M. N. Əfəndiyevin Azərbaycan Respublikasının Yunanıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasını 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mir-Həmzə Nazim oğlu Əfəndiyev Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2004-cü il

№ 310