AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.04.2002
QEYDİYYAT NÖMRƏSİ
69
ADI
Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2002, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 211)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.04.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında

Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 612 nömrəli Fərmanının 5-ci bəndinin 20-ci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Məhkəmənin qərarınadək, bu qərarla təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla aidiyyəti nazirlik, komitə və təşkilatlar tərəfindən hazırlanmış və təsdiq edilmiş təlimata əsasən həyata keçirilir.

3. Bu qərarla təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın satışı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi vasitəsi ilə, bütün növ qiymətli kağızların satışı isə fond birjası vasitəsi ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. [1]

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə bu qərarla təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın hərraca çıxarılması və hərracda satılması barədə təlimatı hazırlayıb təsdiq etsinlər. [2]

5. “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi və istifadəsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” SSRİ Nazirlər Sovetinin 1984-cü il 29 iyun tarixli, 683 nömrəli qərarı haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 10 iyul tarixli, 231 nömrəli qərarı (2-ci bəndi istisna olmaqla), “Ayinlərə aid əşyaların dini təşkilatlara əvəzsiz verilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1991-ci il 11 yanvar tarixli 11 nömrəli qərarı və “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi və istifadəsi qaydaları haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə” Azərbaycan SSR Nazirlər Kabinetinin 1991-ci il 21 avqust tarixli 272 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 18 aprel 2002-ci il

    № 69

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə

 

ƏSASNAMƏ

 

I. Ümumİ müddəalar

 

1.1. Bu Əsasnamə “Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 612 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa şərtlər müəyyənləşdirilməyən hallarda aşağıdakılara şamil edilir:

1.1.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlaka;

1.1.2. qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən əmlaka;

1.1.3. vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlaka;

1.1.4. dövlətin maliyyə orqanlarına təhvil verilən dəfinələrə.

1.2. Bu Əsasnamə ilə müəyyən edilən uçot, qiymətləndirilmə, saxlanılma, istifadə və satış qaydaları aşağıdakılara şamil edilmir:

1.2.1. dəmir yolu, su, hava, avtomobil və digər nəqliyyatda sənədsiz daşınan, tələb edilməmiş baqaj yüklərinə;

1.2.2. rabitə orqanlarından tələb edilməmiş baratlara, bağlamalara, məktublara (zərflərə) və pul göndərişlərinə, həmçinin digər poçt göndərişlərinə;

1.2.3. haqqında mövcud qanunvericiliklə digər uçot, qiymətləndirmə, saxlama, istifadə, satılma və dövlət mülkiyyətinə keçirmə qaydaları müəyyən edilmiş əmlaka (mallara);

1.2.4. Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarına əsasən dövlət nəfinə verilən əmlaka; [3]

 

II. Əmlakın uçotu, qİymətləndİrİlməsİ və saxlanılması qaydaları

 

2.1. Əsasnamənin 1.1.-ci bəndinə uyğun olaraq müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu aşağıdakı kimi aparılır:

Müsadirə edilmiş və sahibsiz qalmış əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə, hökm və ya qərar qanuni qüvvəyə mindikdən sonra 5 iş günü müddətində hökmün və ya qərarın surətini, hökmün və ya qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq maliyyə orqanlarına məlumat verir. [4]

Vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlak üzrə notariat orqanları həmin əmlakın müvafiq qaydada saxlanılmasını və onun uçotunun aparılmasını təmin etməklə, bu əmlak haqqında Maliyyə Nazirliyinə 5 iş günü müddətində məlumat verir.

Məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı həbs qoyulmuş əmlakın uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməklə dövlət mülkiyyətinə keçməsi prosesində aşağıdakı orqanlar iştirak edirlər:

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra qurumları, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti. [5]

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu məlumatları icmallaşdırır və onların əsasında həmin əmlakın operativ uçotunun aparılmasını təşkil edir.

Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotunun aparılması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydaya əsasən həyata keçirilir.

2.2. Bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir. Qiymətləndirmənin nəticələrinə dair hesabatda həmin əmlakı eyniləşdirməyə imkan verən məlumatlar (identifikasiya kodu, nömrəsi, modeli, istehsal tarixi və s.) göstərilməlidir. [6]

Dövlət mülkiyyətinə keçən əmlak qiymətləndirildikdən sonra onun təyinatı üzrə verilməsi aşağıdakı kimidir: [7]

- icra məmuru Tərəfindən həbs qoyulmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müsadirə edilmiş əmlak icra məmuru tərəfindən maliyyə orqanına verilir. Bu əmlakın, habelə müəyyən olunmuş qaydada qəbul edilmiş dəfinələrin təyinatı üzrə verilməsi Maliyyə Nazirliyi Tərəfindən həyata keçirilir; [8]

- qanunvericiliyə uyğun olaraq sahibsiz hesab edilən əmlakın və vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın təyinatları üzrə verilməsi Maliyyə Nazirliyinin iştirakı ilə həyata keçirilir.

