Azərbaycan Respublikasının
Nazirlər Kabineti haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1.
Azərbaycan Respublikası Baş nazirinin
səlahiyyətlərini icra etmək müvəqqəti olaraq
Feyruz Rəcəb oğlu Mustafayevə tapşırılsın.
2.
Azərbaycan Respublikasının Ali Soveti
tərəfindən istefası qəbul olunmuş Azərbaycan
Respublikasının Nazirlər Kabineti öz səlahiyyətlərini
həyata keçirməyi müvəqqəti davam etdirsin.
3.
Bu Fərman Azərbaycan Respublikası Ali Sovetinin
təsdiqinə verilsin.
Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin
sədri
Y. MƏMMƏDOV.
Bakı şəhəri, 4 aprel 1992-ci
il.
№ 640.