Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv
İdarəsinin Əsasnaməsi, Mərkəzi
aparatının strukturu və respublika dövlət
arxivləri şəbəkəsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
Azərbaycan
Respublikası Nazirlər Kabineti qərara alır:
1.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş
Arxiv İdarəsinin Əsasnaməsi təsdiq edilsin
(əlavə olunur).
2.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş
Arxiv İdarəsi Mərkəzi Aparatının strukturu
təsdiq edilsin (əlavə olunur).
3.
Azərbaycan Respublikası dövlət arxivləri
şəbəkəsi təsdiq edilsin (əlavə olunur).
4.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş
Arxiv İdarəsinin təklifi nəzərə alınaraq,
Azərbaycan Respublikası Dövlət Elm və Texnika
Sənədləri Arxivində bilavasitə elm və texnikaya
aid sənədləri cəmləşdirmək
məqsədilə, indiyə qədər həmin arxivdə
saxlanılan tibb sənədləri Azərbaycan Respublikası
Dövlət Arxivinə verilsin.
5.
Azərbaycan SSR Nazirlər Sovetinin «Azərbaycan SSR Nazirlər
Soveti yanında Baş Arxiv İdarəsinin
məsələləri haqqında» 1980-ci il 15 avqust tarixli, 352
nömrəli qərarının 1-ci, 2-ci və 3-cü
bəndləri, habelə Azərbaycan SSR Nazirlər Sovetinin
1988-ci il 31 avqust tarixli, 293 nömrəli qərarının
2-ci bəndi öz qüvvəsini itirmiş hesab edilsin.
Baş nazir
S.HÜSEYNOV
Bakı
şəhəri, 11 mart 1994-cü il
¹
107
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1994-cü il 11 mart
tarixli, 107 saylı qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv
İdarəsinin
ƏSASNAMƏSİ
1. Ümumi
müddəalar
1.1.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş
Arxiv İdarəsi (Baş Arxiv İdarəsi) respublikada arxiv
işi sahəsində dövlət siyasətini həyata
keçirən idarə orqanı olmaqla, öz
fəaliyyətində Azərbaycan Respublikası Nazirlər
Kabinetinə tabedir.
1.2.
Baş Arxiv İdarəsi öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan Respublikasının qanunlarını,
Azərbaycan Respublikası Ali Sovetinin qərarlarını,
Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, habelə bu Əsasnaməni
rəhbər tutur.
1.3.
Baş Arxiv İdarəsi Azərbaycan Respublikasında arxiv
işinin inkişafını və bu sahədə elmi-texniki
tərəqqini nizamlayır, sahələrarası
dövlət və idarə arxivlərinin fəaliyyətini
əlaqələndirir.
Azərbaycan
Respublikası arxiv sisteminə bilavasitə Baş Arxiv
İdarəsinə tabe olan respublika dövlət arxivləri,
onların filialları, şəhər və rayon
dövlət arxivləri, habelə Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabineti yanında Arxiv İdarəsi
tərəfindən idarə olunan arxivlər daxildir.
1.4.
Baş Arxiv İdarəsi ona həvalə olunmuş
vəzifələri həm bilavasitə, həm də respublika
dövlət arxivləri, Naxçıvan Muxtar Respublikası
Arxiv İdarəsi və digər yerli dövlət
arxivləri vasitəsilə həyata keçirir.
2. Məqsəd
və vəzifələr
Baş
Arxiv İdarəsinin başlıca məqsəd və
vəzifələri aşağıdakılardır:
2.1.
