Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının aşağıdakı ordenləri təsis edilsin:

Azərbaycan Respublikasının ən yksək təltifiİstiqlal ordeni;

Azərbaycan Respublikasının ali hərbi ordeniŞah İsmayıl ordeni;

Azərbaycan bayrağı ordeni;

Şhrət ordeni.

2. Azərbaycan Respublikasının aşağıdakı medalları təsis edilsin:

Vətən uğrunda medalı;

İgidliyə grə medalı;

Tərəqqi medalı;

Hərbi xidmətlərə grə medalı.

 

Azərbaycan Respublikasının Prezidenti

Əblfəz ELİBƏY.

 

Bakı şəhəri, 10 noyabr 1992-ci il.

№ 370.