AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.01.2006
QEYDİYYAT NÖMRƏSİ
22
ADI
“Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları” nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2006, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 52)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.01.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları” nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 26 yanvar 2006-cı il

     № 22

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 26 yanvar tarixli 22 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ailə kəndli təsərrüfatının uçotunun aparılması

 

QAYDALARI

 

1. Bu Qaydalar “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən hazırlanmışdır və ailə kəndli təsərrüfatının uçotunun aparılmasını tənzimləyir.

2. Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyə orqanları həyata keçirirlər. Ailə kəndli təsərrüfatının başçısı uçota durmaq üçün müvafiq ərazi bələdiyyəsinə ərizə ilə müraciət edir. Ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri ərizəyə əlavə edilir. Ərizədə aşağıdakı məlumatlar göstərilir: [1]

2.1. ailə kəndli təsərrüfatının adı və ünvanı;

2.2. ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin fərdi identifikasiya nömrələri;

2.3. ailə kəndli təsərrüfatı üzvlərinin təsərrüfata üzv olma tarixləri (gün, ay, il), fəaliyyətə başladıqları və fəaliyyətlərini dayandırdıqları (gün, ay, il), məşğul olduqları iş və ya peşələri (vəzifələri).

3. Ailə kəndli təsərrüfatının uçotunu aparan bələdiyyə orqanı ərizəyə 5 gündən gec olmayaraq baxmalıdır. Uçotu aparan bələdiyyə orqanı bu müddət ərzində təsərrüfatın uçota götürülməsi barədə onun başçısına və ailə üzvlərinə rəsmi sənəd-vəsiqə verir. Rəsmi sənədin verilməsinə görə bələdiyyə orqanlarına haqq ödənilmir. [2]

4. Ailə kəndli təsərrüfatının başçısı dəyişdirildikdə təsərrüfatın yeni seçilmiş başçısı bu barədə onun uçotunu aparan bələdiyyə orqanına 3 gün müddətində məlumat verməlidir. Ailə kəndli təsərrüfatının üzvlərinin sayının və tərkibinin dəyişməsi ilə əlaqədar təsərrüfatın başçısı bələdiyyə orqanına yazılı məlumat verməlidir.

5. Ailə kəndli təsərrüfatının uçotunun aparılması üçün statistika orqanları tərəfindən təsdiq edilmiş formaya uyğun bələdiyyə orqanı xüsusi reyestr kitabı tərtib edir. Reyestr kitabında uçotu aparılan ailə kəndli təsərrüfatlarının üzvləri və dövriyyəsi barədə qeydlər aparılır.

Ləğv edilmiş və statusu itirilmiş ailə kəndli təsərrüfatları barədə reyestr kitabında müvafiq qeydlər aparılır.

6. Ailə kəndli təsərrüfatı statistika orqanı tərəfindən müəyyən edilmiş formaya uyğun olan kitabda öz dövriyyəsinin uçotunu aparır.

Təsərrüfatın başçısı illik dövriyyə barədə məlumatı statistika orqanının müəyyən etdiyi formada növbəti il yanvarın 20-dən gec olmayaraq uçotda olduğu bələdiyyə orqanına təqdim edir.

7. İllik dövriyyəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə müəyyən edilən həddən çox olmasına görə statusunu itirmiş ailə kəndli təsərrüfatları barədə məlumatlar bu statusun itirildiyi gündən sonrakı 3 gün müddətində bələdiyyə tərəfindən müvafiq ərazi vergi orqanına təqdim edilir. [3]

8. Ailə kəndli təsərrüfatının uçotunu aparan müvafiq bələdiyyə orqanı hesabat dövründən sonrakı ayın 10-dək uçota götürülmüş təsərrüfatlar barədə müvafiq ərazi statistika orqanına, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə uyğun olaraq uçota aldığı gündən 1 (bir) ay ərzində bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməlidir. [4]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 mart 2019-cu il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 533)

2.       25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208)

3.       28 sentyabr 2021-ci il tarixli 283 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2021-ci il, № 210)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nın 2-ci hissə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaskiyada deyilirdi:

2. Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyə orqanları həyata keçirir. Ailə kəndli təsərrüfatının başçısı uçota durmaq üçün müvafiq ərazi bələdiyyəsinə ərizə ilə müraciət etməlidir. Ərizədə ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin adı, soyadı, atasının adı, yaşayış yeri və ailə kəndli təsərrüfatının yerləşdiyi yer barədə məlumatlar göstərilməlidir. Ailə kəndli təsərrüfatının başçısının şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilir.

 

[2] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nın 3-cü hissəsində “2” rəqəmi “5” rəqəmi ilə əvəz edilmişdir.

 

[3] 25 fevral 2021-ci il tarixli 43 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2021-ci il, № 46, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 208) ilə “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nın 7-ci hissəsində “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə müəyyən edilən” sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 mart 2019-cu il tarixli 99 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 533) ilə “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nın 8-ci hissəsinə “orqanına” sözündən sonra “, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə uyğun olaraq uçota aldığı gündən 1 (bir) ay ərzində bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri əlavə edilmişdir.

28 sentyabr 2021-ci il tarixli 283 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2021-ci il, № 210) ilə “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”nın 8-ci hissəsindən “, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə uyğun olaraq uçota aldığı gündən 1 (bir) ay ərzində bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status