [22]

75.3.            hər bir qeydiyyat vərəqəsinin, qeydiyyat kitabının və qovluqların nömrələnmiş vərəqlərinin sayı;

75.4.            icra edilməmiş sənədlərin, baxılmamış işlərin və materialların sayı;

75.5.            arxivdə olan işlərin, materialların və digər sənədlərin sayı;

75.6.            maddi sübutların qeydiyyat kitabındakı siyahı üzrə faktiki mövcudluğu.

76.            Qəbul və təhvil aktı iki və ya daha çox nüsxədə yazılır və iştirak edən şəxslər tərəfindən imzalanmaqla müvafiq qovluqda saxlanılır.

 

6. MƏHKƏMƏ İCRAATI İLƏ BAĞLI OLMAYAN PROTOKOLLARIN HAZIRLANMASI VƏ TƏRTİB EDİLMƏSİ

 

77.            Məhkəmə kollektivinin iclaslarının, habelə məhkəmə sədrinin göstərişi ilə digər iclas və müşavirələrin protokolu yazılmalıdır.

78.            Bir qayda olaraq, Protokolun mətni giriş və əsas hissələrdən ibarət olmalıdır. Protokolun giriş hissəsində iclası aparan sədrin və katibin adları və soyadları, dəvət edilənlərin siyahısı, məruzəçinin (məruzəçilərin) adları və soyadları, müzakirə ediləcək məsələnin (məsələlərin) adları verilir.

79.            Geniş protokolda əvvəlcə məruzələrin və çıxışların qısa mətni, sonra isə qərar hissəsi verilir. Qərar əvvəlki mətndən sonra vərəqin sol sahəsinin hüdudundan üç sətirarası intervalla çap edilən «Qərara alındı» sözləri ilə başlanır. Qəbul edilmiş qərarın mətni yeni sətirdən – abzasdan yazılır.

80.            Stenoqramları aparılan iclasların protokolları qısa şəkildə tərtib edilir. Belə protokolda iclasın gündəliyində duran məsələnin (məsələlərin), bu məsələyə aid məruzəçinin (məruzəçilərin) və çıxış edənlərin adları və soyadları göstərilir, müzakirə edilən hər məsələyə aid qəbul edilən qərar öz əksini tapır. Stenoqramı aparılan iclasın protokolu tərtib edilərkən çıxışların məzmunu verilmir, müvafiq qaydada tərtib edilmiş stenoqramın mətni protokola əlavə edilir.

81.            Protokol sədrlik edən və iclasın katibi tərəfindən imzalanır və təqvim ili çərçivəsində nömrələnir.

 

7. MƏKTUB, TELEQRAM VƏ TELEFONOQRAMIN HAZIRLANMASI VƏ TƏRTİB EDİLMƏSİ

 

82.            Məktublar xahişin (sorğunun), xahişə cavabın, habelə informasiya xarakterli məlumatların ifadə olunması məqsədi ilə və bir məsələyə dair tərtib edilir. Müşayiət məktubları icra üçün göndərilən sənədin icrasının xarakterinə və ya göndərilməsinin məqsədinə dair izahlar tələb olunduqda tərtib edilir.

83.            Sorğuya cavab verilərkən cavab məktubunun əvvəlində hansı sorğuya cavab verilməsi, sorğunun tarixi və nömrəsi göstərilməlidir.

84.            Məktubun mətni, bir qayda olaraq, biri digəri ilə məntiqi surətdə bağlı olan iki hissədən ibarət olmalıdır. Birinci hissədə məktubun hazırlanması üçün əsas götürülmüş faktların , hadisələrin və ya sənədlərin (qeydiyyat nömrəsi və tarixi göstərilməklə) təsviri, ikinci hissədə nəticələr, təkliflər və ya xahişlər yazılır. [23]

85.            Teleqraf yazışması ancaq təcili məsələlərə dair aparılır. Sorğuya cavab verilərkən teleqram mətninin əvvəlində həmin sorğunun nömrəsi göstərilməli, mətnin sonunda isə (imzadan əlavə) çıxış nömrəsi qoyulmalıdır.

86.            Teleqramda sözlər hecalara bölünmədən və düzəlişlər edilmədən yazılır. İmza yeni sətirdən qeyd edilir və möhürlə təsdiq olunur.

87.            Teleqram iki nüsxədə çap olunur və imzalandıqdan sonra göndərilmək üçün kargüzarlıq xidmətinə verilir.

88.            Xidməti məsələlərin operativ həlli üçün telefonoqram göndərilə bilər. Telefonoqram bir nüsxədə tərtib olunur və məhkəmənin kargüzarlıq xidməti tərəfindən göndərilir. Telefonoqramdan ölkə, şəhər, rayon daxilində telefonla məlumat vermək üçün istifadə edilir.

89.            Telefonoqram verilərkən aşağıdakılar göstərilir:

89.1.            kimin ünvanına verilir;

89.2.            telefonoqramın mətni;

89.3.            telefonoqramı imzalamış şəxsin vəzifəsi, adı və soyadı;

89.4.            telefonoqramın verildiyi tarix və saat;

89.5.            mətni ötürən şəxsin vəzifəsi, adı və soyadı;

89.6.            məhkəmənin telefon nömrəsi;

89.7.            telefonoqramı qəbul edən şəxsin vəzifəsi, adı və soyadı, telefon nömrəsi.

90.            Daxil olan telefonoqramın məzmunu, həmçinin telefonoqramı ötürən şəxsin vəzifəsi, adı və soyadı, qəbul edildiyi tarix və saat, qəbul edən şəxsin vəzifəsi, adı və soyadı kitabda qeydiyyata alınır (7 nömrəli əlavə).

91.             Sənədlərin göndərilməsində və alınmasında faksimil rabitə vasitələrindən də istifadə oluna bilər.

92.            Faksimil rabitə kanalı ilə qəbul edilən sənəddəki məlumatların həqiqiliyini müəyyən etmək mümkün olmadıqda, o, rəsmi sənəd hesab olunmur. Buna görə də sonradan həmin sənədin əslinin poçt və ya kuryer vasitəsi ilə göndərilməsi zəruridir.

93.            Göndərilən telefonoqram və ya faksoqramın, göndərmə tarixi və vaxtı, vərəqlərin sayı və sənədi göndərmək üçün təqdim edən vəzifəli şəxsin adı, soyadı göstərilməklə kitabda qeydiyyata alınır (9 nömrəli əlavə).

94.            Daxil olan faksoqram kitabda qeydiyyata alınır (8 nömrəli əlavə). Faksoqramın daxil olması barədə məhkəmə sədrinə onun qəbul edildiyi gün, təxirəsalınmaz hallarda isə dərhal məlumat verilir. Xarici dildə olan faksoqram tərcümə olunmadan təyinatı üzrə sahibinə çatdırılır.

95.            Məhkəmələrdə quraşdırılmış faksimil rabitə texnikasından istifadə və buna nəzarət həmin məhkəmənin sədri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən təmin edilir. Faksimil rabitə aparatları quraşdırılmış otaqlara kənar şəxslər buraxılmır.

 

8. ŞƏXSLƏRİN QƏBULU İLƏ BAĞLI KARGÜZARLIĞIN APARILMASI QAYDALARI

 

96.            «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər. Məhkəmə icraatının təşkilati məsələləri ilə bağlı qəbul isə müvafiq hakimin məhkəmə katibi (məsləhətçi) tərəfindən həyata keçirilir.

97.            Məhkəmələrdə şəxslərin qəbulu məhkəmənin sədri və məhkəmə aparatı tərəfindən həyata keçirilir.

98.            Apellyasiya və kassasiya instansiyası məhkəmələrində şəxslərin qəbulu sədr və aidiyyəti qurum (bölmə, şöbə) tərəfindən həyata keçirilir.

99.            Qəbul əvvəlcədən müəyyən edilmiş günlərdə və saatlarda həyata keçirilir. Bu barədə cədvəl məhkəmədə şəxslər üçün münasib olan yerdən asılır.

100.         Şəxslərin qəbulu ayrıca kitabda qeydiyyata alınır (10 nömrəli əlavə).

101.         Şəxslərin qeydə alınmış həmin müraciətləri məhkəmə sədrinə və ya onun həvalə etdiyi vəzifəli şəxsə verilir. Məhkəmənin sədri və ya onun həvalə etdiyi vəzifəli şəxs müraciətin həll edilmə müddətini müəyyən edir və icra edən şəxsə lazımi göstərişlər verir. [24]

102.          Müraciətdə göstərilən məsələyə baxıldıqdan və bu barədə əsaslandırılmış cavab verildikdən sonra müraciət baxılmış hesab edilir.

Müraciət yalnız məhkəmə sədrinin və ya onun həvalə etdiyi vəzifəli şəxsin dərkənarı (imzası) əsasında həll edilmiş sayılır və ya nəzarətdən çıxarılır. Müraciətə cavab məktubu məhkəmənin sədri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanmalıdır. [25]

103.          Haqqında şikayət edilmiş məhkəmə işçisinə həmin şikayətin baxılmasının həvalə edilməsi qadağandır.

104.          Həll edilmiş müraciətlər, verilmiş cavabın surəti digər qoşma sənədlərlə birlikdə ayrıca qovluqda saxlanılır. Müraciətlərin həll edilmə nəticələri barədə kitabda qeydiyyat aparılır.

105.          Həlli başa çatmış müraciətlər məhkəmənin kargüzarlıq xidmətində saxlanılır və təqvim ili qurtardıqdan sonra məhkəmənin arxivinə təhvil verilir.

106.         Məhkəmələr müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada da həyata keçirə bilər. [26]

107.         Şəxslərin məhkəmə icraatı ilə bağlı olmayan müraciətlərinin həlli « Vətəndaşların müraciətləri haqqında » Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. [27]

108.          Şəxslərin məhkəmə icraatı ilə bağlı olmayan müraciətlərinə dair sənədlərin saxlanılma müddəti 5 ildir. Bu müddət bitdikdən sonra həmin sənədlər qanunla müəyyən edilmiş qaydada məhv edilir.

109.         Müraciətdə göstərilən məsələnin həlli məhkəmənin səlahiyyətinə aid olmadıqda, həmin şəxsə hansı orqana müraciət etmək hüququ izah edilir.

