"Neftlə
çirkləndirmədən vurulan zərərə görə
mülki məsuliyyət
haqqında" 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya
əlavə və dəyişikliklər edilməsi
barədə" 1992-ci il tarixli Protokola qoşulmaq
barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası
"Neftlə çirkləndirmədən vurulan zərərə
görə mülki məsuliyyət haqqında" 1969-cu il tarixli
Beynəlxalq Konvensiyaya əlavə və dəyişikliklər
edilməsi barədə" 1992-ci il tarixli Protokola qoşulsun.
II.Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 18
iyun 2004-cü il
№ 693-IIQ
Neftlə
çirkləndirmədən vurulan zərərə görə mülki
məsuliyyət haqqında 1969-cu il tarixli Beynəlxalq
Konvensiyaya əlavə və dəyişikliklər edilməsi
barədə 1992-ci il tarixli
PROTOKOL
Bu Protokolun Tərəfləri
Neftlə
çirkləndirmədən dəymiş zərərə görə
mülki məsuliyyət haqqında 1969-cu il tarixli Beynəlxalq
Konvensiyanı, həmçinin bu Konvensiyaya dair 1984-cü il tarixli
Protokolu nəzərdən keçirərək,
daha geniş yayılmanı
təmin edən və nisbətən çox kompensasiya xərclərindən
ibarət olan 1984-cü il Protokolunun hələ qüvvəyə
minmədiyini qeyd edərək,
dənizin neftlə
çirklənməsinə dair beynəlxalq məsuliyyət sistemi
tərəfindən qəbul olunmuş həyat
fəaliyyətinin saxlanmasının və kompensasiya
xərclərinin vacibliyini təsdiq edərək,
1984-cü il Protokolunun
qüvvəyə minməsinin təmin olunması üzrə mümkün
qədər qısa vaxt ərzində tədbir görülməsinin
vacibliyini dərk edərək,
neftlə
çirkləndirmədən dəymiş zərərin
kompensasiyası üçün Beynəlxalq Fondun yaradılması
haqqında 1971-ci il tarixli Beynəlxalq Konvensiyaya müvafiq
düzəlişlər edilməsi ilə əlaqədar xüsusi
müddəalar qəbul edilməsi zərurətini etiraf
edərək,
aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə 1
Bu Protokolun müddəaları
ilə dəyişikliklər edilən Konvensiya, bundan sonra
Məsuliyyət haqqında 1969-cu il Konvensiyası
adlandırılan, neftlə çirkləndirmədən
dəymiş zərərə görə mülki məsuliyyət
haqqında 1969-cu il tarixli Beynəlxalq Konvensiyadır.
Maddə 2
Məsuliyyət haqqında
1969-cu il tarixli Konvensiyanın maddələri
aşağıdakı kimi dəyişilir:
1. 1-ci
bənd aşağıdakı mətnlə əvəz olunur:
1. Gəmi tikilmiş və
ya neft tökməklə daşımaq üçün ixtisaslaşmış
istənilən dəniz gəmisi və hər hansı tipli
üzən vasitə deməkdir, bir şərtlə ki, neft və
digər yükləri daşımaq qabiliyyəti olan gəmi yalnız
o zaman "gəmi" sayılır ki, faktiki olaraq nefti yük
kimi daşısın, habelə bu cür daşımadan
sonrakı istənilən reys ərzində gəmidə
belə daşımadan neft qalığı olmadığı
sübut edilməmiş olsun.
2. 5-ci
bənd aşağıdakı mətnlə əvəz olunur:
"5. "Neft"
gəmidə yük kimi və ya gəminin yanacaq
sisternlərində daşınmasından asılı
olmayaraq, mineral mənşəli istənilən davamlı
karbohidrogen, o cümlədən xam neft, mazut, ağır dizel
yanacağı və sürtkü yağları deməkdir.".
3. 6-cı bənd
aşağıdakı mətnlə əvəz olunur: "6.
"Çirklənmədən dəyən zərər"
bildirir:
(a) axma və ya atılmanın
harada olmasından asılı olmayaraq, axma və ya neftin
gəmidən atılması zamanı çirklənmə
nəticəsində gəmidən xaricdə dəymiş itki
və ya zərər, bir şərtlə ki, ətraf
mühitə dəymiş zərərin ödənilməsi
onların aradan qaldırılması üçün ağlabatan
tədbirlərin həyata keçirilməsi üçün faktiki qəbul
olunmuş və ya qəbul olunmalı xərclərlə
məhdudlaşır;
(b)xəbərdaredici
tədbirlər üzrə xərclər və xəbərdaredici
tədbirlərlə törədilmiş növbəti itki və ya ziyanlar.".
4. 8-ci
bənd aşağıdakı mətnlə əvəz olunur:
"8. "Hadisə
çirklənmə ilə nəticələnən zərər
və ya belə zərərin törətdiyi ciddi və
qaçılmaz qorxu yaradan eyni növlü istənilən hadisə və
ya bir neçə hadisə mənasını verir".
5. 9-cu
bənd aşağıdakı mətnlə əvəz olunur:
"9. "Təşkilat"
Beynəlxalq Dəniz Təşkilatı deməkdir".
