AKTIN NÖVÜ
Maliyyə Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
28.12.2000
QEYDİYYAT NÖMRƏSİ
İ-193
ADI
Büdcədən maliyyələşən kredit sərəncamlari tərəfindən alinan mallarin, qəbul olunan iş və xidmətlərin Xəzinə uçotu haqqinda təlimat
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-01-2001, Nəşr nömrəsi: 01)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
2517
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“QEYDƏ ALINMIŞDIR”

“QEYDƏ ALINMIŞDIR”

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi tərəfindən

 

Qeyd № ____2517 ____

 

“05” yanvar 2001-ci il

 

Nazir __________ F. Məmmədov

“TƏSDİQ EDİRƏM”

Azərbaycan Respublikası

Maliyyə Nazirliyi tərəfindən

 

“28” dekabr 2000-ci il

 

tarixli İ-193 saylı Əmrlə

 

Nazir____________ Ə. Ələkbərov

 

 

Büdcədən maliyyələşən kredit sərəncamları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin

Xəzinə uçotu haqqında təlimat

 

1 .ÜMUMİ MÜDDƏALAR

 

Bu təlimat Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Dövlət Xəzinədarlığının tənzimlənməsi haqqında” 16 may 1997-ci il tarixli 568 saylı Sərəncamına uyğun olaraq hazırlanmışdır.

Azərbaycan Respublikasında Xəzinədarlıq sisteminin qurulması nəticəsində büdcə gəlirlərinin və xərclərinin kassa icrasının bütünlüklə dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilməsinə başlanması büdcənin icrası prosesinin digər mərhələlərində də, o cümlədən büdcədən maliyyələşən kredit təşkilatlarında (bundan sonra büdcə təşkilatları) debitor-kreditor borclarının yaradılması və faktiki xərclərin aparılması üzərində xəzinə nəzarətini təmin edə biləcək icra mexanizmlərinin təşkilini mümkün etmişdir.

Xəzinədarlıq sistemində büdcə icrasının yuxarıda göstərilən mərhələlərində nəzarət mexanizmlərinin yaradılması həm də büdcə prosesində borclanmanın daha mükəmməl idarə edilməsi, maliyyə resurslarından səmərəli istifadə etməklə ən vacib dövlət ödənişlərinin müvəffəqiyyətlə həyata keçirilməsini şərtləndirir. Bu baxımdan hazırkı təlimatla tənzimlənən büdcə təşkilatları tərəfindən alınmış malların (iş və xidmətlərin) xəzinə uçotunun qurulması mühüm əhəmiyyət kəsb edir. Məhz alışlar üzərində xəzinədarlıq tərəfindən qurulan bu cür uçot qəbul edilmiş öhdəliklər çərçivəsində yaranan real borclar haqqında vaxtında tam məlumat əldə etməyə və bu borcların səmərəli idarə edilməsinə şərait yaradır.

Alışların xəzinədarlıqda uçota qəbul edilməsi büdcə təşkilatlarına malların tam çatdırılmasının, xidmətlərin göstərilməsinin və işlərin görülüb başa çatdırılmasının dövlət tərəfindən qəbul edilməsi deməkdir və gələcəkdə ödəniş üçün məcburi dövlət öhdəliyi hesab olunur.

 

2. MALLARIN (İŞ VƏ XİDMƏTLƏRİN) ALIŞININ XƏZİNƏ UÇOTUNUN ƏSAS PRİNSİPLƏRİ

 

2.1.        Büdcə təşkilatları tərəfindən malların (iş və xidmətlərin) alışının Xəzinədarlıqlarda uçotunun təşkili mərhələsi 2000-ci il 1 avqust tarixdən Azərbaycan Respublikasının bütün ərazisində həyata keçirilir.

 

2.2.        Bu mərhələ həyata keçirildikdən sonra büdcə təşkilatlarında malların alınması, iş və xidmətlərin qəbul olunması, yəni alışlar haqqında hazırlanmış “Malların (iş və xidmətlərin) alışı sənədi” xəzinədarlıq tərəfindən qəbul edilməmiş və uçota alınmamış heç bir xərc maddəsi üzrə kassa icrası aparıla bilməz. Qeyd etmək lazımdır ki, “Malların (iş və xidmətlərin) alışı sənədi” həmin xərc üzrə öncə hazırlanmış və qəbul olunmuş “Öhdəlik sənədi”nə əsasən hazırlana bilər, yəni qəbul olunmuş öhdəlikdən artıq büdcə təşkilatı mal, iş və xidmətlərlə təchiz oluna bilməz, əks halda bu cür alışlar xəzinədarlıq tərəfindən uçota alınmır və kassa xərci aparılmır. Beləliklə, büdcə təşkilatı kassa xərci üçün Sifarişi bundan əvvəl qəbul olunmuş öhdəlik və bu çərçivədə həyata keçirilmiş malların (iş və xidmətlərin) alışı nəticəsində yaranmış kreditor borcları üzrə hazırlaya bilər.

