AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
31.10.2002
QEYDİYYAT NÖMRƏSİ
809
ADI
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2002, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 605)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş vahid büdcə təsnifatı haqqında qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

həmin Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş Dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə qaydalarını hazırlayıb təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

dövlət büdcəsinin tərtibi və icrası qaydalarını hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

öz səlahiyyətləri daxilində bu Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: [1]

2.1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.32-ci, 1.1.32-2-ci, 6.4-cü, 11.3-cü (üçüncü halda), 11.3-1-ci (hər üç halda), 11.16-cı, 11-1.2.3-cü (hər iki halda), 11-1.4-cü, 11-1.6-cı (hər iki halda), 11-1.7-ci, 12.1-ci, 12.1.15-ci, 15.2-ci, 15.4-cü, 16.2-ci maddələrində, 18.3-cü maddəsinin ikinci cümləsində, 19.2-ci maddəsinin ikinci abzasında və üçüncü abzasının birinci cümləsində, 19.6-cı, 20.2-ci, 20.3-cü, 20.4-1-ci (ikinci, üçüncü, dördüncü hallarda), 20.4-2-ci, 23.4-cü (hər iki halda), 23.8-ci, 23.8.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [2]

2.2. həmin Qanunun 20.1-ci, 20.2-ci, 20.2-1-ci (ikinci halda) və 20.2-2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirirlər; [3]

2.3. həmin Qanunun 27.5-ci (ikinci halda) maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirlər;

2.4. həmin Qanunun 4.2-ci, 6.5-ci (birinci halda), 11.3-cü (birinci halda), 11.5-ci (üçüncü halda), 11.15-ci, 17.3-cü (ikinci halda), 18.6-cı, 19.2-ci (ikinci və üçüncü halda) , 19.6-cı və 32.2.2-ci (üçüncü halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [4]

2.5. həmin Qanunun 18.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [5]

2.6. həmin Qanunun 11.4-cü (birinci halda), 11.5-ci (birinci halda), 11.6-cı, 11.8-ci maddəsinin birinci abzasında, həmin maddənin ikinci abzasında (ikinci və üçüncü halda), 11.9.1-ci, 11.9.3-cü, 11.9.4-cü, 11.11-ci, 11.12-ci, 11.13-cü, 11.14-cü, 11.14.4-cü, 11.17-ci, 16.4-cü, 17.1-ci, 17.2-ci, 17.4-cü, 18.3-cü (ikinci halda), 18.3-1-ci, 18.4-cü, 18.5-ci, 18.7-ci, 19.2-ci (birinci halda), 19.7-ci, 19.10-cu, 20.2-1-ci (birinci halda), 20.4-cü, 20.4-1-ci (birinci halda), 21.2-ci, 21.4-cü, 25.2-ci, 25.6-cı, 27.1-ci, 27.5-ci (birinci halda), 32.2.2-ci (birinci və ikinci hallarda), 32.5-ci və 35.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir; [6]

2.7. həmin Qanunun 18.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir; [7]

2.8. həmin Qanunun 11.3-cü (ikinci halda), 11.4-cü (ikinci halda), 11.5-ci (ikinci halda) və 11.10-cu maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir; [8]

2.9. həmin Qanunun 11.8-ci maddəsinin ikinci abzasında (birinci halda) və 18.3-cü (birinci halda) maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər;

2.10. həmin Qanunun 17.3-cü (birinci halda) maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirirlər;

2.11. həmin Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”na Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları aid edilir; [9]

2.12. həmin Qanunun 11-1.4-cü, 11-1.7-ci və 23.4-cü (ikinci halda) maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.13. həmin Qanunun 11-1.6-cı (ikinci halda) və 23.4-cü (birinci halda) maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.14. həmin Qanunun 11.3-cü, 11.3-1-ci (ikinci və üçüncü hallarda), 11-1.6-cı (birinci halda) maddələrində, 19.2-ci maddəsinin ikinci abzasında və üçüncü abzasının birinci cümləsində “orqan” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur; [10]

2.15. həmin Qanunun 11.3-1-ci (birinci halda) maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur;

2.16. həmin Qanunun 11-1.2.3-cü (hər iki halda) maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; [11]

2.17. həmin Qanunun 23.4-cü maddəsində nəzərdə tutulmuş cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti qarşısında məsələ qaldırır; [12]

2.18. həmin Qanunun 18.3-cü maddəsinin ikinci cümləsində və 20.2-ci maddəsinin beşinci cümləsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;

2.19. həmin Qanunun 1.1.32-ci və 1.1.32-2-ci maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur. [13]

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsinə uyğun olaraq dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən orqanlar üçün ilin əvvəlindən artan yekunla dövlət büdcəsinin gəlirlərinə dair aylıq və rüblük hesabat formalarını hazırlayıb iki ay müddətində təsdiq etsin.

3-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 18.3-1-ci maddəsinə uyğun olaraq, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üçün həmin vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifatlar üzrə hesabat formalarını və onların təqdim edilmə qaydasını iki ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. [14]

4. Bu Fərman 1 yanvar 2003-cü ildən qüvvəyə minir.

5. Bu Fərmanın qüvvəyə mindiyi tarixdən “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 iyul 1999-cu il tarixli, 159 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 oktyabr 2002-ci il

    № 809

 

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       20 iyul 2009-cu il tarixli 124 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 22 iyul 2009-cu il, № 158, “Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 527)

2.       08 fevral 2010-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  09 fevral 2010-cu il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 02, maddə 77)

3.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)

4.       30 oktyabr 2014-cü il tarixli 302 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 oktyabr 2014-cü il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1187)

5.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

6.       11 yanvar 2017-ci il tarixli 1189 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 36)

7.       21 noyabr 2017-ci il tarixli 1686 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 noyabr 2017-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2025)

8.       25 dekabr 2017-ci il tarixli 1759 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 dekabr 2017-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2327)

9.       24 avqust 2018-ci il tarixli 234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 avqust 2018-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1684)

10.    21 dekabr 2018-ci il tarixli 419 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2576)

11.    30 dekabr 2020-ci il tarixli 1234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1496)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 21 dekabr 2018-ci il tarixli 419 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2576) ilə 2-ci hissənin ikinci – on səkkizinci abzasları müvafiq olaraq 2.1 – 2.17-ci bəndlər hesab edilmişdir.

 

[2] 11 yanvar 2017-ci il tarixli 1189 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 36) ilə 2-ci hissənin ikinci abzasında “20.3-cü,” sözlərindən sonra “20.4-1-ci (ikinci, üçüncü, dördüncü hallarda), 20.4-2-ci,” sözləri əlavə edilmişdir.

25 dekabr 2017-ci il tarixli 1759 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 dekabr 2017-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2327) ilə 2-ci hissənin ikinci abzasına “16.2-ci,” sözlərindən sonra “19.6-cı,” sözləri əlavə edilmişdir.

24 avqust 2018-ci il tarixli 234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 avqust 2018-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1684) ilə 2-ci hissənin ikinci abzasında “6.4-cü” sözlərindən sonra “, 11.3-cü (üçüncü halda), 11.3-1-ci (hər üç halda)” sözləri, “11.16-cı” sözlərindən sonra “, 11-1.2.3-cü (hər iki halda), 11-1.4-cü, 11-1.6-cı (hər iki halda), 11-1.7-ci” sözləri, “20.4-2-ci” sözlərindən sonra “, 23.4-cü (hər iki halda)” sözləri əlavə edilmişdir.

21 dekabr 2018-ci il tarixli 419 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2576) ilə 2.1-ci bəndə “Qanununun” sözündən sonra “1.1.32-ci, 1.1.32-2-ci,” sözləri əlavə edilmişdir və həmin bənddə “, 19.6-cı” sözləri “maddələrində, 18.3-cü maddəsinin ikinci cümləsində, 19.2-ci maddəsinin ikinci abzasında və üçüncü abzasının birinci cümləsində, 19.6-cı, 20.2-ci” sözləri ilə əvəz edilmişdir.

 

30 dekabr 2020-ci il tarixli 1234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1496) ilə 2.1-ci bənddən “11-1.2.3-cü (hər iki halda),” sözləri çıxarılmışdır.

 

[3] 11 yanvar 2017-ci il tarixli 1189 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 36) ilə 2-ci hissənin üçüncü abzasında “və 20.2-ci” sözləri “, 20.2-ci, 20.2-1-ci (ikinci halda) və 20.2-2-ci” sözləri ilə əvəz edilmişdir.

 

[4] 30 oktyabr 2014-cü il tarixli 302 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 oktyabr 2014-cü il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1187) ilə 2-ci hissəsinin beşinci abzasında “və 19.6-cı” sözləri “, 19.6-cı və 32.2.2-ci (üçüncü halda)” sözləri ilə əvəz edilmişdir və altıncı abzasına “27.5-ci (birinci halda),” sözlərindən sonra “32.2.2-ci (birinci və ikinci hallarda),” sözləri əlavə edilmişdir.

25 dekabr 2017-ci il tarixli 1759 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 dekabr 2017-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2327) ilə 2-ci hissənin beşinci abzasından “18.6-cı,” və “, 19.6-cı” sözləri çıxarılmışdır.

 

[5] 25 dekabr 2017-ci il tarixli 1759 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 dekabr 2017-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2327) ilə 2-ci hissəyə yeni məzmunda altıncı abzas əlavə edilmişdir.

 

[6] 11 yanvar 2017-ci il tarixli 1189 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 yanvar 2017-ci il, № 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 36) ilə 2-ci hissənin altıncı abzasında “11.17-ci,” sözlərindən sonra “16.4-cü,” sözləri, “18.5-ci,” sözlərindən sonra “18.7-ci,” sözləri, “19.10-cu,” sözlərindən sonra “20.2-1-ci (birinci halda),” sözləri, “20.4-cü,” sözlərindən sonra “20.4-1-ci (birinci halda),” sözləri əlavə edilmişdir.

25 dekabr 2017-ci il tarixli 1759 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 dekabr 2017-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2327) ilə 2-ci hissənin yeddinci abzasından “18.4-cü,” sözləri çıxarılmışdır.

21 dekabr 2018-ci il tarixli 419 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2576) ilə 2.6-cı bənddən “19.2-ci (birinci halda),” sözləri çıxarılmışdır.

 

[7] 25 dekabr 2017-ci il tarixli 1759 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 dekabr 2017-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab, maddə 2327) ilə 2-ci hissəyə yeni məzmunda səkkizinci abzas əlavə edilmişdir.

 

[8] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə 2-ci hissəsinin yeddinci və doqquzuncu abzaslarında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 2-ci hissənin altıncı və səkkizinci bəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[9] 20 iyul 2009-cu il tarixli 124 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti  22 iyul 2009-cu il, № 158, “Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 527) ilə  2-ci bəndinin ikinci abzasında “25.1-ci və 25.2-ci” rəqəmləri “və 25.1-ci” rəqəmi ilə əvəz edilmişdir və altıncı abzasında “23.3-cü,” rəqəmindən sonra “25.2-ci,” rəqəmi əlavə edilmişdir.

08 fevral 2010-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  09 fevral 2010-cu il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 02, maddə 77) ilə 2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki:

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 11.16-cı, 12.1-ci, 12.1.15-ci, 15.2-ci, 15.4-cü, 16.2-ci, 20.3-cü, 23.2-ci və 23.5-ci (ikinci halda), və 25.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 20.1-ci və 20.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirirlər;

həmin Qanunun 6.4-cü, 11.3-cü (birinci halda), 11.5-ci və 11.15-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 11.8-ci, 18.4-cü və 27.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirlər;

həmin Qanunun 11.6-cı, 11.9.1-ci, 11.9.3-cü, 11.9.4-cü, 11.11-ci, 11.12-ci, 11.13-cü, 11.14-cü, 11.14.4-cü, 17.1-ci, 17.2-ci, 17-3-cü, 18.3-cü, 19.7-ci, 19.10-cu, 20-4-cü, 21.2-ci, 23.3-cü, 25.2-ci, 25.6-cı, 32.5-ci və 35.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

həmin Qanunun 11.3-cü (ikinci halda) və 11.10-cu maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir;

həmin Qanunun 23.5-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirirlər;

həmin Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"na Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları aid edilir.

 

[10] 21 dekabr 2018-ci il tarixli 419 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2576) ilə 2.14-cü bəndə “maddələrində” sözlərindən sonra “, 19.2-ci maddəsinin ikinci abzasında və üçüncü abzasının birinci cümləsində” sözləri əlavə edilmişdir.

 

[11] 30 dekabr 2020-ci il tarixli 1234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 6 yanvar 2021-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, I kitab, maddə 1496) ilə 2.16-cı bənd ləğv edilmişdir.

 

[12] 24 avqust 2018-ci il tarixli 234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 25 avqust 2018-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1684) ilə 2-ci hissənin on ikinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on üçüncü – on səkkizinci abzaslar əlavə edilmişdir.

 

[13] 21 dekabr 2018-ci il tarixli 419 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2576) ilə 2.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə, yeni məzmunda 2.18-ci və 2.19-cu bəndlər əlavə edilmişdir.

 

[14] 21 noyabr 2017-ci il tarixli 1686 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 noyabr 2017-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2025) ilə yeni məzmunda 3-1-ci hissə əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status