Banklar haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU[1]
Bu Qanun Azərbaycanda bank sisteminin hüquqi
bazasının beynəlxalq standartlara tam
uyğunlaşdırılması, iqtisadiyyatda bank
xidmətlərinin rolunun artırılması, bank
əmanətçilərinin və kreditorlarının
müdafiəsinin gücləndirilməsi və
bütövlükdə bank sisteminin stabil və
təhlükəsiz fəaliyyətinin təmin edilməsi
məqsədilə bankların təşkili, daxili idarə
edilməsi, fəaliyyətinin tənzimlənməsi və
ləğv edilməsi prinsiplərini, qaydalarını və
normalarını müəyyən edir.
I fəsil
ÜMUMİ
MÜDDƏALAR[2]
M a d d ə 1 . Əsas
anlayışlar
1.0.
Bu Qanunda istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir: [3]
1.0.1. Bank - fiziki və
hüquqi şəxslərdən depozitlərin və ya
digər qaytarılan vəsaitlərin cəlb edilməsi,
öz adından və öz hesabına kreditlərin
verilməsini, habelə müştərilərin
tapşırığı ilə köçürmə
və hesablaşma-kassa əməliyyatlarını məcmu
halda həyata keçirən hüquqi şəxsdir; [4]
1.0.2. Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir
neçə törəmə bankı olan, fəaliyyəti
baş ofisinin yerləşdiyi ölkənin bank
tənzimləməsi orqanları tərəfindən tənzimlənən
və nəzarət olunan şirkətdir;
1.0.3. Törəmə bank -
nizamnamə kapitalında səsvermə hüququ verən
səhmlərin əllidən çox faizi təsisçi
banka və ya bank holdinq şirkətinə məxsus olan
bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank
və ya bank holdinq şirkəti arasında
bağlanmış müqaviləyə əsasən
təsisçi banka və ya bank holdinq şirkətinə onun
qərarlarının qəbul edilməsinə mühüm
təsir göstərmək imkanı verilir;
1.0.4. Bankın filialı -
hüquqi şəxs olmayan, bankın olduğu yerdən
kənarda yerləşən, öhdəlikləri
üçün bankın özünün məsuliyyət
daşıdığı, banka icazə verilmiş bank
fəaliyyətinin hamısını və ya bir hissəsini
həyata keçirə bilən bankın ayrıca
bölməsidir;
1.0.5. Bankın şöbəsi -
hüquqi şəxs olmayan, bankın olduğu yerdən
kənarda yerləşən, öhdəlikləri
üçün bankın özünün məsuliyyət
daşıdığı, onun respublika ərazisində
depozitlər cəlb edən və/və ya
köçürmə, hesablaşma-kassa əməliyyatları
aparan ayrıca bölməsidir;
1.0.6. Bankın nümayəndəliyi - hüquqi şəxs olmayan, bankın olduğu
yerdən kənarda yerləşən, bank fəaliyyəti
ilə məşğul olmağa hüququ olmayan, yalnız
onun mənafelərini təmsil və müdafiə edən
bankın ayrıca bölməsidir;
1.0.7. Bank olmayan kredit
təşkilatı - qanunla bank olmayan kredit təşkilatı statusuna
malik olan hüquqi şəxs;[5]
1.0.8. Bank lisenziyası -
bu Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki
və hüquqi şəxslərdən depozitlər və ya
digər qaytanlan vəsaitlər cəlb etmək, öz
adından və öz hesabına
kreditlər vermək ilə bağlı fəaliyyəti,
habelə müştərilərin tapşırığı
ilə köçürmə və hesablaşma-kassa
əməliyyatlarını məcmu halda həyata
keçirməyə müstəsna hüquq verən xüsusi
razılıqdır;
1.0.9. Bank krediti (bundan sonra kredit) -
bağlanmış müqaviləyə uyğun olaraq
qaytarılmaq, müəyyən müddətə
(müddətin uzadılması hüququ ilə) və
faizlər (komisyon haqqlar) ödənilmək şərti
ilə, təminatla və ya təminatsız müəyyən
məbləğdə borc verilən pul vəsaitidir. Həmin
şərtlərlə pul vəsaitinin verilməsi haqqında
götürülmüş hər hansı öhdəlik,
qarantiya, zəmanət, borc qiymətli
kağızlarının diskontla və ya faizlər
alınmaqla satın alınması və müqaviləyə
əsasən hər hansı formada verilmiş vəsaitin
qaytarılmasını tələb etməklə bağlı
digər hüquq da kredit anlayışına aiddir;
1.0.10. Depozit - müvafiq
müqavilə şərtləri ilə faizlər və ya
komisyon haqqlar ödənilməklə və ya
ödənilmədən müştərilərin
(əmanətçilərin) tələbi ilə
qaytarılmasını və ya başqa hesaba
köçürülməsini nəzərdə tutan
bankın balansında aparılan cari, əmanət (depozit)
və ya digər hesaba qoyulmuş və ya
köçürülmüş pul vəsaitidir;
1.0.11. Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə
hüququnun 10 və ya daha çox faizini təşkil
edən, yaxud müqavilə əsasında
iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının
qəbul edilməsinə mühüm təsir
göstərməyə imkan verən paya birbaşa və ya
dolayı yolla sahiblikdir;
1.0.12. İnzibatçı -
bankın Müşahidə Şurasının, Audit
Komitəsinin və İdarə Heyətinin üzvləri,
habelə bankın baş mühasibi (mühasibat xidmətinin
rəhbəri), daxili audit bölməsinin
əməkdaşları, bank filialının,
şöbəsinin və nümayəndəliyinin
rəhbərləri və baş mühasibləri;
1.0.13. Banka aidiyyəti olan
şəxslər - Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində
göstərilən şəxslər, habelə bankın
nizamnamə kapitalında iştirak payından asılı
olmayaraq müqavilə əsasında bankın
qərarlarının qəbul edilməsinə mühüm
təsir göstərməyə imkan verən paya birbaşa
və ya dolayı yolla malik olan hər hansı şəxs,
bankın Audit Komitəsinin üzvləri, daxili audit bölməsinin
əməkdaşları, qərarların qəbul
edilməsində iştirak edən bankın digər
əməkdaşları, bankın və onun
filiallarının baş mühasibləri, həmin
şəxslərlə Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin 49-1.1.3-cü maddəsində
nəzərdə tutulmuş qohumluq əlaqələri olan
şəxslər, banka aidiyyəti şəxs adından
hərəkət etməyə hüququ olan
şəxslər, Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin 49-1.1.6-cı və 49-1.1.7-ci
maddələrində göstərilən şəxslərin
ən azı 20 faiz payla iştirak etdiyi hüquqi
şəxslər, bazar şərtlərindən
əhəmiyyətli dərəcədə
fərqlənən və açıq-aşkar iqtisadi
əsasları olmayan əməliyyatların
aparıldığı şəxslər;[6]
Banka
aidiyyəti olan şəxs adından hərəkət
edən şəxslər - aralarında bağladıqları müqavilə
əsasında banka aidiyyəti olan şəxs adından
hərəkət etməyə hüququ olan şəxs; banka
aidiyyatı olan şəxsin mühüm təsir
göstərə bildiyi hüquqi şəxs; banka aidiyyəti
olan şəxsin nümayəndəsi. [7]
1.0.14. Klirinq - hesablaşmalar
sisteminin bir və ya bir neçə
iştirakçısının həmin sistemin bir və ya
bir neçə digər iştirakçısına verdiyi
və ya onlardan aldığı ödəniş
məbləğləri üzrə yaranan tələblərin
və öhdəliklərin, onların fərqi olan bir xalis
tələb və ya bir xalis öhdəliyə
çevrilməsi prosesidir;
1.0.15. "Yerli" sözü
banka, filiala və ya nümayəndəliyə aid edildikdə
əsas fəaliyyət yeri Azərbaycan Respublikasında olan
bank, filial və ya nümayəndəlik başa
düşülür;
1.0.16. "Xarici" sözü
banka, filiala və ya nümayəndəliyə aid edildikdə
əsas fəaliyyət yeri Azərbaycan Respublikasından
kənarda olan bank, filial və ya nümayəndəlik başa
düşülür;
1.0.17. "Kredit təşkilatı" - bank, xarici bankın yerli filialı və ya bank
olmayan kredit təşkilatdır;
1.0.18. "Məqbul və lazımi keyfiyyətlərə
malik şəxs" - vətəndaş qüsursuzluğuna malik olan,
habelə ictimai mövqeyinə görə vicdanlı və
etimada layiq sayılan və peşəkar keyfiyyətləri,
təcrübəsi, işgüzar mənafeləri ona
bankın mühüm iştirak payının sahibi,
inzibatçısı, müvəqqəti
inzibatçısı və ləğvedicisi olmaq imkanı
verən fiziki şəxsdir;
1.0.19. "Vətəndaş qüsursuzluğu" dedikdə, mühüm iştirak payının
sahibləri, o, hüquqi şəxs olduqda onun icra
orqanının rəhbərləri, habelə bankın
törəmə strukturlarının rəhbərləri
üçün qəsdən törədilmiş
cinayətə görə məhkumluğun olmaması;
inzibatçı, müvəqqəti inzibatçı və
ləğvedici üçün məhkumluğunun
olmaması, keçmişdə mülkiyyət əleyhinə
və iqtisadi fəaliyyət sahəsində ağır və
xüsusilə ağır cinayətlərə görə
cinayət məsuliyyətinə cəlb edilməsi faktının
olmaması, müvafiq vəzifəni tutması və ya
peşə fəaliyyəti ilə məşğul olması
üzərində məhkəmə qərarı ilə
qoyulmuş qadağanın olmaması, məhkəmə
qaydasında müflis elan edilməsi faktının olmaması
başa düşülür;
1.0.20. "Prudensial" -
bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə
istiqamətlənmiş normativlərə, qaydalara,
tələblərə və göstərişlərə
əsaslanmış düşünülmüş
davranış, idarəetmə və nəzarət
üsuludur;
1.0.21. Bankın məcmu
kapitalı (öz vəsaiti) -
prudensial hesabatlıq məqsədləri üçün
istifadə olunan kapital olmaqla, maliyyə
bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən
etdiyi I dərəcəli (əsas) və II dərəcəli
(əlavə) kapitala daxil olan komponentlərin (elementlərin)
cəmi və onlardan tutulmaların fərqidir;
1.0.22. Maliyyə
bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında
tənzimləmə və nəzarətin həyata
keçirilməsi məqsədilə müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurum;[8]
1.0.23. Fond – “Əmanətlərin sığortalanması
haqqında” Azərbaycan Respublikasının Qanununa
əsasən yaradılmış hüquqi şəxsdir; [9]
1.0.24. Ödəmə qabiliyyətini itirmiş bank – bu
Qanunun 57.1.1-57.1.3-cü maddələrində
göstərilən əsaslardan hər hansı birinin və
ya bir neçəsinin müəyyən edildiyi
ödəmə qabiliyyətini itirmiş və ya itirmək
təhlükəsi olan bankdır;
1.0.25. Rezolyusiya – ödəmə qabiliyyətini itirmiş
bankın, o cümlədən bank holdinq şirkətinin
təxirəsalınmadan və mümkün az
məsrəflə maliyyə bazarından
kənarlaşdırılması məqsədi ilə
maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən bu Qanunun 57.6-cı maddəsində
nəzərdə tutulmuş tədbirlərin həyata
keçirilməsidir;
1.0.26. Rezolyusiya ilə bağlı tədbirlər planı
– ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiya
metodunu, şərtlərini, müddətini və iqtisadi
əsaslandırmasını özündə əks
etdirən sənəddir;
1.0.27. Körpü bank – ödəmə qabiliyyətini
itirmiş bankın sağlam aktivlərinin və
öhdəliklərinin tam və ya qismən
köçürülməsi və onların
müvəqqəti idarə edilməsi məqsədi ilə
maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən yaradılan və idarə olunan
bankdır;
1.0.28. Alıcı bank – bu Qanunla müəyyən
edilmiş qaydada ödəmə qabiliyyətini itirmiş
bankın aktiv və öhdəliklərini hərrac yolu
ilə əldə edən bankdır;
1.0.29. İnvestor – bu Qanunla müəyyən edilmiş
qaydada ödəmə qabiliyyətini itirmiş bankın
və ya körpü bankın satın alınması
üçün maliyyə bazarlarına nəzarət
orqanına müraciət edən hüquqi və ya fiziki
şəxsdir;
1.0.30. Müvəqqəti inzibatçı – bu Qanunda
nəzərdə tutulmuş hallarda maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən təyin edilən,
ödəmə qabiliyyətini itirmiş bankın
rezolyusiyası çərçivəsində maliyyə
bazarlarına nəzarət orqanının adından bankın
idarə olunması üzrə bütün
səlahiyyətləri, o cümlədən bank səhmdarlarının
ümumi yığıncağının
səlahiyyətlərini həyata keçirən
şəxsdir;
1.0.31. Sağlam aktiv – maliyyə bazarlarına nəzarət
orqanının normativ xarakterli aktları ilə standart aktiv
kimi təsnifləşdirilmiş aktivdir;
1.0.32. Sistem əhəmiyyətli bank – maliyyə bazarlarına
nəzarət orqanının normativ xarakterli aktı ilə
müəyyən edilən meyarlara uyğun bankdır;
1.0.33. Bankın öhdəliklərinin
könüllü restrukturizasiyası – bankın maliyyə
vəziyyətinin yaxşılaşdırılması
məqsədi ilə restrukturizasiya planı (bundan sonra - restrukturizasiya
planı) əsasında həyata keçirilən inzibati,
hüquqi, maliyyə, təşkilati-texniki və digər
tədbir və prosedurların məcmusudur.
M a d d ə 2 . Bank
sistemi və onun hüquqi əsasları
2.1. Azərbaycan Respublikasının bank sistemi maliyyə bazarlarına
nəzarət orqanından,
Azərbaycan Respublikasının Mərkəzi
Bankından (bundan sonra mətndə - Mərkəzi Bank) və kredit
təşkilatlarından ibarətdir.[10]
2.2. Mərkəzi Bank dövlətin
mərkəzi bankıdır və onun fəaliyyəti
Azərbaycan Respublikasının Konstitusiyası,
"Azərbaycan Respublikasının Mərkəzi
Bankı haqqında" Azərbaycan
Respublikasının Qanunu, Azərbaycan Respublikasının
Mülki Məcəlləsi, bu Qanun və bunlara müvafiq
olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar,
habelə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrlə tənzimlənir.
2.3. Azərbaycan Respublikasında kredit
təşkilatlarının fəaliyyəti Azərbaycan
Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan
Respublikasının Mülki Məcəlləsi, “Azərbaycan
Respublikasının Mərkəzi
Bankı haqqında” “Bank olmayan kredit
təşkilatlan haqqında” və “Kredit
İttifaqları haqqında” Azərbaycan Respublikası
qanunları, Azərbaycan
Respublikasının digər normativ hüquqi aktları,
maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın bunlara
müvafiq olaraq qəbul edilmiş normativ xarakterli aktları, habelə Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrlə tənzimlənir.[11]
2.3-1.
Ələt azad iqtisadi zonasında bank sahəsində
münasibətlər “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir.[12]
2.4. Cari bank fəaliyyəti ilə bağlı
qərarları qəbul edərkən kredit
təşkilatları dövlət hakimiyyəti və
bələdiyyə orqanlarından asılı deyildir və
onlar kredit təşkilatlarının fəaliyyətinə
qarışa bilməz. Kredit təşkilatları qanunla
onların fəaliyyət növlərinə aid edilməyən
fəaliyyəti həyata keçirməyə məcbur
edilə bilməz.
2.5. Kredit təşkilatlarının və
dövlətin müvafiq öhdəlik götürdüyü
hallardan başqa, bütün digər hallarda kredit
təşkilatları dövlətin, dövlət isə
kredit təşkilatlarının öhdəlikləri
üçün məsuliyyət daşımır.
M a d d ə 3 . Bank
fəaliyyətinin həyata keçirilməsinə dair
ümumi qaydalar
3.1. Azərbaycan Respublikasının
ərazisində banklar və bank olmayan kredit
təşkilatları bank fəaliyyətini maliyyə bazarlarına
nəzarət orqanının verdiyi xüsusi razılıq (lisenziya)
əsasında həyata keçirə bilər.
3.2. Depozit əməliyyatları yalnız banklar və
poçt" rabitəsinin milli operatoru tərəfindən
həyata keçirilə bilər.[13]
3.3. Bu Qanunun 3.1-ci, 3.4-cü,
35.4-cü və 42-ci maddələri istisna olmaqla digər müddəaları “Bank
olmayan kredit təşkilatları haqqında” və “Kredit
İttifaqları haqqında” Azərbaycan Respublikasının
qanunlarına və digər
qanunvericiliyə müvafiq olaraq lisenziyalaşdırılan
və tənzimlənən kredit ittifaqlarına və başqa
bank olmayan kredit təşkilatlarına şamil olunmur.[14]
3.4. Bu Qanunun 3.3-cü maddəsində
göstərilən bank olmayan kredit
təşkilatlarının bank fəaliyyətinin
lisenziyalaşdırılması və tənzimlənməsi “Bank olmayan kredit
təşkilatları haqqında” və “Kredit
İttifaqları haqqında” Azərbaycan Respublikasının
qanunları və maliyyə bazarlarına
nəzarət orqanının normativ xarakterli aktları ilə həyata
keçirilir. Bank olmayan kredit təşkilatlarına
rəhbərlik edən işçilərin peşə
ixtisasına və təcrübəsinə dair
tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.[15]
3.5. Maliyyə
bazarlarına nəzarət orqanı
hər hansı şəxsin lisenziyası olmadan bu Qanunun 3.1-ci
maddəsində göstərilən fəaliyyətlə
məşğul olduğunu müəyyən etdikdə,
həmin şəxsə bu fəaliyyətinə xitam
verilməsi haqqında tələb göndərir, qanunla nəzərdə
tutulmuş digər tədbirləri görür,
Mərkəzi Banka və müvafiq
dövlət orqanlarına bu barədə məlumat verir.[16]
M a d d ə 4 . Bankın
adı
4.1. Bankın onun nizamnaməsi
ilə müəyyən edilmiş firma adında mütləq
qaydada "bank" sözü olmalıdır. Heç bir
bank istənilən sənəddə, elanlarda və ya reklamda
özünün nizamnaməsində göstərilən addan
fərqli adla adlandırıla bilməz.
4.2. "Bank" sözünün işlədildiyi
mətndən bu sözün bank fəaliyyətinə aid
edilmədiyi tam aydın olduğu hallardan başqa, bank
fəaliyyəti ilə məşğul olmayan hüquqi
şəxsin adında "bank" sözünün
("bank" sözü olan söz birləşməsinin)
istifadəsi qadağandır.
4.3. Bankın törəmə banklarının
adında əsas bankın adı göstərilməlidir.
Bankların filiallarının, şöbələrinin və
ya nümayəndəliklərinin adında bank sözü hüquqi
bağlılıq və mənsubiyyət mənasında
göstərilməlidir.
4.4. Bank lisenziyası ləğv olunmuş bankların
adına "ləğv prosesində olan" sözləri
əlavə edilir.
4.5. Bankın adında "Azərbaycan
Respublikası", "dövlət", "milli"
sözlərindən istifadə edilməsinə yalnız
qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol
verilir.
4.6. Banklar eyni addan istifadə edə bilməz.
M a
d d ə 5 . Azərbaycan Respublikasının bank sistemində
xarici kapitalın iştirakı
5.1. Azərbaycan Respublikasının bank sistemində
xarici bank kapitalının iştirak limiti maliyyə bazarlarına
nəzarət orqanı
tərəfindən müəyyən edilir.
5.2. Xarici bank və ya xarici bank holdinq şirkəti
istisna olmaqla, əcnəbilərin və xarici hüquqi
şəxslərin yerli banklarda iştirakına maliyyə bazarlarına
nəzarət orqanı
tərəfindən limit müəyyən edilir.
5.3. Maliyyə bazarlarına
nəzarət orqanı xarici
bankların və xarici bank holdinq şirkətlərinin yerli
törəmə banklarının, filiallarının və
nümayəndəliklərinin, habelə yerli bankların
xarici filiallarının və nümayəndəliklərinin
fəaliyyətinin tənzimlənməsini və onlara
nəzarəti həyata keçirdikdə müvafiq xarici bank
tənzimləməsi və nəzarəti orqanları ilə
qarşılıqlılıq əsasında və
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayaraq
(o cümlədən Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə müvafiq olaraq) öz nəzarət
funksiyalarının yerinə yetirilməsi üçün
zəruri olan məlumatı
alır. Maliyyə
bazarlarına nəzarət orqanı
xarici bank tənzimlənməsi və nəzarəti
orqanları ilə məlumat mübadiləsini bu
məlumatın məxfiliyini təmin etməklə həyata keçirir. Bu məqsədlə maliyyə
bazarlarına nəzarət orqanı
xarici bank tənzimləməsi və nəzarəti
orqanları ilə əməkdaşlıq haqqında
sazişlər bağlaya bilər.[17]
5.4. Xarici banklar və xarici bank holdinq
şirkətləri də daxil olmaqla, siyahısı maliyyə bazarlarına
nəzarət orqanı
tərəfindən müəyyənləşdirilən
offşor zonalarda qeydə alınmış
əcnəbilər və xarici hüquqi şəxslər
yerli bankların təsisçiləri və ya
səhmdarları ola bilməz, habelə yerli törəmə
banklar təsis edə bilməz, yerli filiallar və ya
nümayəndəliklər aça bilməzlər.
II fəsil
BANK FƏALİYYƏTİNİN HƏYATA
KEÇİRİLMƏSİ ÜÇÜN
LİSENZİYA VƏ İCAZƏLƏRİN
VERİLMƏSİ
M a
d d ə 6 . Bank lisenziyaları və icazələr
6.1. Maliyyə bazarlarına
nəzarət orqanı bank
lisenziyalarının verilməsində və ləğv
edilməsində, habelə filiallar, şöbələr
və nümayəndəliklər açmaq üçün
banklara icazə verilməsində və verilmiş
icazələrin ləğv edilməsində müstəsna
hüquqlara malikdir.
6.2. Bank lisenziyaları və icazələr
yazılı formada müddətsiz olaraq verilir. Bank
lisenziyaları və icazələr yalnız onları
almış şəxslər tərəfindən istifadə
edilə bilər və üçüncü
şəxslərə verilə bilməz. Bank lisenziyaları
və icazələr maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən verildiyi gündən qüvvəyə
minir.
6.3.
Ərizəçi kifayət qədər
təşkilati-texniki hazırlığa və ya ixtisasa malik
olmadıqda, maliyyə bazarlarına
nəzarət orqanı verdiyi
bank lisenziyasında və icazədə bu Qanunun 32-ci
maddəsi ilə banklara icazə verilən fəaliyyət
növlərinin həyata keçirilməsi üçün
məhdudiyyətlər qoyur.[18]
M a
d d ə 7 . Bank lisenziyalarının və icazələrin
alınması üçün müraciət
7.1. Bank lisenziyası və icazə alınması
üçün bankın təsisçiləri və ya
qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş
şəxslər maliyyə
bazarlarına nəzarət orqanına yazılı şəkildə müraciət
edirlər. Müraciətin forması və məzmunu, ona
əlavə edilən sənədlər maliyyə
bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən
edilmiş tələblərə cavab verməlidir.
7.2. Bank lisenziyası və icazə alınması
üçün müraciətə baxarkən maliyyə bazarlarına
nəzarət orqanı bankın
kapitalında mühüm iştirak paylarının
sahiblərinin (hüquqi şəxs olduqda onların icra
orqanlarının rəhbərlərinin) və
inzibatçıların maliyyə vəziyyəti,
peşəkar fəaliyyəti və keçmişdə cinayət
məsuliyyətinə cəlb olunub-olunmadıqları
haqqında maliyyə, vergi və hüquq mühafizə
orqanlarından məlumat ala bilər. Bu tələb sonradan
bankda mühüm iştirak payını əldə etmək
istəyən şəxslərə (hüquqi şəxs
olduqda onların icra orqanlarının rəhbərlərinə),
yeni təyin olunan inzibatçılara və bankın
törəmə strukturuna çevrilən hüquqi
şəxsin icra orqanlarının rəhbərlərinə
də şamil edilir. Bu məqsədlə maliyyə, vergi
və hüquq mühafizə orqanları maliyyə bazarlarına
nəzarət orqanına onun tələb edə biləcəyi
məlumatı verir.
7.3. İlkin müraciətə baxılması və
bank lisenziyasının verilməsi üçün
"Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda
və qaydada dövlət rüsumu ödənilir.
M a d d ə 8 . Bank
lisenziyasının alınması üçün
müraciətlərə baxılması qaydaları
8.1. Bank lisenziyasının
alınması üçün müraciətlərə
baxılması iki mərhələdən ibarətdir:
8.1.1.bankın təsisçiləri və ya
qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş
şəxs (şəxslər) tərəfindən bank
lisenziyası almaq üçün ilkin müraciətin
edilməsi və ona baxılması (birinci mərhələ)
və
8.1.2.bank dövlət qeydiyyatına alındıqdan sonra
bank lisenziyası almaq üçün yekun müraciətin
edilməsi və ona baxılması (ikinci mərhələ).
8.2. İlkin müraciətə
aşağıdakı sənədlər əlavə olunur:
8.2.1. Bankın səsvermə hüququ olan
səhmlərini əldə edəcək hər bir sahibi
üçün:
8.2.1.1.həmin sahib hüquqi şəxs olduqda - onun
adını, ünvanını, kommersiya fəaliyyətinin
növünü, azı son üç maliyyə ilini
(hüquqi şəxs üç ildən az
müddətdə yaradıldıqda isə son maliyyə
illəri və ya ili) əhatə edən və auditor
yoxlamasından keçmiş maliyyə hesabatlarını
və auditor rəyini göstərən məlumat və
sənədlər, habelə həmin şəxsin nəzərdə
tutulan iştirak payının əldə edilməsi
barədə səlahiyyətli idarəetmə orqanının
qərarının surəti;
8.2.1.2.həmin sahib xarici hüquqi şəxs olduqda - bu
Qanunun 8.2.1.1-ci maddəsində sadalanan
sənədlərdən başqa qanunvericilikdə
müəyyən edilmiş qaydada leqallaşdırılmış,
onların yerləşdiyi ölkədə qeydiyyatdan
keçdiyini təsdiq edən sənəd, nizamnamə
(əsasnamə), ən azı son üç maliyyə ili
üçün auditor
yoxlamasından keçmiş maliyyə hesabatı və
auditor rəyi;
8.2.1.3.həmin sahib fiziki şəxs olduqda - onun
soyadını, adını, atasının adını və
vətəndaşlığım, şəxsiyyət
vəsiqəsinin və ya şəxsiyyətini təsdiq
edən digər sənədin məlumatlarmı, daimi
yaşayış yerini, məşğuliyyət
növünü göstərən məlumat və
sənədlər;
8.2.1.4.həmin sahib əcnəbi olduqda - bu Qanunun
8.2.1.3-cü maddəsində sadalanan sənədlərdən
başqa rezidenti olduğu ölkənin bir və ya bir
neçə maliyyə təşkilatlarının müsbət
tövsiyələri və/və ya bank hesablarından
çıxarışlar;
8.2.2.Bankın təklif edilən nizamnamə
kapitalının miqdarı, bankın nizamnamə kapitalında
təklif edilən hər bir sahibin (səhmdarın) payı,
onların digər təşkilatlarda mühüm iştirak
payları, habelə hər bir hüquqi şəxs
üçün bu hüquqi şəxsin kapitalında
digər şəxslərin mühüm iştirak payları
haqqında məlumatlar;
8.2.3.Bankda mühüm iştirak payının təklif
edilən sahibi hüquqi şəxs olduqda onun icra
orqanlarının rəhbərlərinin siyahısı.