110.         Eyni şəxsdən eyni məsələyə dair yenidən daxil olmuş müraciət təkrar müraciət hesab edilir. Təkrar müraciətin yuxarı sağ küncündə və kitabda «Təkrar» qeydi yazılır və bütün əvvəlki yazışmalar ona əlavə edilir.

111.         Eyni bir şəxsin müxtəlif məsələlərlə bağlı müraciəti təkrar sayılmır.

112.         Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu və müraciətlərinə baxılması ilə bağlı kargüzarlığın aparılması qaydası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq və bu Təlimatla tənzimlənir.

 

9. SƏNƏDLƏRİN QEYDİYYATI VƏ DÖVRİYYƏSİNİN TƏŞKİLİ

 

113.         Sənədin qeydə alınması onun üzərinə qeydiyyat nömrəsinin qoyulması və qeydiyyat vərəqəsində həmin sənəd haqqında zəruri məlumatların göstərilməsidir.

114.         Sənədlərin qeydə alınmasını məhkəmənin kargüzarlıq xidməti və struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirirlər.

115.         Bilavasitə məhkəmənin vəzifələrinin həyata keçirilməsi üçün zəruri olmayan sənədlərin (təbrik məktubları və dəvətnamələr, kitablar, jurnallar, bülletenlər, iclaslar, müşavirələr, konfranslar və digər tədbirlərin proqramları və ya belə tədbirlər haqqında digər məlumatlar, müxtəlif məsələlər üzrə hesabatlar və s.) qeydə alınması tələb olunmur. Belə sənədlər məhkəmənin müvafiq bölmələrində (kitabxanada, mühasibat, kadrlar və analitik-informasiya şöbələrində və s.) qeydə alınır.

116.         Məhkəmənin fəaliyyəti ilə bağlı qanunvericilik və icra hakimiyyəti orqanlarından, yuxarı məhkəmələrdən daxil olmuş normativ hüquqi aktlar, qərarlar, əmrlər və s. sistemləşdirilərək xronoloji ardıcıllıqla, səliqə ilə düzülür və müvafiq kitabda buna məsul olan şəxs tərəfindən qeydə alınır (61 nömrəli əlavə).

117.         Hər bir sənəd məhkəmədə ancaq bir dəfə qeydə alınır. Daxil olan sənədlər onların məhkəməyə daxil olduğu gün (6 nömrəli əlavə), göndərilən sənədlər isə, onların imzalandığı və ya təsdiq edildiyi gün qeydə alınır (11 nömrəli əlavə).

118.         Kargüzarlıq xidməti tərəfindən zərf və banderollar açılır, əlavə olunmuş siyahıya uyğunluğu yoxlanılır və sonra iş qovluğunun (məktubun və s.) birinci səhifəsinin aşağı sağ küncünə ştamp (12 nömrəli əlavə) vurulur. Həmin ştampda sənədlərin məhkəməyə daxil olduğu tarix və müvafiq kitab (6 nömrəli əlavə) üzrə sıra nömrəsi göstərilir.

119.         Zərf açıldıqda göndərmə məktublarında göstərilən sənədlərdən hər hansı birinin çatışmadığı aşkar edilərsə, bu barədə dərhal kargüzarlıq xidmətinin rəhbərinə məlumat verilir. Sənədlərin olmadığına dair müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi sənədi göndərənə təqdim edilir və ya göndərilir. Aktın digər nüsxəsi isə qəbul edilmiş sənədə əlavə olunur.

120.         Məhkəmə işçisinin adına göndərilən üzərində «şəxsən» qeydi yazılan zərf açılmadan aidiyyəti üzrə verilir.

121.         Məhkəmədə sənədlər dövriyyəsinin təşkili aşağıdakı tələblərə cavab verməlidir:

121.1.        sənədlərin hərəkəti operativ aparılmalı, nizamlanmalı və optimal şəkildə həyata keçirilməlidir;

121.2.        işin zərurətindən irəli gəlməyən əməliyyatlar sənədlərin hərəkətindən kənarlaşdırılmalıdır;

121.3.        sənədlərin hərəkəti qaydasında və işlənməsi prosesində maksimum eynilik təmin olunmalıdır.

122.          Daxil olan korrespondensiya məhkəmələrdə kargüzarlıq xidməti tərəfindən qəbul edilir və ilkin qaydada işlənməsi həyata keçirilir.

123.          Daxil olan korrespondensiyanın ilkin qaydada işlənməsi korrespondensiya gətirilməsinin düzgünlüyünün və zərflərin içindəki sənədlərin salamatlığının yoxlanılmasından, onun təyinatı üzrə verilmək üçün hazırlanmasından ibarətdir.

Səhvən gətirilən korrespondensiya aidiyyəti üzrə göndərilir, bu mümkün olmadıqda geri qaytarılır.

124.          Zərflər açılarkən onların bütövlüyü və içindəki sənədlərin mövcudluğu yoxlanılır. Sənədi göndərənin ünvanını və ya sənədin göndərilmə, alınma tarixini ancaq zərfə görə müəyyən etməyin mümkün olduğu hallarda həmin zərflərin saxlanılması zəruridir.

125.         Daxil olmuş sənədlər qeydə alındıqdan və qeydiyyat ştampında nömrə qoyulduqdan sonra dövlət hakimiyyəti orqanlarının sənədləri, məhkəmənin fəaliyyətinin mühüm məsələlərinə dair başqa vacib sənədlər, habelə icrası üçün qərar qəbul etmək tələb olunan sənədlər məhkəmənin sədrinə, qalan sənədlər isə onun müavininə və ya struktur bölməsinin rəhbərinə verilir. [28]

126.         Daxil olmuş sənədlər onların qeydə alındığı gün baxılmaq üçün verilməlidir. Teleqramlar və digər təcili sənədlər baxılmaq və icra edilmək üçün ilk növbədə verilir.

127.         Daxil olmuş sənəddə başqa sənədlərə istinad vardırsa, həmin sənədlər seçilib ayrılır və daxil olmuş sənədlə, yaxud müvafiq arayışla birlikdə məhkəmənin sədrinə (aparatın rəhbərinə) təqdim olunur.

128.         Baxılmanın nəticələri, bir qayda olaraq, sənədlərdə 6.38-90 dövlətlərarası standart ilə ayrılan yerdə (mətndən əvvəl yuxarı sol hissədə) müvafiq olaraq məhkəmənin sədri, onun müavini və ya struktur bölməsinin rəhbəri tərəfindən yazılan dərkənarda əks olunur. Dərkənarlarda sənədlərin icra xarakteri və icraçıları haqqında aydın və qəti göstəriş olmalıdır.

129.         Daxil olmuş sənədlər rəhbərlik tərəfindən baxıldıqdan sonra icrası və lazımi hallarda nəzarətə götürülməsi üçün kargüzarlıq xidmətinə qaytarılaraq təyinatı üzrə göndərilir.

130.         Dərkənarda birinci göstərilən şəxs sənədin əsas icraçısıdır. Əsas icraçı sənədin icrası ilə əlaqədar rəhbərliyə məlumat üçün hazırlanmış arayışı digər icraçı (icraçılar) ilə razılaşdırmalıdır. Digər icraçı (icraçılar) arayışla razı olmadıqda, ayrıca arayış tərtib edir və rəhbərliyi məlumatlandırmaq üçün kargüzarlıq xidmətinə təqdim edir. Kargüzarlıq xidməti dərkənardakı şəxslərin sayına uyğun olaraq sənədlərin surətlərini çıxarıb, dərkənarda göstərilən şəxslərə paylamalı, sənədin əsli isə birinci icraçıya təqdim olunmalıdır. Yekun sənəd birinci icraçı tərəfindən tərtib edilməlidir. Sənədin müştərək icraçıları əsas icraçıya lazım olan materialları (məlumatları) təqdim etməli və digər zəruri kömək göstərməlidirlər. İcraçılar sənədlərin vaxtında və keyfiyyətli hazırlanması üçün eyni dərəcədə məsuliyyət daşıyırlar. İcra olunmuş sənədlər işə (icraata) tikilmək üçün kargüzarlıq xidmətinə verilir. [29]

131.         İmzalanmış sənədlər müvafiq qeydiyyat aparılması və göndərilməsi üçün kargüzarlıq xidmətinə verilir.

132.         Korrespondensiyanın göndərilməsinə onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və həmin gün rabitə xidmətinə verilməsi daxildir. Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Qəbul edənin imzası olduqda sənədlər sifarişli məktubla göndərilmir. [30]

133.         Sənədlər iş gününün sonunda təqdim olunarsa, onun göndərilməsi növbəti iş günü həyata keçirilir.

134.         Kargüzarlıq xidməti tərəfindən sənədlərin ünvanının düzgünlüyü, əsas sənəddə göstərilən qoşmaların mövcudluğu yoxlanılır və müvafiq çatışmazlıqlar aşkar edildikdə, sənədlər icraçılara qaytarılır.

135.         Məhkəmə daxilində sənədlərin çatdırılmasını kargüzarlıq xidməti həyata keçirir. Göndərilən sənədləri təyinatı üzrə kuryerlər çatdırırlar.

136.         Teleqramlar və təcili sənədlər dərhal, digər sənədlər isə, bir qayda olaraq, gündə iki dəfədən az olmayaraq çatdırılır.

137.         Daxil olan və göndərilən sənədlər, o cümlədən nəzarətdə olan və digər mühüm sənədlər hərəkətin bütün mərhələlərində bu Təlimatın 14 nömrəli Əlavəsinə uyğun tərtib olunan kitabda müəyyən qeyd aparılmaqla qəbul edilir və təhvil verilir. [31]

138.         Sənədlərin struktur bölmələri daxilində verilməsi struktur bölməsinin kargüzarlıq üçün məsul olan əməkdaşı tərəfindən həyata keçirilir və bu barədə qeydiyyat kitabında müvafiq qeydlər aparılır.

139.         Məhkəmənin icraatında olan işlər, materiallar və digər sənədlər aidiyyəti üzrə göndərildikdə, göndərmə məktubunun nömrəsi həmin işlərin və materialların nömrəsinə, digər sənədlərin nömrəsi isə həmin sənədlərin saxlanılmalı olduğu qovluğun nömrəsinə uyğun olmalıdır.

