AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
03.07.2007
QEYDİYYAT NÖMRƏSİ
2283
ADI
Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2007, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 719)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.07.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azər-baycan Respublikası tərəflndən tərkibinin təsdiq edilməsi haq-qında

Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında tarixən mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin genişləndirilməsinə, əməkdaşlığın bütün sahələri və istiqamətləri üzrə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verərək, bu əməkdaşlığın səmərəli təşkil olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin: [1]

 

Komissiyanın həmsədri [2]

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfinin tərkibi barədə Rusiya Federasiyası tərəfinə müvafiq bildiriş göndərsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 iyul 2007-ci il

             2283

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 fevral 2012-ci il tarixli 2016 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 14 fevral 2012-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 124)

2.       10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

3.       27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644)

4.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

5.       23 iyul 2021-ci il tarixli 2810 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 823)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 8 fevral 2012-ci il tarixli 2016 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 14 fevral 2012-ci il, № 35, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 124) ilə 1-ci hissəsində “İradə Hüseynova - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri “Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri ilə və “Nazim İbrahimov - Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri” sözləri “Nazim İbrahimov - Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri” sözləri ilə əvəz edilmişdir.

10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 1-ci hissəsində “sənaye və energetika naziri” sözləri “energetika naziri” sözləri ilə əvəz edilmişdir.

27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644) ilə 1-ci hissəsində “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[2] 23 iyul 2021-ci il tarixli 2810 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 823) ilə 1-ci hissə ilə təsdiq edilmiş Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın həmsədri

 

Yaqub Eyyubov

- Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Komissiyanın üzvləri:

 

Natiq Əliyev

- Azərbaycan Respublikasının energetika naziri

Füzuli Ələkbərov

- Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Oqtay Şirəliyev

- Azərbaycan Respublikasının səhiyyə naziri

Aydın Əliyev

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Nazim İbrahimov

- Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri

Xələf Xələfov

- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Niyazi Səfərov

- Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini

Musa Pənahov

- Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini

İlham Quliyev

- Azərbaycan Respublikası kənd  təsərrüfatı nazirinin müavini

Firdovsi Əliyev

- Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Sevda Məmmədəliyeva

- Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Qulu Novruzov

- Azərbaycan Respublikası təhsil nazirinin müavini

Elçin Quliyev

- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Arzu Rəhimov

- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Arif Alışanov

- "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri

Etibar Pirverdiyev

- "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti

Əhməd Əhmədzadə

- Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri

Kamal İsmayılzadə

- Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının MDB ölkələri ilə iqtisadi əlaqələr şöbəsinin müdiri (Komissiyanın məsul katibi)

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status