AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
09.11.2007
QEYDİYYAT NÖMRƏSİ
647
ADI
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2007, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1095)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.11.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
140.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturu" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının işçilərinin say həddi cəmi 350 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 220 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50 ştat vahidi, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə isə 80 ştat vahidi müəyyən edilsin. [1]

4. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilsin.

5. Ləğv edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi və Xüsusi İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sərəncamına verilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

6.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 noyabr 2007-ci il

                  № 647

 


 

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.         Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. [2]

2.       Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarmı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

 

3.          Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4.     Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Komitənin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. [3]

6. Komitə Bakı şəhərində yerləşir.

 

II. KOMİTƏNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

7. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1.    müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.1-1. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir; [4]

7.2.    müvafiq sahənin inkişafını təmin edir;

7.2-1. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir; [5]

7.3. şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir;

7.4. dövlət şəhərsalma kadastrının aparılması üçün normativ-metodoloji təminatın yaradılmasını və bütövlükdə respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin edir; [6]

7.5. bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir; [7]

7.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

 

III. KOMİTƏNİN VƏZİFƏLƏRİ

 

8. Komitə bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək; [8]

8.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək; [9]

8.3.   Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.4.   qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək;

8.5. Azərbaycan Respublikası əhalisinin məskunlaşmasının, təbiətdən istifadənin və istehsal qüvvələrinin ərazi təşkilinin Baş sxeminin və regional sxemlərinin, rayon planlaşdırmasının sxem və layihələrinin, şəhər və digər yaşayış məntəqələrinin baş planlarının və müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin, sənaye qovşaqlarının, sanatoriya-kurort, istirahət və turizm komplekslərinin baş sxemləri və layihələrinin, yaşayış məskənlərinin mühəndis-kommunikasiya xətlərinin sxem və layihələrinin və onlarda müvafiq dəyişiklik nəzərdə tutan layihələrin hazırlanmasını, onların keyfiyyətinin, texniki və iqtisadi həlli səviyyəsinin yüksəldilməsini təmin etmək;

8.6.    milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanılması, mühafizəsi və zənginləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birlikdə tədbirlər görmək;

8.7.   müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhər və rayonlarda aparılan abadlıq işlərində, yeni inşa olunan obyektlərdə estetik gözəlliyi, müasirliyi, milli memarlıq üslubunu təmin etmək;

 

8.8.      müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə məskunlaşmış ərazilərin mövcud təbii və geoloji şəraitinin yararlı olması nəzərə alınmaqla, onların inkişaf istiqamətlərini və memarlıq-planlaşdırma strukturlarını müəyyən etmək;

8.9.      öz səlahiyyətləri daxilində müvafiq sahədə qanunvericiliyin tələblərinə uyğun standart, norma və qaydaların hazırlanmasını təmin etmək və digər müəssisə və təşkilatların müvafiq sahəyə aid hazırladıqları sahə və müəssisə normativ sənədlərinə dair rəy vermək; [10]

8.10.  müvafiq sahədə layihələrin xərclər smetaları üçün normativ bazanın yaradılmasında iştirak etmək;

8.11.   qanunvericiliyə uyğun olaraq, müvafiq qaydada dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində yaşayış məntəqələrinin Baş plan, müfəssəl planlaşdırma, layihə və elmi tədqiqat işlərini yerinə yetirmək, müvafiq sahə üzrə məqsədli və elmi-texniki proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

8.12. müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə məskunlaşma ərazilərinin və sistemlərinin təhlükəli təbii proseslərdən və hadisələrdən mühafizəsi üçün tədbirlərin hazırlanmasında iştirak etmək;

8.13.   tikilməkdə və istismarda olan bina və qurğularda qəza vəziyyəti yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə onun səbəblərinin araşdırılması və bərpa işləri üçün tədbirlərin hazırlanmasında iştirak etmək;

8.13-1. tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması üçün tədbirlər görmək; [11]

8.14.   qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) və ya xüsusi icazə, habelə hüquqmüəyyənedici sənədlər vermək;

8.15.   öz səlahiyyətləri daxilində əhalinin müvafiq sahədə hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.16.   dövlət şəhərsalma kadastrı xidmətinin təşkili üzrə müvafiq normativ-metodiki baza yaratmaq, respublika səviyyəsində şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılmasını təşkil etmək və bütövlükdə dövlət şəhərsalma kadastrı fondunu yaratmaq və aparmaq; [12]

8.17. respublika səviyyəsində dövlət şəhərsalma kadastrını yaratmaq və aparmaq;

8.18. dövlət şəhərsalma kadastrının Azərbaycan Respublikasının vahid dövlət kadastrı sisteminə inteqrasiyasını təmin etmək;

