AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
09.01.1999
QEYDİYYAT NÖMRƏSİ
2
ADI
Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-1999, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 43)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.01.1999
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 9 yanvar 1999-cu il
                  № 2

 


 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

1999-cu il 9 yanvar tarixli  2 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi

 

QAYDALARI [1]

1. Ümumİ müddəalar

1.1. "Yerin təki haqqında" Azərbaycan Respublikası qanunu, "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 27 aprel 1998-ci il tarixli 701 nömrəli Fərmanının icrası ilə əlaqədar geoloji-kəşfiyyat işlərinin aparılması və ya faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar dağ-mədən qazmaları, axtarış-kəşfiyyat və istismar buruq quyuları, xüsusi razılığın və ya icazənin qüvvədə olma müddəti başa çatdıqda, yaxud yerin təkindən istifadə hüququna vaxtından əvvəl xitam verildikdə, eləcə də istismarı hər-hansı səbəbdən müvəqqəti dayandırıldıqda faydalı qazıntıların çıxarılması üzrə müəssisələr, dağ-mədən qazmaları, buruq quyuları və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğular ləğv və ya konservasiya edilməlidir.

Bu Qaydalar Azərbaycan Respublikası ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində mülkiyyət formasından asılı olmayaraq faydalı qazıntıların kəşfiyyatı, çıxarılması və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı ilə məşğul olan bütün yer təki istifadəçiləri üçün məcburidir.

1.2. Faydalı qazıntılar çıxaran müəssisə, tam, yaxud qismən ləğv və ya konservasiya olunduqda dağ-mədən qazmalarının və buruq quyularının əhalinin həyat və sağlamlığının təhlükəsizliyi, ətraf mühitin, binaların və qurğuların mühafizəsi, konservasiya olunduqda isə bunlardan başqa konservasiya müddətində yatağın, dağ-mədən qazmalarının və buruq quyularının əvvəldə olduğu kimi saxlanması təmin olunmalıdır.

1.3. Faydalı qazıntıları çıxaran müəssisə və ya onun bir hissəsi, dağ-mədən qazmaları, buruq quyuları eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğular ləğv və ya konservasiya edilərkən geoloji, markşeyder və digər sənədlər işlər dayandırıldığı anadək olan məlumatlarla tamamlanmalı və qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində saxlanmalıdır. [2]

1.4. Faydalı qazıntılar çıxaran müəssisənin (onun bir hissəsinin), dağ-mədən qazmalarının, buruq quyularının və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respub-likasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən ləğv və ya konservasiya aktı imzalandıqdan sonra qüvvəyə minir. [3]

1.5. Faydalı qazıntıların çıxarılması işləri bərpa olunanadək müəssisənin konservasiyada qalma müddətinin davam etməsi yer təki istifadəçisinin qərarı ilə müəyyən edilir. Konservasiyasının müəyyən olunmuş müddəti keçdikdə, onu yalnız aktı imzalayan orqanlar uzada bilərlər.

1.6. Konservasiyada olan müəssisələrin, dağ-mədən işlərinin və buruq quyularının bərpası qəbul olunmuş qaydada təsdiq olunmuş, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmış layihə üzrə aparılmalıdır. [4]

2. Ləğv və konservasİyaya İcazənİn alınması

2.1. Yer təki istifadəçiləri (onların yuxarı təşkilatları varsa - yuxarı təşkilatları) müəssisənin tam, yaxud qismən, dağ-mədən qazmalarının, buruq quyularının, eləcə də faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv edilməsi və konservasiya olunması üçün, konservasiyanın zəruri olması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ünvanına ərizə göndərməlidirlər. [5]

Ərizəyə əlavə olunur:

a) yer səthinin və müəssisənin horizontlar planlarının, həmçinin faydalı qazıntı yatağının ehtiyatlarının və kəşfiyyatının, dağ qazmalarının, buruq quyularının, relyefin və yer səthinin vəziyyətini əks etdirən əsas dağ-qrafik sənədlərin surətləri (şaquli və horizontal proyeksiyalar, kəsilişlər);

b) konservasiyanın zəruriliyinin əsaslandırılmasının texniki-iqtisadi hesablamaları və s.