Hər bir rəhbər tərəfindən imzalanmış
və imzası notariat qaydasında təsdiqlənmiş
vətəndaş qüsursuzluğuna dair ərizə;
Rəhbər əcnəbi olduqda, rezidenti olduğu
ölkənin müvafiq hakimiyyət orqanları
tərəfindən onun cinayət məsuliyyətinə
cəlb olunub-olunmadığı barədə verilmiş
və qanunvericilikdə müəyyən edilmiş qaydada
leqallaşdırılmış arayış;
8.2.4.Əgər mühüm iştirak payının
sahibi olan hüquqi şəxs şirkətlər qrupuna
daxildirsə bu qrup haqqında məlumatlar, o
cümlədən qrupa daxil olan digər təşkilatlarda
mühüm iştirak payına malik şəxslər, bu
şəxslərin inzibatçıları haqda məlumatlar;
8.2.5.Bankda mühüm iştirak payının təklif
edilən sahibi fiziki şəxs olduqda onun tərəfindən
imzalanmış və imzası notariat qaydasında
təsdiqlənmiş vətəndaş qüsursuzluğuna
dair ərizə;
Mühüm iştirak payının sahibi
əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq
hakimiyyət orqanları tərəfindən onun cinayət
məsuliyyətinə cəlb olunub-olunmadığı
barədə verilmiş və qanunvericilikdə
müəyyən edilmiş qaydada
leqallaşdırılmış arayış;
8.2.6.Bankın yaradılması, onun nizamnaməsinin
qəbul edilməsi və idarəetmə orqanlarının
formalaşdırılması haqqında protokol da daxil olmaqla,
bankın təsis sənədlərinin surəti və bankın
nizamnaməsi;
8.2.7.Bankın kommersiya strategiyasını,
nəzərdə tutduğu fəaliyyət növlərini,
təşkilati strukturunu, o cümlədən daxili
nəzarət sistemini və ilk üç il üçün
maliyyə proqnozlarmı (balans, mənfəət və
zərər haqqında hesabatı)
müəyyənləşdirən biznes-planı;
8.2.8.Bankın təklif edilən
inzibatçılarının siyahısı, habelə
onların hər biri üçün peşə ixtisası
və təcrübəsi haqqında məlumatın
göstərildiyi sənədlərin (təhsil və
əmək fəaliyyəti haqqında) notariat qaydasında
təsdiqlənmiş surətləri, həmin
şəxslər tərəfindən doldurulmuş anket, bankda
və digər hüquqi şəxslərdə onların
mühüm iştirak paylarının miqdarı və
siyahısı, tərəflərindən imzalanmış
və imzası notariat qaydasında təsdiqlənmiş
vətəndaş qüsursuzluğuna dair ərizə;
İnzibatçı əcnəbi olduqda, rezidenti
olduğu ölkənin müvafiq hakimiyyət orqanları
tərəfindən onun cinayət məsuliyyətinə
cəlb olunub-olunmadığı barədə verilmiş
və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış
arayış;
8.2.9. Xarici bankın
və ya xarici bank holdinq şirkətinin yerli törəmə
bankı üçün bu Qanunun 13.2-ci maddəsində
göstərilmiş sənədlər;
8.2.10. İlkin
müraciətə baxılması üçün
dövlət rüsumunun ödənildiyini təsdiq edən
sənəd.[19]
8.3. Maliyyə bazarlarına
nəzarət orqanı baxılmaq
üçün ona təqdim edilmiş ilkin
müraciətdə və ya müraciətə əlavə
edilmiş sənədlərdə səhvlər və ya
çatışmazlıqlar müəyyən etdikdə, bu
barədə müraciət edənlərə 15 təqvim
günü müddətində bildiriş göndərir
və onlara bu səhvləri və ya
çatışmazlıqları aradan qaldırmağı
təklif edir. Həmin müddətdə maliyyə bazarlarına
nəzarət orqanı müraciət
edənlərə yazılı bildiriş
göndərməzsə, sənədlər baxılmaq
üçün qəbul edilmiş hesab edilir.
8.4. Maliyyə bazarlarına
nəzarət orqanı ilkin
müraciəti bu Qanunun 8.3-cü maddəsində
göstərilən bildirişin göndərildiyi
gündən ən geci 90 təqvim günü
müddətində, xarici təsisçilərin
iştirakı olduğu halda isə ən geci 180 təqvim
günü müddətində baxır və müvafiq
qərar qəbul edir. Hər bir halda maliyyə
bazarlarına nəzarət orqanı
qəbul etdiyi qərarı müraciət edənlərə
göndərir.
8.5. Maliyyə bazarlarına
nəzarət orqanının ilkin müraciətə müsbət
baxılması haqqında qərarında
aşağıdakılar göstərilir:
8.5.1.bankın biznes-planı və təqdim edilmiş
sənədlərdə göstərilən bank
fəaliyyəti növlərini nəzərə almaqla
ödənilməli olan ilkin nizamnamə kapitalının
minimum miqdarı.
8.5.2.bank lisenziyasına daxil edilən bütün
məhdudiyyətlər və bunun
əsaslandırılması;
8.5.3. ərizəçilərin bank
lisenziyası verilənədək yerinə yetirməli
olduqları şərtlər və onlara dair tədbirlər;
8.6. Maliyyə
bazarlarına nəzarət orqanı
bank lisenziyası almaq üçün ilkin müraciəti
rədd etdikdə, öz qərarında bunun
səbəblərini göstərməlidir.
8.7. İlkin müraciət rədd edildikdə bank
lisenziyasının alınması üçün
müraciət maliyyə
bazarlarına nəzarət orqanına təkrarən təqdim edildikdə, ona yeni
müraciət kimi baxılır.
8.8. Maliyyə bazarlarına
nəzarət orqanı bank
lisenziyası alınması üçün ilkin
müraciətə müsbət baxdıqda, ilkin nizamnamə
kapitalının minimum miqdarının
köçürülməsi üçün öz balansında
həmin bankın müraciəti ilə onun adına hesab
açır.
8.9. Təsis edilən bank ilkin müraciətinin
müsbət baxılması haqqında qərarın qəbul
olunduğu gündən 180 təqvim günü
müddətində ilkin nizamnamə kapitalının minimum
miqdarını ödəməli və Azərbaycan Respublikasının
Mülki Məcəlləsi və ona müvafiq olaraq qəbul
edilmiş digər qanunvericilik aktlarına uyğun
dövlət qeydiyyatından keçməlidir. Bu
müddət ərzində təsis edilən bank korporativ
idarəetmə sistemlərini təşkil etməli (bu Qanunun
tələblərinə uyğun idarəetmə orqanlarını
yaratmalı, təşkilati strukturu formalaşdırmalı,
informasiya texnologiya sistemini tətbiq etməyə hazır
olmalı, mühasibat uçotu və hesabatı siyasətini
müəyyən etməli, reqlament hazırlamalı,
müvafiq rəhbər və minimum işçi heyəti
müəyyən etməli), texniki-təchizat və
təhlükəsizlik tədbirlərini tamamlamalıdır.
8.10. Bank lisenziyası almaq
üçün yekun müraciətə
aşağıdakı sənədlər əlavə edilir:
8.10.1.dövlət qeydiyyatı haqqında sənədin
və nizamnamənin surəti, habelə bankın reqlamenti;
8.10.2.bankın yaradılması və
inzibatçıların təyin edilməsi haqqında
səhmdarların ümumi yığıncağının
qərarının surəti;
8.10.3.bank lisenziyasının alınması
üçün ilkin müraciətə müsbət
baxılması haqqında maliyyə
bazarlarına nəzarət orqanının qərarı ilə müəyyən edilmiş
şərtlər qoyulduqda, həmin şərtlərin
yerinə yetirildiyini təsdiqləyən sənəd
(sənədlər);
8.10.4.ilkin müraciətlə təqdim edilmiş
məlumatlarda əhəmiyyətli dəyişikliklər
olduqda həmin dəyişikliklərin müfəssəl
şərh edildiyi yazılı məlumat;
8.10.5.bankın korporativ idarəetmə sistemlərinin, 0
cümlədən idarəetmə orqanlarının
formalaşdırılması, texniki-təchizat və
təhlükəsizlik tədbirlərinin həyata
keçirilməsini təsdiqləyən sənədlər;
8.10.6.bank lisenziyasının verilməsi üçün
dövlət rüsumunun ödənildiyini
təsdiqləyən sənəd.
8.11. Bankın yekun müraciətinə və ona
əlavə edilmiş sənədlərə ən geci 30
təqvim günü müddətində baxılır. Yekun
müraciətdə və/və ya ona əlavə edilmiş
sənədlərdə səhvlər və ya
çatışmazlıqlar müəyyən edildikdə,
onların aradan qaldırılması üçün maliyyə bazarlarına
nəzarət orqanı müraciət
edən banka müvafiq bildiriş göndərir. Yenidən
təqdim olunmuş sənədlərə maliyyə bazarlarına
nəzarət orqanı ən geci 15
təqvim günü müddətində baxmalıdır. maliyyə bazarlarına
nəzarət orqanı
sənədlərin bu Qanunun 8.10-cu maddəsinin
tələblərinə cavab verdiyini, ilkin nizamnamə
kapitalının minimum miqdarı üzrə
ödənişlərin maliyyə
bazarlarına nəzarət orqanına daxil olduğunu müəyyən etdikdə bank
lisenziyasının verilməsi haqqında qərar qəbul
edir və bu barədə müraciət edənlərə 5
təqvim günü müddətində yazılı
bildiriş göndərir.
M a d d ə 9 . Xarici
bankların yerli filiallarının
lisenziyalaşdırılması
9.1. Maliyyə bazarlarına
nəzarət orqanının verdiyi bank lisenziyası olmadan heç bir xarici bank
Azərbaycan Respublikasında filiallar aça bilməz.
9.2. Xarici bankın yerli filialının
açılmasına bank lisenziyasının alınması
üçün müraciətlərə baxılması iki
mərhələdən ibarətdir:
9.2.1.bank lisenziyası almaq üçün ilkin
müraciətin edilməsi və ona baxılması (birinci
mərhələ) və
9.2.2.dövlət qeydiyyatına alındıqdan sonra bank
lisenziyası almaq üçün yekun müraciətin
edilməsi və ona baxılması (ikinci mərhələ).
9.3. Xarici bank
tərəfindən Azərbaycan Respublikasında filial
açılmasına dair ilkin müraciətə qanunvericilikdə
müəyyən edilmiş qaydada
leqallaşdırılmış aşağıdakı
sənədlər əlavə edilir:
9.3.1.bankın nizamnaməsi və filialın
yaradılması barədə səlahiyyətli
idarəetmə orqanının qərarının surəti;
9.3.2.bankın mühüm iştirak paylarına malik olan
sahiblərinin payı göstərilməklə
siyahısı;
9.3.3.əgər bank şirkətlər qrupuna
daxildirsə, həmin qrup haqqında məlumat, o
cümlədən qrupa daxil olan digər təşkilatlarda
mühüm iştirak payına malik şəxslər, bu
şəxslərin inzibatçıları haqda məlumatlar;
9.3.4.təsisçi bank tərəfindən filiala
ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin
miqdarı haqqında məlumat;
9.3.5.bankın ən azı son üç maliyyə ili
üçün auditor yoxlamasından keçmiş
maliyyə hesabatı və auditor rəyi;
9.3.6.filialın əsasnaməsi. Əsasnamədə
filialın fəaliyyəti ilə bağlı digər
məlumatlarla yanaşı bank fəaliyyəti növləri,
bank tərəfindən filial üzərində
nəzarətin həyata keçirilməsi və ləğv
edilməsi qaydası göstərilməlidir;
9.3.7.filialın kommersiya strategiyasını,
nəzərdə tutduğu fəaliyyət növlərini,
təşkilati strukturunu, o cümlədən daxili
nəzarət sistemini, habelə filialın işinin ilk
üç ili üçün maliyyə proqnozlarmı
(balans, mənfəət və zərər haqqında hesabat)
müəyyənləşdirən biznes-planı;
9.3.8.bu Qanunun 13.2.1-ci maddəsində
göstərilmiş sənədlər;
9.3.9.filialın öhdəlikləri üçün
bankın məsuliyyət götürməsini təsdiq edən
sənəd;
9.3.10. filiala təyin
edilməsi təklif edilən inzibatçıların
siyahısı, habelə onların hər biri
üçün peşə ixtisası və
təcrübəsi haqqında məlumatın
göstərildiyi sənədlərin (təhsil və
əmək fəaliyyəti haqqında) notariat qaydasında
təsdiqlənmiş surətləri, həmin
şəxslər tərəfindən doldurulmuş anket, bankda
və digər hüquqi şəxslərdə onların
mühüm iştirak paylarının miqdarı və
siyahısı, tərəflərindən imzalanmış
və imzası notariat qaydasında təsdiqlənmiş
vətəndaş qüsursuzluğuna dair ərizə;
İnzibatçı əcnəbi olduqda, rezidenti
olduğu ölkənin müvafiq hakimiyyət orqanları
tərəfindən onun cinayət məsuliyyətinə
cəlb olunub-olunmadığı barədə verilmiş
və qanunvericilikdə müəyyən edilmiş qaydada
leqallaşdırılmış arayış;
9.3.11. ilkin
müraciətə baxılması üçün
dövlət rüsumunun ödənildiyini təsdiq edən
sənəd.
9.4. Xarici bankların yerli filiallarına bank
lisenziyasının alınması üçün təqdim
etdikləri ilkin və yekun müraciətlərə
baxılması və bank lisenziyasının verilməsi bu
Qanunun 8-ci maddəsində müəyyən edilmiş qaydada həyata
keçirilir.
M a d d ə 10. İnzibatçılara
dair tələblər
10.1.Bankların, onların filiallarının,
şöbələrinin, nümayəndəliklərinin
və xarici bankların yerli filiallarının və
nümayəndəliklərinin inzibatçıları
məqbul və lazımi keyfiyyətə malik
şəxslər olmalıdır.
10.2.Aşağıdakı şəxslər
bankların, onların filiallarının,
şöbələrinin və xarici bankların yerli
filiallarının inzibatçısı ola bilməzlər:
10.2.1.maliyyə vəziyyətinin pisləşməsi
və prudensial tələbləri pozmaqla əlaqədar
məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş
bankda ləğvetmə və ya iflas haqqında qərarın
qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan
müddətdə bankın
fəaliyyət strategiyasının müəyyən
edilməsi və qərarların qəbul edilməsi
proseslərində iştirak etmiş inzibatçısı
(belə şəxslər iki il ərzində başqa bankın
inzibatçısı ola bilməzlər); [20]
10.2.2.üç ildən az olmayan müddət
ərzində başqası ilə əvəz edilməsi
barədə maliyyə
bazarlarına nəzarət orqanının tələbi ilə hər hansı bankın,
filialın və ya şöbənin inzibatçısı
vəzifəsindən azad edilmiş şəxs (işə
bərpa olunması haqqında barəsində qanuni
qüvvəyə minmiş məhkəmə qərarı olan
şəxslər istisna olmaqla);
10.2.3.bankın inzibatçısı hüququndan qanunla
müəyyən edilmiş qaydada məhrum edilmiş
şəxslər;
10.2.4.bankın digər idarəetmə orqanının
(səhmdarların ümumi yığıncağı istisna
olmaqla) üzvü olan şəxslər;
10.2.5.İdarə heyətinin üzvləri istisna olmaqla,
bankda digər vəzifə tutan şəxslər;
10.2.6.Müşahidə Şurasının üzvü
üçün - üçdən çox hüquqi
şəxsin və ya digər hər hansı bir bankın
idarəetmə orqanlarının üzvü olan
şəxslər;
10.2.7.bankın İdarə Heyətinin üzvləri,
baş mühasibi (mühasibat xidmətinin rəhbəri),
daxili audit bölməsinin rəhbəri, bank filialının,
şöbəsinin rəhbəri və baş mühasibi
üçün - başqa banklarda, xarici bankların yerli
filiallarında, digər hüquqi şəxslərdə, o
cümlədən banka aidiyyəti olan hüquqi
şəxslərdə vəzifə tutan şəxslər
(bankın payçı olduğu digər banklarda və
hüquqi şəxslərdə Müşahidə
Şurasının üzvü olması halları istisna
olmaqla);
10.2.8.bankın inzibatçısı ilə qohumluq
münasibətlərində olan şəxs – onun əri/
arvadı, valideyni, o cümlədən
ərinin/arvadının valideyni, babası, nənəsi,
övladı, o cümlədən övladlığa
götürülən, qardaşı və bacısı (bank
şöbəsinin inzibatçıları istisna olmaqla);
10.2.9.dövlət hakimiyyəti və ya
bələdiyyə orqanında qulluqda olan şəxslər
(qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla).
10.3. İnzibatçı
vəzifəsinə təyin edilmək üçün
aşağıdakı tələblər
gözlənilməlidir:
10.3.1.bankın Müşahidə Şurasının,
Audit Komitəsinin sədri və üzvləri
üçün - ali iqtisadi və ya hüquqi təhsilin,
yaxud təhsilindən asılı olmayaraq maliyyə
idarələrində fəaliyyət strategiyasının
müəyyən edilməsi və qərarların qəbul
edilməsi proseslərində iştirak etmək imkanı
verən iş təcrübəsinin olması;
10.3.2.bankın İdarə Heyətinin sədri və
üzvləri, habelə bankın daxili audit bölməsinin
və filiallarının rəhbərləri üçün
- ali iqtisadi və ya hüquqi təhsilin və bank
sistemində azı 2 illik iş stajının olması, yaxud
ali təhsilin və bank sistemində azı 4 illik iş
stajının olması;
10.3.3.bankın və bank filialının baş
mühasibi (mühasibat xidmətinin rəhbəri)
üçün - ali iqtisadi təhsilin və bankda mühasib
vəzifəsində azı 2 illik iş stajının
olması və ya orta ixtisas təhsilinin və mühasib
vəzifəsində azı 5 illik iş stajının, o
cümlədən bank sistemində azı 2 illik iş
stajının olması. Bu tələblər baş
mühasibin imza hüququ olan müavininə də şamil
edilir. Bankın
baş mühasibi və ya bu vəzifələri icra edən
şəxs peşəkar mühasib olmalıdır.[21]
10.3.4.bank şöbəsinin inzibatçısı
üçün - ali və ya orta ixtisas təhsilinin və
bank fəaliyyəti sahəsində 6 aylıq iş
stajının olması.
10.4. Bank və ya
yerli filialı olan xarici bank, bankın və ya xarici bankın
yerli filialının inzibatçısı
vəzifəsinə nəzərdə tutulan bütün
təyinatlar və dəyişikliklər barəsində maliyyə bazarlarına
nəzarət orqanına yazılı bildiriş göndərməlidir.
Bildirişə müvafiq hallarda Qanunun 8.2.8-ci, 9.3.10-cu və
11.3.5-ci maddələrində nəzərdə tutulan
məlumatlar və sənədlər əlavə olunur. Maliyyə bazarlarına
nəzarət orqanı
bildirişə dair öz münasibətini 30 təqvim
günü müddətində banka və ya xarici bankın
yerli filialına bildirməli,
bu maddədə nəzərdə tutulan hallarda
isə inzibatçıların attestasiya vaxtını
təyin etməlidir. Bu müddətdə müraciətçiyə
bildiriş göndərilməzsə, inzibatçının
namizədliyinə müsbət baxılmış hesab olunur.
İnzibatçı vəzifəsinə
nəzərdə tutulan təyinatlar qanımla
müəyyən edilmiş tələblərə cavab
vermədikdə maliyyə
bazarlarına nəzarət orqanı
onların dəyişdirilməsini tələb
edir.
Bankın İdarə Heyətinin üzvləri,
daxili audit bölməsinin rəhbəri, bankın baş
mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun
imza hüququ olan müavinləri, habelə yerli və xarici
bankların yerli filiallarının rəhbərləri və
baş mühasibləri (mühasibat xidmətinin
rəhbəri) və onların imza hüququ olan
müavinləri maliyyə
bazarlarına nəzarət orqanında attestasiyadan keçirlər. Bu təyinatlara maliyyə bazarlarına
nəzarət orqanının müsbət rəyi alındıqdan sonra həmin
inzibatçılar öz vəzifələrinin icrasına başlayırlar.[22]
Attestasiyanın keçirilməsi qaydalarını maliyyə bazarlarına
nəzarət orqanı
müəyyən edir.
10.5. Bu maddədə nəzərdə tutulan
tələblər bankların və xarici bankların yerli
filiallarının bütün fəaliyyət
dövrünə şamil edilir.
M a d d ə 11. Yerli
bankların filiallarının,
şöbələrinin və nümayəndəliklərinin
açılmasına icazələrin alınması
11.1.Maliyyə bazarlarına
nəzarət orqanının icazəsi olmadan yerli bank filial, şöbə
və nümayəndəlik aça bilməz.
11.2.Yerli bankların şöbələrinin və
yerli
nümayəndəliklərinin açılması
üçün icazə alınması və icazənin
ləğv edilməsi qaydaları, habelə onların
fəaliyyəti ilə əlaqədar şərtlər və
tələblər maliyyə
bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən
edilir.
11.3.Yerli bank yerli və ya xarici filialını və
nümayəndəliyini açmağa icazə almaq
üçün maliyyə
bazarlarına nəzarət orqanına yazılı müraciət etməlidir.
Müraciətə aşağıdakı sənədlər
əlavə edilməlidir:
11.3.1.bankın
filial və ya nümayəndəlik açmaq barəsində
səlahiyyətli idarəetmə orqanı
tərəfindən qəbul edilmiş qərarın
təsdiqlənmiş surəti;
11.3.2.filialın və ya xarici nümayəndəliyin
əsasnaməsi. Əsasnamədə digər məlumatlarla
yanaşı filial və xarici nümayəndəliyin ünvanı,
bank fəaliyyət növləri (yalnız filiallar
üçün), inzibatçıların
səlahiyyətləri, bank tərəfindən
nəzarətin həyata keçirilməsi, filial və
nümayəndəliyin ləğv edilməsi qaydası
göstərilməlidir;
11.3.3.filialın kommersiya strategiyasını,
nəzərdə tutduğu fəaliyyət növlərini,
təşkilat strukturunu, habelə filialın işinin ilk
üç ili üçün maliyyə proqnozlarını
müəyyənləşdirən biznes-plan;
11.3.4.filialın və ya xarici nümayəndəliyin
inzibatçılarını (rəhbərlərini) təyin
etmək haqqında bankın səlahiyyətli orqanının
qərarının surəti;
11.3.5.filialın və ya xarici nümayəndəliyin
hər inzibatçısı üçün onun bankda və
digər hüquqi şəxslərdə mühüm
iştirak paylan göstərilməklə siyahısı,
peşə ixtisası və təcrübəsi haqqında
məlumatın göstərildiyi sənədlərin
(təhsil və əmək fəaliyyəti haqqında) notariat
qaydasında təsdiqlənmiş surətləri, həmin
şəxslər tərəfindən doldurulmuş anket, onun
tərəfindən imzalanmış və imzası notariat
qaydasında təsdiqlənmiş vətəndaş
qüsursuzluğuna dair ərizə;
11.4.
Maliyyə
bazarlarına nəzarət orqanı
müraciətdə və ya müraciətə əlavə
edilən sənədlərdə
səhvlər və ya çatışmazlıqlar
müəyyən etdikdə, o, həmin səhvlər və ya
çatışmazlıqlar haqqında 10 təqvim
günü müddətində ərizəçiyə
yazılı bildiriş göndərir və bu səhvləri
və ya çatışmazlıqları aradan
qaldırmağı təklif edir. Maliyyə
bazarlarına nəzarət orqanı
müraciətdə və ya ona əlavə edilmiş
sənədlərdə səhvlər və ya
çatışmazlıqlar olmadığını
müəyyən etdikdə, banka onun müraciətinin
qəbul edildiyi barədə 10 təqvim günü
müddətində yazılı bildiriş
göndərməlidir. Həmin müddətdə maliyyə bazarlarına
nəzarət orqanı müraciət
edənlərə yazılı bildiriş
göndərməzsə, sənədlər baxılmaq
üçün qəbul edilmiş hesab edilir.
11.5. Yerli bankın filialının və ya xarici
nümayəndəliyinin açılmasına icazə
alınması üçün ərizənin qəbul edildiyi
barədə bildirişin göndərildiyi gündən
ən geci 90 təqvim günü müddətində maliyyə bazarlarına
nəzarət orqanı
müraciətə bu Qanunda müəyyən edilmiş
əsaslara görə baxır və müvafiq qərar
qəbul edir. Hər bir halda maliyyə
bazarlarına nəzarət orqanı
qəbul etdiyi qərarı banka göndərir. Maliyyə bazarlarına
nəzarət orqanı
müraciətə müsbət baxdığı halda,
dərhal icazə verir. İcazədə filialın və ya
xarici nümayəndəliyin məşğul ola
biləcəyi fəaliyyətin xarakteri və miqyası
haqqında məlumat, habelə icazəyə daxil edilən
bütün məhdudiyyətlərin siyahısı
göstərilməlidir. İcazə alınması
üçün müraciətin rədd edilməsi və ya
icazəyə məhdudiyyətlər daxil edilməsi
haqqında maliyyə
bazarlarına nəzarət orqanının qərarında onların əsasları
göstərilməlidir.
11.6. Yerli bankın xarici filialının və ya xarici
nümayəndəliyinin açılmasına icazə
verildikdə onların fəaliyyət
göstərəcəyi ölkənin bank
tənzimləməsi və nəzarəti orqanı ilə
müəyyən edilmiş qaydada qarşılıqlı
əməkdaşlıq əsasında müvafiq filialın
və ya nümayəndəliyin fəaliyyəti
üzərində nəzarətin həyata keçirilməsi
imkanı da nəzərə alınır.
11.7.
Xarici filialını
və ya nümayəndəliyini açan yerli bank onların
yerləşdiyi ölkədə müvafiq icazə
aldıqdan sonra bu barədə maliyyə
bazarlarına nəzarət orqanına 5 təqvim günü müddətində
yazılı bildiriş göndərməlidir.
M a d d ə 12. Xarici bankların yerli
nümayəndəliklərinin açılmasına
icazənin alınması
12.1.Maliyyə bazarlarına
nəzarət orqanının icazəsi olmadan xarici bank Azərbaycan
Respublikasında nümayəndəliyini aça bilməz.
12.2.Xarici bank yerli nümayəndəliyini
açmağa icazə almaq üçün maliyyə bazarlarına
nəzarət orqanına ərizə ilə müraciət etməlidir.
Müraciətə leqallaşdırılmış
aşağıdakı sənədlər əlavə
edilməlidir:
12.2.1.bankın nizamnaməsinin və
nümayəndəlik açmaq barəsində
səlahiyyətli orqanının qərarının
surəti;
12.2.2.nümayəndəliyin yaradılması və
ləğv edilməsi haqqında qərarı qəbul
edən səlahiyyətli idarəetmə orqanı
göstərilməklə, bank, onun təşkilati strukturu
və idarəetmə orqanları haqqında məlumat;
12.2.3.bankın mühüm iştirak paylarının
sahiblərinin onlara məxsus səsli səhmlər payı
göstərilməklə siyahısı;
12.2.4.bankın son maliyyə ili üçün auditor
yoxlamasından keçmiş maliyyə hesabatı və
auditor rəyi;
12.2.5.nümayəndəliyin səlahiyyətləri
və ünvanı göstərilməklə onun
əsasnaməsi;
12.2.6.nümayəndəliyin
inzibatçılarının peşəkar
keyfiyyətləri və təcrübəsi, habelə
məhkumluqlarının olub-olmaması barədə bank
tərəfindən verilmiş arayış;
12.2.7.bu Qanunun 13.2.1-ci maddəsində
göstərilmiş sənədlər.
12.3.Maliyyə bazarlarına
nəzarət orqanı
müraciətdə və ya ona qoşulan
sənədlərdə səhvlər və ya
çatışmazlıqlar müəyyən etdikdə, onlar
haqqında banka 10 təqvim günü müddətində
yazılı bildiriş göndərir və bu səhvləri
və ya çatışmazlıqları aradan
qaldırmağı təklif edir. maliyyə
bazarlarına nəzarət orqanı
müraciətdə və ya ona əlavə edilmiş
sənədlərdə səhvlər və ya
çatışmazlıqlar olmadığını
müəyyən etdikdə, banka onun müraciətinin
qəbul edildiyi barədə 10 təqvim günü
müddətində yazılı bildiriş
göndərməlidir. Həmin müddətdə maliyyə bazarlarına
nəzarət orqanı müraciət
edənlərə yazılı bildiriş
göndərməzsə sənədlər baxılmaq
üçün qəbul edilmiş hesab edilir.
12.4.Xarici bankın nümayəndəliyin
açılmasına icazə alınması üçün
təqdim edilmiş müraciətin qəbul edilməsi
barədə bildirişin göndərildiyi gündən
ən geci 60 təqvim günü müddətində maliyyə bazarlarına
nəzarət orqanı bu Qanuna
müvafiq olaraq müraciətə baxır və müvafiq
qərar qəbul edir. Hər bir halda maliyyə
bazarlarına nəzarət orqanı
öz qərarının surətini müvafiq xarici banka
göndərir.
12.5.Xarici bankın nümayəndəliyi dövlət
qeydiyyatına alındıqdan
sonra dövlət qeydiyyatı haqqında sənədin
surətini və ilkin olaraq təqdim etdiyi məlumatlarda
əhəmiyyətli dəyişikliklərin
olmadığı barədə yazılı bəyanatı
təqdim etdikdən sonra maliyyə
bazarlarına nəzarət orqanı
ona icazə verir.
12.6.Xarici bankın yerli nümayəndəliyinə
verilən icazədə nümayəndəliyin həyata
keçirə biləcəyi işlərin xarakteri, habelə
icazəyə daxil edilən bütün
məhdudiyyətlərin siyahısı
göstərilməlidir. İcazə alınması
üçün müraciətin rədd edilməsi və ya
icazəyə məhdudiyyətlər daxil edilməsi
haqqında qərarda bunun səbəbləri
göstərilməlidir.
