Banklar
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycanda bank sisteminin hüquqi
bazasının beynəlxalq standartlara tam
uyğunlaşdırılması, iqtisadiyyatda bank
xidmətlərinin rolunun artırılması, bank
əmanətçilərinin və kreditorlarının
müdafiəsinin gücləndirilməsi və
bütövlükdə bank sisteminin stabil və
təhlükəsiz fəaliyyətinin təmin edilməsi
məqsədilə bankların təşkili, daxili
idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi
və ləğv edilməsi prinsiplərini, qaydalarını
və normalarını müəyyən edir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Əsas
anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir:
Bank - fiziki və hüquqi
şəxslərdən depozitlərin və ya digər
qaytarılan vəsaitlərin cəlb edilməsi, öz
adından və öz hesabına kreditlərin verilməsini,
habelə müştərilərin tapşırığı
ilə köçürmə və hesablaşma-kassa
əməliyyatlarını məcmu halda həyata
keçirən hüquqi şəxsdir.
Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir
neçə törəmə bankı olan, fəaliyyəti
baş ofisinin yerləşdiyi ölkənin bank
tənzimləməsi orqanları tərəfindən
tənzimlənən və nəzarət olunan
şirkətdir.
Törəmə bank -
nizamnamə kapitalında səsvermə hüququ verən
səhmlərin əllidən çox faizi təsisçi
banka və ya bank holdinq şirkətinə məxsus olan
bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank
və ya bank holdinq şirkəti arasında
bağlanmış müqaviləyə əsasən
təsisçi banka və ya bank holdinq şirkətinə onun
qərarlarının qəbul edilməsinə mühüm
təsir göstərmək imkanı verilir.
Bankın filialı -
hüquqi şəxs olmayan, bankın olduğu yerdən
kənarda yerləşən, öhdəlikləri
üçün bankın özünün məsuliyyət
daşıdığı, banka icazə verilmiş bank
fəaliyyətinin hamısını və ya bir hissəsini
həyata keçirə bilən bankın ayrıca
bölməsidir.
Bankın şöbəsi -
hüquqi şəxs olmayan, bankın olduğu yerdən
kənarda yerləşən, öhdəlikləri
üçün bankın özünün məsuliyyət
daşıdığı, onun respublika ərazisində
depozitlər cəlb edən və/və ya köçürmə,
hesablaşma-kassa əməliyyatları aparan ayrıca
bölməsidir.
Bankın nümayəndəliyi - hüquqi şəxs olmayan, bankın olduğu
yerdən kənarda yerləşən, bank fəaliyyəti
ilə məşğul olmağa hüququ olmayan, yalnız
onun mənafelərini təmsil və müdafiə edən
bankın ayrıca bölməsidir.
Bank olmayan kredit təşkilatı
- öz vəsaiti və / və ya cəlb edilmiş vəsait
hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında
kreditlər verməklə məşğul olan hüquqi
şəxsdir.
Bank lisenziyası - bu
Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki
və hüquqi şəxslərdən depozitlər və ya
digər qaytanlan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər
vermək ilə bağlı fəaliyyəti, habelə
müştərilərin tapşırığı ilə
köçürmə və hesablaşma-kassa
əməliyyatlarını məcmu halda həyata
keçirməyə müstəsna hüquq verən xüsusi
razılıqdır.
Bank krediti (bundan sonra kredit) -
bağlanmış müqaviləyə uyğun olaraq
qaytarılmaq, müəyyən müddətə
(müddətin uzadılması hüququ ilə) və
faizlər (komisyon haqqlar) ödənilmək şərti
ilə, təminatla və ya təminatsız müəyyən
məbləğdə borc verilən pul vəsaitidir. Həmin
şərtlərlə pul vəsaitinin verilməsi haqqında
götürülmüş hər hansı öhdəlik,
qarantiya, zəmanət, borc qiymətli
kağızlarının diskontla və ya faizlər
alınmaqla satın alınması və müqaviləyə
əsasən hər hansı formada verilmiş vəsaitin
qaytarılmasını tələb etməklə bağlı
digər hüquq da kredit anlayışına aiddir.
Depozit - müvafiq müqavilə
şərtləri ilə faizlər və ya komisyon haqqlar
ödənilməklə və ya ödənilmədən
müştərilərin (əmanətçilərin) tələbi
ilə qaytarılmasını və ya başqa hesaba
köçürülməsini nəzərdə tutan
bankın balansında aparılan cari, əmanət (depozit)
və ya digər hesaba qoyulmuş və ya
köçürülmüş pul vəsaitidir.
Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə
hüququnun 10 və ya daha çox faizini təşkil
edən, yaxud müqavilə əsasında
iştirakçısı olduğu hüquqi şəxsin
qərarlarının qəbul edilməsinə mühüm
təsir göstərməyə imkan verən paya birbaşa
və ya dolayı yolla sahiblikdir.
İnzibatçı -
bankın Müşahidə Şurasının, Audit
Komitəsinin və İdarə Heyətinin üzvləri,
habelə bankın baş mühasibi (mühasibat xidmətinin
rəhbəri), daxili audit bölməsinin
əməkdaşları, bank filialının,
şöbəsinin və nümayəndəliyinin
rəhbərləri və baş mühasibləri.
Banka aidiyyəti olan şəxslər - bankın inzibatçıları, struktur
bölmələrinin rəhbərləri, qərarların
qəbul edilməsində iştirak edən digər
əməkdaşları və onlarla yaxın qohumluq
münasibətlərində olan şəxslər
(əri/arvadı, valideyni, o cümlədən ərinin/
arvadının valideyni, babası, nənəsi, övladı,
o cümlədən övladlığa götürülən,
qardaşı və bacısı); bankda mühüm
iştirak payı olan hər hansı şəxs və ya
bankın mühüm iştirak payı olan hüquqi
şəxs və həmin hüquqi şəxsdə
mühüm iştirak payı olan hər hansı şəxs,
habelə bu cür mühüm iştirak payına malik olan
hüquqi şəxslərin icra orqanlarının
rəhbərləri.
Banka aidiyyəti olan şəxs adından
hərəkət edən şəxslər - aralarında bağladıqları müqavilə
əsasında banka aidiyyəti olan şəxs adından
hərəkət etməyə hüququ olan şəxs; banka
aidiyyatı olan şəxsin mühüm təsir
göstərə bildiyi hüquqi şəxs; banka aidiyyəti
olan şəxsin nümayəndəsi.
Klirinq - hesablaşmalar sisteminin
bir və ya bir neçə iştirakçısının
həmin sistemin bir və ya bir neçə digər
iştirakçısına verdiyi və ya onlardan
aldığı ödəniş məbləğləri
üzrə yaranan tələblərin və öhdəliklərin,
onların fərqi olan bir xalis tələb və ya bir xalis
öhdəliyə çevrilməsi prosesidir.
"Yerli" sözü banka,
filiala və ya nümayəndəliyə aid edildikdə
əsas fəaliyyət yeri Azərbaycan Respublikasında olan
bank, filial və ya nümayəndəlik başa
düşülür.
"Xarici" sözü
banka, filiala və ya nümayəndəliyə aid edildikdə
əsas fəaliyyət yeri Azərbaycan Respublikasından
kənarda olan bank, filial və ya nümayəndəlik başa
düşülür.
"Kredit təşkilatı" - bank, xarici bankın yerli filialı və ya bank
olmayan kredit təşkilatdır.
"Məqbul və lazımi keyfiyyətlərə
malik şəxs" - vətəndaş qüsursuzluğuna malik olan,
habelə ictimai mövqeyinə görə vicdanlı və
etimada layiq sayılan və peşəkar keyfiyyətləri,
təcrübəsi, işgüzar mənafeləri ona
bankın mühüm iştirak payının sahibi,
inzibatçısı, müvəqqəti
inzibatçısı və ləğvedicisi olmaq imkanı
verən fiziki şəxsdir;
"Vətəndaş qüsursuzluğu" dedikdə, mühüm iştirak payının
sahibləri, o, hüquqi şəxs olduqda onun icra
orqanının rəhbərləri, habelə bankın
törəmə strukturlarının rəhbərləri
üçün qəsdən törədilmiş
cinayətə görə məhkumluğun olmaması;
inzibatçı, müvəqqəti inzibatçı və
ləğvedici üçün məhkumluğunun
olmaması, keçmişdə mülkiyyət əleyhinə
və iqtisadi fəaliyyət sahəsində ağır və
xüsusilə ağır cinayətlərə görə
cinayət məsuliyyətinə cəlb edilməsi faktının
olmaması, müvafiq vəzifəni tutması və ya
peşə fəaliyyəti ilə məşğul olması
üzərində məhkəmə qərarı ilə
qoyulmuş qadağanın olmaması, məhkəmə
qaydasında müflis elan edilməsi faktının olmaması
başa düşülür.
"Prudensial" -
bankın təhlükəsiz fəaliyyətinin təmin
edilməsinə istiqamətlənmiş normativlərə,
qaydalara, tələblərə və
göstərişlərə əsaslanmış
düşünülmüş davranış,
idarəetmə və nəzarət üsuludur.
Bankın məcmu kapitalı (öz vəsaiti) -
prudensial hesabatlıq məqsədləri üçün
istifadə olunan kapital olmaqla, Milli Bankın normativ xarakterli
aktları ilə müəyyən etdiyi I dərəcəli
(əsas) və II dərəcəli (əlavə) kapitala daxil
olan komponentlərin (elementlərin) cəmi və onlardan
tutulmaların fərqidir.
M a d d ə 2 . Bank
sistemi və onun hüquqi əsasları
2.1. Azərbaycan Respublikasının bank sistemi
Azərbaycan Respublikasının Milli Bankından (bundan sonra
mətndə - Milli Bank) və kredit təşkilatlarından
ibarətdir.
2.2. Milli Bank dövlətin mərkəzi bankıdır
və onun fəaliyyəti Azərbaycan Respublikasının
Konstitusiyası, "Azərbaycan Respublikasının Milli
Bankı haqqında" Azərbaycan Respublikasının
Qanunu, Azərbaycan Respublikasının Mülki
Məcəlləsi, bu Qanun və bunlara müvafiq olaraq
qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə tənzimlənir.
2.3. Azərbaycan Respublikasında kredit
təşkilatlarının fəaliyyəti Azərbaycan
Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan
Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan
Respublikasının Milli Bankı haqqında" və "Kredit
İttifaqları haqqında" Azərbaycan Respublikası
qanunları, Milli Bankın bunlara müvafiq olaraq qəbul
edilmiş normativ aktları, Azərbaycan Respublikasının
digər normativ hüquqi aktları, habelə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə tənzimlənir.
2.4. Cari bank fəaliyyəti ilə bağlı
qərarları qəbul edərkən kredit
təşkilatları dövlət hakimiyyəti və
bələdiyyə orqanlarından asılı deyildir və
onlar kredit təşkilatlarının fəaliyyətinə
qarışa bilməz. Kredit təşkilatları qanunla
onların fəaliyyət növlərinə aid
edilməyən fəaliyyəti həyata keçirməyə
məcbur edilə bilməz.
2.5. Kredit təşkilatlarının və
dövlətin müvafiq öhdəlik götürdüyü
hallardan başqa, bütün digər hallarda kredit
təşkilatları dövlətin, dövlət isə
kredit təşkilatlarının öhdəlikləri
üçün məsuliyyət daşımır.
M a d d ə 3 . Bank
fəaliyyətinin həyata keçirilməsinə dair
ümumi qaydalar
3.1. Azərbaycan Respublikasının ərazisində
banklar və bank olmayan kredit təşkilatları bank
fəaliyyətini Milli Bankın verdiyi xüsusi razılıq
(lisenziya) əsasında həyata keçirə bilər.
3.2. Depozit əməliyyatları yalnız banklar
tərəfindən həyata keçirilə bilər.
3.3. Bu Qanunun 3.4-cü maddəsi istisna olmaqla digər
müddəaları "Kredit İttifaqları
haqqında" Azərbaycan Respublikasının Qanununa və
digər qanunvericiliyə müvafiq olaraq lisenziyalaşdırılan
və tənzimlənən kredit ittifaqlarına və başqa
bank olmayan kredit təşkilatlarına şamil olunmur.
3.4. Bu Qanunun 3.3-cü maddəsində
göstərilən bank olmayan kredit
təşkilatlarının bank fəaliyyətinin
lisenziyalaşdırılması və tənzimlənməsi
qüvvədə olan qanunvericilik və Milli Bankın normativ
xarakterli aktları ilə həyata keçirilir. Bank olmayan
kredit təşkilatlarına rəhbərlik edən
işçilərin peşə ixtisasına və
təcrübəsinə dair tələblər Milli Bank
tərəfindən müəyyən edilir.
3.5. Milli Bank hər hansı şəxsin lisenziyası
olmadan bu Qanunun 3.1-ci maddəsində göstərilən
fəaliyyətlə məşğul olduğunu
müəyyən etdikdə, həmin şəxsə bu
fəaliyyətinə xitam verilməsi haqqında tələb
göndərir və müvafiq dövlət orqanlarına bu
barədə məlumat verir.
M a d d ə 4 . Bankın
adı
4.1. Bankın onun nizamnaməsi ilə
müəyyən edilmiş firma adında mütləq qaydada
"bank" sözü olmalıdır. Heç bir bank
istənilən sənəddə, elanlarda və ya reklamda
özünün nizamnaməsində göstərilən addan
fərqli adla adlandırıla bilməz.
4.2. "Bank" sözünün işlədildiyi
mətndən bu sözün bank fəaliyyətinə aid
edilmədiyi tam aydın olduğu hallardan başqa, bank
fəaliyyəti ilə məşğul olmayan hüquqi
şəxsin adında "bank" sözünün
("bank" sözü olan söz birləşməsinin)
istifadəsi qadağandır.
4.3. Bankın törəmə banklarının
adında əsas bankın adı göstərilməlidir.
Bankların filiallarının, şöbələrinin və
ya nümayəndəliklərinin adında bank sözü
hüquqi bağlılıq və mənsubiyyət
mənasında göstərilməlidir.
4.4. Bank lisenziyası ləğv olunmuş bankların
adına "ləğv prosesində olan" sözləri
əlavə edilir.
4.5. Bankın adında "Azərbaycan
Respublikası", "dövlət", "milli"
sözlərindən istifadə edilməsinə yalnız qanunvericilikdə
nəzərdə tutulduğu hallarda yol verilir.
4.6. Banklar eyni addan istifadə edə bilməz.
M a d d
ə 5 . Azərbaycan Respublikasının bank sistemində
xarici kapitalın iştirakı
5.1. Azərbaycan Respublikasının bank sistemində
xarici bank kapitalının iştirak limiti Milli Bank
tərəfindən müəyyən edilir.
5.2. Xarici bank və ya xarici bank holdinq şirkəti
istisna olmaqla, əcnəbilərin və xarici hüquqi
şəxslərin yerli banklarda iştirakına Milli Bank
tərəfindən limit müəyyən edilir.
5.3. Milli Bank xarici bankların və xarici bank holdinq
şirkətlərinin yerli törəmə banklarının,
filiallarının və nümayəndəliklərinin,
habelə yerli bankların xarici filiallarının və
nümayəndəliklərinin fəaliyyətinin
tənzimlənməsini və onlara nəzarəti həyata
keçirdikdə müvafiq xarici bank tənzimləməsi
və nəzarəti orqanları ilə
qarşılıqlılıq əsasında və Azərbaycan
Respublikasının qanunvericiliyinə zidd olmayaraq (o
cümlədən Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
müvafiq olaraq) öz nəzarət funksiyalarının
yerinə yetirilməsi üçün zəruri olan
məlumatı ala bilər. Milli Bank xarici bank tənzimlənməsi
və nəzarəti orqanları ilə məlumat
mübadiləsini bu məlumatın məxfiliyini təmin
etməklə həyata keçirə bilər. Bu
məqsədlə Milli Bank xarici bank tənzimləməsi
və nəzarəti orqanları ilə
əməkdaşlıq haqqında sazişlər bağlaya
bilər.
5.4. Xarici banklar və xarici bank holdinq
şirkətləri də daxil olmaqla, siyahısı Milli Bank
tərəfindən müəyyənləşdirilən
offşor zonalarda qeydə alınmış
əcnəbilər və xarici hüquqi şəxslər
yerli bankların təsisçiləri və ya
səhmdarları ola bilməz, habelə yerli törəmə
banklar təsis edə bilməz, yerli filiallar və ya
nümayəndəliklər aça bilməzlər.
II fəsil
BANK FƏALİYYƏTİNİN HƏYATA
KEÇİRİLMƏSİ ÜÇÜN
LİSENZİYA VƏ İCAZƏLƏRİN
VERİLMƏSİ
M a d d
ə 6 . Bank lisenziyaları və icazələr
6.1. Milli Bank bank lisenziyalarının verilməsində
və ləğv edilməsində, habelə filiallar,
şöbələr və nümayəndəliklər
açmaq üçün banklara icazə verilməsində
və verilmiş icazələrin ləğv edilməsində
müstəsna hüquqlara malikdir.
6.2. Bank lisenziyaları və icazələr
yazılı formada müddətsiz olaraq verilir. Bank
lisenziyaları və icazələr yalnız onları
almış şəxslər tərəfindən istifadə
edilə bilər və üçüncü
şəxslərə verilə bilməz. Bank lisenziyaları
və icazələr Milli Bank tərəfindən verildiyi
gündən qüvvəyə minir.
6.3. Milli Bank verdiyi bank lisenziyasında və
icazədə bu Qanunun 32-ci maddəsi ilə banklara icazə
verilən fəaliyyət növlərinə
məhdudiyyətlər qoya bilər.
Bank lisenziyasında və ya icazəsində elə
fəaliyyət növləri məhdudlaşdırıla
bilər ki, onların həyata keçirilməsi
üçün ərizəçi kifayət qədər
təşkilati-texniki hazırlığa və ya ixtisasa malik
deyildir.
M a d d
ə 7 . Bank lisenziyalarının və icazələrin
alınması üçün müraciət
7.1. Bank lisenziyası və icazə alınması
üçün bankın təsisçiləri və ya
qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş
şəxslər Milli Banka yazılı şəkildə
müraciət edirlər. Müraciətin forması və
məzmunu, ona əlavə edilən sənədlər Milli
Bankın normativ xarakterli aktları ilə müəyyən
edilmiş tələblərə cavab verməlidir.
7.2. Bank lisenziyası və icazə alınması
üçün müraciətə baxarkən Milli Bank
bankın kapitalında mühüm iştirak paylarının
sahiblərinin (hüquqi şəxs olduqda onların icra
orqanlarının rəhbərlərinin) və
inzibatçıların maliyyə vəziyyəti,
peşəkar fəaliyyəti və keçmişdə
cinayət məsuliyyətinə cəlb
olunub-olunmadıqları haqqında maliyyə, vergi və
hüquq mühafizə orqanlarından məlumat ala bilər.
Bu tələb sonradan bankda mühüm iştirak
payını əldə etmək istəyən
şəxslərə (hüquqi şəxs olduqda onların
icra orqanlarının rəhbərlərinə), yeni təyin
olunan inzibatçılara və bankın törəmə
strukturuna çevrilən hüquqi şəxsin icra
orqanlarının rəhbərlərinə də şamil
edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq
mühafizə orqanları Milli Banka onun tələb edə
biləcəyi məlumatı verir.
7.3. İlkin müraciətə baxılması və
bank lisenziyasının verilməsi üçün
"Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda
və qaydada dövlət rüsumu ödənilir.
M a d d ə 8 . Bank
lisenziyasının alınması üçün
müraciətlərə baxılması qaydaları
8.1. Bank lisenziyasının alınması
üçün müraciətlərə baxılması iki
mərhələdən ibarətdir:
8.1.1.bankın təsisçiləri və ya
qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş
şəxs (şəxslər) tərəfindən bank
lisenziyası almaq üçün ilkin müraciətin
edilməsi və ona baxılması (birinci mərhələ)
və
8.1.2.bank dövlət qeydiyyatına alındıqdan sonra
bank lisenziyası almaq üçün yekun müraciətin
edilməsi və ona baxılması (ikinci mərhələ).
8.2. İlkin müraciətə
aşağıdakı sənədlər əlavə olunur:
8.2.1. Bankın səsvermə hüququ olan
səhmlərini əldə edəcək hər bir sahibi
üçün:
8.2.1.1.həmin sahib hüquqi şəxs olduqda - onun
adını, ünvanını, kommersiya fəaliyyətinin
növünü, azı son üç maliyyə ilini
(hüquqi şəxs üç ildən az
müddətdə yaradıldıqda isə son maliyyə
illəri və ya ili) əhatə edən və auditor
yoxlamasından keçmiş maliyyə hesabatlarını
və auditor rəyini göstərən məlumat və
sənədlər, habelə həmin şəxsin
nəzərdə tutulan iştirak payının əldə
edilməsi barədə səlahiyyətli idarəetmə
orqanının qərarının surəti;
8.2.1.2.həmin sahib xarici hüquqi şəxs olduqda - bu
Qanunun 8.2.1.1-ci maddəsində sadalanan
sənədlərdən başqa qanunvericilikdə
müəyyən edilmiş qaydada leqallaşdırılmış,
onların yerləşdiyi ölkədə qeydiyyatdan
keçdiyini təsdiq edən sənəd, nizamnamə
(əsasnamə), ən azı son üç maliyyə ili
üçün auditor
yoxlamasından keçmiş maliyyə hesabatı və
auditor rəyi;
8.2.1.3.həmin sahib fiziki şəxs olduqda - onun
soyadını, adını, atasının adını və
vətəndaşlığım, şəxsiyyət
vəsiqəsinin və ya şəxsiyyətini təsdiq
edən digər sənədin məlumatlarmı, daimi
yaşayış yerini, məşğuliyyət
növünü göstərən məlumat və
sənədlər;
8.2.1.4.həmin sahib əcnəbi olduqda - bu Qanunun
8.2.1.3-cü maddəsində sadalanan sənədlərdən
başqa rezidenti olduğu ölkənin bir və ya bir
neçə maliyyə təşkilatlarının müsbət
tövsiyələri və/və ya bank hesablarından
çıxarışlar;
8.2.2.Bankın təklif edilən nizamnamə
kapitalının miqdarı, bankın nizamnamə kapitalında
təklif edilən hər bir sahibin (səhmdarın) payı,
onların digər təşkilatlarda mühüm iştirak
payları, habelə hər bir hüquqi şəxs
üçün bu hüquqi şəxsin kapitalında
digər şəxslərin mühüm iştirak payları
haqqında məlumatlar;
8.2.3.Bankda mühüm iştirak payının təklif
edilən sahibi hüquqi şəxs olduqda onun icra
orqanlarının rəhbərlərinin siyahısı.
Hər bir rəhbər tərəfindən imzalanmış
və imzası notariat qaydasında təsdiqlənmiş
vətəndaş qüsursuzluğuna dair ərizə;
Rəhbər əcnəbi olduqda, rezidenti olduğu
ölkənin müvafiq hakimiyyət orqanları
tərəfindən onun cinayət məsuliyyətinə
cəlb olunub-olunmadığı barədə verilmiş
və qanunvericilikdə müəyyən edilmiş qaydada
leqallaşdırılmış arayış;
8.2.4.Əgər mühüm iştirak payının
sahibi olan hüquqi şəxs şirkətlər qrupuna
daxildirsə bu qrup haqqında məlumatlar, o
cümlədən qrupa daxil olan digər təşkilatlarda
mühüm iştirak payına malik şəxslər, bu
şəxslərin inzibatçıları haqda məlumatlar;
8.2.5.Bankda mühüm iştirak payının təklif
edilən sahibi fiziki şəxs olduqda onun tərəfindən
imzalanmış və imzası notariat qaydasında
təsdiqlənmiş vətəndaş qüsursuzluğuna
dair ərizə;
Mühüm iştirak payının sahibi
əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq
hakimiyyət orqanları tərəfindən onun cinayət
məsuliyyətinə cəlb olunub-olunmadığı
barədə verilmiş və qanunvericilikdə
müəyyən edilmiş qaydada
leqallaşdırılmış arayış;
8.2.6.Bankın yaradılması, onun nizamnaməsinin
qəbul edilməsi və idarəetmə orqanlarının
formalaşdırılması haqqında protokol da daxil olmaqla,
bankın təsis sənədlərinin surəti və bankın
nizamnaməsi;
8.2.7.Bankın kommersiya strategiyasını,
nəzərdə tutduğu fəaliyyət növlərini,
təşkilati strukturunu, o cümlədən daxili
nəzarət sistemini və ilk üç il üçün
maliyyə proqnozlarmı (balans, mənfəət və
zərər haqqında hesabatı)
müəyyənləşdirən biznes-planı;
8.2.8.Bankın təklif edilən
inzibatçılarının siyahısı, habelə
onların hər biri üçün peşə ixtisası
və təcrübəsi haqqında məlumatın göstərildiyi
sənədlərin (təhsil və əmək
fəaliyyəti haqqında) notariat qaydasında
təsdiqlənmiş surətləri, həmin
şəxslər tərəfindən doldurulmuş anket, bankda
və digər hüquqi şəxslərdə onların
mühüm iştirak paylarının miqdarı və
siyahısı, tərəflərindən imzalanmış və
imzası notariat qaydasında təsdiqlənmiş
vətəndaş qüsursuzluğuna dair ərizə;
İnzibatçı əcnəbi olduqda, rezidenti
olduğu ölkənin müvafiq hakimiyyət orqanları
tərəfindən onun cinayət məsuliyyətinə
cəlb olunub-olunmadığı barədə verilmiş
və qanunvericilikdə müəyyən edilmiş qaydada
leqallaşdırılmış arayış;
8.2.9. Xarici bankın və ya xarici bank holdinq
şirkətinin yerli törəmə bankı
üçün bu Qanunun 13.2-ci maddəsində
göstərilmiş sənədlər;
8.2.10. İlkin müraciətə baxılması
üçün dövlət rüsumunun ödənildiyini
təsdiq edən bank sənədi.
8.3. Milli Bank baxılmaq üçün ona təqdim
edilmiş ilkin müraciətdə və ya
müraciətə əlavə edilmiş
sənədlərdə səhvlər və ya çatışmazlıqlar
müəyyən etdikdə, bu barədə müraciət
edənlərə 15 təqvim günü müddətində
bildiriş göndərir və onlara bu səhvləri və
ya çatışmazlıqları aradan qaldırmağı
təklif edir. Həmin müddətdə Milli Bank
müraciət edənlərə yazılı bildiriş
göndərməzsə, sənədlər baxılmaq
üçün qəbul edilmiş hesab edilir.
8.4. Milli Bank ilkin müraciəti bu Qanunun 8.3-cü
maddəsində göstərilən bildirişin
göndərildiyi gündən ən geci 90 təqvim
günü müddətində, xarici təsisçilərin
iştirakı olduğu halda isə ən geci 180 təqvim
günü müddətində baxır və müvafiq
qərar qəbul edir. Hər bir halda Milli Bank qəbul etdiyi
qərarı müraciət edənlərə göndərir.
8.5. Milli Bankın ilkin müraciətə müsbət
baxılması haqqında qərarında
aşağıdakılar göstərilir:
8.5.1.bankın biznes-planı və təqdim edilmiş
sənədlərdə göstərilən bank
fəaliyyəti növlərini nəzərə almaqla
ödənilməli olan ilkin nizamnamə kapitalının
minimum miqdarı.
8.5.2.bank lisenziyasına daxil edilən bütün
məhdudiyyətlər və bunun
əsaslandırılması;
8.5.3. ərizəçilərin bank lisenziyası
verilənədək yerinə yetirməli olduqları
şərtlər və onlara dair tədbirlər;
8.6. Milli Bank bank lisenziyası almaq üçün ilkin
müraciəti rədd etdikdə, öz qərarında bunun
səbəblərini göstərməlidir.
8.7. İlkin müraciət rədd edildikdə bank
lisenziyasının alınması üçün
müraciət Milli Banka təkrarən təqdim edildikdə,
ona yeni müraciət kimi baxılır.
8.8. Milli Bank bank lisenziyası alınması
üçün ilkin müraciətə müsbət
baxdıqda, ilkin nizamnamə kapitalının minimum
miqdarının köçürülməsi
üçün öz balansında həmin bankın
müraciəti ilə onun adına hesab açır.
8.9. Təsis edilən bank ilkin müraciətinin
müsbət baxılması haqqında qərarın qəbul
olunduğu gündən 180 təqvim günü
müddətində ilkin nizamnamə kapitalının minimum
miqdarını ödəməli və Azərbaycan
Respublikasının Mülki Məcəlləsi və ona
müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik
aktlarına uyğun dövlət qeydiyyatından
keçməlidir. Bu müddət ərzində təsis
edilən bank korporativ idarəetmə sistemlərini
təşkil etməli (bu Qanunun tələblərinə
uyğun idarəetmə orqanlarını yaratmalı,
təşkilati strukturu formalaşdırmalı, informasiya
texnologiya sistemini tətbiq etməyə hazır olmalı,
mühasibat uçotu və hesabatı siyasətini
müəyyən etməli, reqlament hazırlamalı,
müvafiq rəhbər və minimum işçi heyəti
müəyyən etməli), texniki-təchizat və
təhlükəsizlik tədbirlərini tamamlamalıdır.