c) Arayışlar:

faydalı qazıntıların balans və balansdankənar ehtiyatlarının qalığı haqqında;

ehtiyatların vəziyyəti göstərilməklə qoruyucu və digər bülövlәrdәki faydalı qazıntı ehtiyatları haqqında;

müvəqqəti istifadə olunmayan faydalı qazıntıların, həmçinin tərkibində faydalı komponentlər olan və tikinti materialları istehsalına, yaxud faydalı komponentlərin sona qədər çıxarılmasına yararlı olan istehsalat tullantılarının olması haqqında;

istehsalat və sanitar-məişət binaları, qurğular və suaxıdan vasitələrin vəziyyəti haqqında;

yeraltı boşluqların olması, dağ-mədən qazmalarının vəziyyəti, yerüstü sürüşmələrin faktiki, maksimal və gözlənilən ölçüləri haqda.

ç) "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri ödənilməklə ləğv, yaxud konservasiya vaxtı işlərin təhlükəsizliyini, digər müəssisələrə ləğv və konservasiya işlərinin zərərli təsirlərin qarşısının alınmasını, müəssisənin, dağ-mədən qazmalarının, buruq quyularının, maşın və qurğuların saxlanmasını təmin edən tədbirlər planı.

2.2. 2.1. bəndində göstərilən materiallar hazırlandıqdan sonra yer təki istifadəçisinin (yuxarı təşkilatı varsa - yuxarı təşkilatının) ərizəsinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndələrinin iştirakı ilə mütəxəssislərdən ibarət xüsusi Komissiya yaradır. Komissiya üzvləri yerlərdə obyektlərə baxdıqdan və müvafiq sənədləri araşdırdıqdan sonra müəssisənin, dağ-mədən qazmalarının, buruq quyularının, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv edilməsi və konservasiyası, yaxud gələcəkdə təsərrüfat və istehsalat obyektlərinin yerləşdirilməsinin mümkünlüyü barədə akt tərtib edir, həmçinin konservasiya və ləğv işlərinin yerinə yetirilməsi üçün əhalinin təhlükəsizliyini, ətraf təbii mühitin, binaların və qurğuların mühafizəsini və ehtiyatların çıxarılmasının dolğunluğunu, konservasiya vaxtı isə yer təkində qalan faydalı qazıntı ehtiyatlarının mühafizəsini təmin edən tədbirlərin işlənməsinə təkliflər verməlidirlər. [6]

Komissiyanın rəyi 1 nömrəli əlavədə göstərilən forma üzrə tərtib edilir.

Komissiyaya sədrlik Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.

Geoloji-kəşfiyyat və istismar işlərinin aparılmasında dərinliyi 10 m-ə qədər olan şaquli, 50 m-ə qədər horizontal dağ-mədən və kəşfiyyat-istismar qazmalarının və dərinliyi 150 m-ə və kəşfiyyat-istismar quyularının ləğv və konservasiya olunmasına sədrlik yer təki istifadəçilərinin texniki rəhbəri tərəfindən həyata keçirilir.

2.3. Ləğv və konservasiyaya komissiyanın və marağı olan orqanların etirazı olmadıqda yer təki istifadəçiləri və ya ixtisaslaşdırılmış müəssisə tərəfindən ləğv, yaxud konservasiyanın layihəsi tərtib edilir.

2.4. Ləğv, yaxud konservasiyanın layihəsi yer təki istifadəçisi tərəfindən təsdiq olunmazdan əvvəl Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə razılaşdırılmalıdır. Təsərrüfat və istehsalat obyektlərinin yerləşdirilməsi üçün perspektivli olan qazmaların konservasiyası layihələrinə, zərurət yarandıqda Tikinti və Arxitektura Komitəsinin (və ya onun yerli orqanının) ekspert rəyi tələb olunur. [7]

2.5. Ləğv, yaxud konservasiya işləri başa çatdıqdan sonra yer təki istifadəçiləri, yerinə yetirilmiş işləri qəbul etmək üçün Komissiya yaradır. Komissiyaya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi orqanı sədrlik etməklə, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi də daxil edilir. [8]

Ləğv, yaxud konservasiya layihəsində baxılan işlərin dolğunluğunun qiymətləndirilməsinə və yerinə yetirilməsinin keyfiyyətinə bilavasitə baxılması əsasında, həmçinin təqdim olunmuş materialları öyrəndikdən sonra göstərilən işlərin qəbul olunması haqqında 2 nömrəli əlavədə göstərilən formada akt tərtib edilir.

