AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
10.06.2005
QEYDİYYAT NÖMRƏSİ
924-IIQ
ADI
Qiymətli metallar və qiymətli daşlar haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-10-2005, Nəşr nömrəsi: 246), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2005, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 870)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.10.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Qiymətli metallar və qiymətli daşlar haqqında

 Qiymətli metallar və qiymətli daşlar haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu qanun qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir.

I fəsil

Ümumi müddəalar.

 

Maddə 1. Bu qanunda istifadə olunan əsas anlayışlar.

1.1. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılar:

1.1.1.  qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum);

1.1.2.  qiymətli daşlar - işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər;

1.1.3. qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin-dən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyaları;

1.1.4.  qiymətli metalların və qiymətli daşların qırıntıların və tullantıların - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələri;

1.1.5.  bank metalları - beynəlxalq standartlara uyğun yük-sək əyər göstəricisinə qədər təmizlənmiş (affinaj edilmiş) və keyfiyyət sertifikatına malik olan qiymətli metalların külçələri (standart və ölçülmüş külçələr), Azərbaycan Respublikası və digər dövlətlər tərəfindən tədavülə buraxılan və öz nominal dəyərindən fərqli qiymətə satıla bilən qiymətli metallardan hazırlanmış sikkələr;

1.1.6.  qiymətli daşların çeşidlənməsi və ilkin təsnifləşdirilməsi - təsdiq olunmuş kolleksiya nümunələri və təsnifatlar əsasında hasil olunmuş mineral xammaldan qiymətli daşların ayrılması, habelə onların dünya bazarında qəbul olunmuş növlərə bölünməsini təmin edən zənginləşmə prosesinin mərhələ-si;

1.1.7. qiymətli metalların affinajı - hasil edilmiş qiymətli metalların qarışıqlardan və kənar komponentlərdən təmizlənməsi, qiymətli metalların Azərbaycan Respublikasının dövlət standartlarına, texniki şərtlərə və beynəlxalq standartlara uyğun keyfiyyətə çatdırılması prosesi;

1.1.8.  qiymətli daşların rekuperasiyası - qiymətli daşların müəyyən səbəblərə görə istifadədən çıxarılmış avadanlıq və cihazlardan, texniki təyinatlı digər məmulatlardan, habelə tərkibində qiymətli daşlar olan tullantılardan təkrar əfv edilməsi, onların müvafiq texniki şərtlərə və ya almazların təsnifatına uyğun keyfiyyətə çatdırılması (təmizlənməsi);

1.1.9.(Çıxarılıb) [1]

1.1.10. əyar - məmulat hazırlanan ərintinin dəyərini müəyyən edən və min çəki vahidində qiymətli metalın miqdarını təsdiqləyən dövlət standartı.

1.2. Bu qanunun 1.1.1-ci və 1.1.2-ci maddələrində göstərilən qiymətli metalların və qiymətli daşların siyahısı yalnız Azərbaycan Respublikasının Qanunu ilə dəyişdirilə bilər.

1.3. Bu qanunun 1.1.9-cu maddəsinə müvafiq olaraq tərtib edilən reyestrə daxil edilən qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslər və fərdi sahibkarlar onların reyestrə daxil edilməsi ilə əlaqədar heç bır ödəniş ödəmirlər.

 

Maddə 2. Qiymətli metallar və qiymətli daşlar haqqında qanunvericilik

Qiymətli metallar və qiymətli daşlar haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 3. Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar

3.0. Qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aşağıdakılardır:

3.0.1. qiymətli metallara və qiymətli daşlara mülkiyyət və əmlak hüququnun keçməsi ilə bağlı hərəkətlər (qiymətli metalların və qiymətli daşların dövriyyəsi);

3.0.2. qiymətli metalların və qiymətli daşların istənilən şəkil-də hasilatı, istehsalı, sonrakı işlənməsi, yenidən işlənməsi və istifadəsi zamanı fiziki vəziyyətinin və tərkibinin dəyişdirilməsi;

3.0.3. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların bir yerdən başqa yerə aparılması, o cümlədən saxlanc yerlərinə, fondlara və ehtiyatda saxlanma yerlərinə daşınması, həmçinin sərgilərdə nümayiş etdirilməsi və qorunması;

3.0.4. qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) kommersiya məqsədləri üçün Azərbaycan Respublikası ərazisinə gətirilməsi və ölkənin ərazisindən çıxarılması.

 

Maddə 4. Qiymətli metallara və qiymətli daşlara mülkiyyət hüququ

4.1. Tərkibində qiymətli metallar və qiymətli daşlar olan yerin təki sahələri dövlətin müstəsna mülkiyyətidir, onların üzərində sahiblik, istifadə və sərəncam hüququ Azərbaycan Respublikasına mənsubdur.