M a d d ə 13. Xarici bankın və xarici bank
holdinq şirkətinin yerli törəmə banklarına,
xarici bankın yerli filiallarına lisenziya verilməsi
üçün və xarici bankın yerli nümayəndəliklərinin
açılmasına icazə alınması üçün əlavə
tələblər
13.1.Xarici bankın və ya xarici bank holdinq
şirkətinin yerli törəmə banklarına, xarici
bankın yerli filiallarına bank lisenziyaları və xarici
bankın yerli nümayəndəliklərinin
açılmasına icazələr yalnız maliyyə bazarlarına
nəzarət orqanı ilə xarici
bankın və ya xarici bank holdinq şirkətinin bank
fəaliyyətini tənzimləyən və ona nəzarət
edən xarici səlahiyyətli orqanlar arasında
məsləhətləşmələr keçirildikdən
və həmin orqanlar tərəfindən banka və ya bank
holdinq şirkətinə konsolidasiya edilmiş əsasda
lazımi nəzarətin həyata keçirilməsi
müəyyən edildikdən sonra verilir.
13.2.Xarici bankın və xarici bank holdinq
şirkətinin yerli törəmə bankına, xarici
bankın filialına bank lisenziyası və ya xarici bankın
yerli nümayəndəliyinin açılmasına icazə
alınması üçün müraciətə bu Qanunun
8-ci və 9-cu maddələrində göstərilən
sənədlərdən başqa aşağıdakı
sənədlər də əlavə edilir:
13.2.1.
xarici bankın
törəmə bankı, filialı və ya
nümayəndəliyi üçün - təsisçi xarici
bankın yerləşdiyi ölkənin bank
tənzimləməsi və nəzarəti orqanının
bankın həmin ölkədə fiziki və hüquqi
şəxslərdən depozitlər və digər
qaytarılan vəsait cəlb etmək üçün
icazəsinin olması, habelə həmin tənzimləmə
və nəzarət orqanının banka nəzarəti
həyata keçirməsi barədə yazılı bildirişi
və bu orqanın törəmə bankın təsis
edilməsinə və ya filialın, nümayəndəliyin
açılmasına yazılı icazəsi;
13.2.1.xarici bank holdinq şirkətinin törəmə
bankı üçün - bank holdinq şirkətinin
yerləşdiyi ölkənin bank tənzimləməsi və
nəzarəti orqanının bu şirkətə nəzarəti
həyata keçirməsi, bu şirkətin fiziki və
hüquqi şəxslərdən depozitlər və digər
qaytarılan vəsait cəlb etməsi üçün
həmin ölkədə lisenziyası olan bir və ya bir
neçə bankının olması və ya onları
idarə etməsi barədə yazılı bildirişi və
bu orqanın törəmə bankın təsis
edilməsinə yazılı icazəsi.
13.3. Xarici bankların və xarici bank holdinq
şirkətlərinin törəmə banklarında
İdarə Heyəti üzvlərinin, xarici bankların yerli
filiallarında isə inzibatçılarının ən
azı biri Azərbaycan Respublikasının
vətəndaşları olmalıdırlar.
M a d d ə 14. Bank
lisenziyasının və ya icazənin verilməsi
şərtləri
14.1. Bankların
və xarici bankların yerli filiallarının etibarlı
və prudensial idarə olunmasını təmin etmək
zərurəti nəzərə alınmaqla, bank lisenziyası
bu Qanuna uyğun olaraq yalnız aşağıdakı
şərtlər gözlənildikdə verilir:
14.1.1.bankın ilkin nizamnamə kapitalı və ya xarici
bankın yerli filialının ilkin nizamnamə kapitalına
bərabər tutulmuş vəsaiti maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən ilkin müraciətin təsdiq edildiyi zaman
müəyyən edilmiş miqdardan az deyildir;
14.1.2.mühüm iştirak paylarının sahibi olan bir
və ya bir neçə təsisçisinin banka təsirinin
onun etibarlı və prudensial idarə olunması
üçün təhlükə törədəcəyinə
əsaslar verən faktlar məlum deyildir;
14.1.3.bank ilə mühüm iştirak payı olan xarici
bank və ya xarici bank holdinq şirkəti arasında
münasibətlər maliyyə
bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın nəzarət funksiyalarını həyata
keçirməsinə mane olmayacaqdır, təsisçi
bankın və ya bank holdinq şirkətinin yerləşdiyi
ölkədə bank tənzimləməsi və
nəzarəti orqanı tərəfindən onlara
səmərəli nəzarət həyata keçirilir,
həmçinin bu ölkənin bank tənzimləməsi
və nəzarəti orqanları maliyyə
bazarlarına nəzarət orqanı ilə əməkdaşlıq edəcəkdir;
14.1.4.mühüm iştirak paylarının sahibləri
olan fiziki şəxslər və hüquqi şəxslərin
icra orqanlarının rəhbərləri məqbul və
lazımi keyfiyyətlərə malik şəxslər olduqda;
14.1.5.bankın və ya xarici bankın yerli
filialının inzibatçıları bu Qanunun 10-cu və
müvafiq hallarda 13.3-cü maddəsinin
tələblərinə cavab verir;
14.1.6.bankın və ya xarici bankın yerli
filialının daxili idarəetmə və nəzarət
prosedurları adekvatdır;
14.1.7.bankın və ya xarici bankın yerli
filialının biznes-planı, o cümlədən maliyyə
proqnozları adekvatdır;
14.1.8.yerli törəmə bank xarici hüquqi
şəxsin (xarici bank və ya bank holdinq şirkəti istisna
olmaqla) törəmə strukturu deyildir;
14.1.9. bank xarici
bankın və ya xarici bank holdinq şirkətinin
törəmə bankıdırsa, xarici bank və ya xarici bank
holdinq şirkəti törəmə bankın
gələcək öhdəliklərinin
ödəniləcəyinə Azərbaycan Respublikası
Mülki Məcəlləsində nəzərdə tutulmuş
hallarda təminat verir;
14.1.10.xarici bank yerli filialının gələcək
öhdəliklərinin lazımınca və vaxtında
ödəniləcəyinə təminat verir;
14.1.11.bank xarici bankın və ya xarici bank holdinq
şirkətinin törəmə bankıdırsa,
təsisçi xarici bankın və ya xarici bank holdinq şirkətinin
yerləşdiyi ölkənin bank tənzimləməsi və
nəzarəti orqanı törəmə bankın təsis
edilməsinə icazə vermiş və maliyyə
bazarlarına nəzarət orqanı
ilə həmin orqan arasında
məsləhətləşmələrdən sonra
müəyyən olunmuşdur ki, xarici banka və ya xarici bank
holdinq şirkətinə və onların törəmə
banklarına (xarici və yerli) bu orqan tərəfindən
konsolidasiya əsasında lazımi nəzarət həyata
keçiriləcəkdir;
14.1.12.təsisçi xarici bankın ofisinin
yerləşdiyi ölkənin bank tənzimləməsi və
nəzarəti orqanı yerli filialın açılmasına
icazə vermiş və bankın fəaliyyətinə
lazımi nəzarəti həyata keçirir;
14.1.13.bank şirkətlər qrupunun
üzvüdürsə, bu cür üzvlük maliyyə bazarlarına
nəzarət orqanının və Mərkəzi Bankın
nəzarət funksiyalarını həyata
keçirməsinə mane olmayacaqdır;
14.1.14.təsisçilərin və ya yerli filial açan
xarici bankın müvafiq sənədlərlə təsdiq
olunmuş maliyyə vəziyyəti
qənaətbəxşdir;
14.1.15.bankın və ya xarici bankın yerli
filialının lisenziyalaşdırılması
üçün təqdim etdiyi sənədlər
Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə
uyğundur.
14.2. Yerli bankların yerli və xarici
filiallarının, xarici nümayəndəliklərinin və
xarici bankların yerli nümayəndəliklərinin
etibarlı və prudensial idarə olunmasını təmin
etmək zərurəti nəzərə alınmaqla,
onların açılmasına maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən icazə bu Qanuna uyğun olaraq yalnız
aşağıdakı şərtlər
gözlənilməklə verilir:[23]
14.2.1.bankın müvafiq sənədlərlə
təsdiq olunmuş maliyyə vəziyyəti
qənaətbəxşdir;
14.2.2.filialın və ya nümayəndəliyin
inzibatçıları bu Qanunun 10-cu maddəsinin
tələblərinə cavab verir;
14.2.3.filial üçün təklif edilən daxili
idarəetmə və nəzarət prosedurları
adekvatdır;
14.2.4.filialın biznes-planı, o cümlədən
maliyyə proqnozları adekvatdır;
14.2.5.yerli bankın xarici filialının,
nümayəndəliyinin yerləşdiyi ölkənin bank
tənzimləməsi və nəzarəti orqanı maliyyə bazarlarına
nəzarət orqanı ilə qarşılıqlı əməkdaşlıq
əsasında həmin filiala, nümayəndəliyə
lazımi nəzarəti həyata keçirəcəkdir;
14.2.6.təsisçi olan xarici bankın yerləşdiyi
ölkənin bank tənzimləməsi və nəzarəti
orqanı yerli nümayəndəliyin açılmasına
icazə vermişdir və bankın fəaliyyətinə
lazımi nəzarəti həyata keçirəcəkdir;
14.2.7.bankın yerli filialının fəaliyyət
göstərəcəyi yer maliyyə
bazarlarına nəzarət orqanının bank fəaliyyətinin həyata keçirilməsi
üçün müəyyən etdiyi texniki-təchizat
tələblərinə cavab verir;
14.2.8.filial tərəfindən bank hesabları
üzrə aparılan əməlliyyatlar təsisçi
bankın hesabatlarında maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən müəyyən edilmiş vaxt
rejimində həyata keçirilir;
14.2.9.filialın və ya nümayəndəliyin
açılmasına icazə almaq üçün təqdim
edilən sənədlər Azərbaycan Respublikasının
qanunvericiliyinin tələblərinə uyğundur.
14.3. Bank lisenziyası və ya icazə
alınması üçün ərizə rədd
edildikdə müraciət edənlər maliyyə
bazarlarına nəzarət orqanının qərarını aldıqdan sonra Azərbaycan
Respublikasının İnzibati-Prosessual
Məcəlləsində
nəzərdə tutulmuş qaydada məhkəməyə
müraciət edə bilərlər.[24]
M a d d ə 15. Bank
lisenziyalarının və icazələrin reyestri
15.1.Maliyyə bazarlarına
nəzarət orqanı bankların,
filialların, şöbələrin və
nümayəndəliklərin ictimaiyyət üçün
açıq olan mərkəzi reyestrini tərtib edir.
Reyestrə bankların, filialların, şöbələrin
və nümayəndəliklərin adları, ünvanları,
inzibatçıları barədə məlumatlar, onlara
verilmiş və ləğv edilmiş lisenziyaların və
icazələrin qeydiyyat nömrələri və tarixi,
fəaliyyətinə xitam verilmiş banklar, filiallar,
şöbələr və nümayəndəliklər
haqqında məlumatlar daxil edilir.
15.2.Banklar reyestrə daxil edilmiş məlumatlarda
dəyişikliklər barəsində maliyyə
bazarlarına nəzarət orqanına beş təqvim günü müddətində
yazılı bildiriş göndərirlər.
M a d d ə 16. Bank lisenziyasının və ya icazənin
ləğvi
16.1. Bankın və ya xarici bankın yerli
filialının bank lisenziyası yalnız maliyyə bazarlarına
nəzarət orqanı
tərəfindən aşağıdakı əsaslardan biri olduqda
ləğv edilməsi məsələsinə baxılır:
16.1.1.bankın təsisçilərinin
(səhmdarlarının) müraciəti (qərarı)
əsasında;
16.1.2.xarici bank yerli filialını bağlamaq haqqında
qərar qəbul etdikdə;
16.1.3.bank müflis elan edildikdə;
16.1.4.lisenziya alınması üçün ərizə
verilərkən təqdim edilmiş məlumatların
yanlış olduğu müəyyən edildikdə;
16.1.5.bank və ya xarici bankın yerli filialı bank
lisenziyasının qüvvəyə mindiyi gündən on iki
ay müddətində bank lisenziyasına müvafiq olaraq
fəaliyyətə başlamadıqda və ya maliyyə bazarlarına
nəzarət orqanı
tərəfindən bankın və ya xarici bankın yerli
filialının altı ay müddətində depozitlər
və ya digər qaytarılan vəsait cəlb etmədiyi
və ya kreditlər vermədiyi müəyyən edildikdə;
16.1.6.bankın nizamnamə kapitalının və ya
məcmu kapitalının miqdarı və xarici bankın yerli
filialının nizamnamə kapitalına bərabər
tutulmuş vəsaitinin və ya məcmu kapitalının
(xarici bankın yerli filialının məcmu kapitalına
bərabər tutulmuş vəsaitinin) miqdarı müvafiq
olaraq maliyyə
bazarlarına nəzarət orqanının banklar üçün müəyyən etdiyi
nizamnamə kapitalının və ya məcmu kapitalın
minimum miqdarından az olduqda;
16.1.7.bankın məcmu kapitalının və ya xarici
bankın yerli filialının məcmu kapitala bərabər
tutulmuş vəsaitinin adekvatlıq əmsalı 3 faizdən
az olduqda;
16.1.8.bank və ya xarici bankın yerli filialı
kreditorları qarşısında öhdəliklərini
yerinə yetirə bilmədikdə, 0 cümlədən ona
həvalə olunmuş aktivlərin təhlükəsizliyini
təmin edə bilmədikdə;
16.1.9. bank və ya xarici bankın yerli
filialı idarəetməni və ya cari fəaliyyətini
etibarlı və prudensial qaydada həyata
keçirmədikdə və ya bu Qanunun, Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun, maliyyə
bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktlarının
tələblərini iki dəfədən artıq halda
pozduqda;
16.1.10.bank lisenziyasında və ya icazədə
nəzərdə tutulmayan fəaliyyət növlərini
həyata keçirdikdə;
16.1.11.bu Qanunun 14.1.2-14.1,4-cü maddələrində
göstərilən faktlar müəyyən edildikdə və
14.1.5-14.1.7-ci maddələrinin tələbləri yerinə
yetirilmədikdə;
16.1.12.Maliyyə bazarlarına
nəzarət orqanının icazəsi olmadan bank başqa bankın
törəmə bankına çevrildikdə;
16.1.13.yerli törəmə bankı və ya filialı
olan xarici bank və ya xarici bank holdinq şirkətinin
lisenziyası ləğv edildikdə;
16.1.14.bankın yenidən təşkili maliyyə bazarlarına
nəzarət orqanının icazəsi olmadan həyata keçirildikdə;
16.1.15.xarici bank və xarici bank holdinq şirkətinə,
habelə şirkətlər qrupunun üzvü olan banka
yerləşdiyi ölkənin bank tənzimlənməsi
və nəzarəti orqanı tərəfindən
lazımınca nəzarətin təmin edilməməsi
səbəbindən maliyyə
bazarlarına nəzarət orqanı və ya Mərkəzi Bank onların törəmə banklarına
nəzarəti həyata keçirə bilmədikdə;[25]
16.1.16.bilərəkdən maliyyə
bazarlarına nəzarət orqanına və ya Mərkəzi Banka yanlış hesabat və məlumat verildiyi
faktları müəyyənləşdirildikdə;
16.1.17.sonuncu üç hesabat tarixinə maliyyə bazarlarına
nəzarət orqanına və ya Mərkəzi Banka
aylıq hesabat təqdim edilmədikdə;[26]
16.1.18.bank və ya xarici bankın yerli filialı bu Qanuna, maliyyə
bazarlarına nəzarət orqanının və ya
Mərkəzi Bankın normativ xarakterli
aktlarına uyğun olaraq maliyyə bazarlarına nəzarət
orqanının və ya Mərkəzi Bankın ona verdiyi
sərəncamları və ya digər yazılı
göstərişləri yerinə yetirmədikdə;[27]
16.1.19. ödəmə
qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə
bağlı tədbirlər planında nəzərdə
tutulduqda; [28]
16.1.20.
bankın rezolyusiyası ilə bağlı tədbirlər
planının icrası nəzərdə tutulan
müddətdə başa çatdırılmadıqda və
ya ödəmə qabiliyyətinin bərpası ilə
bağlı tədbirlər nəticə vermədikdə.
16.2. Yerli bankın filiallarına və
nümayəndəliklərinə, o cümlədən xarici
bankın yerli nümayəndəliklərinə verilmiş
icazə yalnız maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən aşağıdakı əsaslardan biri olduqda
ləğv edilməsi məsələsinə baxılır:[29]
16.2.1.icazə almaq üçün ərizə
verilərkən təqdim edilmiş məlumatların
yanlış olduğu
müəyyənləşdirildikdə;
16.2.2.bankın lisenziyası ləğv edildikdə;
16.2.3.bank müflis elan olunduqda;
16.2.4.bank ləğv edildikdə;
16.2.5.icazəni aldıqdan sonra on iki ay ərzində
fəaliyyətə başlamadıqda, yaxud maliyyə bazarlarına
nəzarət orqanı yerli bankın
filialının altı ay ərzində fəaliyyətinin
dayandırıldığını müəyyən
etdikdə;
16.2.6.bu Qanunun 14.2.1-14.2.5-ci maddələrində
göstərilmiş hər hansı şərt yerinə
yetirilmədikdə;
16.2.7.icazəni almış bank, filial və ya
nümayəndəlik idarəetməni və ya cari
fəaliyyətini etibarlı və prudensial qaydada həyata
keçirmədikdə və ya bu Qanunun, Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun, maliyyə
bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktlarının
tələblərini iki dəfədən artıq halda
pozduqda;
[30]
16.2.8.
bank lisenziyasında
və ya icazədə nəzərdə tutulmayan fəaliyyət
növlərini həyata keçirdikdə;
16.2.9.
filialın və ya
nümayəndəliyin bağlanması haqqında qərar
qəbul edildikdə;
16.2.10. yerli
bankın xarici filialının və ya
nümayəndəliyinin yerləşdiyi ölkədə bank
tənzimləməsi və nəzarəti orqanı onların
fəaliyyətinə lazımi nəzarəti həyata
keçirmədikdə.
16.3. Bank
lisenziyasının və ya icazənin ləğv edilməsi
qərarı haqqında banka maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən əsaslar göstərilməklə
yazılı məlumat verilir.
16.4.
Bu Qanunun 16.1.9-cu, 16.1.15-ci, 16.1.16-cı, 16.1.17-ci, 16.1.18-ci
və 16.2.7-ci maddələrində göstərilən
əsaslardan biri olduqda, səlahiyyətlərinə aid
edilmiş məsələlər üzrə Mərkəzi
Bank bank lisenziyasının və ya icazənin ləğv
edilməsi üçün maliyyə bazarlarına
nəzarət orqanına əsaslandırılmış
yazılı müraciət edir.[31]
M a d d ə 17. Bank
lisenziyasının və ya icazənin
bankın öz müraciəti ilə ləğvi
17.1.Bank ona verilmiş bank lisenziyasının və ya
filialın və nümayəndəliyin açılmasına
verilmiş icazənin ləğv edilməsi haqqında maliyyə bazarlarına
nəzarət orqanına müraciət edir.
17.2.Bank ona verilmiş lisenziyanın ləğvi
barədə ərizəyə bank tərəfindən
təsdiq edilmiş ləğvetmə planını,
ərizənin verildiyi gündən etibarən üç ay
əvvəlki tarixə kənar auditor tərəfindən
təsdiqlənmiş maliyyə hesabatını əlavə
etməlidir. Maliyyə
bazarlarına nəzarət orqanı
ərizənin təqdim edildiyi gündən ən geci 90
təqvim günü müddətində bankın
müraciətinə dair qərar qəbul etməlidir.
Bankların filiallarına verilmiş
icazələrin ləğvi barədə müraciətə
və əlavə edilmiş ləğvetmə planına maliyyə bazarlarına
nəzarət orqanı ərizənin
təqdim edildiyi gündən etibarən ən geci 30 təqvim
günü müddətində baxaraq bankın
müraciətinə dair qərar qəbul etməlidir.
17.3.Bankın və ya xarici bankın yerli
filialının ləğvetmə planı və
ödəniş qabiliyyəti məqbul hesab edildikdə,
habelə bank lisenziyası ləğv edildikdən sonra
onların öz öhdəliklərini ödəmək
üçün yetərli miqdarda likvid vəsaiti olduqda maliyyə bazarlarına
nəzarət orqanı
tərəfindən ərizəyə dair müvafiq qərar
qəbul edilir və bank və ya xarici bankın yerli filialı
bu Qanunun 58-ci maddəsinin müddəalarına uyğun
ləğv edilir.
17.4.Bank lisenziyasının və ya icazənin
ləğv edilməsi barədə ərizənin rədd
edilməsi haqqında əsaslandırılmış qərar
maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən dərhal banka və ya təsisçi xarici
banka və onun yerli filialına göndərilməlidir.
M a d d ə 18. Bank lisenziyasının və
ya icazənin ləğvi haqqında qərarın
dərc edilməsi və qüvvəyə minməsi
18.1.Maliyyə bazarlarına
nəzarət orqanı bank
lisenziyasının və ya xarici bankın yerli
nümayəndəliyinin icazəsinin ləğv edilməsi
haqqında qərarını onu qəbul etdiyi gündən
etibarən 5 təqvim günü müddətində
dövlət qeydiyyatı və vergi orqanlarına ləğvetmə
haqqında bildiriş göndərməli və kütləvi
informasiya vasitələrində rəsmi məlumat dərc
etdirməlidir. Bank lisenziyasının və ya xarici bankın
yerli nümayəndəliyinin icazəsinin ləğvi
haqqında qərar, onda başqa müddət
nəzərdə tutulmayıbsa, dərc edildiyi günün
ertəsi günü qüvvəyə minir.
18.2.
Bank
lisenziyasının və ya xarici bankın yerli
nümayəndəliyinin icazəsinin ləğvi haqqında
qərarın qüvvəyə mindiyi gündən etibarən
müvafiq bankın, filialın və nümayəndəliyin
adında "ləğv prosesində olan" sözləri
əlavə edilir və ona bank lisenziyasına və ya
icazəyə əsasən müvafiq fəaliyyət
növlərinin həyata keçirilməsi qadağan edilir.
Bundan sonra bank, filial və ya nümayəndəlik
qanunvericiliyə müvafiq surətdə bankın və ya
xarici bankın yerli filialının iflası proseduruna başlanıldığı
hallar istisna olmaqla, bu Qanunun tələbləri
nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq
ləğv olunmalıdır.
18.3. Yerli və xarici banklar bank lisenziyasının
və ya icazənin ləğv edilməsi haqqında maliyyə bazarlarına
nəzarət orqanının qərarından Azərbaycan
Respublikasının İnzibati-Prosessual
Məcəlləsində
müəyyən edilmiş qaydada məhkəməyə
şikayət verə bilərlər. Şikayətin
verilməsi maliyyə
bazarlarına nəzarət orqanının müvafiq qərarının icrasını
dayandırmır.
III fəsil
BANKLARIN
YARADILMASI, İDARƏ EDİLMƏSİ VƏ DAXİLİ AUDİT
M a d d ə 19. Bankların
təşkili
19.1.Bu Qanunun 57-8-ci
maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla, bank ən azı üç hüquqi
və/və ya fiziki şəxs tərəfindən
açıq səhmdar cəmiyyəti formasında
yaradılır və
fəaliyyət göstərir. [32]
19.2.Siyasi partiyalar, ictimai birliklər, fondlar və
digər qeyri-kommersiya təşkilatlan bankın
səhmdarı ola bilməzlər.
19.3.Bank yalnız adlı səhmlər buraxa bilər. Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 106-1.5-ci
maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla, bankın imtiyazlı səhm
sahibləri səs hüququna malik ola bilməzlər. [33]
19.4.Bankın təsisçiləri olan
səhmdarları onun sonrakı səhmdarlarına
nisbətən hər hansı əlavə
üstünlüklərə malik ola bilməz və ya hər
hansı əlavə vəzifələr daşıya
bilməzlər.
M a d d ə 2 0. Bankın
nizamnaməsi və reqlamenti
20.1. Bankın təsisçiləri Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə
müvafiq olaraq nizamnaməsini tərtib edir və təsdiq
edir. Bankın nizamnaməsində dəyişikliklər maliyyə bazarlarına
nəzarət orqanının qabaqcadan yazılı icazəsi ilə edilir.
20.2. Hər bir bank onun nizamnaməsinə uyğun olaraq
bu Qanunla müəyyən edilmiş qaydada təsdiq edilən
və aşağıdakıları müəyyən edən
daxili reqlament əsasında fəaliyyət göstərir:
20.2.1.bankın təşkilati və idarəetmə
strukturu, o cümlədən onun əməliyyat və inzibati
şöbələri, onların bölmələri və
funksiyaları, tabeliyi və hesabat verməsi qaydası;
20.2.2.bankın idarəetməsi və nəzarəti
altında olan şöbələrin və
bölmələrin rəhbərlərinin
vəzifələri;
20.2.3.daxili audit xidmətinin, digər daimi daxili komissiya
və komitələrin funksiyaları;
20.2.4.bankın inzibatçılarının və
struktur bölmələrinin rəhbərlərinin bank
fəaliyyətinin həyata keçirilməsi üzrə
səlahiyyətləri;
20.2.5.filial və şöbələrin
inzibatçılarının vəzifəyə təyin
və azad edilməsi qaydaları, habelə onların bank
fəaliyyətinin həyata keçirilməsi üzrə
səlahiyyətləri.
20.3. Bankın nizamnaməsinin
notariat qaydada təsdiqlənmiş surəti, bank
tərəfindən təsdiqlənmiş daxili reqlamenti,
habelə bankın bank fəaliyyəti ilə əlaqədar
müqavilələri imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin
siyahısı
bank tərəfindən maliyyə
bazarlarına nəzarət orqanına bir nüsxədə təqdim edilir və maliyyə bazarlarına
nəzarət orqanında saxlanılır.
20.4. Bankın
nizamnaməsində edilən dəyişikliklər
Azərbaycan Respublikasının Mülki
Məcəlləsində müəyyən edilmiş qaydada
dövlət qeydiyyatına alınır. Bankın
nizamnaməsində və reqlamentində edilən
dəyişikliklər beş təqvim günü
müddətində maliyyə
bazarlarına nəzarət orqanına təqdim edilir.
M a d d ə 2 1. Bankların və xarici
bankların yerli filiallarının
kapitalına tələblər
21.1.Bank məcmu kapitalmı, xarici bankın yerli
filialı isə məcmu kapitala bərabər tutulmuş
vəsaitini daimi olaraq maliyyə
bazarlarına nəzarət orqanının banklar üçün müəyyən etdiyi
məcmu kapitalın minimum miqdarından aşağı olmayan
səviyyədə saxlamalıdır. Bankın məcmu
kapitalının, xarici bankın yerli filialı
üçün isə məcmu kapitala bərabər
tutulmuş vəsaitin strukturu, komponentləri və
hesablanması qaydası maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən müəyyən edilir.
21.2.Heç bir bank maliyyə
bazarlarına nəzarət orqanının qabaqcadan yazılı icazəsi olmadan
səhmlərinin satın alınması və ya
səhmlərin nominal dəyərinin azaldılması
zamanı onun dəyərinin ödənilməsi yolu ilə
məcmu kapitalını azalda bilməz.
21.3.Heç bir xarici bank maliyyə
bazarlarına nəzarət orqanının qabaqcadan yazılı icazəsi olmadan nizamnamə
kapitalına bərabər tutulmuş vəsaitlərinin geri
götürülməsi yolu ilə yerli filialının
məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda
bilməz.
21.4.Bankın nizamnamə kapitalı və xarici
bankın yerli filialının nizamnamə kapitalına
bərabər tutulan vəsaiti səhmdarların və ya xarici
bankın yalnız Azərbaycan Respublikasının milli
valyutasında ödədiyi pul vəsaiti ilə
formalaşdırılmalıdır.
21.5.Bankın və ya xarici bankın yerli
filialının inzibatçıları məcmu kapitalın
və ya məcmu kapitala bərabər tutulmuş vəsaitin
miqdarının maliyyə
bazarlarına nəzarət orqanının banklar üçün müəyyən etdiyi
məcmu kapitalın (məcmu kapitala bərabər tutulmuş
vəsaitin) minimum miqdarının 25 faizinə və ya onun
adekvatlıq əmsalının 3 faizə
çatdığını müəyyən etdikləri
bütün hallarda dərhal bu barədə maliyyə bazarlarına
nəzarət orqanına bildiriş göndərməlidirlər.
Maddə
22. Bankın nizamnamə kapitalında mühüm iştirak
paylarının məhdudlaşdırılması
22.1. Hər hansı bir şəxs bankın nizamnamə
kapitalında mühüm iştirak payını, o
cümlədən nizamnamə kapitalındakı mövcud
payını mühüm iştirak payına çatdıran
əlavə payı, habelə mühüm iştirak
payını artıraraq səsvermə hüququ olan
səhmlərin və ya nizamnamə kapitalının 20
faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya
bu miqdarı keçməsinə, yaxud bankın həmin
şəxsin törəmə strukturuna
çevrilməsinə gətirib çıxaran iştirak
payını bu Qanunla müəyyən edilmiş qaydada
əldə edə bilər.