 

2.3.        Xəzinə Orqanları “Malların (iş və xidmətlərin) alışı sənədinin” düzgün tərtib edilməsinə, alış sənədində göstərilən məbləğin qəbul edilmiş öhdəlik limitinə uyğunluğunun təmin edilməsinə məsuliyyət daşıyırlar.

Büdcə təşkilatları isə alınmış mal-material dəyərlilərinin, görülmüş iş və xidmətlərin təqdim edilmiş ilkin sənəd formalarında göstərildiyi kimi və mövcud qaydalara tam riayət etməklə mədaxil (qəbul) olunmasına, onların təyinatına istifadə edilməsinə, həmçinin uçotunun və hərəkətinin düzgün qurulmasına birbaşa məsuliyyət daşıyırlar.

 

2.4.  Öhdəliklərin qəbulunda olduğu kimi malların (iş və xidmətlərin) alışının uçotu da hər bir xərc maddəsi üzrə ayrı ayrılıqda aparılmalıdır.

 

2.5. “Malların (iş və xidmətlərin) alışı sənədinin” hazırlanması və xəzinədarlıq tərəfindən uçota alınması aşağıdakı ardıcıllıqla həyata keçirilir:

     Büdcə təşkilatı qabaqcadan Xəzinədarlıq tərəfindən qeydiyyata alınmış öhdəliklərə uyğun (yəni ondan çox olmamaqla) qəbul etdiyi mal, iş və xidmətlərə görə əməliyyatın baş verdiyi ay daxilində “Malların (iş və xidmətlərin) alışı sənədini” hazırlayır və təsdiqedici sənədlərlə birlikdə Xəzinədarlığa təqdim edir. Bundan başqa, bu Qaydaların 2.2 bəndində göstərilən şərtlərə istisna halları da nəzərdə tutulur. Mövcud reallıqları nəzərə alaraq ilkin mərhələdə malların (iş və xidmətlərin) alışı olmadan qabaqcadan ödəniş aparıla bilər. Mal alınmasına, iş və xidmət göstərilməsinə dair tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə qabaqcadan ödəniş halları nəzərdə tutularsa, bu ödənişlər “Malların (iş və xidmətlərin) alışı sənədi” hazırlanmadan həyata keçirilir. Qabaqcadan ödənilmiş vəsaitə görə” büdcə təşkilatına təhvil verilən dəyərlilər “Malların (iş və xidmətlərin) alışı sənədi”ndə xüsusi qrafada göstərilir (Əlavə 1) və Xəzinə hesab kitablarına müvafiq qaydada işlənilir.

     “Malların (iş və xidmətlərin) alışı sənədi” yoxlanılaraq uçota alınmaq üçün təsdiqedici sənədlərlə birlikdə Xəzinədarlığa təhvil verilir. Təsdiqedici sənədlər Xəzinədarlıqda yoxlanılır və “Xəzinədarlıq” ştampı ilə təsdiqlənərək geri qaytarılır. Bu halda şübhə doğuran məsələlər üzrə Xəzinədarlıq tərəfindən əlavə yoxlama təşkil edilə bilər. İcra olunmamış öhdəlik qalığından çox olmayan məbləğ və bu qaydaların bütün tələblərinə uyğun hazırlanmış “Malların (iş və xidmətlərin) alışı sənədi” uçota qəbul edilir və bunun nəticəsində yaranmış kreditor borcu dövlət borcu hesab olunaraq kassa icrası üçün əsas sayılır. Haqqı qabaqcadan ödənilmiş mal (iş və xidmətlər) daxil olduqda həmin dəyərlilərin uçotunun qurulması ilə yanaşı Xəzinə Hesab Kitabında “Qabaqcadan ödəniş” müvafiq məbləğlərdə azaldılır.

 

2.6.         Malların (iş və xidmətlərin) alışının xəzinə uçotu mərhələsinin tətbiq edilməyə başlanması kassa xərcləri üçün indiyədək istifadə olunan “Sifariş”lərdə müəyyən dəyişikliklər aparılmasını zəruri edir. (Əlavə 2)

 

2.7.         Öhdəlik, Alış və Kassa xərci mərhələləri bir-birilə nə qədər sıx əlaqədə olsa belə, onların baş vermə və sənədləşdirmə anları müxtəlifdir. 4 saylı əlavədə bu əməliyyatların hansı ardıcıllıqla baş verməsi geniş qeyd edilir.