4.2. Azərbaycan Respublikası Konstitusiyasına, "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa, bu qanuna, Azərbaycan Respublİkasının digər normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikası Xəzər dənizinin (gölünün) ona mənsub olan bölməsində yer təkindən qiymətli metallar və qiymətli daşlar olan sahələrinə suveren hüquqlara malikdir və onlarla bağlı öz yurisdiksiyasını həyata keçirir.

4.3. Qiymətli metalların və qiymətli daşların "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununa əsəsən istifadəçiləri yerin təkinin qiymətli metallar və qiymətli daşlar olan sahələrindən həmin qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq  (lisenziya) əsasında istifadə edə bilərlər.

4.4.  Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, digər qəbildən olan müqavilələrdə, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xüsusi razılıqlarda (lisenziyalarda) başqa hallar nəzərdə tutulmadıqda, yerin təkindən çıxarılmış qiymətli metallar və qiymətli daşlar, onların hasilatı zamanı qanuni alınan digər məhsullar və gəlirlər qiymətli metalların və qiymətli daşların hasilatı subyektləri-nə məxsusdur.

4.5. Yerin təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun affinaj edilmiş qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkil-də satılarkən onları hasil və istehsal etmiş subyektlər həmin qiymətli metalları və qiymətli daşlar Azərbaycan Respublikasının qızıl ehtiyatını doldurmaq üçün ilk növbədə müvafiq icra hakimiyyəti orqanına qanunvericiliklə müəyyən edilmiş qaydada təklif edilməlidir. Qeyd edilən qiymətli metalların və qiymətli daşların satışı baş tutduqda ödəniş qiymətli metalların və qiymətli daşların dünya və ölkə daxili bazar qiymətləri nəzərə alınmaqla həyata keçirilir.

4.6.  Mülkiyyət formasından asılı olmayaraq qiymətli metallar və qiymətli daşlarla, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və formada onların uçotunu aparır, statistik hesabatlar təqdim edir.

4.7.  Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət, hüquqi və fiziki şəxslər qiymətli metallan və qiymətli daşları, onlardan hazırlanmış zərgərlik və digər məmulatlar mülkiyyətinə əldə edə bilərlər.

 

Maddə 5. Qiymətli metallarla və qiymətli daşlarla birja əməliyyatlar

5.0.  Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən birjalarda qiymətli metalların və qiymətli daşların dövriyyəsi ilə əlaqədar hüquqi və fiziki şəxslərlə əqdlər bağlanıla bilər və bu birjalarda:

5.0.1. affinaj edilmiş qiymətli metalların standart və müəyyən ölçülü külçələrinin;

5.0.2. çeşidlənmiş, emal olunmamış qiymətli daşların;

5.0.3. tərkibində qiymətli metallar olan yarımfabrikatların;

5.0.4. qiymətli metal külçələrinin;

5.0.5. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istisna olmaqla, onlardan hazırlanmış məhsulların;

5.0.6. tərkibində qiymətli metallar olan sikkələrin dövriyyə-si ilə bağlı əqdlər bağlana bilər.

 

Maddə 6. Qiymətli metalların qiymətli daşların hasilatı istehsalı subyektləri

6.1. Qiymətli metalların və qiymətli daşların hasilatını "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq  yerin  təkinin  istifadəçiləri  qanunvericiliklə  müəyyən olunmuş qaydada verilmiş xüsusi razılıq əsasında həyata keçirirlər.

6.2. Qiymətli metalların affinajını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tələblərə cavab verən və siyahıya daxil  olan  hüquqi şəxslər həyata keçirir.

 

 

II fəsil Qiymətli metalların və qiymətli daşların dövlət ehtiyatları

 

Maddə 7. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu

7.1. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu qiymətli metalların və qiymətli daşların hasilatının həcminin tənzimlənməsi,  habelə Azərbaycan  Respublikasının  onlara perspektiv tələbatının təminatı məqsədi ilə formalaşdırıla bilər.

7.2. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fonduna kəşfiyyatı aparılmış və dövlət (sahə) balansında qeydə alınmış, lakin istifadəyə verilməmiş və ya istifadədən çıxarılmış yataqlar daxildir.

7.3.  şfiyyatı aparılmış ayrı-ayrı yataqların qiymətli metalların və qiymətli daş yataqlarının ehtiyat fonduna daxil edilmə-si haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul olunur.

7.4. Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondu barəsində sərəncam Azərbaycan Respublikasının qanun-vericiliyinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

 

Maddə 8. Azərbaycan Respublikasının qızıl ehtiyatı

8.1.  Azərbaycan Respublikasının qızıl ehtiyatı affinaj edilmiş qızıl külçələrdən ibarətdir, dövlət mülkiyyətidir və dövlətin qızıl-valyuta ehtiyatlarının tərkib hissəsidir. Qızıl ehtiyatı dövlətin maliyyə siyasətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının fövqəladə hallarda yaranan tələblərinin ödənilməsi üçün təxsis edilir.

