Sovxoz və kolxozların islahatı
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Bu Qanun sovxozların,
kolxozların, təsərrüfatlararası və
digər-kənd təsərrüfatı istehsalı
müəssisələrinin (bundan sonra sovxoz və kolxozların)
istifadəsindəki (balansındakı) torpaqdan və
əmlakdan pay almaq hüququ olan şəxslər
tərəfindən təsərrüfatın (müəssisənin)
hər hansı təşkilati-hüquqi formasının könüllü
seçilməsinə və yaradılmasına təminat verir.
I fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Sovxoz və kolxozların
islahatı haqqında qanunvericilik
Sovxoz və
kolxozların islahatı haqqında qanunvericilik Aqrar
islahatın əsasları haqqında Azərbaycan
Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan
Respublikasının Torpaq Məcəlləsindən, Sahibkarlıq
fəaliyyəti haqqında və Müəssisələr
haqqında Azərbaycan Respublikası qanunlarından və
digər normativ aktlardan ibarətdir.
Maddə 2. İslahatın məqsəd
və vəzifələri
İslahatın
məqsədi bazar iqtisadiyyatına uyğun müxtəlifnövlü
təsərrüfat formalarını yaratmaq və aqrar
bölmədə sahibkarlığı inkişaf etdirməkdir.
İslahatın
vəzifələri sovxoz və kolxozların kəndli (fermer)
təsərrüfatlarına bölünməsindən, birgə
sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli
kənd-təsərrüfatı müəssisələrinə
çevrilməsindən, sovxozların bazasında dövlət kənd
təsərrüfatı müəssisələrinin
yaradılmasından, şəxsi yardımçı
təsərrüfatların inkişafından,
yaradılmış təsərrüfatların kooperasiyası
və xidmət sahələrinin təşkilindən
ibarətdir.
Maddə 3. İslahatın obyektləri
və subyektləri
İslahatın obyektləri
sovxoz və kolxozların istifadəsində (balansında) olan
torpaqlar və əmlakdır.
Sovxoz və
kolxozların daimi işçiləri və üzvləri, sovxoz və
kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli
hərbi xidmətə çağırılmış və
seçkili dövlət orqanlarının tərkibinə seçilmiş
sovxoz və kolxozda işləmiş şəxslər sovxoz
və ya kolxozun əmlakından pay almaq hüququ olan
subyektlərdir.
Sovxoz və
kolxozların əmlakından tələbi olan fiziki və
hüquqi şəxslərin, digər subyektlərin dairəsi,
hüquq və vəzifələri Azərbaycan ,
Respublikasının qanunvericiliyinə uyğun
tənzimlənir.
Torpaq
islahatının aparılması Azərbaycan
Respublikasının torpaq qanunvericiliyi ilə
tənzimlənir.
Maddə 4. İslahatı
aparan orqanlar
İslahatın
aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar
İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar
İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları
yaradılır. Komissiyalar islahatın aparılmasına
səlahiyyətləri hüdudlarında cavabdehlik
daşıyırlar.
Komissiyaların
hüquqları və vəzifələri, iş qaydaları
müvafiq əsasnamələr ilə müəyyən edilir.
Maddə 5. Azərbaycan
Respublikası Dövlət Aqrar İslahat Komissiyası
Azərbaycan
Respublikası Dövlət Aqrar İslahat Komissiyasının
tərkibinə aqrar-sənaye kompleksi idarəçiliyini həyata
keçirən mərkəzi dövlət idarəetmə
orqanlarının rəhbərləri, Azərbaycan,
Respublikası İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin,
Milli Bankın, Dövlət Vergi Müfəttişliyinin, Dövlət
Sığorta Fondunun, dövlət statistika, əmlak və
antiinhisar siyasəti və sahibkarlığa kömək
komitələrinin, Aqrar-Sənaye Kompleksi İşçiləri
həmkarlar İttifaqının Respublika Komitəsinin, elmi
idarələrin və ictimaiyyətin nümayəndələri
daxil edilir.
Azərbaycan
Respublikası Dövlət Aqrar İslahat Komissiyasını
Azərbaycan Respublikası Prezidenti təşkil edir və
komissiyanın sədrini təyin edir. Komissiya Azərbaycan
Respublikası Prezidentinə hesabat verir.