8.18-1. respublika üzrə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemini təşkil etmək və onun işini təmin etmək; [13]

8.19. şəhərsalma sahəsində infrastrukturun yaradılmasında və inkişafında öz səlahiyyətləri daxilində iştirak etmək;

8.20. yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin və digər yaşayış məskənlərinin kompleks inkişafı məqsədilə onların mühəndis təminatı, nəqliyyat və kommunikasiya infrastrukturunun (qurğuların və şəbəkələrin) yaradılmasında öz səlahiyyəti daxilində iştirak etmək;

8.20-1. müəyyən edilmiş qaydada müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi üçün tikinti layihəsinin onun həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi ilə bağlı sənədi təsdiq etmək; [14]

8.20-2. yaşayış məntəqələri ərazilərinin və ya onların ərazi hissələrinin müfəssəl planlarını təsdiq etmək;

8.20-3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək;

8.20-4. strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək;

8.20-5. tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək;

8.20-6. müəyyən edilmiş ərazilərdə səyyar və əsaslı tikinti olmayan obyektlərin, o cümlədən əsaslı tikinti olmayan xırda pərakəndə ticarət obyektləri və komplekslərinin yerləşdirilməsi və quraşdırılmasının müvafiq ərazinin memarlıq üslubuna uyğunluğunun yoxlanılmasını təşkil etmək;

8.21. müvafiq sahədə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına metodiki kömək göstərmək;

8.22. müvafiq sahənin inkişafını kompleks təhlil etmək və onun davamlı inkişafını təmin etmək üçün təkliflər hazırlamaq;

8.23. Komitənin ehtiyacları üçün işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi, mal və materialların alınması, həmçinin müvafiq sahədə dövlət ehtiyaclarının ödənilməsi üçün layihə və elmi tədqiqat işlərinin aparılması məqsədilə nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliklə müəyyən olunmuş qaydada müsabiqələr keçirmək və müqavilələr bağlamaq;

8.24. müvafiq sahədə öz səlahiyyətləri daxilində layihələndirilmə prosesində müəssisə və təşkilatlar arasında baş verən fikir ayrılığını araşdırmaq və müvafiq qərar qəbul etmək;

8.25. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək və bu məqsədlə müvafiq sərgi, seminar və konfranslar keçirmək;

8.26. müvafiq sahədə Komitəyə ayrılan büdcə vəsaiti, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.27. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək; [15]

8.28. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək; [16]

 8.28-1. müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; [17]

8.29. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.30. Komitənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.31. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. KOMİTƏNİN HÜQUQLARI

 

9. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1.       müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək; [18]

9.2.      müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.3.       yerli icra hakimiyyətləri orqanlarının memarlıq və şəhərsalma xidmətlərinin Əsasnamələrini müəyyən olunmuş qaydada təsdiq etmək və baş memarların, habelə digər memarların təyin olunmasına razılıq vermək; [19]

 

9.4.   layihə-planlaşdırma işləri üçün şəhərsalma sənədlərində (Baş planlar, rayon və məhəllə planlaşdırılması, müfəssəl planlaşdırma layihələri və sair) nəzərdə tutulan layihə həllərinin həyata keçirilməsində onların şəhərsalma normalarına uyğunluğunu təmin etmək və bu barədə rəy vermək, unikal bina və qurğuların bütün memarlıq-planlaşdırma həllərinin razılaşdırılmasını həyata keçirmək;

9.4-1. yaşıllıqların bərpası üçün ərazilərin ayrılmasına rəy vermək; [20]

9.5.   şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişikliklər edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə qanunvericiliklə müəyyən edilmiş qaydada rəy vermək;

 

9.6.     müvafiq sahənin inkişafı ilə bağlı hazırlanmış normativ hüquqi aktların layihələrinə rəy vermək;

9.7.     fəaliyyət istiqamətlərinə uyğun digər rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqat işləri aparmaq və müvafiq təkliflər vermək;

 

9.8.       şəhərsalma ilə bağlı qanunvericiliyin pozulması halları aşkar edildikdə, öz səlahiyyətləri daxilində tədbirlər görmək;

9.9.       qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.10.    zəruri məlumatların əldə edilməsi üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və sorğuda qeyd olunan məlumatları (sənədləri) almaq; [21]

9.11.       müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək və təkliflər vermək; [22]

9.12.    müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.13.    müvafiq sahənin elmi-texniki informasiya təminatını yaxşılaşdırmaq üçün bu məqsədlə nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliklə müəyyən edilmiş qaydada normativ sənədlər bazası, informasiya şəbəkəsi, internet saytı yaratmaq, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq və onlardan istifadə etmək; [23]