8.10. Bank lisenziyası almaq üçün yekun
müraciətə aşağıdakı sənədlər
əlavə edilir:
8.10.1.dövlət qeydiyyatı haqqında sənədin
və nizamnamənin surəti, habelə bankın reqlamenti;
8.10.2.bankın yaradılması və
inzibatçıların təyin edilməsi haqqında
səhmdarların ümumi yığıncağının
qərarının surəti;
8.10.3.bank lisenziyasının alınması
üçün ilkin müraciətə müsbət baxılması
haqqında Milli Bankın qərarı ilə
müəyyən edilmiş şərtlər qoyulduqda,
həmin şərtlərin yerinə yetirildiyini
təsdiqləyən sənəd (sənədlər);
8.10.4.ilkin müraciətlə təqdim edilmiş
məlumatlarda əhəmiyyətli dəyişikliklər
olduqda həmin dəyişikliklərin müfəssəl
şərh edildiyi yazılı məlumat;
8.10.5.bankın korporativ idarəetmə sistemlərinin, 0
cümlədən idarəetmə orqanlarının
formalaşdırılması, texniki-təchizat və
təhlükəsizlik tədbirlərinin həyata
keçirilməsini təsdiqləyən sənədlər;
8.10.6.bank lisenziyasının verilməsi üçün
dövlət rüsumunun ödənildiyini
təsdiqləyən bank sənədi.
8.11. Bankın yekun müraciətinə və ona
əlavə edilmiş sənədlərə ən geci 30
təqvim günü müddətində baxılır. Yekun
müraciətdə və/və ya ona əlavə edilmiş
sənədlərdə səhvlər və ya
çatışmazlıqlar müəyyən edildikdə, onların
aradan qaldırılması üçün Milli Bank
müraciət edən banka müvafiq bildiriş
göndərir. Yenidən təqdim olunmuş
sənədlərə Milli Bank ən geci 15 təqvim
günü müddətində baxmalıdır. Milli Bank
sənədlərin bu Qanunun 8.10-cu maddəsinin
tələblərinə cavab verdiyini, ilkin nizamnamə
kapitalının minimum miqdarı üzrə
ödənişlərin Milli Banka daxil olduğunu
müəyyən etdikdə bank lisenziyasının
verilməsi haqqında qərar qəbul edir və bu
barədə müraciət edənlərə 5 təqvim
günü müddətində yazılı bildiriş
göndərir.
M a d d ə 9 . Xarici
bankların yerli filiallarının
lisenziyalaşdırılması
9.1. Milli Bankın verdiyi bank lisenziyası olmadan heç
bir xarici bank Azərbaycan Respublikasında filiallar aça
bilməz.
9.2. Xarici bankın yerli filialının
açılmasına bank lisenziyasının alınması
üçün müraciətlərə baxılması iki
mərhələdən ibarətdir:
9.2.1.bank lisenziyası almaq üçün ilkin
müraciətin edilməsi və ona baxılması (birinci
mərhələ) və
9.2.2.dövlət qeydiyyatına alındıqdan sonra bank
lisenziyası almaq üçün yekun müraciətin
edilməsi və ona baxılması (ikinci mərhələ).
9.3. Xarici bank tərəfindən Azərbaycan
Respublikasında filial açılmasına dair ilkin
müraciətə qanunvericilikdə müəyyən
edilmiş qaydada leqallaşdırılmış aşağıdakı
sənədlər əlavə edilir:
9.3.1.bankın nizamnaməsi və filialın
yaradılması barədə səlahiyyətli
idarəetmə orqanının qərarının surəti;
9.3.2.bankın mühüm iştirak paylarına malik olan
sahiblərinin payı göstərilməklə
siyahısı;
9.3.3.əgər bank şirkətlər qrupuna
daxildirsə, həmin qrup haqqında məlumat, o
cümlədən qrupa daxil olan digər təşkilatlarda
mühüm iştirak payına malik şəxslər, bu
şəxslərin inzibatçıları haqda məlumatlar;
9.3.4.təsisçi bank tərəfindən filiala
ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin
miqdarı haqqında məlumat;
9.3.5.bankın ən azı son üç maliyyə ili
üçün auditor yoxlamasından keçmiş
maliyyə hesabatı və auditor rəyi;
9.3.6.filialın əsasnaməsi. Əsasnamədə
filialın fəaliyyəti ilə bağlı digər
məlumatlarla yanaşı bank fəaliyyəti növləri,
bank tərəfindən filial üzərində
nəzarətin həyata keçirilməsi və ləğv
edilməsi qaydası göstərilməlidir;
9.3.7.filialın kommersiya strategiyasını,
nəzərdə tutduğu fəaliyyət növlərini,
təşkilati strukturunu, o cümlədən daxili
nəzarət sistemini, habelə filialın işinin ilk
üç ili üçün maliyyə proqnozlarmı
(balans, mənfəət və zərər haqqında hesabat)
müəyyənləşdirən biznes-planı;
9.3.8.bu Qanunun 13.2.1-ci maddəsində
göstərilmiş sənədlər;
9.3.9.filialın öhdəlikləri üçün
bankın məsuliyyət götürməsini təsdiq
edən sənəd;
9.3.10. filiala təyin edilməsi təklif edilən
inzibatçıların siyahısı, habelə onların
hər biri üçün peşə ixtisası və
təcrübəsi haqqında məlumatın
göstərildiyi sənədlərin (təhsil və
əmək fəaliyyəti haqqında) notariat qaydasında
təsdiqlənmiş surətləri, həmin
şəxslər tərəfindən doldurulmuş anket, bankda
və digər hüquqi şəxslərdə onların
mühüm iştirak paylarının miqdarı və
siyahısı, tərəflərindən imzalanmış
və imzası notariat qaydasında təsdiqlənmiş
vətəndaş qüsursuzluğuna dair ərizə;
İnzibatçı əcnəbi olduqda, rezidenti olduğu
ölkənin müvafiq hakimiyyət orqanları
tərəfindən onun cinayət məsuliyyətinə
cəlb olunub-olunmadığı barədə verilmiş
və qanunvericilikdə müəyyən edilmiş qaydada
leqallaşdırılmış arayış;
9.3.11. ilkin müraciətə baxılması
üçün dövlət rüsumunun ödənildiyini
təsdiq edən bank sənədi.
9.4. Xarici bankların yerli filiallarına bank
lisenziyasının alınması üçün təqdim
etdikləri ilkin və yekun müraciətlərə
baxılması və bank lisenziyasının verilməsi bu
Qanunun 8-ci maddəsində müəyyən edilmiş qaydada
həyata keçirilir.
M a d d ə 10. İnzibatçılara
dair tələblər
10.1.Bankların, onların filiallarının,
şöbələrinin, nümayəndəliklərinin
və xarici bankların yerli filiallarının və
nümayəndəliklərinin inzibatçıları
məqbul və lazımi keyfiyyətə malik
şəxslər olmalıdır.
10.2.Aşağıdakı şəxslər
bankların, onların filiallarının,
şöbələrinin və xarici bankların yerli
filiallarının inzibatçısı ola bilməzlər:
10.2.1.maliyyə vəziyyətinin pisləşməsi
və prudensial tələbləri pozmaqla əlaqədar
məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş
bankda ləğvetmə və ya iflas haqqında qərarın
qəbul edildiyi tarixdən əvvəlki bir il ərzində
bankın fəaliyyət strategiyasının
müəyyən edilməsi və qərarların qəbul
edilməsi proseslərində iştirak etmiş
inzibatçısı (belə şəxslər üç
il ərzində başqa bankın inzibatçısı ola
bilməzlər);
10.2.2.üç ildən az olmayan müddət
ərzində başqası ilə əvəz edilməsi
barədə Milli Bankın tələbi ilə hər
hansı bankın, filialın və ya şöbənin
inzibatçısı vəzifəsindən azad edilmiş
şəxs (işə bərpa olunması haqqında
barəsində qanuni qüvvəyə minmiş
məhkəmə qərarı olan şəxslər istisna
olmaqla);
10.2.3.bankın inzibatçısı hüququndan qanunla
müəyyən edilmiş qaydada məhrum edilmiş
şəxslər;
10.2.4.bankın digər idarəetmə orqanının
(səhmdarların ümumi yığıncağı istisna
olmaqla) üzvü olan şəxslər;
10.2.5.İdarə heyətinin üzvləri istisna olmaqla,
bankda digər vəzifə tutan şəxslər;
10.2.6.Müşahidə Şurasının üzvü
üçün - üçdən çox hüquqi
şəxsin və ya digər hər hansı bir bankın
idarəetmə orqanlarının üzvü olan
şəxslər;
10.2.7.bankın İdarə Heyətinin üzvləri,
baş mühasibi (mühasibat xidmətinin rəhbəri),
daxili audit bölməsinin rəhbəri, bank filialının,
şöbəsinin rəhbəri və baş mühasibi
üçün - başqa banklarda, xarici bankların yerli
filiallarında, digər hüquqi şəxslərdə, o
cümlədən banka aidiyyəti olan hüquqi
şəxslərdə vəzifə tutan şəxslər
(bankın payçı olduğu digər banklarda və
hüquqi şəxslərdə Müşahidə Şurasının
üzvü olması halları istisna olmaqla);
10.2.8.bankın inzibatçısı ilə qohumluq
münasibətlərində olan şəxs – onun əri/
arvadı, valideyni, o cümlədən
ərinin/arvadının valideyni, babası, nənəsi,
övladı, o cümlədən övladlığa
götürülən, qardaşı və bacısı (bank
şöbəsinin inzibatçıları istisna olmaqla);
10.2.9.dövlət hakimiyyəti və ya
bələdiyyə orqanında qulluqda olan şəxslər
(qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla).
10.3. İnzibatçı vəzifəsinə
təyin edilmək üçün aşağıdakı
tələblər gözlənilməlidir:
10.3.1.bankın Müşahidə Şurasının,
Audit Komitəsinin sədri və üzvləri
üçün - ali iqtisadi və ya hüquqi təhsilin,
yaxud təhsilindən asılı olmayaraq maliyyə
idarələrində fəaliyyət strategiyasının
müəyyən edilməsi və qərarların qəbul
edilməsi proseslərində iştirak etmək imkanı
verən iş təcrübəsinin olması;
10.3.2.bankın İdarə Heyətinin sədri və
üzvləri, habelə bankın daxili audit bölməsinin
və filiallarının rəhbərləri üçün
- ali iqtisadi və ya hüquqi təhsilin və bank
sistemində azı 2 illik iş stajının olması, yaxud
ali təhsilin və bank sistemində azı 4 illik iş
stajının olması;
10.3.3.bankın və bank filialının baş
mühasibi (mühasibat xidmətinin rəhbəri)
üçün - ali iqtisadi təhsilin və bankda mühasib
vəzifəsində azı 2 illik iş stajının
olması və ya orta ixtisas təhsilinin və mühasib
vəzifəsində azı 5 illik iş stajının, o
cümlədən bank sistemində azı 2 illik iş
stajının olması. Bu tələblər baş
mühasibin imza hüququ olan müavininə də şamil
edilir;
10.3.4.bank şöbəsinin inzibatçısı
üçün - ali və ya orta ixtisas təhsilinin və
bank fəaliyyəti sahəsində 6 aylıq iş
stajının olması.
10.4. Bank və ya yerli filialı olan xarici bank,
bankın və ya xarici bankın yerli filialının
inzibatçısı vəzifəsinə nəzərdə
tutulan bütün təyinatlar və dəyişikliklər
barəsində Milli Banka yazılı bildiriş
göndərməlidir. Bildirişə müvafiq hallarda Qanunun
8.2.8-ci, 9.3.10-cu və 11.3.5-ci maddələrində
nəzərdə tutulan məlumatlar və sənədlər
əlavə olunur. Milli Bank bildirişə dair öz
münasibətini 30 təqvim günü müddətində
banka və ya xarici bankın yerli filialına bildirməli,
bu maddədə nəzərdə tutulan hallarda
isə inzibatçıların attestasiya vaxtını
təyin etməlidir. Bu müddətdə
müraciətçiyə bildiriş
göndərilməzsə, inzibatçının
namizədliyinə müsbət baxılmış hesab olunur.
İnzibatçı vəzifəsinə
nəzərdə tutulan təyinatlar qanımla
müəyyən edilmiş tələblərə cavab
vermədikdə Milli Bank onların dəyişdirilməsini
tələb edə bilər.
Bankın İdarə Heyətinin üzvləri,
daxili audit bölməsinin rəhbəri, bankın baş
mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun
imza hüququ olan müavinləri, habelə yerli və xarici
bankların yerli filiallarının rəhbərləri və
baş mühasibləri (mühasibat xidmətinin
rəhbəri) və onların imza hüququ olan
müavinləri Milli Bankda attestasiyadan keçirlər. Bu
təyinatlara Milli Bankın müsbət rəyi
alındıqdan sonra həmin inzibatçılar öz
vəzifələrinin icrasına başlaya bilərlər.
Attestasiyanın keçirilməsi qaydalarını
Milli Bank müəyyən edir.
10.5. Bu maddədə nəzərdə tutulan
tələblər bankların və xarici bankların yerli
filiallarının bütün fəaliyyət
dövrünə şamil edilir.
M a d d ə 11. Yerli
bankların filiallarının,
şöbələrinin və nümayəndəliklərinin
açılmasına icazələrin alınması
11.1.Milli Bankın icazəsi olmadan yerli bank filial,
şöbə və nümayəndəlik aça bilməz.
11.2.Yerli bankların şöbələrinin və
yerli
nümayəndəliklərinin açılması
üçün icazə alınması və icazənin
ləğv edilməsi qaydaları, habelə onların
fəaliyyəti ilə əlaqədar şərtlər və
tələblər Milli Bankın normativ xarakterli aktları
ilə müəyyən edilir.
11.3.Yerli bank yerli və ya xarici filialını və
nümayəndəliyini açmağa icazə almaq
üçün Milli Banka yazılı müraciət
etməlidir. Müraciətə aşağıdakı
sənədlər əlavə edilməlidir:
11.3.1.bankın filial və ya nümayəndəlik
açmaq barəsində səlahiyyətli idarəetmə
orqanı tərəfindən qəbul edilmiş qərarın
təsdiqlənmiş surəti;
11.3.2.filialın və ya xarici nümayəndəliyin
əsasnaməsi. Əsasnamədə digər məlumatlarla
yanaşı filial və xarici nümayəndəliyin
ünvanı, bank fəaliyyət növləri (yalnız
filiallar üçün), inzibatçıların
səlahiyyətləri, bank tərəfindən
nəzarətin həyata keçirilməsi, filial və
nümayəndəliyin ləğv edilməsi qaydası
göstərilməlidir;
11.3.3.filialın kommersiya strategiyasını,
nəzərdə tutduğu fəaliyyət növlərini,
təşkilat strukturunu, habelə filialın işinin ilk
üç ili üçün maliyyə proqnozlarını
müəyyənləşdirən biznes-plan;
11.3.4.filialın və ya xarici nümayəndəliyin
inzibatçılarını (rəhbərlərini) təyin
etmək haqqında bankın səlahiyyətli orqanının
qərarının surəti;
11.3.5.filialın və ya xarici nümayəndəliyin
hər inzibatçısı üçün onun bankda və
digər hüquqi şəxslərdə mühüm
iştirak paylan göstərilməklə siyahısı,
peşə ixtisası və təcrübəsi haqqında
məlumatın göstərildiyi sənədlərin
(təhsil və əmək fəaliyyəti haqqında)
notariat qaydasında təsdiqlənmiş surətləri,
həmin şəxslər tərəfindən doldurulmuş
anket, onun tərəfindən imzalanmış və imzası
notariat qaydasında təsdiqlənmiş vətəndaş
qüsursuzluğuna dair ərizə;
11.4.
Milli Bank
müraciətdə və ya müraciətə əlavə
edilən sənədlərdə
səhvlər və ya çatışmazlıqlar
müəyyən etdikdə, o, həmin səhvlər və ya
çatışmazlıqlar haqqında 10 təqvim
günü müddətində ərizəçiyə
yazılı bildiriş göndərir və bu səhvləri
və ya çatışmazlıqları aradan
qaldırmağı təklif edir. Milli Bank
müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə
səhvlər və ya çatışmazlıqlar
olmadığını müəyyən etdikdə, banka onun
müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü
müddətində yazılı bildiriş
göndərməlidir. Həmin müddətdə Milli Bank
müraciət edənlərə yazılı bildiriş
göndərməzsə, sənədlər baxılmaq
üçün qəbul edilmiş hesab edilir.
11.5.
Yerli bankın
filialının və ya xarici nümayəndəliyinin
açılmasına icazə alınması üçün
ərizənin qəbul edildiyi barədə bildirişin
göndərildiyi gündən ən geci 90 təqvim
günü müddətində Milli Bank müraciətə bu
Qanunda müəyyən edilmiş əsaslara görə
baxır və müvafiq qərar qəbul edir. Hər bir halda
Milli Bank qəbul etdiyi qərarı banka göndərir. Milli
Bank müraciətə müsbət baxdığı halda,
dərhal icazə verir. İcazədə filialın və ya
xarici nümayəndəliyin məşğul ola
biləcəyi fəaliyyətin xarakteri və miqyası
haqqında məlumat, habelə icazəyə daxil edilən
bütün məhdudiyyətlərin siyahısı
göstərilməlidir. İcazə alınması
üçün müraciətin rədd edilməsi və ya
icazəyə məhdudiyyətlər daxil edilməsi
haqqında Milli Bankın qərarında onların əsasları
göstərilməlidir.
11.6.
Yerli bankın xarici
filialının və ya xarici nümayəndəliyinin
açılmasına icazə verildikdə onların
fəaliyyət göstərəcəyi ölkənin bank
tənzimləməsi və nəzarəti orqanı ilə
müəyyən edilmiş qaydada qarşılıqlı
əməkdaşlıq əsasında müvafiq filialın
və ya nümayəndəliyin fəaliyyəti
üzərində nəzarətin həyata keçirilməsi
imkanı da nəzərə alınır.
11.7.
Xarici filialını və
ya nümayəndəliyini açan yerli bank onların
yerləşdiyi ölkədə müvafiq icazə
aldıqdan sonra bu barədə Milli Banka 5 təqvim
günü müddətində yazılı bildiriş
göndərməlidir.
M a d d ə 12. Xarici bankların yerli
nümayəndəliklərinin açılmasına
icazənin alınması
12.1.Milli Bankın icazəsi olmadan xarici bank Azərbaycan
Respublikasında nümayəndəliyini aça bilməz.
12.2.Xarici bank yerli nümayəndəliyini
açmağa icazə almaq üçün Milli Banka
ərizə ilə müraciət etməlidir.
Müraciətə leqallaşdırılmış aşağıdakı
sənədlər əlavə edilməlidir:
12.2.1.bankın nizamnaməsinin və
nümayəndəlik açmaq barəsində
səlahiyyətli orqanının qərarının surəti;
12.2.2.nümayəndəliyin yaradılması və
ləğv edilməsi haqqında qərarı qəbul
edən səlahiyyətli idarəetmə orqanı
göstərilməklə, bank, onun təşkilati strukturu
və idarəetmə orqanları haqqında məlumat;
12.2.3.bankın mühüm iştirak paylarının
sahiblərinin onlara məxsus səsli səhmlər payı
göstərilməklə siyahısı;
12.2.4.bankın son maliyyə ili üçün auditor
yoxlamasından keçmiş maliyyə hesabatı və
auditor rəyi;
12.2.5.nümayəndəliyin səlahiyyətləri
və ünvanı göstərilməklə onun
əsasnaməsi;
12.2.6.nümayəndəliyin
inzibatçılarının peşəkar
keyfiyyətləri və təcrübəsi, habelə
məhkumluqlarının olub-olmaması barədə bank
tərəfindən verilmiş arayış;
12.2.7.bu Qanunun 13.2.1-ci maddəsində
göstərilmiş sənədlər.
12.3.Milli Bank müraciətdə və ya ona qoşulan
sənədlərdə səhvlər və ya
çatışmazlıqlar müəyyən etdikdə, onlar
haqqında banka 10 təqvim günü müddətində
yazılı bildiriş göndərir və bu səhvləri
və ya çatışmazlıqları aradan
qaldırmağı təklif edir. Milli Bank
müraciətdə və ya ona əlavə edilmiş
sənədlərdə səhvlər və ya
çatışmazlıqlar olmadığını
müəyyən etdikdə, banka onun müraciətinin
qəbul edildiyi barədə 10 təqvim günü
müddətində yazılı bildiriş
göndərməlidir. Həmin müddətdə Milli Bank
müraciət edənlərə yazılı bildiriş
göndərməzsə sənədlər baxılmaq
üçün qəbul edilmiş hesab edilir.
12.4.Xarici bankın nümayəndəliyin
açılmasına icazə alınması üçün
təqdim edilmiş müraciətin qəbul edilməsi
barədə bildirişin göndərildiyi gündən
ən geci 60 təqvim günü müddətində Milli Bank
bu Qanuna müvafiq olaraq müraciətə baxır və
müvafiq qərar qəbul edir. Hər bir halda Milli Bank öz
qərarının surətini müvafiq xarici banka
göndərir.
12.5.Xarici bankın nümayəndəliyi dövlət
qeydiyyatına alındıqdan
sonra dövlət qeydiyyatı haqqında sənədin
surətini və ilkin olaraq təqdim etdiyi məlumatlarda
əhəmiyyətli dəyişikliklərin
olmadığı barədə yazılı bəyanatı
təqdim etdikdən sonra Milli Bank ona icazə verir.
12.6.Xarici bankın yerli nümayəndəliyinə
verilən icazədə nümayəndəliyin həyata
keçirə biləcəyi işlərin xarakteri, habelə
icazəyə daxil edilən bütün
məhdudiyyətlərin siyahısı
göstərilməlidir. İcazə alınması
üçün müraciətin rədd edilməsi və ya
icazəyə məhdudiyyətlər daxil edilməsi
haqqında qərarda bunun səbəbləri
göstərilməlidir.
M a d d ə 13. Xarici bankın və xarici bank
holdinq şirkətinin yerli törəmə banklarına,
xarici bankın yerli filiallarına lisenziya verilməsi
üçün və xarici bankın yerli nümayəndəliklərinin
açılmasına icazə alınması üçün əlavə
tələblər
13.1.Xarici bankın və ya xarici bank holdinq
şirkətinin yerli törəmə banklarına, xarici
bankın yerli filiallarına bank lisenziyaları və xarici
bankın yerli nümayəndəliklərinin
açılmasına icazələr yalnız Milli Bank ilə
xarici bankın və ya xarici bank holdinq şirkətinin bank
fəaliyyətini tənzimləyən və ona nəzarət
edən xarici səlahiyyətli orqanlar arasında
məsləhətləşmələr keçirildikdən
və həmin orqanlar tərəfindən banka və ya bank
holdinq şirkətinə konsolidasiya edilmiş əsasda
lazımi nəzarətin həyata keçirilməsi
müəyyən edildikdən sonra verilə bilər.
13.2.Xarici bankın və xarici bank holdinq
şirkətinin yerli törəmə bankına, xarici
bankın filialına bank lisenziyası və ya xarici bankın
yerli nümayəndəliyinin açılmasına icazə
alınması üçün müraciətə bu Qanunun
8-ci və 9-cu maddələrində göstərilən
sənədlərdən başqa aşağıdakı
sənədlər də əlavə edilir:
13.2.1.
xarici bankın
törəmə bankı, filialı və ya
nümayəndəliyi üçün - təsisçi xarici
bankın yerləşdiyi ölkənin bank
tənzimləməsi və nəzarəti orqanının
bankın həmin ölkədə fiziki və hüquqi
şəxslərdən depozitlər və digər qaytarılan
vəsait cəlb etmək üçün icazəsinin
olması, habelə həmin tənzimləmə və
nəzarət orqanının banka nəzarəti həyata
keçirməsi barədə yazılı bildirişi və
bu orqanın törəmə bankın təsis
edilməsinə və ya filialın, nümayəndəliyin
açılmasına yazılı icazəsi;
13.2.1.xarici bank holdinq şirkətinin törəmə
bankı üçün - bank holdinq şirkətinin
yerləşdiyi ölkənin bank tənzimləməsi və
nəzarəti orqanının bu şirkətə
nəzarəti həyata keçirməsi, bu şirkətin
fiziki və hüquqi şəxslərdən depozitlər
və digər qaytarılan vəsait cəlb etməsi
üçün həmin ölkədə lisenziyası olan
bir və ya bir neçə bankının olması və ya
onları idarə etməsi barədə yazılı
bildirişi və bu orqanın törəmə bankın
təsis edilməsinə yazılı icazəsi.
13.3. Xarici bankların və xarici bank holdinq
şirkətlərinin törəmə banklarında
İdarə Heyəti üzvlərinin, xarici bankların yerli
filiallarında isə inzibatçılarının ən
azı biri Azərbaycan Respublikasının
vətəndaşları olmalıdırlar.
M a d d ə 14. Bank
lisenziyasının və ya icazənin verilməsi
şərtləri
14.1. Bankların
və xarici bankların yerli filiallarının etibarlı
və prudensial idarə olunmasını təmin etmək
zərurəti nəzərə alınmaqla, bank lisenziyası
bu Qanuna uyğun olaraq yalnız aşağıdakı
şərtlər gözlənildikdə verilə bilər:
14.1.1.bankın ilkin nizamnamə kapitalı və ya xarici
bankın yerli filialının ilkin nizamnamə kapitalına
bərabər tutulmuş vəsaiti Milli Bank
tərəfindən ilkin müraciətin təsdiq edildiyi zaman
müəyyən edilmiş miqdardan az deyildir;
14.1.2.mühüm iştirak paylarının sahibi olan bir
və ya bir neçə təsisçisinin banka təsirinin
onun etibarlı və prudensial idarə olunması
üçün təhlükə
törədəcəyinə əsaslar verən faktlar
məlum deyildir;
14.1.3.bank ilə mühüm iştirak payı olan xarici
bank və ya xarici bank holdinq şirkəti arasında
münasibətlər Milli Bankın nəzarət
funksiyalarını həyata keçirməsinə mane
olmayacaqdır, təsisçi bankın və ya bank holdinq
şirkətinin yerləşdiyi ölkədə bank
tənzimləməsi və nəzarəti orqanı
tərəfindən onlara səmərəli nəzarət
həyata keçirilir, həmçinin bu ölkənin bank
tənzimləməsi və nəzarəti orqanları Milli
Bankla əməkdaşlıq edəcəkdir;
14.1.4.mühüm iştirak paylarının sahibləri
olan fiziki şəxslər və hüquqi şəxslərin
icra orqanlarının rəhbərləri məqbul və
lazımi keyfiyyətlərə malik şəxslər olduqda;
14.1.5.bankın və ya xarici bankın yerli
filialının inzibatçıları bu Qanunun 10-cu və
müvafiq hallarda 13.3-cü maddəsinin
tələblərinə cavab verir;
14.1.6.bankın və ya xarici bankın yerli
filialının daxili idarəetmə və nəzarət
prosedurları adekvatdır;
14.1.7.bankın və ya xarici bankın yerli
filialının biznes-planı, o cümlədən maliyyə
proqnozları adekvatdır;
14.1.8.yerli törəmə bank xarici hüquqi
şəxsin (xarici bank və ya bank holdinq şirkəti istisna
olmaqla) törəmə strukturu deyildir;
14.1.9. bank xarici
bankın və ya xarici bank holdinq şirkətinin
törəmə bankıdırsa, xarici bank və ya xarici bank
holdinq şirkəti törəmə bankın
gələcək öhdəliklərinin
ödəniləcəyinə Azərbaycan Respublikası
Mülki Məcəlləsində nəzərdə
tutulmuş hallarda təminat verir;
14.1.10.xarici bank yerli filialının gələcək
öhdəliklərinin lazımınca və vaxtında
ödəniləcəyinə təminat verir;
14.1.11.bank xarici bankın və ya xarici bank holdinq
şirkətinin törəmə bankıdırsa,
təsisçi xarici bankın və ya xarici bank holdinq
şirkətinin yerləşdiyi ölkənin bank
tənzimləməsi və nəzarəti orqanı
törəmə bankın təsis edilməsinə icazə
vermiş və Milli Bank ilə həmin orqan arasında
məsləhətləşmələrdən sonra
müəyyən olunmuşdur ki, xarici banka və ya xarici bank
holdinq şirkətinə və onların törəmə
banklarına (xarici və yerli) bu orqan tərəfindən
konsolidasiya əsasında lazımi nəzarət həyata
keçiriləcəkdir;
14.1.12.təsisçi xarici bankın ofisinin yerləşdiyi
ölkənin bank tənzimləməsi və nəzarəti
orqanı yerli filialın açılmasına icazə
vermiş və bankın fəaliyyətinə lazımi
nəzarəti həyata keçirir;
14.1.13.bank şirkətlər qrupunun
üzvüdürsə, bu cür üzvlük Milli Bankın
nəzarət funksiyalarını həyata
keçirməsinə mane olmayacaqdır;
14.1.14.təsisçilərin və ya yerli filial açan
xarici bankın müvafiq sənədlərlə təsdiq
olunmuş maliyyə vəziyyəti
qənaətbəxşdir;
14.1.15.bankın və ya xarici bankın yerli
filialının lisenziyalaşdırılması
üçün təqdim etdiyi sənədlər
Azərbaycan Respublikasının qanunvericiliyinin
tələblərinə uyğundur.