140.         İş və material aidiyyəti üzrə sifarişli banderollarla, kuryerlə, feldyeger rabitəsi vasitəsi ilə, digər sənədlər isə sifarişli məktublarla göndərilir.

141.         Başqa dövlətlərə korrespondensiyanın çatdırılması hüquqi yardım göstərilməsi barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir. Çatdırılma hüquqi yardım göstərilməsini xahiş edən orqan tərəfindən təsdiq olunur.

Əgər korrespondensiyanın çatdırılması üçün hüquqi yardım göstərilməsi barədə müqavilə olmayan başqa dövlətdə həyata keçirilməlidirsə, məlumat onun çatdırılmasını təsdiq edən bildirişin verilməsi şərti ilə sifarişli məktubla göndərilir. Bu halda çatdırılmanın təsdiqi üçün məktubu çatdırmış poçt bölməsinin beynəlxalq hüquqa müvafiq olan təsdiq barədə arayışını təqdim etmək kifayətdir.

142.         Sifarişli məktub və banderollara siyahı tərtib edilir (15 nömrəli əlavə), siyahı xronoloji qaydada qovluğa tikilməklə məhkəmədə saxlanılır.

143.         Poçt rabitəsi vasitəsilə adi qaydada göndərilən sənədlərin siyahısı xronoloji qaydada qovluğa tikilməklə kargüzarlıq xidmətində saxlanılır.

 

9-1. SƏNƏDLƏRİN ELEKTRON QEYDİYYATI [32]

 

143-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə və proses iştirakçıları tərəfindən daxil olan ərizə, şikayət və digər sənədlərin elektron qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2019-cu il 15 iyul tarixli 17-N nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”na uyğun olaraq həyata keçirilir. [33]

Cinayət məhkəmə icraatında məhkəmə, cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən daxil olan prosessual sənədlərin elektron qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə razılaşdırmaqla müəyyən etdiyi cinayət mühakimə icraatında “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. [34]

143-2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Sistemdə yaradılmış “Sənədlərin elektron dövriyyəsi altsistemi” vasitəsi ilə dövlət qurumlarından, fiziki və hüquqi şəxslərdən daxil olan ərizə, şikayət və təkliflərin (bundan sonra bu hissənin məqsədləri üçün – sənədlər) elektron qeydiyyatı bu Təlimatın 9-1-ci hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. [35]

143-3. Daxil olan sənədlər ərizə, şikayət (prosessual sənədlərdən və hakimlərdən şikayətlər) və təklif formasında qeydiyyata alınır.

143-4. Şikayətlər “Sənədlərin elektron dövriyyəsi altsistemi”ndə nəzərdə tutulmuş aşağıdakı mövzular üzrə qeydiyyata alınır:

- məhkəmə iclaslarının təyin olunmuş vaxtda keçirilməməsi;

- məhkəmə işlərinə uzun müddət baxılmaması, müddət pozuntusu ilə baxılması və digər süründürməçilik hallarına yol verilməsi;

- məhkəmə işi ilə tanış olmaq üçün şəraitin yaradılmaması;

- məhkəmə prosesi iştirakçılarının lazımi qaydada məlumatlandırılmaması;

- məhkəmə işinin ekspertiza aparan qurumlara vaxtında göndərilməməsi;

- məhkəmə işinin qəyyumluq və himayəçilik orqanlarına vaxtında göndərilməməsi;

- məhkəmə aktlarının vaxtında verilməməsi;

- məhkəmə işinin yuxarı instansiya məhkəməsinə vaxtında göndərilməməsi;

- məhkəmə aktlarının vaxtında icraya yönəldilməməsi;

- hakimlər tərəfindən Etik Davranış Kodeksinin tələblərinin pozulması;

- məhkəmə işçiləri tərəfindən Etik Davranış Qaydalarının tələblərinin pozulması;

- müdafiə hüququnun pozulması;

- məhkəmə aktlarının qanuniliyi;

- məhkəmə aktlarının icrası;

- digər məsələlər.

143-5. Ərizələr icra edilməsi üçün aidiyyəti üzrə müraciətin bilavasitə ünvanlandığı şəxslərə yönləndirilir. Şikayət və təkliflər isə məhkəmə sədrinin dərkənarı ilə məsləhətçilərə yönləndirilir. Məsləhətçi tanış olması üçün şikayəti hakimə (məhkəmə işçisinə) təqdim edərək şikayətə münasibətini araşdırır. Hakim (məhkəmə işçisi) həmin şikayətə baxılmasının nəticələri ilə razı olmadıqda bu məsələ sədrin dərkənarı ilə həll edilir (15-1 nömrəli əlavə).

143-6. Sənədlər “Sənədlərin elektron dövriyyəsi altsistemi”ndə nəzərdə tutulmuş aşağıdakı məzmunda cavablandırılmaqla onların nəticəsi barədə məlumat həmin altsistemə daxil edilir: [36]

143-6.1. icraatdadır;

143-6.2. icra olundu:

- həll olunub (əsaslı sayılıb);

- qismən təmin edilib;

- rədd edilib (əsassız sayılıb);

- müvafiq izahat verilib;

- baxılmamış saxlanılıb;

- baxılmaq üçün aidiyyəti təşkilata göndərilib;

- dövlət proqramlarında icrası nəzərdə tutulub.

 

10. İŞLƏRİN (MATERİALLARIN) QEYDİYYATI VƏ UÇOTU

 

144.         Birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində məhkəmə (məhkəmə kollegiyası) sədrləri daxil olmuş işlərin (materialların) kargüzarlıq xidmətində nömrə verilməklə, əlifba göstəricisi (16 nömrəli əlavə) və qeydiyyat vərəqəsi tərtib edilməklə dərhal qeydə alınmasını və hakimlər arasında bərabər bölüşdürülməsini təşkil edirlər. Qeydiyyat vərəqələrindəki qeydiyyat nömrəsi eyni şəkildə işin (materialın) üz qabığında, daxil olma ştampında, əlifba göstəricisində və paylama kitabında səliqə ilə yazılmalıdır. Qeydiyyat nömrələrinin dəyişdirilməsi, qaralanması yolverilməzdir.

Cinayət məhkəmə icraatı üzrə məxfiliyinin qorunması tələb olunan sənədlər məxfi sənədlərin qeydiyyat kitabında qeydə alınır ( 64 nömrəli əlavə) və məxfiliyinə riayət edilməklə saxlanılır. Bu xarakterli işlər üzrə hökm və qərarların surəti kargüzarlıq xidməti tərəfindən məxfiliyinə riayət edilməklə, aidiyyəti şəxslərə təqdim olunur və ya göndərilir. Saxlanılması üçün arxivə təhvil verilmiş məxfi sənədlərin surətlərinin çoxaldılmasına və verilməsinə məhkəmə sədrinin xüsusi icazəsi ilə yol verilir.

145.         İşlər (materiallar) paylama kitabında imza etdirməklə növbəliliyə uyğun olaraq onlara baxmalı olan hakimə və ya hakimlərə verilir (17 nömrəli əlavə).

146.         İşlərin (materialların) qeydiyyatı və uçotu indeksləşdirmə və kodlaşdırma vasitələri ilə həyata keçirilir.

147.         Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün aşağıdakı indekslər müəyyən edilir: [37]

1 - cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat;

2 - mülki işlər üzrə icraat;

2-1. inzibati mübahisələrə dair işlər üzrə icraat; [38]

2-2 – kommersiya mübahisələrinə dair işlər üzrə icraat; [39]

3 - inzibati xətalar haqqında işlər üzrə icraat;

4 - prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat;

5 - istintaq hərəkətlərinin məcburi aparılması və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə icraat;

6 - cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər üzrə icraat;

7 - hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat;

8 - məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat;

9 - xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat; [40]

10 - xarici məhkəmələrin mülki məhkəmə aktları ilə bağlı icraat;

11 - cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə icraat;

12 - Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda cinayət icraatı;

13 - Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda mülki icraat;

14 - Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda Məhkəmə-Hüquq Şurasının qərarlarından verilmiş şikayətlər üzrə icraat;

 

Qeyd: Hərbi məhkəmələrin və hərbi kollegiyaların uçot-qeydiyyat kartoçkalarının fərqləndirilməsi üçün “ 1” nömrəli indeks “1- 1” nömrəli indeksi kimi , “ 3” nömrəli indeks isə “3- 1” nömrəli indeksi kimi göstərilir. İnzibati-iqtisadi məhkəmələrin və inzibati-iqtisadi kollegiyaların iqtisadi mübahisələr üzrə uçot-qeydiyyat kartoçkalarının fərqləndirilməsi üçün “ 2” nömrəli indeks “2- 2” nömrəli indeksi kimi göstərilir. [41]

148. İşin (materialın) nömrəsində icraatın növü üzrə qeydiyyat indeksi, məhkəmənin kodu, məhkəməyə daxil olan işin (materialın) sıra sayı və cari il əks olunur. Məsələn:

1(003)-130/2011 nömrəsindəki ardıcıllıq üzrə “ 1” rəqəmi işin cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayətlə bağlı olmasını, (003) rəqəmi məhkəmənin kodunu, “ 130” rəqəmi qeydiyyat aparılan tarixə məhkəməyə daxil olan işin (materialın) sıra sayını, “ 2011” rəqəmi isə cari ili əks etdirir. [42]

149.          Məhkəmələrdə analitik təhlilin və ümumiləşdirmə işlərinin aparılması, yarımillik və illik məhkəmə statistika hesabatlarının tərtib edilməsi məqsədi ilə aşağıdakı qeydiyyat vərəqələri aparılmalıdır:

149.1.         birinci instansiya məhkəməsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə qeydiyyat vərəqəsi (18 nömrəli əlavə);

149.2.         apellyasiya instansiyası məhkəməsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə qeydiyyat vərəqəsi (19 nömrəli əlavə);

149.3.         kassasiya instansiyası məhkəməsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə qeydiyyat vərəqəsi (20 nömrəli əlavə);

149.4.         birinci instansiya məhkəməsində mülki icraat üzrə qeydiyyat vərəqəsi (21 nömrəli əlavə);

