AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.09.2008
QEYDİYYAT NÖMRƏSİ
217
ADI
Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2008, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 864)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.09.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
130.000.000
140.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında

Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 avqust tarixli 624 nömrəli Fərmanının 4-cü bəndinin icrası ilə əlaqədar şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki:

1.1. “Azərbaycan Respublikasında qüvvədə olan tikinti normativ sənədlərinin Siyahısı”nın I bölməsinin 1-ci hissəsinin (şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi (tənzimlənməsi)) şəhərsalma və memarlıq fəaliyyətinə aid norma və qaydaları istisna olmaqla, 3-cü (tikinti işlərinin təşkili, aparılması və qəbulu), 4-cü (smeta normaları) və 5-ci (tikintidə maddi və əmək vəsaitlərinin xərclənmə normaları) hissələri üzrə tikinti norma və qaydaları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən, 1-ci hissəsinin (şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi (tənzimlənməsi)) şəhərsalma və memarlıq fəaliyyətinə aid olan və 2-ci hissəsi (layihələndirmə normaları) üzrə tikinti norma və qaydaları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq və ya ləğv edilir. [1]

1.2. tikinti üçün layihə sənədləri sisteminin (TLSS) standartları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən, inşaat işlərinin aparılması, nəzarəti və inşaat materiallarına aid standartları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilir, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. [2]

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, bu qərarın 1-ci bəndi ilə müəyyən edilmiş səlahiyyətlərinə aid milli şəhərsalma və tikinti normativ sənədlərinin 2008-2012-ci illər ərzində hazırlanmasını, təsdiq və respublika ərazisində tətbiq edilməsini həyata keçirsin. Milli şəhərsalma və tikinti normativ sənədlərinin hazırlanması zamanı “İnşaatda tikinti norma və qaydalarının, dövlət standartlarının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 15 aprel tarixli 217 nömrəli Qərarına əsasən qüvvədə saxlanılmış tikinti normativ sənədlərinə (həmin sənədlərin yeni milli normativ sənədlərlə əvəz edilənədək), həmçinin MDB iştirakçısı olan ölkələrin tikinti fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurası və Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası çərçivəsində qəbul edilərək respublika ərazisində qüvvəyə minmiş və milli normativ sənədlərlə əvəz edilməsi başa çatdırılmamış dövlətlərarası normativ sənədlərinə (autentik tərcümə olunana qədər) tərcümə edilmədən istinad edilməsinə yol verilir. Bu sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifələrində yerləşdirilir. [3]

3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi milli tikinti normativ sənədlərin hazırlanmasını dövlət büdcəsində həmin təşkilatlar üzrə müvafiq məqsədlər üçün nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirsinlər.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 18 sentyabr 2008-ci il

   № 217

 

 

 


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)

2.       30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)

  1. 21 avqust 2019-cu il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2019-cu il, № 183, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1469)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 21 avqust 2019-cu il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2019-cu il, № 183, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1469) ilə 1.1-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 2004-cü il 24 iyun tarixli 137 nömrəli, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2004-cü il 29 iyul tarixli 54 nömrəli əmrləri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qüvvədə olan tikinti normativ sənədlərinin Siyahısı” nın I bölməsinin 1-ci hissəsinin (tikintinin təşkili, idarə olunması və iqtisadiyyatı) şəhərsalma və memarlıq fəaliyyətinə aid norma və qaydaları istisna olmaqla, 3-cü (tikinti işlərinin təşkili, istehsalı və qəbulu), 4-cü (smeta normaları) və 5-ci (tikintidə maddi və əmək vəsaitlərinin xərclənmə normaları) hissələri üzrə tikinti norma və qaydaları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən, 1-ci hissəsinin (tikintinin təşkili, idarə olunması və iqtisadiyyatı) şəhərsalma və memarlıq fəaliyyətinə aid olan və 2-ci hissəsi (layihələndirmə normaları) üzrə tikinti norma və qaydaları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq və ya ləğv edilir, qüvvəyə minməsi və ya qüvvədən düşməsi barədə əmr verilir;

 

[2] 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə 1.1-ci bəndində "Agentliyinin" sözü "Komitəsinin" sözü ilə, 1.2-ci bəndində isə "Agentliyi" sözü "Komitəsi" sözü ilə əvəz edilmişdir.

 

30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817) ilə 1.2-ci bəndində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 avqust 2019-cu il tarixli 364 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 avqust 2019-cu il, № 183, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1469) ilə 2-ci hissədə “milli” sözündən sonra “şəhərsalma və” sözləri əlavə edilmişdir, “2008-2012-ci illər ərzində” sözləri çıxarılmışdır və həmin hissəyə yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status