8.2. Azərbaycan Respublikasının qızıl ehtiyatları bir hissəsi Azərbaycan Respublikasının Mərkəzi Bankına verilir və "Azərbaycan  Respublikasının  Mərkəzi Bankı  haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq beynəlxalq qızıl-valyuta ehtiyatlan kimi saxlanılır və idarə olunur. Azərbaycan Respublikasının qızıl ehtiyatının digər hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada saxlanılır və istifadə olunur. [2]

 

III fəsil

Qiymətli metalların və qiymətli daşların istehsalı,

emalı, istifadəsi dövriyyəsi sahəsində

münasibətlərin dövlət tənzimlənməsi

 

Maddə 9. Qiymətli metallarla və qiymətli daşlarla bağlı münasibətlərin dövlət tənzimlənməsi

9.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsinin vəzifələri aşağıdakılardır:

9.1.1.   qiymətli  metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə qırıntılarının və tullantılarının tədarükü sahəsində dövlət siyasətini həyata keçirmək;

9.1.2.   qiymətli  metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə onların qırıntılarının və tullantılarının tədarükü məqsədi ilə ayrı-ayrı fəaliyyət növləri üzrə xüsusi razılıq sistemini tətbiq etmək;

9.1.3.  qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, habelə onlar barədə hesabatların aparılması qaydalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək;

9.1.4.  qiymətli daşların çeşidlənməsi və təsnifləşdirilməsi üzrə dövlət nəzarəti qaydalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək;

9.1.5. qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlama və damğalama qaydalarını hazırlamaq və həyata keçirilməsini təmin etmək;

9.1.6.  dövlət rüsumu alınan əyar işlərin siyahısının hazırla-maq və dövlət rüsumunun miqdarını müəyyən etmək

9.2. Qİymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi aşağıdakı üsullarla həyata keçirilir:

9.2.1. Azərbaycan Respublikasının qızıl ehtiyatım formalaşdırılması məqsədi ilə hasil olunmuş qiymətli metalların və qiymətli daşların satın alınmasında dövlətin üstünlük hüququnu müəyyən etməklə;

9.2.3. qiymətli metalların və qiymətli daşların uçotuna, saxlanmasına,  daşınmasına,  hesabatının  aparılmasına habelə onlarla əməliyyatlar aparılmasına dair qaydalar müəyyən etməklə;

9.2.4.  daxili və xaricİ bazarda qiymətli metallar qiymətli daşlarla, o cümlədən zərgərlik və digər məişət məmulatları i(ə əməliyyatlar aparan hüquqi şəxslərin və fərdi sahibkarların fəaliyyətini tənzimləməklə; [3]

9.2.5.   qiymətli  metalların və qiymətli  daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi barədə Azərbaycan Respublikası qanunvericiliyinə əməl olunmasına nəzarət qaydaların / müəyyən etməklə;

9.2.6.   qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində ayrı-ayrı fəaliyyət növlərinə xüsusi razılıq verilməklə;

9.2.7. hasil edilmiş, habelə Azərbaycan Respublİkası ərazi-sinə gətirilmiş və emal edilməmiş qiymətli daşların, o cümlə-dən təbii almazların çeşidlənməsi, təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə dövlət nəzarətinin qaydalarını müəyyən etməklə;

9.2.8. qiymətli metalların və qiymətli daşların, habelə onlar-dən hazırlanmış məhsulların (o cümlədən zərgərlik və digər məişət məmulatlarının) Azərbaycan Respublikası ərazisinə gətirilməsi və ölkənin ərazisindən çıxarılmasına qanunvericiliklə. müəyyən edilmiş gömrük nəzarəti qaydalarını müəyyən etməklə;

9.2.9.  qiymətli metalların və qiymətli daşların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırma qaydalarını müəyyən etməklə;

9.2.10. qiymətli metalları affinaj edən hüquqi şəxslərə dair tələbləri və həmin hüquqi şəxslərin siyahısını müəyyən etməklə;

9.2.11. qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının idxal və ixrac qaydalarını müəyyən etməklə;

9.2.12. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış məmulatların pərakəndə ticarət qaydalar müəyyən etməklə.

9.3. Azərbaycan Respublikasında qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanmasına və damğalanmasına, habelə emal edilməmiş almazların ixracına dövlət inhisar mövcuddur.

9.4. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində münasibətlərin dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa, bu qanuna, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir.