6. 9-cu
bənddən sonra aşağıdakı məzmunda yeni
bənd əlavə edilir:
"10. "Məsuliyyət
haqqında 1969-cu il Konvensiyası" Neftlə
çirklənmədən dəymiş zərərə görə
mülki məsuliyət haqqında 1969-cu il tarixli Beynəlxalq
Konvensiyadır. Tərəfdaş dövlətlərin 1976-cı
il tarixli Protokolunda bu termin bu Protokolla dəyişdirilmiş,
1969-cu il məsuliyyət haqqında Konvensiyasını
əhatə etmiş hesab olunur.
Maddə 3
Məsuliyyət haqqında
1969-cu il Konvensiyasının maddəsi aşağıdakı
mətnlə dəyişdirilir:
"Bu Konvensiya yalnız bunlara
tətbiq olunur:
(a)
aşağıdakı ərazilərdə
çirklənmədən dəyən zərərə;
(i) Razılığa
gələn Dövlətin ərazisində, onun ərazi dənizi
də daxil olmaqla; və (ii) Razılığa gələn
Dövlətin Beynəlxalq hüquqa uyğun olaraq müəyyən olunan
müstəsna iqtisadi zonasında, yaxud Razılığa
gələn Dövlət bu zonanı müəyyən etməmişsə,
bu Dövlət tərəfindən beynəlxalq hüquqa uyğun
olaraq müəyyən edilən, bu dövlətin və ona bitişik
ərazi dənizinin hüdudları xaricindəki və ərazi
dənizi eninin ölçüldüyü başlanğıc xətdən 200
dəniz milindən çox olmayan məsafəni əhatə
edən rayonda;
(b) harada həyata keçirilməsindən
asılı olmayaraq bu cür zərərin aradan
qaldırılması və ya azaldılması üçün təşəbbüs
göstərilmiş qabaqlama tədbirlərinə".
Maddə 4
Məsuliyyət haqqında
1969-cu il Konvensiyasının III maddəsi
aşağıdakı kimi dəyişdirilir:
1. 1-ci
bənd aşağıdakı mətnlə əvəz olunur:
"1. Bu maddənin baxılan
2 və 3-cü bəndlərində nəzərdə tutulan hallar
istisna olmaqla, gəmi sahibi hadisənin baş verdiyi andan və
ya əgər hadisə bir sıra hadisələrdən
ibarətdirsə, ilk hadisənin baş verdiyi andan hadisə
nəticəsində gəmi tərəfindən
törədilmiş çirklənmədən yaranan istənilən
zərərə görə məsuliyyət daşıyır
".
2. 4-cü
bənd aşağıdakı mətnlə əvəz olunur:
"4. Bu Konvensiyaya uyğun
olaraq çirklənmədən dəymiş zərərin
ödənilməsi haqqında heç bir iddia gəmi sahibinə bu
Konvensiyada nəzərdə tutulduğundan fərqli qaydada
tətbiq edilə bilməz. Bu maddənin 5-ci bəndinin
şərtlərinə riayət edilməklə,
çirklənmədən dəymiş zərərin bu Konvensiya
əsasında və ya digər əsaslarla ödənilməsi
haqqında heç bir iddia aşağıdakı
şəxslərə qarşı irəli sürülə
bilməz:
(a) gəmi sahibinin
işçilərinə və ya agentlərinə, ya da heyət
üzvlərinə;
(b)bələdçiyə və ya
heyət üzvü olmayaraq gəmidə iş görən hər
hansı digər şəxsə;
(c) hər hansı fraxtçıya (berbout-çarter
üzrə fraxtçı da daxil olmaqla, adlandırılmasından
asılı olmayaraq), gəmi idarə edənə və ya
gəmi operatoruna;
(d) gəmi sahibinin
razılığı ilə və ya səlahiyyətli
hakimiyyət orqanlarının göstərişi ilə
xilasetmə əməliyyatlarını yerinə yetirən
hər hansı şəxsə;
(e) qabaqlama tədbirləri görən
hər hansı şəxsə;
(f) bütün işçilərə və
ya şəxslərin agentlərinə - bu şərtlə
ki, bu cür zərər, həmin zərəri vurmaq niyyəti
ilə, yaxud da özünə güvənmə və zərərin
başvermə ehtimalını dərk etməklə törədilmiş
öz hərəkətləri və hərəkətsizliyinin
nəticəsi olmasın.".
Maddə 5
Məsuliyyət haqqında
1969-cu il Konvensiyasının IV maddəsi
aşağıdakı mətnlə əvəz olunur:
"Əgər hadisə
çirklənmədən ziyan vurulmuş iki və daha artıq
gəmi ilə baş vermişdirsə, aidiyyəti olan bütün
gəmi sahibləri, əgər onlar III maddə əsasında
məsuliyyətdən azad edilmirlərsə, bütün ziyanın
ağılla bölüşdürülməsi mümkün olmayan həmrəy
məsuliyyət daşıyırlar."
Maddə 6
Məsuliyyət barədə
1969-cu il Konvensiyasının V maddəsi
aşağıdakı kimi dəyişdirilir:
1. 1-ci
bənd aşağıdakı mətnlə əvəz olunur:
"1. Gəmi sahibi bu
Konvensiyaya görə hər bir münaqişə üçün hesablanmış
ümumi məbləğə dair cavabdehliyini
aşağıdakı hallarda məhdudlaşdıra bilər:
(a) tutumu 5000 vahiddən artıq
olmayan gəmilər üçün 3 milyon hesab vahidi;
(b)yuxarıda göstərilən su
tutumunu aşan gəmi üçün (a) bəndində göstərilən
məbləğə əlavə olaraq hər sonrakı su
tutumu vahidi üçün 420 hesab vahidi əlavə edilir; bu
şərtlə ki, eyni zamanda ümumi məbləğ heç bir
halda 59,7 milyon hesab vahidindən artıq olmasın".
