“Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam  Respublikası Hökuməti arasında narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1.  "Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının daxili işlər naziri Ramil İdris oğlu Usubova verilsin.

2.  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının daxili işlər naziri Ramil İdris oğlu Usubova verilməsi barədə Pakistan İslam Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2004-cü il

№ 307