Azərbaycan Respublikası Arxiv fonduna daxil olan, xalqın maddi
və mənəvi həyatını özündə əks
etdirən, tarixi, elmi, sosial, iqtisadi, siyasi, bədii və
başqa mədəni əhəmiyyət kəsb edən
sənədlər məcmuəsinin mühafizəsi və
istifadəsini təmin etmək:
-
Azərbaycan Respublikası nazirlik və idarələrində
arxiv işi və kargüzarlıqda sənədlərin
təşkilini əlaqələndirmək, nazirlik və
idarələrlə birlikdə kargüzarlıqda
sənədləşdirmə sistemini daha da inkişaf
etdirmək;
-
arxiv işinin vəziyyətinin təhlili, təmayül
və qanunauyğunluqlarını öyrənmək, sahə
xüsusiyyətlərini nəzərə alaraq, onun
inkişafının konsepsiya və strategiyasını
hazırlamaq;
-
Azərbaycan Respublikası ərazisində arxiv işi
sahəsində qanunçuluğa riayət olunmasını
təşkil etmək;
-
Azərbaycan Respublikası Arxiv Fondunun
mərkəzləşdirilmiş dövlət uçotunu
aparmaq, onun tərkib və məzmunu haqqında məlumat
hazırlamaq;
-
arxiv işi sahəsində Azərbaycan Respublikası və
xarici ölkə arxivlərinin iş təcrübəsini
öyrənmək və yaymaq;
-
arxiv işi və kargüzarlıq sahəsində
beynəlxalq əlaqələr yaratmaq.
2.2.
Baş Arxiv İdarəsi ona həvalə olunmuş
vəzifələrə müvafiq olaraq:
-
Azərbaycan Respublikası Arxiv Fondu sənədlərinin
dövlət arxivlərində komplektləşdirilməsi
və mühafizəsini təşkil edir, sənədlərin
müəyyən olunmuş qaydalarla dövlət
arxivlərinə verilməsinə nəzarət edir;
-
Azərbaycan Respublikası Arxiv Fondu sənədlərinin
mərkəzləşdirilmiş uçotunu aparır,
həmin sənədlərin mühafizəsi və
istifadəsi üzərində nəzarət edir;
-
respublikanın mərkəzi idarəetmə orqanları,
idarə, təşkilat və müəssisələrinin
idarə arxivləri və kargüzarlıqda
sənədlərin təşkili işi üzərində
nəzarət edir və sahələrarası
təşkilat-metodiki rəhbərliyi həyata keçirir,
arxiv işi və kargüzarlıqda sənədlərin
təşkili məsələləri üzrə məcburi
icra üçün qaydalar, təlimatlar, metodiki
vəsaitlər hazırlayır və təsdiq edir,
mərkəzi respublika təşkilatları və
marağı olan digər idarələrlə birlikdə
idarə arxivləri şəbəkəsinin
təkmilləşdirilməsi və işinin təşkilinin
yaxşılaşdırılması sahəsində
tədbirlər hazırlayaraq həyata keçirir;
-
Azərbaycan Respublikası Arxiv Fondu sənədlərinin
mühafizəsi, tamamlanması və istifadəsinə
yönəldilmiş qanunvericilik aktlarının və normativ
sənədlərin layihələrinin hazırlanmasını
təmin edir;
-
arxiv işinin inkişafı haqqında dövlət
proqramının layihələrini hazırlayır və onun
həyata keçirilməsini təmin edir, sahə
proqramlarını, perspektiv və cari planları təsdiq
edir, onların yerinə yetirilməsini təmin edir;
-
müəyyən olunmuş qaydalar üzrə dövlət
arxivlərinin struktur və şəbəkəsinin
təkmilləşdirilmə işini təşkil edir və
onu həyata keçirir;
-
Azərbaycan Respublikası Arxiv Fonduna daxil olan respublika
əhəmiyyətli sənədlərin dairəsini
müəyyənləşdirir və qəbul olunmuş
qaydalarla onların respublika dövlət arxivlərində
cəmləşdirilməsi tədbirlərini həyata
keçirir, müvafiq idarəetmə orqanları ilə
razılaşdırılaraq, respublika daxilində
sənədlərin bir arxivdən digərinə verilməsi
məsələsinə baxır və həll edir;
-
arxiv işində avtomatik informasiya sisteminin tətbiqi və
istifadəsi üzrə texniki siyasəti müəyyən
edir, informasiya şəbəkəsi və bazası
yaradılmasını təşkil edir, habelə Azərbaycan
Respublikası Arxiv Fondunun məzmunu və tərkibi
haqqında məlumatın əldə olunması
üçün ənənəvi arxiv məlumatları