22.2. Bank, kapitalına mühüm iştirak payı olan şəxsin
başqa hüquqi şəxsin kapitalında mühüm
iştirak paymı əldə etməsindən və ya
artırmasından xəbər tutan kimi bu barədə maliyyə bazarlarına
nəzarət orqanına yazılı bildiriş göndərməlidir.
22.3. Bank, kapitalında mühüm iştirak payı olan
hüquqi şəxsin kapitalında hər hansı
şəxsin mühüm iştirak payını əldə
etməsindən və ya artırmasından xəbər tutan
kimi bu barədə maliyyə
bazarlarına nəzarət orqanına yazılı bildiriş göndərməlidir.
22.4. Bu Qanunun 22.1-ci maddəsində nəzərdə
tutulan iştirak payının alınması üçün
bankın səlahiyyətli idarəetmə orqanı
müraciəti və qərarı ilə birlikdə
aşağıdakı sənədləri maliyyə bazarlarına
nəzarət orqanına təqdim edir:
22.4.1. həmin sahib hüquqi
şəxs olduqda:
22.4.1.1.hüquqi şəxsin adı, ünvanı,
kommersiya fəaliyyətinin növü haqqında
məlumatlar, azı son üç maliyyə ilini (hüquqi
şəxs üç ildən az müddətdə
yaradıldıqda isə son maliyyə illərini) əhatə
edən və auditor yoxlamasından keçmiş maliyyə
hesabatları və auditor rəyləri, habelə həmin
şəxsin nəzərdə tutulan iştirak payının
əldə edilməsinə icazə verən
səlahiyyətli idarəetmə orqanının
qərarının təsdiqlənmiş surəti;
22.4.1.2.həmin hüquqi şəxsin icra
orqanlarının rəhbərlərinin siyahısı və
hər bir rəhbər tərəfindən imzalanmış
və imzası notariat qaydasında təsdiqlənmiş
vətəndaş qüsursuzluğuna dair ərizə;
22.4.1.3.xarici hüquqi şəxslər yuxanda
göstərilən sənədlərdən başqa
qanunvericilikdə müəyyən edilmiş qaydada
leqallaşdırılmış aşağıdakı
sənədləri təqdim edirlər:
Onun yerləşdiyi ölkədə qeydiyyatdan
keçdiyini təsdiqləyən sənəd, nizamnamə
(əsasnamə), ən azı sonuncu üç maliyyə ili
üçün auditor yoxlamasından keçmiş
maliyyə hesabatı və auditor rəyi;
Rəhbər əcnəbi olduqda, rezidenti olduğu
ölkənin müvafiq hakimiyyət orqan-ları
tərəfindən onun cinayət məsuliyyətinə
cəlb olunub-olunmadığı barədə verilmiş
arayış;
22.4.1.4. şəxs
xarici bank olduqda əlavə olaraq bankın yerləşdiyi
ölkənin bank tənzimləməsi və nəzarəti
orqanı tərəfindən verilmiş və bankın bu
ölkədə fiziki və hüquqi şəxslərdən
depozitlər və digər qaytarılan vəsait cəlb
etməklə bağlı fəaliyyəti həyata
keçirmək üçün lisenziyasının olduğunu
və həmin təşkilatın nəzərdə tutulan
iştirak payının əldə edilməsinə etiraz
etmədiyini təsdiqləyən arayış;
22.4.2. həmin sahib fiziki
şəxslər olduqda:
22.4.2.1.Soyadını, adım, atasının admı
və vətəndaşlığını,
şəxsiyyət vəsiqəsinin və
şəxsiyyətini təsdiq edən digər sənədin
məlumatlarını, məşğuliyyət
növünü göstərən məlumat və
sənədlər, onun sahibliyində və ya
nəzarətində olan hüquqi şəxslər və
onların məşğuliyyət növü,
tərəfindən imzalanmış və imzası notariat
qaydasında təsdiqlənmiş vətəndaş
qüsursuzluğuna dair ərizə;
22.4.2.2.fiziki şəxs əcnəbi olduqda, yuxarıda
göstərilən məlumat və sənədlərdən
başqa rezidenti olduğu ölkənin müvafiq hakimiyyət
orqanları tərəfindən onun cinayət
məsuliyyətinə cəlb olunub-olunmadığı
barədə verilmiş arayış və bir və ya bir
neçə maliyyə təşkilatının müsbət
tövsiyələri və/və ya bank hesablarından
çıxarışlar;
22.4.3. həmin şəxsin
bankların və ya başqa hüquqi şəxslərin
kapitalında mühüm iştirak paylarının miqdarı
haqqında məlumat;
22.4.4.bankların və başqa hüquqi
şəxslərin həmin şəxsin kapitalında
mühüm iştirak paylarının miqdarı haqqında
məlumat;
22.4.5.bu Qanunun 22.4.3-cü və 22.4.4-cü
maddələrində göstərilmiş hüquqi
şəxslərin fəaliyyətinin əsas
istiqamətləri və onların baş ofislərinin
ünvanı.
22.5. Maliyyə
bazarlarına nəzarət orqanı
bu Qanunun 22.4-cü maddəsinə uyğun verilmiş
ərizəyə ən geci 90 təqvim günü
müddətində baxır. Həmin müddət
ərzində maliyyə
bazarlarına nəzarət orqanı
ərizəyə dair münasibətini banka yazılı
surətdə bildirməzsə, ərizəyə
müsbət baxılmış hesab edilir. Maliyyə bazarlarına
nəzarət orqanı icazənin
verilməsindən aşağıdakı hallarda imtina edir:
22.5.1.bu Qanunun 22.4-cü maddəsində
nəzərdə tutulan sənədlər tam təqdim olunmadıqda;
22.5.2.hüquqi şəxsin icra orqanlarının
rəhbərləri məqbul və lazımi
keyfiyyətlərə malik olmadıqda;
22.5.3.fiziki şəxs məqbul və lazımi
keyfiyyətlərə malik olmadıqda;
22.5.4.mühüm iştirak payını əldə
edəcək hüquqi şəxsin maliyyə vəziyyəti
qeyri-qənaətbəxş olduqda;
22.5.5.iştirak payının əldə edilməsi
nəticəsində bank, bank və ya bank holdinq şirkəti
olmayan xarici hüquqi şəxsin törəmə strukturuna
çevrildikdə;
22.5.6.xarici ölkənin bank tənzimləməsi və
nəzarəti orqanı xarici banka və ya xarici bank holdinq
şirkətinə bankın onların törəmə
strukturuna çevrilməsinə razılıq
vermədikdə;
22.5.7.iştirak payının əldə edilməsi
nəticəsində bankla bağlı olacaq xarici banka və
ya xarici bank holdinq şirkətinə onların
yerləşdiyi ölkədə lazımınca
nəzarət edilmədiyinə və ya həmin
ölkənin nəzarət orqanları
qarşılıqlı əməkdaşlıqdan imtina
etdiyinə görə maliyyə
bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın öz nəzarət funksiyalarını
həyata keçirməsi mümkün olmadıqda.
22.6.Maliyyə bazarlarına
nəzarət orqanının verdiyi icazədə iştirak payının
əldə edilməsinin başa çatmalı olduğu
maksimum müddət göstərilir.
22.7.Qabaqcadan icazəsi olmadan hər hansı bir
şəxs belə iştirak payı əldə
edərsə, maliyyə
bazarlarına nəzarət orqanı
həmin şəxsə onun bankdakı payının
icazəsiz aldığı hissəsini müəyyən
etdiyi tarixədək ləğv etməsi barədə
yazılı göstəriş verir.
Mühüm iştirak payının əldə
edilməsi üçün müəyyən edilmiş
maksimum müddətlərə riayət edilməzsə, maliyyə bazarlarına
nəzarət orqanı həmin
şəxsə müddət bitdikdən sonra
aldığı hissəsini müəyyən etdiyi
tarixədək ləğv etməsi barədə
yazılı göstəriş verir.
Həmin şəxslərin ləğv olunmalı
hissədə səsvermə hüququ səhmdarların
ümumi yığıncağının iclaslarında
nəzərə alınmır.
22.8.Bankın kapitalında mühüm iştirak
payına malik olan hər hansı bir şəxs ona məxsus
səs hüquqlarını və ya nizamnamə
kapitalındakı payını 20 faizdən, 33 faizdən
və ya 50 faizdən aşağı səviyyəyə
endirməzdən əvvəl bu barədə maliyyə bazarlarına
nəzarət orqanına yazılı məlumat verməlidir.
22.9.Banklar onların kapitalında payların bu Qanunun
22.1-ci və ya 22.8-ci maddələrində
göstərilmiş kəmiyyətlərdən az və ya
çox olmasına səbəb olan hər hansı pay
əldə edilməsindən və ya ləğv
edilməsindən xəbər tutan kimi bu barədə maliyyə bazarlarına
nəzarət orqanına məlumat verməlidirlər. Banklar
həmçinin mühüm iştirak paylarına malik olan
səhmdarlar, onların ünvanları, həmin payların
miqdarı haqqında məlumatları ildə iki
dəfədən az olmayaraq maliyyə
bazarlarına nəzarət orqanına yazılı şəkildə bildirməlidirlər.
22.10. Maliyyə
bazarlarına nəzarət orqanı
aşağıdakı halları aşkar etdikdə bankın
kapitalında mühüm iştirak payı olan şəxsin
payının özgəninkiləşdirilməsi və ya
bank tərəfindən geri alınması barədə
məhkəməyə ərizə ilə müraciət edir:
22. 10.1. hüquqi şəxsin icra orqanlarının
rəhbərlərindən hər hansı biri və ya fiziki
şəxs məqbul və lazımi keyfiyyətlərə
malik olan şəxs olmadıqda;
22. 10.2. bankın maliyyə
sağlamlığına və ya onun etibarlı idarə
olunmasına təhlükə törədə bilən
dərəcədə banka təsir göstərildikdə;
22. 10.3. bank və ya xarici bank holdinq şirkətinin
bank lisenziyası ləğv edildikdə;
22. 10.4. xarici bank və ya xarici bank holdinq
şirkətinin yerləşdiyi ölkədə həmin
ölkənin bank tənzimləməsi və nəzarəti
orqanı tərəfindən onlara lazımınca
nəzarət həyata keçirilmədikdə və ya onlar
bu sahədə maliyyə
bazarlarına nəzarət orqanı
ilə qarşılıqlı əməkdaşlıqdan
imtina etdikdə.
22.11. Bu Qanunun 22.10-cu maddəsinə
müvafiq maliyyə
bazarlarına nəzarət orqanının
verdiyi ərizəyə məhkəmə ən geci 30
təqvim günü müddətində baxır.
M a d d ə 2 3. Bankların
idarəetmə strukturu
Hər bir bank ali
idarəetmə orqanı olan səhmdarların ümumi
yığıncağı, onun idarə olunmasına və
işinə nəzarəti həyata keçirən orqan olan
Müşahidə Şurası, bankda audit işini
təşkil edən Audit Komitəsi və məsul icra
orqanı olan İdarə Heyəti tərəfindən
idarə olunur. Cəmiyyətin
icra orqanının səlahiyyətləri
müqaviləyə əsasən başqa hüquqi
şəxsə və ya fərdi sahibkara
(idarəçiyə) verilə bilməz. [34]
M a d d ə 2 4. Səhmdarların
ümumi yığıncağı
24.1. Bank səhmdarlarının ümumi
yığıncağının müstəsna
səlahiyyətlərinə aşağıdakılar aiddir:
24.1.1.bankın nizamnaməsini qəbul etmək,
nizamnaməyə əlavə və dəyişikliklər
etmək;
24.1.2.bankın reqlamentini qəbul etmək və
reqlamentə əlavə və dəyişikliklər etmək;
24.1.3.bankın faiz dərəcələri, aktivlərin
yerləşdirilməsi və kateqoriyaları barəsində
siyasətini, habelə bankın ümumi maliyyə, uçot,
inzibati və kadr siyasətini
müəyyənləşdirmək;
24.1.4.digər hüquqi şəxslərin kapitalında
bankın iştirakı barədə qərarlar qəbul
etmək, bankın filiallarını və
nümayəndəliklərini yaratmaq və fəaliyyətlərinə
xitam vermək, onların əsasnamələrini təsdiq
etmək;
24.1.5.növbəti və tələb olunduğu hallarda
növbədənkənar auditin keçirilməsi
barədə qərar qəbul etmək və bu
məqsədlə kənar auditoru təyin etmək;
24.1.6.bankın büdcəsini qəbul və təsdiq
etmək;
24.1.7.bankın İdarə Heyətinin üzvlərini
təyin və azad etmək, İdarə Heyətinin
əsasnaməsini təsdiq etmək;
24.1.8.bankın Müşahidə Şurasının və
Audit Komitəsinin üzvlərini təyin və azad
etmək, həmin idarəetmə orqanlarının
əsasnaməsini təsdiq etmək, bu Qanunun tələbləri nəzərə
alınmaqla bankın inzibatçılarının
işə götürülməsi müddətlərini
və şərtlərini
müəyyənləşdirmək; [35]
24.1.9. Müşahidə
Şurası üzvlərinin səlahiyyətləri istisna
olmaqla, bankın inzibatçılarının bank adından
və bank hesabına öhdəliklər qəbul etmək
səlahiyyətlərini və həmin
səlahiyyətlərin bankın digər əməkdaşlarına
verilməsi hüququnun hədlərini
müəyyənləşdirmək;
24.1.10.bu Qanunun 28-ci maddəsinə əsasən bank
inzibatçılarının kommersiya maraqlarmı
açıqlaması haqqında qaydaları və həmin
qaydalara dəyişiklik və əlavələri qəbul
etmək;
24.1.11.bankın törəmə təsərrüfat
cəmiyyətlərini yaratmaq və
fəaliyyətlərinə xitam vermək, başqa bankın
satın alınması barədə qərarlar qəbul
etmək;
24.1.12.nizamnamə kapitalının artırılması
və azaldılması barədə qərarlar qəbul
etmək, bank səhmlərinin buraxılması
müddətlərini və şərtlərini
müəyyənləşdirmək, habelə bankda
mühüm iştirak payının əldə
edilməsinə razılıq vermək;
24.1.13.bankın kənar auditor tərəfindən təsdiqlənmiş
və Audit Komitəsi tərəfindən tövsiyə
edilmiş illik maliyyə hesabatlarını təsdiq etmək,
habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması
və dividentlərin ödənilməsi barədə
qərar qəbul etmək;
24.1.14.bankın satılması, yenidən təşkili
və ləğvi barəsində qərarlar qəbul
etmək;
24.1.15.Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə, bu
Qanunla və bankın nizamnaməsi ilə
səlahiyyətinə aid edilmiş digər
məsələləri həll etmək. [36]
24.2. bu Qanunun 24.1.2 - 24.1.7-ci maddələri ilə
səhmdarların ümumi yığıncağının
müstəsna səlahiyyətlərinə aid edilmiş
məsələlər həll edilmək üçün
bankın Müşahidə Şurasına verilə bilər.
24.3. Bankın təsis yığıncağı
bütün təsisçilər və ya onların
nümayəndələri iştirak etdikdə
səlahiyyətli sayılır. Səhmdarların sonrakı
ümumi yığıncaqları (o
cümlədən yenidən və təkrarən
çağırılan ümumi yığıncaqlar)
bütün səsvermə hüququ olan səhmlərin
azı 60 faizinin sahibi olan səhmdarlar iştirak etdikdə
səlahiyyətli sayılır. Bankın təsis
yığıncağında onun yaradılması,
nizamnaməsinin qəbul edilməsi və idarəetmə
orqanlarının formalaşdırılması barədə
qərarlar yekdilliklə qəbul edilir. Nizamnaməyə
əlavə və dəyişikliklər edilməsi, Müşahidə Şurası
və İdarə Heyəti üzvlərinin təyin və
azad edilməsi, bankın satılması, yenidən
təşkili, başqa bankın alınması və
bankın fəaliyyətinə xitam verilməsi
məsələləri üzrə qərarlar yığıncaqda
təmsil edilən səhmdarların 75 faiz səs
çoxluğu ilə qəbul olunur. Banka
aidiyyəti olan şəxslə dəyəri bankın
aktivlərinin 5 faizini və daha çox hissəsini
təşkil edən əqdin bağlanması haqqında
qərar bank tərəfindən cəlb edilmiş
müstəqil auditorun rəyi və səsvermədə
iştirak etmək hüququ olan səhmdarların ümumi
yığıncağının sadə səs
çoxluğu ilə qəbul edilir.
Bütün digər qərarlar yığıncaqda iştirak
edən səhmdarların sadə səs çoxluğu
ilə qəbul olunur. [37]
24.4. Səhmdarlar Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 49-1.2-ci
və 49-1.3-cü maddələrində nəzərdə
tutulmuş hallar istisna olmaqla,
bankın nizamnamə kapitalındakı paylarına
mütənasib səs hüququna malikdirlər. Hər bir
səhmdar səhmdarların ümumi
yığıncağında özünün səs
hüququnu həm şəxsən, həm də
səlahiyyətli nümayəndəsi vasitəsilə
həyata keçirə bilər. Etibarnamə yazılı
şəkildə rəsmiləşdirilir və
yığıncağın protokoluna qoşulur. Etibarnamə
yığıncaq başlananadək verilir. Səhmdarları
qanuni əsasda təmsil edən şəxslər
üçün ayrıca etibarnamə tələb olunmur. Həmin
şəxslər bu cür səlahiyyətlərini
təsdiqləyən sənəd təqdim edirlər. [38]
24.5. Səhmdarların növbəti
və növbədənkənar yığıncaqları
keçirilə bilər. Səhmdarların hər bir növbəti ümumi
yığıncağının keçirilməsi
günü, yeri, vaxtı və gündəlik üzrə
materiallarla tanış olma qaydası barəsində
bildirişlər, habelə həmin
yığıncağın gündəliyi
yığıncağın keçirilməsi
gününə ən azı 45 təqvim günü qalmış
səhmdarlara göndərilir və bu barədə
kütləvi informasiya vasitələrində məlumat
dərc etdirilir. Bildirişlə birlikdə
göndərilən gündəliyə daxil edilməmiş
məsələlər üzrə qərar qəbul olunmasına
yol verilmir. Növbəti yığıncaqlar ildə bir
dəfədən az olmayaraq keçirilir. Növbəti
yığıncaqlar bankın hər il üçün
maliyyə hesabatı tərtib edildikdən və kənar
auditor yoxlamasından keçdikdən sonra ən geci iki ay
ərzində keçirilir. [39]
Növbədənkənar yığıncaqlar
səsvermə hüququ olan səhmlərin azı 5 faizinin
sahibləri olan səhmdarların, Müşahidə
Şurasının, Audit Komitəsinin və İdarə
Heyətinin tələbi ilə çağırıla
bilər. Növbədənkənar yığıncaqların
çağrılması qaydası və müddəti Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə tənzimlənir.
24.6. Səhmdarların yığıncağında
səsvermə hüququna malik olan bütün səhmdarlar
təmsil olunmuşdursa, yığıncaq onun
çağırılması vaxtından və üsulundan
asılı olmayaraq səlahiyyətli sayılır.
Səsvermə hüququna malik olan səhmdarların hamısı
yekdilliklə razılıq verərsə, bu
yığıncaq gündəliyə daxil edilməmiş
məsələləri də müzakirə edə və
onlara dair qərarlar qəbul edə bilər.
M a d d ə 2 5. Müşahidə
Şurası
25.1. Bankın Müşahidə Şurasının
səlahiyyətlərinə aşağıdakılar aiddir:
25.1.1.bankın idarə edilməsinə və
fəaliyyətinə nəzarəti həyata
keçirmək, o cümlədən bankın İdarə
Heyətindən hesabat almaq;
25.1.2.səhmdarların ümumi
yığıncağı və İdarə Heyəti
üçün tövsiyələr vermək;
25.1.3.səhmdarların ümumi
yığıncağının hər bir iclasmı
bildirişlər göndərmək yolu ilə
çağırmaq və səhmdarların, habelə Audit
Komitəsinin və İdarə Heyətinin tələbi
ilə və onların gündəliyi üzrə
keçirilən növbədənkənar iclaslar istisna
olmaqla, hər bir iclasın gündəliyini qəbul etmək;
25.1.4.bank tərəfindən qüvvədə olan
qanunvericiliyin pozulması faktını müəyyən
etdikdə bu pozuntu barəsində səhmdarların ümumi
yığıncağını, Audit Komitəsini və
İdarə Heyətini xəbərdar etmək, maliyyə
bazarlarına nəzarət orqanına
isə bank qanunvericiliyinin və “Cinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinin pozulması
faktları barədə bildiriş göndərmək; [40]
25.1.5.bu Qanuna müvafiq olaraq İdarə Heyəti
üzvlərini vəzifədən kənarlaşdırmaq,
səhmdarların ümumi yığıncağında
təsdiq edilənədək onları müvəqqəti
olaraq bu Qanunun 10-cu maddəsinin tələblərinə cavab
verən başqa şəxslərlə əvəz etmək;
25.1.5-1.
bankın Audit Komitəsinin üzvlərini təyin və azad
etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq
etmək;[41]
25.1.6.bank ilə İdarə Heyətinin bir və ya bir
neçə üzvü arasında mənafelər
toqquşması olduğu hallarda bankı idarə və
təmsil etmək;
25.1.7.bankın etibarlı və prudensial idarə
olunmasını təmin etmək üçün zəruri
olan qaydaları və daxili əsasnamələri qəbul
etmək,
habelə cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı daxili
nəzarət sistemini hazırlamaq və tətbiq etmək; [42]
25.1.8.bankın kapital ehtiyatları yaradılması
haqqında qərar qəbul etmək;
25.1.9.bu Qanunun 24.3-cü
və 25.1.10-cu maddələrinin tələbləri
nəzərə alınmaqla, bankın nizamnamə kapitalının 50 faizindən
artıq məbləğdə və bankın
nizamnaməsində nəzərdə tutulmuş hallarda bank
adından müvafiq əqdlərin bağlanmasına icazə
vermək; [43]
25.1.10. səhmdarların ümumi
yığıncağının səlahiyyətinə aid
olan hallar istisna olmaqla, aidiyyəti şəxslərlə
dəyəri bankın aktivlərinin 5 faizədək hissəsini
təşkil edən əqdin bağlanması haqqında
qərar qəbul etmək; [44]
25.1.11.bankın fəaliyyətinin kompleks və ya
ayrı-ayn sahələrinin yoxlanması barədə qərar
qəbul etmək;
25.1.12.kənar və daxili auditorların, habelə yoxlayıcı orqanların yoxlamalarının nəticələrini
nəzərdən keçirmək və bu yoxlamaların
yekunlarına dair tədbirlər görmək;[45]
25.1.13.bu Qanunla, bankın nizamnaməsi və maliyyə
bazarlarına nəzarət orqanının
normativ xarakterli aktları ilə nəzərdə tutulmuş
digər səlahiyyətləri həyata keçirmək.
Müşahidə
Şurası bu Qanunun 25.1.6-cı maddəsində
nəzərdə tutulan səlahiyyəti icra etməzdən
əvvəl maliyyə
bazarlarına nəzarət orqanına
əsasları göstərməklə yazılı
bildiriş göndərir və səhmdarların ümumi
yığıncağının növbədənkənar
iclasmı çağırır. Maliyyə bazarlarına
nəzarət orqanı Müşahidə
Şurasının qərarına dair öz münasibətini
bildirə bilər.
Müşahidə Şurasının bu Qanunun
25.1.5, 25.1.6 və 25.1.8-ci maddələrinə əsasən
qəbul etdiyi qərarlar səhmdarların ümumi
yığıncağının növbəti
iclasının gündəliyinə daxil edilməli və
müzakirə olunmalıdır.
25.2. Bankın Müşahidə Şurası 3
nəfərdən az olmamaqla, tək sayda üzvlərdən
ibarətdir. Şuranın üzvləri bankın
səhmdarlarının ümumi yığıncağı
tərəfindən səhmdarlardan və/və ya kənar
şəxslərdən 3
ildən çox olmayan müddətə təyin edilən
fiziki şəxslərdir. Şuranın üzvləri
növbəti müddətlərə yenidən
seçilə bilərlər. Səhmdarların ümumi
yığıncağı Müşahidə
Şurasının üzvləri sırasından
Müşahidə Şurasının sədrini təyin edir.
Müşahidə Şurası üzvlərinin muzdu bankın
bölüşdürülməmiş mənfəətinin
faizi şəklində və ya əmək haqqı formasında
səhmdarların ümumi yığıncağında
təyin edilə bilər. [46]
25.3. bu Qanunun 10-cu maddəsinin müvafiq
tələblərinə uyğun gəlməyən fiziki
şəxslər bankın Müşahidə
Şurasının üzvü ola bilməz və bank səhmdarlarının
ümumi yığıncağının azad
edilməlidirlər.
25.4. Müşahidə Şurası onun iclasında
üzvlərinin yarısından çoxu iştirak etdikdə
səlahiyyətlidir. İclasların keçirilməsi
qaydası bankın nizamnaməsində və ya
Müşahidə Şurası haqqında
əsasnamədə müəyyən edilir.
25.5. Müşahidə Şurasının iclasları
ən azı üç ayda bir dəfə keçirilir.
İclasların nəticələrinə dair protokol
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə müvafiq qaydada tərtib edilir.
25.6. Müşahidə Şurasının
qərarları yığıncaqda iştirak edən
üzvlərinin sadə səs çoxluğu ilə qəbul
edilir. Hər bir üzv bir səs hüququna malikdir.
Üzvlərin səsvermə zamanı bitərəf
qalmasına icazə verilmir. Səslər bərabər olduqda
Müşahidə Şurası sədrinin səsi həlledici
sayılır.
M a d d ə 2 6. İdarə Heyəti
26.1. Bankın İdarə Heyəti bankın idarə
olunması və fəaliyyətinin həyata
keçirilməsi üçün məsuliyyət
daşıyır.
26.2. İdarə Heyəti 3 nəfərdən az
olmamaqla, tək sayda üzvlərdən ibarətdir.
İdarə Heyətinin üzvləri bank
səhmdarlarının ümumi yığıncağı tərəfindən
3 ildən çox olmayan
müddətə təyin edilirlər. Onlar növbəti
müddətlərə yenidən seçilə
bilərlər. Səhmdarların ümumi
yığıncağı İdarə Heyətinin
üzvlərindən birini İdarə Heyətinin sədri
təyin edir. İdarə Heyəti sədrinin
səlahiyyətləri İdarə Heyətinin
əsasnaməsində müəyyən edilir. [47]
26.3. Bu Qanunun 10-cu maddəsinin müvafiq
tələblərinə uyğun gəlməyən fiziki
şəxslər bankın İdarə Heyətinin
üzvü ola bilməz və səhmdarların ümumi
yığıncağının qərarı ilə
İdarə Heyətinin üzvləri vəzifəsindən
azad edilməlidirlər.
26.4. İdarə Heyəti onun iclasında üzvlərinin
yarısından çoxu iştirak etdikdə
səlahiyyətlidir.
26.5. İdarə Heyətinin qərarları
yığıncaqda iştirak edən üzvlərinin sadə
səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv
bir səs hüququna malikdir. Üzvlərin səsvermə
zamanı bitərəf qalmasına icazə verilmir.
Səslər bərabər olduqda İdarə Heyətinin
sədrinin səsi həlledici sayılır.
M a d d ə 2 7. Audit
Komitəsi və daxili audit
27.1.Hər bir bankda müstəqil Audit Komitəsi və
daxili audit bölməsi (departament, şöbə və s.)
fəaliyyət göstərir.
27.2.Audit Komitəsinin səlahiyyətlərinə
aşağıdakılar aiddir:
27.2.1.bankın audit siyasətini və strategiyasını
müəyyən etmək;
27.2.2.daxili audit planlarmı təsdiq etmək və audit
bölməsinin fəaliyyətinə nəzarəti həyata
keçirmək;
27.2.3.kənar auditin təyin edilməsi ilə
əlaqədar bankın səlahiyyətli idarəetmə
orqanlarına təkliflər vermək;
27.2.4.kənar auditlə birgə işi təşkil
etmək, auditin nəticə və tövsiyələrinin
həyata keçirilməsinə yardım etmək;
27.2.5.bankın idarəetmə orqanları ilə kənar
auditorlar, habelə nəzarət orqanları arasında
əlaqələr qurmaq;
27.2.6.daxili nəzarət sistemlərinin
təkmilləşdirilməsinə dair Səhmdarların
Ümumi Yığıncağına və Müşahidə
Şurasına təkliflər vermək.
27.2.7. Maliyyə
bazarlarına nəzarət orqanının
normativ xarakterli aktları ilə nəzərdə tutulmuş
digər səlahiyyətləri həyata keçirmək.