9.14.    müvafiq sahə üzrə normativ sənədləri bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər həcmində nəşr etdirmək;

9.15.    müvafiq sahədə norma, qayda və standartların tətbiqi ilə bağlı öz səlahiyyətləri daxilində məsləhət və şərhlər vermək;

9.16.    tabeliyində olan qurumların fəaliyyətlərini təhlil və müzakirə etmək və müvafiq qaydada aidiyyəti üzrə qərarlar qəbul etmək;

9.17. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

V. KOMİTƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

10.     Komitənin aparatı və onun strukturuna daxil olan təşkilatlar Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Naxçıvan Muxtar Respublikasının şəhərsalma və arxitektura sahələrinə cavabdeh olan müvafiq icra hakimiyyəti orqanı da Komitənin sisteminə daxildir.

11.     Komitənin strukturu və aparatının işçilərinin say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

12. Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13.      Komitə sədrinin birinci müavini və üç müavini vardır. Komitə sədrinin müavinlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Komitə sədrinin müavinləri sədrin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar. [24]

14.      Komitənin sədri:

14.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2.        Komitənin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və Şəhərsalma Şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 17-1-ci bəndində Komitənin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir; [25]

14.2-1. Komitənin strukturuna daxil olmayan tabeliyindəki digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) nizamnamələrini təsdiq edilmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edir; [26]

14.3.    müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatının, tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Komitənin aparatının işçilərini və tabeliyində olan qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

14.5.      əmr və sərəncamlar formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Komitədə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir; [27]

14.6.     Komitənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

14.7.     Komitəni təmsil edir.

15. Komitədə Komitənin sədrindən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının şəhərsalma və arxitektura sahələrinə cavabdeh olan müvafiq icra hakimiyyəti orqanının rəhbərindən və Komitənin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Komitənin kollegiyasının tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

16.      Komitənin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17.      Komitənin kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

17-1. Komitənin kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir: [28]

17-1.1. Komitə ilə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

17-1.2. qəbul edilməsini Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin Komitəyə tapşırdığı konkret normativ hüquqi aktlar;

17-1.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

17-1.4. qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

17-1.5. Komitə sədrinin təşəbbüsü ilə Komitənin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.2-ci yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

17-1.6. bu Əsasnamənin 17-1.1 – 17-1.5-ci yarımbəndlərinə uyğun olaraq Komitənin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi.

18.      Komitənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komitənin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

19. Komitənin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və Komitənin sədri tərəfindən təsdiq edilir. [29]

20. Komitənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandıqda, Komitənin rəhbəri bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Komitənin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdırmaq hüquqları vardır. [30]

21.          Komitənin kollegiyasının iclaslarına, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilirlər. [31]

22.          Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi, həmçinin Baş plan, rayon və müfəssəl planlaşdırma layihələrinin, unikal bina və qurğuların memarlıq layihə həllərinin, normativ sənədlərin layihələrinin müzakirə və təhlil edilməsi üçün Komitədə ictimai əsaslarla fəaliyyət göstərən Şəhərsalma Şurası yaradıla bilər. Şuranın tərkibi Komitənin sədri tərəfindən təsdiq edilir. [32]

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin

 

STRUKTURU

 

1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı.

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi. [33]

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi. [34]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.          21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 30 dekabr 2009-cu il, № 289)

2.          15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

3.          23 noyabr 2016-cı il tarixli 1124 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 noyabr 2016-cı il, № 263; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1831)

4.          11 yanvar 2017-ci il tarixli 1192 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7; “Xalq” qəzeti, 8 fevral 2017-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 39)

5.          19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437)

6.          12 avqust 2021-cu il tarixli 1423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 avqust 2021-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 915)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə 3-cü hissədən “aparatının” sözü çıxarılmışdır və həmin hissədə “ 135 rəqəmləri “cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50 sözləri ilə əvəz edilmişdir.

 

12 avqust 2021-cu il tarixli 1423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 avqust 2021-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 915) ilə 3-cü hissədə 220 rəqəmləri 350 rəqəmləri, 170 rəqəmləri 220 rəqəmləri ilə əvəz edilmişdir50 ştat vahidi sözlərindən sonra , Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə isə 80 ştat vahidi sözləri əlavə edilmişdir.

 

[2] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə) şəhərsalmanın planlaşdırılması, layihələndirilməsi və arxitektura sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

 

[3] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 30 dekabr 2009-cu il, № 289) ilə "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"nin 5-ci bənddə "mövcud qanunvericiliyə zidd olmayan" sözləri "qanunvericilikdə nəzərdə tutulan" sözləri ilə əvəz edilmişdir.

 

[4] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”yə yeni məzmunda 7.1-1-ci bənd əlavə edilmişdir.

