AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
20.08.2008
QEYDİYYAT NÖMRƏSİ
191
ADI
Magistral boru kəmərlərinin, körpülərin, hidrotexniki qurğuların və yüksəkgərginlikli elektrik hava xətlərinin mühafizəsinin gücləndirilməsinə dair bəzi tədbirlər barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2008, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 786)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.08.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.000.000
120.000.000
130.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Magistral boru kəmərlərinin, körpülərin, hidrotexniki qurğuların və yüksəkgərginlikli elektrik hava xətlərinin mühafizəsinin gücləndirilməsinə dair bəzi tədbirlər barədə

Magistral boru kəmərlərinin, körpülərin, hidrotexniki qurğuların və yüksəkgərginlikli elektrik hava xətlərinin mühafizəsinin gücləndirilməsinə dair bəzi tədbirlər barədə

 

AZƏRBAYCAN  RESPUBLİKASININ NAZİRLƏR  KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Neft və qaz boru kəmərlərinin, yüksəkgərginlikli elektrik hava xətlərinin, körpülərin və hidrotexniki qurğuların mühafizəsi, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə çay keçidlərinin yuxarı və aşağı axarları boyunca 500 metrlik məsafədə faydalı qazıntıların, partlayışların, torpaq qazma işlərinin aparılması, çay yatağı materiallarının çıxarılması üçün aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən torpaq sahələrinin ayrılması, lisenziya və icazələrin verilməsi dayandırılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 957; 2006-cı il, № 7, maddə 647, № 9, maddə 822; 2008-ci il, № 5, maddə 432) ilə təsdiq edilmiş «İstismar olunan ixrac neft boru kəmərlərinin «Mühafizə Zonası»nın müəyyənləşdirilməsi Qaydaları»na aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:

«5.  Məsləhətləşmə zonası

Çay keçidinin yuxarı və aşağı axarları üçün 3 kilometrlik məsləhətləşmə zonası nəzərdə tutulur. Bu zona daxilində çay yatağında çay axarına təsir edəcək və eroziya ilə nəticələnə biləcək hər hansı fəaliyyətin aparılması, bənd və maneələrin tikilməsi üçün lisenziya, icazə və ya səlahiyyətlər verilməmişdən əvvəl istismarçı təşkilat xəbərdar edilməlidir. İstismarçı təşkilat öz növbəsində, çay keçidi üzrə belə fəaliyyətlərin nəticələri haqqında dövlət təşkilatlarına məlumat və məsləhət verməlidir.». 

3.  5-ci və 6-cı bəndlər müvafiq olaraq 6-cı və 7-ci bəndlər hesab edilsin.

4.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri   A. RASİZADƏ

 

Bakı şəhəri, 20 avqust 2008-ci il

№191

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status