Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının aşağıdakı rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər edilsin:

 

Babək rayonu üzrə:

 

Güznüt kəndi Çeşməbasar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Güznüt kənd inzibati ərazi vahidi yaradılsın.

Nəzərabad kəndi Didivar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Nəzərabad kənd inzibati ərazi vahidi yaradılsın.

Şəkərabad kəndi Hacıvar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Şəkərabad kənd inzibati ərazi vahidi yaradılsın.

 

Culfa rayonu üzrə:

 

Göynük kəndi Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Göynük kənd inzibati ərazi vahidi yaradılsın.

 

Kəngərli rayonu üzrə:

 

Qabıllı kəndi Qıvraq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qabıllı kənd inzibati ərazi vahidi yaradılsın.

 

Ordubad rayonu üzrə:

 

Aşağı Əndəmic kəndi Yuxan Əndəmic kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Əndəmic kənd inzibati ərazi vahidi yaradılsın.

Aşağı Əylis kəndi Əylis kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Əylis kənd inzibati ərazi vahidi yaradılsın.

Kələntər Dizə və Qoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılsın.

Mərkəzi Yuxan Əylis kəndi olan Əylis kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq, Yuxan Əylis kənd inzibati ərazi vahidi adlandırılsın.

 

Şahbuz rayonu üzrə:

 

Badamlı qəsəbəsi Badamlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Badamlı qəsəbə inzibati ərazi vahidi yaradılsın.

 

Şərur rayonu üzrə:

 

Aşağı Aralıq kəndi Aralıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aşağı Aralıq kənd inzibati ərazi vahidi yaradılsın.

Dərəkənd Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Dərəkənd inzibati ərazi vahidi yaradılsın.

Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılsın.

Kürçülü kəndi Kürkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kürçülü kənd inzibati ərazi vahidi yaradılsın.

Qışlaqabbas kəndi İbadulla kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Qışlaqabbas kənd inzibati ərazi vahidi yaradılsın.

Xələc kəndi Alışar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xələc kənd inzibati ərazi vahidi yaradılsın.

Mərkəzi Yuxarı Aralıq kəndi olan Aralıq kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Yuxarı Aralıq kənd inzibati ərazi vahidi adlandırılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 mart 2005-ci il

874-IIQ