"Neftlə
çirkləndirmədən vurulan zərərə görə
mülki məsuliyyət
haqqında" 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya
1976-cı il tarixli Protokola qoşulmaq barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası
Neftlə çirkləndirmədən vurulan zərərə
görə mülki məsuliyyət haqqında 1969-cu il tarixli
Beynəlxalq Konvensiyaya 1976- cı il tarixli Protokola qoşulsun.
II.Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 18
iyun 2004-cü il
№ 692-IIQ
Neftlə
çirkləndirmədən vurulan zərərə görə mülki
məsuliyyət haqqında 1969-cu il tarixli Beynəlxalq
Konvensiyaya 1976-cı il tarixli
PROTOKOL
Bu Protokolun Tərəfləri
Neftlə çirkləndirmə hallarında vurulmuş
zərər üzrə mülki məsuliyyət haqqında 1969-cu il
noyabrın 29-da Brüsseldə qəbul olunmuş Beynəlxalq
Konvensiyanın Tərəfləri olmaqla,
aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə 1
Bu Protokolun məqsədləri
üçün:
1. "Konvensiya" Neftlə
çirkləndirmədən vurulan zərərə görə mülki
məsuliyyət haqqında 1969-cu il Beynəlxalq Konvensiyası
deməkdir.
2. "Təşkilat"
Konvensiyada olan mənanı verir.
3. "Baş katib"
Təşkilatın Baş katibi deməkdir.
Maddə 2
Konvensiyanın V
maddəsinə aşağıdakı dəyişikliklər
edilir:
(1) 1-ci bənd aşağıdakı
mətnlə əvəz edilir:
"Bu Konvensiyaya görə
"Gəmi sahibi" hər hansı bir münaqişəyə
görə öz cavabdehliyinin ümumi məbləğini gəminin
hər bir ton tutumu üçün 133 hesab vahidi ilə hesablanmış
miqdarda məhdudlaşdıra bilər.
Lakin qəbul olunmuş hesab
vahidinə görə hesablanmış bu ümumi məbləğ
heç bir halda 14 milyon hesab vahidindən artıq
olmamalıdır".
(2) 9-cu bənd aşağıdakı
mətnlə əvəz edilir:
9(a) Bu maddənin 1-ci
bəndində göstərilən hesab vahidi Beynəlxalq Valyuta
Fondu tərəfindən qəbul edilmiş xüsusi
qarşılıqlı anlaşma qaydası vahididir. 1-ci
bənddə göstərilən məbləğə
əsasən dövlətdə xüsusi qarşılıqlı
anlaşma qaydası vahidinə uyğun fond yaradılır
və məbləğ fondun yaradıldığı
tarixə həmin dövlətin valyutası ilə ifadə edilir.
Beynəlxalq Valyuta Fondunun üzvü olan və Razılığa
gələn dövlətin valyutasının xüsusi
qarşılıqlı anlaşma qaydası vahidi ilə
dəyəri, Beynəlxalq valyuta fondu tərəfindən
qəbul edilmiş qaydada təyin edilməsi metoduna uyğun
olaraq həmin dövlətdə özünün
əməliyyatlarının və hesablamalarının
aparılması üçün müvafiq tarixə hesablanır. Beynəlxalq
Valyuta Fondunun üzvü olmayan dövlətin valyutasının xüsusi
qarşılıqlı anlaşma qaydası vahidi ilə
dəyəri həmin dövlətin qəbul etdiyi qayda ilə
hesablanır.
9(b) Razılığa
gələn dövlət Beynəlxalq Valyuta Fondunun üzvü olmadıqda
və onun qanunvericiliyinə əsasən bu maddənin 9 (a)
bəndinin qəbul edilməsi mümkün olmadıqda o, bu Konvensiya
ratifikasiya edilən, bəyənilən və qəbul
edilən zaman, ona qoşulan zaman və yaxud istənilən
vaxt elan edə bilər ki, 1-ci bənddə göstərilən
cavabdehlik həddinin onun ərazisində tətbiq olunması
ümumi məbləğə əsaslanaraq hər bir
münaqişə üçün gəminin hər ton tutumuna görə 2000
valyuta vahidi hesabı ilə hesablanaraq təyin edilir. Bu
şərtlə ki, bu ümumi məbləğ heç bir halda 210
milyon valyuta vahidini aşmasın. Bu bənddə
göstərilən valyuta vahidi 0,900 əyarlı
qızılın 66,5 milliqramına uyğundur. Bu
məbləğlərin milli valyutaya çevrilməsi müvafiq
Dövlətin qanunvericiliyinə əsasən yerinə yetirilir.
9(c) 9(a) bəndinin sonuncu
cümləsində göstərilən hesablama və 9(b)
bəndində qeyd edilən məbləğin çevrilməsi
elə qayda ilə aparılır ki, onun Razılığa
gələn dövlətin valyutası ilə ifadə edilməsi
dairəsində 1-ci bənddə istifadə edilən
məbləğ hesablama vahidinin real dəyərinə
uyğun gəlsin. Razılığa gələn
dövlətlər 9(a) bəndinə uyğun olaraq depozitçiyə
hesablama üsulu barədə, yaxud müvafiq halda 4-cü maddədə
göstərildiyi kimi, sənəd saxlanca verilən zaman 9(b)
bəndinə uyğun olaraq köçürmənin nəticəsi və
hər dəfə bu üsulda və ya köçürmənin
nəticəsində dəyişiklik olduqda məlumat verir.