2. 2-ci
bənd aşağıdakı mətnlə əvəz edilir:
"2. Bu Konvensiyaya görə
gəmi sahibi çirklənmə nəticəsində dəyən
ziyanın onun fəaliyyəti və ya fəaliyyətsizliyi
üzündən, yaxud bu ziyanın vurulmasının düşünülmüş
qaydada nəzərdə tutulduğu və yaxud
səhlənkarlıq və bu ziyanın yaranma
ehtimalını dərk etməməsi üzündən vurulması
sübut olunarsa, o öz məsuliyyətini məhdudlaşdırmaq
hüququna malik olur".
3. 3-cü
bənd aşağıdakı mətnlə əvəz edilir:
"3. Bu maddənin 1-ci
bəndində nəzərdə tutulan məsuliyyətin
məhdudlaşdırılmasından istifadə etmək üçün
sahibkar, IX maddəyə əsasən Razılığa
gələn Dövlətlərin hər hansı birinin
məhkəməsində və ya hər hansı səlahiyyətli
təşkilatında iddia qaldırılıbsa, yaxud iddia
qaldırılmayıbsa, Razılığa gələn
Dövlətlərin hər hansı birinin məhkəməsində
və ya hər hansı səlahiyyətli
təşkilatında IX maddəyə əsasən iddia
qaldırıla bilərsə, o, ümumi məbləğə bu
orqanlarda cavabdehlik həddinə bərabər olan fond
yaratmalıdır. Bu fond depozitə ya məbləğ
köçürmə, ya da bank zəmanəti verməklə və yaxud
fondun yaradıldığı Razılığa gələn
Dövlətin qanunvericiliyinə görə məqbul hesab edilən
və məhkəmə və ya digər səlahiyyətli
orqan tərəfindən kifayətləndirici sayılan
digər təminat yolu ilə yaradıla bilər".
4. 9-cu
maddə aşağıdakı mətnlə əvəz
edilir:
"9. (a) bu maddənin 1-ci
bəndində qeyd olunan "Hesablama vahidi" Beynəlxalq
Valyuta Fondu tərəfindən müəyyən olunan "xüsusi
qarşılıqlı anlaşma qaydası" vahidi
sayılır. 1-ci bənddə göstərilən
məbləğ 3-cü bənddə göstərilən fondun yaranma
tarixinə "xüsusi qarşılıqlı anlaşma qaydası"na
müvafiq olaraq bu valyutanın vahid qiyməti əsasında milli
valyutaya keçirilir. Beynəlxalq Valyuta Fondunun üzvü olan
Razılığa gələn Dövlətin milli valyuta
dəyəri "xüsusi qarşılıqlı anlaşma
qaydası" vahidinə Beynəlxalq Valyuta Fondunun müvafiq tarixinə
uyğun öz əməliyyat və hesablarını hesablamaq
məqsədilə onun tərəfindən tətbiq edilən
dəyərin təyin olunması üsuluna müvafiq hesablanır.
Beynəlxalq Valyuta Fondunun üzvü olmayan Razılığa
gələn Dövlətin milli valyutası "xüsusi
qarşılıqlı anlaşma qaydası" vahidində
bu Dövlətin təyin etdiyi üsulla hesablanır.
9. (b) Bununla belə,
Beynəlxalq Valyuta Fondunun üzvü olmayan və qanun-vericiliyi 9 (a)
bəndinin müddəalarını qəbul etməyə imkan
verməyən Dövlət bu Konvensiyanı ratifikasiya, qəbul,
təsdiq edərkən və ona qoşulan zaman, yaxud bundan
sonra istənilən vaxt 9(a) bəndində qeyd olunan hesab
vahidinin 15 qızıl franka bərabər olduğunu deyə
bilər. Bu bənddə qeyd olunan qızıl frank doqquz yüz
əyarlı qızılın altmış beş tam onda
beş milliqramına bərabərdir. Qızıl frankın
milli valyutaya keçirilməsi müvafiq Dövlətin qanunvericiliyinə
müvafiq həyata keçirilir. 9(c) 9(a) bəndinin son cümləsində
qeyd olunan hesablanma və 9(b) bəndində
şərtləndirildiyi kimi məbləğin köçürülməsi
elə həyata keçirilməlidir ki, I bənddə
göstərilmiş həmin real məbləğin dəyəri
nə qədər mümkündürsə, Razılığa
gələn Dövlətin milli valyutasında ifadə edilsin.
Razılığa gələn Dövlətlər 9(a)
bəndinə uyğun olaraq məbləğin köçürülməsi
haqda və ya 9(b) bəndinə uyğun olaraq
sənədlərin ratifikasiyası üçün saxlanmaya verilməsi,
qəbulu, təsdiqi, bu Konvensiyanın təsdiqi və ya ona
qoşulma haqda depozitariyə xəbər verir".
5.
