AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
20.05.2011
QEYDİYYAT NÖMRƏSİ
81
ADI
“İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2011, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 453)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.05.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın təsdiq edilməsi barədə

“İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”nın “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı (2009-2013-cü illər)”nın 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   ARTUR RASİZADƏ

 

Bakı şəhəri, 20 may 2011-ci il

    № 81

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 20 may tarixli 81 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə

 

PROQRAM

 

1. Giriş

 

Azərbaycan Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar ölkədə iqtisadiyyatın dinamik inkişafına və əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına şərait yaratmış, daxili potensialdan səmərəli istifadə edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, iqtisadiyyatın dinamik inkişafı insan alveri probleminin həllinə də müsbət təsir göstərmişdir. Bu sahədə hazırda beynəlxalq, regional və milli səviyyədə mübarizə aparılması istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.

Azərbaycan Respublikası insan alverinə qarşı mübarizə sahəsində əksər beynəlxalq müqavilələrə, o cümlədən BMT-nin “Transmilli Mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokola, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakultativ Protokolu”na, BMT-nin “İnsan alverinə və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarına qarşı mübarizə haqqında” Konvensiyasına qoşulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli 208 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nın əsasında respublikada insan alverinə qarşı mübarizənin bütün aspektlərini özündə birləşdirən və fəaliyyətini səmərəli surətdə əlaqələndirən qanunvericilik bazası yaradılmış, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu qəbul edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq əlavələr və dəyişikliklər olunmuş, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)” təsdiq edilmişdir.

“İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram” (bundan sonra - Proqram) Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”nın “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı (2009-2013-cü illər)”nın 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi mexanizmini müəyyən edir.

 

2. Proqramın məqsəd və vəzifələri

 

Proqramın məqsədi insan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması, insan alveri qurbanlarının və potensial qurbanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri şəraitin yaradılması, vəzifələri isə insan alverinə məruz qala bilən həssas əhali qruplarının, o cümlədən valideyn himayəsindən məhrum olmuş, baxımsız qalan uşaq və yeniyetmələrin, eləcə də yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan vətəndaşların sosial müdafiəsini təmin etməkdən ibarətdir.

 

3. Proqramın maliyyələşdirilməsi

 

Proqramın reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

 

4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı

 

Sıra

№-si

Tədbirlərin adı

İcraçı orqanlar

 

İcra müddəti

(illər üzrə)

1

2

3

4

4.1. Təşkilati tədbirlər

4.1.1.

Qanunsuz miqrasiyanın qarşısının alınması məqsədi ilə birgə yoxlama tədbirlərinin həyata keçirilməsi

Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

 

 

4.1.2. [1]

Qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Respublikasının ərazisində yaşamağa əsasları olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşamalarının leqallaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi

Dövlət Miqrasiya Xidməti,

Daxili İşlər Nazirliyi

2015-2018

4.1.3.

Məcburi əməyin qarşısının alınması, onun qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi məqsədi ilə birgə monitorinqlərin keçirilməsi və müvafiq qərarların qəbul edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi,

Dövlət Miqrasiya Xidməti

mütəmadi

4.1.4.

Uşaqların mənəviyyatına, sağlamlığına və inkişafına zərər vuran informasiyalardan mühafizənin gücləndirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

2016

4.1.5.

Övladlığa götürmə prosedurunun təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi,

Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi

2016-2017

4.1.6. [2]

İnsan alverinə şərait yaradan sosial problemlərin müəyyən edilməsi və aradan qaldırılması istiqamətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi

mütəmadi

4.1.7. [3]

İnsan alverinə məruz qalmaq ehtimalı olan əməkçi miqrantların sosial müdafiə tədbirləri ilə əhatə olunma imkanlarının asanlaşdırılması və genişləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti

mütəmadi

4.1.8.

Qanunsuz miqrantlar arasında insan alveri qurbanlarının aşkarlanması prosesinin təkmilləşdirilməsi məqsədi ilə miqrasiya, sərhəd, gömrük orqanları tərəfindən əməkdaşları üçün insan alverinə qarşı mübarizəyə və qurbanların hüquqlarına dair təlimlərin keçirilməsi

Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi

mütəmadi

4.2. Sosial, tibbi və digər tədbirlər

4.2.1.

İnsan alverinə məruz qala bilən həssas əhali qruplarının müəyyən edilməsi üçün müvafiq araşdırmaların aparılması

Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

mütəmadi

 

 

4.2.2 [4] .

İnsan alverinə şərait yaradan sosial problemlərin təhlil edilməsi və aradan qaldırılmasına dair təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2015-2018

4.2.3.

Yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan gənclərin sosial-məişət problemlərinin həlli istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi

2015-2018

4.2.4. [5]

Yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması məqsədi ilə müvafiq tədbirlərin görülməsi (bioloji və himayədar ailələrə verilməsi, günərzi qayğı mərkəzlərinə və ya digər alternativ xidmətlərə cəlb edilməsi)

Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi

mütəmadi

4.2.5.