9.5.  Bu qanunun məqsədləri üçün qiymətli metalların və qiymətli daşların istifadəsi dedikdə, onların sahibkarlıq fəaliyyətinin subyektləri tərəfindən istehsal, elmi, sosial-mədəni və İnvestisiya məqsədləri üçün emalı, işlənilməsi və tətbiq edilmə-si nəzərdə tutulur.

 

Maddə 10. Hasil və emal olunmuş qiymətli metalların və qiymətli daşların satışı sahəsində münasibətlərin dövlət tənzimlənməsi

10.1.  Hasil edilmiş qiymətli metallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sifariş-çinin xammalı kimi affinaj olunmaq, onlardan məmulatlar hazırlamaq və satılmaq üçün Azərbaycan Respublikasının ərazisindən çıxarıla bilər.

10.2. Affınaj edilmiş qiymətli metallar qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq dövlət ehtiyatlarının doldurulması məqsədi ilə Dövlət büdcəsi vəsaiti hesabına ölkə daxilində və xaricdə tədarük edilə bilər. Müvafiq standarta uyğun şəkildə affinaj edilmiş qiymətli metallar, habelə yerin təkindən hasil olunmuş yaxud rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılar-kən, ilk növbədə bu qanunun 4.5-ci maddəsinə uyğun olaraq Azərbaycan  Respublikasının  müvafiq  dövlət ehtiyatlarının doldurulması üçün müvafiq icra hakimiyyəti orqanına təklif olunur.

10.3. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən xarici ölkələrin dövlət əyar damğasının tanınması halları istisna olmaqla, Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanmalıdır. [4]

10.4.  Hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları yarandıqda həmin qırıntılar və tullantılar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada mütləq yığılmalı, onların dəqiq uçotu aparılmalıdır. Qiymətli metalların və qiymətli daşların qırıntılarını və tullantılarını yığan hüquqi şəxslər, o cümlədən hərbi hissələr və hərbi qurumlar tərəfindən həmin qırıntılar və tullantılar təkrar istifadə üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada emal (təkrar emal) oluna və ya qiymətli metalların istehsalı və affinajı, qiymətli daşların rekuperasiyası üçün fəaliyyətə xüsusi razılıq almış hüquqi şəxslərə satıla bilər.

 

Maddə 11. Dövlət əyar nəzarəti

11.1. Dövlət əyar nəzarəti qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istehsalçılarının və istehlakçılarının hüquqlarının haqsız rəqabət-dən qorunması, habelə dövlət maraqlarının müdafiəsi məqsədi ilə həyata keçirilir.

11.2.  Dövlət əyar nəzarətinə aşağıdakılar aiddir:

11.2.1. Azərbaycan Respublikasında istehsal olunmuş, ha-belə ölkə ərazisinə xaricdən satış məqsədilə gətirilmiş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış bütün zərgərlik və digər məişət məmulatlarının bu qanunun 10.3-cü maddəsində müəyyən edilmiş müddəalar nəzərə alın-maqla qanunvericiliklə müəyyən edilmiş qaydada əyarlanması və damğalanması; [5]

11.2.2. dövlət əyar damğalarının və ad damğalarının izlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertizası;

11.2.3.  qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının qanun-vericiliklə müəyyən edilmiş hallarda və qaydada analizi və ekspertizası;

11.2.4.  qiymətli daşların qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertizası və diaqnostikası;

11.2.5.  qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertiza aparılması;

11.2.6. qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış, muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspertizası;

11.2.7.(Çıxarılıb) [6]

11.2.8.  qanunla müəyyən olunmuş hallarda və qaydada qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda, habelə fərdi sahibkarlarda qiymətli metalların və qiymətli daşların istifadəsi, saxlanılması və uçotu üzərində dövri dövlət nəzarəti.

11.3.  Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının  əyarlanması    damğalanmasına, ekspertizasına,   materialların  tədqiqinə,  qiymətli  daşların ekspertizasına və diaqnostikasına görə qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.

11.4. Azərbaycan Respublikasında qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının hazırlanması üçün aşağıdakı əyarlar müəyyənləş-dirilir:

platin - 900 (doqquz yüz);

950 (doqquz yüz əlli).

qızıl - 375 (üç yüz yetmiş beş);

500 (beş yüz);

585 (beş yüz səksən beş);

750 (yeddi yüz əlli);

958 (doqquz yüz əlli səkkiz);

999 (doqquz yüz doxsan doqquz).

Fiziki şəxslərin sifarişləri əsasında zərgərlik məmulatları 583 (beş yüz səksən üç) əyarlı qızıldan hazırlana bilər.

gümüş - 800 (səkkiz yüz);

830 (səkkiz yüz otuz);

875 (səkkiz yüz yetmiş beş);

925 (doqquz yüz iyirmi beş);

960 (doqquz yüz altmış);

999 (doqquz yüz doxsan doqquz).

palladium - 500 (beş yüz);

850 (səkkiz yüz əlli).