10-cu bənd aşağıdakı mətnlə əvəz
olunur:
"10. Bu maddənin
tələblərinə müvafiq gəminin su tutumu onun ümumi
tutumu hesab olunur və o, 1969-cu il gəmilərin ölçülməsi
barədə Beynəlxalq Konvensiyanın I əlavəsinin
qaydalarına müvafiq olaraq hesablanır".
6.
11-ci bəndin ikinci cümləsi aşağıdakı
mətnlə dəyişdirilir:
"Belə fond 2-ci bəndin
tələblərinə uyğun öz cavabdehliyini azaltmaq hüququna
malik olmadığı halda gəmi sahibinə nisbətən
heç bir iddiaçının hüquqlarına toxunmur".
Maddə 7
Məsuliyyət barədə
1969-cu il Konvensiyasının VII maddəsi
aşağıdakı kimi dəyişdirilmişdir:
1. 2-ci bəndin ilk iki cümləsi
aşağıdakı mətnlə əvəz olunur:
"Bu Konvensiyanın
qətnamələrinə müvafiq qüvvədə olan
sığorta və ya digər maliyyə təminatını
təsdiq edən şəhadətnamə Razılığa gələn
ölkənin müvafiq orqanı I bəndin tələblərinin
yerinə yetirilməsini müəyyən etdikdən sonra hər
bir gəmiyə təqdim olunur. Razılığa
gələn ölkədə qeydiyyatdan keçən gəmiyə
belə şəhadətnamə təqdim olunur, yaxud
şəhadətnamə gəmini qeydiyyatdan keçirən
ölkənin müvafiq orqanı tərəfindən təsdiq olunur;
Razılığa gələn ölkədə qeydiyyatdan
keçməyən gəmiyə bu şəhadətnamə
Razılığa gələn istənilən digər
ölkənin müvafiq orqanı tərəfindən təqdim oluna
və ya təsdiq edilə bilər".
2. 4-cü
bənd aşağıdakı mətnlə əvəz olunur:
"4.
Şəhadətnamə gəminin bortunda saxlanılmalı,
bir nüsxəsi isə gəminin reyestrini aparan orqana, əgər
gəmi Razılığa gələn ölkədə qeydiyyatdan
keçməyibsə - şəhadətnamə verən və ya
onu təsdiq edən ölkənin müvafiq orqanına (bu ölkənin
şəhadətnamə verən və ya onu təsdiq edən
orqanına) saxlanılma üçün təqdim edilir".
3. 7-ci
bəndin birinci cümləsi aşağıdakı mətnlə
əvəz olunur:
"7. Razılığa
gələn ölkənin səlahiyyəti daxilində 2-ci
bəndə müvafiq olaraq təqdim olunan və ya təsdiq edüən
şəhadətnamələr Razılığa gələn
digər ölkələr tərəfindən tanınır.
Şəhadətnamə Razılığa gələn
ölkədə qeydiyyatdan keçməyən gəmiyə təqdim
olunduqda və ya təsdiq edildikdə belə, bu sənəd
onların təqdim və ya təsdiq etdikləri
şəhadətnamə ilə eyni qüvvəyə malikdir".
4. 7-ci
bəndin ikinci cümləsindəki "Gəminin qeydiyyatdan
keçdiyi dövlət" sözləri "Şəhadətnaməni
verən və təsdiq edən dövlət" sözləri
ilə əvəz olunur.
5. 8-ci
bəndin ikinci cümləsi aşağıdakı mətnlə
əvəz olunur:
"Bu halda gəmi
mülkiyyətçisi hətta V maddənin ikinci bəndinə
uyğun olaraq öz məsuliyyətini məhdudlaşdırmaq
hüququna malik deyilsə də, V maddənin 1-ci bəndində nəzərdə
tutulan məsuliyyət həddindən istifadə edə
bilər.
Maddə 8
Məsuliyyət barədə
1969-cu il Konvensiyasının 8-ci maddəsi bu cür
dəyişdirilir:
1-ci bənd növbəti
mətnlə əvəz olunur:
1. Əgər hadisə
müqavilə bağlayan ölkələrdən birinin, yaxud
hamısının maddə 2-də qeyd olunan bölgəsinin
və ya ərazi dənizi də daxil olmaqla ərazisinin
çirklənmədən ziyan çəkməsinə səbəb
olmuşsa;
əgər baş vermiş
hadisə nəticəsində müqavilə bağlayan ölkənin
ərazisi, ərazi dənizi daxil olmaqla, yaxud maddə 2-də
qeyd olunmuş rayonları çirklənmədən ziyan
çəkibsə, həmçinin əgər bu ərazilərdə
çirklənmənin qarşısının alınması
və ya dəyən ziyanın azaldılması
məqsədilə tədbirlər keçirilərsə, bu barədə
iddia yalnız müqavilə bağlayan ölkənin
gəmilərində təqdim oluna bilər. Cavabdehə müvafiq
vaxtda istənilən belə bir iddia barədə bildiriş
göndərilir.
