AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
31.07.2008
QEYDİYYAT NÖMRƏSİ
175
ADI
Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2008, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 692)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.07.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
290.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasında damazlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.4-cü, 1.5-ci və 1.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Damazlıq heyvanların dövlət reyestrinin və dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması Qaydaları”, “Cins heyvanlar üçün hazırlanan pasportun (şəhadətnamənin) forması, tərtib edilməsi Qaydası və ona daxil edilən məlumatlar” və “Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, sertifikatların növləri və verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 31 iyul 2008-ci il

№ 175    

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 31 iyul tarixli 175 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

Damazlıq heyvanların dövlət reyestrinin və dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması

 

Q A Y D A L A R I

 

1. ÜMUMİ MÜDDƏA

 

Bu Qaydalar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında damazlıq heyvanların dövlət reyestrinin və dövlət damazlıq kitabının tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir.

 

2. DAMAZLIQ HEYVANLARIN DÖVLƏT REYESTRİNİN APARILMASI

 

2.1. Damazlıq heyvanların dövlət reyestri damazlıq heyvan cinslərinin və cinsdaxili qrupların heyvan növləri üzrə mərkəzləşdirilmiş damazlıq uçotu sistemidir.

2.2. Damazlıq heyvan növləri üzrə mövcud yerli cinslər və zooloji qruplar rayonlaşdırılır və dövlət damazlıq reyestrinə daxil edilir.

2.3. Damazlıq heyvanların və heyvan qruplarının identikləşdirilməsini həyata keçirmək, mənşəyini, təsərrüfat əhəmiyyətini və istifadə təyinatını müəyyən etmək üçün onların dövlət qeydiyyatı aparılır.

2.4. Damazlıq heyvanların dövlət reyestri Azərbaycan Respublikası ərazisində məhsuldarlığına və damazlıq keyfiyyətlərinin kompleks əlamətlərinə görə qiymətləndirilərək yetişdirilən, dövlət damazlıq kitabında qeydiyyata alınmış və damazlıq pasportu (şəhadətnaməsi) verilmiş damazlıq heyvanların uçotunu təmin etmək məqsədi ilə aparılır.

2.5. Damazlıq heyvanların dövlət reyestri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.

2.6. Damazlıq heyvanların dövlət reyestrinə heyvan növləri üzrə mövcud cinslərin və cinsdaxili qrupların, həmçinin seleksiya nailiyyəti hesab edilən damazlıq ehtiyatının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilən məlumatları (cinsin adı, reyestrə daxil edildiyi il, müəllif, ərizəçi, cinsin məhsuldarlıq istiqaməti) daxil edilir.

2.7. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi damazlıq heyvandarlıq subyektlərindən aldığı məlumatlara uyğun olaraq heyvanların hər bir növü və cinsi üzrə dövlət reyestrini tərtib edir.

2.8. Damazlıq heyvanların dövlət reyestri üçün tələb olunan məlumatların damazlıq heyvandarlıq subyektləri tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməsi məcburidir.

2.9. Dövlət reyestr kitabı kağız və elektron variantda tərtib edilir.

2.10. Dövlət reyestri vərəqləri nömrələnmiş, qaytanla bəndlənmiş, qaytanın ucları üzərinə silikat yapışqanla kənd təsərrüfatı nazirinin müavininin imzası və Nazirliyin möhürü olan vərəq yapışdırmaqla və ya surğucla möhürlənməklə, təsdiq olunmuş jurnalda aparılır.

2.11. Dövlət reyestr kitabında yol verilmiş səhvlər yeni qeydlər etməklə aradan qaldırılır. Bu halda qüvvəsini itirməli olan qeydin üstündən xətt çəkilir və bu qaydalara uyğun yeni qeydlər edilir. Yeni qeyddə qüvvəsini itirmiş yazıya istinad edilməlidir.

2.12. Dövlət reyestr kitabının elektron variantı forma və məzmun etibarilə kağız daşıyıcılardan fərqlənmir. Dövlət reyestr kitabının elektron variantı vahid proqram-texniki təlimat əsasında tərtib edilir.

2.13. Dövlət reyestr kitabı tərtib edildikdə, aşağıdakılar təmin olunmalıdır:

2.13.1. reyestr nömrələrinin say ardıcıllığına əməl edilməsi;

2.13.2. reyestrə daxil edilən damazlıq heyvanların adının v ə digər məlumatların təqdim edilmiş sənədlər əsasında düzgün yazılması;

2.13.3. reyestrdə əks etdirilən məlumatların dəqiq verilməsi.

