AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.08.2008
QEYDİYYAT NÖMRƏSİ
187
ADI
"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2008, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 783)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.08.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
230.000.000
240.000.000
130.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahıs

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 2 iyun tarixli 619-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 783 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 14 avqust 2008-ci il

    № 187

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 14 avqust tarixli 187 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin

 

S İ Y A H I S I

 

bütün tipli, markalı, modelli traktorlar, onların qoşquları, tarla işlərində istifadə edilən asma-qoşma kənd təsərrüfatı mexanizmləri;

küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan aqrar-sənaye kompleksindən, meşə və ekologiya sahələrində, su-meliorasiya təsərrüfatlarında, kənd-tarla arası yolların çəkilişində və digər kənd təsərrüfatı üçün xidmət sahələrində istifadə edilən digər özüyeriyən texnikalar, ekskavatorlar, buldozerlər və tırtıllı mexaniki nəqliyyat vasitələri;

plantaj şum aparmaq, sahələri hamarlamaq, çəltik səpini, tarlanın hazırlanması üçün silos və senaj quyularının qazılması, yaşıl kütlənin tapdanması və basdırılması üçün buldozerlər və ekskavatorlar;

mineral və üzvü gübrələrin yığılması və yüklənməsi üçün yükləyicilər;

kənd təsərrüfatı məhsulları emalı sənayesi sahəsində yükləmə və boşaltma işlərində istifadə edilən avtoyükləyicilər və digər markalı texnikalar;

fermer təsərrüfatında suvarma xətlərinin çəkilişində istifadə edilən, taxıl yığımından əvvəl isə həmin xətlərin doldurulması üçün ekskavator və buldozerlər;

suvarma kanallarının çəkilişi, təmizlənməsi işlərində istifadə edilən bütün markalı skreyperlər, buldozerlər;

tarlalararası yolların çəkilməsi və təmiri üçün qreyderlər və digər texnikalar.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 14 avqust tarixli 187 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin

 

S İ Y A H I S I [1]

 

1. Bütün növ vərdənələr (torpaqkipləyici, silindrli, titrəyişli, pnevmatik).

2. Bütün növ yükləyicilər (frontal, çəngəlağız, çalovlu, teleskopik).

3. Bütün növ qaldırıcı tipli texnoloji nəqliyyat vasitələri (teleskopik, qayçıvari, platforma tipli).

4. Traktor bazasında quraşdırılmış müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (qaynaq aqreqatı, kompressor, nasoslu aqreqat, kran).

5. Ekskavator üzərində quraşdırılan müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (hidravlik çəkic, betondağıdan, kran).

6. Yolsüpürən texnoloji nəqliyyat vasitəsi.

7. Dağ-mədən sənayesində istifadə olunan texnoloji nəqliyyat vasitələri.

8. Yol tikinti texnikaları (mobil asfalt zavodu, borudüzən, yolnişanlayıcı nəqliyyat vasitələri).

9. Asfaltqaşıyan maşınlar.

10. Çalaqazan texnoloji nəqliyyat vasitələri.

11. Boruəyən maşın.

12. Yol freyzeri.

13. Asfaltdöşəyən nəqliyyat vasitəsi.

14. Təkərli kompressorlar.

15. Borudüzən nəqliyyat vasitəsi.

16. Qreyderlər.

17. Skreperlər.

18. Təkərli mexanizmlər.

19. Təkərli qaynaq aqreqatları.

20. Təkərli generatorlar.

21. Qat təmizləyən traktorlar.

22. Ekskavatorlar.

23. Buldozerlər.

24. Elektromühərriklə işləyən nəqliyyat vasitələri.

25. Qoşqulu və yarımqoşqulu mexanizmlər.

26. Tırtıl və təkər üzərində quraşdırılmış müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (mobil konteyner, tırtıllı transportyor, payavuran, kran).

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 mart 2016-cı il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 623)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 mart 2016-cı il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 623) ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı” yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Şassi üzərində quraşdırılmış payavuran qurğu

Yol freyzeri

Yol üçün bordyurdöşəyən nəqliyyat vasitəsi

Asfalt döşəyən nəqliyyat vasitəsi

Qalaqlayıcı nəqliyyat vasitəsi

  Xüsusi texnoloji xidmət üçün nəqliyyat vasitəsi

  Qazma işləri üçün nasos aqreqatları

  Təkərli kompressorlar

  Boru düzən nəqliyyat vasitəsi

  Özüdolduran mexanizmlər

  Qreyderlər

Skreperlər

  Katok (vərdənə)

  Traktor bazasında quraşdırılmış kran

  Təkərli mexanizmlər

  Təkərli qaynaq aqreqatları

  Təkərli generatorlar

  Qat təmizləyən traktorlar

  Yolnişanlayıcı nəqliyyat vasitələri

  Ekskavatorlar

  Buldozerlər

  Yükləyicilər

  Qəza-bərpa nəqliyyat vasitəsi

  Elektromühərriklə işləyən nəqliyyat vasitələri

  Qoşqu və yarımqoşqulu mexanizmlər

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status