Maddə 9
Məsuliyyət barədə
1969-cu il Konvensiyasının XII maddəsindən sonra
aşağıdakı məzmunda iki yeni maddə daxil edilir:
Maddə XII
bis
Keçid müddəaları
Əgər hadisə baş
verən zaman ölkə bu Konvensiyanın olduğu kimi,
Məsuliyyət barədə 1969-cu il Konvensiyasının da
tərəfidirsə, onda aşağıdakı keçid müddəaları
tətbiq olunur:
a) əgər hadisə bu
Konvensiyanın qüvvəsi şamil edilən
çirklənmədən dəyən zərərə
səbəb olmuşsa, bu Konvensiyaya əsasən
məsuliyyətə xitam verilmiş sayılır, bu
şərtlə ki, məsuliyyət eyni
dərəcədə həm də Məsuliyyət
haqqında 1969-cu il Konvensiyasına əsasən
yaranmış olsun;
b) əgər hadisə bu
Konvensiyanın qüvvəsi şamil edilən
çirklənmədən dəyən zərərə səbəb
olmuşsa və Dövlət həm bu Konvensiyanı, həm
də Neftlə çirklənmədən dəyən
zərərin kompensasiyası üçün beynəlxalq fondun
yaradılması barədə 1971-ci il tarixli Beynəlxalq
Konvensiyanın tərəfi olarsa, bu maddənin (a)
yarımbəndinin tətbiqindən sonra məsuliyyət davam
edərsə, o, qeyd olunan 1971-ci il Konvensiyasının
tətbiqindən sonra çirklənmədən dəyən
zərərin ödənilməmiş hissəsi qədər
meydana çıxır;
(c) bu Konvensiyanın III
maddəsinin 4-cü bəndi tətbiq edilərkən "bu
Konvensiya" ifadəsi bu Konvensiyaya və ya müvafiq olaraq
Məsuliyyət barədə 1969-cu il Konvensiyasına istinad
kimi şərh olunur;
(d) bu Konvensiyanın V maddəsinin
3-cü bəndinin tətbiqi zamanı təsis olunacaq fondun ümumi
məbləği bu maddənin (a) yarımbəndinə müvafiq
məsuliyyətə xitam verilməsi məbləğinə
qədər azaldılır.
Maddə XII ter
Yekun müddəalar
Bu Konvensiyanın son
müddəaları Məsuliyyət barədə 1969-cu il
Konvensiyasının düzəlişləri barədə
qəbul olunmuş 1992-ci il Protokolunun 12-18-ci
maddələridir. Bu Konvensiyada Razılığa gələn
ölkələrə istinad bu Protokolun Razılığa
gələn ölkələrinə istinad kimi şərh olunur.".
Maddə 10
Məsuliyyət barədə
1969-cu il Konvensiyasına əlavə olunmuş
şəhadətnamənin nümunəsi bu Protokola əlavə
edilmiş nümunə ilə əvəz edilir.
Maddə 11
1. Məsuliyyət barədə
1969-cu il Konvensiyasının və bu Protokolun
tərəflərinə münasibətdə Protokol bir
sənəd kimi qəbul olunur.
2. Məsuliyyət barədə
1969-cu il Konvensiyasının I-XII ter maddəsi
şəhadətnamə nümunəsi də daxil olmaqla cari
Protokola düzəlişlər edilmiş Neftlə
çirklənmədən vurulan zərərə görə mülki
məsuliyyət haqqında 1992-ci il tarixli Beynəlxalq
Konvensiya adlandırılır (Naviqasiya barədə 1992-ci il
Konvensiyası).
YEKUN MÜDDƏALAR
Maddə 12
İmzalama,
ratifikasiya, qəbul, təsdiq etmə və ya qoşulma
1. Bu Protokol Londonda bütün
Dövlətlər tərəfindən imzalanmaq üçün 1993-cü il
yanvarın 15-dən 1994-cü il yanvarın 14-ə qədər
açıqdır.
2. 4-cü
bəndə riayət etmək şərti ilə
istənilən Dövlət bu Protokolun Tərəfi ola bilər:
(a) ratifikasiya, qəbul və ya
təsdiq etmə barədə qeyd-şərtlə imzalama;
sonradan ratifikasiya, qəbul və ya təsdiq etməklə;
yaxud
(b) qoşulmaqla.
3. Ratifikasiya, qəbul, təsdiq
etmə və ya qoşulma bu barədə rəsmi
sənədin Təşkilatın Baş katibinə saxlanmaq
üçün təqdim edilməsi yolu ilə həyata keçirilir.
4. Bundan sonra Fond barədə
1971-ci il Konvensiyası adlandırılan Neftlə
çirklənmədən dəyən zərərin
kompensasiyası üçün Beynəlxalq Fond yaradılması
barədə 1971-ci il Beynəlxalq Konvensiyasının
Razılığa gələn istənilən Dövləti bu
Protokolu ratifikasiya, qəbul, təsdiq edə, həmçinin ona
qoşula bilər, bir şərtlə ki, həmin Dövlət bu
Protokol qüvvəyə minən vaxtdan Fond barədə 1971-ci il
Konvensiyasını ləğv etməzsə, həmin
dövlət, eyni zamanda bu Konvensiyanı dəyişən 1992-ci
il Protokolunu ratifikasiya, qəbul, təsdiq etmiş və ya ona
qoşulmuş olsun.
5. Məsuliyyət barədə
1969-cu il Konvensiyasını qəbul etməyən, bu Protokolun
Tərəfi olan ölkə: Protokolun digər tərəfdaş
ölkələrinə münasibətdə bu Protokolla
dəyişdirilmiş Məsuliyyət barədə 1969-cu il
Konvensiyasının müddəalarına mütləq riayət
etmək məcburiyyətində olduğu halda,
Məsuliyyət barədə 1969-cu il Konvensiyasının
müddəalarına onun tərəfdaş ölkələrinə
münasibətdə riayət etmək məcburi deyildir.