2.14. Dövlət reyestr kitabında qeydlər aydın və yığcam şəkildə yazılmalıdır.

2.15. Dövlət reyestr kitabı Azərbaycan dilində tərtib edilir. Xarici adlar Azərbaycan dilinin tələffüz qaydalarına uyğun şəkildə Azərbaycan əlifbası ilə yazılmalıdır.

2.16. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur.

 

3. DÖVLƏT DAMAZLIQ KİTABININ TƏRTİB EDİLMƏSİ VƏ APARILMASI

 

3.1. Azərbaycan Respublikasında damazlıq heyvanların dövlət qeydiyyatı damazlıq heyvanların dövlət damazlıq kitabına yazılması yolu ilə həyata keçirilir.

3.2. Dövlət damazlıq kitabı damazlıq heyvanların mənşəyinin eksteryer, döllük və məhsuldarlıq keyfiyyətlərinin, digər seleksiya əhəmiyyətli əlamətlərinin heyvan cinsləri üzrə qeydiyyatı sənədidir.

3.3. Dövlət damazlıq kitabında hüquqi və fiziki şəxslərə məxsus müəyyən cinsə aid yüksək məhsuldar və damazlıq pasportu (şəhadətnaməsi) olan hər bir damazlıq heyvan haqqında məcmu məlumatlar verilir.

3.4. Damazlıq heyvanların dövlət damazlıq kitabı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılır və hər bir heyvan növü və cinsi üzrə damazlıq heyvandarlıq subyektlərindən aldığı məlumatlar daxil edilir.

3.5. Dövlət damazlıq kitabına yazılan heyvan barədə məlumat aşağıdakı tələblərə uyğun olmalıdır:

3.5.1. dövlət nişanlanma sisteminə və damazlıq heyvanların identifikasiyasına uyğun nömrəsinin olması;

3.5.2. istifadəsinə icazə verilmiş, seleksiya nailiyyəti kimi dövlət reyestrinə daxil edilmiş, təmizcinsli olması və hansı cinsə aid olması;

3.5.3. rəsmi təsdiq edilmiş mənşəyə malik olması (anası, atası);

3.5.4. yaxın qohumlarının (anasının, atasının) identifikasiya nömrəsinin olması;

3.5.5 damazlıq və məhsuldarlıq keyfiyyətinə görə hesabatlarda göstəricilərin və eyni zamanda damazlıq ehtiyatının geniş təkrar istehsalının qiymətləndirilməsinin düzgün olması.

3.6. Xarici ölkələrdən gətirilərək, respublikamızda seleksiya proseslərində istifadə edilən heyvanlar (heyvan toxumu, rüşeym və s.) dövlət damazlıq kitabına qeydiyyata alındıqda, ixrac edən ölkənin rəsmi damazlıq heyvandarlıq təşkilatı tərəfindən damazlıq sertifikatı təqdim edilməlidir. Belə halda heyvanın yenidən identifikasiyalaşdırılmasına yol verilmir.

3.7. Damazlıq heyvanların dövlət reyestrinin aparılması üçün lazımi sənədlərin hazırlanması və dövlət damazlıq kitablarının çap edilməsi müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

3.8. Dövlət damazlıq kitabının nəşrindən sonra 5 il müddətindən gec olmayaraq, növbəti cildi hazırlanıb nəşr edilir. Ara müddətlərdə qeydiyyata götürülən damazlıq heyvanların kataloqu hazırlanır.

3.9. Damazlıq heyvandarlığın idarə edilməsi ilə məşğul olan yerli təşkilatlar tərəfindən dövlət damazlıq kitabına daxil edilmək üçün məlumatlar (1 yanvar vəziyyətinə) aprel ayının 1-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməlidir.

3.10. Dövlət damazlıq kitabına yazmaq üçün verilən məlumatların düzgünlüyünə və vaxtında təqdim edilməsinə cavabdeh təşkilatlar məsuliyyət daşıyırlar.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 31 iyul tarixli 175 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Cins heyvanlar üçün hazırlanan pasportun (şəhadətnamənin) forması, tərtib edilməsi Qaydası və ona daxil edilən məlumatlar

 

1. ÜMUMİ MÜDDƏA

 

Bu Qayda və ona daxil olan məlumatlar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında cins heyvanlara pasportların (şəhadətnamələrin) tərtib edilməsi qaydasını tənzimləyir, onun formasını və ona daxil edilən məlumatları müəyyən edir.