14.2. Yerli bankların yerli və xarici
filiallarının, xarici nümayəndəliklərinin və
xarici bankların yerli nümayəndəliklərinin
etibarlı və prudensial idarə olunmasını təmin
etmək zərurəti nəzərə alınmaqla,
onların açılmasına Milli Bank tərəfindən
icazə bu Qanuna uyğun olaraq yalnız
aşağıdakı şərtlər
gözlənilməklə verilə bilər:
14.2.1.bankın müvafiq sənədlərlə
təsdiq olunmuş maliyyə vəziyyəti
qənaətbəxşdir;
14.2.2.filialın və ya nümayəndəliyin
inzibatçıları bu Qanunun 10-cu maddəsinin tələblərinə
cavab verir;
14.2.3.filial üçün təklif edilən daxili
idarəetmə və nəzarət prosedurları
adekvatdır;
14.2.4.filialın biznes-planı, o cümlədən
maliyyə proqnozları adekvatdır;
14.2.5.yerli bankın xarici filialının,
nümayəndəliyinin yerləşdiyi ölkənin bank
tənzimləməsi və nəzarəti orqanı Milli Bankla
qarşılıqlı əməkdaşlıq
əsasında həmin filiala, nümayəndəliyə
lazımi nəzarəti həyata keçirəcəkdir;
14.2.6.təsisçi olan xarici bankın yerləşdiyi
ölkənin bank tənzimləməsi və nəzarəti
orqanı yerli nümayəndəliyin açılmasına
icazə vermişdir və bankın fəaliyyətinə
lazımi nəzarəti həyata keçirəcəkdir;
14.2.7.bankın yerli filialının fəaliyyət
göstərəcəyi yer Milli Bankın bank
fəaliyyətinin həyata keçirilməsi
üçün müəyyən etdiyi texniki-təchizat
tələblərinə cavab verir;
14.2.8.filial tərəfindən bank hesabları
üzrə aparılan əməlliyyatlar təsisçi
bankın hesabatlarında Milli Bank tərəfindən
müəyyən edilmiş vaxt rejimində həyata
keçirilir;
14.2.9.filialın və ya nümayəndəliyin
açılmasına icazə almaq üçün təqdim
edilən sənədlər Azərbaycan Respublikasının
qanunvericiliyinin tələblərinə uyğundur.
14.3. Bank lisenziyası və ya icazə
alınması üçün ərizə rədd
edildikdə müraciət edənlər Milli Bankın
qərarını aldıqdan sonra qanunvericilikdə nəzərdə
tutulmuş qaydada məhkəməyə müraciət edə
bilərlər.
M a d d ə 15. Bank
lisenziyalarının və icazələrin reyestri
15.1.Milli Bank bankların, filialların,
şöbələrin və nümayəndəliklərin
ictimaiyyət üçün açıq olan mərkəzi
reyestrini tərtib edir. Reyestrə bankların, filialların,
şöbələrin və nümayəndəliklərin
adları, ünvanları, inzibatçıları
barədə məlumatlar, onlara verilmiş və ləğv
edilmiş lisenziyaların və icazələrin qeydiyyat
nömrələri və tarixi, fəaliyyətinə xitam
verilmiş banklar, filiallar, şöbələr və
nümayəndəliklər haqqında məlumatlar daxil edilir.
15.2.Banklar reyestrə daxil edilmiş məlumatlarda
dəyişikliklər barəsində Milli Banka beş
təqvim günü müddətində yazılı
bildiriş göndərirlər.
M
a d d ə 16. Bank lisenziyasının və ya icazənin
ləğvi
16.1. Bankın və ya xarici bankın yerli
filialının bank lisenziyası yalnız Milli Bank
tərəfindən aşağıdakı bir və ya bir
neçə əsas olduqda ləğv edilə bilər:
16.1.1.bankın təsisçilərinin
(səhmdarlarının) müraciəti (qərarı)
əsasında;
16.1.2.xarici bank yerli filialını bağlamaq haqqında
qərar qəbul etdikdə;
16.1.3.bank müflis elan edildikdə;
16.1.4.lisenziya alınması üçün ərizə
verilərkən təqdim edilmiş məlumatların
yanlış olduğu müəyyən edildikdə;
16.1.5.bank və ya xarici bankın yerli filialı bank
lisenziyasının qüvvəyə mindiyi gündən on iki
ay müddətində bank lisenziyasına müvafiq olaraq
fəaliyyətə başlamadıqda və ya Milli Bank
tərəfindən bankın və ya xarici bankın yerli
filialının altı ay müddətində depozitlər
və ya digər qaytarılan vəsait cəlb etmədiyi
və ya kreditlər vermədiyi müəyyən edildikdə;
16.1.6.bankın nizamnamə kapitalının və ya
məcmu kapitalının miqdarı və xarici bankın yerli
filialının nizamnamə kapitalına bərabər
tutulmuş vəsaitinin və ya məcmu kapitalının
(xarici bankın yerli filialının məcmu kapitalına
bərabər tutulmuş vəsaitinin) miqdarı müvafiq
olaraq Milli Bankın banklar üçün müəyyən
etdiyi nizamnamə kapitalının və ya məcmu
kapitalın minimum miqdarından az olduqda;
16.1.7.bankın məcmu kapitalının və ya xarici
bankın yerli filialının məcmu kapitala bərabər
tutulmuş vəsaitinin adekvatlıq əmsalı 3 faizdən
az olduqda;
16.1.8.bank və ya xarici bankın yerli filialı
kreditorları qarşısında öhdəliklərini
yerinə yetirə bilmədikdə, 0 cümlədən ona
həvalə olunmuş aktivlərin təhlükəsizliyini
təmin edə bilmədikdə;
16.1.9. bank və ya xarici bankın yerli filialı
idarəetməni və ya cari fəaliyyətini etibarlı
və prudensial qaydada həyata keçirmədikdə və ya
bu Qanunun, Milli Bankın normativ xarakterli aktlarının
tələblərini iki dəfədən artıq halda
pozduqda;
16.1.10.bank lisenziyasında və ya icazədə
nəzərdə tutulmayan fəaliyyət növlərini
həyata keçirdikdə;
16.1.11.bu Qanunun 14.1.2-14.1,4-cü maddələrində
göstərilən faktlar müəyyən edildikdə və
14.1.5-14.1.7-ci maddələrinin tələbləri yerinə
yetirilmədikdə;
16.1.12.Milli Bankın icazəsi olmadan bank başqa bankın
törəmə bankına çevrildikdə;
16.1.13.yerli törəmə bankı və ya filialı
olan xarici bank və ya xarici bank holdinq şirkətinin
lisenziyası ləğv edildikdə;
16.1.14.bankın yenidən təşkili Milli Bankın
icazəsi olmadan həyata keçirildikdə;
16.1.15.xarici bank və xarici bank holdinq şirkətinə,
habelə şirkətlər qrupunun üzvü olan banka
yerləşdiyi ölkənin bank tənzimlənməsi
və nəzarəti orqanı tərəfindən
lazımınca nəzarətin təmin edilməməsi
səbəbindən Milli Bank onların törəmə
banklarına nəzarəti həyata keçirə
bilmədikdə;
16.1.16.bilərəkdən Milli Banka yanlış hesabat
və məlumat verildiyi faktları
müəyyənləşdirildikdə;
16.1.17.sonuncu üç hesabat tarixinə Milli Banka
aylıq hesabat təqdim edilmədikdə;
16.1.18.bank və ya xarici bankın yerli filialı bu Qanuna
və Milli Bankın normativ xarakterli aktlarına uyğun olaraq
Milli Bankın ona verdiyi sərəncamları və ya digər
yazılı göstərişləri yerinə
yetirmədikdə.
16.2. Yerli bankın filiallarına və
nümayəndəliklərinə, o cümlədən xarici
bankın yerli nümayəndəliklərinə verilmiş
icazə yalnız Milli Bank tərəfindən
aşağıdakı bir və ya bir neçə əsas
olduqda ləğv edilə bilər:
16.2.1.icazə almaq üçün ərizə
verilərkən təqdim edilmiş məlumatların
yanlış olduğu
müəyyənləşdirildikdə;
16.2.2.bankın lisenziyası ləğv edildikdə;
16.2.3.bank müflis elan olunduqda;
16.2.4.bank ləğv edildikdə;
16.2.5.icazəni aldıqdan sonra on iki ay ərzində
fəaliyyətə başlamadıqda, yaxud Milli Bank yerli
bankın filialının altı ay ərzində
fəaliyyətinin dayandırıldığını
müəyyən etdikdə;
16.2.6.bu Qanunun 14.2.1-14.2.5-ci maddələrində
göstərilmiş hər hansı şərt yerinə
yetirilmədikdə;
16.2.7.icazəni almış bank, filial və ya
nümayəndəlik idarəetməni və ya cari
fəaliyyətini etibarlı və prudensial qaydada həyata
keçirmədikdə və ya bu Qanunun, Milli Bankın normativ
xarakterli aktlarının tələblərini iki
dəfədən artıq halda pozduqda;
16.2.8.
bank lisenziyasında və
ya icazədə nəzərdə tutulmayan fəaliyyət
növlərini həyata keçirdikdə;
16.2.9.
filialın və ya
nümayəndəliyin bağlanması haqqında qərar
qəbul edildikdə;
16.2.10. yerli
bankın xarici filialının və ya
nümayəndəliyinin yerləşdiyi ölkədə bank
tənzimləməsi və nəzarəti orqanı onların
fəaliyyətinə lazımi nəzarəti həyata
keçirmədikdə.
16.3. Bank
lisenziyasının və ya icazənin ləğv edilməsi
qərarı haqqında banka Milli Bank tərəfindən
əsaslar göstərilməklə yazılı məlumat
verilir.
M a d d ə 17. Bank
lisenziyasının və ya
icazənin bankın öz müraciəti ilə ləğvi
17.1.Bank ona verilmiş bank lisenziyasının və ya
filialın və nümayəndəliyin açılmasına
verilmiş icazənin ləğv edilməsi haqqında Milli
Banka müraciət edir.
17.2.Bank ona verilmiş lisenziyanın ləğvi
barədə ərizəyə bank tərəfindən
təsdiq edilmiş ləğvetmə planını,
ərizənin verildiyi gündən etibarən üç ay
əvvəlki tarixə kənar auditor tərəfindən
təsdiqlənmiş maliyyə hesabatını əlavə
etməlidir. Milli Bank ərizənin təqdim edildiyi
gündən ən geci 90 təqvim günü
müddətində bankın müraciətinə dair
qərar qəbul etməlidir.
Bankların filiallarına verilmiş
icazələrin ləğvi barədə müraciətə
və əlavə edilmiş ləğvetmə planına Milli
Bank ərizənin təqdim edildiyi gündən etibarən
ən geci 30 təqvim günü müddətində baxaraq
bankın müraciətinə dair qərar qəbul
etməlidir.
17.3.Bankın və ya xarici bankın yerli
filialının ləğvetmə planı və
ödəniş qabiliyyəti məqbul hesab edildikdə,
habelə bank lisenziyası ləğv edildikdən sonra
onların öz öhdəliklərini ödəmək
üçün yetərli miqdarda likvid vəsaiti olduqda Milli
Bank tərəfindən ərizəyə dair müvafiq
qərar qəbul edilir və bank və ya xarici bankın yerli
filialı bu Qanunun 58-ci maddəsinin müddəalarına
uyğun ləğv edilir.
17.4.Bank lisenziyasının və ya icazənin
ləğv edilməsi barədə ərizənin rədd
edilməsi haqqında əsaslandırılmış qərar
Milli Bank tərəfindən dərhal banka və ya
təsisçi xarici banka və onun yerli filialına
göndərilməlidir.
M a d d ə 18. Bank lisenziyasının və
ya icazənin ləğvi haqqında qərarın
dərc edilməsi və qüvvəyə minməsi
18.1.Milli Bank bank lisenziyasının və ya xarici
bankın yerli nümayəndəliyinin icazəsinin
ləğv edilməsi haqqında qərarını onu
qəbul etdiyi gündən etibarən 5 təqvim günü
müddətində dövlət qeydiyyatı və vergi
orqanlarına ləğvetmə haqqında bildiriş
göndərməli və kütləvi informasiya
vasitələrində rəsmi məlumat dərc
etdirməlidir. Bank lisenziyasının və ya xarici bankın
yerli nümayəndəliyinin icazəsinin ləğvi
haqqında qərar, onda başqa müddət
nəzərdə tutulmayıbsa, dərc edildiyi günün
ertəsi günü qüvvəyə minir.
18.2.
Bank lisenziyasının
və ya xarici bankın yerli nümayəndəliyinin
icazəsinin ləğvi haqqında qərarın
qüvvəyə mindiyi gündən etibarən müvafiq
bankın, filialın və nümayəndəliyin adında
"ləğv prosesində olan" sözləri
əlavə edilir və ona bank lisenziyasına və ya icazəyə
əsasən müvafiq fəaliyyət növlərinin
həyata keçirilməsi qadağan edilir. Bundan sonra bank,
filial və ya nümayəndəlik qanunvericiliyə müvafiq
surətdə bankın və ya xarici bankın yerli
filialının iflası
proseduruna başlanıldığı hallar istisna olmaqla, bu
Qanunun tələbləri nəzərə alınmaqla
qanunvericiliyə uyğun olaraq ləğv olunmalıdır.
18.3. Yerli və xarici banklar bank lisenziyasının
və ya icazənin ləğv edilmə-si haqqında Milli
Bankın qərarından qanunvericilikdə müəyyən
edilmiş qayda-da məhkəməyə şikayət verə
bilərlər. Şikayətin verilməsi Milli Bankın
müvafiq qərarının icrasını dayandırmır.
III fəsil
BANKLARIN
YARADILMASI, İDARƏ EDİLMƏSİ VƏ DAXİLİ AUDİT
M a d d ə 19. Bankların
təşkili
19.1.Bank ən azı üç hüquqi və/və
ya fiziki şəxs tərəfindən açıq
səhmdar cəmiyyəti formasında yaradılır.
19.2.Siyasi partiyalar, ictimai birliklər, fondlar və
digər qeyri-kommersiya təşkilatlan bankın
səhmdarı ola bilməzlər.
19.3.Bank yalnız adlı səhmlər buraxa bilər.
Bankın imtiyazlı səhm sahibləri səs hüququna
malik ola bilməzlər.
19.4.Bankın təsisçiləri olan
səhmdarları onun sonrakı səhmdarlarına
nisbətən hər hansı əlavə
üstünlüklərə malik ola bilməz və ya hər
hansı əlavə vəzifələr daşıya
bilməzlər.
M a d d ə 2 0. Bankın
nizamnaməsi və reqlamenti
20.1. Bankın təsisçiləri Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə
müvafiq olaraq nizamnaməsini tərtib edir və təsdiq
edir. Bankın nizamnaməsində dəyişikliklər Milli
Bankın qabaqcadan yazılı icazəsi ilə edilir.
20.2. Hər bir bank onun nizamnaməsinə uyğun olaraq
bu Qanunla müəyyən edilmiş qaydada təsdiq edilən
və aşağıdakıları müəyyən edən
daxili reqlament əsasında fəaliyyət göstərir:
20.2.1.bankın təşkilati və idarəetmə
strukturu, o cümlədən onun əməliyyat və inzibati
şöbələri, onların bölmələri və
funksiyaları, tabeliyi və hesabat verməsi qaydası;
20.2.2.bankın idarəetməsi və nəzarəti
altında olan şöbələrin və
bölmələrin rəhbərlərinin
vəzifələri;
20.2.3.daxili audit xidmətinin, digər daimi daxili komissiya
və komitələrin funksiyaları;
20.2.4.bankın inzibatçılarının və
struktur bölmələrinin rəhbərlərinin bank
fəaliyyətinin həyata keçirilməsi üzrə
səlahiyyətləri;
20.2.5.filial və şöbələrin
inzibatçılarının vəzifəyə təyin
və azad edilməsi qaydaları, habelə onların bank
fəaliyyətinin həyata keçirilməsi üzrə
səlahiyyətləri.
20.3. Bankın nizamnaməsinin
notariat qaydada təsdiqlənmiş surəti, bank
tərəfindən təsdiqlənmiş daxili reqlamenti,
habelə bankın bank fəaliyyəti ilə əlaqədar
müqavilələri imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin
siyahısı
bank tərəfindən Milli Banka bir nüsxədə
təqdim edilir və Milli Bankda saxlanılır.
20.4. Bankın
nizamnaməsində edilən dəyişikliklər
Azərbaycan Respublikasının Mülki
Məcəlləsində müəyyən edilmiş qaydada
dövlət qeydiyyatına alınır. Bankın
nizamnaməsində və reqlamentində edilən
dəyişikliklər beş təqvim günü
müddətində Milli Banka təqdim edilir.
M a d d ə 2 1. Bankların və xarici
bankların yerli filiallarının
kapitalına tələblər
21.1.Bank məcmu kapitalmı, xarici bankın yerli
filialı isə məcmu kapitala bərabər tutulmuş
vəsaitini daimi olaraq Milli Bankın banklar üçün
müəyyən etdiyi məcmu kapitalın minimum
miqdarından aşağı olmayan səviyyədə
saxlamalıdır. Bankın məcmu kapitalının, xarici
bankın yerli filialı üçün isə məcmu
kapitala bərabər tutulmuş vəsaitin strukturu,
komponentləri və hesablanması qaydası Milli Bank
tərəfindən müəyyən edilir.
21.2.Heç bir bank Milli Bankın qabaqcadan yazılı
icazəsi olmadan səhmlərinin satın alınması
və ya səhmlərin nominal dəyərinin
azaldılması zamanı onun dəyərinin
ödənilməsi yolu ilə məcmu kapitalını azalda
bilməz.
21.3.Heç bir xarici bank Milli Bankın qabaqcadan
yazılı icazəsi olmadan nizamnamə kapitalına
bərabər tutulmuş vəsaitlərinin geri
götürülməsi yolu ilə yerli filialının məcmu
kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz.
21.4.Bankın nizamnamə kapitalı və xarici bankın
yerli filialının nizamnamə kapitalına bərabər
tutulan vəsaiti səhmdarların və ya xarici bankın
yalnız Azərbaycan Respublikasının milli valyutasında
ödədiyi pul vəsaiti ilə
formalaşdırılmalıdır.
21.5.Bankın və ya xarici bankın yerli
filialının inzibatçıları məcmu kapitalın
və ya məcmu kapitala bərabər tutulmuş vəsaitin
miqdarının Milli Bankın banklar üçün
müəyyən etdiyi məcmu kapitalın (məcmu kapitala
bərabər tutulmuş vəsaitin) minimum miqdarının 25
faizinə və ya onun adekvatlıq əmsalının 3
faizə çatdığını müəyyən
etdikləri bütün hallarda dərhal bu barədə Milli
Banka bildiriş göndərməlidirlər.
Maddə 22. Bankın nizamnamə kapitalında mühüm iştirak
paylarının məhdudlaşdırılması
22.1. Hər hansı bir şəxs bankın nizamnamə
kapitalında mühüm iştirak payını, o
cümlədən nizamnamə kapitalındakı mövcud
payını mühüm iştirak payına çatdıran
əlavə payı, habelə mühüm iştirak
payını artıraraq səsvermə hüququ olan
səhmlərin və ya nizamnamə kapitalının 20
faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya
bu miqdarı keçməsinə, yaxud bankın həmin
şəxsin törəmə strukturuna
çevrilməsinə gətirib çıxaran iştirak
payını bu Qanunla müəyyən edilmiş qaydada
əldə edə bilər.
22.2. Bank, kapitalına mühüm iştirak payı olan şəxsin
başqa hüquqi şəxsin kapitalında mühüm
iştirak paymı əldə etməsindən və ya
artırmasından xəbər tutan kimi bu barədə Milli
Banka yazılı bildiriş göndərməlidir.
22.3. Bank, kapitalında mühüm iştirak payı olan
hüquqi şəxsin kapitalında hər hansı
şəxsin mühüm iştirak payını əldə
etməsindən və ya artırmasından xəbər tutan
kimi bu barədə Milli Banka yazılı bildiriş
göndərməlidir.
22.4. Bu Qanunun 22.1-ci maddəsində nəzərdə
tutulan iştirak payının alınması üçün
bankın səlahiyyətli idarəetmə orqanı
müraciəti və qərarı ilə birlikdə
aşağıdakı sənədləri Milli Banka təqdim
edir:
22.4.1. həmin sahib hüquqi şəxs olduqda:
22.4.1.1.hüquqi şəxsin adı, ünvanı,
kommersiya fəaliyyətinin növü haqqında
məlumatlar, azı son üç maliyyə ilini (hüquqi
şəxs üç ildən az müddətdə
yaradıldıqda isə son maliyyə illərini) əhatə
edən və auditor yoxlamasından keçmiş maliyyə
hesabatları və auditor rəyləri, habelə həmin
şəxsin nəzərdə tutulan iştirak payının
əldə edilməsinə icazə verən
səlahiyyətli idarəetmə orqanının
qərarının təsdiqlənmiş surəti;
22.4.1.2.həmin hüquqi şəxsin icra
orqanlarının rəhbərlərinin siyahısı və
hər bir rəhbər tərəfindən imzalanmış
və imzası notariat qaydasında təsdiqlənmiş
vətəndaş qüsursuzluğuna dair ərizə;
22.4.1.3.xarici hüquqi şəxslər yuxanda
göstərilən sənədlərdən başqa
qanunvericilikdə müəyyən edilmiş qaydada
leqallaşdırılmış aşağıdakı
sənədləri təqdim edirlər:
Onun yerləşdiyi ölkədə qeydiyyatdan
keçdiyini təsdiqləyən sənəd, nizamnamə
(əsasnamə), ən azı sonuncu üç maliyyə ili
üçün auditor yoxlamasından keçmiş
maliyyə hesabatı və auditor rəyi;
Rəhbər əcnəbi olduqda, rezidenti olduğu
ölkənin müvafiq hakimiyyət orqan-ları
tərəfindən onun cinayət məsuliyyətinə
cəlb olunub-olunmadığı barədə verilmiş
arayış;
22.4.1.4. şəxs
xarici bank olduqda əlavə olaraq bankın yerləşdiyi
ölkənin bank tənzimləməsi və nəzarəti
orqanı tərəfindən verilmiş və bankın bu
ölkədə fiziki və hüquqi şəxslərdən
depozitlər və digər qaytarılan vəsait cəlb
etməklə bağlı fəaliyyəti həyata
keçirmək üçün lisenziyasının
olduğunu və həmin təşkilatın
nəzərdə tutulan iştirak payının əldə
edilməsinə etiraz etmədiyini təsdiqləyən
arayış;
22.4.2. həmin sahib fiziki şəxslər olduqda:
22.4.2.1.Soyadını, adım, atasının admı
və vətəndaşlığını,
şəxsiyyət vəsiqəsinin və şəxsiyyətini
təsdiq edən digər sənədin
məlumatlarını, məşğuliyyət
növünü göstərən məlumat və
sənədlər, onun sahibliyində və ya nəzarətində
olan hüquqi şəxslər və onların
məşğuliyyət növü, tərəfindən
imzalanmış və imzası notariat qaydasında
təsdiqlənmiş vətəndaş qüsursuzluğuna
dair ərizə;
22.4.2.2.fiziki şəxs əcnəbi olduqda, yuxarıda
göstərilən məlumat və sənədlərdən
başqa rezidenti olduğu ölkənin müvafiq hakimiyyət
orqanları tərəfindən onun cinayət
məsuliyyətinə cəlb olunub-olunmadığı
barədə verilmiş arayış və bir və ya bir
neçə maliyyə təşkilatının müsbət
tövsiyələri və/və ya bank hesablarından
çıxarışlar;
22.4.3. həmin şəxsin bankların və ya
başqa hüquqi şəxslərin kapitalında
mühüm iştirak paylarının miqdarı haqqında
məlumat;
22.4.4.bankların və başqa hüquqi
şəxslərin həmin şəxsin kapitalında
mühüm iştirak paylarının miqdarı haqqında
məlumat;
22.4.5.bu Qanunun 22.4.3-cü və 22.4.4-cü
maddələrində göstərilmiş hüquqi
şəxslərin fəaliyyətinin əsas
istiqamətləri və onların baş ofislərinin ünvanı.
22.5. Milli Bank bu Qanunun 22.4-cü maddəsinə
uyğun verilmiş ərizəyə ən geci 90 təqvim
günü müddətində baxır. Həmin
müddət ərzində Milli Bank ərizəyə dair
münasibətini banka yazılı surətdə
bildirməzsə, ərizəyə müsbət
baxılmış hesab edilir. Milli Bank icazənin
verilməsindən aşağıdakı hallarda imtina edir:
22.5.1.bu Qanunun 22.4-cü maddəsində
nəzərdə tutulan sənədlər tam təqdim
olunmadıqda;
22.5.2.hüquqi şəxsin icra orqanlarının
rəhbərləri məqbul və lazımi
keyfiyyətlərə malik olmadıqda;
22.5.3.fiziki şəxs məqbul və lazımi keyfiyyətlərə
malik olmadıqda;
22.5.4.mühüm iştirak payını əldə
edəcək hüquqi şəxsin maliyyə vəziyyəti
qeyri-qənaətbəxş olduqda;
22.5.5.iştirak payının əldə edilməsi
nəticəsində bank, bank və ya bank holdinq şirkəti
olmayan xarici hüquqi şəxsin törəmə strukturuna
çevrildikdə;
22.5.6.xarici ölkənin bank tənzimləməsi və
nəzarəti orqanı xarici banka və ya xarici bank holdinq
şirkətinə bankın onların törəmə
strukturuna çevrilməsinə razılıq
vermədikdə;
22.5.7.iştirak payının əldə edilməsi
nəticəsində bankla bağlı olacaq xarici banka və
ya xarici bank holdinq şirkətinə onların
yerləşdiyi ölkədə lazımınca
nəzarət edilmədiyinə və ya həmin
ölkənin nəzarət orqanları qarşılıqlı
əməkdaşlıqdan imtina etdiyinə görə Milli
Bankın öz nəzarət funksiyalarını həyata
keçirməsi mümkün olmadıqda.
22.6.Milli Bankın verdiyi icazədə iştirak
payının əldə edilməsinin başa çatmalı
olduğu maksimum müddət göstərilir.
22.7.Qabaqcadan icazəsi olmadan hər hansı bir
şəxs belə iştirak payı əldə
edərsə, Milli Bank həmin şəxsə onun bankdakı
payının icazəsiz aldığı hissəsini
müəyyən etdiyi tarixədək ləğv etməsi
barədə yazılı göstəriş verir.
Mühüm iştirak payının əldə
edilməsi üçün müəyyən edilmiş
maksimum müddətlərə riayət edilməzsə, Milli
Bank həmin şəxsə müddət bitdikdən sonra
aldığı hissəsini müəyyən etdiyi
tarixədək ləğv etməsi barədə
yazılı göstəriş verir.
Həmin şəxslərin ləğv olunmalı
hissədə səsvermə hüququ səhmdarların
ümumi yığıncağının iclaslarında
nəzərə alınmır.
22.8.Bankın kapitalında mühüm iştirak
payına malik olan hər hansı bir şəxs ona məxsus
səs hüquqlarını və ya nizamnamə
kapitalındakı payını 20 faizdən, 33 faizdən
və ya 50 faizdən aşağı səviyyəyə
endirməzdən əvvəl bu barədə Milli Banka
yazılı məlumat verməlidir.
22.9.Banklar onların kapitalında payların bu Qanunun
22.1-ci və ya 22.8-ci maddələrində
göstərilmiş kəmiyyətlərdən az və ya
çox olmasına səbəb olan hər hansı pay
əldə edilməsindən və ya ləğv
edilməsindən xəbər tutan kimi bu barədə Milli
Banka məlumat verməlidirlər. Banklar həmçinin
mühüm iştirak paylarına malik olan səhmdarlar,
onların ünvanları, həmin payların miqdarı
haqqında məlumatları ildə iki dəfədən az
olmayaraq Milli Banka yazılı şəkildə
bildirməlidirlər.
22.10. Milli Bank aşağıdakı halları
aşkar etdikdə bankın kapitalında mühüm
iştirak payı olan şəxsin payının
özgəninkiləşdirilməsi və ya bank tərəfindən
geri alınması barədə məhkəməyə
ərizə ilə müraciət edir:
22. 10.1. hüquqi şəxsin icra orqanlarının
rəhbərlərindən hər hansı biri və ya fiziki
şəxs məqbul və lazımi keyfiyyətlərə
malik olan şəxs olmadıqda;
22. 10.2. bankın maliyyə
sağlamlığına və ya onun etibarlı idarə
olunmasına təhlükə törədə bilən
dərəcədə banka təsir göstərildikdə;
22. 10.3. bank və ya xarici bank holdinq şirkətinin
bank lisenziyası ləğv edildikdə;
22. 10.4. xarici bank və ya xarici bank holdinq
şirkətinin yerləşdiyi ölkədə həmin
ölkənin bank tənzimləməsi və nəzarəti
orqanı tərəfindən onlara lazımınca
nəzarət həyata keçirilmədikdə və ya onlar
bu sahədə Milli Bank ilə qarşılıqlı
əməkdaşlıqdan imtina etdikdə.
22.11. Bu Qanunun 22.10-cu maddəsinə
müvafiq Milli Bankın verdiyi ərizəyə
məhkəmə ən geci 30 təqvim günü
müddətində baxır.
M a d d ə 2 3. Bankların
idarəetmə strukturu
Hər bir bank ali
idarəetmə orqanı olan səhmdarların ümumi
yığıncağı, onun idarə olunmasına və
işinə nəzarəti həyata keçirən orqan olan
Müşahidə Şurası, bankda audit işini
təşkil edən Audit Komitəsi və məsul icra
orqanı olan İdarə Heyəti tərəfindən
idarə olunur.