 

[5] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”yə yeni məzmunda 7.2-1-ci bənd əlavə edilmişdir.

 

[6] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 7.4-cü bəndindən “dövlət şəhərsalma kadastrının aparılması üçün normativ-metodoloji təminatın yaradılmasını və bütövlükdə” sözləri çıxarılmışdır və həmin bəndə “respublika üzrə” sözlərindən sonra “qanunvericiliklə” sözü əlavə edilmişdir.

 

[7] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 7.5-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

7.5. bina, qurğu və onların komplekslərinin memarlıq planlaşdırma və layihələndirmə həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir;

 

[8] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

8.1. müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək;

 

[9] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.2-ci, 8.3-cü, 8.15-ci, 8.19-cu, 8.20-ci, 8.24-cü, 8.29-cu, 9.8-ci və 9.15-ci bəndlərindən ismin müvafiq hallarında “öz səlahiyyəti daxilində” sözləri çıxarılmışdır

 

[10] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.9-cu və 8.10-cu bəndlər çıxarılmışdır.

 

[11] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”yə yeni məzmunda 8.13-1-ci bənd əlavə edilmişdir.

 

[12] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.16-cı bəndindən “dövlət şəhərsalma kadastrı xidmətinin təşkili üzrə müvafiq normativ-metodiki baza yaratmaq,” sözləri çıxarılmışdır.

 

[13] 11 yanvar 2017-ci il tarixli 1192 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7; “Xalq” qəzeti, 8 fevral 2017-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 39) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”yə yeni məzmunda 8.18-1-ci bənd əlavə edilmişdir.

 

[14] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”yə yeni redaksiyada 8.20-1 – 8.20-6-cı bəndlər əlavə edilmişdir.

 

[15] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.27-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

8.27. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

 

[16] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 30 dekabr 2009-cu il, № 289) ilə "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"nin 8.28-ci bənddə «məlumatlandırılmasını» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini» sözləri əlavə edilmişdir.

 

[17] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 30 dekabr 2009-cu il, № 289) ilə "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"yə 8.28-1-ci bənd əlavə edilmişdir.

 

15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.28-1-ci bəndində “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.

 

[18] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 9.1-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

9.1. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

 

[19] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 9.3-cü bəndinə “baş memarların” sözlərindən sonra “, habelə digər memarların” sözləri əlavə edilmişdir.

 

[20] 23 noyabr 2016-cı il tarixli 1124 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 27 noyabr 2016-cı il, № 263; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1831) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”yə yeni məzmunda 9.4-1-ci bənd əlavə edil edilmişdir.

 

[21] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 9.10-cu bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

9.10. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

 

[22] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 30 dekabr 2009-cu il, № 289) ilə "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"nin 9.11-ci bənd çıxarılmışdır.

 

[23] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 30 dekabr 2009-cu il, № 289) ilə "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"nin 9.13-cü bənddən ", internet saytı" sözləri çıxarılmışdır.

 

[24] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 13-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

13. Komitənin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Komitə sədrinin müavinləri Komitənin sədri tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

 

[25] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 30 dekabr 2009-cu il, № 289) ilə "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"nin 14.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

14.2. Komitənin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir;

 

19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 14.2-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

14.2 Komitənin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

 

[26] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”yə yeni redaksiyada 14.2-1-ci bənd əlavə edilmişdir.

 

[27] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 14.5-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

 

[28] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”yə yeni redaksiyada 17-1-ci bənd əlavə edilmişdir.

 

[29] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 19-cu bəndi çıxarılmışdır.

 

[30] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 20-ci bəndində “çatdıra bilərlər” sözləri “çatdırmaq hüquqları vardır” sözləri ilə əvəz edilmişdir.

 

[31] 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 30 dekabr 2009-cu il, № 289) ilə "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"nin 21-ci bənddən «rəhbərləri» sözü çıxarılmışdır.

 

19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 21-ci bəndindən “rəhbərləri” sözü çıxarılmışdır və həmin bənddə “edilə bilərlər” sözləri “edilirlər” sözü ilə əvəz edilmişdir.

 

[32] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 22-ci bəndin ikinci cümləsində “Şura haqqında Əsasnamə və onun” sözləri “Şuranın” sözü ilə əvəz edilmişdir.

 

[33] 19 mart 2019-cu il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 20 mart 2019-cu il, № 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 437) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Strukturu”nun mətni 1-ci hissə hesab edilmişdir və yeni məzmunda 2-ci hissə əlavə edilmişdir.

 

[34] 12 avqust 2021-cu il tarixli 1423 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 avqust 2021-ci il, № 168, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 915) ilə “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Strukturu”na yeni məzmunda 3-cü hissə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status