6. Ratifikasiya, qəbul, təsdiq
etmə və qoşulma barədə istənilən
sənəd bu Protokolla dəyişdirilmiş,
Məsuliyyət barədə 1969-cu il Konvensiyasının
düzəlişləri qüvvəyə mindikdən sonra
saxlanılmağa verilən belə düzəliş nəzərə
alınmaqla bu dəyişdirilmiş Konvensiyaya aid hesab edilir.
Maddə 13
Qüvvəyə
minmə
1. Bu Protokol tanker donanması
ən azı 1 milyon vahid ümumi tutuma malik 4 ölkənin daxil
olduğu 10 ölkənin ratifikasiya, qəbul, təsdiq etmə
və ya qoşulma barədə sənədləri
Təşkilatın Baş katibinə saxlanmaq üçün təqdim
etdiyi vaxtdan 12 ay sonra qüvvəyə minir.
2. Lakin Fond barədə 1971-ci il
Konvensiyasının Razılığa gələn
istənilən Dövləti bu Protokolun ratifikasiyası,
qəbulu, təsdiqi və ya ona qoşulma barədə
sənədi saxlanmaq üçün təqdim etdikdə, Fond barədə
1971-ci il Konvensiyasının dəyişdirilməsi
barədə 1992-ci il Protokolunun 31-ci maddəsində
göstərilən altı aylıq dövr bitənə qədər
belə sənədin bu maddənin tələblərinə
müvafiq qüvvəyə malik olmamasını elan edə bilər.
Fond barədə 1971-ci il Konvensiyasının
Razılığa gələn Tərəfi olmayan, lakin Fond
barədə 1971-ci il Konvensiyasının
dəyişdirilməsi barədə 1992-ci il Protokolunun
ratifikasiyası, qəbulu, təsdiqi və ya ona qoşulma
barədə sənədi saxlanmaya təqdim edən Dövlət
eyni zamanda bu bəndə müvafiq bəyanat verə bilər.
3. Əvvəlki bəndə
müvafiq bəyanat verən istənilən dövlət onu,
Təşkilatın Baş katibinə bu barədə
bildiriş göndərməklə geri götürə bilər. Belə
geri götürülmə bildiriş alınan tarixdən qüvvəyə
minir və belə Dövlət bu Protokolun ratifikasiyası,
qəbulu, təsdiqi və ya ona qoşulma barədə
sənədi həmin gün saxlanılmaq üçün təqdim etmiş
Dövlət sayılır.
4. Bu Protokolu ratifikasiya,
qəbul, təsdiq edən və ya ona qoşulan
istənilən Dövlət 1-ci bənddə göstərilən onun
qüvvəyə minmə şərtləri yerinə
yetirildikdən sonra belə Dövlətin müvafiq sənədi
saxlanmağa təqdim etdiyi tarixdən 12 ay sonra bu Protokol qüvvəyə
minir.
Maddə 14
Yenidən
baxılma və düzəlişlər
1. Təşkilat Məsuliyyət
barədə 1992-ci il Konvensiyasına yenidən baxmaq və ya
düzəlişlər etmək üçün konfrans çağıra bilər.
2. Təşkilat Məsuliyyət
barədə 1992-ci il Konvensiyasını yenidən baxılmaq
və ona əlavələr etmək üçün Razılığa
gələn Dövlətlərin konfransını həmin
Dövlətlərin üçdə bir hissəsindən az olmamaq
şərtilə onların xahişi ilə çağıra
bilər.
Maddə 15
Məbləğin
məhdudlaşdırılması haqqında düzəliş
1. Razılığa gələn
Dövlətlərin, sayının dörddə birindən az
olmamaqla, xahişi ilə Məsuliyyət haqqında 1969-cu il
Konvensiyasının V maddəsinin 1-ci bölməsində
müəyyənləşdirilmiş məsuliyyətin
bəndlərinin dəyişdirilməsi haqqında bu Protokolda
dəyişdirilmiş istənilən təklif Baş katib
tərəfindən Təşkilatın bütün üzvlərinə
və Razılığa gələn Dövlətlərə
göndərilir.
2. Yuxarıda göstərildiyi kimi,
təklif olunan və yayılmış istənilən
düzəliş, onun paylanması tarixindən altı aydan az
keçməməklə "Təşkilatın" Hüquqi
Komitəsinə baxılmaq üçün göndərilir.
3. Bu Protokolla
dəyişdirilmiş Məsuliyyət haqqında 1969-cu il
Konvensiyasının Razılığa gələn bütün
Dövlətləri Təşkilatın üzvü
olub-olmadıqlarından asılı olmayaraq
düzəlişlərə baxılması və onların
bəyənilməsi üçün Hüquqi Komitənin işində
iştirak etmək hüququna malikdirlər.
4. Düzəlişlər, 3-cü
bölmədə nəzərdə tutulduğu kimi, Hüquqi
Komitənin genişləndirilmiş heyətinin iclasında
və səsverməsində iştirak etmiş Razılığa
gələn Dövlətlərin üçdə birindən çox olmaqla bəyənilir;
səsvermədə Razılığa gələn
dövlətlərin yarısı və ondan çoxu iştirak
edirlər.