 

2. CİNS HEYVANLAR ÜÇÜN HAZIRLANAN PASPORTLARIN (ŞƏHADƏTNAMƏLƏRİN) FORMASI

 

2.1. Cins heyvanların damazlıq pasportu (şəhadətnaməsi) heyvanların mənşəyini, məhsuldarlığını, təkrar istehsala yararlılığını və digər damazlıq keyfiyyətlərini təsdiq edən və identikləşdirmə zamanı istifadə olunan əsas sənəddir.

2.2. Cins heyvanlara verilən pasportların (şəhadətnamələrin) forması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanaraq nəşr olunur (forma əlavə olunur).

3. CİNS HEYVANLAR ÜÇÜN PASPORTLARIN (ŞƏHADƏTNAMƏLƏRİN) TƏRTİB EDİLMƏSİ VƏ ONA DAXİL OLAN MƏLUMATLAR

 

3.1. Damazlıq pasportu (şəhadətnaməsi) cins heyvanların məhsuldarlıq və damazlıq keyfiyyətlərinin kompleks əlamətlər üzrə qiymətləndirilməsi və dövlət qeydiyyatına alınması əsasında verilir.

3.2. Cins heyvana pasportun (şəhadətnamənin) tərtibi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir.

3.3. Cins heyvanın pasportu (şəhadətnaməsi) Azərbaycan və ingilis dillərində beynəlxalq standartların tələblərinə uyğun tərtib edilir.

3.4. Cins heyvanın pasportunda (şəhadətnaməsində) aşağıdakı məlumatlar olmalıdır:

3.4.1. rayonun, qəsəbə və kəndin, təsərrüfatın adı (rəqəmli kodlarla);

3.4.2. heyvanın ləqəbi;

3.4.3. heyvanın cinsi;

3.4.4. heyvanın cinsiyyəti;

3.4.5. heyvanın növü;

3.4.6. heyvanın doğum tarixi və yeri;

3.4.7. heyvanın yaşı;

3.4.8. heyvanın diri çəkisi;

3.4.9. heyvan yetişdirən sahibkarın soyadı, adı, ünvanı və imzası;

3.4.10. heyvan satanın soyadı, adı, ünvanı və satılması tarixi;

3.4.11. heyvan alanın soyadı, adı, ünvanı və alınması tarixi;

3.4.12. heyvanın anasının və atasının fərdi nömrəsi;

3.4.13. heyvanın məhsuldarlıq istiqaməti;

3.4.14. heyvanın sinfi;

3.4.15. heyvanın şəcərə cədvəli;

3.4.16. heyvanın dövlət damazlıq kitabındakı qeydiyyat nömrəsi;

3.4.17. pasportu (şəhadətnaməni) hazırlayan səlahiyyətli təşkilatın adı, möhürü və pasport verən məsul şəxsin imzası;

3.4.18. pasportun (şəhadətnamənin) verildiyi tarix.

3.5. Hər bir cins heyvana bir dəfə pasport (şəhadətnamə) tərtib olunur. Cins heyvanın pasportu (şəhadətnaməsi) itmiş və ya korlanmışdırsa, heyvan sahibi 15 gün müddətində yazılı formada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məlumat verməli və dublikat pasportun (şəhadətnamənin) alınması üçün müraciət etməlidir.

3.6. Cins heyvanın alınması və ya satılması nəticəsində təsərrüfat dəyişdirilərkən alıcı və satıcı şəxs cins heyvana aid pasportun (şəhadətnamənin) sahibkara aid olan müvafiq hissəsini kəsib özündə saxlayaraq, bu barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məlumat verməlidir.

3.7. Cins heyvan öldükdə, onun pasportu (şəhadətnaməsi) heyvanın sahibi tərəfindən 1 ay müddətində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qaytarılır və Dövlət Damazlıq Kitabında müvafiq qeyd aparılır.

3.8. Damazlıq ehtiyatlarının məhsuldarlıq və damazlıq keyfiyyətlərini təsdiq edən pasportun (şəhadətnamənin) hazırlanmasına, saxlanılmasına, uçotuna və verilməsinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzarət edir.