sistemi növlərindən istifadə edərək, onların
axtarılmasını təmin edir;
-
Azərbaycan Respublikası arxivlərində
arxivşünaslıq, sənədşünaslıq və
arxeoqrafiya sahəsində elmi-tədqiqat işlərini,
sahə elmi-metodiki şuraların işlərini
əlaqələndirir və istiqamətləndirir;
-
sənədlərin elmi və əməli dəyərinin
ekspertizasını və onların daim saxlanılmaq
üçün dövlət arxivlərinə
seçilməsini təşkil edir, respublika mərkəzi
idarəetmə orqanları ilə birlikdə saxlama
müddətləri də göstərilməklə,
sənədlərin nümunəvi siyahılarını
işləyib hazırlayır;
-
tabelik mənsubiyyətindən və mülkiyyət
formasından asılı olmayaraq idarə, təşkilat
və müəssisələrin arxiv işi sahəsində
qanunçuluğun tələblərindən irəli
gələn tədbirlərin yerinə yetirilməsi işini
yoxlayır, arxiv fondlarının mühafizəsi və
istifadəsinə nəzarət edir;
-
qeyri-dövlət arxivləri sahiblərinə onların
öz arxivlərinin komplektləşdirilməsi,
mühafizə və istifadəsi işində
müəyyən olunmuş qaydalarla köməklik
göstərir;
-
Azərbaycan Respublikası Arxiv Fondu sənədlərindən
və onlarda olan məlumatlardan istifadə qaydalarını, o
cümlədən arxiv sənədlərindən istifadə
müqavilələrinin bağlanması qaydalarını
işləyib hazırlayır;
-
Azərbaycan Respublikası Arxiv Fonduna daxil olan
sənədləri müəyyən olunmuş qaydalarla
nəşr edir, Respublika Arxiv Fondu sənədlərinin
tərkib və məzmunu haqqında məlumat xarakterli
ədəbiyyatların, elmi jurnallar, bülletenlər, elmi-kütləvi
ədəbiyyat, tədris və praktiki vəsaitlərin
nəşrini təşkil edir, ictimaiyyətin retrospektiv
sənədlər məlumatına ehtiyacını və
sənədlərdən istifadə sahəsində
səmərəlilik işinin öyrənilməsini
əlaqələndirir, sənədlərin nəşri
işində respublika arxiv təşkilatlarının
işinə rəhbərliyi həyata keçirir;
-
bilavasitə tabeliyində olan idarə və təşkilatlar
üçün tikililərin
maliyyələşdirilməsini həyata keçirir,
müəyyən olunmuş qaydalarla layihə-smeta
sənədlərini, titul siyahılarını tərtib edir;
-
bilavasitə Baş Arxiv İdarəsinə tabe olan idarə
və təşkilatların xərcləri haqqında
müəyyən olunmuş qaydalarla Azərbaycan
Respublikası büdcəsi layihəsinə salmaq
üçün təkliflər hazırlayıb təqdim
edir, onların maliyyələşdirilməsini təmin edir:
-
hüquqi və fiziki şəxslərə müəyyən
olunmuş qaydalarla Azərbaycan Respublikası Arxiv Fonduna daxil
olan sənədləri müvəqqəti olaraq, Azərbaycan
Respublikası ərazisindən xaricə çıxarmağa
icazə verir;
-
tabeliyində olan idarə və təşkilatlarda
müəyyən olunmuş qaydalarla mühasibat və statistik
uçot və hesabat işlərinə rəhbərliyi
həyata keçirir;
-
Azərbaycan xalqının tarixinə aid xaricdə olan arxiv
sənədlərinin aşkar edilməsi və alınması
məsələlərinə baxır və müvafiq qaydada
təkliflər verir;
-
tabeliyində olan respublika dövlət arxivlərinin lazımi
avadanlıq və materiala olan tələbatını
müəyyənləşdirir. Azərbaycan Respublikası
arxivlərində sənədlərin mühafizəsi,
istifadəsi, bərpası, surətlərinin çıxarılması
və sairəyə aid daha təkmil sistem və metodlardan
istifadəni həyata keçirir;
-
tabeliyində olan arxivlərin əməkdaşlarının,
habelə respublika nazirlik, idarə, təşkilat və
müəssisə arxiv və kargüzarlıq
işçilərinin ixtisaslarını artırmaq işini müəyyən
olunmuş qaydalarla təşkil edir;
-
Azərbaycan Respublikası arxiv sistemində fəaliyyət
göstərən işçilərin əmək
şəraitinin yaxşılaşdırılması və
onların sosial müdafiəsinin həllinə köməklik
göstərir.
