AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
26.05.2010
QEYDİYYAT NÖMRƏSİ
938
ADI
2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatlarının verilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-05-2010, Nəşr nömrəsi: 115), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2010, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 462)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
200.000.000
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatlarının verilməsi haqqında

2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatlarının verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifləri əsasında qərara alıram:

2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:

 

Elm sahəsi üzrə

 

Geologiya-mineralogiya elmləri doktoru Adil Abas Əli oğlu Əliyevə,

geologiya-mineralogiya elmləri doktoru Elmira Hacı Murad qızı Əliyevaya,

geologiya-mineralogiya elmləri doktoru Fərid Həsən oğlu Dadaşova,

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əkpər Əkpər oğlu Feyzullayevə,

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki İbrahim Səid oğlu Quliyevə

— “Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı” elmi nəşrlər silsiləsinə görə.

 

Mədəniyyət sahəsi üzrə

 

Xalq Artisti Alim Həmzə oğlu Qasımova — ifaçılıq fəaliyyətinə görə.

 

Ədəbiyyat sahəsi üzrə

 

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Bəkir Əhməd oğlu Nəbiyevə,

filologiya elmləri doktoru Məhərrəm Paşa oğlu Qasımlıya,

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Teymur Həşim oğlu Kərimova,

filologiya elmləri doktoru Vilayət Muxtar oğlu Quliyevə,

filologiya elmləri üzrə fəlsəfə doktoru Nikpur Mirhüseyn oğlu Cabbarlıya,

filologiya elmləri doktoru Nizaməddin Şəmsəddin oğlu Şəmsizadəyə

— “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 may 2010-cu il

№ 938

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status