M a d d ə 2 4. Səhmdarların
ümumi yığıncağı
24.1. Bank səhmdarlarının ümumi
yığıncağının müstəsna
səlahiyyətlərinə aşağıdakılar aiddir:
24.1.1.bankın nizamnaməsini qəbul etmək,
nizamnaməyə əlavə və dəyişikliklər
etmək;
24.1.2.bankın reqlamentini qəbul etmək və
reqlamentə əlavə və dəyişikliklər etmək;
24.1.3.bankın faiz dərəcələri, aktivlərin
yerləşdirilməsi və kateqoriyaları barəsində
siyasətini, habelə bankın ümumi maliyyə, uçot,
inzibati və kadr siyasətini
müəyyənləşdirmək;
24.1.4.digər hüquqi şəxslərin kapitalında
bankın iştirakı barədə qərarlar qəbul
etmək, bankın filiallarını və
nümayəndəliklərini yaratmaq və fəaliyyətlərinə
xitam vermək, onların əsasnamələrini təsdiq
etmək;
24.1.5.növbəti və tələb olunduğu hallarda
növbədənkənar auditin keçirilməsi
barədə qərar qəbul etmək və bu
məqsədlə kənar auditoru təyin etmək;
24.1.6.bankın büdcəsini qəbul və təsdiq
etmək;
24.1.7.bankın İdarə Heyətinin üzvlərini
təyin və azad etmək, İdarə Heyətinin
əsasnaməsini təsdiq etmək;
24.1.8.bankın Müşahidə Şurasının
və Audit Komitəsinin üzvlərini təyin və azad
etmək, həmin idarəetmə orqanlarının
əsasnaməsini təsdiq etmək, bankın
inzibatçılarının işə
götürülməsi müddətlərini və
şərtlərini müəyyənləşdirmək;
24.1.9. Müşahidə
Şurası üzvlərinin səlahiyyətləri istisna
olmaqla, bankın inzibatçılarının bank adından
və bank hesabına öhdəliklər qəbul etmək
səlahiyyətlərini və həmin
səlahiyyətlərin bankın digər
əməkdaşlarına verilməsi hüququnun
hədlərini müəyyənləşdirmək;
24.1.10.bu Qanunun 28-ci maddəsinə əsasən bank
inzibatçılarının kommersiya maraqlarmı
açıqlaması haqqında qaydaları və həmin
qaydalara dəyişiklik və əlavələri qəbul
etmək;
24.1.11.bankın törəmə təsərrüfat
cəmiyyətlərini yaratmaq və
fəaliyyətlərinə xitam vermək, başqa bankın
satın alınması barədə qərarlar qəbul
etmək;
24.1.12.nizamnamə kapitalının artırılması
və azaldılması barədə qərarlar qəbul
etmək, bank səhmlərinin buraxılması
müddətlərini və şərtlərini
müəyyənləşdirmək, habelə bankda
mühüm iştirak payının əldə
edilməsinə razılıq vermək;
24.1.13.bankın kənar auditor tərəfindən
təsdiqlənmiş və Audit Komitəsi tərəfindən
tövsiyə edilmiş illik maliyyə hesabatlarını
təsdiq etmək, habelə xalis mənfəət hesabına
ehtiyatların yaradılması və dividentlərin
ödənilməsi barədə qərar qəbul etmək;
24.1.14.bankın satılması, yenidən təşkili
və ləğvi barəsində qərarlar qəbul
etmək;
24.1.15.Bu Qanunla və bankın nizamnaməsi ilə
səlahiyyətinə aid edilmiş digər
məsələləri həll etmək.
24.2. bu Qanunun 24.1.2 - 24.1.7-ci maddələri ilə
səhmdarların ümumi yığıncağının
müstəsna səlahiyyətlərinə aid edilmiş
məsələlər həll edilmək üçün
bankın Müşahidə Şurasına verilə bilər.
24.3. Bankın təsis yığıncağı
bütün təsisçilər və ya onların
nümayəndələri iştirak etdikdə
səlahiyyətli sayılır. Səhmdarların sonrakı
ümumi yığıncaqları bütün səsvermə
hüququ olan səhmlərin azı 60 faizinin sahibi olan
səhmdarlar iştirak etdikdə səlahiyyətli
sayılır. Bankın təsis yığıncağında
onun yaradılması, nizamnaməsinin qəbul edilməsi
və idarəetmə orqanlarının formalaşdırılması
barədə qərarlar yekdilliklə qəbul edilir.
Nizamnaməyə əlavə və dəyişikliklər
edilməsi, Müşahidə
Şurası və İdarə Heyəti üzvlərinin
təyin və azad edilməsi, bankın satılması,
yenidən təşkili, başqa bankın alınması
və bankın fəaliyyətinə xitam verilməsi məsələləri
üzrə qərarlar yığıncaqda təmsil edilən
səhmdarların 75 faiz səs çoxluğu ilə qəbul
olunur. Bütün digər qərarlar yığıncaqda
iştirak edən səhmdarların sadə səs
çoxluğu ilə qəbul olunur.
24.4. Səhmdarlar bankın nizamnamə kapitalındakı
paylarına mütənasib səs hüququna malikdirlər.
Hər bir səhmdar səhmdarların ümumi
yığıncağında özünün səs
hüququnu həm şəxsən, həm də səlahiyyətli
nümayəndəsi vasitəsilə həyata keçirə
bilər. Etibarnamə yazılı şəkildə
rəsmiləşdirilir və yığıncağın
protokoluna qoşulur. Etibarnamə yığıncaq
başlananadək verilir. Səhmdarları qanuni əsasda
təmsil edən şəxslər üçün ayrıca
etibarnamə tələb olunmur. Həmin şəxslər bu
cür səlahiyyətlərini təsdiqləyən
sənəd təqdim edirlər.
24.5. Səhmdarların növbəti
və növbədənkənar yığıncaqları
keçirilə bilər. Səhmdarların hər bir ümumi
yığıncağının keçirilməsi
günü, yeri, vaxtı və gündəlik üzrə
materiallarla tanış olma qaydası barəsində
bildirişlər, habelə həmin
yığıncağın gündəliyi
yığıncağın keçirilməsi
gününə ən azı 45 təqvim günü
qalmış səhmdarlara göndərilir və bu
barədə kütləvi informasiya vasitələrində
məlumat dərc etdirilir. Bildirişlə birlikdə
göndərilən gündəliyə daxil edilməmiş
məsələlər üzrə qərar qəbul
olunmasına yol verilmir. Növbəti yığıncaqlar
ildə bir dəfədən az olmayaraq keçirilir.
Növbəti yığıncaqlar bankın hər il
üçün maliyyə hesabatı tərtib edildikdən
və kənar auditor yoxlamasından keçdikdən sonra
ən geci iki ay ərzində keçirilir.
Növbədənkənar yığıncaqlar
səsvermə hüququ olan səhmlərin azı 5 faizinin
sahibləri olan səhmdarların, Müşahidə
Şurasının, Audit Komitəsinin və İdarə
Heyətinin tələbi ilə çağırıla
bilər. Növbədənkənar yığıncaqların
çağrılması qaydası Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə
tənzimlənir.
24.6. Səhmdarların yığıncağında
səsvermə hüququna malik olan bütün səhmdarlar
təmsil olunmuşdursa, yığıncaq onun
çağırılması vaxtından və üsulundan
asılı olmayaraq səlahiyyətli sayılır. Səsvermə
hüququna malik olan səhmdarların hamısı
yekdilliklə razılıq verərsə, bu
yığıncaq gündəliyə daxil edilməmiş
məsələləri də müzakirə edə və
onlara dair qərarlar qəbul edə bilər.
M a d d ə 2 5. Müşahidə
Şurası
25.1. Bankın Müşahidə Şurasının
səlahiyyətlərinə aşağıdakılar aiddir:
25.1.1.bankın idarə edilməsinə və
fəaliyyətinə nəzarəti həyata
keçirmək, o cümlədən bankın İdarə
Heyətindən hesabat almaq;
25.1.2.səhmdarların ümumi
yığıncağı və İdarə Heyəti
üçün tövsiyələr vermək;
25.1.3.səhmdarların ümumi
yığıncağının hər bir iclasmı
bildirişlər göndərmək yolu ilə
çağırmaq və səhmdarların, habelə Audit
Komitəsinin və İdarə Heyətinin tələbi
ilə və onların gündəliyi üzrə
keçirilən növbədənkənar iclaslar istisna
olmaqla, hər bir iclasın gündəliyini qəbul etmək;
25.1.4.bank tərəfindən qüvvədə olan
qanunvericiliyin pozulması faktını müəyyən
etdikdə bu pozuntu barəsində səhmdarların ümumi
yığıncağını, Audit Komitəsini və
İdarə Heyətini xəbərdar etmək, Milli Banka
isə bank qanunvericiliyinin pozulması faktları barədə
bildiriş göndərmək;
25.1.5.bu Qanuna müvafiq olaraq İdarə Heyəti
üzvlərini vəzifədən kənarlaşdırmaq,
səhmdarların ümumi yığıncağında
təsdiq edilənədək onları müvəqqəti
olaraq bu Qanunun 10-cu maddəsinin tələblərinə cavab
verən başqa şəxslərlə əvəz etmək;
25.1.6.bank ilə İdarə Heyətinin bir və ya bir
neçə üzvü arasında mənafelər
toqquşması olduğu hallarda bankı idarə və
təmsil etmək;
25.1.7.bankın etibarlı və prudensial idarə
olunmasını təmin etmək üçün zəruri
olan qaydaları və daxili əsasnamələri qəbul
etmək;
25.1.8.bankın kapital ehtiyatları yaradılması
haqqında qərar qəbul etmək;
25.1.9.bankın nizamnamə kapitalının 50 faizindən
artıq məbləğdə və bankın
nizamnaməsində nəzərdə tutulmuş hallarda bank
adından müvafiq əqdlərin bağlanmasına icazə
vermək;
25.1.10. banka aidiyyəti şəxslər və
aidiyyəti şəxs adından hərəkət edən
şəxslərlə əqdlər
bağlanmasını təsdiq etmək;
25.1.11.bankın fəaliyyətinin kompleks və ya
ayrı-ayn sahələrinin yoxlanması barədə qərar
qəbul etmək;
25.1.12.kənar və daxili auditorların, habelə Milli
Bankın yoxlamalarının nəticələrini
nəzərdən keçirmək və bu yoxlamaların
yekunlarına dair tədbirlər görmək;
25.1.13.bu Qanunla, bankın nizamnaməsi və Milli Bankın
normativ xarakterli aktları ilə nəzərdə tutulmuş
digər səlahiyyətləri həyata keçirmək.
Müşahidə
Şurası bu Qanunun 25.1.6-cı maddəsində
nəzərdə tutulan səlahiyyəti icra etməzdən
əvvəl Milli Banka əsasları göstərməklə
yazılı bildiriş göndərir və
səhmdarların ümumi yığıncağının
növbədənkənar iclasmı çağırır.
Milli Bank Müşahidə Şurasının qərarına
dair öz münasibətini bildirə bilər.
Müşahidə Şurasının bu Qanunun
25.1.5, 25.1.6 və 25.1.8-ci maddələrinə əsasən
qəbul etdiyi qərarlar səhmdarların ümumi
yığıncağının növbəti
iclasının gündəliyinə daxil edilməli və
müzakirə olunmalıdır.
25.2. Bankın Müşahidə Şurası 3
nəfərdən az olmamaqla, tək sayda üzvlərdən
ibarətdir. Şuranın üzvləri bankın
səhmdarlarının ümumi yığıncağı
tərəfindən səhmdarlardan və/və ya kənar
şəxslərdən 4 ildən çox olmayan
müddətə təyin edilən fiziki şəxslərdir.
Şuranın üzvləri növbəti
müddətlərə yenidən seçilə
bilərlər. Səhmdarların ümumi
yığıncağı Müşahidə
Şurasının üzvləri sırasından
Müşahidə Şurasının sədrini təyin edir.
Müşahidə Şurası üzvlərinin muzdu bankın
bölüşdürülməmiş mənfəətinin
faizi şəklində və ya əmək haqqı
formasında səhmdarların ümumi
yığıncağında təyin edilə bilər.
25.3. bu Qanunun 10-cu maddəsinin müvafiq
tələblərinə uyğun gəlməyən fiziki
şəxslər bankın Müşahidə
Şurasının üzvü ola bilməz və bank səhmdarlarının
ümumi yığıncağının azad
edilməlidirlər.
25.4. Müşahidə Şurası onun iclasında
üzvlərinin yarısından çoxu iştirak etdikdə
səlahiyyətlidir. İclasların keçirilməsi
qaydası bankın nizamnaməsində və ya
Müşahidə Şurası haqqında
əsasnamədə müəyyən edilir.
25.5. Müşahidə Şurasının iclasları
ən azı üç ayda bir dəfə keçirilir.
İclasların nəticələrinə dair protokol
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə müvafiq qaydada tərtib edilir.
25.6. Müşahidə Şurasının
qərarları yığıncaqda iştirak edən
üzvlərinin sadə səs çoxluğu ilə qəbul
edilir. Hər bir üzv bir səs hüququna malikdir.
Üzvlərin səsvermə zamanı bitərəf
qalmasına icazə verilmir. Səslər bərabər olduqda
Müşahidə Şurası sədrinin səsi həlledici
sayılır.
M a d d ə 2 6. İdarə Heyəti
26.1. Bankın İdarə Heyəti bankın idarə
olunması və fəaliyyətinin həyata
keçirilməsi üçün məsuliyyət
daşıyır.
26.2. İdarə Heyəti 3 nəfərdən az
olmamaqla, tək sayda üzvlərdən ibarətdir.
İdarə Heyətinin üzvləri bank
səhmdarlarının ümumi yığıncağı tərəfindən
4 ildən çox olmayan müddətə təyin
edilirlər. Onlar növbəti müddətlərə
yenidən seçilə bilərlər. Səhmdarların
ümumi yığıncağı İdarə Heyətinin
üzvlərindən birini İdarə Heyətinin sədri
təyin edir. İdarə Heyəti sədrinin
səlahiyyətləri İdarə Heyətinin
əsasnaməsində müəyyən edilir.
26.3. Bu Qanunun 10-cu maddəsinin müvafiq
tələblərinə uyğun gəlməyən fiziki
şəxslər bankın İdarə Heyətinin
üzvü ola bilməz və səhmdarların ümumi
yığıncağının qərarı ilə
İdarə Heyətinin üzvləri vəzifəsindən
azad edilməlidirlər.
26.4. İdarə Heyəti onun iclasında üzvlərinin
yarısından çoxu iştirak etdikdə
səlahiyyətlidir.
26.5. İdarə Heyətinin qərarları
yığıncaqda iştirak edən üzvlərinin sadə
səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv
bir səs hüququna malikdir. Üzvlərin səsvermə
zamanı bitərəf qalmasına icazə verilmir. Səslər
bərabər olduqda İdarə Heyətinin sədrinin
səsi həlledici sayılır.
M a d d ə 2 7. Audit
Komitəsi və daxili audit
27.1.Hər bir bankda müstəqil Audit Komitəsi və
daxili audit bölməsi (departament, şöbə və s.)
fəaliyyət göstərir.
27.2.Audit Komitəsinin səlahiyyətlərinə
aşağıdakılar aiddir:
27.2.1.bankın audit siyasətini və strategiyasını
müəyyən etmək;
27.2.2.daxili audit planlarmı təsdiq etmək və audit
bölməsinin fəaliyyətinə nəzarəti həyata
keçirmək;
27.2.3.kənar auditin təyin edilməsi ilə
əlaqədar bankın səlahiyyətli idarəetmə
orqanlarına təkliflər vermək;
27.2.4.kənar auditlə birgə işi təşkil
etmək, auditin nəticə və tövsiyələrinin
həyata keçirilməsinə yardım etmək;
27.2.5.bankın idarəetmə orqanları ilə kənar
auditorlar, habelə nəzarət orqanları arasında
əlaqələr qurmaq;
27.2.6.daxili nəzarət sistemlərinin
təkmilləşdirilməsinə dair Səhmdarların
Ümumi Yığıncağına və Müşahidə
Şurasına təkliflər vermək.
27.2.7. Milli Bankın normativ xarakterli aktları
ilə nəzərdə tutulmuş digər səlahiyyətləri
həyata keçirmək.
27.3.Bankın Audit Komitəsi üç
nəfərdən az olmamaqla tək sayda üzvlərdən
ibarətdir. Komitənin üzvləri Səhmdarların
Ümumi Yığıncağı tərəfindən 4
ildən çox olmayan müddətə təyin edilir.
Komitənin üzvləri növbəti müddətə
yenidən seçilə bilər. Səhmdarların Ümumi
Yığıncağı Komitənin üzvlərindən
birini Komitənin sədri təyin edir. Audit Komitəsinin
üzvlərinin əmək haqqı formasında muzdu
Səhmdarların Ümumi Yığıncağı
tərəfindən təyin edilir.
27.4.Bu Qanunun 10-cu maddəsinin müvafiq
tələblərinə uyğun gəlməyən fiziki
şəxslər bankın Audit Komitəsinin üzvü ola
bilməz və Səhmdarların Ümumi
Yığıncağının qərarı ilə Audit
Komitəsinin üzvləri vəzifəsindən azad
edilməlidirlər.
27.5.Audit Komitəsi onun iclasında üzvlərinin
yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
İclasların keçirilməsi qaydası Audit Komitəsi
haqqında təsdiq edilmiş əsasnamədə
müəyyən edilir.
27.6.Audit Komitəsinin qərarları
yığıncaqda iştirak edən üzvlərinin sadə
səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv
bir səs hüququna malikdir, üzvlərin səsvermə
zamanı bitərəf qalmasına icazə verilmir.
Səslər bərabər olduqda Audit Komitəsi sədrinin
səsi həlledici sayılır.
27.7.Daxili audit bölməsi (departament, şöbə
və s.) Audit Komitəsinin nəzarəti altında
fəaliyyət göstərir və bankın icra orqanı
ilə qarşılıqlı surətdə bankda daxili
nəzarət və risklərin idarə edilməsi
sisternlərinin fəaliyyətinin səmərəliliyinə
fasiləsiz nəzarəti həyata keçirir;
27.8.Daxili audit bölməsinin rəhbəri və
əməkdaşları Audit Komitəsinin təqdimatı
ilə bankın Müşahidə Şurası
tərəfindən vəzifəyə təyin edilir və
vəzifədən azad olunur.
27.9.Bankda Audit Komitəsinin və daxili audit
bölməsinin fəaliyyətinin standart və
qaydalarını Milli Bank müəyyən edir.
M a d d ə 2 8. Kommersiya
maraqlarının açıqlanması
28.1.Müşahidə Şurasının, Audit
Komitəsinin və İdarə Heyətinin hər bir
üzvü özünün və ailə üzvlərinin
birbaşa və ya dolayısı ilə malik ola bildiyi
mühüm kommersiya maraqlarını bankın İdarə
Heyəti və Müşahidə Şurası
qarşısında açıqlayır. Belə məlumatlar
həmin şəxslər bankın idarəetmə
orqanlarının üzvü seçildikdə və
sonrakı dövrlərdə bankın daxili qaydalarına
müvafiq olaraq açıqlanır.
28.2.Müşahidə Şurasının, Audit
Komitəsinin, İdarə Heyətinin və bankın hər
hansı digər komitəsinin və ya işçi qrupunun
üzvlərindən birinin, habelə daxili audit
bölməsinin əməkdaşlarının marağı
ilə bağlı məsələ müzakirəyə
çıxarıldıqda həmin üzv öz marağı
barəsində müzakirə başlanmazdan əvvəl
məlumat verməli, müzakirədə və qərarın
qəbulunda iştirak etməməli, onun iştirakı
isə yetərsayın müəyyən edilməsi zamanı
nəzərə alınmamalıdır.
28.3.Bankın Müşahidə Şurasının,
Audit Komitəsinin və İdarə Heyətinin üzvləri
bankın səhmləri ilə əqd bağlayarkən
məlumatı Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə müvafiq qaydada
açıqlamalıdır.
M a d d ə 2 9. Bankların
yenidən təşkili
Bankın, o cümlədən bank lisenziyası
ləğv edilmiş bankın yenidən təşkilinə
(birləşməsinə, qoşulmasına,
bölünməsinə, ayrılmasına və ya
çevrilməsinə) Milli Bankın müəyyən etdiyi
qaydada və onun qabaqcadan yazılı razılığı
ilə yol verilir.
M a d d ə 3 0. Hüquqi
şəxslərin
kapitalında bankların iştirakının
məhdudlaşdırılması
30.1. Bankın başqa hüquqi şəxsdə
iştirak payı əldə etməsi aşağıdakı
hallardan birinə səbəb olarsa, bank həmin payı
əldə etmək hüququna malik deyildir:
30.1.1.iştirak payının balans məbləği
bankın məcmu kapitalının 10 faizindən çox
olduqda;
30.1.2.bankın bütün bu cür iştirak
paylarının məcmu balans məbləği bankın
məcmu kapitalının 40 faizindən çox olduqda.
30.2. Bank hüquqi şəxslərin kapitalında
mühüm iştirak paymı təşkil edəcək
və ya artıracaq, habelə hüquqi şəxsi bankın
törəmə strukturuna çevirə biləcək
iştirak paymı Milli Bankın qabaqcadan yazılı
icazəsi ilə əldə edə bilər.
30.3.Banka borcu olan şəxsin maliyyə
sağlamlaşdırılması tədbirlərinin həyata
keçirilməsi dövründə və ya borcun
əvəzinə bankın mülkiyyətinə
keçirilmiş səhmlər (paylar) iki ildən çox
olmayan müddətə bu Qanunun 30.1-ci maddəsinə
müvafiq olaraq mühüm iştirak payının
hesablanmasında nəzərə alınmır.
30.4.Bu Qanunun 30.2-ci maddəsinə əsasən icazə
almaq üçün banklar Milli Banka aşağıdakı
sənədləri qoşmaqla yazılı ərizə
təqdim edirlər:
30.4.1.bankın başqa hüquqi şəxslərin
kapitalında nəzərdə tutulan iştirak payının
əldə edilməsi haqqında səlahiyyətli
idarəetmə orqanının qərarının
təsdiqlənmiş surəti;
30.4.2.bankın başqa hüquqi şəxslərin
kapitalında mühüm iştirak payları və
nəzərdə tutulan iştirak payının
artırılması nəticəsində yaranacaq mühüm
iştirak payının miqdarı haqqında məlumat;
30.4.3.kapitalında mühüm iştirak payı
əldə edilməsi nəzərdə tutulan hüquqi
şəxslərin fəaliyyətlərinin əsas
istiqamətləri və ünvanları haqqında məlumat,
azı son üç maliyyə ilini (hüquqi şəxs
üç ildən az müddətdə yaradıldıqda
isə son maliyyə illərini) əhatə edən və
auditor yoxlamasından keçmiş maliyyə hesabatları
və auditor rəyləri (maliyyə vəziyyətini əks
etdirən hesabatlara dair tələb yeni yaradılan hüquqi
şəxslərə şamil edilmir);
30.4.4.nəzərdə tutulan iştirak payının
əldə edilməsi nəticəsində hüquqi
şəxs bankın törəmə strukturuna
çevrilərsə, bu hüquqi şəxsin icra
orqanlarının rəhbərlərinin siyahısı və
hər bir rəhbər tərəfindən imzalanmış
və imzaları notariat qaydasında təsdiqlənmiş
vətəndaş qüsursuzluğuna dair ərizə;
Rəhbər əcnəbi olduqda, rezidenti olduğu
ölkənin müvafiq hakimiyyət orqan-ları
tərəfindən onun cinayət məsuliyyətinə
cəlb olunub-olunmadığı barədə verilmiş
və qanunvericilikdə müəyyən edilmiş qaydada
leqallaşdırılmış arayış;
30.4.5. bankın mühüm iştirak payını
əldə edəcəyi hüquqi şəxs xarici bank olduqda
əlavə olaraq xarici bankın baş ofisinin
yerləşdiyi ölkənin bank tənzimləməsi və
nəzarəti orqanı tərəfindən verilmiş və
bankın bu ölkədə fiziki və hüquqi
şəxslərdən depozitlər və digər
qaytarılan vəsait cəlb etməklə bağlı
fəaliyyəti həyata keçirmək üçün
icazəsinin olduğunu və həmin təşkilatın
nəzərdə tutulan iştirak payının əldə
edilməsinə etiraz etmədiyini təsdiqləyən
arayış.
30.5. Bu Qanunun 30.4-cü
maddəsinin tələblərinə uyğun təqdim
edilən sənədlərə Milli Bankda ən geci 90
təqvim günü müddətində baxılır.
Həmin müddət ərzində Milli Bank ərizəyə
dair münasibətini banka yazılı surətdə
bildirməzsə, ərizəyə müsbət
baxılmış hesab edilir. Aşağıdakı
halları aşkar etdikdə Milli Bank başqa hüquqi
şəxslərin kapitalında iştirak etməyə banka
icazə vermir:
30.5.1.bu Qanunun 30.4-cü maddəsində
nəzərdə tutulmuş sənədlər tam təqdim
edilməmişdir;
30.5.2.nəzərdə tutulan iştirak payının
əldə edilməsi nəticəsində bankın
törəmə strukturuna çevrilən hüquqi
şəxsin icra orqanlarının rəhbərləri
məqbul və lazımi keyfiyyətlərə malik deyildir;
30.5.3.iştirak payının əldə edilməsi
nəzərdə tutulan hüquqi şəxsin maliyyə
vəziyyəti qeyri-qənaətbəxşdir və ya
belə payın əldə edilməsi bankın maliyyə
vəziyyətinin pisləşməsinə səbəb
olacaqdır;
30.5.4. nəzərdə
tutulan iştirak payı əldə edilən xarici banka
yerləşdiyi ölkənin bank tənzimləməsi və
nəzarəti orqanı tərəfindən lazımi
nəzarət həyata keçirilmədiyinə və ya bu
orqanın əməkdaşlıqdan imtina etdiyinə
görə Milli Bankın öz nəzarət
funksiyalarını həyata keçirməsi
qeyri-mümkündür.
30.6.Banka icazəni verdikdə Milli Bank iştirak
payının əldə edilməsinin maksimum müddətini
müəyyən edir.
30.7.Bank icazəsi olmadan mühüm iştirak payı
əldə etdikdə və ya iştirak payı əldə
etmək üçün müəyyən edilmiş
müddətləri gözləmədikdə, Milli Bank
həmin banka yazılı sərəncam
göndərərək onun öz iştirak paymı
sərəncamda göstərilən tarixədək
ləğv etməyini və ya icazənin qüvvədən
düşdüyünü bildirir.
30.8.Xarici bankın yerləşdiyi ölkənin bank
tənzimləməsi və nəzarəti orqanı
tərəfindən həmin banka lazımi nəzarət
həyata keçirilmədikdə və ya bu orqan Milli Bankla
əməkdaşlıqdan imtina etdikdə Milli Bank banka
hüquqi şəxsin kapitalında mühüm iştirak
payının müəyyən etdiyi müddətdə
özgəninkiləşdirilməsi və ya geri
alınması barədə yazılı göstəriş
verir.
IV fəsil
BANKLARIN
FƏALİYYƏTİNƏ DAİR TƏLƏBLƏR
M
a d d ə 3 1. Bankların etibarlı
fəaliyyətinə dair tələblər
31.1.Banklar idarəetməni və cari fəaliyyəti
Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin, digər normativ
hüquqi aktların, habelə bu Qanunun, Milli Bankın normativ
xarakterli aktlarının, bankın nizamnaməsinin
tələblərinə, onlara verilmiş bank lisenziyasında
və ya icazədə göstərilən bütün məhdudiyyətlərə
müvafiq surətdə etibarlı və prudensial qaydada
həyata keçirməlidirlər.
31.2.Banklar məcmu kapitalmı və likvid
ehtiyatlarını daimi olaraq müəyyən olunmuş
səviyyədə saxlamalı, öz öhdəliklərini
yerinə yetirmək və zərərə yol verməmək
üçün aktivlərin qiymətdən
düşməsinə qarşı zəruri tədbirlər
görməli, mühasibat sənədlərini və digər
zəruri sənədləri qanunvericiliklə
müəyyən edilmiş qaydada tərtib etməli,
bankın fəaliyyətinə nəzarət mexanizmlərini
formalaşdırmalı və tətbiq etməli,
zərərin əmələ gəlməsi riskini maksimal
şəkildə azaltmaq məqsədi ilə aktivlərin
diversifikasiyasını (bölüşdürülməsini)
təmin etməlidirlər.