 

III. Əmlakın İstİfadəsİ, satışı və verİlməsİ qaydaları

 

3.1. Bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlaklar aşağıdakı tələblərə əməl edilməklə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq Əsasnamənin 2.1-ci bəndində adları çəkilən orqanlar Tərəfindən aidiyyəti üzrə təhvil verilir: [9]

3.1.1. tarixi, elmi, bədii və mədəniyyət baxımından xüsusi əhəmiyyət kəsb edən qiymətli əşyalar və sənədlər, habelə dövlət əhəmiyyətli orden və medallar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müəyyən etdiyi qaydada xüsusi ekspertizadan keçirildikdən sonra əvəzsiz olaraq dövlət muzeylərinə, kitabxanalarına, arxivlərinə, elmi və digər təşkilatlara verilir; [10]

3.1.2. milli və xarici valyutada olan pul vəsaitləri müvafiq qaydada Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Azərbaycan Respublikasının Milli Bankındakı hesabına mədaxil olunur; [11]

3.1.3. dini ibadət (ayin) əmlakları (bu bəndin 3.1.1-ci yarımbəndində göstərilənlər, xam və emal edilmiş vəziyyətdə olan hər cür qiymətli metallar, qiymətli və yarımqiymətli daşlar və onlardan hazırlanmış bütün növ məmulatlar istisna olmaqla) əvəzsiz olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir;

3.1.3-1. dərman vasitələri əvəzsiz olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə verilir. [12]

3.1.4. dövlət mülkiyyətinə keçən, lakin qanunvericiliklə dövriyyəsi qadağan edilən əmlak, onun üzərində sərəncam vermə səlahiyyəti olan orqanlara təhvil verilir;

3.1.4-1. dövlət mülkiyyətinə keçən, lakin qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılmış əmlak onun dövriyyəsinə icazə verən orqanlara təhvil verilir; [13]

3.1.5. bu Əsasnamənin 3.1.1 - 3.1.4-1-ci bəndlərində əhatə olunmayan əmlakın satışı mülki qanunvericiliklə müəyyən olunmuş qaydada hərraclar vasitəsilə həyata keçirilir; [14]

Əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə və ya əmlak satılmadıqda üçüncü hərracda həmin əmlakın start qiyməti hərracın təşkilatçısı tərəfindən ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda isə ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır. Göstərilən qaydada satılmayan əmlak barədə bu Əsasnamənin 3.1.5-2-ci yarımbəndi tətbiq olunur. [15]

3.1.5-1. Bu Əsasnamənin 3.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada satılmayan, üzərindəki etiketlər və ya digər yazılar, ondan istifadə barədə izahat vərəqələrinə əsasən yararsız olan əmlaklar, habelə üzərində etiket və ya digər yazılar, ondan istifadə barədə izahat vərəqələri olmayan, 3.1.5-2-ci yarımbəndlə müəyyən edilmiş qaydada əvəzsiz olaraq verilməsi və ya təkrar emalı mümkün olmayan əmlaklar 3.1.5-3-cü yarımbənddə nəzərdə tutulmuş komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilir. [16]

3.1.5-2. Bu Əsasnamənin 3.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada satılmayan əmlaklar üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq dövlət orqanlarına onların əvəzsiz verilməsi barədə müraciət olunur. Dövlət orqanlarının tələbatına əsasən, həmin əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Həmin əmlakların dövlət orqanları tərəfindən əvəzsiz olaraq əldə edilməsi üzrə tələb olmadığı hallarda bu əmlaklar emal ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə satılır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi malların təkrar emalından əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməlidir. Əmlaklar təkrar emal üçün qəbul edilmədiyi hallarda onların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə əvəzsiz verilməsini həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilir. Bu təşkilatların təqdim etdiyi tələbata əsasən əmlaklar onlara əvəzsiz olaraq təhvil verilir. Əmlakların aztəminatlı ailələrə, o cümlədən qaçqınlara və məcburi köçkünlərə verilməsinə dair tələbat olmadığı hallarda onlar bu Əsasnamənin 3.1.5-3-cü yarımbəndində nəzərdə tutulmuş komissiya tərəfindən aktlaşdırılaraq məhv edilir və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilir.