Maddə 3
1. Bu Protokol Konvensiyanı imzalayan,
yaxud ona qoşulan və Neftlə çirkləndirmədən
vurulan zərərə görə mülki məsuliyyət
haqqında 1969-cu il Konvensiyasında qəbul olunmuş hesab
vahidinə yenidən baxılması üzrə konfransa
dəvət olunan Dövlətlər tərəfindən imzalanmaq
üçün açıqdır.
1976-cı il noyabrın
17-dən 19-a kimi Londonda keçirilən bu konfransın protokolu
imzalamaq üçün 1977-ci il fevralın 1-dən dekabrın 31-ə kimi
açıqdır.
2. Bu maddənin 4-cü bəndinə
əməl olunması şərti ilə bu Protokol onu imzalayan
Dövlətlər tərəfindən ratifikasiya edilməli,
qəbul olunmalı və yaxud bəyənilməlidir.
3. Bu Protokol bu maddənin 4-cü
bəndinə əməl edən və bu Protokolu imzalayan
Dövlətlərin ona qoşulması üçün açıqdır.
4. Bu Protokolun ratifikasiya
edilməsini, qəbul edilməsini, bəyənilməsini
və yaxud ona qoşulmanı Konvensiyanın
iştirakçısı olan Tərəf Dövlətlər həyata
keçirə bilərlər.
Maddə 4
1. Ratifikasiya, qəbul edilmə,
bəyənilmə və yaxud qoşulma bu barədə
rəsmi sənədin Baş katibə saxlanmağa təqdim
edilməsi ilə həyata keçirilir.
2. Bu Protokola edilmiş hər
hansı düzəliş qüvvəyə mindikdən sonra
saxlanılmağa verilən ratifikasiya, qəbul etmə,
bəyənmə, yaxud qoşulma barədə hər hansı
bir sənəd bütün mövcud Tərəflərə
münasibətdə, yaxud da həmin düzəlişin mövcud
Tərəflərə münasibətdə qüvvəyə
minməsi üçün tələb olunan bütün tədbirlər
görüldükdən sonra dəyişiklik edilmiş Protokola aid hesab
edilir.
Maddə 5
1. Bu Protokol onu ratifikasiya edən,
qəbul edən, bəyənən və yaxud ona qoşulan
Dövlətlər üçün səkkiz Dövlətin, onlardan hər biri 1.000.000
registr ton ümumi tutumundan az olmayan tanker donanmasına malik olmaqla
beş Dövlətin ratifikasiya, qəbul etmə,
bəyənmə, qoşulma barədə Baş katibə
saxlanmaq üçün sənəd təqdim etmələrinin 90-cı
günü qüvvəyə minir.
2. Bu Protokol onu ratifikasiya edən,
qəbul edən, bəyənən və yaxud ona sonradan
qoşulan hər bir Dövlət üçün bu Dövlət
tərəfindən müvafiq sənədin saxlanmağa təqdim
edilməsinin 90-cı günü qüvvəyə minir.
Maddə 6
1. Bu Protokol istənilən
Tərəf üçün qüvvəyə mindikdən sonra həmin
Tərəf onu denonsasiya edə bilər.
2. Denonsasiya bu barədə
sənədi Baş katibə saxlanmağa təqdim etmək
yolu ilə edilə bilər.
3. Denonsasiya, bu barədə
Baş katibə sənəd təqdim edildiyindən sonra
və yaxud bu sənəddə nəzərdə tutulan daha
uzun müddətdən sonra qüvvəyə minə bilər.
Maddə 7
1. Təşkilat bu Protokola
yenidən baxılması və ya düzəlişlər
edilməsi üçün konfrans çağıra bilər.
2. Təşkilat Protokola
yenidən baxılması və ya ona düzəlişlər
edilməsi üçün Tərəflərin Konfransını
Tərəflərin, üçdə bir hissəsindən az olmamaq
şərti ilə, xahişinə əsasən
çağırır.
Maddə 8
1. Bu Protokol saxlanılmaq üçün
Baş katibə təhvil verilir.
2. Baş katib:
a) Protokolu imzalayan və ya ona
qoşulan bütün Dövlətlərə xəbər verir:
(i) hər bir imzalanan və
qəbul olunma tarixi göstərilməklə, saxlanmağa
təhvil verilən yeni sənəd barədə;
(ii) bu Protokolun qüvvəyə
minmə tarixi barədə;
(iii) denonsasiya haqda saxlanmağa
verilən hər bir sənəd və onun qüvvəyə
mindiyi tarix barədə;
(iv) bu Protokola edilən
istənilən düzəliş barədə.
Bu Protokolun müvafiq qaydada
təsdiqlənmiş surətini onu imzalayan və ya ona
qoşulan bütün Dövlətlərə göndərir.
Maddə 9
Bu Protokol qüvvəyə
mindikdən sonra Baş katib onun müvafiq qaydada təsdiqlənmiş
surətini Birləşmiş Millətlər
Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə
uyğun olaraq dərc olunmaq üçün göndərir.
Maddə 10
Bu Protokol ingilis və
fransız dillərində bir əsl nüsxədə tərtib
edilmişdir, həm də hər iki mətn eynidir. Rus və
ispan dillərində rəsmi tərcümələr hazırlanacaq
və imzalanmış əsl nüsxə ilə birlikdə
saxlanmağa veriləcəkdir.
1976-cı il noyabrın 19-da
Londonda imzalanmışdır.
Bunun təsdiqi olaraq, həmin
məqsəd üçün lazımi qaydada səlahiyyət verilmiş
aşağıda imza edənlər bu Protokolu imzaladılar.