M a d d ə 3 2. Bankların fəaliyyət
növləri
32.1. Banklar, Milli Bankdan aldığı bank
lisenziyasında qadağan edilməmişdirsə,
aşağıdakı fəaliyyət növləri ilə
məşğul ola bilərlər:
32.1.1.tələbli və müddətli depozitlərin
(əmanətlərin) və digər
qaytarılan vəsaitlərin cəlb edilməsi;
32.1.2.kreditlərin (təminatlı və/və ya
təminatsız) verilməsi, o cümlədən istehlak
və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə
və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq
xidmətləri və digər kreditləşdirmə
növləri;
32.1.3.fiziki və hüquqi şəxslərin
hesablarının, o cümlədən bankların müxbir
hesablarının açılması və aparılması;
32.1.4.klirinq, hesablaşma-kassa xidmətləri, pul
vəsaitinin, qiymətli kağızların və
ödəniş vasitələrinin
köçürülməsi üzrə xidmətlər
göstərilməsi;
32.1.5.ödəniş vasitələrinin (o
cümlədən kredit və debet kartları, yol
çekləri və bank köçürmə vekselləri)
buraxılması;
32.1.6.öz hesabına və ya müştərilərin
hesabına maliyyə vasitələrinin (o cümlədən
çeklərin, köçürmə veksellərinin, borc
öhdəliklərinin və depozit sertifikatlarının),
xarici valyutanın qiymətli metalların və
daş-qaşların, valyuta və faiz vasitələrinin,
səhmlərin və digər qiymətli kağızların,
habelə forvard kontraktlarının, svoplara dair
sazişlərin, fyuçerslərin, opsionların və
valyutalara, səhmlərə, istiqrazlara, qiymətli metallara
və ya faiz dərəcələrinə aid digər
törəmə vasitələrin satın alınması
və satılması;
32.1.7.qiymətli metalların əmanətə cəlb
edilməsi və yerləşdirilməsi;
32.1.8.öhdəliklərin icrasına təminatların,
o cümlədən qarantiyaların verilməsi və öz
hesabına və ya müştərilərin hesabına
akkreditivlərin açılması;
32.1.9.qiymətli kağızlar bazarında peşəkar
fəaliyyət;
32.1.10.maliyyə müşaviri, maliyyə agenti və ya
məsləhətçisi xidmətlərinin
göstərilməsi;
32.1.11.kreditlərə və kredit qabiliyyətinin
yoxlanılmasına dair informasiya verilməsi və
xidmətlər göstərilməsi;
32.1.12.sənədləri və qiymətliləri, o
cümlədən pul vəsaitlərini saxlanca qəbul
etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq);
32.1.13.qiymətlilərin, o cümlədən
banknotların və sikkələrin inkasasiya edilməsi və
göndərilməsi;
32.2.Banklar bu Qanunun 32.1-ci maddəsində sadalanan
fəaliyyət növlərindən başqa bu Qanunun 33-cü
maddəsində göstərilən fəaliyyət
növləri istisna olmaqla, digər qanunlarla nəzərdə
tutulmuş fəaliyyət növlərini də həyata
keçirə bilərlər.
32.3.Bu Qanunun 32.1-ci maddəsində göstərilmiş
hər hansı fəaliyyət növü üçün
qanunvericiliyə əsasən əlavə olaraq xüsusi
razılıq (lisenziya) tələb edildikdə banklar
yalnız müvafiq xüsusi razılıq (lisenziya)
aldıqdan sonra onları həyata keçirə
bilərlər.
M a d d ə 3 3. Banklar tərəfindən
həyata keçirilməyən fəaliyyət növləri
33.1.Bu Qanunun 32-ci maddəsində icazə verilmiş
fəaliyyət növləri istisna olmaqla, heç bir bank
topdansatış və ya pərakəndə ticarət,
istehsal, nəqliyyat, kənd təsərrüfatı,
yataqların işlənilməsi, tikinti və sığorta
fəaliyyəti ilə məşğul ola və ya
sığorta təşkilatları istisna olmaqla tərəfdaş,
şərik və ya payçı kimi bunlarda iştirak
edə bilməz.
33.2.Öhdəlik üzrə tələblərini
ödəmək məqsədilə bank yalnız Milli Bankın
icazəsi ilə və yalnız icazədə
göstərilən müddət ərzində bu Qanunun 33.1-ci
maddəsində nəzərdə tutulan fəaliyyət
növlərini həyata keçirə və ya həmin
fəaliyyət növlərini həyata keçirən
hüquqi şəxslərdə tərəfdaş,
şərik və ya payçı ki-mi iştirak edə bilər.
M a d d ə 3 4. Prudensial
normativlər və tələblər
34.1. Banklar fəaliyyətləri
dövründə öz aktivləri, balansarxası
öhdəlikləri və kapitalının miqdarı ilə
bağlı Milli Bankın müəyyən etdiyi prudensial
normativlərə və tələblərə, o
cümlədən açıq valyuta mövqeyinə
riayət etməlidirlər.
Milli Bank
tərəfindən müəyyən edilmiş yeni
normativlər və tələblər, onlarda
dəyişikliklər banklara rəsmən bildirildikdən
sonra bir aydan tez olmayaraq, nizamnamə və məcmu kapitalın
minimum miqdarına aid tələblərə
dəyişikliklər isə banklara rəsmən
bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə
minir. Yeni prudensial normativlərin və tələblərin
geriyə qüvvəsi yoxdur.
34.2. Milli Bank
bankların və xarici bankların yerli filiallarının
maliyyə sabitliyini təmin etmək məqsədilə
aşağıdakı prudensial normativləri və
tələbləri müəyyən edir:
34.2.1. nizamnamə kapitalının (xarici
bankların yerli filialları üçün nizamnamə
kapitalına bərabər tutulmuş vəsaitin) minimum
miqdarmı;
34.2.2.məcmu kapitalın minimum miqdarmı (xarici
bankların yerli filialları üçün məcmu kapitala
bərabər tutulmuş vəsaitin minimum miqdarını);
34.2.3.əsas və məcmu kapitalın risk
dərəcəsi üzrə ölçülmüş
aktivlərə (xarici bankların yerli filialları
üçün əsas və məcmu kapitala bərabər
tutulmuş vəsaitin risk dərəcəsi üzrə
ölçülmüş aktivlərə) nisbətini (
kapitalın adekvatlıq əmsallarını);
34.2.4.likvidlik göstəricilərini;
34.2.5.bir borcalan və ya bir-biri ilə əlaqədar
borcalanlar qrupu üçün kredit risklərinin maksimum
miqdarını;
34.2.6.məcmu iri kredit risklərinin maksimum miqdarım;
34.2.7.aidiyyəti şəxslərə və aidiyyəti
şəxs adından hərəkət edən
şəxslərə verilmiş kreditlərin maksimum
miqdarmı;
34.2.8.aidiyyəti şəxslərə və aidiyyəti
şəxs adından hərəkət edən
şəxslərə verilmiş məcmu kreditlərin maksimum
miqdarmı;
34.2.9.digər hüquqi şəxslərin kapitalında bankların
iştirakının maksimum miqdarını;
34.2.10. digər hüquqi şəxslərin
kapitalında bankların məcmu iştirakının maksimum
miqdarını;
34.2.11.açıq valyuta mövqeyinin limitlərini;
34.2.12.aktivlərin, balansarxası öhdəliklərin
təsnifatından və qiymətləndirilməsindən
asılı olaraq, mümkün zərərin
ödənilməsi üçün xərclər hesabına
yaradılan xüsusi ehtiyatlara aid tələbləri;
34.2.13.faizlərin hesablanması dayandırılmış
aktivlərə aid tələbləri;
34.2.14.aidiyyəti şəxslər və aidiyyəti
şəxs adından hərəkət edən
şəxslər ilə aparılan əməliyyatlara aid
tələbləri;
34.2.15.aktivlərin və passivlərin ödəniş
müddətlərinin və faiz dərəcələrinin
uyğunluğuna dair tələbləri.
34.3.Milli Bank bankların və xarici bankların yerli
filiallarının fəaliyyətinin tənzimlənməsini
həyata keçirdikdə, zərurət yarandıqca, bu
Qanunun 34.2-ci maddəsində göstərilən prudensial
normativlərin və tələblərin hamısını
və ya bir hissəsini tətbiq edə bilər.
34.4.Banklar Milli Bankın müəyyən etdiyi korporativ
idarəetmə standartlarına riayət etməlidirlər.
34.5.Milli Bank bankların fəaliyyət riskini azaltmaq,
əmanətçilərin və kreditorların
mənafelərini qorumaq məqsədilə bu Qanunun 34.2-ci
maddəsində nəzərdə tutulan normativ və
tələblərdən başqa beynəlxalq bank
nəzarəti praktikasında qəbul olunmuş əlavə
normativlər və tələblər müəyyən
etmək hüququna malikdir.
34.6.Milli Bank xarici kapitallı banklar və xarici
bankların yerli filialları üçün öz
aktivlərini Azərbaycan Respublikasında
yerləşdirmək barəsində tələblər müəyyən
edə bilər.
M a d d ə 3 5. Banklar arasında münasibətlər
35.1.Bu Qanunla, Milli Bankın normativ xarakterli aktları
və göstərişləri ilə, habelə lisenziyalar
və icazələrlə məhdudlaşdırılan hallar
istisna olmaqla, banklar qarşılıqlı surətdə
qanunvericiliklə müəyyən edilmiş qaydada hər
növ əməliyyatlar apara, bir-birində depozit, o
cümlədən müxbir və digər hesablar aça
bilərlər.
35.2.Banklar öz aralarında bank fəaliyyətinin
həyata keçirilməsi ilə bağlı
əməkdaşlığı həyata keçirə
bilərlər. Banklar bu məqsədlə öz aralarında
pul vəsaitinin və qiymətli kağızların
köçürülməsi, klirinq və hesablaşma
mexanizmlərindən istifadə edilməsi, qiymətli
kağızların depozitə qəbul olunması və
digər ümumi bank xidmətlərinin göstərilməsi,
üzvlərinin mənafelərinə kömək
üçün qeyri-kommersiya birliklərinin
yaradılması, habelə bank işinin inkişafını
və sabitliyini dəstəkləyən fəaliyyətin
həyata keçirilməsi haqqında sazişlər
bağladıqda, həmin sazişlərin
iştirakçısı olan banklar bu sazişlər
bağlandıqdan sonra 7 təqvim günü
müddətində onların surətlərini Milli Banka
təqdim etməlidirlər.
35.3.Bankların bank xidmətləri bazarının
inhisara alınmasına və bank işində rəqabətin
məhdudlaşdırılmasına yönəldilmiş
sazişlər bağlaması və razılaşdırılmış
əməliyyatlar aparması qadağandır. Bank
fəaliyyətinin inhisara alınmasına qarşı
yönəldilmiş qaydaların yerinə yetirilməsinə
nəzarəti Milli Bank və müvafiq dövlət
orqanları həyata keçirirlər.
35.4.Banklar bank sisteminin etibarlığını
təmin etmək məqsədilə
borcalanların ödəniş qabiliyyəti və
etibarlığı haqqında məlumatı Milli Bankda
yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə
verməyə borcludurlar. Mərkəzləşdirilmiş
kredit reyestrinin iş rejimi, o cümlədən
məlumatın xarakteri, məlumatların verilməsi və
alınması qaydaları və şərtləri Milli
Bankın normativ xarakterli aktları ilə müəyyən
edilir.
Milli Bankın icazəsi və müəyyən etdiyi
şərtlər daxilində banklar öz aralarında da
xüsusi kredit reyestri yarada bilərlər.
Kredit reyestrlərində
olan məlumatlar yalnız banklara və borcalanların
özlərinə (banklar arasında yaradılan reyestrdəki
məlumatlar həmçinin Milli Banka) onların
müraciəti ilə müəyyən olunmuş qaydada
verilə bilər. Kredit reyestrlərində toplanan və oradan
alınan məlumatlara bank sirrinin bu Qanunla müəyyən
olunmuş qorunması qaydaları şamil olunur.
Kredit reyestrinin xərclərinin ödənilməsi
məqsədilə məlumatlar ödənişli əsaslarla
verilir.
35.5. Yerli banklar arasında,
yerli bankla xarici bankların yerli filial və
nümayəndəlikləri, habelə xarici bankların yerli
filialları (nümayəndəlikləri) arasında mübahisələr
qanunvericiliklə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının məhkəmələri
tərəfindən həll edilir.
M a d d ə 3 6. Banklarla
onların müştəriləri arasında
münasibətlər
36.1.Banklarla onların müştəriləri
arasında münasibətlər Azərbaycan Respublikasının
Mülki Məcəlləsi, həmin Məcəlləyə
müvafiq olaraq Milli Bank tərəfindən qəbul
edilmiş normativ aktlar və müqavilə əsasında
həyata keçirilir.
36.2.Müştərilər bank fəaliyyətinin
bütün növlərinin həyata keçirilməsi
üçün bankları müstəqil seçirlər
və bu məqsədlə bir və ya bir neçə
bankın xidmətlərindən istifadə edə
bilərlər. Hesabların açılması,
aparılması və bağlanması qaydaları
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə və həmin
Məcəlləyə müvafiq olaraq Milli Bank
tərəfindən qəbul edilmiş normativ aktlara, habelə
bu Qanuna əsasən həyata keçirilir.
Xüsusi seçki hesablarının
açılması, əməliyyatların aparılması
və dayandırılması qaydası Milli Bankla
razılaşdırılmaqla Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə uyğun olaraq
müəyyən edilir.
36.3.Bank müştərisinin, yaxud onun
müştərisi olmaq istəyən hüquqi və ya fiziki
şəxsin tələbi ilə öz bank
lisenziyasını, maliyyə vəziyyəti haqqında
məlumatı (sonuncu ay, rüb və il üçün
mühasibat balansını, mənfəət və
zərər haqqında hesabatı) və sonuncu hesabat ili
üçün auditor rəyini təqdim etməlidir.
36.4.Banklar yerləşdikləri binada yazılı
formada depozitlərin (əmanətlərin) qəbul
edilməsinin, kreditlərin verilməsinin, hesablaşma-kassa
xidmətinin və pul köçürmələrinin
aparılması şərtləri və qaydaları
haqqında müştərilərinə məlumat verməlidirlər.
36.5.Bank müştərinin öz pul vəsaitindən
istifadə istiqamətlərini
müəyyənləşdirə və nəzarətdə
saxlaya bilməz, müştərinin öz pul vəsaiti
barəsində özü istədiyi kimi sərəncam
vermək hüququ üzərində qanunla və ya
müqavilə ilə nəzərdə tutulmayan
məhdudiyyətlər qoya bilməz.
36.6. Hər bir bank
müştərilərlə bağladığı
müqavilədə xidmət şərtlərini, o
cümlədən faiz dərəcələrini, komisyon
haqlarmı və göstərilən bank xidmətləri
üçün digər ödənişləri, habelə
bank tərəfindən verilmiş kreditlərin
ödənişi şərtlərini və qaydalarım
müəyyən etməkdə sərbəstdir.
Kredit üzrə faizlər bankla müştəri
arasında bağlanmış müqavilə
şərtlərinə uyğun hesablanır və
ödənilir. Faiz dərəcələri və bank
qarşısında borca görə verilməli olan digər
ödənişlər yalnız borcun olduğu günlər
üçün borc qalığı məbləğinə
hesablanır.
36.7. Yerli banklarla onun yerli
müştəriləri arasında bütün
mübahisələr, habelə xarici bankların yerli
filialları ilə onların yerli müştəriləri
arasında bütün mübahisələr
qanunvericiliklə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının məhkəmələri
tərəfindən həll edilir.
M a d d ə 3 7. Bankın müxbir
hesabları və banka həvalə edilmiş aktivlər
barəsində səlahiyyətlər
37.1. Hüquqi və fiziki şəxslərin bankda
olan pul vəsaitinə və digər
sərvətlərinə qanunda nəzərdə tutulan
hallarda və qaydada məhkəmənin və ya
məhkəmə icraçısının qərarı ilə
həbs qoyula bilər. Bank, hesabın üzərinə
həbs qoyulması barədə müvafiq qərarı
aldığı andan depozitlər (əmanətlər) və
digər hesablar üzrə məxaric əməliyyatlarmı
həbs qoyulmuş vəsait həcmində
dayandırmalıdır.
Bankların müxbir
hesablarına həbs yalnız məhkəmənin
qərarı ilə bankın özünə qarşı olan
tələblər üzrə öhdəlik
məbləğində qoyula bilər.
37.2. Müştərinin bankda olan pul vəsaiti və digər
sərvətləri yalnız məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı əsasında
müsadirə edilə bilər.
37.3. Bank müştərilərin pul vəsaitinə
və digər sərvətlərinə həbs qoyulması,
müsadirə edilməsi, yaxud tələb
yönəldilməsi nəticəsində müştərilərinə
və ya kreditorlarına dəymiş zərər
üçün məsuliyyət daşımır.
M a d d ə 3 8. Hesablaşmalar
və pul köçürmələri
38.1. Banklar hesablaşmaları və pul
köçürmələrini Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə və
Milli Bankın həmin Məcəlləyə müvafiq olaraq
qəbul etdiyi normativ aktlara, bank praktikasında tətbiq olunan
işgüzar dövriyyə adətlərinə və
müvafiq müqavilələrə uyğun olaraq həyata
keçirirlər.
38.2. Banklar beynəlxalq ödənişləri və pul
köçürmələrini Azərbaycan
Respublikasının qanunvericiliyinə, o cümlədən
Milli Bankın normativ xarakterli aktlarına, Azərbaycan
Respublikasının tərəfdaş
çıxdığı beynəlxalq
müqavilələrə, habelə beynəlxalq bank
praktikasında tətbiq edilən işgüzar dövriyyə
adətlərinə və müvafiq müqavilələrə
uyğun olaraq həyata keçirirlər.
38.3. Milli Bank bankların istifadə etdikləri
avtomatlaşdırılmış hesablaşma və pul
köçürmələri sistemlərinin
etibarlığının və təhlükəsizliyinin,
bank informasiyasının mühafizəsinin onlar
tərəfindən təmin edilməsinə aid minimum
tələbləri müəyyən edə bilər.
M a d d ə 3 9. Sənədlərin
saxlanılması
39.1. Banklar bank əməliyyatları haqqında
bağlanmış müqavilələr və icra edilmiş
müqavilələr (əqdlər) üzrə müvafiq
sənədləri, o cümlədən elektron
daşıyıcılarda olan informasiyanı, habelə
fəaliyyətləri nəticəsində yaranan digər
sənədləri qanunvericiliklə müəyyən
edilmiş qaydada və müddət ərzində
saxlamalıdırlar.
39.2. Müştərini eyniləşdirməyə,
habelə müştərilərin hesablaşma və
köçürmə əməliyyatlarmı təsdiq
etməyə imkan verən sənədlər
müştəri ilə qarşılıqlı
münasibətlərə xitam verildikdən və
ödənişlər (köçürmələr) başa
çatdıqdan sonra azı beş il müddətində
bankda saxlanılmalıdır.
M a d d ə 4 0. Banklara aidiyyəti
şəxslərlə və
aidiyyəti şəxs
adından hərəkət
edən şəxslərlə əməliyyatların
aparılması
40.1. Aşağıdakı hallarda banklar
aidiyyəti şəxslərə və aidiyyəti
şəxs adından hərəkət edən
şəxslərə kreditlər verə bilməzlər:
40.1.1.kreditin verilməsinə və onun
şərtlərinə dair bankın Müşahidə
Şurasının razılığı olmadıqda və
bankın İdarə Heyətinin bu barədə yekdilliklə
qəbul edilmiş qərarı olmadıqda;
40.1.2.kreditin verilməsi nəticəsində bank
tərəfindən həmin hüquqi şəxs
üçün verilmiş kreditlərin məcmu miqdarı
bankın məcmu kapitalının 10 faizinə bərabər
məbləği, fiziki şəxs üçün isə 3
faizinə bərabər məbləği keçdikdə;
40.1.3.kreditin verilməsi nəticəsində bank
tərəfindən bütün aidiyyəti
şəxslərə və aidiyyəti şəxs adından
hərəkət edən şəxslərə verilmiş
kreditlərin məcmu miqdarı bankın məcmu
kapitalının 20 faizinə bərabər məbləği
keçdikdə.
40.2.Aidiyyəti şəxslərə və aidiyyəti
şəxs adından hərəkət edən
şəxslərə kredit bu Qanunun 40.1-ci maddəsinin
tələbləri pozulmaqla verildikdə, həmin kredit
dərhal ödənilməlidir. Bankın Müşahidə
Şurasının və İdarə Heyətinin
üzvləri bu Qanunun 40.1-ci maddəsinin tələbləri
pozulmaqla verildiyi kreditlər üzrə əsas məbləğin,
faizlərin və digər ödənişlərin
ödənilməsi üçün məsuliyyət
daşıyırlar.
40.3.Bankların aidiyyəti şəxslərə və
aidiyyəti şəxs adından hərəkət edən
şəxslərə digər müştərilərdən
fərqli olaraq güzəştli kreditlərin verilməsi
və ya güzəştli şərtlərlə digər
əməliyyatların aparılması qadağandır.
M a d d ə 4 1. Bank
sirri
41.1. Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə müvafiq olaraq bank hesabının,
hesab üzrə əməliyyatlar və qalıqların,
habelə müştəri haqqında məlumatların, o
cümlədən müştərinin adı, ünvanı,
rəhbərləri haqqında məlumatların sirrinə
bank təminat verir. Müştərilərin bank saxlancında
əmlakının mövcudluğu, bu cür əmlakın
sahibləri, xarakteri və dəyəri haqqında
məlumatların sirrinə də bank təminat verir.
41.2. Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə müvafiq olaraq bank sirrini
təşkil edən məlumatlar yalnız
müştərilərin özlərinə və onların nümayəndələrinə,
həmçinin bank nəzarəti üzrə
səlahiyyətlərin həyata keçirməsi
prosesində Milli Bankın inspektorlarına, kənar auditorlara,
habelə bu Qanuna müvafiq surətdə kredit reyestrinə
verilir. Dövlət orqanlarına və onların
vəzifəli şəxslərinə bu cür məlumatlar
yalnız cinayət işinin istintaqı, müştərinin
pul vəsaitinə və bankın saxlancında olan
əmlakına həbs qoyulması, tələb
yönəldilməsi və bunların müsadirə
edilməsi ilə əlaqədar məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı əsasında verilir.
İcra sənədlərinin məcburi icraya
yönəldilməsi ilə əlaqədar
müştərilərin hesab qalıqları barədə
məlumatlar qanunvericiliklə müəyyən olunmuş
mənbələrdən əldə edilmiş məlumat
əsasında məhkəmə icraçılarına
verilir.
Bankın xidmət etdiyi vergi ödəyicisi olan
hər hansı hüquqi şəxsin və ya fər-di
sahibkarın bank hesabı və əməliyyatları
barədə məlumat vergi orqanlarına yalnız
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
ilə müəyyən edilmiş hallarda və qaydada verilir.
Xüsusi seçki
hesabına daxil olan və xərclənən vəsaitlər
barədə məlumat banklar tərəfindən Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə
müəyyən olunmuş qaydada Mərkəzi Seçki
Komissiyasına verilir.
41.3.Hesabların və əmanətlərin sahibləri
vəfat etdikdə onların hesabları və
əmanətləri barəsində arayışlar notariuslara
onların icraatında olan vərəsəlik işləri
üzrə, habelə müvafiq notariat
hərəkətlərini icra edən konsulluq
idarələrinə verilir.
41.4.Milli Bankla xarici dövlətlərin bank
tənzimləməsi və nəzarəti orqanları
arasında qarşılıqlı
əməkdaşlığa dair sazişə uyğun olaraq
informasiya mübadiləsinin predmeti müvafiq dövlətin
ərazisində fəaliyyət göstərən və ya
fəaliyyət göstərməyə hazırlaşan
subyektlər haqqında informasiyadırsa, belə informasiya bank
sirrinin açılması hesab edilmir, bir şərtlə ki,
bu informasiya üçüncü şəxslərə
verilə bilməz və yalnız bank nəzarəti
məqsədləri üçün istifadə edilir.
41.5.Bankların mövcud və keçmiş
inzibatçıları və digər əməkdaşları,
habelə bankın səhmdarları bankın idarə
edilməsi və ya xidməti səlahiyyətlərinin
həyata keçirilməsi ilə əlaqədar onlara
məlum olan bank sirrini təşkil edən məlumatların
qeyri-qanuni açılmasına görə Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada mülki, inzibati və
cinayət məsuliyyəti daşıyırlar.
41.6.Bank sirrini təşkil edən məlumatlar bank
tərəfindən qanunsuz olaraq
açıqlandığı halda hüquqları pozulmuş
müştəri Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə müvafiq olaraq bankdan vurulmuş
zərərin əvəzini ödəməyi tələb
edə bilər.
M a d d ə 4 2. Çirkli
pulların yuyulmasının qarşısının
alınması
42.1. Banklar xidmət göstərdiyi hər bir
müştərinin kimliyini təyin etməlidirlər.
Ödənişləri həyata keçirərkən banklar
müştərilərdən vəsaiti alanı
(benefisiarı) göstərməyi tələb
etməlidirlər. Anonim hesabların, o cümlədən
anonim əmanət hesablarının açılmasına yol
verilmir.
42.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə
banklarda çirkli pulların yuyulmasının
qarşısının alınması üçün bu
Qanunun 42.1-ci maddəsində göstərilən
tələblərdən başqa digər tələblər
də müəyyən edilə bilər.
V fəsil
BANKLARDA MÜHASİBAT UÇOTU VƏ HESABAT.
BANKLARIN FƏALİYYƏTİNƏ NƏZARƏT
M a d d ə 4 3. Banklarda
mühasibat uçotu və maliyyə hesabatı
43.1. Bank və xarici bankın yerli filialı
qanunvericiliyə və Beynəlxalq Mühasibat Standartlarına
uyğun olaraq mühasibat uçotunu aparmalı,
fəaliyyətlərini və maliyyə vəziyyətini
əks etdirən hesabatları, o cümlədən illik
maliyyə hesabatları tərtib etməlidirlər. Banklarda
mühasibat uçotu qaydaları və hesabatların forma, məzmunu və dövriliyi müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırılmaqla
Milli Bank tərəfindən müəyyən edilir.
43.2. Bankın maliyyə hesabatı ayrıca olaraq
bankın və konsolidasiya əsasında
(birləşdirilmiş əsasda) onun törəmə
təsərrüfat cəmiyyətlərinin, filiallarının,
şöbələrinin və nümayəndəliklərinin
fəaliyyətini və maliyyə vəziyyətini əks
etdirir.
43.3. Bir və ya bir neçə yerli filialı olan xarici
bank bu Qanunun 43.1-ci və 43.2-ci maddələrində
müəyyən edilmiş tələblərə müvafiq
hər bir yerli filialı üçün ayrıca olaraq
və konsolidasiya əsasında fəaliyyətlərini və
maliyyə vəziyyətini əks etdirən maliyyə
hesabatının tərtib edilməsini təmin etməlidir.
M a d d ə 4 4. Kənar
audit
44.1.Bankın və xarici bankın yerli filialının
maliyyə fəaliyyəti hər il auditor fəaliyyətini
həyata keçirmək üçün xüsusi
razılığa (lisenziyaya) malik olan kənar auditor
tərəfindən yoxlanılmalıdır.
44.2.Auditor yoxlaması Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
44.3.Bankın və xarici bankın yerli filialının
yoxlamasını aparan kənar auditor Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulan hüquq və vəzifələrlə yanaşı
aşağıdakıları da həyata keçirir:
44.3.1.bankın maliyyə hesabatının onun maliyyə
vəziyyəti haqqında tam və obyektiv təsəvvür
yaradıb-yaratmadığı barəsində hesabat və
rəy hazırlayır;
44.3.2.mühasibat uçotunu, maliyyə nəzarəti
sistemlərini və prosedurlarını lazımi
səviyyədə saxlamaqda banka kömək göstərir;
44.3.3.inzibatçının və ya hər hansı
əməkdaşın banka mühüm zərər vuran
və ona məlum olan qanunsuz hərəkətləri
barədə, habelə idarəetmədə və ya cari
fəaliyyətində çatışmazlıqlar haqqında
Milli Banka məlumat verir.
44.4.Yerli filialı və ya nümayəndəliyi olan
xarici bank yerli filial və nümayəndəliklərinin
auditinin konsolidasiya əsasında həyata
keçirilməsini təmin etməlidir.
44.5.Milli Bank bankların və xarici bankların yerli
filiallarının auditinin aparılmasına dair beynəlxalq
bank nəzarəti praktikasına uyğun minimum tələblər
müəyyən edə bilər. Kənar auditor yoxlaması
Milli Bankın tələblərinə uyğun
gəlməsə, Milli Bank auditorun dəyişdirilməsini,
habelə bankın özünün vəsaiti hesabına
təkrar auditin aparılmasını tələb edə
bilər.
M a d d ə 4 5. Balans
hesabatının və
kənar auditor rəyinin dərc edilməsi
45.1. Bank və xarici bankın yerli filialı maliyyə
ilinin qurtarmasından ən geci beş ay müddətində
bankın və xarici bankın yerli filialının kənar
auditor tərəfindən təsdiqlənmiş konsolidasiya
əsasında hazırlanmış maliyyə hesabatını
auditor rəyi ilə birlikdə bankın səhmdarlarına,
habelə müştərilərin tələbi ilə onlara
təqdim etməlidir.
45.2. Bank maliyyə ilinin qurtarmasından ən geci beş
ay müddətində konsolidasiya əsasında
fəaliyyətlərini və maliyyə vəziyyətini
əks etdirən auditor tərəfindən
təsdiqlənmiş maliyyə hesabatını auditor rəyi
ilə birlikdə Milli Banka təqdim etməlidir.
Bir və ya bir necə yerli
filialı olan xarici bank ayrıca olaraq hər bir yerli
filialı üçün kənar auditor tərəfindən
təsdiqlənmiş maliyyə hesabatını, habelə
auditor rəyi ilə birlikdə beş ay müddətində,
konsolodasiya əsasında təsdiqlənmiş maliyyə
hesabatını auditor rəyi ilə birlikdə səkkiz ay
müddətində Milli Banka təqdim etməlidir.
