AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYASI
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin
sədrliyi
ilə Azərbaycan Respublikasının yeni Konstitusiya
layihəsini
hazırlayan
komissiya tərəfindən hazırlanmış,
1995-ci il
noyabrın 12-də ümumxalq səsverməsində
(referendumda)
qəbul edilmişdir.
1995-ci il
noyabrın 27-dən qüvvəyə minmişdir.
(2002-ci il
avqustun 24-də ümumxalq səsverməsində
(referendumda)
qəbul edilmiş dəyişikliklərlə)
Azərbaycan
xalqı özünün çoxəsrlik dövlətçilik
ənənələrini davam etdirərək, “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında”
Konstitusiya aktında əks olunan prinsipləri əsas
götürərək, bütün cəmiyyətin və hər kəsin
firavanlığının təmin edilməsini arzulayaraq,
ədalətin, azadlığın və təhlükəsizliyin
bərqərar edilməsini istəyərək, keçmiş,
indiki və gələcək nəsillər
qarşısında öz məsuliyyətini anlayaraq, suveren
hüququndan istifadə edərək, təntənəli
surətdə aşağıdakı niyyətlərini
bəyan edir:
-
Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və
ərazi bütövlüyünü qorumaq;
-
Konstitusiya çərçivəsində demokratik quruluşa təminat
vermək;
-
vətəndaş cəmiyyətinin bərqərar
edilməsinə nail olmaq;
-
xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini
təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
-
ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq,
hamının layiqli həyat səviyyəsini təmin
etmək;
-
ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün
dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq
şəraitində yaşamaq və bu məqsədlə
qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda
sadalanan ülvi niyyətlərlə ümumxalq
sәsvermәsi-referendum yolu ilə bu Konstitusiya qəbul
edilir.
I fəsil
Xalq
hakİmİyyətİ
I.
Azərbaycan Respublikasında dövlət hakimiyyәtinin
yeganə mənbəyi Azərbaycan xalqıdır.
II.
Azərbaycan xalqı Azərbaycan Respublikası
ərazisində və ondan kənarda yaşayan, Azərbaycan
dövlətinə və onun qanunlarına tabe sayılan
Azərbaycan Respublikası vətəndaşlarından
ibarətdir; bu isə beynəlxalq hüquqla
müəyyənləşdirilmiş normaları istisna etmir.
I.
Sərbəst və müstəqil öz müqəddəratını
həll etmək və öz idarəetmə formasını
müəyyən etmək Azərbaycan xalqının suveren
hüququdur.
II.
Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq
səsverməsi - referendum və ümumi, bərabər və
birbaşa seçki hüququ əsasında sərbəst, gizli və
şəxsi səsvermə yolu ilə seçilmiş
nümayəndələri vasitəsi ilə həyata keçirir.
I.
Azərbaycan xalqı öz hüquqları və mənafeləri
ilə bağlı olan hər bir məsələni referendumla
həll edə bilər.
II.
Aşağıdakı məsələlər yalnız
referendumla həll oluna bilər:
1)
Azərbaycan Respublikası Konstitusiyasının qəbul
edilməsi və ona dəyişikliklər edilməsi;
2)
Azərbaycan Respublikasının dövlət
sərhədlərinin dəyişdirilməsi.
III.
Aşağıdakı məsələlər üzrə
referendum keçirilə bilməz:
1)
vergilər və dövlət büdcəsi;
2)
amnistiya və əfv etmə;
3)
seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi
müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti
orqanlarının səlahiyyətlərinə aid edilmiş
vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi
və ya təsdiq edilməsi.
Xalqın
seçdiyi səlahiyyətli nümayəndələrindən başqa
heç kəsin xalqı təmsil etmək, xalqın adından
danışmaq və xalqın adından müraciət etmək
hüququ yoxdur.
I.
Azərbaycan xalqı vahiddir.
II.
Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin
təməlini təşkil edir. Azərbaycan Respublikası
bütün Azərbaycan Respublikası
vətəndaşlarının ümumi və bölünməz
vətənidir.
I.
Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup,
təşkilat və ya heç bir şəxs hakimiyyətin
həyata keçirilməsi səlahiyyətini mənimsəyə
bilməz.
II.
Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən
ağır cinayətdir.
II fəsil
Dövlətİn
əsasları
I.
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar
respublikadır.
II.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili
məsələlərdə yalnız hüquqla xarici
məsələlərdə isə yalnız Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla
məhdudlaşır.
III.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti
hakimiyyətlərin bölünməsi prinsipi əsasında
təşkil edilir:
-
qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının
Milli Məclisi həyata keçirir;
- icra
hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə
mənsubdur;
-
məhkəmə hakimiyyətini Azərbaycan
Respublikasının məhkəmələri həyata keçirir.
IV. Bu
Konstitusiyanın müddəalarına əsasən qanunvericilik,
icra və məhkəmə hakimiyyətləri
qarşılıqlı fәaliyyәt göstərir və öz
səlahiyyətləri çərçivəsində
müstəqildirlər.
I.
Azərbaycan dövlətinin başçısı Azərbaycan
Respublikasının Prezidentidir. O, ölkənin daxilində və
xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil
edir.
II.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
xalqının vahidliyini təcəssüm etdirir və
Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.
III.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
riayət olunmasının təminatçısıdır.
IV.
Azərbaycan Respublikasının Prezidenti məhkəmə
hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
I.
Azərbaycan Respublikası öz təhlükəsizliyini və
müdafiəsini təmin etmək məqsədi ilə Silahlı
Qüvvələr və başqa silahlı
birləşmələr yaradır.
II.
Azərbaycan Respublikası başqa dövlətlərin
müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq
münaqişələrin həlli üsulu kimi müharibəni rədd
edir.
III.
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ali baş
komandanıdır.
Azərbaycan
Respublikası başqa dövlətlərlə
münasibətlərini hamılıqla qəbul edilmiş
beynəlxalq hüquq normalarında nəzərdə tutulan
prinsiplər əsasında qurur.
I.
Azərbaycan Respublikasının ərazisi vahiddir,
toxunulmazdır və bölünməzdir.
II.
Azərbaycan Respublikasının daxili suları, Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsi, Azərbaycan Respublikasının üzərindəki
hava məkanı Azərbaycan Respublikası ərazisinin
tərkib hissəsidir.
III.
Azərbaycan Respublikasının ərazisi
özgəninkiləşdirilə bilməz. Azərbaycan
Respublikası öz ərazisinin heç bir hissəsini heç bir
şəkildə kimsəyə vermir; yalnız Azərbaycan
Respublikası Milli Məclisinin qərarı ilə
Azərbaycanın bütün əhalisi arasında referendum
keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi
əsasında dövlət sərhədləri
dəyişdirilə bilər.
I.
İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi dövlətin ali
məqsədidir.
II. Bu
Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları
və azadlıqları Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun tətbiq edilir.
I.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və
dövlət tərəfindən müdafiə olunur.
II.
Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və
bələdiyyə mülkiyyəti növündə ola bilər.
III.
Mülkiyyətdən insan və vətəndaş hüquqları
və azadlıqları, cəmiyyətin və dövlətin
mənafeləri, şəxsiyyətin ləyaqəti
əleyhinə istifadə edilə bilməz.
Təbii
ehtiyatlar hər hansı fiziki və ya hüquqi
şəxslərin hüquqlarına və mənafelərinə
xələl gətirmədən Azərbaycan Respublikasına
mənsubdur.
I.
Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı
müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın
rifahının yüksəldilməsinə xidmət edir.
II.
Azərbaycan dövləti bazar münasibətləri əsasında
iqtisadiyyatın inkişafına şərait yaradır, azad
sahibkarlığa təminat verir, iqtisadi
münasibətlərdə inhisarçılığa və haqsız
rəqabətə yol vermir.
I.
Azərbaycan dövləti xalqın və hər bir
vətəndaşın rifahının yüksəldilməsi,
onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi
qayğısına qalır.
II.
Azərbaycan dövləti mədəniyyətin, təhsilin,
səhiyyənin, elmin, incəsənətin inkişafına
yardım göstərir, ölkənin təbiətini, xalqın
tarixi, maddi və mənəvi irsini qoruyur.
I.
Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi
himayəsindədir.
II.
Uşaqların qayğısına qalmaq və onları
tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə
yetirilməsinə dövlət nəzarət edir.
I.
Azərbaycan Respublikasında din dövlətdən ayrıdır.
Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
II.
İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik
prinsiplərinə zidd olan dinlərin yayılması və
təbliği qadağandır.
III.
Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır.
I.
Azərbaycan Respublikasının pul vahidi manatdır.
II. Pul
nişanlarının tədavülə buraxılması və
tədavüldən çıxarılması hüququ yalnız Milli Banka
mənsubdur. Azərbaycan Respublikasının Milli Bankı
dövlətin müstəsna mülkiyyətindədir.
III.
Azərbaycan Respublikasının ərazisində manatdan
başqa pul vahidlərinin ödəniş vasitəsi kimi
işlədilməsi qadağandır.
Azərbaycan
dövlətinə qarşı qiyama və dövlət
çevrilişinə kömək məqsədi ilə
alınmış borclar Azərbaycan Respublikası
tərəfindən öhdəlik kimi qəbul edilə və
ödənilə bilməz.
I.
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan
dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin
inkişafını təmin edir.
II.
Azərbaycan Respublikası əhalinin
danışdığı başqa dillərin sərbəst
işlədilməsini və inkişafını təmin edir.
Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhəridir.
I.
Azərbaycan Respublikasının dövlət rəmzləri
Azərbaycan Respublikasının Dövlət bayrağı,
Azərbaycan Respublikasının Dövlət gerbi və
Azərbaycan Respublikasının Dövlət himnidir.
II.
Azərbaycan Respublikasının Dövlət bayrağı
bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq
mavi, orta zolaq qırmızı, aşağı zolaq
yaşıl rəngdədir və qırmızı
zolağın ortasında bayrağın hər iki üzündə
ağ rəngli aypara ilə səkkizguşəli ulduz
təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna
nisbəti 1:2-dir.
III.
Azərbaycan Respublikası Dövlət bayrağının və
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri,
Azərbaycan Respublikası Dövlət himninin musiqisi və
mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
III fəsil
Əsas
İnsan və vətəndaş hüquqları və
azadlıqları
I.
Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və
ayrılmaz hüquqları və azadlıqları vardır.
II.
Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və
başqa şəxslər qarşısında
məsuliyyətini və vəzifələrini də
əhatə edir.
I.
Hamı qanun və məhkəmə qarşısında
bərabərdir.
II.
Kişi ilə qadının eyni hüquqları və
azadlıqları vardır.
III.
Dövlət, irqindən, milliyyətindən, dinindən,
dilindən, cinsindən, mənşəyindən, əmlak
vəziyyətindən, qulluq mövqeyindən,
əqidəsindən, siyasi partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə
mənsubiyyətindən asılı olmayaraq, hər kəsin
hüquq və azadlıqlarının bərabərliyinə
təminat verir. İnsan və vətəndaş hüquqlarını
və azadlıqlarını irqi, milli, dini, dil, cinsi,
mənşəyi, əqidə, siyasi və sosial
mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
I.
Hər kəsin qanunla qadağan olunmayan üsul və
vasitələrlə öz hüquqlarını və
azadlıqlarını müdafiə etmək hüququ vardır.
II.
Dövlət hər kəsin hüquqlarının və
azadlıqlarının müdafiəsinə təminat verir.
I.
Hər kəsin yaşamaq hüququ vardır.
II.