27.3.Bankın Audit Komitəsi üç
nəfərdən az olmamaqla tək sayda üzvlərdən
ibarətdir. Komitənin üzvləri Müşahidə Şurası tərəfindən
3 ildən çox olmayan
müddətə təyin edilir. Komitənin üzvləri
növbəti müddətə yenidən seçilə
bilər. Müşahidə
Şurası Komitənin üzvlərindən birini
Komitənin sədri təyin edir. Audit Komitəsinin
üzvlərinin əmək haqqı formasında muzdu Müşahidə Şurası
tərəfindən təyin edilir. [48]
27.4.Bu Qanunun 10-cu maddəsinin müvafiq
tələblərinə uyğun gəlməyən, habelə bankın digər
idarəetmə orqanlarının üzvü olan
şəxslər bankın Audit Komitəsinin üzvü
ola bilməz və Müşahidə
Şurasının qərarı ilə Audit Komitəsinin
üzvləri vəzifəsindən azad edilməlidirlər. [49]
27.5.Audit Komitəsi onun iclasında üzvlərinin
yarısından çoxu iştirak etdikdə
səlahiyyətlidir. İclasların keçirilməsi
qaydası Audit Komitəsi haqqında təsdiq edilmiş
əsasnamədə müəyyən edilir.
27.6.Audit Komitəsinin qərarları
yığıncaqda iştirak edən üzvlərinin sadə
səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv
bir səs hüququna malikdir, üzvlərin səsvermə
zamanı bitərəf qalmasına icazə verilmir.
Səslər bərabər olduqda Audit Komitəsi sədrinin
səsi həlledici sayılır.
27.7.Daxili audit bölməsi (departament, şöbə
və s.) Audit Komitəsinin nəzarəti altında
fəaliyyət göstərir və bankın icra orqanı
ilə qarşılıqlı surətdə bankda daxili
nəzarət və risklərin idarə edilməsi
sisternlərinin fəaliyyətinin səmərəliliyinə
fasiləsiz nəzarəti həyata keçirir;
27.8.Daxili audit bölməsinin rəhbəri və
əməkdaşları Audit Komitəsinin təqdimatı
ilə bankın Müşahidə Şurası
tərəfindən vəzifəyə təyin edilir və
vəzifədən azad olunur.
27.9.Bankda Audit Komitəsinin və daxili audit
bölməsinin fəaliyyətinin standart və
qaydalarını maliyyə
bazarlarına nəzarət orqanı
müəyyən edir.
M a d d ə 2 8. Kommersiya
maraqlarının açıqlanması
28.1.Müşahidə Şurasının, Audit
Komitəsinin və İdarə Heyətinin hər bir
üzvü özünün və ailə üzvlərinin
birbaşa və ya dolayısı ilə malik ola bildiyi
mühüm kommersiya maraqlarını bankın İdarə
Heyəti və Müşahidə Şurası
qarşısında açıqlayır. Belə məlumatlar
həmin şəxslər bankın idarəetmə
orqanlarının üzvü seçildikdə və
sonrakı dövrlərdə bankın daxili qaydalarına
müvafiq olaraq açıqlanır. [50]
28.2.Müşahidə Şurasının, Audit
Komitəsinin, İdarə Heyətinin və bankın hər
hansı digər komitəsinin və ya işçi qrupunun
üzvlərindən birinin, habelə daxili audit
bölməsinin əməkdaşlarının marağı
ilə bağlı məsələ müzakirəyə
çıxarıldıqda həmin üzv öz marağı
barəsində müzakirə başlanmazdan əvvəl
məlumat verməli, müzakirədə və qərarın
qəbulunda iştirak etməməli, onun iştirakı
isə yetərsayın müəyyən edilməsi zamanı
nəzərə alınmamalıdır.
28.2-1.
Müşahidə Şurasının, Audit Komitəsinin
və İdarə Heyətinin üzvləri, habelə bankın
struktur bölmələrinin (filial, nümayəndəlik,
şöbə və s.) rəhbərləri özlərinin,
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci
maddələrində göstərilən şəxslərin
bağlanılan əqdə münasibətdə aidiyyəti
şəxs qismində çıxış etmələri,
həmçinin həmin əqdlə əlaqədar öz
maraqlarının xüsusiyyətləri (onun yaranması,
həcmi və s.) barədə məlumatı Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci,
49-1.6-cı və 49-1.7-ci maddələri ilə
müəyyən edilmiş qaydada təqdim etməlidirlər.[51]
28.3. Bankın
Müşahidə Şurasının, Audit Komitəsinin
və İdarə Heyətinin üzvləri bankın
səhmləri ilə əqd bağlayarkən məlumatı
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə müvafiq qaydada açıqlamalıdır.
28.4.
İdarə Heyətinin üzvlərinin şəxsi
marağı ilə bankın maraqları arasında
ziddiyyətlərə gətirib çıxara bilən
hallarda məlumat verilməsi, habelə bankın maraqlarına
zidd olan əqdlərin bağlanması Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 107-10.5-ci
maddəsinin tələblərinə uyğun həyata
keçirilir.[52]
M a d d ə 2 9. Bankların
yenidən təşkili
Bankın, o cümlədən bank lisenziyası
ləğv edilmiş bankın yenidən təşkilinə
(birləşməsinə, qoşulmasına,
bölünməsinə, ayrılmasına və ya
çevrilməsinə) maliyyə bazarlarına nəzarət
orqanının müəyyən etdiyi
qaydada və onun qabaqcadan yazılı razılığı
ilə yol verilir.
M a d d ə 3 0. Hüquqi
şəxslərin
kapitalında bankların iştirakının
məhdudlaşdırılması
30.1. Bankın başqa hüquqi
şəxsdə iştirak payı əldə etməsi
aşağıdakı hallardan birinə səbəb olarsa,
bank həmin payı əldə etmək hüququna malik
deyildir:
30.1.1.iştirak payının balans məbləği
bankın məcmu kapitalının 10 faizindən çox
olduqda;
30.1.2.bankın bütün bu cür iştirak
paylarının məcmu balans məbləği bankın
məcmu kapitalının 40 faizindən çox olduqda.
30.2. Bank hüquqi şəxslərin
kapitalında mühüm iştirak paymı təşkil
edəcək və ya artıracaq, habelə hüquqi
şəxsi bankın törəmə strukturuna çevirə
biləcək iştirak paymı maliyyə bazarlarına
nəzarət orqanının qabaqcadan
yazılı icazəsi ilə əldə edə bilər.
30.3.Banka borcu olan şəxsin maliyyə
sağlamlaşdırılması tədbirlərinin həyata
keçirilməsi dövründə və ya borcun
əvəzinə bankın mülkiyyətinə keçirilmiş
səhmlər (paylar) iki ildən çox olmayan
müddətə bu Qanunun 30.1-ci maddəsinə müvafiq
olaraq mühüm iştirak payının hesablanmasında
nəzərə alınmır.
30.4.Bu Qanunun 30.2-ci maddəsinə əsasən icazə
almaq üçün banklar maliyyə bazarlarına
nəzarət orqanına
aşağıdakı sənədləri qoşmaqla
yazılı ərizə təqdim edirlər:
30.4.1.bankın başqa hüquqi şəxslərin
kapitalında nəzərdə tutulan iştirak payının
əldə edilməsi haqqında səlahiyyətli
idarəetmə orqanının qərarının
təsdiqlənmiş surəti;
30.4.2.bankın başqa hüquqi şəxslərin
kapitalında mühüm iştirak payları və
nəzərdə tutulan iştirak payının
artırılması nəticəsində yaranacaq mühüm
iştirak payının miqdarı haqqında məlumat;
30.4.3.kapitalında mühüm iştirak payı
əldə edilməsi nəzərdə tutulan hüquqi
şəxslərin fəaliyyətlərinin əsas
istiqamətləri və ünvanları haqqında məlumat,
azı son üç maliyyə ilini (hüquqi şəxs
üç ildən az müddətdə yaradıldıqda
isə son maliyyə illərini) əhatə edən və
auditor yoxlamasından keçmiş maliyyə hesabatları
və auditor rəyləri (maliyyə vəziyyətini əks
etdirən hesabatlara dair tələb yeni yaradılan hüquqi
şəxslərə şamil edilmir);
30.4.4.nəzərdə tutulan iştirak payının
əldə edilməsi nəticəsində hüquqi
şəxs bankın törəmə strukturuna
çevrilərsə, bu hüquqi şəxsin icra
orqanlarının rəhbərlərinin siyahısı və
hər bir rəhbər tərəfindən imzalanmış
və imzaları notariat qaydasında təsdiqlənmiş
vətəndaş qüsursuzluğuna dair ərizə;
Rəhbər əcnəbi olduqda, rezidenti olduğu
ölkənin müvafiq hakimiyyət orqan-ları
tərəfindən onun cinayət məsuliyyətinə
cəlb olunub-olunmadığı barədə verilmiş
və qanunvericilikdə müəyyən edilmiş qaydada
leqallaşdırılmış arayış;
30.4.5. bankın mühüm iştirak
payını əldə edəcəyi hüquqi şəxs
xarici bank olduqda əlavə olaraq xarici bankın baş ofisinin
yerləşdiyi ölkənin bank tənzimləməsi və
nəzarəti orqanı tərəfindən verilmiş və
bankın bu ölkədə fiziki və hüquqi
şəxslərdən depozitlər və digər
qaytarılan vəsait cəlb etməklə bağlı
fəaliyyəti həyata keçirmək üçün
icazəsinin olduğunu və həmin təşkilatın
nəzərdə tutulan iştirak payının əldə
edilməsinə etiraz etmədiyini təsdiqləyən
arayış.
30.5. Bu Qanunun 30.4-cü
maddəsinin tələblərinə uyğun təqdim
edilən sənədlərə maliyyə bazarlarına
nəzarət orqanında ən geci 90
təqvim günü müddətində baxılır.
Həmin müddət ərzində maliyyə bazarlarına
nəzarət orqanı ərizəyə
dair münasibətini banka yazılı surətdə
bildirməzsə, ərizəyə müsbət
baxılmış hesab edilir. Aşağıdakı
halları aşkar etdikdə maliyyə bazarlarına
nəzarət orqanı başqa hüquqi
şəxslərin kapitalında iştirak etməyə banka
icazə vermir:
30.5.1.bu Qanunun 30.4-cü maddəsində
nəzərdə tutulmuş sənədlər tam təqdim
edilməmişdir;
30.5.2.nəzərdə tutulan iştirak payının
əldə edilməsi nəticəsində bankın törəmə
strukturuna çevrilən hüquqi şəxsin icra
orqanlarının rəhbərləri məqbul və
lazımi keyfiyyətlərə malik deyildir;
30.5.3.iştirak payının əldə edilməsi
nəzərdə tutulan hüquqi şəxsin maliyyə
vəziyyəti qeyri-qənaətbəxşdir və ya
belə payın əldə edilməsi bankın maliyyə
vəziyyətinin pisləşməsinə səbəb
olacaqdır;
30.5.4.
nəzərdə tutulan iştirak payı əldə
edilən xarici banka yerləşdiyi ölkənin bank
tənzimləməsi və nəzarəti orqanı
tərəfindən lazımi nəzarət həyata
keçirilmədiyinə və ya bu orqanın
əməkdaşlıqdan imtina etdiyinə görə maliyyə bazarlarına
nəzarət orqanının və Mərkəzi Bankın
öz nəzarət funksiyalarını həyata
keçirməsi qeyri-mümkündür.
30.6.Banka icazəni verdikdə maliyyə bazarlarına
nəzarət orqanı iştirak
payının əldə edilməsinin maksimum müddətini
müəyyən edir.
30.7.Bank icazəsi olmadan mühüm iştirak payı
əldə etdikdə və ya iştirak payı əldə
etmək üçün müəyyən edilmiş
müddətləri gözləmədikdə, maliyyə
bazarlarına nəzarət orqanı
həmin banka yazılı sərəncam
göndərərək onun öz iştirak paymı
sərəncamda göstərilən tarixədək
ləğv etməyini və ya icazənin qüvvədən
düşdüyünü bildirir.
30.8.Xarici bankın yerləşdiyi ölkənin bank
tənzimləməsi və nəzarəti orqanı
tərəfindən həmin banka lazımi nəzarət
həyata keçirilmədikdə və ya bu orqan maliyyə
bazarlarına nəzarət orqanı ilə
əməkdaşlıqdan imtina etdikdə maliyyə
bazarlarına nəzarət orqanı
banka hüquqi şəxsin kapitalında mühüm
iştirak payının müəyyən etdiyi
müddətdə özgəninkiləşdirilməsi və
ya geri alınması barədə yazılı
göstəriş verir.
IV fəsil
BANKLARIN
FƏALİYYƏTİNƏ DAİR TƏLƏBLƏR
M
a d d ə 3 1. Bankların etibarlı
fəaliyyətinə dair tələblər
31.1.Banklar idarəetməni və cari fəaliyyəti
Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin, Cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun, digər normativ
hüquqi aktların, habelə bu Qanunun, maliyyə bazarlarına
nəzarət orqanının və Mərkəzi Bankın
normativ xarakterli aktlarının, bankın nizamnaməsinin
tələblərinə, onlara verilmiş bank lisenziyasında
və ya icazədə göstərilən bütün
məhdudiyyətlərə müvafiq surətdə etibarlı
və prudensial qaydada həyata keçirməlidirlər. [53]
31.2.Banklar məcmu kapitalmı və likvid
ehtiyatlarını daimi olaraq müəyyən olunmuş
səviyyədə saxlamalı, öz öhdəliklərini
yerinə yetirmək və zərərə yol verməmək
üçün aktivlərin qiymətdən
düşməsinə qarşı zəruri tədbirlər
görməli, mühasibat uçotu sənədlərini və digər zəruri
sənədləri qanunvericiliklə müəyyən
edilmiş qaydada tərtib etməli, bankın
fəaliyyətinə nəzarət mexanizmlərini
formalaşdırmalı və tətbiq etməli,
zərərin əmələ gəlməsi riskini maksimal
şəkildə azaltmaq məqsədi ilə aktivlərin
diversifikasiyasını (bölüşdürülməsini)
təmin etməlidirlər.[54]
M a d d ə 3 2. Bankların fəaliyyət
növləri
32.1. Banklar, maliyyə
bazarlarına nəzarət orqanından
aldığı bank lisenziyasında qadağan
edilməmişdirsə, aşağıdakı
fəaliyyət növləri ilə məşğul ola
bilərlər:
32.1.1.tələbli və müddətli depozitlərin
(əmanətlərin) və digər
qaytarılan vəsaitlərin cəlb edilməsi;
32.1.2.kreditlərin (təminatlı və/və ya
təminatsız) verilməsi, o cümlədən istehlak
və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə
və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq
xidmətləri və digər kreditləşdirmə
növləri;
32.1.3.fiziki və hüquqi şəxslərin hesablarının,
o cümlədən bankların müxbir hesablarının
açılması və aparılması;
32.1.4.klirinq, hesablaşma-kassa xidmətləri, pul
vəsaitinin, qiymətli kağızların və
ödəniş vasitələrinin
köçürülməsi üzrə xidmətlər
göstərilməsi;
32.1.5.ödəniş vasitələrinin (o
cümlədən kredit və debet kartları, yol
çekləri və bank köçürmə vekselləri)
buraxılması;
32.1.6.öz hesabına və ya müştərilərin
hesabına maliyyə vasitələrinin (o cümlədən
çeklərin, köçürmə veksellərinin, borc
öhdəliklərinin və depozit sertifikatlarının), xarici
valyutanın qiymətli metalların və qiymətli
daşların, valyuta və faiz
vasitələrinin, səhmlərin və digər qiymətli
kağızların, habelə forvard kontraktlarının,
svoplara dair sazişlərin, fyuçerslərin, opsionların və
valyutalara, səhmlərə, istiqrazlara, qiymətli metallara
və ya faiz dərəcələrinə aid digər
törəmə vasitələrin satın alınması
və satılması;[55]
32.1.6-1.
öz hesabına və ya müştərilərin hesabına
valyuta mübadiləsi əməliyyatlarının həyata
keçirilməsi;[56]
32.1.7.qiymətli metalların əmanətə cəlb
edilməsi və yerləşdirilməsi;
32.1.8.öhdəliklərin icrasına təminatların,
o cümlədən qarantiyaların verilməsi və öz
hesabına və ya müştərilərin hesabına
akkreditivlərin açılması;
32.1.9.qiymətli kağızlar bazarında peşəkar
fəaliyyət;[57]
32.1.10.maliyyə müşaviri, maliyyə agenti və ya
məsləhətçisi xidmətlərinin
göstərilməsi;
32.1.11.kreditlərə və kredit qabiliyyətinin
yoxlanılmasına dair informasiya verilməsi və
xidmətlər göstərilməsi;
32.1.12.sənədləri və qiymətliləri, o
cümlədən pul vəsaitlərini saxlanca qəbul etmək
(xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq);
32.1.13.qiymətlilərin, o cümlədən
banknotların və sikkələrin inkasasiya edilməsi və
göndərilməsi;
32.2.Banklar bu Qanunun 32.1-ci maddəsində sadalanan
fəaliyyət növlərindən başqa bu Qanunun 33-cü
maddəsində göstərilən fəaliyyət
növləri istisna olmaqla, digər qanunlarla nəzərdə
tutulmuş fəaliyyət növlərini də həyata
keçirə bilərlər.
32.3.Bu Qanunun 32.1-ci maddəsində göstərilmiş
hər hansı fəaliyyət növü üçün
qanunvericiliyə əsasən əlavə olaraq xüsusi
razılıq (lisenziya) tələb edildikdə banklar
yalnız müvafiq xüsusi razılıq (lisenziya)
aldıqdan sonra onları həyata keçirə
bilərlər.
M a d d ə 3 3. Banklar tərəfindən
həyata keçirilməyən fəaliyyət növləri
33.1.Bu Qanunun 32-ci maddəsində icazə verilmiş
fəaliyyət növləri istisna olmaqla, heç bir bank
topdansatış və ya pərakəndə ticarət,
istehsal, nəqliyyat, kənd təsərrüfatı,
yataqların işlənilməsi, tikinti və sığorta
fəaliyyəti ilə məşğul ola və ya
sığorta təşkilatları istisna olmaqla
tərəfdaş, şərik və ya payçı kimi
bunlarda iştirak edə bilməz.
33.2.Öhdəlik üzrə tələblərini
ödəmək məqsədilə bank yalnız maliyyə
bazarlarına nəzarət orqanının
icazəsi ilə və yalnız icazədə
göstərilən müddət ərzində bu Qanunun 33.1-ci
maddəsində nəzərdə tutulan fəaliyyət
növlərini həyata keçirə və ya həmin
fəaliyyət növlərini həyata keçirən
hüquqi şəxslərdə tərəfdaş,
şərik və ya payçı ki-mi iştirak edə
bilər.
M a d d ə 3 4. Prudensial
normativlər və tələblər
34.1. Banklar fəaliyyətləri
dövründə öz aktivləri, balansarxası
öhdəlikləri və kapitalının miqdarı ilə
bağlı maliyyə
bazarlarına nəzarət orqanının
müəyyən etdiyi prudensial normativlərə və
tələblərə, o cümlədən açıq
valyuta mövqeyinə riayət etməlidirlər.
Maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən müəyyən edilmiş yeni
normativlər və tələblər, onlarda
dəyişikliklər banklara rəsmən bildirildikdən
sonra bir aydan tez olmayaraq, nizamnamə və məcmu kapitalın
minimum miqdarına aid tələblərə dəyişikliklər
isə banklara rəsmən bildirildikdən sonra altı aydan
tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin
və tələblərin geriyə qüvvəsi yoxdur.
34.2. Maliyyə
bazarlarına nəzarət orqanı
bankların və xarici bankların yerli filiallarının
maliyyə sabitliyini təmin etmək məqsədilə
aşağıdakı prudensial normativləri və
tələbləri müəyyən edir:
34.2.1. nizamnamə kapitalının (xarici
bankların yerli filialları üçün nizamnamə
kapitalına bərabər tutulmuş vəsaitin) minimum
miqdarmı;
34.2.2.məcmu kapitalın minimum miqdarmı (xarici
bankların yerli filialları üçün məcmu kapitala
bərabər tutulmuş vəsaitin minimum miqdarını);
34.2.3.əsas və məcmu kapitalın risk
dərəcəsi üzrə ölçülmüş
aktivlərə (xarici bankların yerli filialları
üçün əsas və məcmu kapitala bərabər
tutulmuş vəsaitin risk dərəcəsi üzrə
ölçülmüş aktivlərə) nisbətini (
kapitalın adekvatlıq əmsallarını);
34.2.4.likvidlik göstəricilərini;
34.2.5.bir borcalan və ya bir-biri ilə əlaqədar
borcalanlar qrupu üçün kredit risklərinin maksimum
miqdarını;
34.2.6.məcmu iri kredit risklərinin maksimum miqdarım;
34.2.7.aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından
hərəkət edən şəxslərə
verilmiş kreditlərin maksimum miqdarmı; [58]
34.2.8.aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından
hərəkət edən şəxslərə
verilmiş məcmu kreditlərin maksimum miqdarmı;
34.2.9.digər hüquqi şəxslərin kapitalında
bankların iştirakının maksimum miqdarını;
34.2.10. digər hüquqi şəxslərin
kapitalında bankların məcmu iştirakının maksimum
miqdarını;
34.2.11.açıq valyuta mövqeyinin limitlərini;
34.2.12.aktivlərin, balansarxası öhdəliklərin
təsnifatından və qiymətləndirilməsindən
asılı olaraq, mümkün zərərin
ödənilməsi üçün xərclər hesabına
yaradılan xüsusi ehtiyatlara aid tələbləri;
34.2.13.faizlərin hesablanması dayandırılmış
aktivlərə aid tələbləri;
34.2.14.aidiyyəti şəxslərlə aparılan əməliyyatlara aid
tələbləri; [59]
34.2.15.aktivlərin və passivlərin ödəniş
müddətlərinin və faiz dərəcələrinin
uyğunluğuna dair tələbləri;
34.2.16.
kredit təşkilatlarında kassa
əməliyyatlarının aparılması
qaydalarını.[60]
34.3.Maliyyə
bazarlarına nəzarət orqanı
bankların və xarici bankların yerli filiallarının
fəaliyyətinin tənzimlənməsini həyata
keçirdikdə, zərurət yarandıqca, bu Qanunun
34.2-ci maddəsində göstərilən prudensial
normativlərin və tələblərin hamısını
və ya bir hissəsini tətbiq edir.[61]
34.4.Banklar maliyyə
bazarlarına nəzarət orqanının
müəyyən etdiyi korporativ idarəetmə
standartlarına riayət etməlidirlər.
34.5.Maliyyə
bazarlarına nəzarət orqanı
bankların fəaliyyət riskini azaltmaq,
əmanətçilərin və kreditorların
mənafelərini qorumaq məqsədilə bu Qanunun 34.2-ci
maddəsində nəzərdə tutulan normativ və
tələblərdən başqa beynəlxalq bank
nəzarəti praktikasında qəbul olunmuş əlavə
normativlər və tələblər müəyyən
etmək hüququna malikdir. Maliyyə
bazarlarına nəzarət orqanı sistem
əhəmiyyətli banklara münasibətdə banklar
üçün bu Qanunun 34.2-ci maddəsinə əsasən
müəyyən edilmiş normativ və
tələblərdən fərqli normativlər və
tələblər müəyyən etmək hüququna malikdir.[62]
34.6.Maliyyə
bazarlarına nəzarət orqanı
xarici kapitallı banklar və xarici bankların yerli
filialları üçün öz aktivlərini Azərbaycan
Respublikasında yerləşdirmək barəsində
tələblər müəyyən edə bilər.
M a d d ə 3 5. Banklar arasında
münasibətlər
35.1.Bu Qanunla, maliyyə
bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktları və
göstərişləri ilə, habelə lisenziyalar və
icazələrlə məhdudlaşdırılan hallar istisna
olmaqla, banklar qarşılıqlı surətdə Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada hər növ
əməliyyatlar apara, bir-birində depozit, o cümlədən
müxbir və digər hesablar aça bilərlər.[63]
35.2.Banklar öz aralarında bank fəaliyyətinin
həyata keçirilməsi ilə bağlı
əməkdaşlığı həyata keçirə
bilərlər. Banklar bu məqsədlə öz aralarında
pul vəsaitinin və qiymətli kağızların
köçürülməsi, klirinq və hesablaşma
mexanizmlərindən istifadə edilməsi, qiymətli
kağızların depozitə qəbul olunması və
digər ümumi bank xidmətlərinin göstərilməsi,
üzvlərinin mənafelərinə kömək
üçün qeyri-kommersiya birliklərinin yaradılması,
habelə bank işinin inkişafını və sabitliyini
dəstəkləyən fəaliyyətin həyata
keçirilməsi haqqında sazişlər bağladıqda,
həmin sazişlərin iştirakçısı olan banklar
bu sazişlər bağlandıqdan sonra 7 təqvim günü
müddətində onların surətlərini maliyyə
bazarlarına nəzarət orqanına
təqdim etməlidirlər.
35.3.Bankların bank xidmətləri bazarının
inhisara alınmasına və bank işində rəqabətin
məhdudlaşdırılmasına yönəldilmiş
sazişlər bağlaması və
razılaşdırılmış əməliyyatlar
aparması qadağandır. Bank fəaliyyətinin inhisara
alınmasına qarşı yönəldilmiş qaydaların
yerinə yetirilməsinə nəzarəti maliyyə bazarlarına
nəzarət orqanı həyata keçirir.[64]
35.4.
Banklar hər bir borcalan haqqında məlumatı maliyyə
bazarlarına nəzarət orqanının müəyyən
etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında
yaradılan mərkəzləşdirilmiş kredit
reyestrinə verməlidir. Mərkəzləşdirilmiş
kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla
müəyyən olunmuş qorunması qaydaları şamil
olunur.
Banklar tərəfindən borcalanları
barədə məlumatın kredit bürosuna təqdim
edilməsi və kredit bürosundan alınması qaydası
“Kredit büroları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.[65]
35.5. Yerli banklar
arasında, yerli bankla xarici bankların yerli filial və
nümayəndəlikləri, habelə xarici bankların yerli
filialları (nümayəndəlikləri) arasında
mübahisələr Azərbaycan
Respublikasının Mülki-Prosessual Məcəlləsi
ilə müəyyən edilmiş
qaydada Azərbaycan Respublikasının
məhkəmələri tərəfindən həll edilir.[66]
M a d d ə 3 6. Banklarla
onların müştəriləri arasında
münasibətlər
36.1.Banklarla onların müştəriləri
arasında münasibətlər Azərbaycan
Respublikasının Mülki Məcəlləsi, həmin
Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən
qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata
keçirilir.[67]
36.2.Müştərilər bank fəaliyyətinin
bütün növlərinin həyata keçirilməsi
üçün bankları müstəqil seçirlər
və bu məqsədlə bir və ya bir neçə bankın
xidmətlərindən istifadə edə bilərlər.
Hesabların açılması, aparılması və
bağlanması qaydaları Azərbaycan Respublikasının
Mülki Məcəlləsinə və həmin
Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən
qəbul edilmiş normativ xarakterli
aktlara, habelə bu Qanuna əsasən həyata keçirilir.
Xüsusi seçki hesablarının
açılması, əməliyyatların aparılması
və dayandırılması qaydası maliyyə bazarlarına
nəzarət orqanı ilə
razılaşdırılmaqla Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə uyğun olaraq
müəyyən edilir.
36.3.Bank müştərisinin, yaxud onun
müştərisi olmaq istəyən hüquqi və ya fiziki
şəxsin tələbi ilə öz bank
lisenziyasını, maliyyə vəziyyəti haqqında
məlumatı (sonuncu ay, rüb və il üçün
mühasibat balansını, mənfəət və
zərər haqqında hesabatı) və sonuncu hesabat ili
üçün maliyyə
hesabatlarını və auditor
rəyini təqdim etməlidir.[68]
36.4.Banklar yerləşdikləri binada yazılı
formada depozitlərin (əmanətlərin) qəbul
edilməsinin, kreditlərin verilməsinin, hesablaşma-kassa
xidmətinin və pul köçürmələrinin
aparılması şərtləri və qaydaları
haqqında müştərilərinə məlumat
verməlidirlər.
36.5.Bank müştərinin öz pul vəsaitindən
istifadə istiqamətlərini
müəyyənləşdirə və nəzarətdə
saxlaya bilməz, müştərinin öz pul vəsaiti
barəsində özü istədiyi kimi sərəncam
vermək hüququ üzərində qanunla və ya
müqavilə ilə nəzərdə tutulmayan
məhdudiyyətlər qoya bilməz.
36.6. Hər bir bank
müştərilərlə bağladığı
müqavilədə xidmət şərtlərini, o
cümlədən faiz dərəcələrini, komisyon
haqlarmı və göstərilən bank xidmətləri
üçün digər ödənişləri, habelə
bank tərəfindən verilmiş kreditlərin
ödənişi şərtlərini və qaydalarım
müəyyən etməkdə sərbəstdir. Azərbaycan
Respublikasında pul nişanlarının nominal
dəyərinin və qiymətlər miqyasının
dəyişdirilməsi (denominasiyası) zamanı köhnə
nümunəli pul nişanlarının yeni nümunəli pul
nişanlarına dəyişdirilməsinə görə
banklar tərəfindən komisyon haqqı və digər
ödənişlər tutulmur. [69]
Kredit üzrə faizlər bankla müştəri
arasında bağlanmış müqavilə
şərtlərinə uyğun hesablanır və
ödənilir. Faiz dərəcələri və bank
qarşısında borca görə verilməli olan digər
ödənişlər yalnız borcun olduğu günlər
üçün borc qalığı məbləğinə
hesablanır.