5. Məsuliyyət
hədlərinin dəyişdirilməsi haqqında
təkliflərə baxılmasında Hüquqi Komitə
hadisələrin baş verməsi nəticəsində yaranan
təcrübəni nəzərə alır, məsələn,
dəymiş ziyanın məbləği valyuta
dəyərinin dəyişməsi və nəzərdə
tutulan düzəlişin sığorta dəyərinə
təsiri. Komitə həmçinin bu Protokolla dəyişdirilmiş
Məsuliyyət haqqında 1969-cu il Konvensiyasının V
maddəsinin 1-ci bəndində
müəyyənləşdirilmiş hədlərarası
əlaqəni və neftlə çirklənmədən
dəyən zərərin kompensasiyası üçün Beynəlxalq
Fondun yaradılması haqqında 1992-ci il tarixli Beynəlxalq
Konvensiyanın IV maddəsinin IV bölməsində müəyyənləşdirilmiş
hədlər arasındakı əlaqəni nəzərə
alır.
6. (a) Bu maddəyə müvafiq
olaraq, məsuliyyəti məhdudlaşdıran heç bir
dəyişikliyə 15 yanvar 1998-ci ilə qədər və
ya 5 ildən tez baxıla bilməz. Protokol qüvvəyə
minmədən bu maddəyə müvafiq olaraq heç bir
əlavəyə baxıla bilməz,
(b) Məsuliyyət barədə
1969-cu il Konvensiyasına müvafiq olaraq heç bir hədd 15 yanvar
1993-cü ildən mürəkkəb faizlərdə ölçülən və
hər il 6% artırılan həddən artıq
olmamalıdır;
(c) Məsuliyyət barədə
1969-cu il Konvensiyasına müvafiq olaraq heç bir hədd bu Protokolla
dəyişdirilmiş və 3-ə vurulmuş həddi
keçə bilməz.
7. 4-cü bəndə müvafiq olaraq
Təşkilat Razılığa gələn bütün
Dövlətləri qəbul edilmiş əlavələr
barədə xəbərdar edir.
Əlavə qəbul
edildikdən 18 ay müddətində, əgər bu müddət
ərzində Razılığa gələn Dövlətlərin
1/4 hissəsindən az olmayaraq dövlətlər, Hüquq Komitəsi
tərəfindən əlavə bəyənilən vaxt
Təşkilata həmin əlavələri qəbul etməməsi
barədə xəbər verməsələr, əlavə
qəbul olunmuş hesab edilir. Əks təqdirdə
düzəliş rədd edilir və qüvvəyə minmir.
8. 7-ci bəndə müvafiq olaraq
qəbul edilmiş sayılan əlavələr qəbul edildikdən
18 ay keçdikdən sonra qüvvəyə minir.
9. Razılığa gələn
bütün Dövlətlər, əgər bu Protokolu denonsasiya
etmirlərsə, 16-a maddəsinin 1, 2-ci bəndlərinə
müvafiq olaraq ən azı 6 ay ərzində maddənin bütün
müddəalarına riayət etməlidirlər.
Belə ləğvetmə
əlavə qüvvəyə mindiyi andan qüvvəyə minir.
10. Əgər Hüquq Komitəsi
tərəfindən hər hansı bir əlavə qəbul
edilmək üçün bəyənilirsə, lakin 18 aylıq müddət
bitməyibsə, bu müddət ərzində Razılığa
gələn Dövlətlər həmin əlavələrə
riayət etməlidirlər. Bu müddət bitənə
qədər Razılığa gələn Dövlət olan
dövlət həmin 7-ci müddəaya müvafiq olaraq qəbul
edilmiş maddənin müddəalarına riayət etməlidir.
Dövlət əlavənin qüvvəyə mindiyi vaxtdan və ya bu
Protokolun həmin dövlət üçün qüvvəyə mindiyi andan bütün
maddələrin müddəalarına riayət etməlidir.
Maddə 16
Ləğv
etmə
1. Bu Protokolu istənilən
Tərəf bu Tərəf üçün qüvvəyə mindiyi tarixdən
sonra ləğv edə bilər.
2. Ləğvetmə müvafiq
sənədin Təşkilatın Baş katibinə
saxlanılmaq üçün təqdim olunması yolu ilə həyata
keçirilir.
3. Ləğvetmə
Təşkilatın Baş katibinə bu barədə
sənəd təqdim olunduğu andan 12 ay sonra və ya
sənəddə göstərilən müddətdən sonra
qüvvəyə minir.
4. Razılığa gələn
Dövlətlər arasında münasibətdə onların
istənilən birinin Məsuliyyət barədə 1969-cu il
Konvensiyasını 16-cı maddəyə uyğun olaraq
ləğv etməsi heç bir halda Məsuliyyət barədə
1969-cu il Konvensiyasında edilən dəyişikliklər
Protokolunun ləğv edilməsi kimi qəbul edilə
bilməz.
5. Fond barədə 1971-ci il
Konvensiyasına dəyişikliklər barədə 1992-ci il
Protokolunun Fond barədə 1971-ci il Konvensiyasının
tərəfdaşı olan ölkə tərəfindən ləğvi
bu Protokolun ləğvi kimi başa düşülür. Belə
ləğvetmə bu Protokolun 34-cü maddəsinə müvafiq 1971-ci
il Fond barədə Konvensiyasının 1992-ci i!
dəyişikliklər barədə Protokolunun ləğv
olunması qüvvəyə minən andan qüvvəyə minir.