3. Baş Arxiv
İdarəsinin hüquqları
-
respublikanın idarəetmə orqanlarından, habelə tabelik
münasibətindən və mülkiyyət formalarından
asılı olmayaraq idarə, təşkilat və müəssisələrdən
arxivlərin işi və kargüzarlıqda
sənədlərin təşkili haqqında lazımi
materiallar almaq;
-
arxiv işi və kargüzarlıqda sənədlərin
təşkili haqqında mərkəzi idarəetmə
orqanlarının, idarə, təşkilat və
müəssisələrin nümayəndələrinin
məlumatını dinləmək;
-
öz səlahiyyətləri daxilində respublika
mərkəzi idarəetmə orqanlarına, idarə,
təşkilat və müəssisələrə arxiv işi
və kargüzarlıqda sənədli hissənin
təşkili haqqında icra üçün məcburi olan
təlimatlar vermək;
-
respublika mərkəzi idarəetmə orqanları tərəfindən
arxiv işi və kargüzarlığın sənədli
hissəsinin təşkili haqqında hazırlanmış
sahə standartları, təlimatları, qaydaları və
tədris proqramlarını razılaşdırmaq;
-
müəyyən olunmuş qaydalarla arxiv işini inkişaf
etdirməyə kömək məqsədilə fondlar yaratmaq;
-
arxivşünaslıq, sənədşünaslıq və
arxeoqrafiya sahəsində ən yaxşı işlər
üçün müsabiqələr elan etmək,
qüvvədə olan qanunlar çərçivəsində
və bu iş üçün ayrılmış vəsait
müqabilində müsabiqənin şərtlərini
təsdiq etmək.
4. Baş Arxiv
İdarəsinin fəaliyyətinin təşkili
4.1.
Baş Arxiv İdarəsinə rəis
başçılıq edir.
Baş
Arxiv İdarəsinin rəisi və onun müavini Azərbaycan
Respublikası Prezidenti tərəfindən işə təyin
olunur və işdən azad edilir.
Baş
Arxiv İdarəsinin rəisi:
Azərbaycan
Respublikası Baş Arxiv İdarəsinin
fəaliyyətinə rəhbərlik edir və Azərbaycan
Respublikası Baş Arxiv İdarəsinə həvalə
olunmuş vəzifələrin yerinə yetirilməsinə
şəxsən məsuliyyət daşıyır;
vəzifələri özü ilə müavini arasında
bölüşdürür; mərkəzi aparatın
işçilərini və bilavasitə onun tabeliyində olan
təşkilatların rəhbər işçilərini
və mütəxəssislərini müəyyən
olunmuş qaydalarla işə qəbul edir və işdən
azad edir; öz səlahiyyətləri dairəsində tabe
təşkilatlar tərəfindən yerinə yetirilməsi
məcburi olan əmrlər və göstərişlər
verir, onların icrasını yoxlayır; lazım olan hallarda
mərkəzi idarəetmə orqanları ilə birlikdə
əmrlər, göstərişlər və təlimatlar
verir; idarənin adından etibarnaməsiz çıxış
edir, etibarnamələr verir, qanunla ona verilən başqa
hüquqlardan istifadə edir.