45.3. Bu Qanunun 45.1-ci
maddəsində göstərilmiş maliyyə hesabatı
kütləvi informasiya vasitələrində bank və xarici
bankın yerli filialları tərəfindən dərc
edilməlidir. Dərc olunan hesabatın forması, məzmunu
və müddətləri Milli Bank tərəfindən
müəyyən edilir.
M a d d ə 4 6. Bankların
hesabatı və onların fəaliyyətinə
nəzarət
46.1.Bankın maliyyə vəziyyətinin
qiymətləndirilməsi məqsədilə bank
özünün və törəmə təsərrüfat
cəmiyyətlərinin ayrıca olaraq və konsolidasiya
əsasında prudensial və bank statistikası hesabatlarmı
Milli Banka təqdim etməlidir. Xarici bankın yerli
filialları da müvafiq hesabatları Milli Banka təqdim
etməlidir. Prudensial və bank statistikası
hesabatlarının forması, məzmunu və təqdim
edilməsi qaydaları Milli Bank tərəfindən
müəyyən edilir.
46.2.Banklar və xarici bankların yerli filialları
yerlərdə yalnız Milli Bankın inspektorları və ya
Milli Bank tərəfindən təyin edilən kənar
auditorlar tərəfindən ildə bir dəfə
yoxlanılır. Bank aktivlərinin itirilməsi
təhlükəsi yarandıqda, habelə qanunvericiliyin
pozulması faktlarının araşdırılması
məqsədilə Milli Bank banklarda və xarici bankların
yerli filiallarında əlavə yoxlamalar keçirə
bilər. Yoxlayıcıların tərkibinə
qarşılıqlıq prinsipi əsasında Milli Bankın
yoxlamalar sahəsində əməkdaşlıq haqqında
saziş bağladığı digər ölkənin bank
tənzimləməsi və nəzarəti orqanının
əməkdaşları da daxil edilə bilərlər.
Yoxlamaların həyata keçirilməsinin prosedur
qaydaları Milli Bankın qərarları ilə
müəyyən edilir.
46.3.Bu Qanunun 46.1.-ci və 46.2-ci maddələrinə
uyğun olaraq Milli Banka və onun təyin etdiyi kənar
auditorlara aşağıdakı səlahiyyətlər verilir:
46.3.1.istənilən banka, onun filiallarına,
şöbələrinə, törəmə
təsərrüfat cəmiyyətlərinə, habelə
xarici bankın yerli filialına daxil olmaq və onların
hesabatlarını, mühasibat kitablarmı,
sənədlərini və digər uçot
yazılarını yoxlamaq, onlara dair izahat tələb
etmək;
46.3.2.bankın, onun törəmə təsərrüfat
cəmiyyətlərinin, bankda mühüm iştirak payına
malik olan şəxslərin, banka aidiyyəti olan
şəxslərin və aidiyyəti şəxs adından
hərəkət edən şəxslərin, bankın
filialının, şöbəsinin və xarici bankın yerli
filialının inzibatçılarından,
əməkdaşlarından və
agentlərindən həmin qurumların idarə
edilməsinə və cari fəaliyyətinə, o
cümlədən müştərilərin
əməliyyatlarına aid istənilən məsələ
barəsində bütün lazımi informasiyanı verməyi
tələb etmək.
46.4. Xarici
bankın yerli nümayəndəliyi özünün
fəaliyyətinin qanunvericilikdən və əsasnaməsi
ilə müəyyən edilmiş hüdudlardan kənara
çıxmadığını göstərmək üçün
özünün idarə edilməsi qaydası və cari
fəaliyyəti haqqında hesabatları Milli Banka təqdim
etməlidir. Hesabatın forması, məzmunu və təqdim edilməsi
qaydası Milli Bank tərəfindən müəyyən
edilir.
Hesabat məlumatlarmı dəqiqləşdirmək
məqsədilə Milli Bankın inspektorları xarici
bankın nümayəndəliyini yerində yoxlaya bilər.
46.5.Bank, onun törəmə təsərrüfat
cəmiyyəti, filialı və şöbəsi, xarici
bankın yerli filialı və nümayəndəliyi bu
maddəyə uyğun vəzifələrin icrası zamanı
Milli Bankın inspektorlarına və ya onun
tərəfindən təyin edilmiş auditorlara zəruri
təşkilatı və texniki imkanları yaradır.
46.6.Qarşılıqlılıq prinsipinə
əsasən xarici bank tənzimləməsi və nəzarəti
orqanlarının sorğuları, habelə
məhkəmənin qüvvəyə minmiş qərarı
ilə nəzərdə tutulan hallar istisna olmaqla, Milli Bank
başqa şəxslərin tələbi ilə banklarda və
xarici bankların yerli filiallarında yoxlamalar
keçirməyə, onlardan hesabat və ya informasiya almağa
səlahiyyətli deyildir.
46.7.Azərbaycan Respublikasında vergi nəzarətini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanı
bankların və xarici bankların yerli filiallarının
fəaliyyətini yalnız vergi ödəyiciləri
qismində yoxlaya bilər. Yoxlamaların keçirilməsi
zamanı bank müştərilərinin hesabları və
əməliyyatları ilə bağlı məlumatlar və
sənədlər yalnız bank sirrini təşkil edən
məlumatların açıqlanması üçün
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
ilə müəyyən olunmuş qaydalara uyğun
əldə edilə bilər.
VI fəsil
BANKLARA TƏSİR
TƏDBİRLƏRİ VƏ SANKSİYALAR
M a d d ə 4 7.
Banklara təsir tədbirləri
47.1. Bank tərəfindən prudensial
normativlərin və tələblərin pozulmasına, onun
fəaliyyətinin bu Qanunun və Milli Bankın normativ
xarakterli aktlarının tələbləri pozulmaqla həyata
keçirilməsinə, Milli Bankın verdiyi lisenziyaya və
icazəyə daxil edilmiş məhdudiyyətlərin
pozulmasına yol verdiyini müəyyən etdikdə, yaxud bu
cür pozuntulara səbəb ola biləcək əsaslar
aşkar etdikdə pozuntunun xarakterindən asılı olaraq
Milli Bankın banka aşağıda göstərilən
təsir tədbirlərini tətbiq etmək hüququ
vardır:
47.1.1. pozuntuların aradan qaldırılması
haqqında bankdan öhdəlik məktubu tələb
etmək;
47.1.2. bankla razılaşma bağlamaq;
47.1.3. banka
sərəncam vermək;
47.2. Pozuntuların və ya pozuntulara səbəb ola
biləcək faktların aradan qaldırılması
haqqında Milli Bank tərəfindən bankdan öhdəlik
məktubu tələb edildikdə, bankın Milli Banka
təqdim etdiyi məktubda yol verilmiş
çatışmazlıqların radan qaldırılması
üçün bank tərəfindən
görüləcək tədbirlər və onların
həyata keçirilməsi müddətləri
göstərilir.
47.3. Milli Bankla bank arasında bağlanmış razılaşmada
aşkar edilmiş çatışmazlıqların
təxirəsalınmadan aradan qaldırılması və
bununla bağlı ilk növbədə həyata
keçirilməli tədbirlər müəyyən olunur.
47.4. Milli Bankın banka icrası
məcburi olan sərəncamında bu Qanunun 48-ci
maddəsində göstərilmiş təshih tədbirlərinin
həyata keçirilməsi və
çatışmazlıqların aradan qaldırılması
müddətləri barədə banka yazılı
göstəriş verilir.
Bankın maliyyə vəziyyətinin
sağlamlaşdırılmasına yönəldilən
təshih tədbirləri tətbiq edildikdə, bank verilən
sərəncama müvafiq olaraq tədbirin həyata
keçirilməsi planını iki həftə
müddətində Milli Banka təqdim edir.
Milli Bankın icrası məcburi olan
sərəncamından məhkəmə qaydasında
şikayət verilməsi həmin sərəncamın
icrasını dayandırmır.
47.5. Bank bu Qanunun 47.2-ci, 47.3-cü
və 47.4-cü maddələrində göstərilmiş
müvafiq öhdəlik məktubunun, razılaşmanın
və sərəncamın icrası barədə həmin
sənədlərdə göstərilmiş
müddətdə Milli Banka məlumat verməlidir.
M a d d ə 4 8. Banklara
təshih tədbirləri
48.1. Milli Bank bu Qanunun 47-ci
maddəsinə müvafiq olaraq banka aşağıdakı
təshih tədbirlərini tətbiq edə bilər:
48.1.1.bank fəaliyyətinin ayrı-ayrı
növlərinin həyata keçirilməsinin
məhdudlaşdırılması və ya
dayandırılması;
48.1.2.inzibatçıların vəzifələrindən
müvəqqəti kənarlaşdırılması;
48.1.3.banka aidiyyəti şəxslər və aidiyyəti
şəxslər adından hərəkət edən
şəxslərlə bank əməliyyatlarının və
əqdlərin həyata keçirilməsinin
dayandırılması;
48.1.4.depozitlərin qəbul edilməsinin
məhdudlaşdırılması;
48.1.5.xarici bankların törəmə banklarının
və ya yerli filiallarının təsisçi banklardan
cəlb etdikləri vəsaitlərdən başqa, digər
mənbələrdən vəsaitlərin cəlb
edilməsinin məhdudlaşdırılması və ya
dayandırılması;
48.1.6.digər hüquqi şəxslərin kapitalında
payların alınmasının
məhdudlaşdırılması, dayandırılması
və ya ləğv edilməsi;
48.1.7.yeni filialların və şöbələrin
açılmasının dayandırılması və ya
fəaliyyət göstərən filial və
şöbələrin işinin dayandırılması və
ya fəaliyyətlərinə xitam verilməsi;
48.1.8.maliyyə güzəştlərinin verilməsinin
dayandırılması;
48.1.9.kredit verilməsi və depozit cəlb edilməsi
qaydasının və şərtlərinin
dəyişdirilməsi;
48.1.10.kapitalın artırılmasının tələb
edilməsi;
48.1.11.mənfəət hesabına kapital
ehtiyatlarının yaradılmasının tələb
edilməsi;
48.1.12.aktivlərin keyfiyyətindən asılı olaraq
xüsusi ehtiyatların yaradılmasının və/və ya
nizamnamə kapitalının bankın zərəri
məbləğində azaldılmasının tələb
edilməsi;
48.1.13.başqa şəxslərin öhdəlikləri
üzrə təminatların (qarantiyaların) verilməsinin
dayandırılması;
48.1.14.dividendlərin ödənilməsinin
məhdudlaşdırılması və ya
dayandırılması;
48.1.15.bankın fəaliyyətinin və daxili
nəzarətinin həyata keçirilməsi qaydasında
dəyişikliklər edilməsi;
48.1.16. bank
səhmdarlarının növbədənkənar ümumi
yığıncağının keçirilməsinin
tələb edilməsi.
48.2. Bu Qanunun 48.1-ci
maddəsində göstərilən təshih tədbirləri
ayrılıqda və ya bir neçəsi eyni zamanda tətbiq
edilə bilər.
M a d d ə 4 9. Sanksiyalar
49.1. Milli Bank bu Qanunun 47.1-ci maddəsində
nəzərdə tutulan hallarda bu Qanunun 48.1-ci maddəsində
nəzərdə tutulmuş təshih tədbirləri ilə
yanaşı banka qarşı aşağıdakı
sanksiyaları tətbiq edə bilər:
49.1.1.bank, habelə bank inzibatçıları
barəsində Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində nəzərdə
tutulmuş cərimələrin tətbiq edilməsi;
49.1.2.inzibatçıların tutduğu
vəzifələrindən azad edilməsi.
49.2. Milli Bank banka qarşı bu Qanunun 49.1.2-ci
maddəsində nəzərdə tutulmuş sanksiyanı
tətbiq etdikdə, bank inzibatçılarının
vəzifədən azad edilməsi bankın səlahiyyətli
idarəetmə orqanının qərarı ilə
təxirəsalınmadan həyata keçirilir.
49.3. Bu Qanunun 16-cı maddəsində nəzərdə
tutulmuş əsaslara görə Milli Bank bank
lisenziyasının ləğv edilməsi barədə
qərar qəbul edə bilər.
49.4. Sanksiyaların tətbiqi bankı kreditorlar, o
cümlədən bankın müştəriləri
qarşısında öhdəliklərini, bankın inzibatçılarını
isə (tutduğu vəzifədən azad edilmiş
inzibatçılar istisna olmaqla) öz xidməti
vəzifələrini yerinə yetirməkdən azad etmir.
Maddə 5 0. Sanksiyaların tətbiq
edilməsi qaydası
50.1.Banklara və bank inzibatçılarına
cərimə sanksiyaları Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş hallarda və qaydada tətbiq
edilir. Bu Qanunun 49.1.2-ci və 49.3-cü maddələrində
nəzərdə tutulmuş sanksiyaların tətbiqinə
dair materiallara baxılması və onun nəticələrinin
rəsmiləşdirilməsi qaydası Milli Bank
tərəfindən müəyyən edilir.
50.2.Bu Qanunun 49.1.2-ci və 49.3-cü
maddələrində nəzərdə tutulmuş sanksiyalar
Milli Bankın İdarə Heyətinin qərarı ilə
tətbiq edilir.
50.3.Milli Bank bu Qanunun 49-cu maddəsində
nəzərdə tutulmuş sanksiyaların tətbiqi
haqqında qərar qəbul etdikdə bu qərar
barəsində müvafiq banka təxirəsalınmadan
bildiriş göndərməlidir.
50.4.
Barəsində sanksiya
tətbiq edilmiş şəxslər bu qərardan
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada məhkəməyə
şikayət verə bilərlər. Şikayətin
verilməsi bu Qanunun 49.1.2-ci və 49.3-cü
maddələrində nəzərdə tutulmuş
sanksiyaların icrasını dayandırmır.
VII fəsil
MÜVƏQQƏTİ
İNZİBATÇI
M a d d
ə 5 1. Müvəqqəti inzibatçının təyin
edilməsinin əsasları
51.1. Aşağıdakıların
müəyyənləşdirildiyi hallarda Milli Bank banka
müvəqqəti inzibatçı təyin edir:
51.1.1.bankın məcmu kapitalının miqdarı Milli
Bankın banklar üçün müəyyən etdiyi
məcmu kapitalının minimum miqdarının 25 faizinə
və ya onun adekvatlıq əmsalı 3 faizə
çatmışdır;
51.1.2.bank öhdəlikləri üzrə
ödənişlərin icrasını təmin edə bilmir;
51.1.3.bank barəsində iflas proseduruna
başlanılması haqqında ərizə verilmişdir;
51.1.4.bank lisenziyası bu Qanunla müəyyən
edilmiş digər əsaslar üzrə ləğv
edilməlidir.
51.2. Bank bu
Qanunun 47-ci, 48-ci və 49.1.2-ci maddələrinə uyğun
olaraq müəyyən edilmiş tələbləri yerinə
yetirmədikdə Milli Bank həmin banka müvəqqəti
inzibatçı təyin etmək hüququna malikdir.
M a d d ə 5 2. Müvəqqəti
inzibatçının təyin edilməsi
52.1.Müvəqqəti inzibatçı Milli Bankın
işçiləri sırasından və ya kənar
şəxslərdən (fiziki və/və ya hüquqi) 12 aydan
çox olmayan müddətə təyin edilir. Təyinat
müddəti Milli Bank tərəfindən 6 aydan çox
olmayan müddətə uzadıla bilər.
52.2.Müvəqqəti inzibatçının
əmək haqqı və çəkdiyi xərclər
bankın aktivləri hesabına, çatışmayan
hissədə isə Milli Bank tərəfindən
ödənilir.
52.3.Banklara aidiyyəti şəxslər və
aidiyyəti şəxs adından hərəkət edən
şəxslər, habelə bankın kreditorları və
borcluları (Milli Bank istisna olmaqla) bankın
müvəqqəti inzibatçısı vəzifəsinə
təyin oluna bilməzlər.
52.4.Müvəqqəti inzibatçının təyin
edilməsi və ya təyinat müddətinin uzadılması
haqqında qərarda müvafiq əsaslar, müvəqqəti
inzibatçı haqqında məlumat və onun
səlahiyyət müddəti göstərilir. Milli Bank
qərar qəbul edildikdən sonra onun dərhal bankın
Müşahidə Şurasının və İdarə
Heyətinin sədrlərinə təqdim olunmasını
təmin edir.
52.5.Müvəqqəti inzibatçı öz
fəaliyyətində bu Qanunu, qüvvədə olan normativ
hüquqi aktları, o cümlədən Milli Bankın normativ
xarakterli aktlarmı, habelə göstəriş və
tövsiyələrini rəhbər tutur.
52.6.Milli Bankın müvəqqəti
inzibatçının təyin edilməsi haqqında
qərarının təsdiq edilmiş surəti banka təqdim
edildiyi gündən etibarən 5 təqvim günü
müddətində bankın Müşahidə Şurası
banka təyin edilmiş müvəqqəti
inzibatçının dəyişdirilməsi və ya ona
razılıq verilməsi barədə qərar qəbul
etməli və qərarın təsdiq edilmiş surətini
Milli Banka təqdim etməlidir. Bank Milli Bankın
müraciətinə münasibətini bildirmədikdə, bank
müvəqqəti inzibatçının təyin edilməsi
qərarı ilə razı olmuş hesab olunur.
52.7.Milli Bank təyin etdiyi müvəqqəti
inzibatçıya dair etiraz aldıqda 5 təqvim günü
müddətində öz qərarına yenidən baxmalı,
təyinatın ləğv edilməsi və ya seçimini
əsaslandıraraq qərarının qüvvədə saxlanılması
barədə qərar qəbul etməlidir. Milli Bankın
digər müvəqqəti inzibatçının təyin
edilməsi və ya əvvəlki təyinatının
qüvvədə saxlanılması barədə qərarı
dərhal müvafiq banka təqdim olunmalıdır.
52.8.Bu Qanunun 52.6-cı və 52.7-ci
maddələrində nəzərdə tutulmuş hallardan
asılı olmayaraq Milli Bank tərəfindən təyin
edilmiş müvəqqəti inzibatçı Milli Bankın
onun təyin olunması barədə qərarı çıxarıldıqdan
sonra dərhal öz vəzifələrinin icrasına
başlamalıdır. Müvəqqəti
inzibatçının təyinatı
dəyişdirildikdə, müvəqqəti inzibatçı
dərhal bankın aktivlərinin idarə olunmasını,
mühasibat kitablarını və yazılarını yeni
təyin olunmuş müvəqqəti inzibatçıya
təhvil verməlidir.
52.9.Bank müvəqqəti inzibatçının
təyin edilməsi haqqında Milli Bankın qərarı,
habelə Milli Bankın müvəqqəti
inzibatçının təyinatını təsdiq edən
qərarı ilə razı olmadıqda həmin qərarlardan
sonuncu qərar təqdim edildikdən sonra qanunvericiliklə
müəyyən edilmiş qaydada məhkəməyə
şikayət edə bilər.
M a d d ə 5 3. Müvəqqəti
inzibatçının səlahiyyətləri
53.1. Müvəqqəti
inzibatçı təyin olunduğu gündən:
53.1.1.bankın idarə edilməsi ilə bağlı
idarəetmə orqanlarının səlahiyyətləri
dayandırılır;
53.1.2.bankın idarə edilməsi ilə bağlı
idarəetmə orqanlarının səlahiyyətləri
müvəqqəti inzibatçıya keçir. Bankın
müvəqqəti inzibatçısı bankın
satılması, yenidən təşkili və ləğvi
haqqında qərarlar qəbul edə bilməz. Bankın
satılması və yenidən təşkili yalnız məhkəmənin
qərarı əsasında həyata keçirilə
bilər;
53.1.3.bankın mövcud maliyyə vəziyyəti
haqqında ən geci 60 təqvim günü
müddətində hesabat hazırlayıb Milli Banka təqdim
edir. Hesabata bankın ləğvi zamanı satıla bilən
aktivlərin dəyərləndirilmiş qiyməti daxil edilir.
Hesabatın tərtib edilməsinə müstəqil auditor da
cəlb oluna bilər. Auditorun xidmətləri bankın
hesabına ödənilir. Milli Bank ona təqdim olunan hesabata
dair müvafiq qərar qəbul edir;
53.1.4.bankın adından və bankın hesabına
əqdlər müvəqqəti inzibatçının
yazılı razılığı ilə həyata
keçirilir, əks halda həmin əqdlər etibarsız
sayılır.
53.2. Müvəqqəti
inzibatçı bankın idarəetmə orqanlarının
səlahiyyətlərindən başqa
aşağıdakıları həyata keçirir:
53.2.1.bankın əmlakının və
sənədlərinin qorunması üçün
tədbirlər görür;
53.2.2.bankın kreditorlarını və onların
qarşısında bankın pul öhdəliklərinin
miqdarını müəyyən edir;
53.2.3.bank qarşısında olan borcların
qaytarılması üçün qanunvericiliklə
müəyyən edilmiş qaydada tədbirlər
görür;
53.2.4.bankın adından müqavilələr və
sənədlər imzalayır;
53.2.5.zərurət olduqda qanunvericilikdə
müəyyən edilmiş qaydada bankın investisiya
qoyuluşunu nəzərdə tutan bağlanmış
müqavilələri ləğv edir və ya onlara dəyişikliklər
və əlavələr edir, habelə bankın bağladığı
müqavilələrdə komisyon haqlarını, faizləri
və onların müddətlərini dəyişdirir;
53.2.6.bankın adından və onun maraqları naminə
məhkəmələrə iddia ərizələri verir;
53.2.6.işdən azad edilmə, aşağı
vəzifəyə keçirilmə, müvəqqəti
vəzifədən kənarlaşdırma, bankın
işçiləri arasında vəzifələrin
bölgüsü də daxil olmaqla, əmrlər verir;
53.2.7.bu Qanunun 57-ci maddəsinə müvafiq olaraq
bankın maliyyə sağlamlaşdırılmasına dair
tədbirləri həyata keçirir.
53.3.Milli Bankın razılığı ilə
müvəqqəti inzibatçı bankın idarə
edilməsinə başqa şəxsləri, o
cümlədən bankın inzibatçılarını
və əməkdaşlarını cəlb edə bilər.
53.4.Fəaliyyətə başladığı
gündən etibarən bankın inzibatçıları
və əməkdaşları bankın
möhürünü və ştamplarım, mühasibat
kitablarını və digər sənədlərini,
əmlakı və digər qiymətliləri
müvəqqəti inzibatçıya təhvil verməli
və fəaliyyəti ilə bağlı zəruri olan
məlumatları ona təqdim etməlidirlər.
53.5.Müvəqqəti inzibatçının
müraciəti ilə hüquq mühafizə orqanları
müvəqqəti inzibatçının bankın
binasına daxil olmasını, bankın aktivlərini,
mühasibat kitablarını və yazılarmı
idarəetməyə qəbul etməsini və onların
qorunmasını təmin etməlidirlər.
M a d d ə 5 4. Milli
Bank tərəfindən müvəqqəti
inzibatçının fəaliyyəti üzərində
nəzarət
54.1. Milli Bank müvəqqəti
inzibatçının üzərində fəaliyyətinin
bütün müddəti ərzində nəzarəti
həyata keçirir.
54.2. Milli Bank:
54.2.1.bankın idarə edilməsi və bu Qanunun 57-ci
maddəsinə müvafiq olaraq maliyyə
sağlamlaşdırılması ilə əlaqədar
müvəqqəti inzibatçıya müvafiq tədbirlərin
həyata keçirilməsinin əsas istiqamətləri
üzrə tövsiyələr verməyə;
54.2.2.müvəqqəti inzibatçıya yazılı
şəkildə icrası məcburi olan
göstərişlər verməyə;
54.2.3.müvəqqəti inzibatçının
fəaliyyəti barəsində məlumatların təqdim
edilməsini tələb etməyə;
54.2.4.müvəqqəti inzibatçıdan hesabat
almağa;
54.2.5.müvəqqəti inzibatçının
təyinat müddətinin bu Qanunun 52.1-ci maddəsinə
müvafiq olaraq uzadılmasına səlahiyyətlidir.
54.3. Müvəqqəti inzibatçı öz
səlahiyyətlərinin həyata keçirilməsi
haqqında yalnız Milli Bank qarşısında hesabat verir.
M a d d ə 5 5. Moratorium
Banka müvəqqəti inzibatçı təyin
olunduğu dövrdə bankın aktivlərinin və
maliyyə vəziyyətinin qiymətləndirilməsi,
habelə aktivlərin dəyərinin aşağı
düş-məsinin qarşısını almaq
məqsədilə Milli Bankın ərizəsi ilə məhkəmə
hüquqi və fiziki şəxslərin bankdakı
depozitləri və bankın digər öhdəlikləri
üzrə ödənişləri tamamilə və ya
qismən dayandıra bilər. Bu ərizə üzrə
məhkəmə 48 saat ərzində qərar
çıxarır və həmin qərar dərhal icraya
yönəldilir.
M a d d
ə 5 6. Müvəqqəti inzibatçının
fəaliyyətinə xitam verilməsi
56.1. Müvəqqəti
inzibatçının fəaliyyətinə Milli Bankın
qərarı ilə aşağıdakı hallarda xitam verilir:
56.1.1.Milli Bank tərəfindən müəyyən
edilən müddət bitdikdə;
56.1.2.Milli Bank tərəfindən müvəqqəti
inzibatçının fəaliyyətinə vaxtından
əvvəl xitam verildikdə;
56.1.3.iflasa uğrayan banka məhkəmə
ləğvedici təyin etdikdə.
56.2.Bankın maliyyə
sağlamlaşdırılması və fəaliyyətinin
yaxşılaşdırılması ilə əlaqədar
müvəqqəti inzibatçının fəaliyyətinə
xitam verildikdə (o cümlədən, vaxtından
əvvəl), həmin banka münasibətdə Milli Bank və
müvəqqəti inzibatçı tərəfindən
müəyyən edilən bütün
məhdudiyyətlər ləğv edilir.
56.3.Müvəqqəti inzibatçının həyata
keçirdiyi tədbirlər bankın maliyyə
sağlamlaşdırılması və fəaliyyətinin
yaxşılaşdırılması ilə
nəticələnmədikdə və ya bankın
fəaliyyətində olan çatışmazlıqlar aradan
qaldırılmadıqda, Milli Bank müvəqqəti
inzibatçının səlahiyyətlərinə
vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul
edə bilər və banka bank əməliyyatlarının
həyata keçirilməsi üçün verilmiş
lisenziyanı və icazəni bu Qanunda nəzərdə
tutulmuş əsaslara görə ləğv edə bilər.
56.4.Müvəqqəti inzibatçının
səlahiyyətlərinə xitam verildikdən sonra o, yekun
hesabatı 30 gün müddətində hazırlayıb Milli
Banka təqdim etməlidir.
VIII
fəsil
BANKLARIN
MALİYYƏ
SAĞLAMLAŞDIRILMASI
M a d d
ə 5 7. Maliyyə sağlamlaşdırılması
tədbirləri
57.1.Bank aktivlərində əhəmiyyətli xüsusi
çəkiyə malik olması, böyük sayda
əmanət hesablarına xidmət göstərməsi və
banklararası hesablaşmalarda mühüm paya malik olması
ilə əlaqədar maliyyə sabitliyinin pozulması banklararası
ödəmələrdə sistem xarakterli böhrana,
əmanətçilərin pul vəsaitlərinin
kütləvi surətdə itirilməsinə və bank
sisteminə etimada ciddi təhlükə yaradılmasına
səbəb ola biləcək ödəmə qabiliyyətini
itirmiş və ya itirmək təhlükəsi olan bank
barəsində dövlət vəsaitləri cəlb
etməklə maliyyə sağlamlaşdırılması
tədbirləri həyata keçirilə bilər.
57.2.Bankın maliyyə
sağlamlaşdırılması sahəsində
tədbirlər planını Milli Bank hazırlayır. Planda
bankın idarə olunmasında və ya cari
fəaliyyətində mövcud çatışmazlıqlar
göstərilməklə, onların aradan
qaldırılması üçün tələb olunan
təshih tədbirləri, habelə bu tədbirlərin
həyata keçirilməsinin qrafiki müəyyən olunur.
Planda, həmçinin bu Qanunun 74-cü maddəsində
nəzərdə tutulmuş bir və ya bir neçə
əməliyyat nəticəsində bankın aktivlərinin
və öhdəliklərinin başqa banka keçirilməsi
imkanlarının mövcudluğu və bankın
səhmdarlarının dəyəri itirilmiş
səhmlərinin dövlət vəsaiti hesabına
bərpasına yol verilməməsi üçün
tədbirlər göstərilir.
Planda
Azərbaycan Respublikasında büdcə siyasətini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmış qaydada bankın maliyyə
sağlamlaşdırılması üçün zəruri
olan dövlət vəsaitinin məbləği
müəyyən olunur.
57.3.Bankın maliyyə
sağlamlaşdırılması haqqında Milli Bankın
Azərbaycan Respublikasının büdcə siyasətini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanı
ilə razılaşdırılmış birgə təklifi
müvafiq qərar qəbul edilməsi üçün
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanına təqdim edilir. Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı təklifə
müsbət baxdıqda bankın maliyyə
sağlamlaşdırılması haqqında qərar qəbul
edir və müvafiq tədbirlər planını təsdiq
edir.