Dövlətə silahlı basqın zamanı düşmən
əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni
qüvvəyə minmiş hökmünə əsasən ölüm
cəzasının tətbiqi və qanunla nəzərdə
tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin
yaşamaq hüququ toxunulmazdır.
III.
Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam
ləğv edilənədək , yalnız dövlətə, insan
həyatına və sağlamlığına qarşı
xüsusilə ağır cinayətlərə görə qanunla
müəyyən edilə bilər.
IV.
Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son
zərurət, cinayətkarın yaxalanması və
tutulması, həbsdə olanın həbs yerindən
qaçmasının qarşısının alınması,
dövlətə qarşı qiyamın yatırılması
və ya dövlət çevrilişinin qarşısının
alınması, ölkəyə silahlı basqın edilməsi
halları istisna olmaqla insana qarşı silah
işlədilməsinə yol verilmir.
I.
Hər kəsin azadlıq hüququ vardır.
II.
Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş
qaydada tutulma, həbsəalma və ya azadlıqdan
məhrumetmə yolu ilə məhdudlaşdırıla
bilər.
III.
Qanuni surətdə Azərbaycan Respublikasının
ərazisində olan hər kəs sərbəst
hərəkət edə bilər, özünə yaşayış
yeri seçə bilər və Azərbaycan Respublikasının
ərazisindən kənara gedə bilər.
IV.
Azərbaycan Respublikası vətəndaşlarının
hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ
vardır.
I.
Hər kəsin mülkiyyət hüququ vardır.
II.
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ,
o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III.
Hər kəsin mülkiyyətində daşınar və
daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ
mülkiyyətçinin təkbaşına və ya başqaları
ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə
etmək və onun barəsində sərəncam vermək hüquqlarından
ibarətdir.
IV. Heç
kəs məhkəmənin qərarı olmadan
mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın
tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və
ya ictimai ehtiyaclar üçün mülkiyyətin
özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun
dəyərini ədalətli ödəmək şərti ilə
yol verilə bilər.
V.
Dövlət vərəsəlik hüququna təminat verir.
I.
Hər kəsin əqli mülkiyyət hüququ vardır.
II.
Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli
mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
I.
Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.
II.
Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla,
şəxsin həyatına, fiziki və mənəvi
sağlamlığına, mülkiyyətinə, mənzilinə
qəsd etmək, ona qarşı zor işlətmək
qadağandır.
I.
Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.
II.
Hər kəsin şəxsi və ailə həyatının
sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan
hallardan başqa, şəxsi həyata müdaxilə etmək
qadağandır.
III. Öz
razılığı olmadan kimsənin şəxsi
həyatı haqqında məlumatın toplanılmasına,
saxlanılmasına, istifadəsinə və yayılmasına
yol verilmir.
IV.
Hər kəsin yazışma, telefon danışıqları,
poçt, teleqraf və digər rabitə vasitələri ilə
ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət
təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş
qaydada cinayətin qarşısını almaqdan və ya
cinayət işinin istintaqı zamanı həqiqəti üzə
çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
I.
Hər kəsin mənzil toxunulmazlığı hüququ
vardır.
II.
Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə
qərarı istisna olmaqla, mənzildə yaşayanların
iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
I.
Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa
çatdıqda ailə qurmaq hüququ vardır.
II.
Nikah könüllü razılıq əsasında bağlanılır.
Heç kəs zorla evləndirilə (ərə verilə)
bilməz.
III.
Nikah və ailə dövlətin himayəsindədir. Analıq,
atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət
çoxuşaqlı ailələrə yardım göstərir.
IV.
Ər ilə arvadın hüquqları bərabərdir.
Uşaqlara qayğı göstərmək, onları
tərbiyə etmək valideynlərin həm hüququ, həm
də borcudur.
V.
Valideynlərə hörmət etmək, onların
qayğısına qalmaq uşaqların borcudur. 18
yaşına çatmış əmək qabiliyyətli uşaqlar
əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa
borcludurlar.
I.
Əmək fərdi və ictimai rifahın əsasıdır.
II.
Hər kəsin əməyə olan qabiliyyəti
əsasında sərbəst surətdə özünə
fəaliyyət növü, peşə, məşğuliyyət
və iş yeri seçmək hüququ vardır.
III.
Heç kəs zorla işlədilə bilməz.
IV.
Əmək müqavilələri sərbəst
bağlanılır. Heç kəs əmək müqaviləsi
bağlamağa məcbur edilə bilməz.
V.
Məhkəmə qərarı əsasında
şərtləri və müddətləri qanunla
nəzərdə tutulan məcburi əməyə cəlb
etmək, hərbi xidmət zamanı səlahiyyətli
şəxslərin əmrlərinin yerinə yetirilməsi
ilə əlaqədar işlətmək, fövqəladə
vəziyyət zamanı və hәrbi vəziyyət vətəndaşlara
tələb olunan işləri gördürmək hallarına yol
verilir.
VI.
Hər kəsin təhlükəsiz və sağlam
şəraitdə işləmək, heç bir ayrı-seçkilik
qoyulmadan öz işinə görə dövlətin
müəyyənləşdirdiyi minimum əmək haqqı
miqdarından az olmayan haqq almaq hüququ vardır.
VII.
İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ
vardır.
VIII.
Dövlət işsizliyin aradan qaldırılması üçün bütün
imkanlarından istifadə edir.
I.
Hər kəsin təkbaşına və ya başqaları
ilə birlikdə tətil etmək hüququ vardır.
II.
Əmək müqaviləsi əsasında
işləyənlərin tətil etmək hüququ yalnız
qanunla nəzərdə tutulmuş hallarda
məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində və digər silahlı
birləşmələrdə xidmət edən hərbi
qulluqçular və mülki şəxslər tətil edə
bilməzlər.
III.
Fərdi və kollektiv əmək mübahisələri qanunla
müəyyənləşdirilmiş qaydada həll edilir.
I.
Hər kəsin istirahət hüququ vardır.
II.
Əmək müqaviləsi ilə işləyənlərə
qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq
olmayan iş günü, istirahət və bayram günləri, ildə
azı bir dəfə 21 təqvim günündən az olmayan
ödənişli məzuniyyət verilməsi təmin edilir.
I.
Hər kəsin sosial təminat hüququ vardır.
II.
Yardıma möhtac olanlara kömək etmək ilk növbədə
onların ailə üzvlərinin borcudur.
III.
Hər kəs qanunla müəyyən edilmiş yaş
həddinə çatdıqda, xəstəliyinə,
əlilliyinə, ailə başçısını itirdiyinə,
əmək qabiliyyətini itirdiyinə, işsizliyə
görə və qanunla nəzərdə tutulmuş digər
hallarda sosial təminat hüququna malikdir.
IV.
Təqaüdlərin və sosial müavinətlərin minimum
məbləği qanunla müəyyən edilir.
V.
Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial
sığortanın və sosial təminatın başqa
növlərinin inkişafı üçün imkanlar yaradır.
I.
Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ
vardır.
II.
Hər kəsin ətraf mühitin əsl vəziyyəti
haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə
əlaqədar onun sağlamlığına və
əmlakına vurulmuş zərərin əvəzini almaq
hüququ vardır.
I.
Hər kəsin mədəni həyatda iştirak etmək,
mədəniyyət təsisatlarından və mədəni
sərvətlərdən istifadə etmək hüququ vardır.
II.
Hər kəs tarixi, mədəni və mənəvi irsə
hörmətlə yanaşmalı, ona qayğı
göstərməli, tarix və mədəniyyət
abidələrini qorumalıdır.
I.
Hər kəsin sağlamlığını qorumaq və tibbi
yardım almaq hüququ vardır.
II.
Dövlət müxtəlif mülkiyyət növləri əsasında
fəaliyyət göstərən səhiyyənin bütün
növlərinin inkişafı üçün zəruri tədbirlər görür,
sanitariya-epidemiologiya salamatlığına təminat verir,
tibbi sığortanın müxtəlif növləri üçün imkanlar
yaradır.
III.
İnsanların həyatı və sağlamlığı
üçün təhlükə törədən faktları və halları
gizlədən vəzifəli şəxslər qanun
əsasında məsuliyyətə cəlb edilirlər.
I.
Hər bir vətəndaşın təhsil almaq hüququ
vardır.
II.
Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin
edir.
III.
Təhsil sisteminə dövlət tərəfindən
nəzarət edilir.
IV.
Maddi vəziyyətdən asılı olmayaraq istedadlı
şəxslərin təhsili davam etdirməsinə dövlət
zəmanət verir.
V.
Dövlət minimum təhsil standartlarını müəyyən
edir.
I.
Hər kəs yaşadığı mənzildən qanunsuz
məhrum edilə bilməz.
II.
Dövlət yaşayış binalarının və evlərin
tikintisinə rəvac verir, insanların mənzil hüququnu
gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
I.
Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ
vardır.
II. Heç
kəs milli mənsubiyyətini dəyişdirməyə
məcbur edilə bilməz.
I.
Hər kəsin ana dilindən istifadə etmək hüququ
vardır. Hər kəsin istədiyi dildə tərbiyə
və təhsil almaq, yaradıcılıqla məşğul
olmaq hüququ vardır.
II. Heç
kəs ana dilindən istifadə hüququndan məhrum edilə
bilməz.
I.
Hər kəsin öz şərəf və ləyaqətini
müdafiə etmək hüququ vardır.
II.
Şəxsiyyətin ləyaqəti dövlət
tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin
ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
III.
Heç kəsə işgəncə və əzab verilə
bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara
və ya cəzaya məruz qala bilməz. Özünün könüllü
razılığı olmadan heç kəsin üzərində tibbi,
elmi və başqa təcrübələr aparıla bilməz.
I.
Hər kəsin öz fikir və söz azadlığı vardır.
II. Heç
kəs öz fikir və əqidəsini açıqlamağa və ya
fikir və əqidəsindən dönməyə məcbur
edilə bilməz.
III.
İrqi, milli, dini, sosial ədavət və düşmənçilik
oyadan təşviqata və təbliğata yol verilmir.
I.
Hər kəsin vicdan azadlığı vardır.
II.
Hər kəsin dinə münasibətini müstəqil
müəyyənləşdirmək, hər hansı dinə
təkbaşına və ya başqaları ilə birlikdə
etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə
münasibəti ilə bağlı əqidəsini ifadə
etmək və yaymaq hüququ vardır.
III.
Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı
pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə,
sərbəstdir.
IV.
Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət
qazandırmır.
I.
Hər kəsin başqaları ilə birlikdə
sərbəst toplaşmaq azadlığı vardır.
II.
Hər kəsin başqaları ilə birlikdə müvafiq
dövlət orqanlarını qabaqcadan xəbərdar
etməklə dinc, silahsız yığışmaq,
yığıncaqlar, mitinqlər, nümayişlər, küçə
yürüşləri keçirmək, piketlər düzəltmək hüququ
vardır.
I.
Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq,
əldə etmək, ötürmək, hazırlamaq və yaymaq
azadlığı vardır.
II.
Kütləvi informasiyanın azadlığına təminat
verilir. Kütləvi informasiya vasitələrində, o
cümlədən mətbuatda dövlət senzurası qadağandır.
I.
Hər kəsin yaradıcılıq azadlığı
vardır.
II.
Dövlət ədəbi-bədii, elmi-texniki və başqa
yaradıcılıq növlərinin azad həyata
keçirilməsinə təminat verir.
Azərbaycan
dövlətinə mənsub olan, onunla siyasi və hüquqi
bağlılığı, habelə qarşılıqlı
hüquq və vəzifələri olan şəxs Azərbaycan
Respublikasının vətəndaşıdır.