Komissiya:
aqrar islahatın
dövlət proqramını hazırlayır, Azərbaycan
Respublikası Prezidentinin təsdiqinə verir və həyata
keçirilməsini təşkil edir;
islahat
qanunlarının tətbiqi üçün təlimatları,
tövsiyələri və digər sənədləri, zəruri
materialları hazırlayır, onlara əməl
olunmasını təmin edir;
dövlət
mülkiyyətində saxlanılan və bələdiyyə
mülkiyyətinə verilən obyektlərin siyahısını
müəyyənləşdirir və Azərbaycan
Respublikasının Prezidentinə təqdim edir;
islahatın maliyyə
təminatı ilə əlaqədar təkliflər verir,
ayrılan vəsaitlərin bölgüsünü aparır və
təyinatı üzrə istifadəsini təmin edir;
Naxçıvan Muxtar
Respublikasının, rayon və yerli aqrar islahat
komissiyalarının əsasnamələrini hazırlayır
və təsdiq edir;
islahatla
əlaqədar daxil olmuş müraciətlərə baxır
və s.
Maddə 6. Naxçıvan
Muxtar Respublikası Aqrar İslahat Komissiyası
Naxçıvan Muxtar
Respublikası Aqrar İslahat Komissiyası muxtar respublikanın
xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan
Respublikası Dövlət Aqrar İslahat Komissiyası ilə eyni
əsaslarla yaradılır və göstərilən
vəzifələri muxtar respublika ərazisində yerinə yetirir.
Naxçıvan Muxtar
Respublikası Aqrar İslahat Komissiyasını tərkibini
və sədrini Azərbaycan Respublikası Dövlət Aqrar
İslahat "Komissiyası təsdiq edir.
Maddə 7. Rayon
aqrar islahat komissiyası
Rayon aqrar islahat komissiyasını rayon
(şəhər) icra hakimiyyətinin başçısı
təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar
İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası
Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının
tərkibi barədə sərəncamı təsdiq edir və
onun sədrini təyin edir. Komissiya həmin vaxtdan
fəaliyyətə başlayır.
Rayon aqrar islahat
komissiyası müvafiq surətdə Azərbaycan Respublikası
Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan
Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir.
Rayon
aqrar islahat
komissiyasının tərkibinə rayon (şəhər) icra
hakimiyyətinin, rayon xalq deputatlar sovetinin, kənd
təsərrüfatı idarəsinin, Dövlət Əmlak
Komitəsinin, torpaq şöbəsinin, statistika idarəsinin,
aqrar-sənaye kompleksi işçiləri həmkarlar
ittifaqının rayon komitəsinin, təsərrüfatların,
rayon ictimaiyyətinin nümayəndələri daxil edilir.
Komissiya:
rayon aqrar islahat
proqramını hazırlayır və Azərbaycan
Respublikası Dövlət Aqrar İslahat Komissiyasının
(Naxçıvan Muxtar Respublikası Aqrar İslahat
Komissiyasının) təsdiqinə təqdim edir;
rayon ərazisində
aqrar islahatın aparılmasını təmin edir;
islahatın maliyyə
təminatı ilə əlaqədar təkliflərini
aidiyyəti üzrə müvafiq orqanlara təqdim edir və
ayrılan vəsaitin təyinatı üzrə istifadəsini
təmin edir;
bələdiyyə
mülkiyyətinə veriləcək torpaq və əmlak
haqqında təkliflərini (müvafiq nazirlik və baş
idarələrin rəyləri ilə) Azərbaycan
Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya
Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına
təqdim edir;
yerli aqrar islahat
komissiyalarına səlahiyyətinə aid
məsələlər üzrə zəruri normativ
sənədləri və təlimatları çatdırır,
komissiyaların üzvlərinə məsləhətlər verir;
islahatla
əlaqədar daxil olmuş müraciətlərə baxır
və s.
Maddə 8. Yerli
aqrar islahat komissiyası
Yerli aqrar islahat
komissiyası sovxozun və kolxozun ümumi
yığıncağı tərəfindən təşkil
edilir və onun tərkibi rayon aqrar islahat komissiyası
tərəfindən təsdiq edilir. Komissiya islahatın
gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir.
Komissiyanın tərkibinə
təsərrüfatın rəhbəri, əmək kollektivinin,
icra hakimiyyətinin, təsərrüfatın ərazisində
yaşayan vətəndaşların nümayəndələri
daxil edilir.