57.4.Bankın maliyyə
sağlamlaşdırılması tədbirləri Milli
Bankın təyin etdiyi müvəqqəti inzibatçı
tərəfindən təsdiq edilmiş plan əsasında
həyata keçirilir.
57.5.Maliyyə sağlamlaşdırılması
prosesində olan bankın aktivlərinin qorunması və
öhdəliklərinin icrası məqsədilə Milli
Bankın müraciəti əsasında bankın maliyyə
sağlamlaşdırılması üzrə tədbirlər
planına uyğun olaraq məhkəmə:
57.5.1.bankın aktivlərinin və
öhdəliklərinin tam və ya bir hissəsinin
dövlət tərəfindən yaradılan və/və ya
kapitallaşdırılan banka köçürülməsi;
57.5.2.bankın məcmu kapitalının itirildiyi halda
səhmdarların səhmlər üzərində
mülkiyyət hüquqlarının tam və ya qismən
itirilməsi;
57.5.3.bankın nizamnamə kapitalının
artırılması və Milli Bankın təklif etdiyi
şərtlərlə səhmlərin buraxılması
haqqında qərar qəbul edə bilər.
57.6.Bankın aktivlərinin və
öhdəliklərinin başqa banka
köçürülməsi bankın və ya onun hər
hansı bir idarəetmə orqanının
razılığını tələb etmir.
Öhdəliklərin köçürülməsi
barədə bildiriş kütləvi informasiya
vasitələrində dərc olunduğu günün
ertəsi günü qüvvəyə minir.
57.7.Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı planın həyata keçirilməsi
dövründə bankın maliyyə
sağlamlaşdırılması üzrə tədbirlərin
gəzlənilən nəticə vermədiyi barədə
Milli Bankın Azərbaycan Respublikasının büdcə
siyasətini həyata keçirən müvafiq icra
hakimiyyəti orqanlarının birgə vəsatətini
aldıqda bankın maliyyə
sağlamlaşdırılması tədbirlərinə xitam
verilməsi haqqında qərar qəbul edə bilər.
IX fəsil
BANKLARIN
LƏĞVİ
M
a d d ə 5 8. Könüllü ləğv
58.1. Bankın səhmdarlarının ümumi
yığıncağının qərarına əsasən
bu Qanunun 17-ci maddəsinə uyğun olaraq Milli Bank
tərəfindən bank lisenziyası ləğv edildikdə
bank səhmdarları bankın könüllü ləğvini
həyata keçirməlidirlər.
58.2. Bankın könüllü ləğvi Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
müəyyən edilmiş qaydada həyata keçirilir. Bank
bu təqdirdə Milli Banka onun tələb etdiyi zəruri
sənədləri və məlumatları təqdim
etməlidir və ortaya çıxan məsələləri
araşdırmaq məqsədilə Milli Bankın
yazılı müraciəti əsasında onun
səlahiyyətli əməkdaşlarının bankın
binasına daxil olmasına və ləğvetmə ilə
bağlı bankın istənilən mühasibat kitabları
və yazıları ilə işləməsinə imkan
yaratmalıdır.
58.3. Milli Bank bankın ləğvetmə
komissiyasının qanunvericiliklə müəyyən
edilmiş qaydada bankın ləğvini təmin etmədiyini
və bank tərəfindən bu Qanunun 58.2-ci maddəsinə
riayət olunmadığını müəyyən
etdikdə bu Qanuna müvafiq surətdə bankın məcburi
ləğvi üçün müvafiq tədbirlər
həyata keçirə bilər.
M a d d ə 5 9. Məcburi
ləğv
59.1. Milli Bank, könüllü
ləğv olunan və ya müflis elan olunmuş bank istisna
olmaqla, bu Qanunun 16-ci maddəsində nəzərdə
tutulmuş digər əsaslar üzrə lisenziyası ləğv
edilmiş bankın məcburi ləğvi və
ləğvedicinin (ləğvedicilərin) təyin edilməsi
barədə ərizə ilə məhkəməyə
müraciət edir.
Ləğvedicinin (ləğvedicilərin)
namizədliyi məhkəməyə Milli Bank
tərəfindən təklif edilir. Banka aidiyyəti
şəxslər və aidiyyəti şəxs adından hərəkət
edən şəxslər, habelə bankın kreditorları
və borcluları (Milli Bank istisna olmaqla) ləğvedici
təyin oluna bilməzlər.
59.2.Məhkəmə bankın məcburi ləğvi
və ləğvedicinin təyin edilməsi haqqında Milli
Bankın ərizəsinə onun məhkəməyə daxil
olduğu gündən ən geci 7 təqvim günü
müddətində baxır və müvafiq qərar qəbul
edir. Məhkəmədə bankın iştirak etməməsi
ərizəyə baxılmasını dayandırmır.
59.3.Ləğv edilən bankın məcburi
ləğvi və ləğvedicinin təyin olunması
haqqında məhkəmə qərarı qəbul edildiyi
gündən dərhal icraya yönəldilir. Ləğvedici
bankın ləğvi prosesinin başlanması və
ləğvedicinin təyin olunması haqqında
məlumatı dərhal kütləvi informasiya
vasitələrində dərc etdirir, bankın
Müşahidə Şurasına və İdarə
Heyətinə müvafiq bildiriş göndərir.
59.4.Bankın məcburi ləğvi və
ləğvedicinin təyin edilməsi haqqında
məhkəmə qərarından bankın səhmdarları
və ya bankın Müşahidə Şurası
qanunvericiliyə müvafiq qaydada məhkəməyə
şikayət verə bilərlər. Şikayət
ərizəsinin surəti Milli Banka göndərilir.
Bankın məcburi ləğvinə dair
məhkəmənin qərarı bütün müdafiə
vasitələrin-dən istifadə edilənədək
qüvvədə qalır və ləğvedicinin
ləğvetmə tədbirlərini hə-yata
keçirmək səlahiyyətlərini dayandırmır.
59.5. Bankın
məcburi ləğvi və ləğvedicinin təyin
edilməsi haqqında məhkəmə qərarının
qəbul edildiyi andan:
59.5.1.bankın idarə olunması üzrə
bütün səlahiyyətlər, o cümlədən bank
səhmdarlarının ümumi
yığıncağının səlahiyyətləri
ləğvediciyə keçir;
59.5.2.bank inzibatçılarının və ya
səhmdarlarının bank adından etdikləri
hərəkətlər hüquqi qüvvəyə malik olmur;
58.5.1.bank aktivlərinin mühafizəsi və
məhkəmə qərarlarının icrası
məqsədilə aktivlərin üzərinə qoyulmuş
bütün həbslər hüquqi qüvvəsini itirir;
59.5.1.bankın girov məbləği (ipoteka)
həddində təmin etdiyi öhdəlikləri istisna
olmaqla, qalan aktivlər həbsdən və ya icraatdan
müdafiə edilir.
59.6. Ləğv edilən bankın
sənədlərinin və əmlakının bankın
inzibatçıların-dan təyin edilmiş
ləğvediciyə təhvil verilməsi aktını məhkəmə
təsdiq edir.
59.7.Bankın ləğvi ilə bağlı
bütün xərclər bankın aktivləri hesabına
ödənilir. Ləğvedicinin (ləğvedicilərin)
əmək haqqı Milli Bankın təklifi ilə
məhkəmə tərəfindən təyin edilir. Bu
xərclər növbədənkənar qaydada ödənilir.
59.8.Bankın məcburi ləğvi Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
müəyyən edilmiş qaydada həyata keçirilir.
Məcburi ləğv olunan bankın aralıq
ləğvetmə balansı, ləğvetmə
tədbirlərinin və öhdəliklərin yerinə
yetirilməsi barədə hesabat, habelə ləğvetmə
balansı məhkəmə tərəfindən təsdiq
olunur. Müvafiq hesabatların təqdim edilməsi
müddətləri məhkəmə tərəfindən
müəyyən olunur.
59.9.Məhkəmənin qərarı ilə
ləğvedici bu Qanunun 74-cü maddəsində
nəzərdə tutulmuş bir və ya bir neçə
əməliyyatı həyata keçirə bilər.
59.10. Bankın məcburi
ləğvi dövründə ləğvedici öz
fəaliyyəti haqqında Milli Banka onun
müəyyənləşdirdiyi formada və
müddətlərdə hesabat verir, habelə Milli Bankın
tələb etdiyi sənədləri və informasiyanı
təqdim edir.
Ləğvedicinin öz funksiyalarmı
lazımınca yerinə yetirməməsi faktı aşkar
edilərsə, Milli Bankın müraciəti ilə
məhkəmə ləğvedicinin başqa şəxslə
əvəz edil-məsi barədə qərar çıxara
bilər.
59.11. Ləğvedici məcburi ləğv
tədbirlərini həyata keçirərkən bu Qanunun 61-ci
maddəsində göstərilmiş əsaslardan hər hansı
birinin mövcudluğunu aşkar etdikdə bank barəsində
iflas proseduruna başlanmasına dair
əsaslandırılmış vəsatətlə Milli Banka
müraciət edir.
X fəsil
BANKLARIN İFLASI
M a d d ə 6 0. Bankların
müflisləşmə və iflas prosedurlarının
tənzimlənməsi
60.1. "Müflisləşmə və iflas
haqqında" Azərbaycan Respublikasının Qanunu və
həmin Qanunu tamamilə və ya qismən
dəyişdirən və əvəz edən hər hansı
digər qanunlar banklara tətbiq olunmur.
60.2. Banklar yalnız bu Qanunla
müəyyənləşdirilmiş qaydada,
məhkəmənin qərarı ilə müflis elan edilə
bilər. Bankın müflis elan edilməsinin
məhkəmədənkənar proseduruna yol verilmir.
M a d d ə 6 1. İflas
proseduruna başlanılması üçün əsaslar
61.1. Bank
barəsində iflas proseduruna aşağıdakı
əsaslardan biri və ya bir neçəsi üzrə
başlanıla bilər:
61.1.1.bankın məcmu kapitalının miqdarı banklar
üçün müəyyən edilmiş məcmu
kapitalının minimum miqdarının 25 faizindən və ya
məcmu kapitalın adekvatlıq əmsalının 3
faizdən az olduğu Milli Bank tərəfindən
müəyyən edilmişdir;
61.1.2.bank öz maliyyə öhdəliklərini
onların icra vaxtı çatdıqda yerinə
yetirməyə qadir deyildir;
61.1.3.bank vaxtı çatmış maliyyə
öhdəliklərini kreditorlar tərəfindən
tələblər irəli sürüldükdə
ödəməyə qadir deyildir.
M a d d ə 6 2.
İflas proseduruna başlanılmasına dair ərizə
62.1. Bank barəsində iflas
proseduruna başlanılmasına dair ərizəyə
məhkəmə aşağıdakı hallarda baxır:
62.1.1.ərizə bankın lisenziyasının
ləğv edilməsi haqqında qərarla və bankın bu
Qanunun 61-ci maddəsində göstərilən
əsasların mövcudluğunu təsdiqləyən
maliyyə hesabatı ilə birlikdə Milli Bank
tərəfindən verildikdə;
62.1.2.ərizə kreditorların tələbini təsdiq
edən sənədlərlə birlikdə bu Qanunun 62.2-ci
maddəsinə uyğun olaraq kreditorlar tərəfindən
verildikdə.
62.2. Bank bu Qanunun 61.1.3-cü maddəsinə uyğun
olaraq öz öhdəliklərini yerinə yetirmədikdə,
bir və ya bir neçə kreditor Milli Banka
vəsatətlə müraciət edə bilər. Milli Bank
vəsatətə onu aldığı gündən 5
təqvim günü müddətində baxır və
əgər bankın öz öhdəliklərini yerinə
yetirmədiyi faktını
müəyyənləşdirirsə, bank lisenziyasının
ləğvi və iflas proseduruna başlanılmasına dair
məhkəməyə ərizə vermək haqqında
qərar qəbul edir. Milli Bank məhkəməyə
ərizəni bu barədə qərarı qəbul etdikdən
sonra 3 təqvim günü ərzində verir. Bankın öz
öhdəliklərini yerinə yetirmədiyi faktı
müəyyən edilməmişdirsə, Milli Bank kreditorlara
əsaslandırılmış imtina göndərir.
Kreditorların ərizəsinin Milli Bank tərəfindən
rədd edilməsi onlar tərəfindən
məhkəməyə müvafiq ərizənin
verilməsinə mane olmur.
62.3. Ərizə Milli Bank tərəfindən
verildikdən sonra dərhal moratorium qüvvəyə minir.
Moratoriuma görə məhkəmənin icazəsi olmadan
heç bir kreditorborcunun qaytarılmasını və ya borcu
müqabilində bankın əmlakını ona verilməsini
və ya hər hansı girov (ipoteka) təminatının tutulmasını
tələb edən tədbirlər görə bilməz, yaxud
banka qarşı hər hansı tələbin
yönəldilməsi ilə bağlı proseduru davam
etdirə və ya başlaya bilməz.
M a d d ə 6 3. Müvəqqəti
inzibatçının təyin edilməsi
63.1.Bankın kreditorları bu Qanunun 61.1.3-cü
maddəsinə uyğun olaraq, bank barəsində iflas
proseduruna başlanılmasına dair vəsatəti Milli Banka
verildikdən sonra Milli Bank bu Qanunun 52-ci maddəsinə
müvafiq surətdə banka müvəqqəti
inzibatçı təyin edir. Müvəqqəti
inzibatçı bu Qanunun 53-cü maddəsinə uyğun olaraq
bankın idarəçiliyini dərhal üzərinə
götürür.
63.2.Bu Qanunun 63.1-ci maddəsində nəzərdə
tutulmuş halda müvəqqəti inzibatçının
təyinatına bu Qanunun 52.6-cı maddəsinin
müddəaları şamil edilmir.
M a d d ə 6 4. Məhkəmə
baxışı
64.1. Bank barəsində iflas proseduruna
başlanılmasına dair ərizəni baxılmağa
qəbul etdikdən sonra məhkəmə Milli Bankı,
bütün digər ərizəçiləri və
bankın özünü, Milli Bank tərəfindən
ərizə verildikdə isə həmçinin bankın
müvəqqəti inzibatçısını
ərizəyə baxılması üzrə qapalı iclasda
iştiraka dəvət edir. Məhkəmə
baxışı ərizənin verildiyi andan 48 saat
ərzində başlanılmalıdır.
64.2. Məhkəmə baxışı ərizənin
verildiyi gündən 7 təqvim günü
müddətində başa çatdırılmalıdır.
Məhkəmə baxışının nəticələrinə
əsasən məhkəmə ərizəni rədd edir
və ya təmin edir.
M a d d
ə 6 5. Ərizənin rədd edilməsi üçün
əsaslar
65.1. Bank barəsində iflas
proseduruna başlanılmasına dair ərizəni
məhkəmə aşağıdakı hallarda rədd edir:
65.1.1.ərizə bu Qanunun 62.1-ci maddəsinin
tələblərinə uyğun verilmədikdə;
65.1.2.bu Qanunun 65.2-ci maddəsinə uyğun olaraq Milli
Bank ərizəyə etiraz etdikdə;
65.1.3.ərizənin əsaslandırılması
üçün məhkəməyə təqdim edilmiş
hər hansı sənəd və ya digər sübut saxta
və ya qeyri-dəqiq olduqda və bu sənədlərsiz,
yaxud digər sənədlərsiz ərizə bu Qanunun tələblərinə
cavab vermədikdə;
65.1.4.kreditorlar tərəfindən verilmiş
ərizə əsassız olduqda;
65.1.5.bu Qanunun 61.1-ci maddəsində göstərilmiş
əsasların aradan qalxması üçün kifayət
edən məbləğdə kapitalın bərpasına dair
məhkəməni və Milli Bankı təmin edən
sübutlar təqdim edildikdə.
65.2. Bankın müflis elan
edilməsi barədə ərizə bankın kreditorları
tərəfindən verilmişdirsə, Milli Bank
ərizəyə yalnız aşağıdakı hallarda
etiraz edə bilər:
65.2.1.Milli Bank tərəfindən bankın iflasına
başlamaq üçün əsasların olmadığı
müəyyən olunduqda. Məhkəmə Milli Bankdan onun
rəyini təsdiqləyən sübutların, o
cümlədən Milli Bank tərəfindən təsdiq
olunmuş bankın maliyyə hesabatını tələb
edə bilər;
65.2.2.bu Qanunun 57-ci maddəsinə uyğun olaraq
maliyyə sağlamlaşdırılması barədə
müvafiq icra hakimiyyəti orqanının qərarmı
məhkəməyə təqdim etdikdə.
M a d d ə 6 6. Bankın
kreditorları tərəfindən əsassız verilmiş
ərizənin rədd edilməsi
66.1.Bankın kreditorları bank barəsində iflas
proseduruna başlanılmasına dair əsassız
ərizə verdikdə məhkəmə istənilən vaxt
həmin ərizəni bu Qanunun 65.1.4-cü maddəsində
göstərilən əsaslara istinadla dinləmələr
keçirməklə və ya keçirmədən
yazılı şəkildə rədd edə bilər. Bu halda
məhkəmə ərizəçilərin
üzərinə ərizənin verilməsi
nəticəsində bankın və/və ya Milli Bankın
çəkdiyi xərcləri və zərəri
ödəmək vəzifəsini qoya bilər.
66.2.Bank barəsində iflas proseduruna
başlanılmasına dair əsassız ərizə
verilməsində təqsirli sayılmış şəxs
Azərbaycan Respublikasının inzibati qanunvericiliyinə
uyğun olaraq məsuliyyət daşıyır.
M a d d ə 6 7. Müflis
elan olunmayan bankın məcburi ləğvi
Bank barəsində iflas proseduruna
başlanılmasına dair Milli Bank tərəfindən
verilmiş ərizə məhkəmə tərəfindən
bu Qanunun 65.1.3-65.1.5-ci maddələrində
göstərilən əsaslardan başqa, digər əsaslar
üzrə rədd edildikdə, bankın bu Qanunun 59-cu
maddəsinə uyğun olaraq məhkəmə qaydasında
məcburi ləğvi həya-ta keçirilir.
Maddə 6 8. Bankın
müflis elan olunmasına dair qərar
Bank iflas proseduruna başlanılmasına dair
ərizənin təmin olunması haqqında
məhkəmənin qərarına müvafiq surətdə
müflis elan edilir və banka ləğvedici (ləğvedicilər)
təyin edilir. Bankın müflis elan olunması haqqında
məhkəmə qərarı dərhal icraya yönəldilir
və həmin andan bankın iflas proseduruna
başlanılır.
M a d d ə 6 9. Bankın
müflis elan olunmasına dair qərarın təqdim
edilməsi və dərc olunması
Məhkəmə bankın
müflis elan olunması haqqında qərar
çıxardıqdan sonra dər-hal ləğvedici həmin
qərarı banka təqdim edir və qərar barədə
kütləvi informasiya vasitələrində 7 təqvim
günü ara verilməklə üç dəfə
məlumat dərc etdirir.
M a d d ə 7 0. Şikayət
verilməsi
70.1.Bankın səhmdarları və ya
Müşahidə Şurası, habelə Milli Bank bankın
müflis elan olunmasına dair məhkəmənin
qərarından qanunvericilikdə müəyyən edilmiş
qaydada şikayət verə bilərlər. Bankın müflis
elan olunmasına dair məhkəmənin qərarı
bütün müdafiə vasitələrindən istifadə
edilənədək qüvvədə qalır.
70.2.Bank tərəfindən məhkəmənin
qərarından şikayət verilməsi ləğvedicinin
bankın iflası prosedurunun həyata keçirilməsi
çərçivəsində öz
səlahiyyətlərinin icrası üzrə hərəkətlərini
dayandırmır.
70.3.Milli Bankın məhkəmə qərarından
şikayət verməsi bankın aktivlərinin
satışı və köçürülməsi
üzrə ləğvedicinin hərəkətlərini
məhkəmədə mübahisəyə baxılanadək
dayandırır.
M a d d ə 7 1. Ləğvedici
71.1. Məhkəmə bankın müflis elan
olunmasına dair qərarı ilə Milli Bankın təqdim
etdiyi namizədi banka ləğvedici (ləğvedicilər)
təyin edir.
Banklara aidiyyəti şəxslər və
aidiyyəti şəxs adından hərəkət edən
şəxslər, habelə bankın kreditorları və
borcluları (Milli Bank istisna olmaqla) banka ləğvedici
vəzifəsinə təyin oluna bilməzlər.
Məhkəmənin qərarında
ləğvedicinin əmək haqqının miqdarı
göstərilməlidir. Ləğvedicinin əmək
haqqı Milli Bankın təklifi əsasında təyin edilir.
71.2.Bankın ləğvi prosesi ilə əlaqədar
ləğvedicinin əmək haqqı və çəkdiyi
xərclər bankın aktivləri hesabına,
çatışmayan hissədə isə Milli Bank
tərəfindən ödənilir.
71.3.Banka təyin edilmiş ləğvedici bankın
yeganə qanuni nümayəndəsi olur və bank
səhmdarlarının ümumi
yığıncağının, habelə bankın digər
idarəetmə orqanlarının səlahiyyətləri
ləğvediciyə keçir. Banka qarşı bütün
tələblər bankın ləğvedicisinə təqdim
edilir.
71.4.Ləğv edilən bankın sənədlərinin
və əmlakının bankın inzibatçılarından
ləğvediciyə təhvil verilməsi aktmı
məhkəmə təsdiq edir.
Ləğvedici bu Qanunun müddəaları ilə
tələb edilən hallarda göstəriş almaq
üçün istənilən vaxt məhkəməyə
müraciət edə bilər.
Ləğvedici məhkəmənin nəzarəti
altında və Milli Bankla sıx qarşılıqlı
əlaqə şəraitində fəaliyyət
göstərir.
71.5.Ləğvedici zəruri hallarda müflis elan
olmuş banka müstəqil hüquqşünasları,
mühasibləri və başqa mütəxəssisləri
məhkəmənin təsdiq etdiyi şərtlər
əsasında muzdla işə cəlb edə bilər.
71.6.Ləğvedici istefa verdikdə, öldükdə
və ya öz fəaliyyətini həyata
keçirməyə qadir olmadıqda Milli Bank
məhkəmə tərəfindən yeni ləğvedici təyin
edilənədək ləğvedicini müvəqqəti olaraq
başqa şəxslə əvəz edir.
71.7.Ləğvedici öz funksiyalarını
lazımınca icra etmirsə və ya o, artıq bu Qanunun
71.1-ci maddəsinin tələblərinə uyğun
vəzifələrini daha icra edə bilməzsə,
məhkəmə başqa ləğvedicini təyin edir.
Ləğvedicinin namizədliyi
məhkəməyə Milli Bank tərəfindən təqdim
edilir.
71.8. Ləğvedicinin başqası ilə
əvəz edildiyi bütün hallarda ləğvedicini
əvəz edən şəxs ləğvedicinin
səlahiyyətlərini əldə edir, mühasibat uçotu
və hesabatı sənədlərini və ləğvedicinin
sərəncamında olan bankın aktivlərini, habelə
bankın ləğvi prosesində ləğvedicinin bank
barəsində hazırladığı mühasibat uçotu
və hesabat sənədlərini təhvil-təslim aktı
ilə qəbul edir. Təhvil-təslim aktmı məhkəmə
təsdiq edir.
M a d d ə 7 2. Bankın
müflis elan
olunmasının nəticələri
72.1. Bankın
müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi
anından:
72.1.1.bankın adından yalnız ləğvedici və
ya onun vəkil etdiyi şəxs tərəfindən edilən
hərəkətlər hüquqi qüvvəyə malik olur;
72.1.2.banka qarşı məhkəmə icraatı
prosesində olan bütün iddialar dayandırılır;
72.1.3.bank barəsində digər məhkəmə
icraatına başlanılmır və banka qarşı
bütün tələblər yalnız bu Qanunda
nəzərdə tutulan iflas proseduru çərçivəsində
irəli sürülür;
72.1.4.qanunvericiliyə müvafiq hallarda aktivlərin
üzərinə qoyulmuş bütün həbslər
hüquqi qüvvəsini itirir;
72.1.5.girovla təmin edilmiş aktivlər barəsində
borc məbləği həddində bu Qanunun 81 -cı
maddəsinə uyğun icraat istisna olmaqla, bankın
aktivlərinə yönəldilmiş icra
sənədlərinin icrası dayandırılır;
72.1.6.bankın öhdəlikləri üzrə
faizlərin və digər haqların hesablanması
dayandırılır. Bu zaman bankın aktivlərinə
faizlərin və digər haqların hesablanması davam
etdirilir.
72.2. Bankın müflis elan
olunmasına dair qərar qüvvəyə mindikdən sonra
müflis bankın səhmlərinin ləğvedici
tərəfindən digər şəxsə
köçürülməsi bu Qanunun 74-cü
maddəsinə müvafiq olaraq yalnız məhkəmənin
qərarı ilə həyata keçirilə bilər.
M a d d ə 7 3. Ödəniş
sistemlərində hesablaşmaların qətiliyi
73.1. Bu Qanunun 72.1-ci maddəsinin
müddəalarından asılı olmayaraq:
73.1.1. ödəniş sistemlərinə daxil
edilən və həmin sistemlərin qaydaları ilə
gerigötürülməz hesab edilən hesablaşmalar
üzrə ödəniş tapşırıqları, o
cümlədən
qiymətli kağızlar üzrə
ödənişlər bankın müflis elan olunmasına dair
qərar qəbul edildiyi halda hüquqi qüvvədə
qalır və üçüncü tərəf
üçün məcburi olur, bu şərtlə ki,
ödəniş tapşırıqları həmin qərar
qüvvəyə minənədək
gerigötürülməz olsun;
73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində
göstərilən köçürmələr bu
şərtlə hüquqi qüvvəyə malik olmur və
üçüncü tərəf üçün məcburi
olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis
elan olunmasına dair qərar
çıxarıldığından ödəniş
tapşırıqları köçürmələri
həyata keçirən sistemin qaydalarına görə
gerigötürülməz olanadək xəbər tutduğunu
sübut edə bilsin.
73.2. Bankın müflis elan olunmasına dair qərar
qüvvəyə minənədək bağlanmış
müqavilə və əqdləri ləğv edən və
ya təxirə salan hər hansı normativ hüquqi akt və
ya sərəncam ödəniş sistemləri vasitəsi
ilə həyata keçirilmiş klirinqin
nəticələrini ləğv edə bilməz.
M a d d ə 7 4. Bankın
səhmlərinin, aktivlərinin, öhdəliklərinin
köçürülməsi və satılması
74.1. Bank sisteminin mənafeyi və bankın
dəyərinin onun kreditorları üçün
artırılması məqsədilə Milli Bankın
müraciətinə əsasən məhkəmə qərar
qəbul edə bilər ki, bankın ləğvedicisi
aşağıdakıları təmin etmək
üçün Milli Bankın təklif etdiyi və
məhkəmənin təsdiq etdiyi şərtlər
əsasında bir və ya bir neçə əməliyyat
aparsın:
74.1.1.bankın nizamnamə kapitalının
hamısının və ya bir hissəsinin
köçürülməsi və /və ya;
74.1.2.bankın aktivlərinin və
öhdəliklərinin hamısının və ya bir
hissəsinin birlikdə köçürülməsi və ya
satılması.
74.2. Bu Qanunun 74.1-ci maddəsinə uyğun
əməliyyatın aparılması üçün, bank
müflis elan edildikdən sonra onun ləğv edildiyi anadək
istənilən vaxt müraciət edilə və ona icazə
verilə bilər. Bu barədə məhkəməyə
təqdim olunmuş ərizəyə bir həftə
ərzində baxılır və müvafiq qərar qəbul
olunur.
74.3. Bu Qanunun 74.1-ci maddəsinə uyğun icazə
verilmiş əməliyyatın aparılması
üçün bankın səhmdarlarının və ya onun
hər hansı idarəetmə orqanının
razılığı tələb edilmir.
Öhdəliklərin köçürülməsi müvafiq
bildirişin kütləvi informasiya vasitələrində
dərc edildiyi gündən sonrakı günün
əvvəlindən bütün maraqlı tərəflər
üçün qüvvəyə minir.
74.4. Bankın iflas proseduru
çərçivəsində adi qaydada bank aktivlərinin
satılmasına məhkəmənin qərarı
tələb olunmur.
M a d d ə 7 5. Əmlakın
vəziyyətinə dair hesabat
75.1. Bankın müflis elan
olunmasına dair məhkəmənin qərar qəbul edildiyi
tarixdən 30 təqvim günü müddətində
bankın ləğvedicisi məhkəməyə əmlakın
vəziyyətinə dair hesabat təqdim edir. Hesabatda
aşağıdakılar göstərilir:
75.1.1. bankın aktivləri, o cümlədən ödənilməmiş
bank səhmləri barəsində bankın
tələbləri, verilmiş kreditlər, o
cümlədən qarantiyalar və təminatlar üzrə
öhdəliklər, icra olunmamış alqı-satqı
müqavilələri, habelə aktivlərin balans
dəyəri və qiymətləndirilən satış
(bazar) dəyəri;
75.1.2.bankın əmlakının başqa
şəxslərin sahibliyində olmasına əsas vermiş
müqavilələr, o cümlədən icarə, lizinq
və girov (ipoteka) haqqında müqavilələr;
75.1.3.banka xidmətlər göstərilməsi
haqqında müqavilələr;
75.1.4.bankın müflis elan olunmasına dair
qərarın qəbul edildiyi gündən əvvəlki 90
təqvim günü ərzində, aidiyyətli
şəxslərlə isə 1 il ərzində bankın
bağladığı əqdlər;
75.1.5.bankın inzibatçıları
tərəfindən bankın qəsdən
müflisləşmə vəziyyətinin yaradılması,
əmlakın və ya əmlak öhdəliklərinin, habelə
onlar haqqında məlumatın gizlədilməsi, məhv
edilməsi və digər qanunsuz hərəkətlər
barədə aşkar etdiyi faktlar haqqında məlumat.