Azərbaycan Respublikasının ərazisində və ya
Azərbaycan Respublikasının vətəndaşlarından
doğulmuş şəxs Azərbaycan Respublikasının
vətəndaşıdır. Valideynlərindən biri
Azərbaycan Respublikasının vətəndaşı olan
şəxs Azərbaycan Respublikasının
vətəndaşıdır.
I.
Azərbaycan Respublikasının vətəndaşı heç bir
halda Azərbaycan Respublikası
vətəndaşlığından məhrum edilə
bilməz.
II.
Azərbaycan Respublikasının vətəndaşı heç bir
halda Azərbaycan Respublikasından qovula və ya xarici
dövlətə verilə bilməz.
III.
Azərbaycan Respublikası onun ərazisindən kənarda
müvəqqəti və ya daimi yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının hüquqi
müdafiəsinə təminat verir və onlara hamilik edir.
I.
Azərbaycan Respublikası vətəndaşlarının
cəmiyyəti və dövlətin siyasi həyatında
maneəsiz iştirak etmək hüququ vardır.
II.
Dövlətə qarşı qiyama və ya dövlət
çevrilişinə müstəqil müqavimət göstərmək
Azərbaycan Respublikasının hər bir
vətəndaşının hüququdur.
I.
Azərbaycan Respublikası vətəndaşlarının
dövlətin idarə olunmasında iştirak etmək hüququ
vardır. Bu hüququ onlar bilavasitə və ya
nümayəndələri vasitəsi ilə həyata keçirə
bilərlər.
II.
Azərbaycan Respublikasının vətəndaşları
dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər.
Dövlət orqanlarının vəzifəli şəxsləri
Azərbaycan Respublikasının vətəndaşları
sırasından təyin edilirlər. Əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər dövlət qulluğuna qanunla
müəyyənləşdirilmiş qaydada qəbul edilə
bilərlər.
I.
Azərbaycan Respublikası vətəndaşlarının
dövlət orqanlarına seçmək və seçilmək, habelə
referendumda iştirak etmək hüququ vardır.
II.
Məhkəmənin qərarı ilə fəaliyyət
qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin
seçkilərdə, habelə referendumda iştirak etmək hüququ
yoxdur.
III.
Hərbi qulluqçuların, hakimlərin, dövlət
məmurlarının, din xadimlərinin, məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum
edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda
nəzərdə tutulan digər şəxslərin
seçkilərdə iştirak etmək hüququ qanunla
məhdudlaşdırıla bilər.
I.
Azərbaycan Respublikası vətəndaşlarının
dövlət orqanlarına şəxsən müraciət etmək,
habelə fərdi və kollektiv yazılı müraciətlər
göndərmək hüququ vardır. Hər bir müraciətə
qanunla müəyyən edilmiş qaydada və
müddətlərdə yazılı cavab verilməlidir.
II.
Azərbaycan Respublikası vətəndaşlarının
dövlət orqanlarının və onların vəzifəli
şəxslərinin, siyasi partiyaların, həmkarlar
ittifaqlarının və digər ictimai birliklərin,
habelə ayrı-ayrı vətəndaşların
fəaliyyətini və ya işini tənqid etmək hüququ
vardır. Tənqidə görə təqib qadağandır.
Təhqir və böhtan tənqid sayıla bilməz.
I.
Hər kəsin başqaları ilə birləşmək
hüququ vardır.
II.
Hər kəs istənilən birlik, o cümlədən siyasi
partiya, həmkarlar ittifaqı və digər ictimai birlik
yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün
birliklərin sərbəst fəaliyyətinə təminat
verilir.
III. Heç
kəs hər hansı birliyə daxil olmağa və onun
üzvlüyündə qalmağa məcbur edilə bilməz.
IV.
Azərbaycan Respublikasının bütün ərazisində və ya
hər hansı hissəsində qanuni dövlət hakimiyyətini
zorla devirmək məqsədi güdən birliklər
qadağandır. Konstitusiyanı və qanunları pozan
birliklərin fəaliyyətinə yalnız məhkəmə
qaydasında xitam verilə bilər.
Hər
kəs qanunla nəzərdə tutulmuş qaydada öz
imkanlarından, qabiliyyətindən və əmlakından
sərbəst istifadə edərək təkbaşına
və ya başqaları ilə birlikdə azad sahibkarlıq
fəaliyyəti və ya qanunla qadağan edilməmiş
digər iqtisadi fəaliyyət növü ilə məşğul ola
bilər.
I.
Hər kəsin hüquq və azadlıqlarının
məhkəmədə müdafiəsinə təminat verilir.
II.
Hər kəs dövlət orqanlarının, siyasi partiyaların,
həmkarlar ittifaqlarının və digər ictimai
birliklərin, vəzifəli şəxslərin qərar
və hərəkətlərindən (yaxud
hərəkətsizliyindən) məhkəməyə
şikayət edə bilər.
I.
Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq
hüququ vardır.
II.
Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım
ödənişsiz, dövlət hesabına göstərilir.
III.
Hər bir şəxsin səlahiyyətli dövlət orqanları
tərəfindən tutulduğu, həbsə
alındığı, cinayət törədilməsində
ittiham olunduğu andan müdafiəçinin köməyindən
istifadə etmək hüququ vardır.
Hər
kəsin onun işinə qanunla müəyyən edilmiş
məhkəmədə baxılması hüququ vardır.
Şəxsin razılığı olmadan onun işinə
başqa məhkəmədə baxılmasına yol verilmir.
I.
Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır.
Cinayətin törədilməsində təqsirləndirilən
hər bir şəxs, onun təqsiri qanunla nəzərdə
tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa,
təqsirsiz sayılır.
II.
Şəxsin təqsirli olduğuna əsaslı
şübhələr varsa, onun təqsirli bilinməsinə yol
verilmir.
III.
Cinayətin törədilməsində təqsirləndirilən
şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu
deyildir.
IV.
Ədalət mühakiməsi həyata keçirilərkən qanunu
pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna
bilməz.
V.
Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə
təqsirli sayıla bilməz.
Heç
kəs bir cinayətə görə təkrarən məhkum
edilə bilməz.
Məhkəmənin
məhkum etdiyi hər bir şəxsin öz barəsində
çıxarılmış hökmə qanunla nəzərdə
tutulan qaydada yuxarı məhkəmədə yenidən
baxılması, habelə özünün əfv edilməsi və
cəzasının yüngülləşdirilməsi haqqında
müraciət etmək hüququ vardır.
Heç
kəs özünə, arvadına (ərinə), övladlarına,
valideynlərinə, qardaşına, bacısına
qarşı ifadə verməyə məcbur edilə
bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan
qohumların tam siyahısı qanunla müəyyən edilir.
Səlahiyyətli
dövlət orqanlarının tutduğu, həbsə
aldığı, cinayət törədilməsində ittiham
etdiyi hər bir şəxsə dərhal onun hüquqları
bildirilir və tutulmasının, həbsə
alınmasının və cinayət məsuliyyətinə
cəlb edilməsinin səbəbləri izah edilir.
I.
Cinayət, habelə hakimiyyətdən sui-istifadə
nəticəsində zərər çəkmiş şəxsin
hüquqları qanunla qorunur. Zərər çəkmiş
şəxsin ədalət mühakiməsinin həyata
keçirilməsində iştirak etmək və ona vurulmuş
zərərin ödənilməsini tələb etmək hüququ
vardır.
II.
Hər kəsin dövlət orqanlarının yaxud onların
vəzifəli şəxslərinin qanuna zidd
hərəkətləri və ya hərəkətsizliyi
nəticəsində vurulmuş zərərin dövlət
tərəfindən ödənilməsi hüququ vardır.
I.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasında
olarkən, qanunla və ya Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilə
ilə başqa hal nəzərdə tutulmayıbsa,
Azərbaycan Respublikasının vətəndaşları
ilə bərabər bütün hüquqlardan istifadə edə bilər
və bütün vəzifələri yerinə yetirməlidirlər.
II.
Azərbaycan Respublikası ərazisində daimi yaşayan
və ya müvəqqəti qalan əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin
hüquq və azadlıqları yalnız beynəlxalq hüquq
normalarına və Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq məhdudlaşdırıla
bilər.
I.
Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq
normalarına uyğun olaraq Azərbaycan Respublikası
əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
siyasi sığınacaq verir.
II.
Siyasi əqidəsinə görə, habelə Azərbaycan
Respublikasında cinayət sayılmayan əmələ
görə təqib edilən şəxslərin başqa
dövlətə verilməsinə yol verilmir.
I.
Konstitusiyada təsbit edilmiş insan və vətəndaş
hüquqlarını və azadlıqlarını gözləmək
və qorumaq qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarının borcudur.
II.
İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsini heç kəs
məhdudlaşdıra bilməz.
III.
Müharibə, hərbi vəziyyət və fövqəladə
vəziyyət, habelə səfərbərlik elan
edilərkən insan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata
keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq
öhdəliklərini nəzərə almaq şərti ilə
qismən və müvəqqəti məhdudlaşdırıla
bilər. Həyata keçirilməsi məhdudlaşdırılan
hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan
məlumat verilir.
IV. Heç
bir halda heç kəs din, vicdan, fikir və əqidəsini
açıqlamağa məcbur edilə bilməz və bunlara
görə təqsirləndirilə bilməz.
V. Bu
Konstitusiyanın heç bir müddəası insan və
vətəndaş hüquqlarının və
azadlıqlarının ləğvinə yönəldilmiş
müddəa kimi təfsir edilə bilməz.
VI.
Azərbaycan Respublikası ərazisində insan və
vətəndaş hüquqları və azadlıqları
birbaşa qüvvədədir.
VII.
İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının pozulması ilə əlaqədar
mübahisələri məhkəmələr həll edir.
VIII.
Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan
əmələ görə məsuliyyət daşımır.
Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür
hərəkətlərə görə məsuliyyət aradan
qaldırılmışsa və ya
yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.
IV fəsil
Vətəndaşların
əsas vəzİfələrİ
I.
Dövlət və cəmiyyət qarşısında hər bir
şəxs onun hüquq və azadlıqlarından bilavasitə
irəli gələn vəzifələr daşıyır.
II.
Hər bir şəxs Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına əməl etməli,
başqa şəxslərin hüquq və azadlıqlarına
hörmət bəsləməli, qanunla müəyyən edilmiş
digər vəzifələri yerinə yetirməlidir.
III.
Qanunu bilməmək məsuliyyətdən azad etmir.
I.
Qanunla müəyyən edilmiş vergiləri və başqa
dövlət ödənişlərini tam həcmdə və
vaxtında ödəmək hər bir kəsin borcudur.
II. Heç
kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan
və qanunda göstərilmiş həcmdən əlavə
vergiləri və başqa dövlət ödənişləri
ödəməyə məcbur edilə bilməz.
I.
Vətənə sədaqət müqəddəsdir.
II.
Vəzifəyə seçilmə və ya təyinat yolu ilə
qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti
orqanlarında işləyən şəxslər öz
vəzifələrini dürüst və layiqincə yerinə
yetirməməyə görə məsuliyyət daşıyırlar
və qanunla müəyyən edilmiş hallarda and içirlər.
III.
Vəzifəyə seçilmə və ya təyinat yolu ilə
qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti
orqanlarında işləyən, Azərbaycan Respublikası
Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs
dövlətə qarşı cinayətdə, o cümlədən
dövlətə qarşı qiyamda və ya dövlət
çevrilişində ittiham edilibsə və bu ittiham
əsasında məhkum olunubsa, həmin vəzifədən
getmiş sayılır və bir daha bu vəzifəni tuta
bilməz.