Akt əlavələrlə birlikdə təsdiq olunmaq üçün yer təki istifadəçisinin rəhbərinə verilir. Aktın bir nüsxəsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Energetika Nazirliyinə göndərilir. [9]

3. Ləğv və konservasİya layİhəsİnİn məzmunu

3.1. Ləğv, konservasiya layihəsi izahedici qeyddən, geoloji və markşeyder sənədləri olmaqla qrafik materiallardan ibarətdir.

İzahedici qeyddə müvafiq hazırlıqlar üzrə ləğv və konservasiya işləri öz əksini əsasən aşağıdakı kimi tapmalıdır:

qalıq balans ehtiyatlarının və çıxarılması iqtisadi cəhətdən məqsədəuyğun olan balansdankənar ehtiyatların, o cümlədən bülövlәrdәki ehtiyatların işlənməsi qrafiki və istismar qaydaları;

yatağın təkrar işlənməsinin məqsədyönlülüyünü, anbarlara yığılmış kondisiyaya uyğun gəlməyən faydalı qazıntıların və istehsalat tullantılarının təsərrüfatda və istehsalatda istifadə olunması və onların saxlanılması məsələlərinin həllini təmin edən tədbirlər;

əhalinin təhlükəsizliyini, yer təkinin və ətraf təbii mühitin, bina və qurğuların mühafizəsini, həmçinin su və qaz yarmalarının, yeraltı yanğınların yayılmasının və s. qarşısının alınmasını təmin edən tədbirlər;

dağ qazmalarından və buruq quyularından gələcəkdə təsərrüfatın və istehsalatın digər məqsədləri üçün istifadə olunmasıməsələlərinə baxılması;

müəssisənin, yaxud onun bir hissəsinin ləğv və ya konservasiyasının üsulları;

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yer səthinin və su obyektlərinin gələcəkdə təsərrüfat və istehsalat obyektlərinin yerləşdirilməsində istifadə edilməsi üçün yararlı vəziyyətə gətirilməsi tədbirləri;

ləğv, yaxud konservasiya işlərinin, onun və onunla yanaşı olan müəssisənin obyektlərinə zərərli təsirinin və xidmət vaxtı işlərin təhlükəsiz görülməsi tədbirləri;

geoloji və markşeyder sənədləri üzərində bütün məlumatlar öz əksini tapmalıdır.

2.1. "c" bəndində qeyd olunmuş arayışlar.

4. Ləğv, yaxud konservasİya vaxtı görülən tədbİrlər

4.1. "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların istismarı ilə əlaqədar ləğv, yaxud konservasiya vaxtı işlərin təhlükəsizliyinin müəssisənin obyektlərinə xidmət vaxtı onunla yanaşı olan dağ-mədən və digər müəssisələrlə ləğv, yaxud konservasiya işlərinin zərərli təsirinin qarşısının alınması, konservasiya müddətində yatağın, maşınların, avadanlıqların, qurğuların, dağ qazmalarının və s. saxlanması, korlanmış torpaq sahələrinin yararlı vəziyyətə gətirilməsi, qazma ağızlarının bərkidilməsi öz-özünə alışan faydalı qazıntıların konservasiya müddətində yanğın əleyhinə, həmçinin bu qaydaların tələblərinə müvafiq tərtib olunmuş layihədə görülәcәk tədbirlər yerinə yetirilməlidir.

5. Ləğv və konservasİyanın uçotu

5.1. Yer təki istifadəçilərinin balansında olan dağ-mədən qazmalarının, buruq quyularının, həmçinin faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv edilməsi və konservasiyası uçotu "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qaydaların tələblərinə müvafiq aparılmalıdır.

5.2. Ləğv və konservasiyanın uçotu layihəni təsdiq edən yer təki istifadəçisi tərəfindən bu qaydaların 3-cü və 4-cü əlavələrində verilmiş formaya uyğun olaraq aparılmalıdır.

