Azərbaycan Respublikasının Dövlət himni haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU[1]

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan “Azərbaycan marşı”  Azərbaycan   Respublikasının  Dövlət    himni    kimi təsdiq edilsin.

 

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan

Respublikası Ali Sovetinin sədri

İ.  QƏMBƏROV.

 

Bakı şəhəri, 27 may 1992-ci il.

                 № 142.

 

 

_________________

 

 

AZƏRBAYCAN   MARŞI

Musiqisi Üzeyir Hacıbəyovun,

Sözləri Əhməd Cavadındır.

 

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu!

Sinən hərbə meydan oldu!

hüququndan keçən əsgər,

hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət,

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən! Şanlı Vətən!

Azərbaycan! Azərbaycan!

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 mart 2019-cu il tarixli 1546-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 795)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 mart 2019-cu il tarixli 1546-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 795) ilə ləğv edilmişdir.