Hər
bir vətəndaş Azərbaycan Respublikasının
dövlət rəmzlərinə - bayrağına, gerbinə
və himninə hörmət etməlidir.
I.
Vətəni müdafiə hər bir vətəndaşın
borcudur.
Qanunla
müəyyən edilmiş qaydada vətəndaşlar hərbi
xidmət keçirlər.
II.
Vətəndaşların əqidəsi həqiqi hərbi
xidmət keçməyə ziddirsə, qanunla müəyyən
edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ
xidmətlə əvəz olunmasına yol verilir.
Tarix
və mədəniyyət abidələrini qorumaq hər bir
şəxsin borcudur.
Ətraf
mühitin qorunması hər bir şəxsin borcudur.
Heç
kəs Azərbaycan Respublikasının Konstitusiyasına
və ya qanunlarına zidd vəzifələrin icrasına
məcbur edilə bilməz.
Konstitusiyanın
və qanunların pozulması, o cümlədən Konstitusiyada
və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə
və ya vəzifələrin yerinə yetirilməməsi
qanunla müəyyən edilən məsuliyyətə
səbəb olur.
V fəsil
Qanunverİcİlİk
hakİmİyyətİ
Azərbaycan
Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan
Respublikasının Milli Məclisi həyata keçirir.
Azərbaycan
Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.
Azərbaycan
Respublikası Milli Məclisinin deputatları majoritar seçki
sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ
əsasında sərbəst, şəxsi və gizli
səsvermə yolu ilə seçilirlər.
I.
Azərbaycan Respublikası Milli Məclisinin hər
çağırışının səlahiyyət müddəti 5
ildir.
II.
Azərbaycan Respublikası Milli Məclisinin hər
çağırışının seçkiləri hər beş
ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
III.
Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının səlahiyyət müddəti Azərbaycan
Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət müddəti ilə
məhdudlaşır.
IV.
Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından
çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni
seçilən deputatın səlahiyyət müddəti
deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə
məhdudlaşır.
I.
Azərbaycan Respublikasının yaşı 25-dən
aşağı olmayan hər bir vətəndaşı qanunla
müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli
Məclisinin deputatı seçilə bilər.
II.
İkili vətəndaşlığı olan, başqa
dövlətlər qarşısında öhdəliyi olan, icra və
ya məhkəmə hakimiyyəti sistemlərində qulluq
edən, elmi, pedaqoji və yaradıcılıq
fəaliyyəti istisna olmaqla, başqa ödənişli
fəaliyyətlə məşğul olan şəxslər,
din xadimləri, fəaliyyət qabiliyyətsizliyi
məhkəmə tərəfindən təsdiq edilən,
ağır cinayətlərə görə məhkum olunmuş
şəxslər, məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü ilə azadlıqdan məhrumetmə
yerlərində cəza çəkən şəxslər
Azərbaycan Respublikasının Milli Məclisinə deputat
seçilə bilməzlər.
Seçkilərin
nəticələrinin düzgünlüyünü qanunla müəyyən
olunmuş qaydada Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi yoxlayır və təsdiq edir.
I.
Azərbaycan Respublikası Milli Məclisi deputatlarının
səlahiyyətləri Azərbaycan Respublikası Milli
Məclisinin yeni çağırışının ilk iclas günü
bitir.
II.
Azərbaycan Respublikası Milli Məclisi
deputatlığından çıxanların yerinə seçkilər
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət
müddətinin bitməsinə 120 gündən az müddət qalarsa,
keçirilmir.
III.
Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının
səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.
I.
Azərbaycan Respublikasının Milli Məclisi hər il iki
növbəti yaz və payız sessiyalarına
yığılır. Azərbaycan Respublikası Milli
Məclisinin 83 deputatının səlahiyyətləri
təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli
Məclisinin ilk iclası həmin gündən başlayaraq bir
həftədən gec olmayaraq çağırılır.
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdən sonra martın 10-dək onun 83 deputatının
sәlahiyyәtlәri təsdiq edilməzsə,
Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının
keçirilmə vaxtını Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi müəyyən edir.
II.
Azərbaycan Respublikası Milli Məclisinin
növbədənkənar sessiyalarını Azərbaycan
Respublikası Milli Məclisinin sədri Azərbaycan
Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası
Milli Məclisinin 42 deputatının tələbi
əsasında çağırır.
III.
Azərbaycan Respublikası Milli Məclisinin
növbədənkənar sessiyasının gündəliyini müvafiq
olaraq onun çağırılmasını tələb
edənlər müəyyənləşdirir. Bu
gündəlikdəki məsələlərə
baxıldıqdan sonra növbədənkənar sessiyanın
işi bitir.
I.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
aşağıdakı hallarda mandatından məhrum edilir:
1)
seçkilər zamanı səslərin düzgün
hesablanmadığı aşkar olunduqda;
2)
Azərbaycan Respublikası vətəndaşlığından
çıxdıqda və ya başqa dövlətin
vətəndaşlığını qəbul etdikdə;
3)
cinayət törətdikdə və məhkəmənin qanuni
qüvvəyə minmiş hökmü olduqda;
4)
dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda,
sahibkarlıq, kommersiya və başqa ödənişli
fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji
və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü
imtina etdikdə.
Azərbaycan
Respublikası Milli Məclisinin deputatlığından
məhrumetmə haqqında qərar qanunla müəyyən
edilmiş qaydada qəbul edilir.
II.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz
səlahiyyətlərini daimi icra edə bilmədikdə
və qanunda nəzərdə tutulmuş digər hallarda
onların səlahiyyətləri itirilir. Müvafiq qərarın
qəbul edilmə qaydası qanunla müəyyən edilir.
I.
Səlahiyyət müddəti ərzində Azərbaycan
Respublikası Milli Məclisi deputatının
şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası
Milli Məclisinin deputatı səlahiyyət müddəti
ərzində cinayət başında yaxalanma hallarından
başqa, cinayət məsuliyyətinə cəlb edilə
bilməz, tutula bilməz, onun barəsində
məhkəmə qaydasında inzibati tənbeh tədbirləri
tətbiq edilə bilməz, axtarışa məruz qala
bilməz, şəxsi müayinə edilə bilməz.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
cinayət başında yaxalanarsa, tutula bilər. Belə
olduqda Azərbaycan Respublikası Milli Məclisinin
deputatını tutan orqan bu barədə dərhal
Azərbaycan Respublikasının Baş prokuroruna xəbər
verməlidir.
II.
Azərbaycan Respublikası Milli Məclisinin deputatının
toxunulmazlığına yalnız Azərbaycan Respublikası
Baş prokurorunun təqdimatına əsasən Azərbaycan
Respublikası Milli Məclisinin qərarı ilə xitam
verilə bilər.
Azərbaycan
Respublikası Milli Məclisinin deputatları Azərbaycan
Respublikası Milli Məclisindəki fəaliyyətinə,
səsverməyə və söylədiyi fikrə görə
məsuliyyətə cəlb oluna bilməzlər.
Razılığı olmadan onlardan bu hallarla əlaqədar
izahat, ifadə tələb edilə bilməz.
Azərbaycan
Respublikasının Milli Məclisi öz iş qaydasını
müəyyən edir və Milli Məclisin müvafiq
orqanlarını yaradır, o cümlədən öz sədrini
və onun müavinlərini seçir, daimi və başqa komissiyalar
təşkil edir, Hesablama Palatası yaradır.
I.
Azərbaycan Respublikasının Milli Məclisi öz
səlahiyyətlərinə aid məsələlər
üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar
qəbul edir.
II.
Azərbaycan Respublikasının Milli Məclisində
Konstitusiya qanunları, qanunlar və qərarlar bu Konstitusiya
ilə nəzərdə tutulmuş qaydada qəbul edilir.
III.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları
səsvermə hüququnu şəxsən həyata keçirirlər.
IV.
Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin
qərarlarında icra hakimiyyəti və məhkəmə
orqanlarına konkret tapşırıqlar nəzərdə
tutula bilməz.
I.
Azərbaycan Respublikasının Milli Məclisi
aşağıdakı məsələlərə dair ümumi
qaydalar müəyyən edir:
1) bu
Konstitusiyada təsbit edilmiş insan və vətəndaş
hüquqlarından və azadlıqlarından istifadə, bu
hüquqların və azadlıqların dövlət təminatı;
2)
Azərbaycan Respublikası Prezidentinin seçkiləri;
3)
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının statusu;
4)
referendum;
5)
məhkəmə quruluşu və hakimlərin statusu;
prokurorluq; vəkillik və notariat;
6)
məhkəmə icraatı, məhkəmə
qərarlarının icrası;
7)
bələdiyyələrə seçkilər və
bələdiyyələrin statusu;
8)
fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət
rejimi;
9)
dövlət təltifləri;
10)
fiziki və hüquqi şəxslərin statusu;
11)
mülki hüquq obyektləri;
12)
əqdlər, mülki müqavilələr, nümayəndəlik və
vərəsəlik;
13)
mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və
bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli
mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik
hüququ;
14)
ailə münasibətləri, o cümlədən himayəçilik
və qəyyumluq;
15)
maliyyə fəaliyyətinin əsasları, vergilər,
rüsumlar və ödənişlər;
16)
əmək münasibətləri və sosial təminat;
17)
cinayətlərin və başqa hüquq pozuntularının
müəyyən edilməsi, onların törədilməsinə
görə məsuliyyətin təyin edilməsi;
18)
müdafiə və hərbi qulluq;
19)
dövlət qulluğu;
20)
təhlükəsizliyin əsasları;
21)
ərazi quruluşu; dövlət sərhədi rejimi;
22)
beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;
23)
rabitə və nəqliyyat işi;
24)
statistika, metrologiya və standartlar;
25)
gömrük işi;
26)
ticarət işi və birja fəaliyyəti;
27)
bank işi, mühasibat, sığorta.
II. Bu
maddənin 2,3,4-cü bəndlərində göstərilən
məsələlərə dair qanunlar 83 səs çoxluğu
ilə, qalan məsələlərə dair qanunlar isə 63
səs çoxluğu ilə qəbul edilir.
III. Bu
maddənin I hissəsinə Konstitusiya qanunu ilə
əlavələr edilə bilər.
I.
Azərbaycan Respublikası Milli Məclisinin
səlahiyyətinə aşağıdakı
məsələlərin həlli aiddir:
1)
Azərbaycan Respublikası Milli Məclisinin işinin
təşkili;
2)
Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə
Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin
təsis edilməsi;
3)
inzibati ərazi bölgüsü;
4)
dövlətlərarası müqavilələrin təsdiq və
ləğv edilməsi;
5)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin
təsdiq edilməsi və onun icrasına nəzarət;
6)
Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin seçilməsi;
7)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikasının hərbi
doktrinasının təsdiqi;
8) bu
Konstitusiyada nəzərdə tutulmuş hallarda Azərbaycan
Respublikası Prezidentinin fərmanlarının təsdiqi;
9)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikasının Baş nazirinin
vəzifəyə təyin edilməsinə razılıq
verilməsi;
10)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi, Azərbaycan Respublikası Ali
Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya
məhkəmələri hakimlərinin təyin edilməsi;
11)
Azərbaycan Respublikasının Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası Baş prokurorunun
vəzifəyə təyin və vəzifədən azad
edilməsinə razılıq verilməsi;
12)
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
təqdimatına əsasən Azərbaycan Respublikası
Prezidentinin impiçment qaydasında vəzifədən
kənarlaşdırılması;
13)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən hakimlərin vəzifədən kənarlaşdırılması;
14)
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad
məsələsinin həll edilməsi;
15)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası Milli Bankı
İdarə Heyəti üzvlərinin vəzifəyə təyin
və vəzifədən azad edilməsi;
16)
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin təyinatı ilə bağlı olmayan
vəzifələrin icrasına cəlb edilməsinə
razılıq verilməsi;
17)
Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən
müharibə elan edilməsinə və sülh bağlanmasına
razılıq verilməsi;
18)
referendum təyin edilməsi;
19)
amnistiya.
