AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
28.02.2006
QEYDİYYAT NÖMRƏSİ
1339
ADI
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılması barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2006, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 178)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.02.2006
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
140.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılması barədə

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılması barədə

 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi ləğv edilsin və onun əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılsın.

2. Ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin tikinti sahəsindəki funksiyaları, “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu və Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi (Dövlətbaşekspertiza) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:

3.1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Əsasnaməsinin layihəsini, komitənin strukturu, xərclər smetası və işçilərin say tərkibi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 

Bakı şəhəri, 28 fevral 2006-cı il

               № 1339

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status