36.7. Yerli banklarla onun yerli
müştəriləri arasında bütün
mübahisələr, habelə xarici bankların yerli
filialları ilə onların yerli müştəriləri
arasında bütün mübahisələr
qanunvericiliklə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının məhkəmələri
tərəfindən həll edilir.
M a d d ə 3 7. Bankın müxbir
hesabları və banka həvalə edilmiş aktivlər
barəsində səlahiyyətlər
37.1. Hüquqi və fiziki
şəxslərin bankda olan pul vəsaitinə və digər
sərvətlərinə qanunda nəzərdə tutulan
hallarda və qaydada məhkəmənin və ya icra
məmurunun qərarı ilə həbs
qoyula bilər. Bank, hesabın üzərinə həbs
qoyulması barədə müvafiq qərarı
aldığı andan depozitlər (əmanətlər) və
digər hesablar üzrə məxaric əməliyyatlarmı
həbs qoyulmuş vəsait həcmində
dayandırmalıdır.[70]
Bankların müxbir
hesablarına həbs yalnız məhkəmənin
qərarı ilə bankın özünə qarşı olan
tələblər üzrə öhdəlik
məbləğində qoyula bilər.
Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə şübhə
yaradan bank əməliyyatının icrası maliyyə
monitorinqi orqanı tərəfindən qanunla
müəyyən edilmiş müddətdə və qaydada
dayandırıla bilər. [71]
37.2. Müştərinin bankda olan pul vəsaiti və
digər sərvətləri yalnız məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı əsasında
müsadirə edilə bilər.
37.3. Bank müştərilərin pul vəsaitinə
və digər sərvətlərinə həbs qoyulması,
müsadirə edilməsi, yaxud tələb
yönəldilməsi nəticəsində
müştərilərinə və ya kreditorlarına
dəymiş zərər üçün məsuliyyət
daşımır.
M a d d ə 3 8. Hesablaşmalar
və pul köçürmələri
38.1. Banklar hesablaşmaları və pul
köçürmələrini Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə, maliyyə bazarlarına
nəzarət orqanının və Mərkəzi Bankın həmin Məcəlləyə müvafiq olaraq
qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan
işgüzar dövriyyə adətlərinə və
müvafiq müqavilələrə uyğun olaraq həyata
keçirirlər.[72]
38.2. Banklar beynəlxalq ödənişləri və pul
köçürmələrini Azərbaycan
Respublikasının qanunvericiliyinə, o cümlədən
maliyyə
bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli aktlarına, Azərbaycan
Respublikasının tərəfdaş
çıxdığı beynəlxalq
müqavilələrə, habelə beynəlxalq bank
praktikasında tətbiq edilən işgüzar dövriyyə
adətlərinə və müvafiq müqavilələrə
uyğun olaraq həyata keçirirlər.[73]
38.3. Maliyyə
bazarlarına nəzarət orqanı
bankların istifadə etdikləri
avtomatlaşdırılmış hesablaşma və pul
köçürmələri sistemlərinin
etibarlığının və təhlükəsizliyinin,
bank informasiyasının mühafizəsinin onlar
tərəfindən təmin edilməsinə aid minimum
tələbləri müəyyən edə bilər.
M a d d ə 3 9. Sənədlərin
saxlanılması
39.1. Banklar bank əməliyyatları haqqında
bağlanmış müqavilələr və icra edilmiş
müqavilələr (əqdlər) üzrə müvafiq
sənədləri, o cümlədən elektron
daşıyıcılarda olan informasiyanı, habelə
fəaliyyətləri nəticəsində yaranan digər
sənədləri qanunvericiliklə müəyyən
edilmiş qaydada və müddət ərzində
saxlamalıdırlar.
39.2. Banklar
eyniləşdirmə və verifikasiya sənədlərinin,
habelə pul vəsaitləri və ya digər əmlakla
əməliyyatlara dair sənədlərin “Cinayət yolu
ilə əldə edilmiş pul vəsaitlərinin və ya
digər əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun 10-cu maddəsində
göstərilən müddətdə saxlanmasını
təmin etməlidirlər.[74]
M
a d d ə 4 0. Banklara
aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması[75]
40.1. Aşağıdakı
hallarda banklar aidiyyəti şəxslərə və aidiyyəti şəxs
adından hərəkət edən şəxslərə
kreditlər verə bilməzlər: [76]
40.1.1.aidiyyəti olan
şəxslərə verilən kreditin məbləği
bankın aktivlərinin 5 faizini və daha çox hissəsini
təşkil etdiyi halda, müstəqil auditorun rəyi və
səsvermədə iştirak etmək hüququ olan
səhmdarların ümumi yığıncağının
qərarı olmadıqda;[77]
40.1.1-1.
aidiyyəti olan şəxslərə verilən kreditin
məbləği bankın aktivlərinin 5 faizədək
hissəsini təşkil etdiyi halda, həmin
şəxslərə kreditlərin verilməsi barədə
qərarın qəbul edilməsi səlahiyyətinin
səhmdarların ümumi yığıncağına
həvalə edildiyi hallar istisna olmaqla, bankın Müşahidə
Şurasının qərarı olmadıqda;[78]
40.1.2.kreditin verilməsi nəticəsində bank
tərəfindən həmin hüquqi şəxs
üçün verilmiş kreditlərin məcmu miqdarı
bankın məcmu kapitalının 10 faizinə bərabər
məbləği, fiziki şəxs üçün isə 3
faizinə bərabər məbləği keçdikdə;
40.1.3.kreditin verilməsi nəticəsində bank
tərəfindən bütün aidiyyəti
şəxslərə və
aidiyyəti şəxs adından hərəkət edən
şəxslərə verilmiş kreditlərin məcmu
miqdarı bankın məcmu kapitalının 20 faizinə
bərabər məbləği keçdikdə.
40.2.Aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından
hərəkət edən şəxslərə kredit bu
Qanunun 40.1-ci maddəsinin tələbləri pozulmaqla
verildikdə, həmin kredit dərhal ödənilməlidir.
Bankın Müşahidə Şurasının müvafiq qərarın
lehinə səs vermiş
üzvləri bu Qanunun 40.1-ci maddəsinin tələbləri
pozulmaqla verildiyi kreditlər üzrə əsas
məbləğin, faizlərin və digər
ödənişlərin ödənilməsi üçün
məsuliyyət daşıyırlar. [79]
40.3.Bankların aidiyyəti şəxslərə və aidiyyəti şəxs
adından hərəkət edən şəxslərə
digər müştərilərdən fərqli olaraq
güzəştli kreditlərin verilməsi və ya
güzəştli şərtlərlə digər
əməliyyatların aparılması qadağandır.
40.4.Banklara aidiyyəti olan
şəxslərlə əqdlərin
bağlanılmasının digər qaydaları Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin 49-1-ci
maddəsi ilə müəyyən olunur.[80]
M a d d ə 4 1. Bank
sirri
41.1. Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə müvafiq olaraq bank hesabının,
hesab üzrə əməliyyatlar və qalıqların,
habelə müştəri haqqında məlumatların, o
cümlədən müştərinin adı, ünvanı,
rəhbərləri haqqında məlumatların sirrinə
bank təminat verir. Müştərilərin bank saxlancında
əmlakının mövcudluğu, bu cür əmlakın
sahibləri, xarakteri və dəyəri haqqında
məlumatların sirrinə də bank təminat verir.
41.2. Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə
müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar
yalnız müştərilərin özlərinə və
onların nümayəndələrinə, həmçinin
kənar auditorlara, maliyyə monitorinqi orqanına və
maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların
vəzifəli şəxslərinə bu cür məlumatlar
yalnız cinayət işinin istintaqı, müştərinin
pul vəsaitinə və bankın saxlancında olan
əmlakına həbs qoyulması, tələb
yönəldilməsi və bunların müsadirə
edilməsi ilə əlaqədar məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı əsasında verilir.
İcra sənədlərinin məcburi icraya
yönəldilməsi ilə əlaqədar
müştərilərin hesab qalıqları barədə
məlumatlar qanunvericiliklə müəyyən olunmuş
mənbələrdən əldə edilmiş məlumat
əsasında icra məmurlarına verilir. “Əmanətlərin
sığortalanması haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
sığorta hadisəsi baş verdikdə,
əmanətçilər barədə məlumatlar
qanunvericiliklə müəyyən edilmiş qaydada
Əmanətlərin Sığortalanması Fonduna verilir. Borcalanlar
barədə məlumat kredit bürolarına “Kredit
büroları haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş qaydada verilir.[81]
Bankın xidmət etdiyi vergi ödəyicisi olan
hər hansı hüquqi şəxsin və ya fərdi
sahibkarın bank hesabı və əməliyyatları
barədə məlumat vergi orqanlarına yalnız
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
ilə müəyyən edilmiş hallarda və qaydada verilir.
Xüsusi seçki
hesabına daxil olan və xərclənən vəsaitlər
barədə məlumat banklar tərəfindən Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə
müəyyən olunmuş qaydada Mərkəzi Seçki
Komissiyasına verilir.
Bank
müştərilərə hesab açdıqda və ya
maliyyə xidmətləri göstərdikdə Azərbaycan
Respublikasının normativ hüquqi aktlarının,
habelə vergi və maliyyə məlumatlarının
mübadiləsini nəzərdə tutan Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin tələblərinə
əməl olunmasını təmin etməli və həmin
beynəlxalq müqavilələrə uyğun olaraq, xarici
dövlətlərin hüquqi və fiziki
şəxslərinin Azərbaycan Respublikasının
ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları
barədə məlumatları Azərbaycan
Respublikasının Vergi Məcəlləsinin 76-1-ci
maddəsinin tələbləri əsasında həmin xarici
dövlətlərin səlahiyyətli orqanlarına təqdim
etməlidir.[82]
Bank
sirrini təşkil edən məlumatlar Azərbaycan
Respublikasının Hesablama Palatasına “Hesablama Palatası
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada verilir.[83]
41.3.Hesabların və əmanətlərin sahibləri
vəfat etdikdə onların hesabları və
əmanətləri barəsində arayışlar notariuslara
onların icraatında olan vərəsəlik işləri
üzrə, habelə müvafiq notariat
hərəkətlərini icra edən konsulluq
idarələrinə verilir.
41.4.Maliyyə
bazarlarına nəzarət orqanı ilə
xarici dövlətlərin bank tənzimləməsi və
nəzarəti orqanları arasında qarşılıqlı
əməkdaşlığa dair sazişə uyğun olaraq
informasiya mübadiləsinin predmeti müvafiq dövlətin
ərazisində fəaliyyət göstərən və ya
fəaliyyət göstərməyə hazırlaşan
subyektlər haqqında informasiyadırsa, belə informasiya bank
sirrinin açılması hesab edilmir, bir şərtlə ki,
bu informasiya üçüncü şəxslərə
verilə bilməz və yalnız bank nəzarəti
məqsədləri üçün istifadə edilir.
41.5.Bankların mövcud və keçmiş
inzibatçıları və digər
əməkdaşları, habelə bankın səhmdarları
bankın idarə edilməsi və ya xidməti
səlahiyyətlərinin həyata keçirilməsi ilə
əlaqədar onlara məlum olan bank sirrini təşkil
edən məlumatların qeyri-qanuni açılmasına
görə Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
mülki, inzibati və cinayət məsuliyyəti
daşıyırlar.
41.6.Bank sirrini təşkil edən məlumatlar bank
tərəfindən qanunsuz olaraq
açıqlandığı halda hüquqları pozulmuş
müştəri Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə müvafiq olaraq bankdan vurulmuş
zərərin əvəzini ödəməyi tələb
edə bilər.
Maddə
42. Cinayət yolu ilə
əldə edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasının və
terrorçuluğun maliyyələşdirilməsinin
qarşısının alınması [84]
42.1.
Kredit təşkilatları cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı monitorinq olunmalı pul vəsaitləri və
digər əməliyyatlar barədə məlumatları
maliyyə monitorinqi orqanına təqdim edir, özünün
daxili nəzarət sistemini hazırlayır və tətbiq
edir, Azərbaycan Respublikasının qanunları və
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrlə müəyyən edilmiş
digər tədbirləri həyata keçirirlər.
Kredit
təşkilatları qanunla müəyyən olunmuş
hallarda və qaydada müştərinin, benefisiar mülkiyyətçinin
və səlahiyyətli nümayəndənin
eyniləşdirilməsi, habelə onlar barədə
əldə olunmuş eyniləşdirilmə
məlumatlarının verifikasiyası üçün
tədbirlər görməli, məlumatın
sənədləşdirilməsi və saxlanılması
tələblərinə əməl etməlidirlər. [85]
Anonim
hesabların, o cümlədən anonim əmanət
hesablarının açılmasına və anonim depozit
sertifikatlarının buraxılmasına yol verilmir.
42.2.
Bu Qanunun 42.1-ci maddəsində göstərilən
tələblərdən başqa digər tələblər
“Cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanunu və
digər normativ hüquqi aktları ilə
müəyyən edilir.[86]
V fəsil
BANKLARDA MÜHASİBAT UÇOTU VƏ HESABAT.
BANKLARIN FƏALİYYƏTİNƏ NƏZARƏT
M a d d ə 4 3. Banklarda
mühasibat uçotu və maliyyə hesabatı
43.1. Bank
və xarici bankın yerli filialı qanunvericiliyə və
Beynəlxalq Mühasibat Standartlarına uyğun olaraq
mühasibat uçotunu aparmalı, fəaliyyətlərini
və maliyyə vəziyyətini əks etdirən
hesabatları, o cümlədən illik maliyyə hesabatları
tərtib etməlidirlər. Maliyyə vəziyyətini əks
etdirən hesabatlar, o cümlədən illik maliyyə
hesabatları maliyyə bazarlarına nəzarət orqanına
və Mərkəzi Banka təqdim edilməlidir. Banklarda
mühasibat uçotu qaydalarının forması, məzmunu
və dövriliyi müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmaqla maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən müəyyən
edilir. Maliyyə vəziyyətini əks etdirən hesabatlar, o
cümlədən illik maliyyə hesabatlarının forma,
məzmunu və dövriliyi müvafiq icra hakimiyyəti
orqanı və maliyyə bazarlarına nəzarət orqanı
ilə razılaşdırılmaqla Mərkəzi Bank
tərəfindən müəyyən edilir.[87]
43.2. Bankın maliyyə hesabatları ayrıca olaraq bankın və konsolidasiya
əsasında (birləşdirilmiş əsasda) onun
törəmə təsərrüfat cəmiyyətlərinin,
filiallarının, şöbələrinin və
nümayəndəliklərinin maliyyə-təsərrüfat
fəaliyyətini və maliyyə vəziyyəti
barədə sistemləşdirilmiş məlumatları əks etdirir.[88]
43.3. Bir və ya bir neçə yerli filialı olan xarici
bank bu Qanunun 43.1-ci və 43.2-ci maddələrində
müəyyən edilmiş tələblərə müvafiq
hər bir yerli filialı üçün ayrıca və
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə
hesabatlarının tərtib
edilməsini təmin etməlidir.[89]
43.4.
Banklarda “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinin təmin
edilməsinə nəzarəti maliyyə bazarlarına
nəzarət orqanı həyata keçirir.[90]
M a d d ə 4 4. Kənar
audit
44.1.Bankın və xarici bankın yerli filialının
maliyyə fəaliyyəti hər il auditor fəaliyyətini
həyata keçirmək üçün xüsusi
razılığa (lisenziyaya) malik olan kənar auditor
tərəfindən yoxlanılmalıdır.
44.2.Auditor yoxlaması “Auditor
xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq həyata keçirilir.[91]
44.3.Bankın və xarici bankın yerli filialının
yoxlamasını aparan kənar auditor “Auditor
xidməti haqqında” və “Auditorun peşə
məsuliyyətinin icbari sığortası haqqında”
Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan hüquq və
vəzifələrlə yanaşı
aşağıdakıları da həyata keçirir:[92]
44.3.1.bankın maliyyə hesabatının onun maliyyə
vəziyyəti haqqında tam və obyektiv təsəvvür
yaradıb-yaratmadığı barəsində hesabat və
rəy hazırlayır;
44.3.2.mühasibat uçotunu, maliyyə nəzarəti
sistemlərini və prosedurlarını lazımi
səviyyədə saxlamaqda banka kömək göstərir;
44.3.3.inzibatçının və ya hər hansı
əməkdaşın banka mühüm zərər vuran
və ona məlum olan qanunsuz hərəkətləri
barədə, habelə idarəetmədə və ya cari
fəaliyyətində çatışmazlıqlar haqqında
maliyyə
bazarlarına nəzarət orqanına
məlumat verir.
44.4.Yerli filialı və ya nümayəndəliyi olan
xarici bank yerli filial və nümayəndəliklərinin
auditinin konsolidasiya əsasında həyata
keçirilməsini təmin etməlidir.
44.5.Maliyyə
bazarlarına nəzarət orqanı
bankların və xarici bankların yerli filiallarının
auditinin aparılmasına dair beynəlxalq bank nəzarəti
praktikasına uyğun minimum tələblər
müəyyən edir. Kənar auditor yoxlaması maliyyə bazarlarına
nəzarət orqanının
tələblərinə uyğun gəlməsə, maliyyə
bazarlarına nəzarət orqanı
auditorun dəyişdirilməsini, habelə bankın
özünün vəsaiti hesabına təkrar auditin
aparılmasını tələb edir.[93]
M a d d ə 4 5. Balans
hesabatının və
kənar auditor rəyinin dərc edilməsi
45.1. Bank və xarici bankın yerli filialı maliyyə
ilinin qurtarmasından ən geci beş ay müddətində
bankın və xarici bankın yerli filialının kənar
auditor tərəfindən təsdiqlənmiş konsolidasiya
əsasında hazırlanmış maliyyə hesabatını
auditor rəyi ilə birlikdə bankın səhmdarlarına,
habelə müştərilərin tələbi ilə onlara
təqdim etməlidir.
45.2. Bank maliyyə ilinin qurtarmasından ən geci beş
ay müddətində konsolidasiya əsasında
fəaliyyətlərini və maliyyə vəziyyətini
əks etdirən auditor tərəfindən
təsdiqlənmiş maliyyə hesabatını auditor rəyi
ilə birlikdə maliyyə
bazarlarına nəzarət orqanına
təqdim etməlidir.
Bir və ya bir
necə yerli filialı olan xarici bank ayrıca olaraq hər bir
yerli filialı üçün kənar auditor
tərəfindən təsdiqlənmiş maliyyə
hesabatını, habelə auditor rəyi ilə birlikdə
beş ay müddətində, konsolodasiya əsasında
təsdiqlənmiş maliyyə hesabatını auditor rəyi
ilə birlikdə səkkiz ay müddətində maliyyə
bazarlarına nəzarət orqanına
təqdim etməlidir.
45.3. Bu Qanunun 45.1-ci
maddəsində göstərilmiş maliyyə hesabatı
kütləvi informasiya vasitələrində bank və xarici
bankın yerli filialları tərəfindən dərc
edilməlidir. Dərc olunan hesabatın forması, məzmunu
və müddətləri maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən müəyyən edilir.
M a d d ə 4 6. Bankların
hesabatı və onların fəaliyyətinə
nəzarət
46.1.Bankın maliyyə
vəziyyətinin qiymətləndirilməsi məqsədi
ilə bank və xarici bankın yerli filialları
özünün və törəmə təsərrüfat
cəmiyyətlərinin ayrıca olaraq və konsolidasiya
əsasında prudensial hesabatlarını maliyyə
bazarlarına nəzarət orqanına, bank statistikası
hesabatlarını maliyyə bazarlarına nəzarət
orqanına və Mərkəzi Banka təqdim
etməlidirlər. Prudensial hesabatların forması, məzmunu
və təqdim edilməsi qaydaları maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən müəyyən
edilir. Bank statistikası hesabatlarının forması,
məzmunu və təqdim edilməsi qaydaları maliyyə
bazarlarına nəzarət orqanı ilə
razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən
müəyyən edilir.[94]
46.2.Banklar və xarici bankların yerli filialları
yerlərdə yalnız maliyyə bazarlarına nəzarət
orqanının inspektorları və ya maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən təyin edilən kənar auditorlar
tərəfindən ildə bir dəfə yoxlanılır.
Bank aktivlərinin itirilməsi təhlükəsi
yarandıqda, habelə qanunvericiliyin pozulması
faktlarının araşdırılması
məqsədilə maliyyə
bazarlarına nəzarət orqanı
banklarda və xarici bankların yerli filiallarında
əlavə yoxlamalar keçirə bilər.
Yoxlayıcıların tərkibinə
qarşılıqlıq prinsipi əsasında maliyyə
bazarlarına nəzarət orqanının
yoxlamalar sahəsində əməkdaşlıq haqqında
saziş bağladığı digər ölkənin bank
tənzimləməsi və nəzarəti orqanının
əməkdaşları da daxil edilə bilərlər.
Yoxlamaların həyata keçirilməsinin prosedur
qaydaları maliyyə
bazarlarına nəzarət orqanının
qərarları ilə müəyyən edilir.
46.3.Bu Qanunun 46.1.-ci və 46.2-ci maddələrinə
uyğun olaraq maliyyə
bazarlarına nəzarət orqanına
və onun təyin etdiyi kənar auditorlara
aşağıdakı səlahiyyətlər verilir:
46.3.1.istənilən banka, onun filiallarına,
şöbələrinə, törəmə
təsərrüfat cəmiyyətlərinə, habelə
xarici bankın yerli filialına daxil olmaq və onların
hesabatlarını, mühasibat kitablarmı,
sənədlərini və digər uçot
yazılarını yoxlamaq, onlara dair izahat tələb
etmək;
46.3.2.bankın, onun törəmə təsərrüfat
cəmiyyətlərinin, bankda mühüm iştirak payına
malik olan şəxslərin, banka aidiyyəti olan
şəxslərin və
aidiyyəti şəxs adından hərəkət edən
şəxslərin, bankın filialının,
şöbəsinin və xarici bankın yerli filialının
inzibatçılarından, əməkdaşlarından və
agentlərindən həmin qurumların idarə
edilməsinə və cari fəaliyyətinə, o
cümlədən müştərilərin
əməliyyatlarına aid istənilən məsələ
barəsində bütün lazımi informasiyanı verməyi
tələb etmək.
46.4. Xarici
bankın yerli nümayəndəliyi özünün
fəaliyyətinin qanunvericilikdən və əsasnaməsi
ilə müəyyən edilmiş hüdudlardan kənara
çıxmadığını göstərmək
üçün özünün idarə edilməsi
qaydası və cari fəaliyyəti haqqında hesabatları maliyyə
bazarlarına nəzarət orqanına
təqdim etməlidir. Hesabatın forması, məzmunu və
təqdim edilməsi qaydası maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən
müəyyən edilir.
Hesabat məlumatlarmı dəqiqləşdirmək
məqsədilə maliyyə
bazarlarına nəzarət orqanının
inspektorları xarici bankın nümayəndəliyini
yerində yoxlaya bilər.
46.5.Bank, onun törəmə təsərrüfat
cəmiyyəti, filialı və şöbəsi, xarici
bankın yerli filialı və nümayəndəliyi bu
maddəyə uyğun vəzifələrin icrası zamanı
maliyyə
bazarlarına nəzarət orqanının
inspektorlarına və ya onun tərəfindən təyin
edilmiş auditorlara zəruri təşkilatı və texniki
imkanları yaradır.
46.6.Qarşılıqlılıq prinsipinə
əsasən xarici bank tənzimləməsi və
nəzarəti orqanlarının sorğuları, habelə
məhkəmənin qüvvəyə minmiş qərarı
ilə nəzərdə tutulan hallar istisna olmaqla, maliyyə
bazarlarına nəzarət orqanı
başqa şəxslərin tələbi ilə banklarda və
xarici bankların yerli filiallarında yoxlamalar
keçirməyə, onlardan hesabat və ya informasiya almağa
səlahiyyətli deyildir.
46.7.Azərbaycan Respublikasında vergi nəzarətini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanı
bankların və xarici bankların yerli filiallarının
fəaliyyətini yalnız vergi ödəyiciləri
qismində yoxlaya bilər. Yoxlamaların keçirilməsi
zamanı bank müştərilərinin hesabları və
əməliyyatları ilə bağlı məlumatlar və
sənədlər yalnız bank sirrini təşkil edən
məlumatların açıqlanması üçün
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
ilə müəyyən olunmuş qaydalara uyğun
əldə edilir.
Maddə 46-1. Maliyyə bazarlarına nəzarət orqanına
ödənilən haqlar[95]
Banklar
və xarici bankların yerli filialları maliyyə
bazarlarına nəzarət orqanına həmin orqan
tərəfindən müəyyən edilmiş
məbləğdə və qaydada haqlar ödəyir.[96]
VI fəsil
BANKLARA TƏSİR
TƏDBİRLƏRİ VƏ SANKSİYALAR
M
a d d ə 4 7.
Banklara təsir tədbirləri
47.1. Bank tərəfindən
prudensial normativlərin və tələblərin
pozulmasına, onun fəaliyyətinin bu Qanunun,
“Cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun və maliyyə bazarlarına nəzarət
orqanının normativ xarakterli aktlarının
tələbləri pozulmaqla həyata keçirilməsinə,
maliyyə
bazarlarına nəzarət orqanının
verdiyi lisenziyaya və icazəyə daxil edilmiş
məhdudiyyətlərin pozulmasına yol verdiyini
müəyyən etdikdə, yaxud bu cür pozuntulara
səbəb ola biləcək əsaslar aşkar etdikdə pozuntunun
xarakterindən asılı olaraq maliyyə bazarlarına
nəzarət orqanının banka
aşağıda göstərilən təsir
tədbirlərini tətbiq etmək hüququ vardır: [97]
47.1.1. pozuntuların aradan qaldırılması
haqqında bankdan öhdəlik məktubu tələb
etmək;
47.1.2. bankla razılaşma bağlamaq;
47.1.3. banka
sərəncam vermək;
47.2. Pozuntuların və ya pozuntulara səbəb ola
biləcək faktların aradan qaldırılması
haqqında maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən bankdan öhdəlik məktubu
tələb edildikdə, bankın maliyyə bazarlarına
nəzarət orqanına təqdim etdiyi
məktubda yol verilmiş çatışmazlıqların
radan qaldırılması üçün bank
tərəfindən görüləcək tədbirlər
və onların həyata keçirilməsi
müddətləri göstərilir.
47.3. Maliyyə
bazarlarına nəzarət orqanı ilə
bank arasında bağlanmış razılaşmada aşkar
edilmiş çatışmazlıqların
təxirəsalınmadan aradan qaldırılması və
bununla bağlı ilk növbədə həyata
keçirilməli tədbirlər müəyyən olunur.
47.4. Maliyyə bazarlarına
nəzarət orqanının banka icrası
məcburi olan sərəncamında bu Qanunun 48-ci
maddəsində göstərilmiş təshih tədbirlərinin
həyata keçirilməsi və
çatışmazlıqların aradan qaldırılması
müddətləri barədə banka yazılı
göstəriş verilir.
Bankın maliyyə vəziyyətinin
sağlamlaşdırılmasına yönəldilən
təshih tədbirləri tətbiq edildikdə, bank verilən
sərəncama müvafiq olaraq tədbirin həyata
keçirilməsi planını iki həftə
müddətində maliyyə
bazarlarına nəzarət orqanına
təqdim edir.
Maliyyə
bazarlarına nəzarət orqanının
icrası məcburi olan sərəncamından
məhkəmə qaydasında şikayət verilməsi
həmin sərəncamın icrasını dayandırmır.
47.5. Bank bu Qanunun 47.2-ci, 47.3-cü
və 47.4-cü maddələrində göstərilmiş
müvafiq öhdəlik məktubunun, razılaşmanın
və sərəncamın icrası barədə həmin
sənədlərdə göstərilmiş
müddətdə maliyyə
bazarlarına nəzarət orqanına
məlumat verməlidir.