II. Bu
maddənin 1-5-ci bəndlərində göstərilən
məsələlərə dair 63 səs çoxluğu ilə
qanunlar, qalan məsələlərə dair isə, bu
Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni
qaydada qərarlar qəbul edilir.
III. Bu
Konstitusiyada Azərbaycan Respublikası Milli Məclisinin
səlahiyyətlərinə aid edilən digər
məsələlərə, Azərbaycan Respublikası Milli
Məclisinin işinin təşkili ilə əlaqədar
məsələlərə, Azərbaycan Respublikası Milli
Məclisinin münasibətinin bildirilməsi zəruri olan
məsələlərə dair də qərarlar qəbul
edilir.
IV. Bu
maddənin I hissəsinə Konstitusiya qanunu ilə
əlavələr edilə bilər.
I.
Azərbaycan Respublikasının Milli Məclisində
qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini
və başqa məsələləri Azərbaycan
Respublikası Milli Məclisinin müzakirəsinə təqdim
etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarına, Azərbaycan Respublikasının
Prezidentinə, Azərbaycan Respublikasının Ali
Məhkəməsinə, Azərbaycan Respublikasının
Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinə mənsubdur.
II.
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü
qaydasında Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə verdiyi qanun və ya qərar layihələri
müzakirəyə təqdim olunmuş şəkildə
çıxarılır və səsə qoyulur.
III.
Belə qanun və ya qərar layihələrində
dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan
istifadə edən orqanın razılığı ilə
edilə bilər.
IV.
Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan
Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali
Məhkəməsinin, Azərbaycan Respublikası
Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə
təqdim etdiyi qanun və ya qərar layihələri iki ay
ərzində səsə qoyulur.
V.
Qanun və ya qərar layihəsini Azərbaycan
Respublikasının Prezidenti, Azərbaycan Respublikasının
Ali Məhkəməsi, Azərbaycan Respublikasının
Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi təcili elan edibsə, bu müddət 20 gün
təşkil edir.
I.
Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində
Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün
təqdim edilir.
II.
Təcili elan olunan qanun layihəsi Azərbaycan
Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi
gündən 24 saat ərzində təqdim edilir.
Qanunun
və Azərbaycan Respublikası Milli Məclisinin
qərarının özündə başqa qayda nəzərdə
tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən
qüvvəyə minir.
VI fəsil
İcra
hakİmİyyətİ
Azərbaycan
Respublikasında icra hakimiyyəti Azərbaycan
Respublikasının Prezidentinə mənsubdur.
Yaşı
otuz beşdən aşağı olmayan, Azərbaycan
Respublikasının ərazisində 10 ildən artıq daimi
yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan,
o cümlədən ağır cinayətə görə məhkum
olunmayan, başqa dövlətlər qarşısında
öhdəliyi olmayan, ali təhsilli, ikili
vətəndaşlığı olmayan Azərbaycan
Respublikasının vətəndaşı Azərbaycan
Respublikasının Prezidenti seçilə bilər.
I.
Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər
və birbaşa seçki hüququ əsasında sərbəst,
şəxsi və gizli səsvermə yolu ilə 5 il
müddətinə seçilir.
II.
Azərbaycan Respublikasının Prezidenti səsvermədə
iştirak edənlərin yarısından çoxunun səs
çoxluğu ilə seçilir.
III. Bu
səs çoxluğu səsvermənin birinci dövrəsində
toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü
səsvermənin ikinci dövrəsi keçirilir. İkinci
dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış
iki namizəd yaxud ən çox səs toplamış və öz
namizədliyini geri götürmüş namizədlərdən sonra
gələn iki namizəd iştirak edir.
IV.
Səsvermənin ikinci dövrəsində səs çoxluğu
toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti
seçilmiş sayılır.
V. Heç
kəs iki dəfədən artıq təkrarən
Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.
VI. Bu
maddənin tətbiqi qaydası qanunla müəyyən edilir.
Azərbaycan
Respublikası Prezidenti seçkilərinin yekunları haqqında
məlumatı səsvermə günündən sonra 14 gün
ərzində Azərbaycan Respublikasının Konstitusiya
məhkəməsi rəsmən elan edir.
I.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş
şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin
yekunları haqqında məlumatın elan olunduğu gündən
başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi
hakimlərinin iştirakı ilə belə bir and içir:
“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
həyata keçirərkən Azərbaycan Respublikasının
Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini
və ərazi bütövlüyünü qoruyacağıma, xalqa
ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
II. And
içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz
səlahiyyətlərinin icrasına başlamış
sayılır.
I.
Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə,
səhhətinə görə öz səlahiyyətlərinin icra
etmək qabiliyyətini tamamilə itirdikdə, bu Konstitusiya
ilə nəzərdə tutulmuş hallarda və qaydada
vəzifəsindən kənarlaşdırıldıqda
vaxtından əvvəl vəzifədən getmiş
sayılır.
II.
Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun
istefa ərizəsi Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə təqdim olunur. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi istefa
ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün
verdiyinə əmin olduğu təqdirdə Azərbaycan
Respublikası Prezidentinin istefasının qəbul olunması
haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan
Respublikasının Prezidenti istefa verdiyinə görə
vəzifədən getmiş sayılır.
III.
Azərbaycan Respublikası Prezidentinin səhhətinə
görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini
tamamilə itirdiyi barədə məlumat verildikdə
Azərbaycan Respublikasının Milli Məclisi bu faktın
aydınlaşdırılması üçün Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə müraciət
edir. Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi bu barədə qərarı hakimlərin 6
səs çoxluğu ilə qəbul edir. Əgər Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi bu faktı
təsdiq etməzsə, məsələ bununla bitmiş
sayılır.
I.
Azərbaycan Respublikasının Prezidenti vaxtından
əvvəl vəzifədən getdikdə üç ay ərzində
növbədənkənar Azərbaycan Respublikasının
Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının
yeni Prezidenti seçilənədək Azərbaycan
Respublikasının Prezidenti səlahiyyətlərini
Azərbaycan Respublikasının Baş naziri icra edir.
II. Bu
müddət ərzində Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini icra edən Azərbaycan
Respublikasının Baş naziri istefa verdikdə,
səhhətinə görə öz səlahiyyətlərini icra
etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan
Respublikası Milli Məclisinin sədri icra edir.
III. Bu
maddənin II hissəsində göstərilən
səbəblərə görə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası
Milli Məclisi sədrinin icra etməsi mümkün olmadıqda
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərinin başqa
vəzifəli şəxs tərəfindən icrası
haqqında qərar qəbul edir.
Azərbaycan
Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir.
Azərbaycan Respublikası Prezidentinin şərəf və
ləyaqəti qanunla qorunur.
I.
Azərbaycan Respublikası Prezidentinin vəzifədən
kənarlaşdırılması təşəbbüsü
Azərbaycan Respublikasının Prezidenti ağır
cinayət törətdikdə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə
Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün müddətində
verilən rəyi əsasında Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında
irəli sürülə bilər.
II.
Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının 95 səs çoxluğu ilə qəbul
olunmuş qərar əsasında Azərbaycan
Respublikasının Prezidenti vəzifədən
kənarlaşdırıla bilər. Bu qərarı
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədri imzalayır. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi həmin qərarın
imzalanmasına bir həftə ərzində tərəfdar
çıxmazsa, qərar qüvvəyə minmir.
III.
Azərbaycan Respublikası Prezidentinin vəzifədən
kənarlaşdırılması haqqında qərar
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Azərbaycan Respublikasının Milli Məclisinə
müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində
qəbul olunmalıdır. Bu müddətə göstərilən
qərar qəbul edilməsə, Azərbaycan
Respublikasının Prezidentinə qarşı irəli
sürülmüş ittiham rədd edilmiş sayılır.
Azərbaycan
Respublikasının Prezidenti və onun ailəsi dövlət
hesabına təmin edilir. Azərbaycan Respublikası
Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi
mühafizə xidmətləri təmin edir.
Azərbaycan
Respublikasının Prezidenti:
1)
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri
təyin edir;
2)
Azərbaycan Respublikasının dövlət büdcəsini
Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə
təqdim edir;
3)
dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir;
4)
Azərbaycan Respublikası Milli Məclisinin
razılığı ilə Azərbaycan Respublikasının
Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan
Respublikasının Baş nazirini vəzifədən azad edir;
5)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini
vəzifəyə təyin və vəzifədən azad edir;
zəruri hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin
iclaslarına sədrlik edir;
6)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası
haqqında qərar qəbul edir;
7)
Azərbaycan Respublikasının dövlət büdcəsində icra
hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər
çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti
orqanları yaradır;
8)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar
və sərəncamlarını, mərkəzi və yerli
icra hakimiyyəti orqanlarının aktlarını ləğv
edir;
9)
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi, Azərbaycan Respublikasının Ali
Məhkəməsi və Azərbaycan Respublikasının
apellyasiya məhkəmələri hakimlərinin
vəzifəyə təyin edilməsi haqqında Azərbaycan
Respublikasının Milli Məclisinə təqdimatlar verir;
Azərbaycan Respublikasının digər məhkəmələrinin
hakimlərini vəzifəyə təyin edir; Azərbaycan
Respublikasının Baş prokurorunu Azərbaycan
Respublikası Milli Məclisinin razılığı ilə
vəzifəyə təyin və vəzifədən azad edir;
10)
Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti
üzvlərinin vəzifəyə təyin və
vəzifədən azad edilməsi barədə Azərbaycan
Respublikasının Milli Məclisinə təqdimat verir;
11)
Azərbaycan Respublikasının hərbi doktrinasını
Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə
verir;
12)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali
komanda heyətini vəzifəyə təyin və
vəzifədən azad edir;
13)
Azərbaycan Respublikası Prezidentinin icra Aparatını
təşkil edir və onun rəhbərini təyin edir;
14)
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin seçilməsi haqqında Azərbaycan
Respublikası Milli Məclisinə təqdimat verir;
15)
Azərbaycan Respublikasının xarici ölkələrdə
və beynəlxalq təşkilatlarda diplomatik
nümayəndəliklərinin təsis edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinə təqdimat
verir, Azərbaycan Respublikasının xarici
ölkələrdə və beynәlxalq təşkilatlarda
diplomatik nümayəndələrini təyin edir və geri
çağırır;
16)
xarici dövlətlərin diplomatik nümayəndələrinin
etimadnamə və övdətnamələrini qəbul edir;
17)
dövlətlərarası və hökumətlərarası
beynəlxalq müqavilələri bağlayır,
dövlətlərarası beynəlxalq müqavilələri
təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim edir; təsdiqnamələri
imzalayır;
18)
referendum təyin edir;
19)
qanunları imzalayır və dərc edir;
20)
vətəndaşlıq məsələlərini həll
edir;
21)
siyasi sığınacaq verilməsi məsələlərini
həll edir;
22)
əfv edir;
23)
dövlət təltifləri ilə təltif edir;
24) ali
hərbi və ali xüsusi rütbələr verir;
25)
ümumi və qismən səfərbərlik elan edir, habelə
səfərbərlik üzrə çağırılanları
tərxis edir;
26)
Azərbaycan Respublikası vətəndaşlarının
müddətli hərbi xidmətdə çağırılması
və müddətli hərbi xidmətdə olan hərbi
qulluqçuların ehtiyata buraxılması barədə
qərarlar qəbul edir;
27)
Azərbaycan Respublikasının Təhlükəsizlik
Şurasını yaradır;
28)
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
təyinatı ilə bağlı olmayan vəzifələrin
icrasına cəlb edilməsinə razılıq verilməsi
barədə Azərbaycan Respublikasının Milli
Məclisinə təqdimat verir;
29)
fövqəladə və hərbi vəziyyət elan edir;
30)
Azərbaycan Respublikası Milli Məclisinin
razılığı ilə müharibə elan edir və sülh
bağlayır;
31)
Azərbaycan Respublikasının dövlət büdcəsində bu
məqsədlər üçün nəzərdə tutulmuş
xərclər çərçivəsində xüsusi mühafizə
xidmətləri yaradır;
32) bu
Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin
və məhkəmə orqanlarının
səlahiyyətlərinə aid edilməyən digər
məsələləri icra qaydasında həll edir.