149.5.         apellyasiya instansiyası məhkəməsində mülki icraat üzrə qeydiyyat vərəqəsi (22 nömrəli əlavə);

149.6.         kassasiya instansiyası məhkəməsində mülki icraat üzrə qeydiyyat vərəqəsi (23 nömrəli əlavə);

149.6-1. birinci instansiya məhkəməsində inzibati mübahisələrə dair işlər üzrə qeydiyyat vərəqəsi (23-1 nömrəli əlavə); [43]

149.6-2. apellyasiya instansiyası məhkəməsində inzibati mübahisələrə dair işlər üzrə qeydiyyat vərəqəsi (23-2 nömrəli əlavə);

149.6-3. kassasiya instansiyası məhkəməsində inzibati mübahisələrə dair işlər üzrə qeydiyyat vərəqəsi (23-3 nömrəli əlavə);

149.7.         birinci instansiya məhkəməsində inzibati xətalar haqqında işlər qeydiyyat vərəqəsi (24 nömrəli əlavə);

149.8.         apellyasiya instansiyası məhkəməsində inzibati xətalar haqqında işlər üzrə qeydiyyat vərəqəsi (25 nömrəli əlavə);

149.9.         prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə qeydiyyat vərəqəsi (26 nömrəli əlavə);

149.10.     istintaq hərəkətlərinin məcburi aparılması və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üzrə qeydiyyat vərəqəsi (27 nömrəli əlavə);

149.11.     cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər üzrə qeydiyyat vərəqəsi (28 nömrəli əlavə);

149.12.     hökmün və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üzrə qeydiyyat vərəqəsi (29 nömrəli əlavə);

149.13.     məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat üzrə qeydiyyat vərəqəsi ( 30 nömrəli əlavə);

149.13-1. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair icraat üzrə qeydiyyat vərəqəsi (30-1 nömrəli əlavə); [44]

149.14.     inzibati icraat üzrə uçot-qeydiyyat kartoçkası (31 nömrəli əlavə); [45]

149.15.     xarici məhkəmələrin mülki məhkəmə aktları ilə bağlı icraat üzrə qeydiyyat vərəqəsi (32 nömrəli əlavə);

149.16.     cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə qeydiyyat vərəqəsi ( 33 nömrəli əlavə);

149.17.     Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda cinayət icraatı üzrə qeydiyyat vərəqəsi (34 nömrəli əlavə);

149.18.     Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda mülki icraat üzrə qeydiyyat vərəqəsi (35 nömrəli əlavə).

150.         İş həcmi və qanunvericilikdə edilən dəyişikliklər nəzərə alınmaqla məhkəmələrdə digər icraatlar üzrə müvafiq qeydiyyat kitabları və (və ya) uçot-qeydiyyat kartoçkaları aparıla bilər. [46]

151.         Məhkəmələrdə işlərə (materiallara) dair qeydiyyat vərəqələri tam doldurulmaqla qutularda elə saxlanılmalıdır ki, sonuncu nömrələr qutunun ön hissəsində yerləşmiş olsun.

152.         Təqvim ilinin sonunadək icraatı başa çatmayan işlər (materiallar) üzrə kartoçkalardakı qeydiyyatlar, yeni təqvim ilinin kartoçkalarına köçürülür və bu qeydiyyat vərəqələrində onların həm əvvəlki, həm də yeni nömrələri göstərilir. Yeni təqvim ilində daxil olan işlərin (materialların) nömrələnməsi keçən ildən qalıq qalan işlərin (materialların) qeydə alınmasından sonra növbəti nömrə ilə başlanır. Keçən ilin qeydiyyat vərəqələrində onların yeni ilə köçürülməsi barədə qeyd yazılmaqla yeni nömrələr də göstərilməlidir.

153.         Qeydiyyat vərəqələrindəki nömrə, eyni zamanda, müvafiq işlərin (materialların) nömrəsi olduğuna görə, onlar eyni qaydada işlərin (materialların) cildinin üz qabığında və əlifba göstəricisində də qeyd edilir. Müvafiq iş (material) üzrə bütün yazışmalar da eyni nömrə ilə aparılır.

154.         Əlifba göstəricisi kitabı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə təqsirləndirilən şəxs haqqında, mülki işlər üzrə iddia icraatı qaydasında iddiaçı(lar), xüsusi iddia və ya xüsusi icraat qaydasında ərizəçi(lər), inzibati mübahisələrə dair işlər üzrə iddiaçı(lar) və ya ərizəçi(lər), digər işlər (materiallar) üzrə isə müvafiq şəxslər barəsində aparılır. [47]

155.         Məhkəməyə daxil olmuş işlərin (materialların) üz qabığında lazımi qeydlər (məhkəmənin adı, işin (materialın) nömrəsi və adı, icraatın həmin məhkəmədə başlanması və qurtarması vaxtı) aparılır. Məhkəmə baxışı zamanı işlərə (materiallara) yeni cild açılmışsa, o zaman açılmış yeni cildə əvvəlki cilddəki rekvizitlər köçürülməlidir.

156.         Təlimatın 147-ci bəndində göstərilmiş icraatların indekslərinə uyğun olaraq işlərin (materialların) hakimlər arasında paylanmasına dair aşağıdakı qeydiyyat kitabları aparılmalıdır: [48]

156.1.         cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə;

156.2.         mülki işlər üzrə;

156.2-1. kommersiya mübahisələrinə dair işlər üzrə; [49]

156.2-2. inzibati mübahisələrə dair işlər üzrə;

156.3.         inzibati xətalar haqqında işlər üzrə;

156.4.         prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə;

156.5.         istintaq hərəkətlərinin məcburi aparılması və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə;

156.6.         cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər üzrə;

156.7.         hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üzrə;

156.8.         məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat üzrə;

156.9.         xarici məhkəmələrin mülki məhkəmə aktları ilə bağlı işlər üzrə;

156.10.     cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi barədə işlər üzrə;

157.         Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda işlərin (materialların) hakimlər arasında paylanmasına dair aşağıdakı qeydiyyat kitabları aparılır:

157.1.         Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda cinayət icraatı üzrə;

157.2.         Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda mülki icraat üzrə;

157.3.         Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda Məhkəmə-Hüquq Şurasının qərarlarından verilmiş şikayətlərlə bağlı icraat üzrə.

158.         Cinayət işinin materialları hər bir qovluğun üzərində müvafiq yazıları və ya orada olan sənədlərin siyahısı cildlənmiş bir və ya bir neçə qovluqda tikilməlidir.

Sübut qismində əlavə olunmuş sənədlər, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, məhkəmə tərəfindən aparılan prosessual hərəkətlərin gedişinə və nəticələrinə dair protokollar, videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən prosessual hərəkətlərin videoyazısı elektron daşıyıcıda, habelə qəbul olunmuş qərarlar və ya cinayət prosesi tərəflərinin yazılı müraciətləri müvafiq olaraq cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraat və yaxud xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılmalıdır. [50]

Hər bir sənəd müvafiq olaraq cinayət işinə, məhkəməyədək sadələşdirilmiş və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Həmin vərəqlərin ardıcıl nömrələnməsi və xronoloji qaydada müvafiq olaraq cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsi təmin edilməlidir.

159.         Cinayət işləri üzrə təqsirləndirilən şəxs(lər) həbsdə olduqda, həmin işlərin cildlərinin üzərinə «Həbsdədir», yetkinlik yaşına çatmayan olduqda isə «Yetkinlik yaşına çatmayan» ştampı vurulmalı və ya bu barədə aydın qeyd yazılmalıdır (12 nömrəli əlavə).

İşin (materialın) üz qabığında digər qeydlərin aparılması qadağandır.

156.9-1. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı işlər üzrə;

160.         İşin (materialın) cildinin ilk səhifəsində məsləhətçi (məhkəmə iclası katibi) tərəfindən əlavə olaraq mündəricat vərəqi doldurulur və imzalanır (36 nömrəli əlavə). Məhkəmənin iş (material) üzrə apardığı bütün hərəkətlər həmin mündəricat vərəqində (bildiriş vərəqəsinin, hökmün, qətnamənin, iddia ərizəsinin, ərizənin, şikayətin göndərilməsi, sənəd tələb olunması və s.) göstərilməlidir. Mündəricat vərəqi, bir qayda olaraq, kompüterdə tərtib olunmalıdır

161.         Məhkəmədə işlər (materiallar) cildlənmiş vəziyyətdə saxlanılmalıdır. İşlərin cildində vərəqlərin sayı 200-250-dən çox olmamalı və hər sənəd yalnız bir nüsxədə tikilməlidir.

162.         Məhkəməyə rabitə orqanları vasitəsilə göndərilən, həmçinin şəxsi qəbulda təqdim edilən işlərin (materialların) və digər sənədlərin daxil olma tarixi onların qəbul edildiyi gün hesab olunur.

163.         Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı qəbul edilən qərarla yol verilmiş pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmış cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət yeni nömrə ilə qeydə alınmır. Təyin edilmiş müddət ərzində yol verilmiş pozuntular aradan qaldırıldıqdan sonra iş (material) ilkin nömrə ilə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

164.         Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları təqsirləndirilən şəxsə qarşı başqa ittiham irəli sürülməməklə məhkəməyə qaytarıldıqda yeni nömrə ilə qeydə alınmır. [51]

164-1. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı təqsirləndirilən şəxsə qarşı başqa ittiham irəli sürülməklə məhkəməyə qaytarıldıqda həmin iş yeni nömrə ilə qeydə alınır. [52]

165.         CPM-in 391.9-cu maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsinin qərarı ilə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərildikdə yeni daxil olmuş iş (material) kimi uçot-qeydiyyat kartoçkasında qeydə alınır və ona yeni nömrə verilir. [53]

166.         CPM-in 303-cü maddəsində göstərilən əsaslarla məhkəmənin qərarı ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları yenidən məhkəməyə daxil olduqda yeni daxil olan iş (material) kimi qeydiyyat vərəqələrində qeydə alınır və ona yeni nömrə verilir. Bu işlər (materiallar) üzrə əlifba göstəricisində onların təkrar daxil olmasına dair qeydiyyat aparılır.

