Azərbaycan Respublikası Azərquşsənaye Dvlət Şirkətinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Respublikada quşuluğun inkişafını srətləndirmək, onun məhsullarına əhalinin tələbatının dənilməsini yaxşılaşdırmaq məqsədilə və Azərbaycan Respublikası Konstitusiyasının 121-4-c maddəsinin 7-ci bəndinə mvafiq olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Kənd Təsərrfatı və Ərzaq Nazirliyinin Azərğuşuluqsənaye İstehsalat Birliyinin bazasında Azərbaycan Respublikasının Azərquşsənaye Dvlət Şirkəti yaradılsın.

2.   Feyruz Rəcəb oğlu Mustafayev Azərbaycan Respublikası Azərquşsənaye Dvlət Şirkətinin prezidenti təyin edilsin.

3.   F. R. Mustafayevə tapşırılsın ki, bir ay ərzində şirkət haqqında Əsasnaməni və onun strukturunu hazırlayıb təsdiq olunmaq n Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4.   Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərquşsənaye Dvlət Şirkətinin idarə aparatı işilərinin mvcud sayını artırmamaq şərtilə bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5.   Bu Fərman imzalandığı andan qvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Əblfəz ELİBƏY.

 

Bakı şəhəri, 8 fevral 1993-c il.

№ 464.