Komissiya:
aqrar islahat haqqında
izahat işi aparır;
əmək kollektivi
və ərazidə yaşayan vətəndaşların
rəyi nəzərə alınmaqla torpaq və əmlak
bölgüsü, təsərrüfat formalarının seçilməsi və
digər mühüm məsələlər haqqında
təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim
edir, səlahiyyətinə aid məsələlər üzrə
qərarlar qəbul edir və icrasını həyata keçirir;
islahatın qanunvericiliyə
uyğun həyata keçirilməsini təmin edir;
ləğvetmə komissiyasının funksiyalarını
yerinə yetirir;
islahatla
əlaqədar daxil olmuş müraciətlərə baxır
və s.
II fəsil
ƏMLAK
MƏSƏLƏLƏRİ VƏ ƏMLAKIN
ÖZƏLLƏŞDİRİLMƏSİ
Maddə
9. Sovxozların və digər dövlət kənd
təsərrüfatı istehsalı müəssisələrinin
əmlakının özəlləşdirilməsinin ümumi
qaydaları
Dövlət kənd
təsərrüfatı istehsalı müəssisələri
əmlakı özəlləşdirilən və əmlakı
dövlət mülkiyyətində saxlanılan
müəssisələrə bölünür.
Toxumçuluq, cins mal-qara
və damazlıq təsərrüfatları, atçılıq
zavodları, elmi-tədqiqat və tədris
müəssisələrinin ,təcrübə bazaları,
vəhşi heyvandarlıq sovxozları və dövlət
əhəmiyyətli digər müəssisələrin yalnız
əsas istehsal məqsədlərini təmin etmək üçün
tələb olunan əmlakı dövlət mülkiyyətində
saxlanılır, qalan əmlak özəlləşdirilir.
Əmlakın xüsusi
mülkiyyətə verilməsi üçün fərdi əmlak payları .
müəyyənləşdirilir.
Pay almaq hüququ olan
şəxslərin qərarı ilə əmlak payı
naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan
xüsusi mülkiyyətə verilir.
Əmlak
payının naturada verilməsi mümkün olmadıqda onun
dəyəri ödənilir.
Maddə 10. Sosial infrastruktur obyektləri
üzərində mülkiyyət münasibətləri
Sovxoz və
kolxozların balansında olan sosial infrastruktur obyektləri
üzərində mülkiyyət münasibətləri Aqrar islahatın
əsasları haqqında Azərbaycan Respublikası Qanununun
8-ci maddəsinə əsa tənzimlənir.
Maddə 11. Sovxozlarda və digər
dövlət kənd təsərrüfatı istehsalı
müəssisələrində əmlak payının
müəyyənləşdirilməsi
Sovxozlarda və
digər dövlət kənd təsərrüfatı istehsalı
müəssisələrində əmlak payı
aşağıdakı qaydada Müəyyənləşdirilir:
əmlak
inventarlaşdırılır və qiymətləndirilir;
müəssisənin
debitor və kreditorlarla haqq-hesabı aparılır və
əmək haqqı üzrə borclar. ödənilir;
əmlakdan pay almaq
hüququ olan şəxslərin siyahısı
müəyyənləşdirilir;
müəssisənin
əmlakında bölünməyən və bölünən
hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi
zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan
əmlak bölünən əmlaka aiddir;
əmlak payları
əmək fəaliyyəti nəzərə alınmaqla
müəyyənləşdirilir və mülkiyyətçilərə
verilir.
Əmlakın
bölünməsi, satılması və bələdiyyə
mülkiyyətinə verilməsi qaydalarını Azərbaycan
Respublikası Dövlət Aqrar İslahat Komissiyası
hazırlayır və Azərbaycan Respublikası Prezidenti
təsdiq edir.
Maddə 12. Kolxozların
əmlakının bölüşdürülməsi
Kolxozların
əmlakının bölüşdürülməsi kollektivin ümumi
yığıncağının qərarı əsasında
aparılır.
Bölgü əmlakın
bölünməsi, satılması və bələdiyyə
mülkiyyətinə verilməsi qaydalarından istifadə
olunmaqla həyata keçirilir.