 

1 nömrəli əlavə

 

Faydalı qazıntıları çıxaran müəssİsələrİn, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması İlə əlaqədar olmayan yeraltı qurğuların ləğv və ya konservasİyasının zərurİlİyİ haqqında
RƏY

__________________________________________________________________________________
(əmri (qərarı) vermiş yer təki
__________________________________________________________________________________
istifadəçilərinin adı)
_________________________19 _____ il tarixli ______
№-li əmrinə (qərarına)  əsasən
__________19____ il tarixdə __________________________________________________________
(təşkilat, vəzifəsi, soyadı, adı, atasının adı)

Sədrliyi ilə, aşağıdakı tərkibdə Komissiya:
__________________________________________________________________________________
(təşkilatlar, vəzifələri
__________________________________________________________________________________
soyadları, adları, ata adları)
__________________________________________________________________________________
__________________________________________________________________________________
 (faydalı qazıntı çıxaran yer təki istifadəçisinin)
__________________________________________________________________________________
(adı və yerləşdiyi yer)
_________________________________________________________________yerində baxış keçirtdi.
Baxılmış sənədlərə və materiallara______________________________________________________
__________________________________________________________________________________
(sənədlərin və materialların adları)
__________________________________________________________________________________
və faydalı qazıntı çıxaran müəssisəyə (və ya onun bir hissəsinə)
keçirilmiş baxışa əsasən Komissiya müəyyən etdi:
__________________________________________________________________________________
 (faydalı qazıntı çıxaran müəssisələrin,
__________________________________________________________________________________
 (dağ-mədən qazmalarının, hüquq quyularının və faydalı qazıntıların
__________________________________________________________________________________
çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların texniki vəziyyəti,
__________________________________________________________________________________
yaxud göstərilənlərin dağ-texniki və iqtisadi şəraiti haqqında
__________________________________________________________________________________
Komissiyanın gəldiyi nəticə)

Komissiyanın rəyi
__________________________________________________________________________________
(faydalı qazıntı çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq
__________________________________________________________________________________
quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı
__________________________________________________________________________________
qurğuların ləğv, yaxud konservasiyasının məqsədəuyğunluğuna münasibətdə
__________________________________________________________________________________
əsaslandırılmış fikirlər, onların digər məqsədlər üçün istifadə olunmasının
__________________________________________________________________________________
mümkünlüyü və göstərilənlərin ləğv, yaxud konservasiyaya hazırlanması

__________________________________________________________________________________
üçün tədbirlərin işlənməsi təklifləri, həmçinin əhalinin təhlükəsizliyini,
__________________________________________________________________________________
ətraf mühitin, binaların və qurğuların mühafizəsinin və yer səthində qalan
__________________________________________________________________________________
faydalı qazıntı ehtiyatlarının və s. qorunmasını təmin edən tədbirlər)

Əlavə _____________ səhifədə

Komissiyasının sədri:

Komissiyasının üzvləri:

1.
2.
3.
4.
5.
6.

 

2 nömrəli əlavə
"TƏSDİQ EDİRƏM"
___________________
(yer təki istifadəçisi)
___________________
(soyadı, adı)
________________ il

Faydalı qazıntıları çıxaran müəssİsələrİn, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması İlə əlaqədar olmayan yeraltı qurğuların ləğv, yaxud konservasİyası məqsədİlə görülən İşlərə verİlən qİymət və qəbul
AKTI

__________________________________________________________________________________
(komissiyanı təyin edən yer təki istifadəçisinin adı)
______________il tarixli__________nömrəli əmrilə (qərarı ilə) təyin
olunmuş___________________________________________________________________ sədrliyi və
(orqan, vəzifəsi, soyadı, adı, atasının adı)
tərkibinə aşağıdakı üzvlərin____________________________________________________________
__________________________________________________________________________________
(təşkilatlar, vəzifələri, soyadları, adları, ata, adları)
__________________________________________________________________________________
__________________________________________________________________________________
daxil olduğu Komissiya ________________________________________________________il tarixdə
ləğv və ya konservasiya olunmuş (lazım olmayanın üstündən xətt çəkməli) müəssisəyə, dağ-mədən qazmalarına, buruq quyularına, yaxud faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğulara baxış keçirmiş "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun və faydalı qazıntı çıxaran müәssisəlәrin ləğv, yaxud konservasiya olunması qaydalarının tələblərinə, həmçinin göstərilənlərin ləğv, yaxud konservasiyası layihəsinə uyğun olaraq yerinə yetirilmiş işlərin dolğunluğunu və keyfiyyətini xarakterizə edən sənəd və materiallara baxılmalıdır.