Maddə 17
Depozitari
1. Bu Protokol və 15-ci
maddəyə müvafiq qəbul olunmuş bütün
düzəlişlər Təşkilatın Baş katibinə
saxlanılmaq üçün təhvil verilir.
2. Təşkilatın Baş
katibi:
(a) Bu Protokolu imzalayan və ona
qoşulan bütün dövlətləri xəbərdar edir:
(i)
hər bir yeni imzalanma, həmçinin saxlanılmaq üçün təhvil
verilmiş sənəd barədə tarix göstərilməklə;
(ii) Məsuliyyət
barədə 1992-ci il Konvensiyasının V maddəsinin 13-cü
bəndinə müvafiq hər bir ərizə və bildiriş,
həmçinin 9-cu bəndinə müvafiq hər bir ərizə və
məlumat barədə;
(iii) bu Protokolun qüvvəyə
minmə tarixi barədə;
(iv) 15-ci maddənin 1-ci
bəndinə müvafiq olaraq məsuliyyət hədlərinin
dəyişdirilməsi barədə istənilən təklif
haqda;
(v) 15-ci maddənin 4-cü
bəndinə müvafiq bəyənilən istənilən
düzəliş barədə;
(vi) 15-ci maddənin 7-ci
bəndinə müvafiq qəbul edilən istənilən
düzəliş barədə həmin maddələrin 8-9-cu
bəndlərinə müvafiq olaraq düzəlişlərin
qüvvəyə mindiyi tarix göstərməklə;
(vii) bu Protokolun ləğvi
barədə istənilən sənədin saxlanılmaq üçün
təhvil verildiyi tarix və ləğvetmənin
qüvvəyə mindiyi tarix göstərilməklə;
(viii) 16-cı maddənin 5-ci
bəndinə müvafiq edilmiş istənilən
ləğvetmə barədə;
(ix) bu Protokolun istənilən
maddəsinin tələb etdiyi istənilən məlumat
barədə;
(b) bu Protokolun müvafiq səviyyədə
təsdiq olunmuş surətlərini onu imzalayan, həmçinin ona
qoşulan bütün dövlətlərə göndərir.
3. Bu Protokol qüvvəyə minən kimi
Təşkilatın Baş katibi onun mətnini
Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsinin 102-ci maddəsinə müvafiq qeydiyyatdan keçirilmək
və dərc olunmaq üçün BMT katibliyinə göndərir.
Maddə 18
Dillər
Bu Protokol ingilis, ərəb,
ispan, Çin, rus və fransız dillərində bir nüsxədə
tərtib edilir və onlar eyni qüvvəyə malikdir.
Min doqquz yüz doxsan ikinci il
noyabrın iyirmi yeddisində Londonda imzalanmışdır.
Bunun təsdiqi olaraq, öz müvafiq
hökumətləri tərəfindən lazımi qaydada
səlahiyyət verilmiş aşağıda imza
edənlər bu Protokolu imzalamışlar.
ƏLAVƏ
Neftlə çirklənmədən
dəyən ziyanın mülki cavabdehliyini təsdiq edən
sığorta və ya digər maliyyə təminatı
barədə
ŞƏHADƏTNAMƏ
1992-ci il neftlə
çirklənmədən dəyən ziyanın mülki cavabdehliyi
barədə Beynəlxalq Konvensiyanın VII maddəsinin
müddəalarına müvafiq olaraq verilmişdir.
Gəminin
adı |
Qeydiyyat
nömrəsi və çağırış siqnalı |
Qeydiyyat limanı |
Gəmi sahibinin adı və
ünvanı |
|
|
|
|
Bununla, yuxanda adı
çəkilən gəminin 1992-ci il Neftlə
çirkləndirmədən dəyən zərərə görə
mülki məsuliyyət barədə Beynəlxalq Konvensiyanın
VII maddəsinin tələblərini ödəyən
sığorta vəsiqəsinə və ya digər maliyyə
təminatına malik olduğu təsdiqlənir.
Təminat
_____________________________________________________________________________________
Təminatın
fəaliyyəti müddəti
_______________________________________________________
_____________________________________________________________________________________
Sığorta edən
idarənin adı və ünvanı və ya maliyyə
təminatını verən şəxslər
Adı
_____________________________________________________________________________
Ünvan
___________________________________________________________________________
Bu
şəhadətnamə ________________________________ tarixinə
qədər etibarlıdır.
_____________________________________________________________________________________
(ölkənin tam adı)
_________________________________ Hökuməti
tərəfindən verilmiş və ya təsdiq edilmişdir
_________________________________da
_______________________________
(yer)
(tarix)
_______________________________________
şəhadətnaməni
verən və ya təsdiq edən rəsmi şəxsin
imzası və vəzifəsi
Qeyd:
1. Ölkənin adı
göstəriləndə, istəkdən asılı olaraq
ölkənin şəhadətnamə verən səlahiyyətli
orqanının adını çəkmək olar.
2. Əgər təminatın
ümumi məbləği bir neçə mənbənin təqdim
etdiyi təminatlardan ibarət olarsa, onların hər birinin
məbləğini göstərmək lazımdır.
3. Əgər təqdim olunan
təminatlar eynicinsli deyilsə, onların hər biri ayrıca
göstərilməlidir.
4. "Təminatın
fəaliyyət müddəti" yazısı bu təminatın
qüvvəyə mindiyi tarixi özündə əks etdirməlidir.