4.2.
Azərbaycan Respublikası Baş Arxiv İdarəsində
idarənin rəisindən (sədr), onun müavinindən
vəzifələrinə görə, habelə Baş Arxiv
İdarəsinin və dövlət arxivlərinin
rəhbər işçilərindən ibarət kollegiya
yaradılır. Maraqlı olan idarələrin
nümaynədələri də kollegiya
üzvlüyünə daxil edilə bilər. Kollegiya
üzvlərinin təyin olunma qaydası və say tərkibi
Azərbaycan Respublikası Nazirlər Kabineti
tərəfindən təsdiq olunur.
Baş
Arxiv İdarəsinin kollegiyası
məşvərətçi orqan olmaqla, respublikada arxiv
işinin inkişafına dair mühüm
məsələlərə, respublika dövlət
arxivlərinin fəaliyyəti və onların işlərinin
təşkilinə, Azərbaycan Respublikası idarə
arxivlərinin vəziyyətinə, icranın yoxlanılması,
kadrların seçilməsi və
yerləşdirilməsinə, mühüm əmr və
təlimatların layihələrinə baxır; respublika
və yerli arxiv orqanlarının məruzələrini,
Baş Arxiv İdarəsi struktur hissələrinin,
tabelikdə olan arxiv təşkilatlarının
hesabatlarını dinləyir.
Kollegiyanın
qərarları Baş Arxiv İdarəsi rəisinin
əmrləri ilə rəsmiləşdirilir və elan olunur.
4.3.
Baş Arxiv İdarəsi yanında aşağıdakılar
fəaliyyət göstərir:
-
arxiv işi sahəsində mühüm problemlərə baxmaq
üçün Elmi şura;
-
Azərbaycan Respublikası Arxiv Fonduna daxil olan
sənədlərin tərkibini
müəyyənləşdirmək və
sənədlərin dəyərini ekspertizadan keçirmək
məsələlərinə baxmaq üçün
Mərkəzi ekspert-yoxlama komissiyası.
Göstərilən
şura və komissiyanın əsasnaməsi və onların
tərkibi Baş Arxiv İdarəsinin rəisi
tərəfindən təsdiq edilir.
4.4.
Baş Arxiv İdarəsi dövlət büdcəsindən
maliyyələşdirilir.
4.5.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş
Arxiv İdarəsinin mərkəzi aparatının strukturu
və işçilərinin sayı Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq
olunur.
Baş
Arxiv İdarəsinin ştat cədvəli
işçilərin müəyyən olunmuş say və
əmək haqqı fondu çərçivəsində Baş
Arxiv İdarəsinin rəisi tərəfindən təsdiq
olunur.
Baş
Arxiv İdarəsi Mərkəzi aparatının struktur
bölmələri, habelə bilavasitə ona tabe olan
dövlət arxivləri haqqında əsasnamələr
idarənin rəisi tərəfindən təsdiq edilir.
5. Yekun
müddəa
5.1.
Baş Arxiv İdarəsi hüquqi şəxs olmaqla,
üzərində Azərbaycan Respublikasının
Dövlət gerbi və öz adı olan möhürü
olur.
İşlər
müdiri İ.HACIYEV
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1994-cü il 11 mart
tarixli, 107 saylı qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Azərbaycan
Respublikası Dövlət arxivləri
ŞƏBƏKƏSİ
I.
Azərbaycan Respublikası dövlət arxivləri:
1.
Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA)
2.
Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (ARDTA)
3.
Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və
İctimai hərəkatlar Arxivi (ARDSPİHA)
4.
Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və
İncəsənət Arxivi (ARDƏİA)
5.
Azərbaycan Respublikası Dövlət Elm və Texnika
Sənədləri Arxivi (ARDETSA)
6.
Azərbaycan Respublikası Dövlət Kino-foto
Sənədləri Arxivi (ARDETSA)
7.
Azərbaycan Respublikası Dövlət Səs Yazıları
Arxivi (ARDKA)
II.