I.
Azərbaycan Respublikasının Prezidenti qanunları ona
təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində
imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin
etirazını doğurursa, o, qanunu imzalamayıb öz
etirazları ilə birlikdə göstərilən müddət
ərzində Azərbaycan Respublikasının Milli
Məclisinə qaytara bilər.
II.
Konstitusiya qanunları Azərbaycan Respublikasının
Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir.
Azərbaycan Respublikasının Milli Məclisi 83 səs
çoxluğu ilə qəbul edilən qanunları 95 səs
çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən
qanunları isə 83 səs çoxluğu ilə yenidən
qəbul edirsə, belə qanunlar təkrar
səsvermədən sonra qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası
ərazisinin müəyyən hissəsi faktik işğal
olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan
Respublikasına müharibə elan etdikdə, Azərbaycan
Respublikasına qarşı real silahlı hücum təhlükəsi
yarandıqda, Azərbaycan Respublikasının ərazisi
blokadaya alındıqda, habelə blokada üçün real təhlükə
olduqda Azərbaycan Respublikasının bütün ərazisində
və ayrı-ayrı yerlərində hərbi vəziyyət
elan edir və bu barədə qəbul etdiyi fərmanı 24
saat müddətində Azərbaycan Respublikası Milli
Məclisinin təsdiqinə verir.
Azərbaycan
Respublikasının Prezidenti təbii fəlakətlər,
epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar
baş verdikdə, habelə Azərbaycan Respublikasının
ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı
qiyama və ya dövlət çevrilişinə yönəldilən
hərəkətlər edildikdə, zorakılıqla
müşayiət olunan kütləvi iğtişaşlar
yarandıqda, vətəndaşların həyatı və
təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal
fəaliyyəti üçün qorxu törədən digər
münaqişələr meydana gəldikdə Azərbaycan
Respublikasının ayrı-ayrı yerlərində
fövqəladə vəziyyət tətbiq edir və bu
barədə qəbul etdiyi fərmanı 24 saat
müddətində Azərbaycan Respublikası Milli Məclisinin
təsdiqinə verir.
I.
Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan
Respublikasının Prezidenti fərmanlar, başqa
məsələlər barəsində isə
sərəncamlar qəbul edir.
II.
Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarında başqa qayda nəzərdə
tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə
minir.
I.
Azərbaycan Respublikasının Prezidenti icra
səlahiyyətlərinin həyata keçirilməsinin
təşkili məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabinetini yaradır.
II. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikası Prezidentinin yuxarı icra orqanıdır.
III.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Prezidentinə tabedir və
onun qarşısında cavabdehdir.
IV.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş
qaydasını Azərbaycan Respublikasının Prezidenti
müəyyənləşdirir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan
Respublikasının Baş naziri, onun müavinləri, nazirlər
və başqa mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri daxildirlər.
Yeni
seçilmiş Azərbaycan Respublikasının Prezidenti
vəzifəsini tutduğu və səlahiyyətlərini icra
etməyə başladığı gün Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikası Prezidentinə istefa verir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq,
Azərbaycan Respublikasının Baş naziri sədrlik edir.
I.
Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan
Respublikası Milli Məclisinin razılığı ilə
Azərbaycan Respublikasının Prezidenti təyin edir.
II.
Azərbaycan Respublikasının Baş naziri
vəzifəsinə namizədlik haqqında təklifi
Azərbaycan Respublikasının Prezidenti onun öz
vəzifələrinin icrasına başladığı
gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər
Kabinetinin istefa verdiyi gündən iki həftə
müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli
Məclisinin müzakirəsinə təqdim edir.
III.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikasının Baş naziri vəzifəsinə
namizədlik haqqında qərarı həmin namizədliyin
təqdim edildiyi gündən bir həftədən gec olmayaraq
qəbul edir. Göstərilən qayda pozularsa və ya
Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi
namizədlərin Azərbaycan Respublikasının Baş
naziri vəzifəsinə təyin olunmasına üç dəfə
razılıq verilməzsə, Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının
Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin
razılığı olmadan təyin edə bilər.
Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
-
Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir;
-
Azərbaycan Respublikası dövlət büdcəsinin
icrasını təmin edir;
-
maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini
təmin edir;
-
dövlət iqtisadi proqramlarının həyata keçirilməsini
təmin edir;
-
dövlət sosial təminat proqramlarının həyata
keçirilməsini təmin edir;
-
nazirliklərə və digər mərkəzi icra
hakimiyyәti orqanlarına rəhbərlik edir, onların
aktlarını ləğv edir;
-
Azərbaycan Respublikası Prezidentinin onun
səlahiyyətlərinə aid etdiyi digər
məsələləri həll edir.
I.
Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərarlar, başqa
məsələlər üzrə sərəncamlar qəbul edir.
II.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarında başqa qayda nəzərdə
tutulmayıbsa, onlar dərc edildiyi gündən qüvvəyə
minir.
I.
Azərbaycan Respublikasının Baş naziri
vəzifəsinə yaşı 30-dan aşağı olmayan,
seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli,
başqa dövlət qarşısında öhdəliyi olmayan
Azərbaycan Respublikası vətəndaşı təyin
edilir.
II.
Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər
mərkəzi icra hakimiyyəti orqanının rəhbəri
vəzifəsinə yaşı 25-dən aşağı
olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali
təhsilli, başqa dövlət qarşısında öhdəliyi
olmayan Azərbaycan Respublikası vətəndaşı
təyin edilir.
Azərbaycan
Respublikasının Baş naziri, onun müavinləri, nazirlər,
digər mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərləri heç bir başqa seçkili və ya
təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji
və yaradıcılıq fəaliyyətindən başqa heç
bir sahibkarlıq, kommersiya və digər ödənişli
fəaliyyətlə məşğul ola bilməzlər,
vəzifə maaşından, habelə elmi, pedaqoji və
yaradıcılıq fəaliyyətinə görə
aldığı vəsaitdən başqa məvacib ala
bilməzlər.
I.
Səlahiyyət müddəti ərzində Azərbaycan
Respublikası Baş nazirinin şəxsiyyəti
toxunulmazdır.
II.
Azərbaycan Respublikasının Baş naziri, cinayət
başında yaxalanma hallarından başqa tutula bilməz,
cinayət məsuliyyətinə cəlb edilə bilməz,
onun barəsində məhkəmə qaydasında inzibati
tənbeh tədbirləri tətbiq edilə bilməz,
axtarışa məruz qala bilməz, şəxsi müayinə
edilə bilməz.
III.
Azərbaycan Respublikasının Baş naziri cinayət
başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan
orqan bu barədə dərhal Azərbaycan Respublikasının
Baş prokuroruna xəbər verməlidir.
IV.
Azərbaycan Respublikası Baş nazirinin
toxunulmazlığına yalnız Azərbaycan Respublikası
Baş prokurorunun təqdimatına əsasən Azərbaycan
Respublikasının Prezidenti tərəfindən xitam
verilə bilər.
I.
Yerlərdə icra hakimiyyətini yerli icra
hakimiyyətlərinin başçıları həyata
keçirirlər.
II.
İcra hakimiyyəti başçılarını Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin və
vəzifədən azad edir.
III.
Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
VII fəsil
Məhkəmə
hakİmİyyətİ
I.
Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini
ədalət mühakiməsi yolu ilə yalnız
məhkəmələr həyata keçirirlər.
II.
Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi, Azərbaycan
Respublikasının Ali Məhkəməsi, Azərbaycan
Respublikasının apellyasiya məhkəmələri,
Azərbaycan Respublikasının ümumi məhkəmələri
və digər ixtisaslaşdırılmış
məhkəmələri həyata keçirirlər.
III.
Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və
cinayət məhkəmə icraatı vasitəsi ilə və
qanunla nəzərdə tutulmuş digər vasitələr
ilə həyata keçirilir.
IV.
Cinayət məhkəmə icraatında Azərbaycan
Respublikasının Prokurorluğu və müdafiə
tərəfi iştirak edir.
V.
Məhkəmə quruluşu və məhkəmə
icraatı qaydası qanunla müəyyən olunur.
VI.
Məhkəmələrin səlahiyyətlərinin
dəyişdirilməsi məqsədi ilə müəyyən
olunmamış hüquqi üsulların tətbiq edilməsi və
fövqəladə məhkəmələrin yaradılması
qadağandır.
I. Yaşı
30-dan aşağı olmayan, seçkilərdə iştirak
etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas
ixtisası üzrə 5 ildən artıq işləyən
Azərbaycan Respublikası vətəndaşları hakim ola
bilərlər.
II.
Hakimlər heç bir başqa seçkili və təyinatlı
vəzifə tuta bilməzlər, elmi, pedaqoji və
yaradıcılıq fəaliyyətindən başqa heç bir
sahibkarlıq, kommersiya və digər ödənişli
fəaliyyətlə məşğul ola bilməzlər,
siyasi fəaliyyətlə məşğul ola bilməz və
siyasi partiyalara üzv ola bilməzlər, vəzifə
maaşından, habelə elmi, pedaqoji və
yaradıcılıq fəaliyyətinə görə
aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
I.
Hakimlər müstəqildir, yalnız Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına
tabedirlər və səlahiyyətləri müddətində
dəyişilməzdirlər.
II.
Hakimlər işlərə qərəzsiz,
ədalətlə, tərəflərin hüquq
bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq
baxırlar.
III.
Hər hansı bir şəxs tərəfindən və
hər hansı bir səbəbdən bilavasitə, yaxud
dolayı yolla məhkəmə icraatına məhdudiyyət
qoyulması, qanunla zidd təsir, hədə və müdaxilə
edilməsi yolverilməzdir.
IV.
Ədalət mühakiməsi vətəndaşların qanun
və məhkəmə qarşısında bərabərliyi
əsasında həyata keçirilir.
V.
Bütün məhkəmələrdə işlərin icraatı
açıq aparılır.
İşə
qapalı iclasda baxılmasına yalnız o halda icazə
verilir ki, məhkəmə açıq icraatın dövlət,
peşə və kommersiya sirrinin açılmasına səbəb
olacağını güman edir, ya da vətəndaşların
şəxsi və ya ailə həyatının məxfiliyini
qorumaq zərurətini mövcudluğunu müəyyən edir.
VI.
Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla,
cinayət işlərinin qiyabi məhkəmə icraatına
yol verilmir.
VII.
Məhkəmə icraatı çəkişmə prinsipi
əsasında həyata keçirilir.
VIII.
Məhkəmə icraatının istənilən
mərhələsində hər kəsin müdafiə hüququ
təmin olunur.
IX.
