Dövlət qulluqçularının pensiya təminatı haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun dövlət qulluqçularının pensiya təminatının əsaslarını və qaydasını tənzimləyir.

M a d d ə   l . Dövlət qulluqçularının pensiya təminatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Dövlət qulluqçularının pensiya təminatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Dövlət qulluğu haqqında", "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunlarından, prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər, feldyeger rabitəsi orqanlarında və Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi haqqında Müvafiq qanunlardan, bu Qanundan ve digər normativ hüquqi aktlardan ibarətdir.

M a d d ə   2 . Dövlət pensiyası almaq hüququ olan şəxslər

2.1. Bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla aşağıdakı şəxslərin dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır:

2.1.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gün icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında çalışmış dövlət qulluqçuları;

2.1.2."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşları;

2.1.3.Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun dul arvadı (əri), anası (atası), ölənin himayəsində olmuş və 22 yaşına çatmamış işləməyən qızı (oğlu).

 

2.2. Bu Qanun Azərbaycan Respublikasının baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.

2.3.     Azərbaycan Respublikasının vətəndaşlığından çıxması və ya dövlət qulluqçusu andmı pozması ilə əlaqədar işdən azad edilmiş dövlət qulluqçularına və onların ailə üzvlərinə bu Qanunla pensiya təyin olunmur.

M a d d ə   3 . Pensiya seçmək hüququ

3.1. "Vətəndaşların pensiya təminatı haqqında", "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunları, prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər, feldyeger rabitəsi orqanlarında və Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi haqqında Müvafiq qanunlar və bu Qanun ilə müəyyən edilmiş pensiyaları almaq hüququna malik olan dövlət qulluqçularına öz arzulan ilə bir pensiya təyin edilir.

3.2. Dövlət qulluqçuları bu Qanımla müəyyən edilmiş pensiya ilə yanaşı, könüllü (əlavə) sosial sığorta hesabına digər pensiyalar almaq hüququna malikdirlər.

M a d d ə   4 . Pensiya ödənilməsinin maliyyə mənbələri

Bu Qanuna əsasən təyin edilmiş pensiya məcburi dövlət sosial sığorta ayırmaları hesabına ödənilir.

M a d d ə   5 . Pensiyanın təyin olunması şərtləri

5.1.     Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır.

5.2.     Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir:

 

5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı;

5.2.2.1991-ci il. oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı;

5.2.3.1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti,

 

5.3.     Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır

5.4.     Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır.

M a d d ə   6 . Pensiyanın miqdarı

6.1. Pensiya dövlət qulluğunda xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir:

6.1.1.dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - onun dövlət məvacibinin 60 faizi miqdarında;

6.1.2.dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə - onun dövlət məvacibinin 70 faizi miqdarında;

6.1.3.dövlət qulluğu vəzifəsində 15 ildən artıq qulluq stajı olan şəxsə - onun dövlət məvacibinin 80 faizi miqdarında.

6.2. Bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvlərinin sayından asılı olmayaraq onlara pensiya aşağıdakı miqdarda təyin edilir:

6.2.1. vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında;

6.2.2. vəfat etmiş pensiyaçının pensiyasının 80 faizi miqdarında.

6.3. Bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulan pensiyanın məbləği dövlət qulluqçusunun, yaxud pensiyaçının bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvləri arasında Müvafiq qanunvericiliyə uyğun olaraq bərabər bölünür.

M a d d ə   7 . Pensiyanın hesablanması üçün nəzərə alınan dövlət məvacibi

7.1.     Pensiya almaq üçün müraciət edənin arzusuna əsasən dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır.

7.2. Pensiyanın təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydası Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

M a d d ə   8 . Pensiyanın təyin edilməsi qaydası

8.1.     Bu Qanunla müəyyən edilən pensiya şəxsin yaşayış yeri üzrə Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.