 

Maddə 12. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırılması

12.1. Azərbaycan Respublikasında qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatlar istisna olmaqla) sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən aparılır. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) sertifikatlaşdırılması, onların müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiqləyən fəaliyyətdir. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. [7]

12.2.  Bu qanunun 12.1-ci maddəsinə müvafiq olaraq uyğunluğun təsdiqlənməsi üçün sertifikat verilir, qiymətli metallardan və qiymətli daşlardan hazırlanan məhsullar (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) isə sertifikatlaşdırma sistemi ilə müəyyənləşdirilən hallarda uyğunluq nişanları ilə damğalanır.

12.3.  Qİymətli metallardan və qiymətli daşlardan hazırla-nan məhsul (zərgərlik və digər məişət məmulatlar istisna olmaqla) növlərinin siyahısı, sertifikatlaşdırma formalar, habelə bu məhsul növlərinin sertifikatlaşdırılmasını tələb edən hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 13. Qiymətli metallar və qiymətli daşlarla bağlı fəaliyyətə xüsusi razılıq

13.1.  Azərbaycan Respublikasında qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzrə fəaliyyət qanunvericiliyə müvafiq olaraq xüsusi razılıq əsasın-da həyata keçirilir.

13.2.  Tərkibində qiymətli metallar və qiymətli daşlar olan yerin təki sahələrindən istifadə "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə yerin təkindən istifadəni tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

13.3.  Azərbaycan Respublikasında qiymətli metal və qiymətli daş yataqlarının geoloji öyrənilməsi və kəşfiyyatı, onların hasilatı ilə bağlı fəaliyyətə xüsusi razılıq "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlara, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzrə fəaliyyət növlərinə xüsusi razılığın verilmə qaydası Azərbaycan Respublikasının qanunvericilİyinə uyğun olaraq ,müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

Maddə 14. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində beynəlxalq əməkdaşlıq

Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının iqtisadi və elmi-mədəni maraqlarının müdafiəsini təmin etməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

IV fəsil

Qiymətli metalların və qiymətli daşların istifadəsi və dövriyyəsi

 

Maddə 15. Hasil və istehsal olunmuş qiymətli metallara və qiymətli daşlara sərəncam verilməsi

15.1.  Hasil və istehsal olunmuş qiymətli metallar (külçə şəklində olanlar istisna edilməklə) zəruri emal işlərindən sonra affinaj üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş siyahıda göstərilən hüquqi şəxslərə verilməlidir. Əqdlərin şərtlərində başqa hal nəzərdə tutulmamışdırsa, affinajdan sonra qiymətli metallara mülkiyyət hüququ onların ilkin mülkiyyətçilərində saxlanılır. Affınaj işi aparan hüquqi şəxslərin fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

15.2.   Qiymətli metalların və qiymətli daşların  istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların kəmiyyətinin, keyfiyyətinin uçotunun və hesabatının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15.3. Affinaj edilmiş qiymətli metallar, affinajı tələb edilməyən qiymətli metal külçələri, habelə qiymətli daşların mülkiyyətçilərinin balansında hesaba alınır və qanunvericiliyə uyğun mülki dövriyyəyə buraxılır.

15.4. Emalı tələb olunmayan nadir qiymətli metal külçələri, həmçinin nadir qiymətli daşlar, onları hasil edən subyektlər tərəfindən müqavilə qiymətləri əsasında ilkin olaraq alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına təklif olunur. Nadir qiymətli metal külçələrinin müqavilə qiyməti əqdlər bağlanan zaman külçələrdəki qiymətli metalların dünya bazarındakı məzənnəsi nəzərə alınmaqla müəyyən olunmalıdır. Nadir qiymətli daşların müqavilə qiyməti maraqlı tərəflərin bərabər nisbət əsasında yaratdıqları ekspert komissiyaları tərəfindən müəyyən olunur.

15.5. Qiymətli metalların və qiymətli daşların nadir kateqoriyaya aid olunması qaydalarını və meyarlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu kateqoriyaya aid edilməyən qiymətli metal külçələri, onların mineraloji kolleksiya nümunələri qiymətli metalların və qiymətli daşların hasilat subyektləri tərəfindən qanunvericiliyə uyğun qaydada müəyyənləşdirilmiş müqavilə qiymətləri ilə satıla bilər. Qiymətli metal külçələrinin qiymətləndirilməsi və sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı qiymətli metalları və qiymətli daş-ları almaqda üstünlük hüququndan istifadə etmədikdə, külçələr hasilat subyektlərinə qaytarılır, yaxud onların tapşırıqlarına uyğun olaraq satılır.

