AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
23.01.2007
QEYDİYYAT NÖMRƏSİ
1907
ADI
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2007, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 30)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.01.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında

Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq və həmin məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə qərara alıram:

1.        Kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 2007-ci ilin dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılsın.

2.        "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468  nömrəli  Sərəncamına  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 844; 2005-ci il, № 9, maddə 839) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

 

2.1.      2-ci bənddə "texnikasının" sözündən sonra ", texnoloji avadanlıqların" sözləri, "və ya satılmasını" sözlərindən sonra "və onlara texniki servis xidməti göstərilməsini" sözləri əlavə edilsin;

2.2.      3.1-ci bənddə "texnikasının" sözündən sonra   ", texnoloji avadanlıqların " sözləri əlavə edilsin;

2.3. 3.2-ci bənddə "5" rəqəmi "10" rəqəmi ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

3.1.   sığortalanmasına dövlət tərəfindən maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinə və sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsinin faizinə yenidən baxılmasını təmin etsin;

3.2.   Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin;

 

3.3.   15 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ,Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara mineral gübrələrin güzəştlə satılması qaydalarını hazırlayıb təsdiq etsin;

3.4.   bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

4.         Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə bir ay müddətində "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsində müvafiq dəyişikliklərin edilməsini təmin etsinlər.

5.         Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

                                                                                                                                           Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 23 yanvar 2007-ci il

                        1907

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status