AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.10.2006
QEYDİYYAT NÖMRƏSİ
228
ADI
"Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin Siyahısı"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2006, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 904)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.10.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
220.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin Siyahısı"nın təsdiq edilməsi haqqında

"Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin Siyahısı"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilmə-si barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.6-cı və 1.41-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.       "Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2.     Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri    A.RASİZADƏ

 

 

Bakı şəhəri, 19 oktyabr 2006-cı il

 228

 

 

 

 

                                                                           Azərbaycan Respublikası Nazirlər Kabinetinin

                              2006-cı il 19 oktyabr tarixli 228 nömrəli qərarı ilə

                        TƏSDİQ EDİLMİŞDİR

 

 

Karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin

 

SİYAHISI

 

  1. Ümumi müddəa

 

Bu Siyahı "Baytarlıq haqqmda" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.6-cı və 1.41-ci bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və karantin və məhdudiyyət tədbirləri tətbiq edilən yoluxucu heyvan xəstəliklərinin siyahısını əhatə edir.

 

2. Müxtəlif növ heyvanların ümumi xəstəlikləri

qarayara

Aueski xəstəliyi

exinokokkoz

hidroperikardit

leptospiroz

quduzluq

paratuberkulyoz

ət milçəyi Cochliomiya hominivora sürfələri ilə zədələnmə

ət milçəyi Chrysoraya bezzina sürfələri ilə zədələnmə

trixinelyoz (trichinella spiralis)

dabaq

vezikulyar stomatit

Rift vadisi isitməsi

qoyunların kataral isitməsi

Yaponiya ensefaliti

tulyaremiya

 

3. İribuynuzlu heyvan xəstəlikləri

 

anaplazmoz

babezioz

bruselyoz

kampilobakterioz

vərəm

viruslu diarreya

siztiserkoz (Finnoz)

dermatofilyoz

enzootik leykoz

hemoroji septisemiya

yoluxucu rinotraxeit/yoluxucu vuvovaginit

teylerioz

trixomonoz

süngərvari ensefalopatiya

kontagioz plevropnevmoniya

taun

yoluxucu düyünlü dermatit

 

4. Qoyun keçi xəstəlikləri

 

qoyunların epididimiti (Brusella ovis)

qoyun və keçilərin bruselyozu (Brusella ovisdən başqa)

keçilərin artriti/ensefaliti

yoluxucu aqalaktiya

keçilərin yoluxucu plevropnevmoniyası

qoyunların enzootik abortu (qoyunların xlamidiozu)

skrepi

medi-visna

taun

çiçək

5. Təkdırnaqlı heyvan xəstəlikləri

 

atların yoluxucu metriti

cütləşmə xəstəliyi

atların yoluxucu ensefalomieliti (qərb və şərq)

epizootik limfangit

atların yoluxucu anemiyası (qanazlığı)

atların qripi

atların piroplazmozu

atların rinopnevmoniyası

manqo

atların çiçəyi

atların viruslu artriti

atların qoturluğu

atların Venesuela ensefalomieliti

atların Afrika taunu

 

6. Donuz xəstəlikləri

 

atrofık rinit

bruselyoz

transmissiv qastroenterit

enteroviruslu ensefalomielit

vezikulyar xəstəlik

Afrika taunu

klassik taun

 

7. Quş xəstəlikləri

 

yoluxucu bronxit

yoluxucu larinqotraxeit

vərəm

ördəklərin viruslu hepatiti

ördəklərin viruslu enteriti

pasterelyoz

yoluxucu bursit (Qamboro xəstəliyi)

Marek xəstəliyi

mikoplazmoz (mikroplazma qalliseptikum)

xlamidioz

pulloroz (tifoz)

yüksək patogenli quş qripi

Nyukasl xəstəliyi

 

8. Dovşan xəstəlikləri

 

miksomatoz

dovşanların hemoroji virus xəstəliyi

 

9. Arı xəstəlikləri

 

akarapidoz

Amerika çürüməsi

Avropa çürüməsi

varroatoz

arı gənəsi Tropilaelaps

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status