167.         Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152 və 153-cü maddələrində nəzərdə tutulan əsaslarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldıqda və ya iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edildikdə qərardadın və protokolun əsli, iddia ərizəsinin, sənədlərin qaytarılmasına dair məktubun, həmçinin hakimin zəruri hesab etdiyi digər sənədlərin surətləri müvafiq olaraq 2 və ya 2-2 nömrəli indekslərlə qeydə alınmış mülki işdə saxlanılır. Qərardad ləğv edildikdə iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. [54]

167-1. İddia ərizəsinin baxılmamış saxlanması və ya iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadı ləğv edildikdə, əgər həmin işin aid olduğu hesabat dövrü başa çatmamışsa iş üzrə icraat həmin nömrə ilə davam etdirilir. Əks halda, işə yeni nömrə verilir və əvvəlki qeydiyyat vərəqində bu barədə müvafiq qeyd aparılır. [55]

168.         MPM-in 231-ci maddəsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki mülki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). [56]

169.         MPM-in 83-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq prosessual hərəkətlərin edilməsi məqsədi ilə digər rayon (şəhər) məhkəməsindən daxil olmuş tapşırıqları da kargüzarlıq xidməti 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alır, icra başa çatdıqdan sonra isə aidiyyəti məhkəməyə qaytarılmasını təmin edir.

169-1. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 35-ci maddəsinə uyğun olaraq iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul etdikdə və həmin qərardad yuxarı məhkəmə tərəfindən ləğv edilmədikdə sənədlərin qaytarılmasına dair məktubun surətləri 2-1 nömrəli indekslə qeydə alınmış inzibati mübahisələrə dair işdə saxlanılır. [57]

169-2. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya instansiya məhkəməsi tərəfindən İPM-in 87.7-ci maddəsinə əsasən ləğv edilərək iş yeni məhkəmə baxışına göndərildikdə o, yeni daxil olmuş iş kimi qeydiyyat vərəqəsində qeydə alınır və ona yeni nömrə verilir.

169-3. İnzibati iş üzrə məhkəmə icraatı yeni açılmış hallarla bağlı təzələndikdə ilkin qərarın aid olduğu işin icraatı əvvəlki nömrə ilə davam etdirilir. İcraat işin aid olduğu hesabat dövrü başa çatdıqdan sonra təzələndikdə isə işə yeni nömrə verilir və əvvəlki qeydiyyat vərəqəsində bu barədə müvafiq qeyd aparılır.

170.         Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin uzadılması barədə məhkəməyə daxil olmuş təqdimatlar uçot- qeydiyyat kartoçkasında 4 nömrəli indekslə, yeni iş kimi qeydə alınır.

171.         Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələrinə xarici məhkəmələrin ayrı-ayrı prosessual hərəkətlərinin yerinə yetirilməsi barədə məhkəmə tapşırıqları (bildirişlərin və başqa sənədlərin verilməsi, tərəflərdən izahatlar, şahidlərdən ifadələr, ekspertlərdən rəy alınması, yerində müayinə aparılması və s.) daxil olduqda kargüzarlıq xidməti həmin materialları 10 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alır, icra başa çatdıqdan sonra isə qanunla müəyyən edilmiş qaydada göndərilməsini təmin edir.

172.         Baxılmağa təyin edilmiş işlərin (materialların) cədvəli hakim tərəfindən imzalandıqdan sonra onun bir nüsxəsi məhkəmədə elanlar lövhəsindən asılmalı, digər nüsxəsi isə icra məmuruna verilməlidir.

 

11. İŞLƏRİN (MATERİALLARIN) BÖLÜŞDÜRÜLMƏSİ QAYDALARI

 

173.         İki və ya daha çox hakim olan məhkəmələrdə hakimlərin adı və soyadı «1» rəqəmindən başlayaraq sıra sayı ilə kodlaşdırılır (məsələn: məhkəmənin sədri 1, sədr müavini 2, digər hakimlər müvafiq olaraq 2, 3, 4 və s.). Apellyasiya və kassasiya instansiyalarında hakimlərin kodlaşdırılması kollegiyalar üzrə aparılır (bax: cədvəl 1).

174.         İlk kodlaşdırma məhkəmə hakimlərinin ümumi yığıncağında rəqəmlərin təsadüfi seçilməsi yolu həyata keçirilir.Sonradan məhkəməyə təyin edilən hakimlər boş kod nömrələrinə və növbəti sıra sayına uyğun kodlaşdırılırlar. Məhkəmədə hakim korpusu tamamilə yeniləşdikdə kodlaşdırma ilk kodlaşdırma qaydasında aparılır.

175.          Məhkəməyə daxil olan işlər (materiallar) məhkəmənin hakimləri arasında, onların kodlarının sıra sayına müvafiq olaraq, bu Təlimatın 176-cı bəndində göstərilən istisnalar nəzərə alınmaqla, işlərin (materialların) məhkəməyə daxil olma ardıcıllığına uyğun, bərabər bölüşdürülür. 1 nömrəli kod sayından sonuncu kod sayına kimi bölüşdürülmədən sonra, növbəti işlər (materiallar) dövrəlik prinsipi ilə yenidən 1 nömrəli kod sayından başlayaraq bölüşdürülür.

176.         Həyata keçirdikləri təşkilati funksiyaların həcmindən asılı olaraq məhkəmə sədrləri, onların müavinləri və məhkəmə kollegiyası sədrləri işlərin bölüşdürülməsinin hər 2-7-ci dövrəsində iştirak edə bilərlər. Həmin şəxslərə işlərin verilməsi dövriliyi bu Təlimat ilk dəfə tətbiq olunanda və hər təqvim ilinin əvvəlində məhkəmə sədri tərəfindən müəyyən edilir.

Məhkəmələrdə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına yönəlmiş pilot layihələrin həyata keçirilməsi zamanı, habelə yetkinlik yaşına çatmayan şəxslərlə bağlı cinayət işlərinə daha təcrübəli hakimlər tərəfindən baxılmasının təmin edilməsi məqsədi ilə, eyni zamanda hakimin xəstəliyi, ezamiyyətdə və ya məzuniyyətdə olması, böyük iş həcmi nəzərə alınmaqla işlərin bu Təlimatın 175‑ci hissəsinə müvafiq qaydada bölüşdürülməsindən istisnalar mümkündür. [58]

MPM-in 152-ci və 153-cü maddələrində nəzərdə tutulan əsaslarla geri qaytarılmış iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə təkrar daxil olduqda həmin işlər növbədənkənar qaydada işi geri qaytarmış hakimə verilir.

Hakimin məzuniyyətə çıxması ilə əlaqədar icraatında olan işlərin qanunla müəyyən edilmiş müddətlərdə icra olunmasını təmin etmək məqsədi ilə onun məzuniyyətə çıxmasına 1 ay qalmış icraatına işlər yazılmır. [59]

177.         İşlərin (materialların) məhkəmənin hakimləri arasında onların kodlarının sıra sayına müvafiq,bərabər bölüşdürülməsinin təmin edilməsi məqsədilə məhkəmənin kargüzarlıq xidməti tərəfindən icraat növləri üzrə işlərin (materialların) bölüşdürülməsinə nəzarət cədvəli tərtib edilir.

178.         İşlərin bölüşdürülməsinin nəzarət cədvəli kargüzarlıq xidmətinin bu işə məsul işçisi tərəfindən işlərin (materialların) daxil olma ardıcıllığına uyğun olaraq, gündəlik doldurulur və imzalanır. İşlərin bölüşdürülməsinə nəzarət cədvəlinin bir nüsxəsi aidiyyəti üzrə müvafiq məhkəmə və kollegiya sədrinə təqdim edilir, bir nüsxəsi isə ayrıca qovluqda saxlanılır. İşlərin (materialların) bərabər bölüşdürülməsi informasiya texnologiyalarından istifadə edilməklə avtomatlaşdırılmış qaydada da həyata keçirilə bilər. [60]

179.         İşlərin bölüşdürülməsinə nəzarət cədvəlinin 1-ci sütununda hakimlərin kodu, 2-ci sütununda işlərin (materialların) qeydiyyat nömrələri, 3-cü sütununda hakimlərin icraatına verilən işlərin sayı göstərilir (bax: cədvəl 2 və 3).

180.         Kargüzarlıq xidməti tərəfindən təqdim edilmiş təhlil əsasında hər rübün sonunda məhkəmədə işlərin (materialların) bölüşdürülməsinin vəziyyəti məhkəmə sədrinin yanında keçirilən iclasda müzakirə edilir. [61]


 

Hakimlərin kodlaşdırılmasına dair cədvəlin nümunəsi

(cədvəldə adlar, soyadlar və kod nömrələri şərtidir)

Cədvəl 1

Hakimlərin kodları

Hakimlərin

adı və soyadı

01

Qabil Musayev

02

Aqil Abdıyev

03

Dəmir Cəfərov

04

Tahir İsgəndərov

05

Şamil Mahmudov

06

Sevil Xəlilova

07

Həmid Nəbiyev

 

 

 

 

 

 

 

 

Cinayət işlərinin bölüşdürülməsinə dair nəzarət cədvəlinin nümunəsi

Cədvəl 2

 

Hakimlərin kodları

İşlərin (materialların) qeydiyyat nömrələri

Hakimlərin icraatına verilən işlərin sayı

01

1-1/2011

1

02

1-2/2011

1

03

1-3/2011

1

04

1-4/2011

1

05

1-5/2011

1

06

1-6/2011

1

07

1-7/2011

1

01

1-8/2011

2

02

1-9/2011

2

03

1-10/2011

2

04

1-11/2011

2

05

1-12/2011

2

06

1-13/2011

2

07

1-14/2011

2

 

və sair.

 

Mülki işlərinin bölüşdürülməsinə dair nəzarət cədvəlinin nümunəsi

Cədvəl 3

 

 

Hakim-

lərin kodları

İşlərin qeydiyyat

nömrələri

Hakimlərin icraatına verilən işlərin sayı

01

2-1/2011

1

02

2-2/2011

1

03

2-3/2011

1

04

2-4/2011

1

05

2-5/2011

1

06

2-6/2011

1

07

2-7/2011

1

01

2-8/2011

2

02

2-9/2011

2

03

2-10/2011

2

04

2-11/2011

2

05

2-12/2011

2

06

2-13/2011

2

07

2-14/2011

2

 

və sair.