III
fəsil
TƏSƏRRÜFATINDA
MÜXTƏLİFNÖVLÜ MÜƏSSİSƏLƏRİN YARADILMASI
Maddə 13. Müxtəlifnövlü
müəssisələrin təşkilati-hüquqi formaları
Kənd
təsərrüfatında müxtəlifnövlü müəssisələrin
aşağıdakı təşkilati-hüquqi formaları
nəzərdə tutulur:
dövlət
müəssisəsi formasında fəaliyyət göstərən
dövlət kənd təsərrüfatı istehsalı
müəssisələri;
məhdud
məsuliyyətli müəssisə formasında fəaliyyət
göstərən birgə təsərrüfatlar, kooperativlər
və təsərrüfatlararası müəssisələr;
səhmdar
cəmiyyətləri;
fərdi
müəssisə formasında fəaliyyət göstərən
kəndli (fermer) təsərrüfatları;
şərikli,
payçı və şərikli müəssisə formasında
fəaliyyət göstərən kənd təsərrüfatı
müəssisələri;
müəssisələr
birliyi formasında fəaliyyət göstərən birliklər,
assosiasiyalar və digərləri.
Maddə 14. Dövlət
kənd təsərrüfatı istehsalı müəssisələri
Dövlət kənd təsərrüfatı
istehsalı müəssisələri sovxozların dövlət
mülkiyyətində qalan hissəsi əsasında
yaradılır.
Dövlət kənd
təsərrüfatı istehsalı müəssisələrinin
maddi-texniki təchizatına, maliyyə-kredit resurslarına
tələbatının ödənilməsinə, sosial
inkişaf məsələlərinin həllinə dövlət
himayəçilik göstərir. Dövlət həmin
müəssisələrə yalnız onların əsas istehsal
istiqamətinə aid məhsullara sifariş müəyyən edir.
Qalan məhsullara müəssisə sərbəst sərəncam
verir.
Belə
müəssisələr tam təsərrüfat hesabı
əsasında işləyir və istehsal-təsərrüfat
fəaliyyətini sərbəst həyata keçirirlər.
Maddə 15. Birgə
təsərrüfatların yaradılması
Birgə
təsərrüfatlar əsasən sovxoz və kolxozların
torpağının və əmlakının
özəlləşdirilməsi (bölüşdürülməsi) və
birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə
verilməsi nəticəsində yaradılır.
Birgə
təsərrüfatdan payını almaq istəyən şəxs
payını naturada ala bilər, bu mümkün olmadıqda
payın dəyəri ödənilir.
Bu təsərrüfatlar
fəaliyyətini tam sərbəst qurur və istehsal
etdikləri məhsullara sərəncam verirlər. Onların
fəaliyyətinə dövlət orqanları yalnız
qanunvericilikdə nəzərdə tutulmuş hallarda
müdaxilə edə bilərlər.
Maddə 16. Sovxoz
və kolxozların istehsal kooperativlərinə çevrilməsi
Sovxoz və kolxozlar
bütövlükdə və ya bölünərək kooperativlərə
çevrilə bilərlər. Mülkiyyətçilər kooperativin
təsisçisi olurlar.
Kooperativlərin
yaradılması və fəaliyyəti Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
tənzimlənir.
Maddə 17. Sovxoz
və kolxozların səhmdar cəmiyyətlərinə
çevrilməsi
Sovxoz və
kolxozların bütövlükdə və ya bölünərək
kooperativlərə
çevrilməsi mümkün
(və ya məqsədəuyğun) olmadıqda onların
əmlakı səhmləşdirilir və səhmdar
cəmiyyəti yaradılır. Qanunvericilikdə
nəzərdə tutulan digər hallarda da səhmdar
cəmiyyətləri yaradıla bilər.
Müəssisənin
və ya onun bir hissəsinin səhmdar cəmiyyətinə
çevrilməsi əmək kollektivinin qərarı ilə
həyata keçirilir.
Cəmiyyətin
nizamnamə fondunu təsisçilər paylarına düşən
əmlak və torpaq sahələrinin hesabına yaradırlar.
Səhmdar
cəmiyyətlərinin yaradılması və
fəaliyyəti Səhmdar cəmiyyəti haqqında
Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
Maddə 18. Sovxoz
və kolxozların əsasında kəndli (fermer)
təsərrüfatlarının yaradılması
Sovxoz və kolxozların
əmlakı və torpağı bölündükdə kəndli (fermer)
təsərrüfatları yaradıla bilər.
