Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlavələr və dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının Siyahısı" təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 22 fevral 2001-ci il
№ 38

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 22 fevral  tarixli 38 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

əlavələr və dəyişikliklər edilən bəzi qərarlarının
SİYAHISI

 

1. Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 25 mart tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR-də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası haqqında Təlimat"ın 122-ci bəndinin 2-ci abzasında "inzibati ərazi bölgüsünə" sözləri "ərazi quruluşuna" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci bölməsinin 9-cu abzasında "bölgələrində" sözü "vahidlərində" sözü ilə əvəz edilsin.

(Çıxarılıb)[1]

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədilə "Dağ-mədən ayırması" statusunun verilməsi Qaydaları"na aşağıdakı dəyişikliklər edilsin:

2.1.2. yarımbəndindən "və inzibati" sözləri çıxarılsın.

1 nömrəli əlavədə "inzibati ərazinin adı" sözləri "ərazi vahidinin adı" sözləri ilə, "inzibati ərazisində" sözləri isə "ərazi vahidində" sözləri ilə əvəz edilsin;

2 nömrəli əlavədə "inzibati ərazinin adı" sözləri "ərazi vahidinin adı" sözləri ilə əvəz edilsin;

3 nömrəli əlavədə "inzibati ərazi" sözləri "ərazi vahidi" sözləri ilə "inzibati ərazisində" sözləri isə "ərazi vahidində" sözləri ilə əvəz edilsin;

4 və 5 nömrəli əlavələrdə "inzibati ərazi" sözləri "ərazi vahidi" sözləri ilə əvəz edilsin;

7 və 8 nömrəli əlavələrdə "inzibati ərazisi" sözləri "yerləşdiyi ərazi vahidi" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Faydalı qazıntılar çıxaran müəssisələrin, dağ-mədən qazmalarının, buruq quyularının və faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların ləğv və konservasiya edilməsi Qaydaları"na 3 və 4 nömrəli əlavələrdə "inzibati ərazi" sözləri "ərazi vahidi" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş "Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin hüdudlarında yerin təkindən istifadə Qaydaları"na aşağıdakı dəyişikliklər edilsin:

3.1.2. yarımbəndindən "və inzibati" sözləri çıxarılsın;

2 və 3 nömrəli əlavələrdə "inzibati ərazi" sözləri "ərazi vahidi" sözləri ilə "inzibati ərazisində" sözləri isə "ərazi vahidində" sözləri ilə əvəz edilsin;

5 və 6 nömrəli əlavələrdə "inzibati-ərazisi" sözləri "yerləşdiyi ərazi vahidi" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənməsi üçün yer təkinin verilməsi Qaydaları"na aşağıdakı dəyişikliklər edilsin:

2.1.2. yarımbəndindən "və inzibati" sözləri çıxarılsın;

2 nömrəli əlavədə "inzibati ərazinin adı" sözləri "ərazi vahidinin adı" sözləri ilə əvəz edilsin;

3 nömrəli əlavədə "inzibati ərazinin adı" sözləri "ərazi vahidinin adı" sözləri ilə əvəz edilsin;

4 nömrəli əlavədə "inzibati ərazi" sözləri "ərazi vahidi" sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Torpaq sahələrinin geri alınması və dövlət ehtiyacları üçün ayrılması barədə vəsatətlərin qaldırılması və onlara baxılması Qaydaları"na aşağıdakı dəyişikliklər edilsin:[2]

8-ci bəndin 1-ci abzasında "inzibati ərazinin" sözləri "ərazi vahidinin" sözləri ilə əvəz edilsin;

15-ci bənddən "inzibati ərazisində" sözləri çıxarılsın və həmin bəndə "sahələrinin yerləşdiyi" sözlərindən sonra "ərazinin" sözü əlavə edilsin.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 22 fevral tarixli 38 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının
SİYAHISI

 

1. "Yeni inzibati-ərazi vahidinin yaradılması və ya bir inzibati ərazi vahidində digərinə verilmə ilə əlaqədar olaraq ərazilərin verilməsi qaydası haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 30 may tarixli 246 nömrəli qərarı.

2. "SSRİ Müdafiə Nazirliyinin, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin arsenalları, bazaları və anbarları yanında qadağan zonalarının və qadağan rayonlarının müəyyən edilməsi barədə Əsasnamənin təsdiq edilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 1988-ci il 17 fevral tarixli 224 nömrəli qərarı haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 5 mart tarixli 80 nömrəli qərarı.

3. "Müvəqqəti inzibati-ərazi vahidinin - bölgənin yaradılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 11 sentyabr tarixli 405 nömrəli qərarı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

2.       5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlavələr və dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı”nın 3-cü bənd çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 6 iyul tarixli 151 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər edilsin:

4-cü bəndin "b" yarımbəndi aşağıdakı redaksiyada verilsin.

"b) Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin dövlət yanğın təhlükəsizliyinin idarə və xidmətləri";

13.12-ci yarımbəndində "bölgülərin" sözü "vahidlərinin" sözü ilə əvəz edilsin;

       19.2-ci yarımbəndində "bölgülərinin" sözü "vahidlərinin" sözü ilə əvəz edilsin.

 

[2] 5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 108) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin əlavələr və dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı”nın 8-ci bəndinin birinci abzasında “ictimai ehtiyaclar” sözləri “ehtiyacları” sözü ilə əvəz edilmişdir.