R. C. Cəmilovun Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Respublikanın aqrar-sənaye kompleksində uzun illər səmərəli işlədiyinə görə Rəhim Cəlil oğlu Cəmilov yoldaş Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti

A. MÜTƏLLİBOV.

 

Bakı şəhəri, 19 sentyabr 1991-ci il.

№ 349.