Kəndli (fermer)
təsərrüfatlarının yaradılması və
fəaliyyəti Kəndli (fermer) təsərrüfatı
haqqında Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
Maddə 19. Şərikli,
payçı və şərikli kənd təsərrüfatı
istehsalı müəssisələrinin yaradılması
Sovxoz və
kolxozların islahatı nəticəsində xüsusi və
qarışıq mülkiyyətə əsaslanan azı iki fiziki
və (və ya) hüquqi şəxs tərəfindən təsis
edilən şərikli, habelə xüsusi mülkiyyətə
əsaslanan azı bir şərik və bir payçı
tərəfindən təsis edilən payçı və
şərikli müəssisələr yaradıla bilər.
Belə
müəssisələrin yaradılması və fəaliyyəti
Müəssisələr haqqında Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 20. Şəxsi
yardımçı təsərrüfatların inkişafı
Sovxoz və kolxozlardan
alınan əmlak və torpaq payı hesabına şəxsi
yardımçı və digər təsərrüfatlar inkişaf
etdirilə bilər.
Bu təsərrüfat
subyektlərinin fəaliyyəti müvafiq qanunvericiliklə
tənzimlənir.
Maddə 21. Xidmət sahələrinin
yenidən təşkili
Sovxoz və
kolxozların mülkiyyətində olan maşın-traktor və
avtomobil parkları, təmir-texniki emalatxanaları, suvarma
şəbəkələri, təmir-tikinti
təşkilatları, anbar və yanacaq
təsərrüfatları, zoobaytar xidməti obyektləri, dəyirmanlar,
emal sexləri və s. əmlakda pay hüququ olanların
razılığı ilə birgə sahibkarlığa
əsaslanan xüsusi mülkiyyətli xidmət
müəssisələrinə çevrilə bilər. Bu
müəssisələrdə payı olanlar təsisçilər hesab
edilirlər.
həmin
müəssisələrin yaradılması və fəaliyyəti
müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 22. İstehsal
və xidmət sahələrinin kooperasiyası və
inteqrasiyası
Dövlət kənd
təsərrüfatı istehsalı müəssisələri,
birgə təsərrüfatlar, kooperativlər, kəndli (fermer)
təsərrüfatları, səhmdar cəmiyyətləri, emal və
xidmət müəssisələri, digər kənd
təsərrüfatı müəssisələri hər hansı
kooperasiya və inteqrasiya əlaqələri yarada
bilərlər.
IV
fəsil
İSLAHATIN
TƏMİNATI
Maddə 23. İslahata
dövlət himayəsi
Dövlət islahatın
təşkilati məsələlərini
maliyyələşdirir, yeni təsərrüfat formalarına
kreditlərin verilməsində, vergilərin müəyyən
edilməsində, investisiya ayırmalarında
güzəştlərin tətbiqini, dövlət borclarının
silinməsini, işğaldan azad edilmiş
ərazilərdə islahatın məqsədli dövlət
proqramı əsasında aparılmasını təmin edir.
Maddə 24. İslahat
dövründə kənd təsərrüfatı istehsalı
müəssisələrinin fəaliyyətinin təmin edilməsi
Sovxoz və
kolxozların rəhbərləri, digər vəzifəli
şəxsləri və maddi-məsul şəxslər islahat
aparılan dövrdə müəssisənin fəaliyyətinə,
təsərrüfatın əmlakının salamatlılığına
görə müvafiq qaydada məsuliyyət daşıyırlar.
Maddə 25. İslahatla
əlaqədar mübahisələrin həlli
Fiziki və hüquqi
şəxslər yerli aqrar islahat komissiyalarının
çıxardığı qərarla razılaşmadıqda 10 gün
müddətində rayon aqrar islahat komissiyasına şikayət
edə bilərlər.
Rayon aqrar islahat
komissiyası 20 gün müddətində həmin müraciətə
baxıb qərar çıxarır. Şikayətçi həmin
qərarla razılaşmadıqda 10 gün müddətində
Azərbaycan Respublikası Dövlət Aqrar İslahat
Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar
İslahat Komissiyasına müraciət edə bilər.
Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası
və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat
Komissiyası bir ay müddətində müraciətə baxıb
qəti qərar qəbul edir.
Azərbaycan
Respublikası Dövlət Aqrar İslahat Komissiyasının
və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat
Komissiyasının qəti qərarından Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada məhkəməyə şikayət
edilə bilər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 18 fevral 1995-ci il.
№
978.