 

Qeyd: Bu Təlimatın 11-ci hissəsinin müddəaları “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrə şamil edilmir. [62]

 

11-1. İŞLƏRİN TƏSADÜFİ VƏ AVTOMATİK ŞƏKİLDƏ ELEKTRON QAYDADA BÖLÜŞDÜRÜLMƏSİ [63]

 

180-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu iki və daha çox hakim olan məhkəmlərdə hakimlər arasında işlərin bölüşdürülməsi bu sistem vasitəsilə təsadüfi və avtomatik şəkildə elektron qaydada həyata keçirilir. Bu zaman sistemdə icraat növlərinin fərqləndirilməsi və cari ildə hakimlərin icraatına verilən işlərin sayı nəzərə alınmaqla işlərin bərabər bölüşdürülməsi təmin edilir. Hakimin xəstəliyi, ezamiyyətdə və ya məzuniyyətdə olması onun işlərin bölüşdürülməsində iştirakını istisna edir. [64]

180-2. Geri qaytarılmış və ya baxılmamış saxlanılmış işlərlə bağlı təkrar məhkəməyə müraciət edildikdə, sistem vasitəsilə həmin işlərin cari ildə icraatına verilən işlərin sayı nəzərə alınmadan işi geri qaytarmış və ya baxılmamış saxlamış hakimə (işə kollegial formada baxıldıqda sədrlik edən hakimə) verilməsi təmin edilir.

180-3. Yuxarı instansiya məhkəmələri tərəfindən məhkəmə qərarlarının ləğv edilməsi ilə əlaqədar işlər aşağı instansiya məhkəmələrinə yenidən baxılmağa göndərildikdə, sistem vasitəsilə həmin işlərin əvvəllər işə baxılmasında iştirak etməmiş digər hakimlər arasında bölüşdürülməsi təmin edilir.

 

12. CİNAYƏT MƏHKƏMƏ İCRAATI ÜZRƏ KARGÜZARLIQ HƏRƏKƏTLƏRİ

 

A. Birinci instansiya məhkəməsində

181.         İcraata daxil olmuş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə cinayət prosesinin tərəflərinə CPM-in 298.3.1 və 298.3.2-ci maddələrinin tələblərinə müvafiq olaraq kargüzarlıq xidməti vasitəsi ilə məhkəmə bildirişləri (40 nömrəli əlavə) göndərilməlidir. Bildirişə ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun və ya xüsusi ittiham qaydasında şikayətin surətləri, hüquq və vəzifələrin izahı əlavə edilir.

182.         İşlərə baxılmasının günü və saatı haqqında dövlət ittihamçısına, müdafiəçiyə və nümayəndəyə rəsmi məktubla xəbər verilir. Rəsmi məktubla çağırılması mümkün olmadıqda və ya işə baxılması daha qısa müddət tələb etdikdə göstərilən şəxslər məhkəməyə teleqramla və ya telefon vasitəsi ilə də çağırılması mümkündür. Təqsirləndirilən şəxs hərbi çağırışçı olduqda, onun qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə, hərbi xidmətdə olduqda isə müvafiq hərbi hissənin komandirinə məhkəmədə işə baxılması barədə xəbər verilir. [65]

183.         Cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul edildikdə kargüzarlıq xidməti bu barədə qeydiyyat vərəqəsində qeydiyyat aparır.

184.         Kargüzarlıq xidməti məhkəmənin hazırlıq iclasında qəbul edilmiş qərarların surətini 3 gün müddətində CPM-in 300.4.1 və 300.4.2-ci maddələrində göstərilən şəxslərə verir və ya poçtla göndərir (45 nömrəli əlavə).

185.         Məhkəmə baxışı təyin edildikdən sonra məhkəmə iclasında sədrlik edən məhkəmə iclaslarının təşkili üzrə tədbirlərin görülməsi üçün məhkəmə aparatına zəruri göstərişlər verir. Məhkəmə baxışında iştirakı nəzərdə tutulmuş şəxslər CPM-in 226-cı maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasına çağırılırlar (41 və 42 nömrəli əlavələr).

186.         Həbsdə saxlanılan təqsirləndirilən şəxsin məhkəmə iclasına gətirilməsi haqqında həbsdə saxlanılma yerin müdiriyyətinə bildiriş (43 və 44 nömrəli əlavələr) göndərilir.

186-1. Birinci instansiya məhkəməsində prosessual hərəkətlər CPM-in 51-2.1-ci maddəsinə uyğun olaraq videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirildikdə kargüzarlıq xidməti tətbiq edilən texniki vasitələrdə səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində ötürülməsini, cinayət məhkəmə icraatının aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir. [66]

187.         Azərbaycan Respublikasından kənarda olan şəxslərə məhkəmə sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsi ilə göndərilir.

188.         Kargüzarlıq xidməti baxılmaq üçün təyin edilən işlərin siyahısını məhkəmə iclası gününə ən geci 3 gün qalmış məhkəmənin elanlar lövhəsində asır.

189.         İşin baxılması təxirə salınıb başqa günə təyin edildikdə, kargüzarlıq xidməti işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlmə və getmə vaxtını çağırış vərəqlərində (məhkəmə bildirişlərində) qeyd etməli, bu qeyd kargüzarlıq xidmətinin məsul işçisinin imzası və məhkəmənin ştampı ilə təsdiq edilməlidir.

190.         İşin baxılması təxirə salındıqda məhkəmə iclasında iştirak edən şəxslərə (həbsdə saxlanılan təqsirləndirilən şəxsdən başqa) bildiriş vərəqi verilir.

Həbsdə saxlanılan təqsirləndirilən şəxsin məhkəməyə təkrar gətirilməsi barədə isə müvafiq həbsdə saxlanılma yerinin müdiriyyətinə məktub göndərilir.

191.         Məhkəmənin hökmü və ya digər yekun qərarı çıxarıldıqdan sonra kargüzarlıq xidməti:

191.1.         işin vərəqlərini nömrələyir və işdə olan sənədlərin siyahısını tərtib edərək imzalayır, məhkəməyədək icraat zamanı təhqiqat və ya istintaq orqanı tərəfindən tərtib olunan siyahını davam etdirir;

191.2.         xronoloji qaydada məhkəmə baxışından əvvəlki qərar və yazışmaları, məhkəmə baxışı zamanı işə əlavə edilmək üçün alınmış sənədləri, məhkəmə iclas protokolunu, hökm və qərarı işə tikir;

191.3.         məhkəmə baxışının nəticələrinə dair yekun qərar çıxarıldıqdan sonra hakim tərəfindən doldurulan təqsirləndirilən şəxsin statistik kartoçkasını işə əlavə edir;

191.4.         məhkəmə iclasında baxılmış işlərin nəticələrinə dair qeydiyyat aparır;

191.5.         bu Təlimatdan irəli gələn digər vəzifələri yerinə yetirir.

192.         Məhkəmədən gizlənən təqsirləndirilən şəxsin axtarışı elan edildikdə bu məsələ üzrə qəbul edilmiş qərar icra olunmaq üçün və onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.

193.         İş üzrə hökmdən və ya digər yekun qərardan surətlər çıxarılır, sədrlik edən hakim tərəfindən imza edilib məhkəmənin gerbli möhürü ilə təsdiq edildikdən sonra aidiyyəti üzrə göndərilir. Verilmiş surət bir neçə vərəqdən ibarət olarsa, həmin vərəqlər iplə tikilir, imzalanmış sonuncu vərəq və tikiliş yeri möhürlənir.

194.         Müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (63 nömrəli əlavə), eləcə də həbsdə olan və barəsində bəraət hökmü çıxarılmış və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyinə görə məhkəmə iclas zalında həbsdən azad edilmiş şəxslərə dair hökmün surəti (hökmdən çıxarış) işə baxıldıqdan sonra dərhal müvafiq həbsdə saxlanılma yerinin müdiriyyətinə göndərilir.

195.         Bir neçə təqsirləndirilən şəxs barəsində ittiham və ya bəraət hökmü çıxarıldıqda, həbsdə saxlanılma yerinin müdiriyyətinə hökmün surəti həbsdə olan məhkumların və ya bəraət alanların sayına uyğun göndərilməlidir.

196.         Hökmün surətini işə baxıldıqdan sonra dərhal hazırlamaq mümkün olmadığı hallarda (işə səyyar qaydada baxıldıqda, iş böyük həcmli və ya təqsirləndirilən şəxslərin sayı çox olduqda), hökmün nəticəvi hissəsindən hər bir təqsirləndirilən şəxsə çıxarış verilir. Belə hallarda hökmün surəti ertəsi gündən gec olmayaraq hazırlanmalı və 3 gündən gec olmayaraq kargüzarlıq xidməti tərəfindən göndərilməlidir.

197.         Məhkəməyə daxil olmuş apellyasiya şikayəti və apellyasiya protestinin üzərində onu qəbul edən şəxs tərəfindən daxil olma tarixi göstərilməlidir. Poçt rabitəsi vasitəsilə alınan şikayət və ya protestin verilmə müddətini müəyyən etmək üçün içərisində şikayət və ya protest göndərilmiş zərf şikayətə və protestə əlavə edilməlidir.

198.         Birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarından, o cümlədən məhkəmə hazırlıq iclasının qanunla nəzərdə tutulmuş qərarlarından verilmiş apellyasiya şikayəti və ya apellyasiya protesti məhkəməyə daxil olduqdan sonra kargüzarlıq xidməti onların surətlərini 48 saat müddətində CPM-in 383-cü maddəsində göstərilən şəxslərə (46 nömrəli əlavə) təqdim edir (göndərir), cinayət prosesinin digər iştirakçılarına isə məlumat verir.

199.         Apellyasiya şikayəti və ya protesti ilə bağlı təqdim edilmiş etiraz (vəsatət) kargüzarlıq xidməti tərəfindən qanunla müəyyən edilmiş müddətdə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə işə əlavə edilir və onunla birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (47 nömrəli əlavə ).

200.         Həbsdə saxlanılan təqsirləndirilən şəxsə apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi haqqında məlumat həbsdə saxlanılma yeri müdiriyyəti və ya onun müdafiəçisi vasitəsilə (48 nömrəli əlavə) verilir.