Ədalət məhkəməsi təqsirsizlik
prezumpsiyasına əsaslanır.
X.
Azərbaycan Respublikasında məhkəmə icraatı
Azərbaycan Respublikasının dövlət dilində və ya
müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin
dilində aparılır. İşin iştirakçısı olub
məhkəmə icraatının aparıldığı dili
bilməyən şəxslərin işin materialları
ilə tam tanış olmaq, məhkəmədə
tərcüməçi vasitəsi ilə iştirak etmək və
məhkəmədə ana dilində çıxış etmək
hüququ təmin edilir.
I.
Hakimlər toxunulmazdırlar.
II.
Hakim cinayət məsuliyyətinə yalnız qanunda
nəzərdə tutulan qaydada cəlb oluna bilər.
III.
Hakimlərin səlahiyyətlərinə yalnız qanunda
nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq
surətdə xitam verilə bilər.
IV.
Hakimlərin vəzifədən
kənarlaşdırılması təşəbbüsünü
hakimlər cinayət törətdikdə Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali
Məhkəməsinin rəyi əsasında Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında
irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının
Ali Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin
sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir.
V.
Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi, Azərbaycan Respublikasının Ali
Məhkəməsi və Azərbaycan Respublikasının
apellyasiya məhkəmələri hakimlərinin işdən
kənarlaşdırılması haqqında qərar
Azərbaycan Respublikasının Milli Məclisində 83
səs çoxluğu ilə qəbul edilir; başqa hakimlərin
işdən kənarlaşdırılması haqqında
qərar Azərbaycan Respublikasının Milli Məclisində
63 səs çoxluğu ilə qəbul edilir.
Məhkəmənin
qəbul etdiyi qərarlar dövlətin adından
çıxarılır və onların icrası məcburidir.
I.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
9 hakimdən ibarətdir.
II.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
hakimlərini Azərbaycan Respublikası Prezidentinin
təqdimatı ilə Azərbaycan Respublikasının Milli
Məclisi təyin edir.
III.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali
Məhkəməsinin, Azərbaycan Respublikası
Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sorğusu əsasında aşağıdakı
məsələləri həll edir:
1)
Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarının,
Azərbaycan Respublikası Milli Məclisinin
qərarlarının, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarının,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının Azərbaycan Respublikası Konstitusiyasına
uyğunluğu;
2)
Azərbaycan Respublikası Prezidentinin fərmanlarının,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarının, mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının Azərbaycan
Respublikası qanunlarına uyğunluğu;
3)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarının, mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının Azərbaycan
Respublikası Prezidentinin fərmanlarına uyğunluğu;
4)
Azərbaycan Respublikası Ali Məhkəməsinin
qərarlarının qanunda nəzərdə tutulmuş
hallarda Azərbaycan Respublikası Konstitusiyasına və
qanunlarına uyğunluğu;
5)
bələdiyyə aktlarının Azərbaycan Respublikası
Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına,
Azərbaycan Respublikası Prezidentinin fərmanlarına,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm
də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına,
qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin qərarlarına) uyğunluğu;
6)
Azərbaycan Respublikasının qüvvəyə minməmiş
dövlətlərarası müqavilələrinin Azərbaycan
Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan
Respublikasının hökumətlərarası
müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına
və qanunlarına uyğunluğu;
7)
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının,
qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin qərarlarının və Nazirlər Kabinetinin
qərarlarının Azərbaycan Respublikası
Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar
Respublikası qanunlarının, Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin qərarlarının
Azərbaycan Respublikası qanunlarına uyğunluğu;
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
qərarlarının Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarına uyğunluğu;
8)
qanunvericilik, icra və məhkəmə hakimiyyətləri
arasında səlahiyyətlər bölgüsü ilə bağlı
mübahisələr.
IV.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali
Məhkəməsinin, Azərbaycan Respublikası
Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sorğusu əsasında Azərbaycan
Respublikasının Konstitusiyasını və
qanunlarını şərh edir.
V.
Hər kəs onun hüquq və azadlıqlarını pozan
qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ
aktlarından, bələdiyyə və məhkəmə
aktlarından qanunla müəyyən edilmiş qaydada bu
maddənin III hissəsinin 1-7-ci bəndlərində
göstərilən məsələlərin Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi
tərəfindən həll edilməsi üçün Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə
pozulmuş insan hüquq və azadlıqlarının bərpa
edilməsi məqsədi ilə şikayət verə
bilər.
VI.
Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilmiş qaydada məhkəmələr insan
hüquq və azadlıqlarının həyata keçirilməsi
məsələləri ilə bağlı Azərbaycan
Respublikası Konstitusiyasının və qanunlarının
şərh edilməsi haqqında Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə
müraciət edə bilərlər.
VII.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkili insan hüquq və azadlıqlarını pozan
qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ
aktlarından, bələdiyyə və məhkəmə aktlarından
qanunla müəyyən edilmiş qaydada bu maddənin III
hissəsinin 1-7-ci bəndlərində göstərilən
məsələlərin Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi tərəfindən həll
edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə sorğu verə bilər.
VIII.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
bu Konstitusiyada nəzərdə tutulmuş digər
səlahiyyətləri də həyata keçirir.
IX.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
öz səlahiyyətlərinə aid edilən
məsələlərə dair qərarlar qəbul edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
qərarı Azərbaycan Respublikası ərazisində
məcburi qüvvəyə malikdir.
X.
Qanunlar və digər aktlar yaxud onların ayrı-ayrı
müddəaları, Azərbaycan Respublikasının
hökumətlərarası müqavilələri Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin qərarında müəyyən
edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan
Respublikasının dövlətlərarası müqavilələri
isə qüvvəyə minmir.
I.
Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi
və ixtisaslaşdırılmış
məhkəmələrin icraatına aid edilən mülki,
cinayət və digər işlər üzrə ali
məhkəmə orqanıdır; o, kassasiya qaydasında
ədalət mühakiməsini həyata keçirir;
məhkəmələrin praktikasına aid
məsələlər üzrə izahatlar verir.
II.
Azərbaycan Respublikası Ali Məhkəməsinin
hakimlərini Azərbaycan Respublikası Prezidentinin
təqdimatı ilə Azərbaycan Respublikasının Milli
Məclisi təyin edir.
I.
Azərbaycan Respublikasının apellyasiya
məhkəmələri qanunla onların
səlahiyyətlərinə aid edilmiş işlər üzrə
yuxarı instansiya məhkəmələridir.
II.
Azərbaycan Respublikasının apellyasiya
məhkəmələrinin hakimlərini Azərbaycan
Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan
Respublikasının Milli Məclisi təyin edir.
I.
Azərbaycan Respublikasının Prokurorluğu qanunla
nəzərdə tutulmuş qaydada və hallarda qanunların
icra və tətbiq olunmasına nəzarət edir; qanunla
nəzərdə tutulmuş hallarda cinayət işləri
başlayır və istintaq aparır; məhkəmədə
dövlət ittihamını müdafiə edir;
məhkəmədə iddia qaldırır; məhkəmə
qərarlarından protest verir.
II.
Azərbaycan Respublikasının Prokurorluğu ərazi və
ixtisaslaşdırılmış prokurorların Azərbaycan
Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid
mərkəzləşdirilmiş orqandır.
III.
Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli
Məclisinin razılığı ilə vəzifəyə
təyin və vəzifədən azad edir.
IV. Azərbaycan
Respublikası Baş prokurorunun müavinlərini, respublika
ixtisaslaşdırlmış prokurorluqlarına
rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar
Respublikasının prokurorunu Azərbaycan Respublikası
Baş prokurorunun təqdimatı ilə Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin və
vəzifədən azad edir.
V.
Ərazi və ixtisaslaşdırılmış
prokurorları Azərbaycan Respublikası Prezidentinin
razılığı ilə Azərbaycan Respublikasının
Baş prokuroru vəzifəyə təyin və
vəzifədən azad edir.
VIII fəsil
Naxçıvan
Muxtar Respublİkası
I.
Naxçıvan Muxtar Respublikası Azərbaycan
Respublikasının tərkibində muxtar dövlətdir.
II.
Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə
müəyyən edilir.
III.
Naxçıvan Muxtar Respublikası Azərbaycan
Respublikasının ayrılmaz tərkib hissəsidir.
IV.
Azərbaycan Respublikası Konstitusiyası, qanunları,
Azərbaycan Respublikası Prezidentinin fərmanları və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
Naxçıvan Muxtar Respublikasının ərazisində
məcburidir.
V.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və
qanunları müvafiq olaraq Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi
qərarlar Azərbaycan Respublikası Konstitusiyasına,
qanunlarına, Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarına zidd olmamalıdır.
VI.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının Milli Məclisinə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.
I.
Naxçıvan Muxtar Respublikasının qanunvericilik
hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti, məhkəmə
hakimiyyətini Naxçıvan Muxtar Respublikasının
məhkəmələri həyata keçirir.
II.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə
onun səlahiyyətlərinə aid edilən
məsələlərin həllində, Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikasının Konstitusiyası, qanunları və
Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə
onun səlahiyyətlərinə aid edilən
məsələlərin həllində, Naxçıvan Muxtar
Respublikasının məhkəmələri isə
Azərbaycan Respublikası Konstitusiyası və qanunlar ilə
onların səlahiyyətlərinə aid edilən
məsələlərin həllində müstəqildirlər.
Naxçıvan
Muxtar Respublikasının ali vəzifəli şəxsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
I.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən
ibarətdir.
II.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət
müddəti 5 ildir.
III.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədrinin və onun
müavinlərini seçir, daimi və digər komissiyalar təşkil
edir.
I.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:
1) Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinə seçkilər;
2)
vergilər;
3)
Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının
inkişafı istiqamətləri;
4)
sosial təminat;
5)
ətraf mühitin qorunması;
6)
turizm;
7)
səhiyyə, elm, mədəniyyət.
II. Bu
maddədə göstərilən məsələlərə Dair
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar
qəbul edir.
I.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
aşağıdakı məsələləri həll edir:
1)
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin
təşkili;
2)
Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;
3)
Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial
proqramlarının təsdiqi;
4)
Naxçıvan Muxtar Respublikası Baş Nazirinin
vəzifəyə təyin və vəzifədən azad
edilməsi;
5)
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
tərkibinin təsdiqi;
6)
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə
etimad.
II. Bu
maddədə göstərilən məsələlərə dair
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar
qəbul edir.
I.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin
tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin
təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi təsdiq edir.
II.
Naxçıvan Muxtar Respublikasının Baş nazirini
Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Naxçıvan Muxtar Respublikasının Ali
Məclisi təyin edir.
III.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
-
muxtar respublika büdcəsinin layihəsini hazırlayıb
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə
təqdim edir;
-
muxtar respublikanın büdcəsini icra edir;
-
muxtar respublikanın iqtisadi proqramlarının həyata
keçirilməsini təmin edir;
-
muxtar respublikanın sosial proqramlarının həyata
keçirilməsini təmin edir;
-
Azərbaycan Respublikası Prezidentinin onun
səlahiyyətlərinə aid etdiyi digər
məsələləri həll edir.
IV.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
qərar və sərəncamlar qəbul edir.
Naxçıvan
Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin
başçılarını Naxçıvan Muxtar Respublikası Ali
Məclisi sədrinin təqdimatı əsasında
Azərbaycan Respublikasının Prezidenti təyin edir.
IX fəsil
Bələdİyyələr
I.
Yerli özünüidarəni bələdiyyələr həyata keçirir.
II.
Bələdiyyələr seçkilər əsasında
yaradılır.
III.
Bələdiyyələrin statusunun əsasları bu
Konstitusiya ilə, bələdiyyələrə seçkilərin
qaydaları isə qanunla müəyyən edilir.