3.1.5-3. Bu Əsasnamənin 3.1.5-ci yarımbəndi ilə müəyyən edilmiş qaydada satılmayan, habelə 3.1.5-2-ci yarımbəndinə uyğun olaraq müvafiq dövlət orqanları və aztəminatlı ailələr, o cümlədən qaçqınlar və məcburi köçkünlər tərəfindən əvəzsiz olaraq əldə edilməsinə dair tələb olmayan əmlakların məhv edilməsi və ya utilizasiya üçün utilizasiya təşkilatına təhvil verilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi aşağıdakı təşkilatların nümayəndələrindən ibarət komissiya təşkil edir:

3.1.5-3.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi;

3.1.5-3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

3.1.5-3.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

3.1.5-3.4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

3.1.5-3.5. Azərbaycan Respublikasının Baş Prokurorluğu. [17]

3.1.6. bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın satışından əldə edilən vəsaitlər həmin əmlakların saxlanılması, satışı, bu Əsasnamənin 3.1.5-2-ci yarımbəndində nəzərdə tutulan məqsədlə məhv edilməsi və utilizasiyası üçün göstərilən xidmətlərə görə ödənişlər, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür; [18]

3.1.7. bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın hərraclar vasitəsi ilə satışından daxil olan vəsaitlərin dövlət büdcəsinə köçürülməsinə nəzarət Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

3.1.8. Vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlaka notarius Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi vərəsəlik hüququ haqqında şəhadətnamə verir və bu barədə müvafiq maliyyə orqanına məlumat göndərir. Mühafizəçinin iştirakı ilə tərtib olunmuş təhvil-təslim aktı əsasında miras əmlak notarius Tərəfindən aidiyyəti orqanların səlahiyyətli nümayəndəsinə təhvil verilir. [19]

3.2. Dəfinə tapıb dövlətə təhvil verən şəxslərə çatası bəxşiş məbləğləri “Mülki Məcəllə”nin tələblərinə uyğun olaraq 45 iş günü müddətində dəfinəni qəbul edən maliyyə orqanı tərəfindən ödənilir.

3.3. Bu Əsasnamədə adları qeyd olunmayan digər dövlət orqanları Əsasnamənin 1.1-ci bəndində qeyd olunan hallarla üzləşdikdə bu Əsasnamənin tələbləri onlara da şamil olunur.

Həmin orqanlar Tərəfindən aşkar edilmiş əmlak saxlanılmaq üçün bu Əsasnamənin 2.1-ci bəndində göstərilən orqanlara verilir. [20]

 

IV. İcra orqanlarının hərəkətlərİndən (hərəkətsİzlİyİndən) şİkayət verİlməsİ və əmlakın gerİ tələb edİlməsİ qaydaları

 

4.1. Bu Əsasnamənin 1.1-ci bəndində sadalanan əmlakın uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi, satışı və verilməsi hərəkətlərindən (hərəkətsizliyindən) qüvvədə olan qanunvericiliyə uyğun olaraq şikayət verilə bilər.

4.2. Bu Əsasnamənin 1.1-ci bəndində göstərilən, məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərara əsasən dövlət mülkiyyətinə keçirilmiş əmlak və ya onun dəyəri qüvvədə olan qanunvericiliyə uyğun olaraq geri tələb edilə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2.       6 aprel 2004-cü il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 286)

3.       28 noyabr 2005-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1076)

4.       2 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)

5.       16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)

6.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

7.       12 noyabr 2010-cu il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 1040)

8.       13 iyun 2016-cı il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1198)

9.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

10.    17 dekabr 2019-cu il tarixli 480 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2064)

11.    30 dekabr 2020-ci il tarixli 516 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2020-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1617)

12.    26 oktyabr 2020-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1310)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə 3-cü bəndində “Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Respublika Auksion Mərkəzi” sözləri “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi” sözləri ilə, 4-cü bəndində, həmin qərarla təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.1-ci və 3.1.8-ci bəndlərində ismin müvafiq hallarında “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi” sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 28 noyabr 2005-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1076) ilə qərarın 3-cü və 4-cü bəndlərində, həmin qərarla təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.1-ci və 3.1.8-ci bəndlərində ismin müvafiq hallarında verilmiş “İqtisadi İnkişaf Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsisözləri ilə əvəz edilmişdir.

 

[3] 30 dekabr 2020-ci il tarixli 516 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2020-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1617) ilə “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 1.2.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.2.4-cü yarımbənd əlavə edilmişdir.

 

[4] 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2.1-ci bəndində “Dövlət Gömrük Komitəsi” sözlərindən sonra Dövlət Sərhəd Xidməti sözləri əlavə edilmişdir.