3.9. Damazlıq heyvandarlıq təsərrüfatlarının istehsal etdikləri damazlıq ehtiyatları dövriyyəyə cəlb edildikdə, onların təkrar istehsala yararlılığını və digər damazlıq keyfiyyətlərini təsdiq edən pasport (şəhadətnamə) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə vaxtında təqdim edilməlidir.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 31 iyul tarixli 175 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

 

Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, sertifikatların növləri və verilməsi

 

Q A Y D A L A R I

 

 

 

1. ÜMUMİ MÜDDƏA

 

Bu Qaydalar «Damazlıq heyvandarlıq haqqında» Azərbaycan Respublikasının 2007-ci il 18 dekabr tarixli 516-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli 734 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, sertifikatların növləri və verilməsi qaydalarını müəyyən edir.

 

2. DAMAZLIQ EHTİYATLARININ SERTİFİKATLAŞDIRILMASI

 

2.1. Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması damazlıq məhsulun, materialın müəyyən edilmiş normativlərə uyğun və genetik cəhətdən qüsursuz olmasının təsdiqi üçün həyata keçirilir. Sertifikatlaşmanın nəticələri əsasında verilən uyğunluq sertifikatı dövriyyəyə cəlb edilən cins heyvanın və digər damazlıq ehtiyatının damazlıq obyekti kimi tanınmasına, təkrar istehsala yararlılığına və ondan yaxşılaşdırıcı kimi istifadə edilməsinə təminat verir.

Damazlıq ehtiyatlarının sertifikatlaşdırılması aşağıdakı məqsədlərlə həyata keçirilir:

2.1.1. heyvandarlıq məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirak etmək imkanı yaratmaq;

2.1.2. istehsalçılara əldə etdikləri damazlıq ehtiyatlarının normativ sənədlərin tələblərinə uyğunluğuna dair zəmanət verilməsi.

2.2. Kənd təsərrüfatı heyvanlarının növ və cinslərindən alınmış dövlət reyestrinə seleksiya nailiyyəti kimi daxil edilmiş damazlıq heyvandarlıq subyektlərində istehsal olunmuş və xarici ölkələrdən idxal edilmiş damazlıq ehtiyatları (damazlıq heyvanlar, onların toxumları, yumurtaları, sürfələri, rüşeymləri) sertifikatlaşdırılmalıdır.

2.3. Azərbaycan Respublikasında damazlıq ehtiyatlarının sertifikatlaşdırılmasını Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müvafiq qaydada həyata keçirir.

 

3. DAMAZLIQ EHTİYATLARININ SERTİFİKATLAŞDIRILMASINDA İŞTİRAKÇILARIN VƏZİFƏLƏRİ

 

3.1. Kənd təsərrüfatı heyvanlarının damazlıq ehtiyatlarının sertifikatlaşdırılması üzrə orqan aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. damazlıq ehtiyatlarının sertifikatlaşdırılmasında idarəetməni və prosedur qaydalarını təşkil etməklə koordinasiyasını təmin edir;

3.1.2. sertifikatlaşdırma fəaliyyəti barədə şikayətlərə baxır, sertifikatları ləğv edir və damazlıq ehtiyatlarının təkrar sınağını (ekspertizasını) təyin edir;

3.1.3. sertifikatlaşdırma işlərini təşkil edir, sertifikat verir və sertifikatlaşdırılmış damazlıq ehtiyatlarının reyestrini aparır;

3.1.4. sifarişçinin təşəbbüsü ilə Azərbaycan Respublikasında istehsal edilən damazlıq ehtiyatlar ölkə ərazisindən çıxarılarkən sertifikat verir;

3.1.5. öz səlahiyyətləri daxilində müraciət edən şəxslərə lazımi məlumatlar verir və sertifikatlaşdırma üçün normativ sənədlərin bazasını yaradır.

3.2. Sınaq laboratoriyaları damazlıq ehtiyatlarının sınağını keçirərək, sınaq protokolunu sertifikatlaşdırma orqanına təqdim edir.

3.3. Sertifikatlaşdırmaya aid olan damazlıq ehtiyatlarının satıcıları aşağıdakı şərtlərə əməl etməlidirlər:

3.3.1. damazlıq ehtiyatlarına sertifikat almaq üçün məhsulun (materialın) və sənədlərin vaxtında təqdim edilməsinə;

3.3.2. sertifikatlaşdırılmış damazlıq ehtiyatlarının istehsalının texnoloji prosesində və sertifikatlaşdırmadan sonra dama zlıq sənədlərində edilmiş dəyişikliklər barədə sertifikatlaşdırma orqanına məlumatın verilməsinə.