 

Maddə 16. Bankların qiymətli metallarla və qiymətli daşlarla əməliyyatları

16.1.  Banklar qiymətli metallarla və qiymətli daşlarla əməliyyatları və əqdləri, o cümlədən onların inkassasiyasını (daşınmasını) bank fəaliyyətinə verilən xüsusi razılıq əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirirlər.

16.2.  Bank metallarının keyfiyyət standartı, habelə bank metalları ilə əməliyyatların aparılması və əqdlərin bağlanması qaydaları qanunvericiliyə müvafiq olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

16.3. Bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir. [8]

16.4.  Banklar tərəfindən qiymətli metallar və qiymətli daşlarla əməliyyatların uçotu və hesabatı qanunvericiliyə müvafiq olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun aparılır.

 

V fəsil

Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzərində dövlət nəzarəti

 

Maddə 17. Qiymətli metallarla və qiymətli daşlarla bağlı fəaliyyət üzərində dövlət nəzarəti

17.1.   Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzərində dövlət nəzarəti:

17.1.1. Azərbaycan Respublikasının bu sahədə qanunvericiliyinə əməl olunmasını;

17.1.2. qiymətli metalların və qiymətli daşların təbii ehtiyat-larından səmərəli istifadəni;

17.1.3. qiymətli metalların və qiymətli daşların istehsalında və emalında ekoloji cəhətdən zərərsiz texnologiyaların tətbiqini;

17.1.4.  qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların müəyyən edilmiş qaydada qorunması qaydalarına riayət olunmasının təmin edilməsini nəzərdə tutur.

17.2.   Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzərində aşağıdakı dövlət nəzarəti növləri tətbiq olunur:

17.2.1.  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hüquqi şəxslərdə qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, uçotu və saxlanılması üzərində qanunla müəyyən edilmiş qaydada nəzarət;

17.2.2.  qiymətli metalları və qiymətli daşları istehsal, emal və istifadə edən, habelə onlardan hazırlanan məhsulları (o cümlədən zərgərlik və digər məişət məmulatlarını) satın alan, girov qəbul edən və bu sahədə vasitəçilik xidməti göstərən, həmin məhsulları (məmulatları, materialları) saxlayan və sərgilərini təşkil edən, qırıntıları və tullantıları tədarük edən hüquqi şəxslərdə qanunla müəyyən edilmiş qaydada aparılan nəzarət;

17.2.3. öz fəaliyyətində qiymətli metalların və qiymətli daş-ların, onların qırıntıları və tullantılarının emalını, istifadəsini, yığılmasını, tədqiqini həyata keçirən hüquqi şəxslərdə, hərbi hissələrdə və hərbi qurumlarda qanunla müəyyən edilmiş qayda-da aparılan nəzarət;

17.2.4.  fərdi sahibkarlar tərəfindən qanunvericiliyə uyğun olaraq qiymətli metallarla və qiymətli daşlarla aparılan əməliyyatlara qanunla müəyyən edilmiş qaydada nəzarət;

17.2.5.  qanunla müəyyən edilmiş qaydada dövlət əyar nəzarəti;

17.2.6.  qiymətli metalların və qiymətli daşların, onlardan

hazırlanmış məhsulların (o cümlədən zərgərlik və digər məişət məmulatlarının) Azərbaycan Respublikasının ərazisinə gətiril-məsinə və ölkənin ərazisindən çıxarılmasına qanunla müəyyən edilmiş qaydada dövlət nəzarəti.

17.2.7. qiymətli metalların və qiymətli daşların, o cümlədən onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət. [9]

 

Maddə 18. Qiymətli metallarla və qiymətli daşlarla bağlı fəaliyyətə nəzarəti həyata keçirən müvafiq dövlət orqanlarının səlahiyyətləri

18.1.   Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanları aşağıdakı səlahiyyətlərə malikdir:

18.1.1. mülkiyyət formasından asılı olmayaraq qiymətli metalları və qiymətli daşları istehsal, emal və istifadə edən hüquqi şəxslərdə qanunla müəyyən edilmiş yoxlama aparmaq, ha-belə onlarla əməliyyatlar aparan fərdi sahibkarların qiymətli metallar və qiymətli daşlardan istifadə üzrə fəaliyyətini qanunla müəyyən edilmiş qaydada yoxlamaq;

18.1.2. hüquqi şəxslərin və fərdi sahibkarlar tərəfindən qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi həyata keçirilərkən uçot və hesabat formalarını, habelə göstərilən sənədlərin təqdim olunma qaydalarını müəyyən etmək;

18.1.3. bu qanuna müvafiq olaraq barəsində nəzarət həya-ta keçirilən hüquqi şəxslərin səlahiyyətli vəzifəli şəxslərinə aş-kar olunmuş nöqsanların aradan qaldırılması, qiymətli metalların və qiymətli daşların səmərəsiz istifadəsinə səbəb olan və (və ya) onların mühafizəsini mümkünsüz edən şəraitin yarandığı hallarda icrası məcburi olan yazılı sərəncamlar göndərmək;

18.1.4. qanunla müəyyən edilmiş qaydada yoxlamalar aparılarkən aşkar olunmuş cinayət xarakterli faktlar və ya digər hüquqpozmalar barədə materialları aidiyyəti üzrə səlahiyyətli dövlət orqanlarına təqdim etmək.