M a d d ə 4 8. Banklara
təshih tədbirləri
48.1. Maliyyə
bazarlarına nəzarət orqanı
bu Qanunun 47-ci maddəsinə müvafiq olaraq banka
aşağıdakı təshih tədbirlərini tətbiq
edə bilər:
48.1.1.bank fəaliyyətinin ayrı-ayrı
növlərinin həyata keçirilməsinin
məhdudlaşdırılması və ya dayandırılması;
48.1.2.inzibatçıların vəzifələrindən
müvəqqəti kənarlaşdırılması;
48.1.3.banka aidiyyəti olan şəxslərlə bank
əməliyyatlarının və əqdlərin həyata
keçirilməsinin dayandırılması; [98]
48.1.4.depozitlərin qəbul edilməsinin
məhdudlaşdırılması;
48.1.5.xarici bankların törəmə banklarının
və ya yerli filiallarının təsisçi banklardan
cəlb etdikləri vəsaitlərdən başqa, digər
mənbələrdən vəsaitlərin cəlb
edilməsinin məhdudlaşdırılması və ya
dayandırılması;
48.1.6.digər hüquqi şəxslərin kapitalında
payların alınmasının
məhdudlaşdırılması, dayandırılması
və ya ləğv edilməsi;
48.1.7.yeni filialların və şöbələrin
açılmasının dayandırılması və ya
fəaliyyət göstərən filial və
şöbələrin işinin dayandırılması və
ya fəaliyyətlərinə xitam verilməsi;
48.1.8.maliyyə güzəştlərinin verilməsinin
dayandırılması;
48.1.9.kredit verilməsi və depozit cəlb edilməsi
qaydasının və şərtlərinin
dəyişdirilməsi;
48.1.10.kapitalın artırılmasının tələb
edilməsi;
48.1.11.mənfəət hesabına kapital
ehtiyatlarının yaradılmasının tələb
edilməsi;
48.1.12.aktivlərin keyfiyyətindən asılı olaraq
xüsusi ehtiyatların yaradılmasının və/və ya
nizamnamə kapitalının bankın zərəri
məbləğində azaldılmasının tələb
edilməsi;
48.1.13.başqa şəxslərin öhdəlikləri
üzrə təminatların (qarantiyaların) verilməsinin
dayandırılması;
48.1.14.dividendlərin ödənilməsinin
məhdudlaşdırılması və ya
dayandırılması;
48.1.15.bankın fəaliyyətinin və daxili
nəzarətinin həyata keçirilməsi qaydasında
dəyişikliklər edilməsi;
48.1.16. bank
səhmdarlarının növbədənkənar ümumi
yığıncağının keçirilməsinin
tələb edilməsi.
48.2. Bu Qanunun 48.1-ci
maddəsində göstərilən təshih tədbirləri
ayrılıqda və ya bir neçəsi eyni zamanda tətbiq edilir.[99]
M a d d ə 4 9. Sanksiyalar
49.1. Maliyyə bazarlarına
nəzarət orqanı bu Qanunun 47.1-ci
maddəsində nəzərdə tutulan hallarda bu Qanunun 48.1-ci
maddəsində nəzərdə tutulmuş təshih
tədbirləri ilə yanaşı banka qarşı
aşağıdakı sanksiyaları tətbiq edə
bilər:
49.1.1.bank, habelə bank inzibatçıları
barəsində Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində nəzərdə
tutulmuş cərimələrin tətbiq edilməsi;
49.1.2.inzibatçıların tutduğu
vəzifələrindən azad edilməsi.
49.2.
Maliyyə
bazarlarına nəzarət orqanı
banka qarşı bu Qanunun 49.1.2-ci maddəsində
nəzərdə tutulmuş sanksiyanı tətbiq etdikdə,
bank inzibatçılarının vəzifədən azad
edilməsi bankın səlahiyyətli idarəetmə
orqanının qərarı ilə təxirəsalınmadan
həyata keçirilir.
49.3.
Bu Qanunun 16-cı
maddəsində nəzərdə tutulmuş əsaslara
görə maliyyə
bazarlarına nəzarət orqanı
bank lisenziyasının ləğv edilməsi barədə
qərar qəbul edilməsi
məsələsinə baxır.[100]
49.4.
Sanksiyaların
tətbiqi bankı kreditorlar, o cümlədən bankın
müştəriləri qarşısında
öhdəliklərini, bankın inzibatçılarını
isə (tutduğu vəzifədən azad edilmiş
inzibatçılar istisna olmaqla) öz xidməti
vəzifələrini yerinə yetirməkdən azad etmir.
Maddə 5 0. Sanksiyaların tətbiq
edilməsi qaydası
50.1.Banklara və bank inzibatçılarına
cərimə sanksiyaları Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş hallarda və qaydada tətbiq
edilir. Bu Qanunun 49.1.2-ci və 49.3-cü maddələrində
nəzərdə tutulmuş sanksiyaların tətbiqinə
dair materiallara baxılması və onun nəticələrinin
rəsmiləşdirilməsi qaydası maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən
müəyyən edilir.
50.2.Bu Qanunun 49.1.2-ci və 49.3-cü
maddələrində nəzərdə tutulmuş sanksiyalar maliyyə
bazarlarına nəzarət orqanının
İdarə Heyətinin qərarı ilə tətbiq
edilir.[101]
50.3.Maliyyə
bazarlarına nəzarət orqanı
bu Qanunun 49-cu maddəsində nəzərdə tutulmuş
sanksiyaların tətbiqi haqqında qərar qəbul
etdikdə bu qərar barəsində müvafiq banka
təxirəsalınmadan bildiriş göndərməlidir.
50.4.
Barəsində
sanksiya tətbiq edilmiş şəxslər bu qərardan
Azərbaycan Respublikasının İnzibati
Prosessual Məcəlləsi
ilə müəyyən edilmiş qaydada
məhkəməyə şikayət verə bilərlər.
Şikayətin verilməsi bu Qanunun 49.1.2-ci və 49.3-cü
maddələrində nəzərdə tutulmuş
sanksiyaların icrasını dayandırmır.[102]
VII fəsil[103]
MÜVƏQQƏTİ İNZİBATÇI
M a d d ə 5 1. Müvəqqəti
inzibatçının təyin edilməsinin əsasları
51.1. Aşağıdakıların
müəyyənləşdirildiyi hallarda maliyyə bazarlarına nəzarət
orqanı banka müvəqqəti inzibatçı təyin
edir:
51.1.1.bankın
məcmu kapitalının miqdarı maliyyə bazarlarına nəzarət
orqanının banklar üçün müəyyən
etdiyi məcmu kapitalının minimum miqdarının 25 faizinə
və ya onun adekvatlıq əmsalı 3 faizə
çatmışdır;
51.1.2.bank
öhdəlikləri üzrə ödənişlərin
icrasını təmin edə bilmir;
51.1.3.bank
barəsində iflas proseduruna başlanılması haqqında
ərizə verilmişdir;
51.1.4.bank
lisenziyası bu Qanunla müəyyən edilmiş digər
əsaslar üzrə ləğv edilməlidir.
51.2. Bank bu Qanunun 47-ci, 48-ci və
49.1.2-ci maddələrinə uyğun olaraq müəyyən
edilmiş tələbləri yerinə yetirmədikdə maliyyə bazarlarına nəzarət
orqanı həmin banka müvəqqəti inzibatçı
təyin etmək hüququna malikdir.
M a d d ə 5 2. Müvəqqəti
inzibatçının təyin edilməsi
52.1.Müvəqqəti
inzibatçı maliyyə
bazarlarına nəzarət orqanının
işçiləri sırasından və ya kənar
şəxslərdən (fiziki və/və ya hüquqi) 12 aydan
çox olmayan müddətə təyin edilir. Təyinat
müddəti maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən 6 aydan çox olmayan müddətə
uzadıla bilər.
52.2.Müvəqqəti
inzibatçının əmək haqqı və
çəkdiyi xərclər bankın aktivləri hesabına,
çatışmayan hissədə isə maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən ödənilir.
52.3.Banklara
aidiyyəti olan şəxslər,
habelə bankın kreditorları və borcluları (maliyyə bazarlarına nəzarət
orqanı istisna olmaqla) bankın müvəqqəti
inzibatçısı vəzifəsinə təyin oluna
bilməzlər. [104]
52.4.Müvəqqəti inzibatçının təyin
edilməsi və ya təyinat müddətinin uzadılması
haqqında qərarda müvafiq əsaslar, müvəqqəti
inzibatçı haqqında məlumat və onun
səlahiyyət müddəti göstərilir. Maliyyə bazarlarına nəzarət
orqanı qərar qəbul edildikdən sonra onun dərhal
bankın Müşahidə Şurasının və
İdarə Heyətinin sədrlərinə təqdim
olunmasını təmin edir.
52.5.Müvəqqəti inzibatçı öz
fəaliyyətində bu Qanunu, qüvvədə olan normativ
hüquqi aktları, o cümlədən maliyyə bazarlarına nəzarət
orqanının normativ xarakterli aktlarmı, habelə
göstəriş və tövsiyələrini rəhbər
tutur.[105]
52.6.Maliyyə
bazarlarına nəzarət orqanının
müvəqqəti inzibatçının təyin edilməsi
haqqında qərarının təsdiq edilmiş surəti
banka təqdim edildiyi gündən etibarən 5 təqvim
günü müddətində bankın Müşahidə Şurası
banka təyin edilmiş müvəqqəti
inzibatçının dəyişdirilməsi və ya ona
razılıq verilməsi barədə qərar qəbul
etməli və qərarın təsdiq edilmiş surətini maliyyə bazarlarına nəzarət
orqanına təqdim etməlidir. Bank maliyyə bazarlarına nəzarət
orqanının müraciətinə münasibətini
bildirmədikdə, bank müvəqqəti
inzibatçının təyin edilməsi qərarı
ilə razı olmuş hesab olunur.
52.7.Maliyyə
bazarlarına nəzarət orqanı təyin etdiyi
müvəqqəti inzibatçıya dair etiraz aldıqda 5
təqvim günü müddətində öz qərarına
yenidən baxmalı, təyinatın ləğv edilməsi və
ya seçimini əsaslandıraraq qərarının
qüvvədə saxlanılması barədə qərar
qəbul etməlidir. Maliyyə
bazarlarına nəzarət orqanının digər
müvəqqəti inzibatçının təyin edilməsi
və ya əvvəlki təyinatının qüvvədə
saxlanılması barədə qərarı dərhal müvafiq
banka təqdim olunmalıdır.
52.8.Bu Qanunun 52.6-cı və 52.7-ci
maddələrində nəzərdə tutulmuş hallardan
asılı olmayaraq maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən təyin edilmiş müvəqqəti
inzibatçı maliyyə
bazarlarına nəzarət orqanının onun
təyin olunması barədə qərarı
çıxarıldıqdan sonra dərhal öz
vəzifələrinin icrasına başlamalıdır.
Müvəqqəti inzibatçının təyinatı
dəyişdirildikdə, müvəqqəti inzibatçı
dərhal bankın aktivlərinin idarə olunmasını,
mühasibat kitablarını və yazılarını yeni
təyin olunmuş müvəqqəti inzibatçıya
təhvil verməlidir.
52.9.Bank müvəqqəti inzibatçının
təyin edilməsi haqqında maliyyə
bazarlarına nəzarət orqanının
qərarı, habelə maliyyə
bazarlarına nəzarət orqanının
müvəqqəti inzibatçının
təyinatını təsdiq edən qərarı ilə
razı olmadıqda həmin qərarlardan sonuncu qərar
təqdim edildikdən sonra Azərbaycan
Respublikasının İnzibati Prosessual Məcəlləsi
ilə müəyyən edilmiş qaydada
məhkəməyə şikayət edə bilər.[106]
M a d d ə 5 3. Müvəqqəti
inzibatçının səlahiyyətləri
53.1. Müvəqqəti
inzibatçı təyin olunduğu gündən:
53.1.1.bankın
idarə edilməsi ilə bağlı idarəetmə
orqanlarının səlahiyyətləri
dayandırılır;
53.1.2.bankın
idarə edilməsi ilə bağlı idarəetmə
orqanlarının səlahiyyətləri müvəqqəti
inzibatçıya keçir. Bankın müvəqqəti
inzibatçısı bankın satılması, yenidən
təşkili və ləğvi haqqında qərarlar
qəbul edə bilməz. Bankın satılması və
yenidən təşkili yalnız məhkəmənin
qərarı əsasında həyata keçirilə
bilər;
53.1.3.bankın
mövcud maliyyə vəziyyəti haqqında ən geci 60
təqvim günü müddətində hesabat
hazırlayıb maliyyə
bazarlarına nəzarət orqanına təqdim edir.
Hesabata bankın ləğvi zamanı satıla bilən
aktivlərin dəyərləndirilmiş qiyməti daxil edilir.
Hesabatın tərtib edilməsinə müstəqil auditor da
cəlb oluna bilər. Auditorun xidmətləri bankın
hesabına ödənilir. Maliyyə
bazarlarına nəzarət orqanı ona təqdim
olunan hesabata dair müvafiq qərar qəbul edir;
53.1.4.bankın
adından və bankın hesabına əqdlər
müvəqqəti inzibatçının yazılı
razılığı ilə həyata keçirilir, əks
halda həmin əqdlər etibarsız sayılır.
53.2. Müvəqqəti
inzibatçı bankın idarəetmə orqanlarının
səlahiyyətlərindən başqa
aşağıdakıları həyata keçirir:
53.2.1.bankın
əmlakının və sənədlərinin qorunması
üçün tədbirlər görür;
53.2.2.bankın
kreditorlarını və onların qarşısında
bankın pul öhdəliklərinin miqdarını
müəyyən edir;
53.2.3.bank
qarşısında olan borcların qaytarılması
üçün qanunvericiliklə müəyyən edilmiş
qaydada tədbirlər görür;
53.2.4.bankın
adından müqavilələr və sənədlər
imzalayır;
53.2.5.zərurət
olduqda qanunvericilikdə müəyyən edilmiş qaydada
bankın investisiya qoyuluşunu nəzərdə tutan
bağlanmış müqavilələri ləğv edir
və ya onlara dəyişikliklər və əlavələr
edir, habelə bankın bağladığı
müqavilələrdə komisyon haqlarını, faizləri
və onların müddətlərini dəyişdirir;
53.2.6.bankın
adından və onun maraqları naminə
məhkəmələrə iddia ərizələri verir;
53.2.6.işdən
azad edilmə, aşağı vəzifəyə
keçirilmə, müvəqqəti vəzifədən
kənarlaşdırma, bankın işçiləri
arasında vəzifələrin bölgüsü də daxil
olmaqla, əmrlər verir;
53.2.7.bu Qanunun 57-ci
maddəsinə müvafiq olaraq bankın maliyyə
sağlamlaşdırılmasına dair tədbirləri
həyata keçirir.
53.3.Maliyyə bazarlarına nəzarət
orqanının razılığı ilə
müvəqqəti inzibatçı bankın idarə
edilməsinə başqa şəxsləri, o
cümlədən bankın inzibatçılarını və
əməkdaşlarını cəlb edə bilər.
53.4.Fəaliyyətə
başladığı gündən etibarən bankın
inzibatçıları və əməkdaşları
bankın möhürünü və ştamplarım,
mühasibat kitablarını və digər
sənədlərini, əmlakı və digər
qiymətliləri müvəqqəti inzibatçıya
təhvil verməli və fəaliyyəti ilə bağlı
zəruri olan məlumatları ona təqdim etməlidirlər.
53.5.Müvəqqəti
inzibatçının müraciəti ilə hüquq
mühafizə orqanları müvəqqəti
inzibatçının bankın binasına daxil
olmasını, bankın aktivlərini, mühasibat
kitablarını və yazılarmı idarəetməyə
qəbul etməsini və onların qorunmasını təmin
etməlidirlər.
M
a d d ə 5 4. Maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən müvəqqəti
inzibatçının fəaliyyəti üzərində
nəzarət
54.1.
Maliyyə bazarlarına
nəzarət orqanı müvəqqəti inzibatçının
üzərində fəaliyyətinin bütün
müddəti ərzində nəzarəti həyata keçirir.
54.2. Maliyyə
bazarlarına nəzarət orqanı:
54.2.1.bankın
idarə edilməsi və bu Qanunun 57-ci maddəsinə
müvafiq olaraq maliyyə sağlamlaşdırılması
ilə əlaqədar müvəqqəti inzibatçıya
müvafiq tədbirlərin həyata keçirilməsinin
əsas istiqamətləri üzrə tövsiyələr
verməyə;
54.2.2.müvəqqəti
inzibatçıya yazılı şəkildə icrası
məcburi olan göstərişlər verməyə;
54.2.3.müvəqqəti
inzibatçının fəaliyyəti barəsində
məlumatların təqdim edilməsini tələb
etməyə;
54.2.4.müvəqqəti
inzibatçıdan hesabat almağa;
54.2.5.müvəqqəti
inzibatçının təyinat müddətinin bu Qanunun
52.1-ci maddəsinə müvafiq olaraq uzadılmasına
səlahiyyətlidir.
54.3.
Müvəqqəti inzibatçı öz
səlahiyyətlərinin həyata keçirilməsi
haqqında yalnız maliyyə
bazarlarına nəzarət orqanı
qarşısında hesabat verir.
M
a d d ə 5 5. Moratorium
Banka
müvəqqəti inzibatçı təyin olunduğu
dövrdə bankın aktivlərinin və maliyyə
vəziyyətinin qiymətləndirilməsi, habelə
aktivlərin dəyərinin aşağı
düş-məsinin qarşısını almaq
məqsədilə maliyyə
bazarlarına nəzarət orqanının
ərizəsi ilə məhkəmə hüquqi və fiziki
şəxslərin bankdakı depozitləri və bankın
digər öhdəlikləri üzrə
ödənişləri tamamilə və ya qismən
dayandıra bilər. Bu ərizə üzrə
məhkəmə 48 saat ərzində qərar
çıxarır və həmin qərar dərhal icraya
yönəldilir.
M a d d ə 5 6. Müvəqqəti
inzibatçının fəaliyyətinə xitam verilməsi
56.1. Müvəqqəti
inzibatçının fəaliyyətinə maliyyə bazarlarına nəzarət
orqanının qərarı ilə aşağıdakı
hallarda xitam verilir:
56.1.1.Maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən müəyyən edilən
müddət bitdikdə;
56.1.2.Maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən müvəqqəti inzibatçının
fəaliyyətinə vaxtından əvvəl xitam
verildikdə;
56.1.3.iflasa uğrayan
banka məhkəmə ləğvedici təyin etdikdə.
56.2.Bankın maliyyə
sağlamlaşdırılması və fəaliyyətinin
yaxşılaşdırılması ilə əlaqədar
müvəqqəti inzibatçının fəaliyyətinə
xitam verildikdə (o cümlədən, vaxtından
əvvəl), həmin banka münasibətdə maliyyə bazarlarına nəzarət
orqanı və müvəqqəti inzibatçı
tərəfindən müəyyən edilən bütün
məhdudiyyətlər ləğv edilir.
56.3.Müvəqqəti inzibatçının həyata
keçirdiyi tədbirlər bankın maliyyə
sağlamlaşdırılması və fəaliyyətinin
yaxşılaşdırılması ilə
nəticələnmədikdə və ya bankın
fəaliyyətində olan çatışmazlıqlar aradan
qaldırılmadıqda, maliyyə
bazarlarına nəzarət orqanı
müvəqqəti inzibatçının
səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi haqqında qərar qəbul edir və banka bank
əməliyyatlarının həyata keçirilməsi
üçün verilmiş lisenziyanı və icazəni bu
Qanunda nəzərdə tutulmuş əsaslara görə
ləğv edir.
56.4.Müvəqqəti
inzibatçının səlahiyyətlərinə xitam
verildikdən sonra o, yekun hesabatı 30 gün
müddətində hazırlayıb maliyyə bazarlarına nəzarət
orqanına təqdim etməlidir.
VIII
fəsil[107]
ÖDƏMƏ
QABİLİYYƏTİNİ İTİRMİŞ BANKIN
REZOLYUSİYASI
Maddə 57.
Ödəmə qabiliyyətini itirmiş banka
müvəqqəti inzibatçı təyin edilməsi
57.1. Aşağıdakı
əsaslardan hər hansı birinin və ya bir
neçəsinin müəyyən edildiyi hallarda maliyyə
bazarlarına nəzarət orqanı ödəmə
qabiliyyətinin itirilməsi ilə əlaqədar banka
müvəqqəti inzibatçının təyin edilməsi
barədə qərar qəbul edir:
57.1.1. bankın məcmu
kapitalının miqdarı maliyyə bazarlarına
nəzarət orqanının banklar üçün
müəyyən etdiyi məcmu kapitalın minimum
miqdarının 25 faizinə və ya onun adekvatlıq
əmsalı 3 faizə çatdıqda;
57.1.2. bu Qanunun 57-11-ci
maddəsində müəyyən edilmiş hallar istisna olmaqla,
bank hər hansı öhdəliyi üzrə
ödənişlərin icrasını təmin edə
bilmədikdə və ya icra müddəti bitməkdə olan
öhdəliklərinin icrası üçün yetərli
miqdarda likvid vəsaitə malik olmadıqda;
57.1.3. bank lisenziyası bu
Qanunla müəyyən edilmiş digər əsaslar üzrə
ləğv edilməli olduqda.
57.2. Bank bu Qanunun 47.5-ci, 48.1-ci
və 49.2-ci maddələrinin tələblərini yerinə
yetirmədikdə maliyyə bazarlarına nəzarət
orqanı həmin banka müvəqqəti inzibatçı
təyin etmək hüququna malikdir.
57.3. Banka müvəqqəti
inzibatçı təyin edilməsi haqqında maliyyə
bazarlarına nəzarət orqanının qərarı
bankın prudensial hesabatlarına, bankda aparılmış
yoxlamanın nəticələrinə dair hesabata və ya
kənar audit hesabatlarına istinad edilməklə
əsaslandırılır. Müvəqqəti
inzibatçının təyin edilməsi və ya təyin
olunma müddətinin uzadılması barədə qərarda
onun haqqında məlumatlar və səlahiyyət
müddəti göstərilir. Maliyyə bazarlarına
nəzarət orqanı ödəmə qabiliyyətini
itirmiş banka müvəqqəti inzibatçının
təyin edilməsi barədə qərar qəbul etdiyi gün
öz işçiləri sırasından və ya kənar
şəxslərdən (fiziki və (və ya) hüquqi
şəxslərdən) banka müvəqqəti
inzibatçı təyin edir və həmin gündən
bankın rezolyusiyası prosesinə başlayır. Maliyyə
bazarlarına nəzarət orqanı müvəqqəti
inzibatçının təyin edilməsi barədə
qərarı qəbul etdikdən sonra dərhal bankın
Müşahidə Şurasının və İdarə
Heyətinin sədrlərinə təqdim olunmasını
təmin edir.
57.4. Banka müvəqqəti
inzibatçı təyin edildiyi gündən:
57.4.1. bankın idarə
olunması üzrə bütün səlahiyyətlər, o
cümlədən bank səhmdarlarının ümumi
yığıncağının səlahiyyətləri
dayandırılır;
57.4.2. bankın idarə
olunması üzrə bütün səlahiyyətlər, o
cümlədən bank səhmdarlarının ümumi
yığıncağının səlahiyyətləri müvəqqəti
inzibatçıya keçir.
57.5. Müvəqqəti
inzibatçı təyin edildiyi gündən sonrakı
gündən başlayaraq ən geci 30 təqvim günü
müddətində rezolyusiya metodunu, şərtlərini,
iqtisadi əsaslandırmasını və
müddətlərini özündə əks etdirən
tədbirlər planını ödəmə qabiliyyətini
itirmiş bankın maliyyə göstəricilərinə
əsasən hazırlayıb maliyyə bazarlarına
nəzarət orqanına təqdim edir.
57.6. Ödəmə
qabiliyyətini itirmiş bank ən geci 9 ayadək
müddətə müvəqqəti inzibatçı
tərəfindən idarə olunur. Bu müddət maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən 3
ayadək müddətə uzadıla bilər. Bu
müddətdə maliyyə bazarlarına nəzarət
orqanı ödəmə qabiliyyətini itirmiş bankın
rezolyusiyası ilə bağlı aşağıdakı
tədbirləri həyata keçirir:
57.6.1. ödəmə
qabiliyyətini itirmiş bankın sağlam banka
qoşulmasını;
57.6.2. ödəmə
qabiliyyətini itirmiş bankın aktiv və
öhdəliklərinin tam və ya qismən alıcı banka
köçürülməsini;
57.6.3. körpü bankın
yaradılmasını, ödəmə qabiliyyətini
itirmiş bankın sağlam aktivlərinin və
öhdəliklərinin körpü banka
köçürülməsini və körpü bankın
investora satılmasını;
57.6.4. ödəmə
qabiliyyətini itirmiş bankın investora
satılmasını;
57.6.5. ödəmə
qabiliyyətini itirmiş bankın ləğvini.
57.7. Müvəqqəti
inzibatçı bankın kreditorlarının bankın
rezolyusiyası çərçivəsində əldə
edəcəyi vəsaitin bankın ləğv ediləcəyi
halda əldə edəcəyi vəsaitdən az
olmamasını təmin etməlidir.
57.8. Banka müvəqqəti
inzibatçı təyin olunduğu dövrdə bankın
aktivlərinin və maliyyə vəziyyətinin
qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin
aşağı düşməsinin qarşısını
almaq məqsədi ilə maliyyə bazarlarına
nəzarət orqanının ərizəsi ilə məhkəmə
hüquqi və fiziki şəxslərin bankdakı
depozitləri və bankın digər öhdəlikləri
üzrə ödənişləri tamamilə və ya
qismən dayandıra (moratorium tətbiq edilə) bilər.
Maddə 57-1. Bankın müvəqqəti inzibatçı
tərəfindən idarə edilməsi
57-1.1. Müvəqqəti
inzibatçı bu Qanunla bank inzibatçıları
üçün müəyyən edilmiş
tələblərə cavab verməlidir.
57-1.2. Ödəmə
qabiliyyətini itirmiş banka aidiyyəti olan
şəxslər, bankın səhmdarları, kreditorları
və borcluları müvəqqəti inzibatçı
təyin edilə bilməzlər. Bu kimi halların mövcudluğu
müvəqqəti inzibatçı təyin olunduqdan sonra
aşkar olunarsa, inzibatçının fəaliyyətinə
xitam verilir.
57-1.3. Bankın idarə
edilməsi ilə bağlı bütün xərclər
bankın vəsaiti hesabına həyata keçirilir.
Bankın idarə edilməsi üçün bankın öz
vəsaiti olmadıqda, bankın idarə edilməsi maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən
təsdiq edilmiş xərclər smetası əsasında
maliyyə bazarlarına nəzarət orqanının
vəsaiti hesabına həyata keçirilir. İdarə
edilməsi üçün kifayət qədər vəsaiti
olmayan bankın rezolyusiyası 3 ay müddətində başa
çatdırılmalıdır.
Maddə 57-2. Müvəqqəti inzibatçının bankın
idarə edilməsi ilə bağlı səlahiyyətləri
57-2.1. Banka müvəqqəti
inzibatçı təyin edilməsi barədə maliyyə
bazarlarına nəzarət orqanının qərarı banka
təqdim edildiyi gündən idarəetmə orqanları
bankın möhürlərini, ştamplarını,
bütün əmlakını, mühasibat kitablarını
və digər sənədlərini müvəqqəti inzibatçıya
təhvil verməli və bankın fəaliyyəti ilə
bağlı zəruri olan məlumatları təqdim
etməlidir.
57-2.2. Maliyyə bazarlarına
nəzarət orqanının müraciəti ilə müvafiq
icra hakimiyyəti orqanı müvəqqəti
inzibatçının bankın binasına daxil
olmasını, bankın aktivlərini, mühasibat kitablarını
və yazılarını idarəetməyə qəbul
etməsini və onların qorunmasını təmin
etməlidir.
57-2.3. Müvəqqəti
inzibatçının təyin olunduğu gündən
bankın idarəetmə orqanları tərəfindən
imzalanmış əqdlər və həyata keçirdiyi
əməliyyatlar hüquqi qüvvəyə malik olmur və
etibarsız hesab olunur. Müvəqqəti inzibatçı
bankın bütün idarəetmə orqanlarının
səlahiyyətlərini həyata keçirməklə
yanaşı, aşağıdakı tədbirləri
görür:
57-2.3.1. bankın
əmlakının və sənədlərinin qorunması
üçün tədbirlər görür;
57-2.3.2. bankın
kreditorlarını və onların qarşısında
bankın pul öhdəliklərinin miqdarını
müəyyən edir;
57-2.3.3. bankın
qarşısında olan borcların qaytarılması
üçün tədbirlər görür;
57-2.3.4. bankın adından
müqavilələr və sənədlər imzalayır;
57-2.3.5. kredit
müqavilələri də daxil olmaqla, bankın maraqlarına
aşkar şəkildə zidd olan şərtlərlə
bağlanılması nəticəsində bankın maliyyə
vəziyyətinin pisləşməsinə səbəb
olmuş müqavilə öhdəliklərinin icrasından
imtina və həmin müqavilələrin ləğvi
üçün Azərbaycan Respublikasının Mülki
Məcəlləsində müəyyən edilmiş qaydada
tədbirlər görür;
57-2.3.6. bankın maliyyə
dayanıqlılığına xələl gətirdiyi halda
bankın investisiya qoyuluşunu nəzərdə tutan
müqavilələrinin Azərbaycan Respublikasının
Mülki Məcəlləsində müəyyən edilmiş
qaydada ləğvi və ya onlara əlavə və
dəyişikliklər edilməsi üzrə tədbirlər
görür;
57-2.3.7. aktivlərin
keyfiyyətinin pisləşməsinin qarşısını
almaq tələb olunduqda bank tərəfindən verilmiş
kreditlərin restrukturizasiyasını (kreditin ödəmə
müddətinin uzadılması, faizlərin azaldılması
və ya ləğv edilməsi, ümidsiz borcların
silinməsi) həyata keçirir;
57-2.3.8. bankın
fəaliyyətinin auditini və hüquqi
sənədlərinin ekspertizasını təşkil edir;
57-2.3.9. bu Qanunun 57-10-cu
maddəsində nəzərdə tutulmuş tədbirləri
görür, bankın ödəmə qabiliyyətinin
itirilməsinə gətirib çıxaran halları
araşdırır, bu kimi halların baş verməsində
şübhəli bilinən şəxslərin
məsuliyyətə cəlb edilməsi üçün
aidiyyəti orqanlara müraciət edir, banka dəymiş
zərərin ödənilməsi üçün məhkəmədə
iddia qaldırır;
57-2.3.10. bankda və onun
yaratdığı törəmə hüquqi
şəxslərdə işdən azad edilmə, əmək
şəraitinin şərtlərinin dəyişdirilməsi,
aşağı vəzifəyə keçirilmə,
müvəqqəti vəzifədən kənarlaşdırma,
işçilər arasında vəzifə bölgüsü
də daxil olmaqla, əmrlər verir;
57-2.3.11. bankın
xərclərinin azaldılması istiqamətində
tədbirlər görür;
57-2.3.12. maliyyə
bazarlarına nəzarət orqanının
razılığı ilə bankın idarə
edilməsinə başqa şəxsləri, o
cümlədən bankın inzibatçılarını
və əməkdaşlarını cəlb edir;
57-2.3.13. mənfəətin
bölüşdürülməsini və dividendlərin
ödənilməsini dayandırır;
57-2.3.14. ödəmə
qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə
bağlı tədbirlər planının layihəsini
hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına
təqdim edir;
57-2.3.15. ödəmə qabiliyyətini
itirmiş bankın rezolyusiyası ilə bağlı
tədbirlər planının yerinə yetirilməsi
üçün işlər görür;
57-2.3.16. öz
fəaliyyəti və bankın rezolyusiyası ilə
bağlı tədbirlər planının icrası
barədə ayda bir dəfə maliyyə bazarlarına
nəzarət orqanına hesabat verir.