Aktda yer təkindən əsas və onlarla birlikdə yatan balans və balansdankənar faydalı qazıntı ehtiyatlarının çıxarılmasının dolğunluğunu, əhalinin təhlükəsizliyini, ətraf təbii mühitin, binaların və qurğuların ləğv, yaxud konservasiya olunmuş müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının zərərli təsirindən mühafizə olunmasını və göstərilən işlərin keyfiyyətlə yerinə yetirilməsinə qiymət verilməsini təmin edən ləğv, yaxud konservasiya ilə əlaqədar aparılmış bütün işlər sadalanmalıdır.

Akta, yerinə yetirilən işlərin dolğunluğunu və keyfiyyətini əks etdirən zəruri dağqrafik materiallar, sənədlər və arayışlar əlavə olunmalıdır.

Əlavə______________ səhifədə

 

Komissiyanın sədri:
Komissiyanın üzvləri:
1.
2.
3.
4.
5.
6.

 


                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        3 nömrəli əlavə

Faydalı qazıntıları çıxaran müəssİsələrİn, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması İlə əlaqədar olmayan yeraltı qurğuların ləğvİnİn
SİYAHISI

Sıra nömrəsi

Ləğv olunan müəssisənin (onun bir hissəsinin - dağ-
mədən qazmalarının, buruq quyularının və s.) adı, onun idarə tabeçiliyi və yerləşdiyi ərazi vahidi
[10]

Müəssisənin (onun bir hissəsinin) ləğv olunduğu tarix, yer təki istifadəçisinin əmrinin (qərarının) nömrəsi

Müəssisənin (onun bir hissəsinin) ləğv olunmasına əsas səbəblər

Müəssisənin (onun bir hissəsinin) ləğv olunması layihəsini işləyən

Müəssisənin (onun bir hissəsinin) ləğv olunması layihəsini təsdiq edən

Müəssisənin (onun bir hissəsinin) ləğv olunması aktını təsdiq edən

Müəssisənin (onun bir hissəsinin) ləğv olunması sənədlərinin saxlandığı təşkilat

İcazənin qeydiyyat
nömrəsi və onun verildiyi tarix
[11]

Qeyd

1

2

3

4

5

6

7

8

9

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4 nömrəli əlavə

Faydalı qazıntıları çıxaran müəssİsələrİn, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması İlə əlaqədar olmayan yeraltı qurğuların konservasİyasının
SİYAHISI

 

Sıra nömrəsi

Konservasiya olunan müəssisənin (onun bir hissəsinin -
dağ-
mədən qazmalarının, buruq quyularının və s.) adı, onun idarə tabeçiliyi və yerləşdiyi ərazi vahidi
[12]

Müəssisənin (onun bir hissəsinin) konservasiya olunduğu tarix, yer təki istifadəçisinin əmrinin (qərarının) nömrəsi

Müəssisənin (onun bir hissəsinin) konservasiya olunmasına əsas səbəblər

Müəssisənin (onun bir hissəsinin) konservasiya olunması layihəsini işləyən

Müəssisənin (onun bir hissəsinin) konservasiya olunması layihəsini təsdiq edən

Müəssisənin (onun bir hissəsinin) konservasiya olunması aktını təsdiq edən

Müəssisənin (onun bir hissəsinin) konservasiya olunması sənədlərinin saxlandığı təşkilat

İcazənin qeydiyyat nömrəsi və onun verildiyi tarix [13]

Qeyd

1

2

3

4

5

6

7

8

9

10

 

 

 

 

 

 

 

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral  2001-ci il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116)

2.       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №1, maddə 49)

3.       13 sentyabr 2006-cı il  207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №9, maddə 822)

4.       13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)

5.       28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092)

6.       14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1]  13 sentyabr 2006-cı il  207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №9, maddə 822) ilə Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nın 1.3-cü, 1.4-cü, 1.6-cı bəndlərində, 2.1-ci bəndinin birinci abzasında, 2.2-ci bəndinin birinci və üçüncü abzaslarında, 2.4-cü bəndində, 2.5- ci bəndinin birinci və üçüncü abzaslarında ismin müvafiq hallarında “Dövlətdağmədəntexnəzarət Komitəsi”, “Dövlətdağmədəntexnəzarət” və “Dövlətdağmədəntexnəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları»nın 1.1-ci bəndinin birinci abzasında, 1.4-cü, 1.6-cı bəndlərində, 2.2-ci bəndinin birinci abzasında, 2.4-cü bəndində, 2.5-ci bəndinin birinci və üçüncü abzaslarında ismin müvafiq hallarında «xüsusi razılıq» sözlərindən sonra ismin müvafiq hallarında «və ya icazə» sözləri əlavə edilmişdir.