18.2. Qiymətli. metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri aşağıdakı hüquq-ları vardır:

18.2.1. müvafiq dövlət orqanlarına həvalə olunmuş vəzifələri yerinə yetirmək məqsədi ilə qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərə xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə qanunla müəyyən edilmiş hallarda və qaydada maneəsiz daxil olmaq; [10]

18.2.2. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərin bu məqsədlə istifadə etdikləri əraziyə, istehsal, an-bar, ticarət və digər bu qəbildən olan binalarına, iş yerlərinə, nəqliyyat vasitələrinə, daimi və müvəqqəti saxlanc yerlərinə, bu sərvətlərin özlərinə qanunla müəyyən edilmiş hallarda və qaydada baxış keçirmək, qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların alınması, istifadə-si, uçotu və saxlanması, qırıntıların və tullantıların yığılması qaydalarının pozulması aşkar olunduğu hallarda həmin binaları, iş yerlərini, nəqliyyat vasitələrini, daimi və müvəqqəti saxlanc yerlərini qanunla müəyyən edilmiş hallarda və qaydada möhürləmək; [11]

18.2.3. qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini və dövriyyəsini həyata keçirən hüquqi şəxslərdə və fərdi sahibkarlarda qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama keçirmək;

18.2.4. bu qanuna müvafiq olaraq barəsində dövlət nəzarəti həyata keçirilən hüquqi şəxslərə və fərdi sahibkarlara qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada sorğu vermək və cavab almaq, müvafiq sənədləri, yazılışifahi izahat-ları və arayışları tələb etmək;

18.2.5. qanunla müəyyən edilmiş hallarda və qaydada qiymətli metalların və qiymətli daşların alınması, sərf olunması, uçotu və saxlanması, onların qırıntıları və tullantıları barədə məlumatlar əks olunan mühasibat uçotu sənədlərini, normativ-texniki və digər sənədləri yoxlamaq, qanunla müəyyən edilmiş hallarda və qaydada onları möhürləmək; [12]

18.2.6. qanuna müvafiq olaraq barəsində dövlət nəzarəti həyata keçirilən hüquqi şəxslərdə, dövlət nəzarəti orqanlarına məxsus və ya digər laboratoriyalarda qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama və analiz aparmaq üçün qiymətli metallar və qiymətli daşlardan sınaqlar, onlardan hazırla-nan məhsullardan, habelə qırıntılardan və tullantılardan nümunələr götürmək;

18.2.7. hüquq pozuntusu aşkar edildikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görmək.

 

VI fəsil

Qiymətli metal və qiymətli daşlarla bağlı qanunvericiliyin pozulmasına göməsuliyyət

 

Maddə 19. Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların mühafizəsinin təmin olunması

19.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi ilə məşğul olan hüquqi şəxslər, habelə qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar hə-yata keçirən fərdi sahibkarlar göstərilən sərvətlərin və onlar-dan hazırlanan məhsulların mühafizəsini təmin etməlidirlər.

19.2. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı mühafizəsi 19.1-ci maddədə nəzərdə tutulmuş hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.

 

Maddə 20. Qiymətli metallarla və qiymətli daşlarla bağlı qanunvericiliklə əyyən edilmiş fəaliyyət qaydalarının pozulmasına göməsuliyyət

20.1.   Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi qaydalarını pozmaqda təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

20.2. Qiymətli metallardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar qanunvericiliklə müəyyən olunmuş qaydada məhsullarına öz ad damğalarını vurmaq hüququna malikdirlər və həmin məmulatların dövlət standartlarına cavab verməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

20.3. Bu qanunun 10.3-cü maddəsinin tələblərinin pozulması, habelə qiymətli metallardan və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarının saxtalaşdırılması və ya saxta əyar damğası həkk olunmuş zərgərlik və digər məişət məmulatlarının satışı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. [13]

 

Maddə 21. Müvafiq dövlət orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən şikayət verilməsi

21.1.  Hüquqi şəxslər və fərdi sahibkarlar qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. [14]

21.2,  Bu qanunun 21.1-ci maddəsində göstərilən şəxslərin qeyri-qanuni hərəkətləri nəticəsində dəyən zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

 

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 10 iyun 2005-ci il

924 – IIQ

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 noyabr 2007-ci il tarixli 476-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1088)