 

2.8.         Yuxarıda göstərilənlərə yekun vurularaq bir daha qeyd etmək lazımdır ki, “Malların (iş və xidmətlərin) alışı sənədinin” Xəzinədarlıq tərəfindən qəbulu aşağıdakı üç əsas şərti nəzərdə tutur:

-      birincisi, “Malların (iş və xidmətlərin) alışı sənədi” bundan əvvəl Xəzinədarlıq tərəfindən qəbul edilmiş öhdəlik sənədindən sonra hazırlana bilər;

-      ikincisi, “Malların (iş və xidmətlərin) alışı sənədi” malların (iş və xidmətlərin) alındığı hesabat ayı daxilində hazırlana və uçota alına bilər;

-  üçüncüsü, “Malların (iş və xidmətlərin) alışı sənədinin” məbləği həmin an üçün yaranmış öhdəlik qalığından artıq ola bilməz.

 

2.9.  Bu mərhələnin tətbiqi zamanı həmin dövrədək büdcə təşkilatlarının cari ilin əvvəlindən artan yekunla debitor borclarının (qabaqcadan ödənişlərin) və mal, iş və xidmətlər üzrə həyata keçirilmiş alışların cəmi məbləğləri ayrı-ayrı xərc maddələri üzrə XHK-ların müvafiq sütununda göstərilməlidir.

 

3. XƏZİNƏ HESAB KİTABLARININ TƏKMİLLƏŞDİRİLMİŞ FORMALARI

 

Büdcə Təşkilatlarında mal, iş və xidmətlərin dövlət öhdəlikləri çərçivəsində alışlarının xəzinə uçotunu təşkil etmək üçün xərc Xəzinə Hesab Kitablarında (XHK) müvafiq dəyişikliklər edilir. Xərc XHK-larının təkmilləşdirilmiş forması 5 saylı əlavədə verilir.

 

4. AYLIQ HESABATLARIN TƏKMİLLƏŞDİRİLMİŞ FORMALARI

 

Büdcə Təşkilatları tərəfindən alınan mal (iş və xidmətlərin) Xəzinədarlıq tərəfindən Xəzinə Hesab Kitablarında uçota alınması prosesi büdcənin icrası haqqında dövrü hesabatlarda öz əksini tapır. Bununla əlaqədar olaraq Xəzinədarlığın ilkin mərhələsində istifadə olunan hesabat formaları 5 saylı əlavədə göstərildiyi kimi dəyişdirilərək təkmilləşdirilir.

Hesabat formalarına əlavə edilmiş “mal (iş və xidmətlərin) alışı” və “qabaqcadan ödəniş” sütunlarında büdcə təşkilatları tərəfindən hesabat ayı ərzində alınmış malların (iş və xidmətlərin) və qabaqcadan ödənilmiş vəsaitlərin büdcə təsnifatı üzrə aylıq dövriyyələri göstərilir.

 

5. İLİN SONUNA YARANAN DEBİTOR VƏ KREDİTOR BORCLARININ NÖVBƏTİ İLƏ KEÇİRİLMƏSİ

 

Malların (iş və xidmətlərin) alışının və qabaqcadan ödənişlərin uçotu xərc maddələri üzrə büdcə təşkilatları tərəfindən yaradılmış debitor və kreditor borclarının müəyyən edilməsinə imkan verir. Xəzinə Hesab Kitabının “qabaqcadan ödəniş” sütununun artan yekunla dövriyyəsi müvafiq xərc maddəsi üzrə yaradılmış debitor borcu hesab olunur. XHK-nın “mal alışı” sütununun artan yekunla məbləğin “debet” sütununda dövriyyənin qabaqcadan ödəniş məbləği qədər azaldılmış hissəsinə olan fərqi müvafiq xərc maddəsi üzrə yaradılmış kreditor borcunu göstərir.

İlin sonunda XHK-lar bağlanaraq yuxarıda göstərilən şəkildə hesablanmış debitor və kreditor bocları növbəti ilə keçirilir və yeni açılmış müvafiq XHK-larda “ilin əvvəlinə qalıq” adı ilə ayrıca sətirdə işlənilir. Eyni ilə, “Öhdəlik” sütununda kreditor borcuna bərabər məbləğlərdə öhdəlik qalıqları yazılır.