 

[2] 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nın 1.3-cü bəndə “Fövqəladə Hallar Nazirliyində” sözlərindən əvvəl “Azərbaycan Respublikasının” sözləri əlavə edilmişdir.

 

[3] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №1, maddə 49) ilə "Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları"nın 1.4-cü bəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nın 1.4-cü bəndinə “icazə vermiş” sözlərindən sonra “Dövlət Mineral Xammal Agentliyi, habelə” sözləri əlavə edilmişdir.

14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nın 1.4-cü bənddə “xüsusi razılıq və ya icazə vermiş Dövlət Mineral Xammal Agentliyi, habelə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respub-likasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nın 1.6-cı bənddə “Fövqəladə Hallar Nazirliyi və xüsusi razılıq və ya icazə verən orqanla” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə” sözləri ilə əvəz edilmişdir.

 

[5] 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nın 2.1-ci bəndin birinci abzasına “Fövqəladə Hallar Nazirliyinin” sözlərindən əvvəl “Azərbaycan Respublikası” sözləri əlavə edilmişdir.

 

[6] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2005-ci il tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №1, maddə 49) ilə "Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları"nın 2.2-ci bəndində "Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin" sözləri "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə əvəz edilmişdir.

28 dekabr 2019-cu il tarixli 511 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2092) ilə “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nın 2.2-ci bəndin birinci abzasının birinci cümləsində “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin” sözləri “Dövlət Mineral Xammal Agentliyinin, habelə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin nümayəndələrinin” sözləri ilə əvəzedilmişdir.

14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nın 2.2-ci bəndin birinci abzasının birinci cümləsində “Fövqəladə Hallar Nazirliyi, faydalı qazıntıların çıxarılmasına xüsusi razılıq və ya icazə verən Dövlət Mineral Xammal Agentliyinin, habelə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin” sözləri “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin” sözləri ilə əvəz edilmişdir və həmin bəndin üçüncü abzasına “Fövqəladə Hallar Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının” sözləri əlavə edilmişdir.

 

[7] 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nın 2.4-cü bəndin birinci cümləsində “Fövqəladə Hallar Nazirliyi və xüsusi razılıq və ya icazə verən orqanlar” sözləri “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[8] 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nın 2.5-ci bəndinin birinci abzasa “Fövqəladə Hallar Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının” sözləri əlavə edilmişdir və həmin abzasda “xüsusi razılıq və ya icazə vermiş orqanın da nümayəndəsi” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi də” sözləri ilə əvəz edilmişdir.

 

[9] 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nın 2.5-ci bəndinin üçüncü abzasın ikinci cümləsində “Fövqəladə Hallar Nazirliyi və xüsusi razılıq və ya icazə vermiş orqanlara” sözləri “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Energetika Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.

 

[10] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral  2001-ci il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116) ilə "Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları"na 3 nömrəli əlavəsində "inzibati ərazi" sözləri "ərazi vahidi" sözləri ilə əvəz edilmişdir.

 

[11] 14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nın 3 nömrəli əlavə - “Faydalı qazıntıları çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğvinin Siyahısı”nın 9-cu sütununda “Xüsusi icazənin və “Dağ-mədən ayırması” aktının reyestr” sözləri İcazənin qeydiyyat” sözləri ilə əvəz edilmişdir.

 

[12] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral  2001-ci il tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 2, maddə 116) ilə "Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları"na 4 nömrəli əlavəsində "inzibati ərazi" sözləri "ərazi vahidi" sözləri ilə əvəz edilmişdir.

 

[13] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları»nın 4 nömrəli əlavəsinin «Faydalı qazıntıları çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasının Siyahısı»nın 9-cu sütununda ismin müvafiq hallarında «xüsusi razılıq» sözlərindən sonra ismin müvafiq hallarında «və ya icazə» sözləri əlavə edilmişdir.

14 may 2020-ci il tarixli 172 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 17 may 2020-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 643) ilə “Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları”nın Qaydalara 4 nömrəli əlavə - “Faydalı qazıntıları çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların konservasiyasının Siyahısı”nın 9-cu sütununda “Xüsusi razılıq və ya icazə və “Dağ-mədən ayırması” aktının reyestr” sözləri “İcazənin qeydiyyat” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status