 

4. SERTİFİKATLARIN VERİLMƏSİ VƏ TƏTBİQ EDİLMƏSİ

 

4.1. Sertifikatlaşdırma orqanlarına müraciət edən şəxslərə uyğunluq sertifikatı verilir.

4.2. Damazlıq ehtiyatları damazlıq zavodlarına, reproduktorlara, fermalara, sınaq müəssisələrinə, süni mayalandırma və embrionların köçürülməsi mərkəzlərinə, genobanklara, immunogenetik ekspertiza və seleksiya məqsədi ilə heyvandarlıq məhsullarının ekspertizası laboratoriyalarına satılarkən uyğunluq sertifikatı verilir.

4.3. Uyğunluq sertifikatı hər heyvana 6 ay, heyvandan alınmış bir hissə toxuma və yaxud embriona isə 12 ay müddətinə verilir. Sertifikatda növ, cins, damazlıq ehtiyatlarının dərəcəsi, heyvanın nömrəsi, cinsiyyəti, doğulduğu tarix və yer, diri çəkisi, eksteryerinin qiyməti, nəsil şəcərəsi, genetik nəzarətin göstəriciləri və mənşəyi göstərilir.

4.4. Satıcı tərəfindən təqdim edilən sənədlər şübhə doğurarsa, göstəricilərin yoxlanması üçün sınaq laboratoriyasına göndərilir və sınaq laboratoriyasının tələbi əsasında satıcı əlavə sənədlər təqdim edir.

4.5. Uyğunluq sertifikatının qüvvədə olduğu müddətdə satışın maksimum həddi və hissəsinin ölçüsü göstərilir. Sertifikatın sertifikatlaşdırma orqanı tərəfindən möhürlə təsdiq edilmiş surəti satılan damazlıq ehtiyatının hər bir hissəsinə əlavə edilir.

4.6. Uyğunluq sertifikatı olan toxum hissəsinin verilməsi zamanı sertifikatın surəti verilmir. Lakin toxumu müşayiət edən sənədlərdə sertifikatın müddəti və nömrəsi göstərilir.

4.7. Azərbaycan Respublikasının seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilmiş və istifadəsinə icazə verilmiş hər bir heyvan cinsinə (xətt, kross) sertifikat verilir.

4.8. Damazlıq heyvanın yaxşılaşdırıcı olmasını, toxumun və rüşeymin mənşəyini və təkrar istehsala yararlılığını təsdiq edən müvafiq damazlıq pasportu (şəhadətnaməsi) və sertifikatı olduqda, reproduksiya məqsədi ilə istifadə edilir.

4.9. Damazlıq ehtiyatlarının uyğunluq sertifikatı Azərbaycan və ingilis dillərində beynəlxalq standartların tələblərinə uyğun tərtib edilir.

 

 

 

 

 

 

 

 

 

 

 

«Cins heyvanlar üçün hazırlanan pasportun (şəhadətnamənin) forması, tərtib edilməsi Qaydası və ona daxil edilən məlumatlar»a

                                                                               əlavə

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 

 

 

 

 

 

 

 

 

Damazlıq heyvanın pasportu

 (şəhadətnaməsi)

 

 

 

 

 

 

Ləqəbi

 

Diri çəkisi

 

Yaşı

 

Sinfi

 

Məhsuldarlıq istiqaməti

 

 

 

 


 

Damazlıq heyvanın pasportu (şəhadətnaməsi)                                                                                       

 

 

Təsərrüfatın adı və qeydiyyat №-si

Heyvanın №-si:

http://195.142.107.5/portal/barkode/barcode.asp?code=TR160000508407&height=20&width=1&mode=code128b

Adı

Cinsiyyəti

Növü

Cinsi

Doğum tarixi

Anasının №-si

Atasının №-si

 

 

 

 

 

 

 

Təsərrüfatın №-si

Rayonun adı

Daxilolma tarixi

Çıxma tarixi

Təsərrüfatın №-si

Rayonun adı

Daxilolma tarixi

Çıxma tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ölüm və yaxud məcburi   kəsim tarixi

 Yardım və sığorta ödəmə tarixi

Peyvənd edilmə tarixi

Satış/kəsim

Alış/kəsim

Təsərrüfatın və heyvanın №-si,  sahibkarın  adı, soyadı , atasının adı, ünvanı, telefon nömrəsi,  emal sexinin adı, kəsim tarixi 