6 aprel 2004-cü il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 286) ilə 2.1-ci bəndin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

əmlakın dövlət mülkiyyətinə keçməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra, 5 iş günü müddətində məhkəmə, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlak barədə notariat orqanları həmin əmlakın müvafiq qaydada saxlanılmasını və onun uçotunun aparılmasını təmin etməklə qəbul edilmiş qərar haqqında Maliyyə Nazirliyinin məlumat verirlər.

 

30 dekabr 2020-ci il tarixli 516 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2020-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1617) ilə “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 2.1-ci bəndin ikinci abzasından “, hökm və ya” və hər iki halda “hökmün və ya” sözləri çıxarılmışdır.

 

[5] 13 iyun 2016-cı il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1198) ilə “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 2.1-ci bəndin beşinci abzası yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Maliyyə Nazirliyi və icra məmurları.

 

[6] 13 iyun 2016-cı il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1198) ilə “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 2.2-ci bəndin birinci abzasına yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[7] 6 aprel 2004-cü il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 286) ilə 2.2-ci bəndin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Qiymətləndirilmiş əmlakın bu Əsasnamənin 3.1-ci bəndinə uyğun təyinatları üzrə verilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirakı ilə, müsadirə edilmiş əmlakın təyinatı üzrə verilməsi isə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

 

[8] 12 noyabr 2010-cu il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 1040) ilə 2.1-ci bəndinin ikinci abzasında “məhkəmə icraçısına” sözləri “icra məmuruna” sözləri ilə, beşinci abzasında “məhkəmə icraçıları” sözləri “icra məmurları” sözləri ilə, 2.2-ci bəndin üçüncü abzasında hər iki halda “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilmişdir.

 

[9] 6 aprel 2004-cü il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 286) ilə 3.1-ci bəndin birinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

3.1. Bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın qüvvədə olan qanunvericiliyə uyğun olaraq istifadəsi, satışı və verilməsi aşağıdakı tələblərə əməl edilməklə Əsasnamənin 2.1-ci bəndində adları çəkilən orqanlar tərəfindən həyata keçirilir:

 

[10] 2 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə 3.1.1-ci bəndində “Mədəniyyət” sözü “Mədəniyyət və Turizm” sözləri ilə əvəz edilmişdir.

26 oktyabr 2020-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1310) ilə “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.1-ci yarımbəndindən “və Turizm” sözləri çıxarılmışdır.

 

[11] 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282) ilə 3.1.2-ci yarımbəndində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının” sözləri “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

17 dekabr 2019-cu il tarixli 480 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 dekabr 2019-cu il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2064) ilə “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.2-ci yarımbəndində “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin” sözləri ilə əvəz edilmişdir.

 

[12] 13 iyun 2016-cı il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1198) ilə “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin yeni məzmunda 3.1.3-1-ci yarımbənd əlavə edilmişdir.

 

[13] 13 iyun 2016-cı il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1198) ilə “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin yeni məzmunda 3.1.4-1-ci yarımbənd əlavə edilmişdir.

 

[14] 13 iyun 2016-cı il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1198) ilə “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.5-ci yarımbəndin “3.1.1 - 3.1.4-cü” sözləri “3.1.1 - 3.1.4-1-ci” sözləri ilə əvəz edilmişdir.

 

[15] 13 iyun 2016-cı il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1198) ilə “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.5-ci yarımbəndinə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.

 

[16] 13 iyun 2016-cı il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1198) ilə “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nə yeni məzmunda 3.1.5-1-3.1.5-3-cü yarımbəndlər əlavə edilmişdir.

 

[17] 30 dekabr 2020-ci il tarixli 516 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2020-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1617) ilə “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.5-3.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.1.5-3.5-ci yarımbənd əlavə edilmişdir.

 

[18] 13 iyun 2016-cı il tarixli 221 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2016-cı il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1198) ilə “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.6-cı yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

 

3.1.6. bu Əsasnamənin 1.1-ci bəndində göstərilən əmlakın satışından daxil olan vəsaitlər (qaçaq malların satışından daxil olan məbləğlər istisna olmaqla) həmin əmlakın saxlanılması və satışı ilə bağlı xərclər, habelə qanunvericiliklə müəyyən olunan digər ödənişlər çıxılmaqla 3 iş günü müddətində dövlət büdcəsinə köçürülür;

Səlahiyyətli orqanlar tərəfindən tutulmuş qaçaq malların satışından əldə olunan pul vəsaitlərinin bölüşdürülməsi müvafiq qanunvericiliklə tənzimlənir.

 

[19] 6 aprel 2004-cü il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 286) ilə yeni məzmunda 3.1.8-ci bənd əlavə edilmişdir.

 

[20] 6 aprel 2004-cü il tarixli 37 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 286) ilə 3.3-cü bəndə yeni redaksiyada yeni abzas əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status