2.       1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)

3.       1 aprel 2008-ci il tarixli 574-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 249)

4.       2 iyun 2008-ci il tarixli 621-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 464)

5.       30 iyun 2009-cu il tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517)

6.       5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)

7.       30 sentyabr 2014-cü il tarixli 1044-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1164)

8.       11 noyabr 2016-cı il tarixli 402-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2016-cı il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2015)

9.       14 aprel 2017-ci il tarixli 613-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1026)

10.    31 may 2018-ci il tarixli 1161-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2018-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab maddə 1391)

11.    9 aprel 2019-cu il tarixli 1563-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel 2019-cu il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 599)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 1.1.9-cu maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

1.1.9.  reyestr - qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi və sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan məşğul olan fiziki şəxslərin (bundan sonra fərdi sahibkarlar) uçotu;

 

[2] 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) ilə 8.2-ci maddəsinin birinci cümləsində, 16.2-ci və 16.3-cü maddələrində ismin müvafiq hallarında Milli Bank sözləri ismin müvafiq hallarında Mərkəzi Bank sözləri ilə əvəz edilmişdir.

 

[3] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 9.2.4-cü maddəsindən "və həmin şəxslərin uçotunu aparmaqla" sözləri çıxarılmışdır.

 

[4] 6 noyabr 2007-ci il tarixli 476-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1088) ilə 10.3-cü maddəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

10.3.  Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları ilə ticarət bu maddənin ikinci cümləsində müəyyən edilmiş qayda nəzərə alınmaqla onların üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət əyar damğası olduqda aparıla bilər. Azərbaycan Respublikası ərazisinə ticarət məqsədi ilə sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən gətirilən qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları üzərinə Azərbaycan Respublikasının dövlət əyar damğası o halda vurulur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq xarici ölkələrin dövlət əyar damğasının tanınması barədə qərar qəbul edilmiş olsun.

 

[5] 1 aprel 2008-ci il tarixli 574-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 249) ilə "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda 11.2.1-ci maddədə "10.4-cü maddəsinin ikinci cümləsində" sözləri "10.3-cü maddəsində" sözləri ilə əvəz edilmişdir.

 

[6] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 11.2.7-ci maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

11.2.7. qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar həyata keçirən hüquqi şəxslərin, o cümlədən hərbi hissələrin və hərbi qurumların, fərdi sahibkarların qanunvericiliklə müəyyən edilmiş qaydada uçotunun aparılması;

 

[7] 14 aprel 2017-ci il tarixli 613-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2017-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1026) ilə 12.1-ci maddədə birinci cümləyə “sertifikatlaşdırılması” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən” sözləri əlavə edilmişdir, ikinci cümlədə “müəyyən olunmuş kəmiyyət və keyfiyyət göstəricilərinə, texniki tələblərə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilmişdir və yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.

 

[8] 11 noyabr 2016-cı il tarixli 402-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2016-cı il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2015) ilə 16.3-cü maddədə “dövlət nəzarəti” sözləri “nəzarət” sözü ilə, “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilmişdir.

 

[9] 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 517) ilə yeni məzmunda 17.2.7-ci maddə əlavə edilmişdir.

 

31 may 2018-ci il tarixli 1161-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2018-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab maddə 1391) ilə 17.2.7-ci maddəyə “məşğul olan” sözlərindən sonra “fiziki və ya” sözləri əlavə edilmişdir.

 

[10] 30 sentyabr 2014-cü il tarixli 1044-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1164) ilə 18.2.1-ci maddədə “və əməkdaşı olduğu orqanın müvafiq sərəncamını” sözləri “, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı” sözləri ilə əvəz edilmişdir.

 

[11] 30 sentyabr 2014-cü il tarixli 1044-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1164) ilə 18.3.2-18.3.7-ci maddələr müvafiq olaraq 18.2.2-18.2.7-ci maddələr hesab edilmişdir.

 

[12] 9 aprel 2019-cu il tarixli 1563-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel 2019-cu il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 599) ilə 18.2.5-ci maddəyə “mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilmişdir.

 

[13] 1 aprel 2008-ci il tarixli 574-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 249) ilə "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda 20.3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

20.3. Azərbaycan Respublikasında qiymətli metallardan və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsal) ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar dövlət əyar damğalarını saxtalaşdırmağa, satışı ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar isə bu qanunun 10.4-cü maddəsinin ikinci cümləsinin tələbləri nəzərə alın-maqla üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş zərgərlik və digər məişət məmulatlarının satışına görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

 

[14] 2 iyun 2008-ci il tarixli 621-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 464) ilə 21.1-ci maddəsində “qanunvericiliklə müəyyən edilmiş qaydada, o cümlədən” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status