201.         İşlərin müvafiq apellyasiya məhkəmələrindən birinci instansiya məhkəmələrinə qaytarılması, apellyasiya şikayəti və ya apellyasiya protestinə baxılmasının nəticələri bütün hallarda kargüzarlıq xidməti tərəfindən qeydiyyat vərəqəsində qeyd edilməlidir.

202.         Birinci instansiya məhkəmələrinin məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında qəbul etdiyi qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti verildikdə, kargüzarlıq xidməti bu barədə təxirəsalınmadan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya müvafiq prokurora, təqsirləndirilən şəxsə, təqdimatın baxılmasında iştirak etdikləri halda müdafiəçiyə, qanuni nümayəndəyə apellyasiya şikayəti və ya apellyasiya protestinin surətini göndərməklə yazılı məlumat verir, eyni zamanda, apellyasiya şikayətini və ya apellyasiya protestini materiallarla birlikdə müvafiq apellyasiya məhkəməsinə göndərir. [67]

203.         Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraatla bağlı çıxarılmış məhkəmə qərarlarından apellyasiya şikayəti və ya apellyasiya protesti verildikdə, kargüzarlıq xidməti onların surətlərini göndərməklə bu barədə aidiyyəti şəxslərə yazılı məlumat verir, işi və ya materialı isə 10 gün müddətində apellyasiya məhkəməsinə göndərir.

            203-1. Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair məhkəmə qərarının surəti elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq CPM-in 520.2-ci maddəsində göstərilən şəxslərə verilməlidir. [68]

204.         Məhkəmə nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müraciətlərin baxılmasının vaxtı və yeri barədə iştirak etmək hüququna malik olan şəxslərə kargüzarlıq xidməti tərəfindən bildiriş, teleqram, telefon, telefonoqram, faksoqram və digər vasitələrlə məlumat verilir.

205.         Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərin baxılmasının vaxtı və yeri barədə eyni qaydada məlumat verilir.

206.         İstintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı hərəkətlər məhkəmənin qərarı olmadan təxirəsalınmadan aparıldığı hallarda əməliyyat-axtarış, təhqiqat və istintaq orqanlarından bu barədə daxil olmuş məlumatlar və qərarlar kitabda (62 nömrəli əlavə) qeydə alınır və qovluqda saxlanılır.

207.         Yekun məhkəmə qərarının surəti məhkəmə iclası katibi tərəfindən çoxaldılır, hakimin imzası və məhkəmənin möhürü ilə təsdiq edilir, hakim tərəfindən imzalanmış müşayiətedici məktubla aidiyyəti üzrə göndərilməsi üçün kargüzarlıq xidmətinə təqdim olunur.

208.         İş üzrə xüsusi qərar çıxarıldıqda, məhkəmə iclası katibi onun surətini hakimin imzaladığı müşayiətedici məktubla aidiyyəti üzrə göndərilməsi üçün kargüzarlıq xidmətinə təqdim edir.

209.         Məhkəmə iclası katibi icra sənədini tərtib edir, hakim tərəfindən imzalanıb məhkəmənin möhürü ilə təsdiq olunduqdan sonra onu hakimin müşayiətedici məktubu ilə aidiyyəti üzrə göndərilməsi üçün kargüzarlıq xidmətinə təqdim edir.

210.         Baxılıb qurtarmış işi və ya materialı məhkəmə iclası katibi kargüzarlıq xidmətinə təqdim edir. Kargüzarlıq xidmətinin buna məsul olan işçisi Təlimatda nəzərdə tutulmuş hərəkətlərin məhkəmə iclası katibi tərəfindən yerinə yetirilib-yetirilməməsini yoxlayır və işin baxılma nəticəsi barədə qeydiyyat vərəqəsində müvafiq qeydlər aparır, yekun məhkəmə qərarının və xüsusi qərarın surətini nəzarət qovluğuna əlavə edir.

B. Apellyasiya instansiyası məhkəməsində

211.         Daxil olmuş bütün işlər və materiallar kargüzarlıq xidməti (məsul katib) tərəfindən onlara Təlimatın 148-ci bəndində göstərilmiş qaydada nömrə verilməklə, əlifba göstəricisi (16 nömrəli əlavə) və qeydiyyat vərəqəsi tərtib edilməklə qeydə alınır, bundan sonra məhkəmə sədrinə və ya onun sərəncamı ilə müəyyən edilmiş qaydada birbaşa hakimlərə təqdim edilir.

212.         Apellyasiya şikayəti və ya apellyasiya protesti bilavasitə apellyasiya məhkəmələrinə daxil olduqda, qeydə alındıqdan sonra, kargüzarlıq xidməti (məsul katib) tərəfindən təxirəsalınmadan qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl olunması üçün birinci instansiya məhkəməsinə göndərilir.

213.         Apellyasiya şikayəti və ya apellyasiya protestinə ilkin baxılması ilə əlaqədar qəbul olunmuş qərarlar üzrə (apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının təyin edilməsi haqda qərar istisna olmaqla) məhkəmə iclasının katibi müvafiq sənədləri hazırlayır, işlərin, materialların, qəbul olunmuş qərarların surətlərinin və digər sənədlərin (tərtib etdiyi reyestrlə birlikdə) aidiyyəti üzrə göndərilməsi üçün kargüzarlıq xidmətinə təqdim edir.

214.         Apellyasiya şikayəti və ya apellyasiya protestinə ilkin baxılması zamanı icraatın dayandırılması haqqında qərar qəbul edildikdə, cinayət işi (material) ilə bağlı kargüzarlıq xidməti tərəfindən qeydiyyat vərəqəsində müvafiq qeydlər aparılır.

215.         Apellyasiya şikayətinə və ya apellyasiya protestinə məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul edildikdə, məhkəmə iclası katibi məhkəmə iclasına çağırılmalı olan şəxslərə çağırış vərəqələrini və işin apellyasiya baxışına təyin edilməsi haqqında qərarın surətini aidiyyəti üzrə çatdırılması üçün kargüzarlıq xidmətinə təqdim edir. Rəsmi məktubla çağırılması mümkün olmadıqda və ya işə baxılması daha qısa müddət tələb etdikdə, məhkəmə iclasında iştirak etməli olan şəxslər məhkəmə iclasına telefonoqram və ya teleqramla çağırılması mümkündür.

216.         Daxil olmuş apellyasiya şikayəti və ya apellyasiya protestinə əlavələr, eləcə də, işlə bağlı digər sənəd və materiallar kargüzarlıq xidmətində ümumi qaydada qeydiyyata alınır və müvafiq kitabda imza etdirməklə məruzəçi hakimə verilir.

217.         Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasının vaxtı və yeri barədə məhkəmə baxışına ən geci 3 gün qalmış məhkəmə iclası katibinin təqdim etdiyi siyahı əsasında kargüzarlıq xidməti tərəfindən elanlar lövhəsində məlumat asılır.

217-1. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair təqdimata baxılarkən kargüzarlıq xidməti məhkəmənin iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxslərə və ya hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərə (onlar məlum olduqda) məlumat verməlidir.

217-2. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınmasına dair təqdimata baxılması başqa vaxta keçirildikdə kargüzarlıq xidməti maraqlı şəxsi yeni məhkəmə baxışının vaxtı barədə xəbərdar edir.

217-3. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimata baxılmasının yeri və vaxtı haqqında, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxslər, habelə həmin hökmün və ya qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslər bilavasitə və ya sorğu edən dövlət vasitəsilə məlumatlandırılır.

217-4. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması, yaxud bundan imtina edilməsi barədə qərarın surəti kargüzarlıq xidməti tərəfindən onun çıxarıldığı gündən 3 gün müddətində Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində qərarın çıxarıldığı şəxsə və ya onun nümayəndəsinə, hökmün və ya digər yekun qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərə (məlum olduqda) bilavasitə və ya sorğu edən xarici dövlət vasitəsilə göndərilir.

218.         Hər bir iş üzrə yekun məhkəmə qərarının surətinin bir nüsxəsi və birinci instansiya məhkəməsinin ləğv edilmiş və ya dəyişdirilmiş hökm və ya qərarlarının surətləri elektron qaydada yayılması üçün məhkəmə iclas katibi tərəfindən bu işə məsul olan şəxsə təqdim edilir. [69]

219.         Apellyasiya məhkəməsinin qərarı ilə həbsdə olan şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunduqda və yaxud dəyişdirildikdə, qərarın surəti dərhal icra edilmək üçün hakimin imzaladığı müşayiətedici məktubla məhkəmə iclası katibi tərəfindən mühafizə xidmətinə verilir. Şəxs həbsdə saxlanılma yerində olduqda isə həmin sənədlər həbsdə saxlanılma yerinə göndərilmək üçün kargüzarlıq xidmətinə təqdim edilir.

Qərarın icraya yönəldilməsi ilə əlaqədar müşayiətedici məktubun surətini kargüzarlıq xidməti işə tikir.

220. Birinci instansiya məhkəməsinin hökmü və ya digər qərarı apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədikdə (və ya dəyişdirildikdə) cinayət işi qərar elan olunduğu gündən 15 gün müddətində birinci instansiya məhkəməsinə göndərilməlidir

221.              Məhkəmə iclası katibi məhkəmə iclasında etirazla əlaqədar cinayət işinə (materiallara) baxılmasında proses iştirak­çıları­nın, o cümlədən etiraz verilmiş şəxs(lər)in iştirakını təmin edir. Etiraza baxıldıqdan sonra məhkəmə iclası katibi cinayət işini (materialı) ümumi qaydada hazırlayır (sənədləri ardıcıllıqla tikir, vərəqləri nömrələyir, siyahıya alır və imza edir) və hakimin qəbul etdiyi qərarın imzalanmış və məhkəmənin möhürü ilə təsdiq olunmuş surətini işlə (materialla) birlikdə kargüzarlıq xidmətinə təqdim edir.

C. Kassasiya instansiya məhkəməsində

221-1. Apellyasiya instansiyası məhkəməsində prosessual hərəkətlər CPM-in 51-2.1-ci maddəsinə uyğun olaraq videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirildikdə kargüzarlıq xidməti tətbiq edilən texniki vasitələrdə səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində ötürülməsini, cinayət məhkəmə icraatının aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir.