Zərərli mühitlə  əhatə olunan (inyeksion narkotik istifadəçiləri, nizamsız cinsi əlaqə tətbiq edən şəxslər, cinsi azlıqlar və s.) və insan alveri risk qrupuna daxil olan baxımsız qalmış uşaqlara və yeniyetmələrə hüquqi, psixoloji və tibbi yardımın, həmçinin sosial xidmətlərin göstərilməsi, onların təhsilə cəlb edilməsi

Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları

mütəmadi

4.2.6. [6]

İnsan alverinin qurbanı olmuş şəxslərlə işləyən sosial, psixoloji və tibb işçiləri üçün qabaqcıl beynəlxalq təcrübəyə əsasən təlimlərin təşkil edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

mütəmadi

4.3. Məşğulluğun təmin edilməsi sahəsində tədbirlər

4.3.1. [7]

Tətil günlərində gəlir əldə etmək istəyən, eləcə də işsiz gənclərin haqqı ödənilən ictimai və mövsümi işlər barədə məlumatlandırılması və bu işlərin təşkil edilməsi [8]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi

2015-2018

4.3.2.

Sosial cəhətdən həssas əhali qrupuna aid olan şəxslərin əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması məqsədi ilə onların peşə hazırlığı və yenidən ixtisaslaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

4.3.3.

Valideyn himayəsindən məhrum olmuş və yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan şəxslərin sosial müdafiəsini və məşğulluğunu təmin etmək məqsədi ilə onların peşə təhsili müəssisələrində ödənişsiz təhsil alması və işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi [9]

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları

mütəmadi

4.4. Maarifləndirmə və profilaktiki tədbirlər

4.4.1.

Təhsil (o cümlədən uşaq evlərində və internat məktəblərində) və cəzaçəkmə müəssisələrində insan alverinə qarşı təbliğat və təşviqatın aparılması

Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

4.4.2.

Respublikanın şəhər və rayonlarında əhali, o cümlədən gənclər arasında insan alverinin qarşısını almaq məqsədi ilə maarifləndirmə işlərinin aparılması

Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları

mütəmadi

4.4.3.

İnsan alverinə şərait yaradan sosial səbəblərdən biri kimi, erkən nikah hallarının azaldılması məqsədi ilə maarifləndirmənin gücləndirilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi

mütəmadi

4.4.4.

Uşaqların, eləcə də digər yaş qrupuna mənsub vətəndaşların internetdən təhlükəsiz istifadə etmə qaydaları ilə bağlı maarifləndirilməsi

Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi [10]

mütəmadi

4.4.5. [11]

Əmək miqrasiyası sahəsində Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslərin siyahısının dərc edilməsi [12]

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti

mütəmadi

4.4.6.

Əmək bazarına dair məlumatların rəsmi internet ünvanında yerləşdirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

2.       14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243)

3.       6 oktyabr 2016-cı il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1707)

4.       19 dekabr 2018-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2739)

  1. 21 yanvar 2019-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 162)
  2. 14 mart 2019-cu il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 533)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.1.2-ci yarımbənddə “2011- 2013 rəqəmləri və 4.2.3-cü yarımbənddə “2011- 2012 rəqəmləri “2015- 2018 rəqəmləri ilə, 4.1.4-cü yarımbənddə “2011- 2012 rəqəmləri “ 2016 rəqəmi ilə, 4.1.5-ci yarımbənddə “ 2011 rəqəmi “2016- 2017 rəqəmləri ilə, 4.1.4-cü yarımbənddə isə “İcraçı orqanlar” sütununda “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.1.6-cı yarımbəndə “problemlərin” sözündən sonra “müəyyən edilməsi və” sözləri əlavə edilmişdir.

 

[3] 14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinə 4.1-ci bəndə yeni məzmunda 4.1.7-ci və 4.1.8-ci yarımbəndlər əlavə edilmişdir.

 

[4] 14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.2.2-ci yarımbənd yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

4.2.2

İnsan alverinə şərait yaradan sosial problemlərin təhlil edilməklə aradan qaldırılması üçün əlavə təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2011-2012

 

[5] 14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.2.4-cü yarımbəndə “verilməsi” sözündən sonra “, günərzi qayğı mərkəzlərinə” sözləri əlavə edilmişdir.

 

[6] 14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.2.6-cı yarımbəndə “üçün” sözündən sonra “qabaqcıl beynəlxalq təcrübəyə əsasən” sözləri əlavə edilmişdir.

 

[7] 14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.3.1-ci yarımbəndə “istəyən” sözündən sonra “, eləcə də ilk dəfə işaxtaran” sözləri əlavə edilsin və həmin yarımbənddə “2011- 2013 rəqəmləri “2015- 2018 rəqəmləri ilə əvəz edilmişdir.

 

[8] 14 mart 2019-cu il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 533) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın 4.3.1-ci yarımbəndinin “Tədbirlərin adı” sütununda “ilk dəfə işaxtaran” sözləri “işsiz” sözü ilə əvəz edilmişdir.

 

[9] 19 dekabr 2018-ci il tarixli 543 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2739) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.3.3-cü yarımbəndində “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.

 

[10] 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 4.4.4-cü yarımbəndinin “İcraçı orqanlar” sütununda “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

21 yanvar 2019-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 162) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.4.4-cü yarımbəndinin “İcraçı orqanlar” sütununda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

[11] 14 oktyabr 2015-ci il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2015-ci il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1243) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.4.5-ci yarımbənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4.4.5.

Əmək miqrasiyası sahəsində Azərbaycan Respublikası vətəndaşlarını işə düzəltmək üçün lisenziyası (xüsusi icazəsi) olan təsərrüfat subyektlərinin siyahısının mütəmadi olaraq dərc edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti

 

mütəmadi

 

[12] 6 oktyabr 2016-cı il tarixli 389 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1707) ilə “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın 4.4.5-ci yarımbəndi ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status