 

 

 

 

 


Əlavə 1

MALLARIN (İŞ VƏ XİDMƏTLƏRİN) ALIŞ SƏNƏDİ №

 

 

Xəzinədarlıq              _______________________________

 

Büdcə təşkilatı          _______________________________

                                                                       (Adı, XHK №-si)

 

Tarix:                         “______” “______” 2000-ci il                                                                                                                                                     (manat) [1]

 

 

 

 

 

 

 

Büdcə təşkilatı tərəfindən doldurulur

Xəzinədarlıq tərəfindən doldurulur

Təsnifat

Alınmış mal (iş və xidmətlər)

Qəbul olunmuş mal (iş və xidmətlərin) alışı

Qeyd

Haqqı ödənilməmiş

Haqqı qabqçadan ödənilmiş

Cəmi məbləğ (7+11)

Ödənilməmiş

Qabaqcadan ödənilmiş

Cəmi məbləğ

(13+14)

İnzibati

Funks.

İqtisadi

Sənədin adı

K-si

Tarixi

Məbləğ

Sənədin adı

 

Tarixi

Məbləğ

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Büdcə təşkilatının rəhbəri:   __________________________                                    Maliyyə orqanının rəhbəri:                                                    __________________________

 

Baş mühasib:                        __________________________                                    Xəzinə uçotu şöbəsinin rəisi:                                                    __________________________

 

 

 


Əlavə 2

Kassa xərclərinin

SİFARİŞİ №

 

 

Xəzinədarlıq           _______________________________

 

Büdcə təşkilatı        _______________________________

                                                                      (Adı, XHK №-si)

 

Tarix:                      “_____” “_____” 2000-ci il                                                                                                                                                                        (manat)

 

 

 

 

 

 

 

 

 

 

 

Büdcə təşkilatı tərəfindən doldurulur

Xəzinədarlıq tərəfindən doldurulur

Təsnifat

Tələb olunan məbləğ

Cəmi məbləğ

Vəsait qalığının məbləği

Qəbul olunan məbləğ

Ödəniş sənədi

haqqında məlumat

Qeyd

Alınmış mal (iş və xidmətlərin ödənişi üçün

Qabaqcadan

ödəniş

üçün

Alınmış dəyərlilərin ödənişi üçün

Qabaqcadan ödəniş üçün

Cəmi məbləğ

İnzib.

Funks.

İqtis.

Sənədin adı

N-si

Tarixi

Məbləğ

Sənədin adı

N-si

Tarixi

Məbləğ

Sənədin adı

N-si

Tarixi

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Büdcə təşkilatının rəhbəri:          __________________________                               Maliyyə orqanının rəhbəri:                                                           __________________________                                                                           

Baş mühasib:                               __________________________                               Xəzinə uçotu şöbəsinin rəisi:                                                   __________________________

                                                                                                                                       

 

 

 

 


Əlavə 3

 

 

XƏRC XƏZİNƏ HESAB KİTABI № _________________

 

Funksional təsnifat    __________________

 

İqtisadi təsnifat        __________________

                                                                                         

Tarix

Xəzinə sənədinin (öhdəlik, təchizat, sifariş, XKS) qeydiyyatı

İlkin sənədinin (qaimə, akt, öd. tapş., çek və s ) qeydiyyatı

Əməliyyat haqqında məlumat

Proqnoz

Öhdəlik məbləği

Mal (iş və xidmətlərin) alışının məbləği

Qabaqcadan ödənişin məbləği

Debet

Kredit

Balans

Müxabir-ləşmə

Sənəd. adı

№-si

Tarixi

Sənəd. adı.

№-si

Tarixi

İllik

1-ci rüb

2-ci rüb

3-cü rüb

4-cü rüb

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Ayrı-ayrı xərc maddələri üzrə xərc aparılması üçün Öhdəlik, Alış və xərc Sifarişlərinin büdcə təşkilatları tərəfindən hazırlanması və Xəzinədarlıq tərəfindən qəbul edilməsi mərhələləri.

 

Əlavə 4

 

Xərc maddələri

 

Şərh

Öhdəliyin

hazırlanma

vaxtı

Alış

sənədinin

hazırlanma

vaxtı

Xərc

sifarişinin

hazırlanma

vaxtı

1

2

3

4

5

1.1 Əmək haqqı.

Bu xərclər

qabaqcadan

məlum olan,

təkrarlanan

xərclərdir.

Hər ayın əvvəli.

 

hər ayın sonu.

Əvvəlki iki

mərhələdən

sonra vəsait

qalığı olan

vaxtı.

1.2 Əmək haqqına

üstəlik.

Bu xərclər

qabaqcadan

məlum olan,

təkrarlanan

xərclərdir.

Hər ayın əvvəli.

hər ayın sonu.