222.     Kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə, apellyasiya məhkəmələrinin hökm və ya digər yekun qərarı ilə maraqlarına toxunan işdə iştirak etməyə cəlb olunmayan şəxsin müraciəti isə bilavasitə Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra – Ali Məhkəmə) kargüzarlıq xidmətinə təqdim edilir (göndərilir).

Kassasiya şikayəti və ya kassasiya protesti birinci instansiya məhkəməsinə verildikdə şikayət və ya protest həmin məhkəmənin kargüzarlıq xidməti tərəfindən qeydə alınır və təxirəsalınmadan cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsinə verildikdə şikayət və ya protest həmin məhkəmənin kargüzarlıq xidməti tərəfindən qeydə alınır və təxirəsalınmadan aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

Apellyasiya məhkəmələrinin hökm və ya digər yekun qərarı ilə maraqlarına toxunan işdə iştirak etməyə cəlb olunmayan şəxsin müraciəti birinci instansiya məhkəmələrinə və ya apellyasiya məhkəmələrinə verildikdə, həmin məhkəmələrin kargüzarlıq xidmətində qeydə alınmalı və təxirəsalınmadan aidiyyəti üzrə Ali Məhkəməyə göndərilməlidir.

Kassasiya şikayəti və ya kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi vasitəsilə verildiyi, habelə bu Təlimatın 222-ci bəndinin ikinci abzasında göstərilən hər iki halda apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 415 və 417.1-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra kassasiya şikayəti və ya kassasiya protestinin apellyasiya instansiyası məhkəməsinə daxil olduğu vaxtdan 23 (iyirmi üç) gündən gec olmayaraq kassasiya şikayəti və ya kassasiya protesti cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilir. [70]

223.              Ali Məhkəməyə daxil olan kassasiya şikayəti, kassasiya protesti və ya apellyasiya məhkəmələrinin hökm və ya digər yekun qərarı ilə maraqlarına toxunan işdə iştirak etməyə cəlb olunmayan şəxsin müraciəti kargüzarlıq xidmətində buna məsul olan işçi tərəfindən qeydə alınır, qeydiyyat kitabında imzalatmaqla aidiyyəti üzrə müvafiq kollegiyanın məsul katibinə təqdim edilir.

 Kollegiyanın məsul katibi daxil olan müraciətləri qəbul etdiyi gün özündə olan kitabda qeydə alır, müraciətin təkrar olub-olmadığını yoxlayır, təkrar olmadığı müəyyən edildikdə, ayrıca icraat açaraq hakimlər arasında bölüşdürülməsi üçün kassasiya şikayətini və ya kassasiya protestini məhkəmə kollegiyasının sədrinə, apellyasiya məhkəmələrinin hökm və ya digər yekun qərarı ilə maraqlarına toxunan işdə iştirak etməyə cəlb olunmayan şəxsin müraciətini isə Ali Məhkəmənin sədrinə təqdim edir.

224.              Kassasiya şikayəti, kassasiya protesti və ya apellyasiya məhkəmələrinin hökm və ya digər yekun qərarı ilə maraqlarına toxunan işdə iştirak etməyə cəlb olunmayan şəxsin müraciəti hakimlər arasında bölündükdən sonra kollegiyanın məsul katibi onları dərkənara uyğun olaraq ilkin öyrənilməsi üçün qeydiyyat kitabında imzalatmaqla hakimlərə verir.

224-1. Kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən Ali Məhkəmənin müvafiq kollegiyasının hakimi apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda CPM-in 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə kargüzarlıq xidməti vasitəsilə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır.

225.              Tələb edilmiş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə materiallar birbaşa kargüzarlıq xidmətinə daxil olur, orada buna məsul olan işçi tərəfindən qeydə alınır və qeydiyyat kitabında imzalatmaqla həmin gün aidiyyəti üzrə kollegiyanın məsul katibinə təhvil verilir. Kollegiyanın məsul katibi işi (materialı) qəbul etdiyi gün qeydiyyat kitabında qeydə alır və baxılması üçün imzalatmaqla onu tələb etmiş hakimə verir.

225-1. Kassasiya instansiyası məhkəməsində prosessual hərəkətlər CPM-in 51-2.1-ci maddəsinə uyğun olaraq videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirildikdə kargüzarlıq xidməti tətbiq edilən texniki vasitələrdə səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində ötürülməsini, cinayət məhkəmə icraatının aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir.

226.               Məhkəmə iclasının katibi mahiyyəti üzrə baxılmağa təyin edilmiş işin (materialın) dörd nüsxədən ibarət siyahısını tərtib edir və onun nüsxələrini Ali Məhkəmənin rəhbərliyinə, məhkəmə kollegiyasının sədrinə, icra qurumuna, inzibati binanın bunun üçün xüsusi ayrılmış yerindən asılması üçün kargüzarlıq xidmətinə təqdim edir. Eyni zamanda, məhkəmə bildirişlərinin göndərilməsini təşkil edir.

227.              İşə (materiala) mahiyyəti üzrə baxılanadək kollegiyanın məsul katibi onlarla əlaqədar daxil olmuş etiraz, izahat və digər sənədləri qeydə alaraq həmin gün imzalatmaqla məruzəçi hakimə verir.

İşə (materiala) mahiyyəti üzrə baxılıb qurtardıqdan sonra məhkəmə iclasının katibi onun hər bir vərəqini tikməli, nömrələməli və siyahıya almalıdır.

228.              Məhkəmə iclasının katibi iş (material) üzrə çıxarılmış məhkəmə qərarının surətini məhkum(lar)a və qanunla nəzərdə tutulmuş digər şəxslərə göndərilmək üçün tərtib etdiyi reyestrlə birlikdə kargüzarlıq xidmətinə təqdim edir.

228-1. Ali Məhkəmənin kollegiyası tərəfindən hər bir iş üzrə çıxarılmış qərarın surətinin bir nüsxəsi, eləcə də aşağı instansiyası məhkəmələrinin ləğv edilmiş və ya dəyişdirilmiş hökm və ya qərarlarının surətləri elektron qaydada yayılması üçün məhkəmə iclası katibi tərəfindən bu işə məsul olan şəxsə təqdim edilir. [71]

229.              Məruzəçi hakim icraatı başa çatmış işi (materialı) özündə olan qeydiyyat kitabında imzalatmaqla kollegiyanın məsul katibinə qaytarır.

230.              Kollegiyanın məsul katibi hər bir iş (material) üzrə çıxarılmış məhkəmə qərarının bir nüsxəsinin nəzarət qovluğunda saxlanılmasını təmin edir.

231.              Məsul katib baxılması qurtarmış işi (materialı) tərtib etdiyi reyestrə və məktuba imzalatmaqla aidiyyəti üzrə göndərilməsi üçün kargüzarlıq xidmətinə verir. Məsul katib reyestrin və məktubun surətini ayrıca qovluqda saxlayır.

232.              Ali Məhkəmənin kollegiyalarında bütün məlumatlar Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2004-cü il tarixli 172 nömrəli Fərmanının tələblərinə uyğun olaraq kompüterə daxil edilir, kodlaşdırılır və saxlanılır. Kompüterlər yalnız Ali Məhkəmənin rəhbərliyinin razılığı ilə internet xəttinə qoşula bilər. Vahid kompüter şəbəkəsinə qoşulmuş kompüterlərdən kənar şəxslərin istifadə etməsinə yalnız Ali Məhkəmənin rəhbərliyinin razılığı ilə yol verilir. [72]

233.              Həmin Fərmanın birinci bəndinə əsasən Dövlət sirri təşkil edən və yayılması məhdudlaşdırılmış xidməti informasiya işlənilən, habelə məhdudlaşdırılmış daxilolma növlü informasiya ehtiyatları yerləşən informasiya sistemlərinin, rabitə şəbəkələrinin və fərdi kompüterlərin informasiya mübadiləsi üçün istifadə edilən digər informasiya sistemləri və şəbəkələrinin, rabitə şəbəkələrinin, o cümlədən İnternet qlobal informasiya şəbəkəsinin tərkibinə daxil edilməsi qadağandır. [73]

Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında və apellyasiya məhkəmələrinin Aparatlarında İnternet şəbəkəsi ilə əlaqə, ondan istifadə və həmin şəbəkədə informasiyanın yerləşdirilməsi yalnız Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün İnternet şəbəkəsi seqmenti vasitəsilə həyata keçirilir.

 

12-1. Cinayət məhkəmə icraatında kargüzarlığın elektron qaydada aparılmasının xüsusiyyətləri [74]

 

            233-1. Cinayət məhkəmə icraatında  məhkəmə, cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən prosessual sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə razılaşdırmaqla müəyyən etdiyi cinayət mühakimə icraatında “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

            233-2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə CPM-ə əsasən həmin şəxslərə verilməsi nəzərdə tutulmuş prosessual sənədləri və digər məlumatları onların elektron kabinetlərində yerləşdirir. Bu barədə həmin şəxslərə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada (elektron poçt və SMS vasitəsilə) məlumat verilir.

233-3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim CPM-ə müvafiq olaraq dövlət ittihamçısına verilməsi nəzərdə tutulmuş prosessual sənədləri və digər məlumatları onun həmin sistemdə yaradılmış elektron kabinetində yerləşdirir və bu barədə ona həmin sistem vasitəsilə elektron qaydada məlumat verir.

233-4. Elektron qaydada göndərilən prosessual sənədlər hakimin elektron imzası ilə təsdiq olunur. Elektron qaydada göndərilən prosessual sənədlərin və digər məlumatların təkrarən kağız daşıyıcıda göndərilməsinə yalnız “Elektron məhkəmə” informasiya sistemində texniki nasazlıqlar yarandığı halda yol verilir.

233-5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə, məhkəmə CPM-ə müvafiq olaraq qəbul etdiyi hökm, qərar və digər prosessual sənədləri elektron sənəd formasında tərtib edərək və hakimin elektron imzası ilə təsdiq edərək CPM-də həmin prosessual sənədlər üçün müəyyən edilmiş müddətlərdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirir.