AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.09.2002
QEYDİYYAT NÖMRƏSİ
364-IIQR
ADI
Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı (Dərc olunma tarixi: 25-07-2002, Nəşr nömrəsi: 03, Son tarix: 30-09-2002)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 7-ci maddəsinə uyğun olaraq 2002-ci il payız sessiyası üçün qanunvericilik işləri planı təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri

M.ƏLƏSGƏROV

 

Bakı şəhəri, 30 sentyabr 2002-ci il

№ 364-IIQR

 

 

Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il payız sessiyasının qanunvericilik işləri planı

 

Qanun layihəsinin adı

Cavabdeh daimi komissiya

Cavabdeh şöbə

I

II

III

IV

1

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri

Milli Məclisin müvafiq daimi komissiyaları

Aparatın müvafiq şöbələri

2

«Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri

Milli Məclisin müvafiq daimi komissiyaları

Aparatın müvafiq şöbələri

3

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi

Milli Məclisin bütün daimi komissiyaları

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi

4

Terrorizmlə mübarizə haqqında qanun layihəsi

Təhlükəsizlik və müdafiə məsələləri və insan hüquqları daimi komissiyaları

İnzibati və hərbi qanunvericilik şöbəsi

5

Fövqəladə vəziyyət haqqında qanun layihəsi

Təhlükəsizlik və müdafiə məsələləri və insan hüquqları daimi komissiyaları

İnzibati və hərbi qanunvericilik şöbəsi

I

II

III

IV

6

Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında qanun layihəsi

Aqrar siyasət və Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyaları

İqtisadi qanunvericilik şöbəsi

7

Çayçılıq haqqında

Aqrar siyasət daimi komissiyaları

İqtisadi qanunvericilik şöbəsi

8

Təhsil haqqında qanun layihəsi

Elm və təhsil məsələləri daimi komissiyası

Sosial qanunvericilik şöbəsi

9

Elm və dövlət elmi-texniki siyasəti haqqında qanun layihəsi

Elm və təhsil məsələləri daimi komissiyası

Sosial qanunvericilik şöbəsi

10

Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında qanun layihəsi

Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və insan hüquqları daimi komissiyaları

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi

11

Daşınmaz əmlakın dövlət reyestri haqqında qanun layihəsi

Hüquq siyasəti və dövlət quruculuğu və iqtisadi siyasət məsələləri daimi komissiyaları

İqtisadi qanunvericilik şöbəsi

12

Tənzimlənən qiymətlər haqqında qanun layihəsi

İqtisadi siyasət daimi komissiyası

İqtisadi qanunvericilik şöbəsi

13

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanun layihəsi

İnsan hüquqları və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyaları

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi

14

İctimai televiziya və radio yayımı haqqında qanun layihəsi

İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri, Elm və təhsil məsələləri və Mədəniyyət məsələləri daimi komissiyaları

Sosial qanunvericilik şöbəsi

15

Elektron imza haqqında qanun layihəsi

İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu və Elm və təhsil məsələləri daimi komissiyaları

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi

16

Azərbaycan Respublikasında dövlət dili haqqında qanun layihəsi

Mədəniyyət məsələləri və Elm və Təhsil məsələləri daimi komissiyası

Sosial qanunvericilik şöbəsi

17

Folklyor nümunələrinin hüquqi qorunması haqqında qanun layihəsi

Mədəniyyət məsələləri daimi komissiyası

Sosial qanunvericilik şöbəsi

18

Bakı şəhərinin statusu haqqında qanun layihəsi

Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və Mədəniyyət

Dövlət quruculuğu üzrə qanunvericilik

I

II

III

IV

 

 

məsələləri daimi komissiyaları

şöbəsi

19

Bələdiyyələrə inzibati nəzarət haqqında qanun layihəsi

Regional məsələlər daimi komissiyası

İqtisadi qanunvericilik şöbəsi

20

Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi

Regional məsələlər daimi komissiyası

Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi

21

Körpələrin qidalanmasının müdafiəsi haqqında qanun layihəsi

Sosial siyasət və insan hüquqları daimi komissiyası

Sosial qanunvericilik şöbəsi

22

İşəgötürənlər birlikləri haqqında qanun layihəsi

Sosial siyasət və iqtisadi siyasət daimi komissiyaları

İqtisadi qanunvericilik şöbəsi

23

Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanun layihəsi

Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri və Elm və təhsil məsələləri daimi komissiyaları

İqtisadi qanunvericilik şöbəsi

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status