Təsərrüfatın və heyvanın №-si,  sahibkarın  adı, soyadı , atasının adı, ünvanı, telefon nömrəsi,  emal sexinin adı, kəsim tarixi 

 

 

 

 

 

Tarix, imza

 

Tarix, imza

Təsdiq edən  orqan

 

 

Tarix, möhür , səlahiyyətli şəxsin adı, soyadı, ünvanı

və imzası

 

 

Heyvan satılarkən alıcıda qalan hissə

 

 

- - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - - 

 

Təsərrüfatın adı və qeydiyyat №-si

Heyvanın №-si:

http://195.142.107.5/portal/barkode/barcode.asp?code=TR160000508407&height=20&width=1&mode=code128b

 

Adı

Cinsiyyəti

Növü

Cinsi

Doğum tarixi

Anasının №-si

Atasının №-si

 

 

 

 

 

 

 

 

 

Satış/kəsim

Alış/kəsim

Təsərrüfatın və heyvanın №-si,  sahibkarın  adı, soyadı , atasının adı, ünvanı, telefon nömrəsi, emal sexinin adı, kəsim tarixi 

Təsərrüfatın və heyvanın №-si,  sahibkarın  adı, soyadı , atasının adı, ünvanı, telefon nömrəsi, emal sexinin adı, kəsim tarixi 

 

 

 

 

 

Tarix, imza

 

Tarix, imza

Təsdiq edən orqan

 

 

Tarix, möhür , səlahiyyətli şəxsin adı, soyadı, ünvanı

və imzası

 

 

Heyvan  satılarkən alıcıda qalan hissə

 

 

- - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - -  - - - - - - - - - - - - - - - - 

 

Təsərrüfatın adı və qeydiyyat №-si

Heyvanın №-si:

http://195.142.107.5/portal/barkode/barcode.asp?code=TR160000508407&height=20&width=1&mode=code128b

 

Adı

Cinsiyyəti

Növü

Cinsi

Doğum tarixi

Anasının №-si

Atasının  №-si

 

 

 

 

 

 

 

 

 

Satış/kəsim

Alış/kəsim

Təsərrüfatın və heyvanın №-si,  sahibkarın  adı, soyadı , atasının adı, ünvanı, telefon nömrəsi, emal sexinin adı, kəsim tarixi 

Təsərrüfatın və heyvanın  №-si,  sahibkarın  adı, soyadı , atasının adı, ünvanı, telefon nömrəsi, emal sexinin adı, kəsim tarixi 

 

 

 

 

 

Tarix, imza

 

Tarix, imza

Heyvan bazarı (təsərrüfatın və heyvanın №-si)

 

 

Tarix, möhür , səlahiyyətli şəxsin  adı, soyadı, ünvanı

və imzası

 

 

Heyvan satılarkən bazarda qalan hissə

Qeydiyyat tarixi

 

 

 

 

Şəcərə cədvəli

 

 

Ailə___                                                                                     Xətt____

 

Anası

 

 

 

 

 

 

 

 

Atası

Anasının  anası

 

 

 

 

 

 

 

 

Atasının anası

Anasının atası

Atasının atası

Anasının anasının anası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Atasının anasının anası

Anasının atasının anası

Atasının

atasının anası

Anasının

anasının  atası

Atasının

anasının atası

Anasının

atasının atası

Atasının

atasının atası

 

 

 

 

 

 

 

Damazlıq heyvanın pasportunun (şəhadətnaməsinin) kötüyü №_____________

 

Cinsi,                                                                                         Anası

Ləqəbi                                                               Anasının ləqəbi, fərdi №________________

Fərdi №-si                                                         Anasının DDK markası və №___________

DDK markası və №-si                                                              Atası

Xətt, ailə_______________________             Atasının DDK markası və №____________

             (ləqəbi, fərdi №,DDK markası, №)                                 Atasının sinfi               

 

                                                                     

 

Cinsiyyəti                                                       Satıldığı yerin ünvanı

Doğum yeri və tarixi                                      Heyvanın satış tarixi                                                                                                                             Yaşı                                                                Pasportun (şəhadətnamənin) verilmə

Diri çəkisi, kq                                                 tarixi                                                                                        

Eksteryerə görə bal                                                                                                                                                                      

Sinfi                                  

                                                    

 

 

 

 

 

                                

 

 

 

 

 

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status