8.2.     Pensiya almaq hüququ olan şəxs müddət məhdudiyyəti olmadan istənilən vaxt pensiyanın təyin edilməsi üçün Müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.

8.3.     Pensiya təyin edən orqan təqdim edilmiş sənədlərə onların daxil olduğu vaxtdan ən geci 10 iş günü müddətində baxır.

M a d d ə   9 . Pensiyanın təyin edilməsi müddətləri

9.1.  Pensiya müraciət olunan gündən ömürlük təyin edilir.

9.2.       Pensiya bu Qanımla nəzərdə tutulmuş və onun ödənişinin dayandırılmasına səbəb olan halların yarandığı günədək ödənilir.

M a d d ə   10. Pensiya ödənişinin dayandırılmasına səbəb olan hallar

10.0. Bu Qanuna əsasən təyin edilmiş pensiyanın ödənişi aşağıdakı halların yarandığı gündən dayandırılır:

10.0.1. pensiyaçı vəfat etdikdə;

10.0.2. pensiyaçı Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda;

10.0.3. dövlət qulluğunda xidmət müddətində;

10.0.4. dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulan ailə üzvü vəfat etdikdə;

10.0.5. dövlət qulluqçusunun, yaxud pensiyaçının dul arvadı (əri) yeni nikah bağladıqda;

10.0.6. dövlət qulluqçusunun, yaxud pensiyaçının qızı (oğlu) 22 yaşına çatanadək işləməyə başladıqda.

M a d d ə   11. Pensiya ödənişinin dayandırılmasına səbəb olan hallar barəsində məlumat vermək vəzifəsi

Pensiya alan şəxs pensiya ödənişinin dayandırılmasına səbəb olan hallar barəsində 15 gün müddətində Müvafiq icra hakimiyyəti orqanına məlumat verməyə borcludur.

 M a d d ə   12. Pensiyanın yenidən hesablanması

12.1.    Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.

12.2.    Dövlət qulluqçusunun, yaxud pensiyaçının bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvlərinə təyin edilmiş pensiya aşağıdakı hallarda yenidən hesablanır:

 

12.2.1.     dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun uşağı doğulduqda;

12.2.2.     bu Qanunun 10.0.4-cü, 10.0.5-ci və 10.0.6-cı maddələrində nəzərdə tutulmuş hallarda.

M a d d ə   13. Artıq ödənilmiş pensiya məbləğinin tutulması

13.1.   Pensiya alan şəxsə artıq ödənilmiş pensiyanın məbləği (qəsdən düzgün olmayan məlumat əks etdirən sənəd təqdim etməsi və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda) Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin şəxsdən tutulur.

13.2.   Artıq ödənilmiş pensiya məbləğinin tutulması məqsədilə hər dəfə pensiya ödənilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı verilməli olan pensiyanın 20 faizindən, Müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 faizindən çox ola bilməz.

M a d d ə   14.     Şəxs vəfat etdikdə alınmamış pensiyanın ödənilməsi və dəfn xərcinin verilməsi

14.1.    Pensiyaçının vəfatı ilə əlaqədar alınmamış pensiyanın məbləği ailə üzvlərinə ödənilir.

14.2.    Pensiyaçı vəfat etdikdə təyin olunmuş pensiyanın 6 aylıq məbləğində dəfn xərci onun ailəsinə ödənilir.

14.3.    Pensiyaçını ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn xərci həmin şəxslərə ödənilir.

M a d d ə   15. Xaricə köçmüş şəxslərə pensiyanın ödənilməsi

Azərbaycan Respublikası vətəndaşının xaricdə olduğu müddətdə pensiyası öz arzusu ilə Azərbaycan Respublikasının müvafiq bankındakı şəxsi hesabına və ya yaşadığı dövlətdəki Müvafiq bank hesabına köçürülür. Bu halda xidmət haqqı pensiyanın məbləğindən tutulur.

M a d d ə   16. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2005-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyun 2004-cü il

№ 678-IIQ