I.
Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və
başqa komissiyalar vasitəsi ilə həyata keçirir.
II.
Bələdiyyənin iclaslarını bələdiyyənin
sədri çağırır.
I.
Bələdiyyələrin iclaslarında
aşağıdakı məsələlər həll edilir:
1)
bələdiyyə üzvlərinin səlahiyyətlərinin
tanınması, qanunla müəyyən edilmiş hallarda
onların səlahiyyətlərinin itirilməsi və
səlahiyyətlərinə xitam verilməsi;
2)
bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
3)
bələdiyyənin sədrinin və onun müavinlərinin,
daimi və başqa komissiyaların seçilməsi;
4)
yerli vergilərin və ödənişlərin müəyyən
edilməsi;
5)
yerli büdcənin və onun icrası haqqında hesabatların
təsdiq edilməsi;
6)
bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə
və onun barəsində sərəncam;
7)
yerli sosial müdafiə və sosial inkişaf proqramlarının
qəbul və icra edilməsi;
8)
yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra
edilməsi;
9)
yerli ekoloji proqramların qəbul və icra edilməsi.
II.
Bələdiyyələrə qanunvericilik və icra
hakimiyyətləri tərəfindən əlavə
səlahiyyətlər də verilə bilər . Bu
səlahiyyətlərin həyata keçirilməsi üçün
bələdiyyə üzrə müvafiq zəruri maliyyə
vəsaiti də ayrılmalıdır. Belə
səlahiyyətlərin həyata keçirilməsinə müvafiq
olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət
edirlər.
I.
Bələdiyyənin iclaslarında baxılan
məsələlərə dair qərarlar qəbul edilir.
II.
Bələdiyyənin qərarları bələdiyyə
üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
III.
Yerli vergilər və ödənişlər ilə bağlı
qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs
çoxluğu ilə qəbul edilir.
Bələdiyyələrin
məhkəmə tərəfindən müdafiəsinə,
dövlət orqanlarının qərarları
nəticəsində yaranan əlavə xərclərinin
ödənilməsinə təminat verir.
X fəsil
Qanunverİcİlİk
sİstemİ
I.
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan
Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
II.
Azərbaycan Respublikasının Konstitusiyası birbaşa
hüquqi qüvvəyə malikdir.
III.
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan
Respublikasının qanunvericilik sisteminin əsasıdır.
I.
Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan
ibarətdir:
1)
Konstitusiya;
2)
referendumla qəbul edilmiş aktlar;
3)
qanunlar;
4)
fərmanlar;
6)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarları;
6)
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
aktları.
II.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının qanunvericilik sisteminin
ayrılmaz tərkib hissəsidir.
III.
Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası və qanunları,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
qərarları hüquqi qüvvəyə malikdir.
IV.
Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi
Azərbaycan Respublikasının qanunvericilik sisteminə
uyğun olmalıdır.
V. Öz
səlahiyyətləri daxilində yerli icra hakimiyyəti
orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd
gəlməyən normativ xarakterli aktlar qəbul edə
bilərlər.
I.
Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə
(bərabər mənafelərə bərabər
münasibətə) əsaslanmalıdır.
II.
Referendumla qəbul olunmuş aktlar yalnız dərc
edildikdə onların tətbiqi və icrası
vətəndaşlar, qanunvericilik, icra və məhkəmə
hakimiyyəti, hüquqi şəxslər və
bələdiyyələr üçün məcburidir.
III.
Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc
edilmiş qanunların tətbiqi və icrası bütün
vətəndaşlar, qanunvericilik, icra və məhkəmə
hakimiyyəti, hüquqi şəxslər və
bələdiyyələr üçün məcburidir.
IV.
Azərbaycan Respublikası Prezidentinin fərmanları
Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş
fərmanların tətbiqi və icrası bütün
vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi
şəxslər üçün məcburidir.
V.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına və Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına zidd olmamalıdır. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları yalnız
dərc edildikdə onların tətbiqi və icrası
vətəndaşlar, mərkəzi və yerli icra
hakimiyyəti orqanları, hüquqi şəxslər üçün
məcburidir.
VI.
Mərkəzi icra hakimiyyəti orqanlarının aktları
Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına, Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarına zidd olmamalıdır.
VII.
Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini
yaxşılaşdıran, hüquq məsuliyyətini aradan
qaldıran və ya yüngülləşdirən normativ hüquqi
aktların qüvvәsi geriyə şamil edilir. Başqa normativ
hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
I.
Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa
və haqq-ədalətə (bərabər
mənafelərə bərabər münasibətə)
əsaslanmalı, Azərbaycan Respublikasının
Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası
Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar
Respublikasında isə həm də Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına, qanunlarına,
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
qərarlarına) zidd olmamalıdır.
II.
Bələdiyyələrin qəbul etdiyi aktın icrası
onun ərazisində yaşayan vətəndaşlar və onun
ərazisində yerləşən hüquqi şəxslər üçün
məcburidir.
Azərbaycan
Respublikasının qanunvericilik sisteminə daxil olan normativ
hüquqi aktlar ilə (Azərbaycan Respublikasının
Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna
olmaqla) Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası müqavilələr
arasında ziddiyyәt yaranarsa, həmin beynəlxalq
müqavilələr tətbiq edilir.
XI fəsil
Azərbaycan
Respublİkasının Konstİtusİyasında
dəyİşİklİklər
Azərbaycan
Respublikası Konstitusiyasının mətnində
dəyişikliklər yalnız referendumla qəbul edilə
bilər.
Azərbaycan
Respublikası Konstitusiyasının mətnində
dəyişiklikləri Azərbaycan Respublikasının Milli
Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti
təklif etdikdə, təklif olunan dəyişikliklərə
dair əvvəlcədən Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəyi alınır.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi referendumla
qəbul olunmuş Azərbaycan Respublikası
Konstitusiyasının mətnində
dəyişikliklərə dair qərar qəbul edə
bilməz.
Bu
Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci
maddələrində dəyişikliklər və ya
onların ləğv edilməsi haqqında, III-cü
fəslində nəzərdə tutulmuş insan və
vətəndaş hüquqları və azadlıqlarının
ləğvi və ya Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulduğundan daha
artıq dərəcədə
məhdudlaşdırılması haqqında təkliflər
referenduma çıxarıla bilməz.
XII fəsil
Azərbaycan
Respublİkasının Konstİtusİyasına
əlavələr
I.
Azərbaycan Respublikası Konstitusiyasına əlavələr
Azərbaycan Respublikasının Milli Məclisində 95
səs çoxluğu ilə Konstitusiya qanunları
şəklində qəbul edilir.
II.
Azərbaycan Respublikasının Konstitusiyasına
əlavələr haqqında Konstitusiya qanunları
Azərbaycan Respublikasının Milli Məclisində iki
dəfə səsə qoyulur. İkinci səsvermə birinci
səsvermədən 6 ay sonra keçirilir.
III.
Azərbaycan Respublikasının Konstitusiyasına
əlavələr haqqında Konstitusiya qanunları həm
birinci, həm də ikinci səsvermədən sonra bu
konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada
Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim
olunur.
IV.
Azərbaycan Respublikasının Konstitusiyasına
əlavələr haqqında Konstitusiya qanunları
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə
minir.
V.
Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının
ayrılmaz hissəsidir və Azərbaycan Respublikası
Konstitusiyasının əsas mətninə zidd
olmamalıdır.
Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələri
Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan
Respublikası Milli Məclisinin azı 63 deputatı təklif
edə bilərlər.
Bu
Konstitusiyanın birinci bölməsində əks etdirilmiş
müddəalarla əlaqədar Azərbaycan Respublikası
Konstitusiyasına əlavələr təklif edilə
bilməz.
Keçİd
müddəaları
1.
Azərbaycan Respublikasının Konstitusiyası referendumla
qəbul edildikdən sonra rəsmən dərc olunduğu
gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə
mindiyi gündən 1978-ci il aprelin 21-də qəbul edilmiş
Azərbaycan Respublikasının Konstitusiyası (Əsas
Qanunu) qüvvədən düşür.
2. Bu
Konstitusiyanın qüvvəyə minməsinə qədər
seçilmiş Azərbaycan Respublikasının Prezidenti bu Konstitusiya
ilə Azərbaycan Respublikasının Prezidentinə aid
edilmiş səlahiyyətləri həyata keçirir.
3. Bu
Konstitusiyanın 101-ci maddəsinin V hissəsi bu Konstitusiya
qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikası
Prezidentinə şamil edilir.
4.
Azərbaycan Respublikası xalq deputatlarının və
Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı Milli
Məclisin səlahiyyətləri yeni seçilmiş Azərbaycan
Respublikası Milli Məclisinin ilk iclas günü başa çatır.
Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk
iclası Azərbaycan Respublikası Milli Məclisinin azı 83
deputatının seçildiyi gündən bir həftə sonra
keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin ilk
sessiyası 1996-cı il mayın 31-dək davam edir.
1995-ci
il avqustun 15-də qəbul edilmiş “Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər
haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsi
bu Qanun əsasında seçilmiş Azərbaycan Respublikası
Milli Məclisinin birinci çağırışının
səlahiyyətləri bitənədək qüvvədədir.
5.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Konstitusiyanın qüvvəyə mindiyi gündən bu Konstitusiyada
müəyyən edilən səlahiyyətləri həyata
keçirir.
6. Bu
Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan
Respublikası yerli xalq Deputatları Sovetlərinin
səlahiyyətlərinə xitam verilir. Azərbaycan
Respublikasının qanunvericiliyi yerli xalq deputatları
sovetlərinə aid edilmiş sәlahiyyәtlәri yerli
icra hakimiyyəti orqanları həyata keçirir.
7. Bu
Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində
yerli özünüidarə haqqında qanun qəbul edilməli və
bələdiyyələrə seçkilər keçirilməlidir.
8. Bu
Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan
Respublikasının ərazisində qüvvədə olan qanunlar
və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan
hissədə öz qüvvəsini saxlayır.
9. Bu
Konstitusiya qüvvəyə minənədək fəaliyyət
göstərən Azərbaycan Respublikasının
məhkəmələri ədalət mühakiməsini
Konstitusiyada müəyyən edilən səlahiyyətlərə
və prinsiplərə uyğun həyata keçirir.
10. Bu
Konstitusiya qüvvəyə mindiyi gündən bir il ərzində
hakimlərin statusu, məhkəmə quruluşu və
məhkəmə islahatı ilə əlaqədar
Azərbaycan Respublikasının bu Konstitusiyaya uyğun olan
qanunvericiliyi qəbul edilməlidir və Azərbaycan
Respublikası məhkəmələrinin hakimləri yenidən
təyin edilməlidir. Həmin qanunvericilik qəbul
edilənədək hakimlərin vəzifəyə təyin
və vəzifədən azad edilməsi bu Konstitusiya
qüvvəyə minənədək qüvvədə olan
qanunvericilik əsasında həyata keçirilir.
11. Bu
Konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətində
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
haqqında Azərbaycan Respublikasının Qanunu qəbul
edilməli və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
yaradılmalıdır. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin səlahiyyətləri
həyata keçirilmir. Bu Konstitusiyanın 130-cu maddəsinin III
hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş
məsələni Azərbaycan Respublikasının Ali
Məhkəməsi həll edir.
12.
Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi
bu Konstitusiyanın qüvvəyə mindiyi gündən Azərbaycan
Respublikasının İqtisad Məhkəməsi adlanır
və qüvvədə olan qanunvericiliklə müəyyən
olunmuş səlahiyyətləri həyata keçirir.