Azərbaycan Respublikası Dövlət Arxivinin filialları:
Azərbaycan
Respublikası Dövlət Arxivinin Ağdam filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Bakı filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Quba filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Əli Bayramlı
filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Yevlax filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Gəncə filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Göyçay filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Lənkəran filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Mingəçevir
filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Salyan filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Sumqayıt filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Füzuli filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Şamaxı filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Şəki filialı
Azərbaycan
Respublikası Dövlət Arxivinin Şəmkir filialı
III.
Azərbaycan Respublikası sənədləri
dəyişən tərkibli şəhər və rayon dövlət
arxivləri
Abşeron
rayon dövlət arxivi
Ağdaş
rayon dövlət arxivi
Ağstafa
rayon dövlət arxivi
Ağsu
rayon dövlət arxivi
Ağcabədi
rayon dövlət arxivi
Astara rayon
dövlət arxivi
Balakən
rayon dövlət arxivi
Beyləqan
rayon dövlət arxivi
Bərdə
rayon dövlət arxivi
Biləsuvar
rayon dövlət arxivi
Qazax rayon
dövlət arxivi
Qax rayon
dövlət arxivi
Qəbələ
rayon dövlət arxivi
Qobustan
rayon dövlət arxivi
Qubadlı
rayon dövlət arxivi
Qusar rayon
dövlət arxivi
Daşkəsən
rayon dövlət arxivi
Dəvəçi
rayon dövlət arxivi
Zaqatala
rayon dövlət arxivi
Zəngilan
rayon dövlət arxivi
Zərdab
rayon dövlət arxivi
İmişli
rayon dövlət arxivi
İsmayıllı
rayon dövlət arxivi
Yardımlı
rayon dövlət arxivi
Kəlbəcər
rayon dövlət arxivi
Kürdəmir
rayon dövlət arxivi
Gədəbəy
rayon dövlət arxivi
Goranboy
rayon dövlət arxivi
Laçın
rayon dövlət arxivi
Lerik rayon
dövlət arxivi
Masallı
rayon dövlət arxivi
Naftalan
şəhər dövlət arxivi
Neftçala
rayon dövlət arxivi
Oğuz
rayon dövlət arxivi
Saatlı
rayon dövlət arxivi
Sabirabad
rayon dövlət arxivi
Samux rayon
dövlət arxivi
Siyəzən
rayon dövlət arxivi
Tərtər
rayon dövlət arxivi
Tovuz rayon
dövlət arxivi
Ucar rayon
dövlət arxivi
Xanlar rayon
dövlət arxivi
Xaçmaz
rayon dövlət arxivi
Xocalı
rayon dövlət arxivi
Xocavənd
rayon dövlət arxivi
Xızı
rayon dövlət arxivi
Hacıqabul
rayon dövlət arxivi
Cəbrayıl
rayon dövlət arxivi
Cəlilabad
rayon dövlət arxivi
Şuşa
rayon dövlət arxivi
IV.
Naxçıvan Muxtar Respublikası sənədləri
dəyişən tərkibli rayon dövlət arxivləri
Babək
rayon dövlət arxivi
Ordubad
rayon dövlət arxivi
Sədərək
rayon dövlət arxivi
Culfa rayon
dövlət arxivi
Şahbuz
rayon dövlət arxivi
Şərur
rayon dövlət arxivi
İşlər
müdiri İ.HACIYEV
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
1994-cü il 11 mart
tarixli, 107 saylı qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv
İdarəsi Mərkəzi aparatının
STRUKTURU
-
rəhbərlik;
-
təşkilat-metodika şöbəsi;
-
sənədlərin mühafizəsi, dövlət uçotu
və elmi-məlumat aparatı şöbəsi;
-
komplektləşdirmə, idarə arxivləri və
kargüzarlıq şöbəsi;
-
sənədlərin nəşri və istifadə
şöbəsi;
-
maliyyə-təsərrüfat şöbəsi.
İşlər
müdiri İ.HACIYEV