Əvvəlki iki

mərhələdən

sonra vəsait

qalığı olan

vaxtı.

1.3 Malların

alınması və

xidmətlərin

haqqının

ödənilməsi.

Bu maddə

müqavilələr

əsasında

(və ya müqaviləsiz)

mal və xidmətlərin

alınmasını

nəzərdə tutur.

Müqavilələrin

bağlanmasına və

ya xərc haqqında

qərar qəbul edilənə

qədər, lakin

rüblük proqnozdan

çox olmamaqla

öhdəlik həddinə

əsasən.

Maş (iş və xidmətlər) alındıqdan

sonra, lakin alışın

baş verdiyi

ay daxilində.

Əvvəlki iki

mərhələdən

sonra vəsait

qalığı olan

vaxtı.

2. Faizlərin

ödənilməsi.

Daxili və

xarici borclar

üzrə faizlərin

ödənişi.

Müvafiq qərarlar

Dövlət Borcu

İdarəsi tərəfindən hazırlanır.

Ödəniş vaxtından 1 ay əvvəl.

Faizin ödənmə

vaxtı çatdıqda.

Əvvəlki iki

mərhələdən

sonra vəsait

qalığı olan

vaxtı.

3. Subsidiya və

cari transfertlər.

Aşağı büdcələrə

subsidiyalar,

üzvlük haqqları,

beynəlxalq təşkilatlara dikər

ödənişlər və

sairə. Bu ödənişlər üzrə qərarlar

müvafiq İdarələr

tərəfindən

verilir.

Ödəniş vaxtından 1 ay əvvəl

və ya ödəniş

haqqında qərar

qəbul edildikdə

Ödəniş vaxtı

çatdıqda

Əvvəlki iki

mərhələdən

sonra vəsait

qalığı olan

vaxtı.

4,5,6,7. Əsaslı

xərclər.

Buraya əsas vəsaitlərin alınması, əsaslı və

cari təmir, əsas

fondların yaradılması üçün

əsaslı transfertlər daxildir.

Xərclər müqavilələr əsasında

aparılır.

Müqavilələr

bağlanana və ya

əsaslı xərc

haqqında qərar qəbul

edilənə qədər,

rüblük proqnozdan

çox olmamaqla

öhdəlik düsturuna

əsasən.

Mal (iş və xidmətlər) alındıqdan

sonra, lakin alışın

baş verdiyi

ay daxilində.

Əvvəlki iki

mərhələdən

sonra vəsait

qalığı olan

vaxtı.

8,9. Daxili və

xarici kreditlərin

verilməsi.

Ölkə daxilində

və xaricə kreditlərin verilməsi

və qaytarılması.

Kreditlərin

verilməsi müvafiq İdarə tərəfindən qərarlaşdarılır.

Kreditin verilməsinə dair qərarın qəbul olunduğu vaxt.

Kreditin qaytarılması

hallarında vəsaitin

daxil olduğu vaxt,

mənfi işarəsi ilə.

Kreditin verilməsinə dair qərarın qəbul olunduğu vaxt.

Kreditin qaytarılması

hallarında vəsaitin

daxil olduğu vaxt,

mənfi işarəsi ilə.

Əvvəlki iki

mərhələdən

sonra vəsait

qalığı olan

vaxtı.

Kreditin qaytarılması

hallarında vəsaitin

daxil olduğu vaxt,

mənfi işarəsi ilə.

 

Qeyd: İstisna hallarında alınacaq mal, iş və xidmətlərə görə qabaqcadan ödəniş aparıla bilər. Bu cür ödənişlər üçün öhdəlik həddinin varlığı vacib şərtdir. Alış sənədi isə mal daxil olduqdan sonra hazırlanır.

 

 

 

 


 

Əlavə 5

 

Büdcənin xərclərinin icrasına dair

 

DÖVRÜ HESABAT

 

(manat)

 

 

 

 

 

Xərclər

Proqnoz

Öhdəlik

Mal (iş və

xidmətlərin) alışı

Qabaqcadan ödəniş

Kassa xərcləri

Funksional təsnifat

İqtisadi təsnifat

Adı

hesabat ayına

İlin əvvəlindən artan yekunla

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 yanvar 2006-cı il tarixli İ-03 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2006-cı il, № 01-02-03)

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 23 yanvar 2006-cı il tarixli İ-03 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2006-cı il, № 01-02-03) ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin aşağıdakı normativ hüquqi aktlarının əsas mətnində və/və ya əlavələrində mütləq rəqəmlərlə müəyyən olunan məbləğlər 5000 manata bölünməklə nəzərə alınmışdır, «min manat» sözləri «manat» sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status