75.2. Hesabat hər rüb
tərtib edilməlidir. Ümumi xarakter daşıyan
məlumatlar bu Qanunun 77-ci maddəsinə uyğun hazırlanan
təsdiqli tələblər siyahısına tələbləri
daxil edilmiş bank kreditorlarına tanışlıq
üçün təqdim edilə bilər.
Maddə 7 6. Tələblərin
qeydə alınması
76.1.Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində
nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka
qarşı tələblər bankın müflis elan
olunmasına dair məhkəmə qərarının
kütləvi informasiya vasitələrində ilk dəfə
dərc edildiyi gündən 60 təqvim günü
ərzində ləğvedici tərəfindən
yazılı şəkildə qeydə alınmalıdır.
Məhkəmə bu müddəti bütün kreditorlar
üçün yalnız bir dəfə 30 təqvim
günü müddətinə uzada bilər. Kreditorların
sorğusu üzrə onlara tələblərinin qeydə
alındığına dair qəbz verilir.
76.2.Tələblərin qeydə alınması
üçün kreditorlar öz tələblərinin
hüquqi əsasını sübut edən
sənədləri və aşağıdakı məlumatları
təqdim etməlidirlər:
76.2.1.kreditorun adı və ünvanı;
76.2.2.tələbin əsas məbləğinə daxil
edilən faizlərin və digər haqların
məbləğləri;
76.2.3.tələbin təminatı olan girov (ipoteka) və
ya qarantiya barəsində məlumat.
76.3. Bankın müflis elan
olunmasına dair məhkəmənin qərarı bankın
mühasibat uçotu və hesabatı
sənədlərində əks etdirilmiş depozitlərə
aid tələblər üzrə iddia müddətinin
axımım dayandırır. Bütün qalan
tələblər üzrə iddia müddətinin axımı
həmin tələblər qeydə alındıqda
dayandırılır. Bütün tələblər
üçün iddia müddətinin axımı həmin
tələblərin bu Qanunun 87-ci maddəsinə uyğun
bölgü cədvəlinə daxil edildiyi gün yenidən
başlanır.
M a d d ə 7 7. Tələblərin
qəbulu
77.1.Bankın mühasibat uçotu və hesabatı
sənədlərində əks etdirilmiş
depozitlərlə bağlı tələblər istisna olmaqla,
yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş
tələblər qeydə almır. Depozitlərlə
bağlı tələblər isə mühasibat uçotu
sənədlərində əks etdirilmiş
məbləğlərdə qəbul edilir.
77.2.Bank tərəfindən əks etdirilmiş
məbləğdən az məbləğdə irəli
sürülmüş tələblər istisna olmaqla,
bankın mühasibat uçotu və hesabatı
sənədlərində əks etdirilmiş
tələblər sənədlərdə əks olunmuş
məbləğdə qəbul edilir. Az məbləğdə
irəli sürülmüş tələblər isə
təqdim olunmuş miqdarda qəbul edilir.
77.3.Tələbləri bank aktivlərinin girovu
(ipotekası) ilə təmin edilmiş bank kreditorları
öz tələblərini tələb məbləği
ilə aktivin açıq hərracda ehtimal edilən
satış dəyəri arasındakı fərq
məbləğində qeydə aldıra bilərlər. Bu
şəkildə qeydə alınmış hər hansı
tələb hərrac başa çatanadək və ya aktiv bu
Qanunun 81-ci maddəsinə uyğun digər şəkildə
satılanadək icra olunmur.
77.4.Məbləği
müəyyənləşdirilməmiş tələblər
ləğvedicinin qiymətləndirdiyi dəyər
üzrə qəbul edilə bilər.
77.5.Qeydə alınmış tələblərin
təhlilindən sonra ləğvedici qəbul etdiyi
tələbləri qəbul edilmiş tələblər
siyahısına, etiraz etdiyi tələbləri isə
etirazın səbəblərini göstərməklə,
etiraz edilmiş tələblər siyahısına daxil edir.
Qismən etiraz edilərək qeydə alınmış
tələblər müvafiq olaraq qəbul edilmiş və
etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir.
Hər iki siyahıda tələbi olanın adı və
ünvanı, tələblərin məbləği və
irəli sürülən tələblərin təminatı
üçün sübutların mövcudluğu
göstərilir. Siyahılara daxil edilən tələblər
kateqoriyalar üzrə birləşdirilir və
ödəniş növbəliyi qaydasında
yerləşdirilir.
77.6.Hər iki siyahı tələblərin qeydiyyatı
müddətinin qurtardığı gündən 30 təqvim
günü ərzində tərtib edilir və
məhkəmənin təsdiqinə verilir. Bundan sonra
ləğvedici hər rüb təzələnən siyahıları
məhkəmənin təsdiqinə verir. Həmin
siyahıları təsdiq edənədək məhkəmə
ləğvedici ilə razılaşdırmaqla
tələbləri bir siyahıdan digərinə
keçirə bilər. Məhkəmə etiraz edilmiş
tələblərin təsdiqlənməsi üçün
hansı sübutların zəruri olduğunu müəyyənləşdirə
bilər.
77.7.Məhkəmə etiraz edilmiş tələblər
siyahısını təqdim olunduğu tarixdən etibarən
60 təqvim günündən gec olmayaraq
aydınlaşdırmaq məqsədilə
dinləmələrin keçirilməsi tarixini
müəyyən edir. Tələblərinə etiraz
edilmiş kreditorlar həmin dinləmələrdə
ləğvediciyə və məhkəməyə öz
tələblərini təsdiqləyən sübutlar təqdim
edə bilərlər. Hər dinləmənin tarixi
barəsində kreditorlara poçt bildirişi və
ləğvedicinin kütləvi informasiya
vasitələrində dərc etdirdiyi bildirişlə
məlumat verilir. Eyni
bir tələb barəsində dinləmələrin
başlanılmasına dair heç bir kreditora bir
dəfədən artıq bildiriş göndərilmir.
Dinləmələr qurtardıqda məhkəmə etiraz
edilmiş tələblərin təsdiq və ya rədd
olunmasına dair qərar qəbul edir. Kreditor qanunvericilikdə
nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi
dinləməyə üzürlü səbəb olmadan
gəlmədikdə, onun tələbləri rədd edilir.
Tələbləri rədd edilmiş kreditorlara bu
barədə ləğvedici tərəfindən yazılı
bildiriş göndərilir.
77.8.Məhkəmənin təsdiq etdiyi
tələblər qəti xarakter daşıyır. Bu
tələblər qəbul olunmuş tələblər
siyahısından və ya etiraz edilmiş tələblər
siyahısından çıxarılır və
təsdiqlənmiş tələblər siyahısına daxil
edilir. Həmin siyahı məhkəmədə və
ləğvedicidə saxlanılır. Tələbləri
məhkəmə tərəfindən təsdiqlənmiş
kreditorlara bu barədə ləğvedici tərəfindən
yazılı bildiriş göndərilir.
77.9.Ləğvedici məhkəmənin rədd etdiyi
tələblərin hesabına heç bir ödənişi
icra etmir. Tələbi məhkəmə tərəfindən
rədd edilmiş kreditor məhkəmənin qərarından
həmin qərara dair bildirişi aldığı
gündən iki həftə ərzində şikayət
verə bilər. Belə şikayətlərə ərizə
məhkəməyə daxil olduğu gündən ən geci 7
təqvim günü müddətində baxılır və
müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi
tələbin rədd edilməsi barədə
məhkəmə qərarının qüvvəsini dayandırmır.
77.10. Bank sirrinin qorunması
məqsədilə göstərilən siyahılar
tanışlıq üçün kreditorlara təqdim olunmur.
M a d d ə 7 8.
Əvəzləşdirmə və saldo çıxarma
78.1. Bu Qanunun 82-ci maddəsinin tələblərinə
əməl etmək şərtilə müflis bankla onun
kreditorları arasında öhdəliklərin
əvəzləşdirilməsi aparıla bilər.
78.2. İflas prosedurana başlanılmasına dair
məhkəmə qərarı qüvvəyə
minənədək qanunsuz yolla bankın qəbul etmiş
olduğu borclar ləğvedici tərəfindən aşkara
çıxarıldıqda onların və qərar qəbul
edildikdən sonra bankın əldə etmiş olduğu
tələblərin və yaratdığı öhdəliklərin
əvəzləşdirilməsinə yol verilmir.
M a d d ə 7 9. Cari
müqavilələrin qüvvəsinə xitam verilməsi
79.1. Müflis bankın mallar göndərilməsinə
və ya xidmətlər göstərilməsinə dair
bütün cari müqavilələrin, o cümlədən
satış, icarə və lizinq, möhlətlə
satınalma müqavilələrinin qüvvəsinə
ləğvedici istənilən vaxt birtərəfli qaydada xitam
verə bilər. Bu zaman bankın kreditoru müqavilənin
pozulması nəticəsində ona dəymiş
zərərin əvəzinin ödənilməsi haqqında
bankın müflis olunmasına dair qərar
çıxarmış məhkəməyə iddia verə
bilər.
79.2. Ləğvedici istənilən vaxt qanunvericilikdə
müəyyən edilmiş qaydada bankın
işçilərinin bankla bağladıqları əmək
müqavilələrinə xitam verə bilər.
M a d d ə 8 0. Mübahisələrin
danışıqlar yolu ilə həlli
Məhkəmənin qabaqcadan
razılığını aldıqdan sonra bankın
ləğvedicisi tələblərin nizama salınması
məqsədilə bankın istənilən kreditoru və ya
borclusu ilə danışıqlara başlaya bilər. Bu
cür nizamasalmanın nəticələrinə etiraz edilə
və ya bunlardan şikayət verilə bilməz.
M a d d ə 8 1. Girovla
təmin edilmiş tələblər
81.1. Aşağıdakı hallar istisna olmaqla,
kreditorların banka qarşı təsdiqlənmiş
tələblərinin təminatı və bankın öz
tələblərinin təminatı olan bütün
aktivlər ləğvedici tərəfindən açıq
hərracda satılır:
81.1.1.qısa müddətdə bazarda satıla bilən
qiymətli kağızların, xarici valyutanın və
digər aktivlərin həmin aktiv növləri ilə
ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici
tərəfindən satılmasına yol verilir;
81.1.2.bankın borclarının təminatı olan və
qısa müddətdə bazarda satıla bilən qiymətli
kağızların, xarici valyutanın və bankın
digər aktivlərinin həmin aktivləri öz
sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv
növləri ilə ticarətin həyata keçirildiyi
bazarlarda satılmasına yol verilir.
81.2.Ləğvedici bu Qanunun 81.1-ci maddəsində
nəzərdə tutulmuş aktivlərin açıq
hərracda qənaətbəxş qiymətlə sata
bilməyəcəyini
müəyyənləşdirərsə, məhkəmə
ona aktivləri məhkəmənin təsdiq etdiyi
qiymətə digər üsullarla satmağa icazə verə
bilər.
81.3.
Bu Qanunun 81.1.2-ci
maddəsində göstərilməyən aktivlər
ləğvedicinin sorğusundan sonra kreditor
tərəfindən dərhal ləğvedicinin
sərəncamına verilməlidir.
81.4.
Təminatlı
kreditorların tələbləri növbədənkənar
qaydada təminatın satılmasından əldə edilən
vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini
tam ödəmədikdə, ödənilməmiş
məbləğ təminatsız kreditor tələbi kimi bu
Qanunun 82-ci maddəsində göstərilmiş
növbəliliklə ödənilir.
M a d d ə 8 2. Ödənişlərin
növbəliyi
82.1. Müflis elan olunmuş bankın aktivləri
onun kreditorları arasında aşağıdakı
növbəlik qaydasında bölüşdürülür:
82.1.1.fiziki şəxslərin borc qiymətli
kağızları formasında olan əmanətləri istisna
olmaqla, fiziki şəxsin 10 milyon manatadək əmanəti
üzrə tələbi;
82.1.2.fiziki şəxslərin əmanətlərinin
sığortalanması Fondunun reqres hüququ üzrə
tələblər;
82.1.3.iflas prosedurunun həyata keçirilməsi ilə
bağlı müvəqqəti inzibatçının və
ləğvedicinin çəkdiyi bütün
məsrəflər və xərclər, o cümlədən
onların əmək haqqı, məhkəmə
xərcləri və ləğvedicinin bankın
ləğvetmə tədbirlərinin həyata
keçirilməsi ilə bağlı qəbul etdiyi
öhdəliklər;
82.1.4.iş vaxtı baş vermiş bədən
xəsarəti və ya ölüm halları ilə
əlaqədar bank işçilərinin tələbləri;
82.1.5.bankın müflis elan olunmasına dair
məhkəmə qərarının qəbul edildiyi
tarixdən əvvəlki altı aydan çox olmayan dövr
üçün ödənilməli pensiyaların,
müavinətlərin, əmək haqlarının
verilməsi haqqında bankın işçilərinin və
keçmiş işçilərinin tələbləri;
82.1.6.müvəqqəti inzibatçının
idarəetmə və maliyyə sağlamlaşdırması
prosedurları ilə əlaqədar bankın
öhdəlikləri;
82.1.7.bankın müflis elan olunmasına dair
qərarın qəbul edildiyi tarixdən əvvəlki bir
ildən çox olmayan müddət üçün
büdcəyə məcburi ödənişlər
üzrə vergilər və məcburi dövlət sosial
sığortası üzrə ödənilməli
məbləğlər;
82.1.8.təminatsız kreditorların tələbləri.
82.2. Qalan aktivlər bankın səhmdarlarına
onların paylarına mütənasib surətdə
qanunvericiliyə uyğun qaydada ödənilir.
M a d d ə 8 3. Ləğv planı
83.1. Bankın müflis elan olunmasına dair
məhkəmə qərarının qəbul edildiyi
tarixdən ən geci 120 təqvim günü ərzində
ləğvedici bankın ləğvinə dair müfəssəl
planı hazırlayıb təsdiq olunması üçün
məhkəməyə müraciət edir:
83.1.1.bankın aktivlərini və passivlərini
onların ehtimal edilən ləğv dəyəri ilə
göstərən cari maliyyə hesabatı, cari tarixdən
sonrakı üç ay üçün bankın ehtimal
edilən maliyyə hesabatı. Balansın passivində
kreditorlardan qəbul edilmiş tələblər, o
cümlədən etiraz edilmiş tələblər
göstərilir;
83.1.2.bankın keçmiş və proqnozlaşdırılan
gəlirləri və xərcləri haqqında rüblük
hesabatlar;
83.1.3.bankın əsas vəsaitlərinin və digər
aktivlərinin satışı üzrə
görülmüş işlər haqqında və
satış planları haqqında hesabat;
83.1.4.bankın tələblərinin
ödənilməsinə yönəldilən
məhkəmə və məhkəmədənkənar
hərəkətlər haqqında hesabat, o cümlədən
qanunsuz sazişlərin və köçürmələrin,
habelə bu cür sazişlər və
köçürmələr nəticəsində
yaranmış hüquqların ləğvi üzrə
hərəkətlər;
83.1.5.bankın inzibatçılarının qanunsuz
hərəkətləri və bankın xeyrinə kompensasiya
alınmasına yönəldilmiş hərəkətlər
haqqında hesabat;
83.1.6.sığorta, şəxsi muzd
müqavilələri və banka xidmət
müqavilələri kimi cari kontraktların qüvvəsinin
davam etdirilməsi və ya qüvvəsinə xitam verilməsi
haqqında hesabat, o cümlədən bank
işçilərinin maliyyə təminatının
müfəssəl təhlili;
83.1.7.bankın öhdəlikləri haqqında hesabat
və növbəti rüb ərzində bankın
kreditorlarına nəzərdə tutulan
ödənişlərin cədvəli;
83.1.8.ləğvetməyə çəkilmiş və
gələcək məsrəflər və xərclər
haqqında hesabat.
83.2. Ləğv planı
hər rüb təzələnir. Məhkəmə
tərəfindən təsdiq edildikdən sonra ləğv
planı bank sirri məlumatları istisna olmaqla, tanışlıq
üçün tələbləri bu Qanunun 77-ci
maddəsinə uyğun hazırlanan təsdiqli
tələblər siyahısına daxil edilmiş bank
kreditorlarına təqdim edilə bilər.
M a d d ə 8 4. Müflis
bankların maliyyə sağlamlaşdırılması
Bu Qanunun 57-ci maddəsi
ilə nəzərdə tutulmuş hallar istisna olmaqla,
müflis bank tamamilə və ya qismən maliyyə
sağlamlaşdırılması proseduruna cəlb oluna
bilməz.
M a d d ə 8 5. Kreditorlar
ilə barışıq sazişinin yolverilməzliyi
Bank və kreditorlar arasında bankın
fəaliyyətinin bərpasına yönəldilən
ban-şıq sazişlərinin və ya başqa
razılaşmaların bağlanmasına yol verilmir.
M a d d ə 8 6. Kreditorların
ümumi yığıncağı və komitəsi
86.1.Kreditorların müflis bankın ləğvi
ilə əlaqədar ümumi yığıncağı
yalnız o halda keçirilə bilər ki, ləğvedicinin
Milli Bank tərəfindən dəstəklənmiş
sorğusu üzrə məhkəmə belə
yığıncağın keçirilməsinin bankın
səmərəli ləğvi üçün lüzumlu
olduğu barədə qərar qəbul etsin.
86.2.Müflis bankın ləğvi
məsələləri üzrə kreditorlar komitəsi
yalnız o halda yaradıla bilər ki, ləğvedicinin Milli
Bank tərəfindən dəstəklənmiş sorğusu
üzrə məhkəmə belə komitənin
yaradılmasını kreditor qruplarının mühüm
mənafelərinin təmsil və müdafiə edilməsi
üçün lüzumlu olduğu barədə qərar
qəbul etsin.
86.3.Kreditorların ümumi
yığıncağının keçirilməsinə
və ya kreditorlar komitəsinin yaradılmasına icazə
verən məhkəmə qərarlarında yığıncağın
və ya komitənin vəzifələri və
səlahiyyət dairəsi müəyyənləşdirilir.
M a d d ə 8 7. Tələblərin
ödənilməsi
87.1. Bu Qanunun 82-ci maddəsinə uyğun olaraq
təsdiq edilmiş tələblər ödəniş
növbəliyinə müvafiq surətdə
təsnifləşdirilərək kateqoriyalar üzrə
birləş-dirilir və bölgü cədvəlinə daxil
edilir. Hər kateqoriya üzrə tələblər
əvvəlki növbənin tələbləri tam
ödənildikdən sonra ödənilir. Növbə
daxilində tələblərin ödənilməsinə
vəsait çatışmadıqda ödənişlər
tələblərə proporsional faizlə
bölüşdürülür.
87.2.Tələbləri təsdiq edilmiş və
bölgü cədvəlinə daxil edilmiş bank
kreditorlarına ödənişlərin aparılması
qrafiki ləğvedici tərəfindən
məhkəməyə təsdiq olunmaq üçün təqdim
edilir.
87.3.Məhkəmə tərəfindən təsdiq
edilmiş ödənişlərin aparılması qrafiki
qətidir və ondan şikayət verilə bilməz.
87.4.Ödənişlərin aparılması qrafiki
məhkəmə tərəfindən təsdiq edildikdən
sonra ləğvedici dərhal həmin qrafikdə
nəzərdə tutulan ödənişləri icra edir.
Ödənişlərin aparılması qrafikinə daxil
edilmiş məbləğləri kreditorlara ödəmək
üçün onlarla əlaqə yaratmaq mümkün
olmadığı halda ödənilməmiş
məbləğlər Milli Bankda xüsusi hesabda depozitə
qoyulur. Ləğvedici kütləvi informasiya
vasitələrində bildiriş dərc etdirərək
göstərilən kreditorlara vəsaiti almaq üçün
müraciət etməyi təklif edir. Bu qaydada depozitə
qoyulmuş vəsait göstərilən kreditorlar və ya
onların hüquq varisləri tərəfindən həmin
tələblər üzrə iddia müddəti
bitənədək alma bilər. İddia müddəti
bitdikdən sonra ödənilməmiş
məbləğlər dövlət büdcəsinə
köçürülür.
M a d d ə 8 8. Xarici
bankın yerli filialı barəsində iflas proseduru
88.1. Xarici bankın yerli filialı barəsində
iflas proseduruna aşağıdakı hallardan hər hansı
biri olduqda başlanıla bilər:
88.1.1.bu Qanunun 61-ci maddəsində göstərilmiş
əsaslardan hər hansı biri müəyyən edildikdə;
88.1.2.xarici bankın yerləşdiyi ölkədə onun
barəsində iflas proseduruna başlanıldıqda. Bu zaman
iflas proseduruna Milli Bankın ərizəsi üzrə
başlanır.
88.2.Bu fəslin müddəalarının
məqsədləri üçün xarici bankın hər
hansı yerli filialı Azərbaycan Respublikasında fəaliyyəti
nəticəsində əmələ gələn, yaxud bu
və ya digər şəkildə onunla bağlı olan
aktivləri və passivləri də daxil olmaqla xarici bankın
törəmə bankı kimi qəbul edilir, o
şərtlə ki, bundan asılı olmayaraq xarici bank yerli
filialının öhdəlikləri üçün tam
məsuliyyət daşıyır.
88.3.Xarici bankın yerli filialı barəsində iflas
proseduruna başlanılmasına dair məhkəmə
qərarının təqdim edildiyi andan xarici bankın yerli
filialının Azərbaycan Respublikasında göstərdiyi
bütün fəaliyyət növlərinə xitam verilir. Bu
zaman filiala təyin edilmiş ləğvedicinin qabaqcadan
yazılı icazəsi ilə göstərilən
fəaliyyət növləri istisna təşkil edir.
88.4.Müflis elan olunmuş xarici bankın yerli
filialı barəsində bu Qanunun 78-ci maddəsi yalnız
xarici bankın Azərbaycan Respublikasında fəaliyyəti
nəticəsində əmələ gələn, yaxud bu
və ya digər şəkildə onunla bağlı olan
öhdəliklərin əvəzləşdirilməsi və
saldosunun çıxarılması hallarında tətbiq
edilir.
88.5.Azərbaycan Respublikasında filialı olan xarici
bankın iflası haqqında işə
başlanıldıqda onun yerli filialının
aktivlərindən ilk növbədə yerli filialın
Azərbaycan Respublikası ərazisində bank
fəaliyyəti nəticəsində əmələ
gələn öhdəliklərinin ödənilməsi
üçün istifadə edilir.
88.6.Xarici bankın yerli filialı barəsində
Azərbaycan Respublikasında başlanılmış iflas proseduru
filialın kreditorlarının öz tələblərinin
ödənilməsi məqsədilə həmin
tələblərin bankın xaricdəki aktivlərinə
yönəltmək hüququnu məhdudlaşdırmır.
M a d d
ə 8 9. Transmilli bankın ödəniş qabiliyyətinin
olmaması
89.1. Birdən çox ölkədə filial
şəbəkəsi ilə fəaliyyət
göstərən müflis olmuş bankın
aktivlərindən yerli və xarici kreditorların
bərabər istifadəsini təmin etmək
üçün:
89.1.1.yerli müflis bankın başqa ölkədə
filialları və nümayəndəlikləri olduqda, Milli
Bank həmin ölkənin bank tənzimlənməsi və
nəzarəti orqanları ilə mümkün olduğu
qədər əməkdaşlıq edir;
89.1.2.yerli müflis bankın kreditoru öz
tələblərini başqa ölkədə bankın
filialından qismən almışdırsa, kreditorun
tələbləri üzrə ödənilməmiş
qalıq müflis elan olunmuş banka təqdim edilə
bilər;
89.1.3.məhkəmə bankın müflis elan
olunmasına dair xaricdə qəbul edilmiş qərarı
və xarici bankların aktivlərinin qorunması və
maliyyə sağlamlaşdırılması üçün
xaricdə görülmüş tədbirlərin onların
Azərbaycan Respublikasındakı filiallarına nə
dərəcədə aid olmasını müəyyən
edir;
89.1.4.xarici bank yerləşdiyi ölkədə
ləğv prosesində olduqda, Milli Bank xarici bankın yerli
filialının Azərbaycan Respublikası ərazisində olan
kreditorlarının mənafelərinə uyğunluğu
baxımından aktivlərin köçürülməsini
və ya verilməsini məqbul sayarsa, həmin aktivlərin
xarici ölkədəki ləğvediciyə
köçürülməsinə və ya verilməsinə
dair qərar çıxarılması üçün
məhkəməyə müraciət edir.
M a d d ə 9 0. Müflisləşmə
ilə əlaqədar Milli Bankın məhkəmə
prosesində iştirakı
Bankın müflis elan
olunması və ya müflis elan olunmuş bankla
əlaqədar işə baxarkən birinci instansiya
məhkəməsi Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsinə müvafiq olaraq həmin
məsələyə dair Milli Bankın rəyini alır.
M a d d ə 9 1. İflas
prosedurunun başa çatması
91.1. Ləğvedici bankın ləğvini başa
çatdırdıqdan və müvafiq hesabatı
məhkəməyə təqdim etdikdən sonra o,
məhkəmənin qərarı ilə öz vəzifələrindən
azad edilir. Həmin qərarda məhkəmə bankın
mühasibat və digər sənədlərinin
qanunvericiliyə müvafiq qaydada Dövlət Arxivinə
təhvil verilməsi barədə göstəriş verir.
91.2. Bankın aktivlərinin satışından
əldə edilən vəsait bankın kreditorlarına
ödənildikdə və ya bu Qanunun 87.4-cü
maddəsinə müvafiq surətdə Milli Bankda depozitə
qoyulduqda bank barəsində iflas proseduru məhkəmənin
qərarı ilə başa çatmış hesab edilir.
91.3. Bank barəsində iflas prosedurunun başa
çatmasına dair məhkəmənin qərarı
məhkəmə tərəfindən Milli Banka və
dövlət qeydiyyatı orqanına göndərilir,
habelə kütləvi informasiya vasitələrində
dərc edilir. Ləğv olunmuş bank hüquqi
şəxslərin dövlət qeydiyyat reyestrindən
çıxarılır.
XI
fəsil
KEÇİD VƏ
YEKUN MÜDDƏALAR
M a d d
ə 9 2. Məhkəmə iddiasından müdafiə
Milli Bankın İdarə
Heyətinin üzvləri və ya onun vəzifəli
şəxsləri, əməkdaşları, habelə bu Qanuna
uyğun təyin edilmiş müvəqqəti inzibatçılar
və ləğvedicilər bu Qanunla müəyyən
edilmiş tənzimləmə, nəzarət və
ləğvetmə funksiya-larım və vəzifələrini
həyata keçirərkən hər hansı
hərəkəti və ya hərəkətsizliyi
nəticəsində yaranmış zərər
üçün məsuliyyət daşımır, bu
şərtlə ki, həmin hərəkətin və ya
hərəkətsizliyin qanunsuz əməllərin və ya
vicdansız hərəkətlərin nəticəsi olduğu
sübut edilməsin.
M a d d ə 9 3. Keçid
müddəalar
93.1. Bu Qanun qüvvəyə mindiyi tarixdən bir
il ərzində fəaliyyətdə olan banklar
aşağıdakı tələblərin yerinə
yetirməsini təmin etməlidirlər:
93.1.1.məhdud məsuliyyətli cəmiyyət
formasında fəaliyyət göstərən banklar bu Qanunun
19-cu maddəsinin tələblərinə uyğun olaraq
səhmdar cəmiyyəti formasında yenidən təşkil
edilməlidir;
93.1.2.bankların digər hüquqi
şəxslərdə bu Qanunun 33-cü maddəsi ilə
qadağan edilmiş fəaliyyəti ilə bağlı
iştirakı ləğv edilməlidir.
93.2. Bu Qanunun qüvvəyə mindiyi
tarixədək dövlət qeydiyyatından keçmiş
xarici bankların yerli nümayəndəlikləri bir il
ərzində Milli Bankda aparılan mərkəzi reyestrdə
qeydə alınmalı və bu Qanunun V fəslinə uyğun
olaraq hesabat sənədlərini Milli Banka təqdim etməlidirlər.
M a d d ə 9 4. Yekun
müddəalar
94.1. Bu Qanunda birbaşa göstərilən hallarla
yanaşı, Qanunun IV, VI,
VII, IX, X fəsilləri də eynilə xarici bankların
yerli filiallarına şamil edilir.
94.2. Bu Qanun dərc olunduğu gündən
qüvvəyə minir.
94.3. Bu Qanunun qüvvəyə minməsi ilə
əlaqədar 1996-cı il 14 iyun tarixli "Azərbaycan
Respublikasında banklar və bank fəaliyyəti
haqqında" Azərbaycan Respublikası Qanunu və 1995-ci il
19 yanvar tarixli "Bank sirrinin qorunması
Qaydaları"nın təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Milli Məclisinin qərarı
qüvvədən düşmüş hesab edilir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 16 yanvar 2004-cü il
¹ 590-IIQ