57-2.4. Bankın maliyyə
vəziyyətinin yaxşılaşdırılması,
itirilmiş kapitalının bərpası və likvidliyinin
təmin edilməsi məqsədi ilə müvəqqəti
inzibatçı, həmçinin aşağıdakı
səlahiyyətləri həyata keçirir:
57-2.4.1. bankın
rezolyusiyası ilə bağlı tədbirlər
planının hazırlanması
çərçivəsində bankın aktivlərinin və
öhdəliklərinin həcmini müəyyən edir,
yenilənmiş balans hesabatını hazırlayır,
məcmu kapitalını yenidən qiymətləndirir və
bankın kapital kəsirini müəyyən edir;
57-2.4.2. bankın
kapitalının artırılması üçün:
57-2.4.2.1. nizamnamə
kapitalındakı payının artırılması
müqabilində bankın mühüm iştirak payına
malik səhmdarlarına məxsus olan, bankın
çatışmayan kapitalı həcmində bankda
saxlanılan əmanətlərini nizamnamə kapitalına
daxil edir;
57-2.4.2.2. nizamnamə
kapitalındakı payının artırılması
müqabilində bankın mühüm iştirak payına
malik səhmdarlarının banka bilavasitə və ya
dolayı olaraq verdiyi subordinasiya borc öhdəliklərini
ikinci dərəcəli kapitaldan nizamnamə kapitalına daxil
edir;
57-2.4.3. bankın
yaratdığı törəmə hüquqi
şəxslərdəki payını (onun bir hissəsini),
mülkiyyətində olan daşınmaz əmlakı və
digər aktivləri satır və ya girov qoyur.
Maddə 57-3. Ödəmə qabiliyyətini itirmiş bankın
aktivlərinin pisləşməsinin və mümkün
zərərin qarşısının alınması
üzrə tədbirlər
57-3.1. Müvəqqəti
inzibatçı bankın əmlakının və
sənədlərinin mühafizəsi və qorunması
üçün tədbirlər görməlidir.
Müvəqqəti inzibatçı təyin edildiyi
gündən 30 təqvim günü ərzində bankın
aktiv və öhdəliklərinin inventarizasiyasını
aparmalı və bankın yenilənmiş balans
hesabatını hazırlamalıdır.
57-3.2. Təyin oldunduğu
gündən 45 təqvim günü ərzində
müvəqqəti inzibatçı bankın maliyyə
vəziyyətinin pisləşməsinə səbəb olan
halların, o cümlədən aşağıdakı
halların müəyyən edilməsi üçün
bankın son 2 il ərzində bağlamış olduğu
müqavilələri, sazişləri, habelə həyata
keçirdiyi əməliyyatları təhlil edir:
57-3.2.1. bankın
əmlakının bazar şərtlərindən
əhəmiyyətli dərəcədə aşağı
şərtlərlə və qiymətlə
özgəninkiləşdirilməsini və ya
istifadəyə verilməsini;
57-3.2.2. normal bazar
şəraitində tətbiq edilməyən
güzəştlərin kredit müqavilələri ilə
müştəriyə verilməsini;
57-3.2.3. kredit və ya digər
müqavilələrin bankın aktivlərinin ələ
keçirilməsi məqsədi ilə bağlanmasını;
57-3.2.4. bankın bəzi
kreditorlara imtiyazlar və güzəştlər verən
ödənişlərlə və ya əmlakla bağlı
əqdlər bağlamasını;
57-3.2.5. banka aidiyyəti olan
şəxslərlə qanunvericiliyin tələblərini pozan
və ya bankın əmanətçilərinin və
kreditorlarının maraqlarına təhlükə yaradan
müqavilələrin bağlanmasını;
57-3.2.6. bağlanmış
müqavilələr əsasında əmlakı, malları
və xidmətləri onların real dəyərindən
əhəmiyyətli dərəcədə yuxarı qiymətə
bankın satın almasını;
57-3.2.7. kreditlərin
təminatı kimi çıxış edən əmlakın
dəyərinin şişirdilməsini.
57-3.3. Bu Qanunun 57-3.2-ci
maddəsində nəzərdə tutulmuş
müqavilələr etibarsız hesab olunur.
Müvəqqəti inzibatçı qeyd olunan
müqavilələr əsasında bankın əldən
çıxmış aktivlərinin geri qaytarılması,
habelə banka dəymiş zərərin ödənilməsi
üçün qanunvericiliklə müəyyən edilmiş
tədbirlər görür.
57-3.4. Müvəqqəti
inzibatçının bankın idarəedilməsi ilə
bağlı bu Qanun çərçivəsində qəbul
etdiyi qərarlarından maraqlı şəxslər inzibati
qaydada və məhkəməyə şikayət verə
bilər.
Maddə 57-4. Müvəqqəti inzibatçının
fəaliyyətinə nəzarət
57-4.1. Maliyyə bazarlarına
nəzarət orqanı müvəqqəti
inzibatçının fəaliyyətinə nəzarəti
aşağıdakı qaydada həyata keçirir:
57-4.1.1. müvəqqəti
inzibatçının fəaliyyəti barədə
məlumat tələb edir və hesabat alır;
57-4.1.2. müvəqqəti
inzibatçıya bankın idarə edilməsi və
bankın rezolyusiyası ilə bağlı tədbirlər
planının icrası ilə əlaqədar tövsiyələr
və yazılı şəkildə icrası məcburi
göstərişlər verir;
57-4.1.3. müvəqqəti
inzibatçının təyinat müddətinin
uzadılması barədə qərar qəbul edir;
57-4.1.4. müvəqqəti
inzibatçının bankın idarəedilməsi ilə
bağlı bu Qanun çərçivəsində qəbul
etdiyi qərarlarından maraqlı şəxslərin verdiyi
şikayətlərə baxır.
57-4.2. Müvəqqəti
inzibatçının fəaliyyətinə maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən
aşağıdakı hallarda xitam verilir:
57-4.2.1. müvəqqəti
inzibatçının təyinat müddəti bitdikdə;
57-4.2.2. bu Qanunun 57-4.3-cü
maddəsində nəzərdə tutulmuş hallarda,
müvəqqəti inzibatçının
fəaliyyətinə vaxtından əvvəl xitam
verildikdə;
57-4.2.3. ödəmə
qabiliyyətini itirmiş bank məcburi ləğv edildikdə
və ya müflis elan olunduqda;
57-4.2.4. ödəmə
qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə
bağlı tədbirlər planının icrası başa
çatdırıldıqda.
57-4.3. Ödəmə
qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə
bağlı tədbirlər planının icrası
nəzərdə tutulan müddətdə başa
çatdırılmadıqda və ya ödəmə
qabiliyyətinin bərpası ilə bağlı
tədbirlər nəticə vermədikdə, maliyyə
bazarlarına nəzarət orqanı müvəqqəti
inzibatçının fəaliyyətinə vaxtından
əvvəl xitam verilməsi və bankın
lisenziyasının ləğvi barədə qərar qəbul
edir.
57-4.4. Müvəqqəti
inzibatçının fəaliyyətinə xitam
verildikdən sonra o, yekun hesabatı 30 gün
müddətində hazırlayıb maliyyə bazarlarına
nəzarət orqanına təqdim edir.
Maddə 57-5. Ödəmə qabiliyyətini itirmiş bankın
rezolyusiyası ilə bağlı tədbirlər planı
57-5.1. Müvəqqəti
inzibatçının təqdim etdiyi gündən 15
təqvim günü ərzində maliyyə bazarlarına
nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş
bankın rezolyusiyası ilə bağlı tədbirlər
planını təsdiq etməlidir. Bu müddət maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən 15
təqvim gününədək uzadıla bilər.
57-5.2. Tədbirlər
planının layihəsi müvəqqəti inzibatçı
tərəfindən minimum itkinin hesablanması prinsipi ilə
müvafiq təhlillər və hesablamalar aparılmaqla
hazırlanır.
57-5.3. Tədbirlər planı
ödəmə qabiliyyətini itirmiş bankın aktiv və
öhdəliklərinin inventarizasiyasının
nəticələri və bankın maliyyə və əmlak
vəziyyətinin qiymətləndirilməsi əsasında
müəyyən edilmiş bu Qanunun 57.6-cı
maddəsində nəzərdə tutulmuş tədbirlərdən
hər hansı biri ilə bankın ödəmə
qabiliyyətinin bərpası və ya ləğvi
üçün müvafiq tədbirləri özündə
əks etdirməlidir.
57-5.4. Tədbirlər
planına xüsusilə aşağıdakılar daxil edilir:
57-5.4.1. ödəmə
qabiliyyətini itirmiş bankın rezolyusiya tədbiri kimi itkilər
və xərclər baxımından daha sərfəli olan bu
Qanunun 57.6-cı maddəsində göstərilmiş
tədbirlərdən hər hansı birinin seçilməsi
üçün xərclərin əsaslandırılması
və onların müqayisəli təhlili (bu cür
təhlilin aparılması qaydaları və metodologiyası
maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən müəyyən edilir);
57-5.4.2. bankın
rezolyusiyası zamanı proses iştirakçıları,
bankın əmanətçiləri və digər
kreditorları ilə münasibətlərin
tənzimlənməsinin üsul, qayda və
şərtləri;
57-5.4.3. alıcı bankın
və investorun seçilməsi üçün
hərracın şərtləri;
57-5.4.4. tədbirlər
planının həyata keçirilməsi üçün
müddət;
57-5.4.5. bankın ləğvi
zamanı satıla bilən aktivlərin
qiymətləndirilmiş dəyəri.
57-5.5. Tədbirlər planı
maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən təsdiq edildikdən sonra bankın
müvəqqəti idarə edilməsi və (və ya)
ləğv edilməsi bu plan əsasında həyata
keçirilir. Maliyyə bazarlarına nəzarət orqanı
tədbirlər planına əlavə və
dəyişikliklər etmək səlahiyyətinə malikdir.
Maddə 57-6. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv
və öhdəliklərinin alıcı banka
köçürülməsi
57-6.1. Tədbirlər
planına uyğun olaraq müvəqqəti inzibatçı
ödəmə qabiliyyətini itirmiş bankın aktiv və
öhdəliklərinin bu Qanunda nəzərdə tutulan qaydada
alıcı banka köçürülməsini təmin
etməlidir. Ödəmə qabiliyyətini itirmiş
bankın aktiv və öhdəliklərini qəbul etmək
istəyən alıcı bank sağlam bank olmalıdır. Alıcı
bankın sağlam bank olmasının müəyyən
edilməsi üçün alıcı bankın maliyyə
vəziyyəti, idarəetmə sistemi, əmanətçilər
və kreditorlar qarşısında öhdəliklərini
yerinə yetirmə qabiliyyətinin olması, prudensial
tələbləri yerinə yetirməsi, habelə
aktivlərin köçürülməsinin bank sistemində
yaradacağı risklər maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən
qiymətləndirilir. Qiymətləndirmə
nəticəsində maliyyə bazarlarına nəzarət
orqanının müsbət rəyini almış
alıcı bank bu Qanunun 57-6.3-cü maddəsində
nəzərdə tutulmuş hərracda iştirak edə
bilər.
57-6.2. Müvəqqəti
inzibatçı köçürüləcək aktiv və
öhdəliklərin reyestrini tərtib edir. Aktiv və
öhdəliklərin köçürülməsi zamanı
müvəqqəti inzibatçı kreditorların bu Qanunun
82-ci maddəsi ilə müəyyən edilmiş
növbəliliyinə uyğun olaraq, bütün kreditorlarla
bərabər və vicdanla davranmalıdır.
57-6.3. Alıcı bank
maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
müəyyən edilən qaydalara uyğun olaraq
keçirilən hərrac yolu ilə seçilir. Hərrac
nəticəsində seçilmiş alıcı bankla
bağlanan müqavilədə həmin bankın
ödəmə qabiliyyətini itirmiş bankın aktiv və
öhdəliklərini qəbul etməsi barədə
yazılı öhdəliyi əks olunmalıdır.
57-6.4. Ödəmə
qabiliyyətini itirmiş bankın öhdəlikləri
onların balans dəyərində alıcı bankla
bağlanılan borcların ötürülməsi
haqqında müqavilə əsasında
köçürülür. Borcların
ötürülməsi haqqında müqavilənin
bağlanması üçün kreditorların
razılığı, eləcə də ödəmə
qabiliyyətini itirmiş bankın kreditorları ilə
bağlanmış müqavilələrdə əlavə
və dəyişikliklərin edilməsi tələb olunmur.
Alıcı bank kreditorlara münasibətdə borclunun
bütün hüquq və vəzifələrini əldə
edir.
57-6.5. Ödəmə
qabiliyyətini itirmiş bankın aktivləri
qüvvədə olan əqdlər və qiymətli
kağızlarla bağlı müqavilələr əsas
götürülməklə, alıcı bankla bağlanan
tələbin güzəşti və qiymətli
kağızlara hüquqların ötürülməsi
haqqında müqavilə əsasında
köçürülür. Bu cür müqavilənin
bağlanması üçün borcluların razılığı
tələb olunmur. Alıcı bank ona
ötürülmüş tələblər və
qiymətli kağızlar üzrə hüquqlarla bağlı
borclulara münasibətdə kreditorun bütün hüquq
və vəzifələrini əldə edir. Müvafiq
borclularla ödəmə qabiliyyətini itirmiş bank
arasında bağlanmış müqavilələrə əlavə
və dəyişikliklərin edilməsi tələb olunmur.
57-6.6. Bu Qanunun 57-6.4-cü
və 57-6.5-ci maddələrində qeyd olunan
müqavilələr bir sənəd kimi (qarışıq
müqavilə) tərtib oluna bilər.
57-6.7. Müvəqqəti
inzibatçı ödəmə qabiliyyətini itirmiş
bankın aktiv və öhdəliklərinin digər banka
köçürülməsi barədə borcluları və
kreditorları müvafiq müqavilələr
bağlandığı vaxtdan 5 gün müddətində məlumatlandırmalıdır.
57-6.8. Aktiv və
öhdəliklərin alıcı banka
köçürülməsinin başa
çatdığı gün maliyyə bazarlarına
nəzarət orqanı ödəmə qabiliyyətini
itirmiş bankın bank lisenziyasının ləğvi
barədə qərar qəbul edir və bu Qanunun 59.1-ci
maddəsində nəzərdə tutulmuş halda məhkəməyə
müraciət edir.
Maddə 57-7. Ödəmə qabiliyyətini itirmiş bankın
satılması və sağlam banka qoşulması
57-7.1. Müvəqqəti
inzibatçı bankın rezolyusiyası ilə bağlı
tədbirlər planına uyğun olaraq ödəmə
qabiliyyətini itirmiş bankı məhkəmənin qərarı
ilə təsdiq edilməklə investora satır.
57-7.2. İnvestor maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən
müəyyən edilən tələblərə cavab
verməlidir.
57-7.3. Bankın rezolyusiyası
ilə bağlı tədbirlər planında ödəmə
qabiliyyətini itirmiş bankın investora
satılmasının məhkəmə qərarı ilə təsdiq
edildiyi gündən başlayaraq:
57-7.3.1. müvəqqəti
inzibatçı ödəmə qabiliyyətini itirmiş bankın
səhmdarları adından səhmlər barəsində
sərəncam vermək hüquqlarını əldə edir;
57-7.3.2. ödəmə
qabiliyyətini itirmiş bankın məcmu kapitalı
nizamnamə kapitalından az olduğu halda, müvəqqəti
inzibatçı bankın səhmlərinin yeni nominal dəyərinin
müəyyən edilməsi və bankın nizamnamə
kapitalının müvafiq həcmdə azaldılması
barədə qərar qəbul edir. Bankın kapitalı
itirildiyi halda, bankın nizamnamə kapitalının dəyəri
1 (bir) manata endirilir;[108]
57-7.3.3. bankın
səhmdarlarına səhmlər barədə istənilən
formada sərəncam verilməsi, xüsusilə onların
özgəninkiləşdirilməsi, yüklü edilməsi
və ya vəkalətli idarəetməyə verilməsi
qadağan olunur. Səhmlərin bu cür yüklülüyü
barədə məlumat maliyyə bazarlarına nəzarət
orqanının müraciəti əsasında qiymətli
kağız mülkiyyətçilərinin reyestrində
qeydə alınır.
57-7.4. Ödəmə
qabiliyyətini itirmiş bankın satış qiyməti
maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən müəyyən olunmuş qaydalara
uyğun olaraq keçirilən hərrac yolu ilə
müəyyən olunur. Hərracın nəticələri
ödəmə qabiliyyətini itirmiş bankın daha az
məsrəflə və itkilərlə ödəmə
qabiliyyətinin bərpasına imkan verməlidir.
Müvəqqəti inzibatçı ödəmə
qabiliyyətini itirmiş bankı hərrac yolu ilə
seçilmiş investora satır.
57-7.5. Ödəmə
qabiliyyətini itirmiş bankın investora satışı
bankın səhmlərinin satın alınması
müqaviləsi əsasında həyata keçirilir.
57-7.6. Satınalma
müqaviləsi ilə aşağıdakılar təmin
olunmalıdır:
57-7.6.1. ödəmə
qabiliyyətini itirmiş bankın müəyyən vaxt
çərçivəsində banklar üçün
müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırılması
barədə investorun öhdəliyi;
57-7.6.2. investorun bankın
kapitallaşdırılması və (və ya)
ödəmə qabiliyyətinin bərpa edilməsi, o
cümlədən bank əməliyyatlarının
sabitləşdirilməsi üzrə öhdəliyini icra
edə bilmədiyi halda müqavilənin ləğv
edilməsi şərtləri.
57-7.7. Müvəqqəti
inzibatçı və investor arasında
bağlanılmış səhmlərin satınalma
müqaviləsi səhmlər üzrə hüquqların
investorun adına qiymətli kağız
mülkiyyətçilərinin reyestrində qeydə
alınması üçün əsas sayılır.
57-7.8. Ödəmə
qabiliyyətini itirmiş bankın digər sağlam banka
qoşulması bankın bu Qanunun 57-7-ci maddəsində
nəzərdə tutulmuş qaydada investor olan banka
satışı formasında həyata keçirilir.
Maddə 57-8. Körpü bankın yaradılması və
satışının həyata keçirilməsi
57-8.1. Bankın rezolyusiyası
ilə bağlı tədbirlər planına uyğun olaraq,
maliyyə bazarlarına nəzarət orqanı
ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə
bankın aktiv və öhdəliklərinin tam və ya
qismən köçürülməsi və onların
müvəqqəti idarə edilməsi məqsədi ilə
körpü bankın yaradılması barədə qərar
qəbul edir.
57-8.2. Maliyyə bazarlarına
nəzarət orqanı körpü bankın təsisçisi
və yeganə səhmdarı hesab olunur. Körpü
bankın fəaliyyəti maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən qəbul edilən qaydalarla
tənzimlənir. Maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən digər banklar üçün
müəyyən edilmiş normativlər, habelə
Mərkəzi Bank tərəfindən pul siyasətinin
həyata keçirilməsi aləti kimi banklara tətbiq olunan
məcburi ehtiyatların saxlanılması tələbi
körpü banka şamil edilmir.
57-8.3. Körpü bankın
yaradılması, səhmlərinin buraxılışı
və qeydiyyatı, körpü banka bank lisenziyasının
verilməsinin xüsusi sadələşdirilmiş proseduru
maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən müəyyən edilir.
57-8.4. Körpü bankın
investora satışı maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən müəyyən edilmiş
qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə
həyata keçirilir. Körpü bankın idarəetmə
orqanlarının səlahiyyətlərini müvəqqəti
inzibatçı həyata keçirir və investora
satılana kimi körpü bank müvəqqəti
inzibatçı tərəfindən idarə olunur.
57-8.5. Körpü bankın
satışı üçün başlanğıc
qiymət maliyyə bazarlarına nəzarət orqanının
qəbul etdiyi metodologiyaya uyğun olaraq müəyyən
olunur. Körpü bankın satın alınması
üçün ən yüksək qiymət təklif
etmiş və körpü bankın müəyyən vaxt
çərçivəsində banklar üçün
müəyyən edilmiş prudensial tələblərə
uyğunlaşdırılması və ya mövcud sağlam
banklardan birinə qoşulması barədə öhdəlik
götürmüş investor hərracın qalibi hesab olunur.
57-8.6. Öhdəliklərin
yerinə yetirilməsi zamanı maliyyə bazarlarına
nəzarət orqanı kreditorların bu Qanunun 82-ci maddəsi
ilə müəyyən edilmiş növbəliliyinə
uyğun olaraq, bütün kreditorlarla bərabər və
vicdanla davranmalıdır.
57-8.7. Körpü bank
köçürülmüş aktivlərlə bağlı
bütün hüquqları (girov müqavilələri ilə
bağlı hüquqlar da daxil olmaqla) əldə edir və
köçürülmüş öhdəliklər
üzrə ödəmə qabiliyyətini itirmiş bankın
kreditorlarına münasibətdə borclunun bütün
hüquq və vəzifələrini əvvəl
bağlanılmış müqavilələrə
əlavə və dəyişikliklər edilmədən
qəbul edir.
57-8.8. Hərracın qalibi elan
olunması barədə yazılı bildiriş investora
təqdim edildiyi gündən 7 təqvim günü
ərzində maliyyə bazarlarına nəzarət orqanı
ilə investor arasında körpü bankın
səhmlərinin satınalınmasına dair müqavilə
bağlanılır. Bu müqavilə körpü bankın
səhmləri üzrə hüquqların investorun adına
qiymətli kağız mülkiyyətçilərinin
reyestrində qeydə alınması üçün əsas
sayılır.
57-8.9. Satınalma
müqaviləsində investorun körpü bankı
müqavilədə müəyyən edilən, lakin 3 aydan
çox olmayan müddətdə banklar üçün
müəyyən edilmiş prudensial tələblərə
uyğunlaşdırması və ya mövcud sağlam
banklardan birinə qoşulması barədə öhdəliyi
əks olunmalıdır. Körpü bankın
satışından əldə edilmiş vəsait
ödəmə qabiliyyətini itirmiş bankın
kreditorlarının tələblərinin
ödənilməsinə yönəldilir.
57-8.10. Satınalma
müqaviləsinin bütün şərtləri investor
tərəfindən icra olunduğu halda, bank körpü bank
statusunu itirir. Körpü bank statusunun itirilməsindən 3 ay
sonra maliyyə bazarlarına nəzarət orqanı banklar
üçün müəyyən edilən normativlərin
yerinə yetirilməsini müəyyən etmək
üçün bankda yoxlamalar aparır.
57-8.11. Körpü bank
statusunun itirildiyi gündən 3 iş günü
ərzində maliyyə bazarlarına nəzarət orqanı
müvəqqəti inzibatçının
fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul
edir.
57-8.12. Ödəmə
qabiliyyətini itirmiş bankın aktiv və
öhdəliklərinin körpü banka
köçürülməsinin tamamlandığı gün
maliyyə bazarlarına nəzarət orqanı
ödəmə qabiliyyətini itirmiş bankın bank
lisenziyasının ləğvi barədə qərar qəbul
edir və bu Qanunun 59.1-ci maddəsində nəzərdə
tutulmuş halda məhkəməyə müraciət edir.
57-8.13. Təsis olunduğu
gündən 6 ay ərzində maliyyə bazarlarına
nəzarət orqanı körpü bankın investora
satışını təmin etməlidir. Bu müddət
maliyyə bazarlarına nəzarət orqanının
qərarı ilə 3 aydan çox olmayan müddətə
uzadıla bilər. Körpü bank statusu itirilənə
qədər maliyyə bazarlarına nəzarət orqanı
körpü bankın fəaliyyətinə nəzarəti
həyata keçirir.
57-8.14. Körpü bank bu
Qanunun 57-8.13-cü maddəsində nəzərdə tutulan
müddətlərdə satıla bilmədikdə, bu
məqsədlə müəyyən edilən müddətin
başa çatmasından ən geci sonrakı gün
maliyyə bazarlarına nəzarət orqanı körpü
bankın bank lisenziyasının ləğvi və məcburi
ləğvi üçün müvafiq tədbirlər
görməlidir.
Maddə 57-9. Sistem əhəmiyyətli bankların ödəmə
qabiliyyətinin bərpasında dövlətin iştirakı
57-9.1. Dövlət
vəsaitləri cəlb edilməklə sistem
əhəmiyyətli bank barəsində maliyyə
sağlamlaşdırılması tədbirləri həyata
keçirilə bilər.
57-9.2. Bankın sistem
əhəmiyyətli bank kimi qiymətləndirilməsi
meyarları Mərkəzi Bank və müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırılmaqla
maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən müəyyən olunur.
57-9.3. Ödəmə
qabiliyyətini itirmiş bank maliyyə bazarlarına
nəzarət orqanının sistem əhəmiyyətli banka
münasibətdə müəyyən etdiyi meyarlara uyğun
olduqda, maliyyə bazarlarına nəzarət orqanı
bankın maliyyə sağlamlaşdırılması ilə
bağlı tədbirlər planını hazırlayır.
57-9.4. Tədbirlər
planının layihəsi maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən bankın
sağlamlaşdırılması üçün ayrılacaq
ən az həcmdə dövlət vəsaiti və minimum
itkinin hesablanması prinsipi ilə müvafiq təhlillər
aparılmaqla hazırlanır.
57-9.5. Tədbirlər planı
ödəmə qabiliyyətini itirmiş bankın aktiv və
öhdəliklərinin inventarizasiyasının
nəticələri əsasında bankın maliyyə və
əmlak vəziyyətinin qiymətləndirilməsi yolu
ilə müəyyən edilmiş aşağıdakı
metodlardan hər hansı biri ilə bankın ödəmə
qabiliyyətinin bərpası tədbirlərini
özündə əks etdirməlidir:
57-9.5.1. ödəmə
qabiliyyətini itirmiş bankın səhmlərinin azı 75
faizinin dövlətə məxsus banka Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq qoşulması və ya bu cür dövlətə
məxsus bank tərəfindən satın alınması;
57-9.5.2. sonradan investora
satılması şərtilə ödəmə
qabiliyyətini itirmiş bankın səhmlərinin 50
faizdən çoxunun dövlət tərəfindən
əldə edilməsi və əlavə səhm emissiyası
ilə dövlət vəsaiti hesabına bankın nizamnamə
kapitalının artırılması;
57-9.5.3. bankın
səhmdarlarının razılığı ilə bankın
idarə edilməsini dövlətin əlində saxlamaq və
sonradan dövlətin iştirak payını bankın mövcud
səhmdarlarına və ya bankın bütün
səhmlərinin başqa bir investora satılması
şərtilə bankın səhmlərinin 50 faizdən az
hissəsinin dövlət tərəfindən satın
alınması;
57-9.5.4. sistem
əhəmiyyətli bankın rezolyusiyası məqsədi
ilə bu Qanunun 57.6-cı maddəsində nəzərdə
tutulmuş tədbirlərin görülməsi.
57-9.6. Tədbirlər
planına xüsusilə ödəmə qabiliyyətini
itirmiş bankın ödəmə qabiliyyətinin
bərpası tədbiri kimi itkilər və xərclər
baxımından daha sərfəli olan bu Qanunun 57-9.5-ci
maddəsində göstərilmiş metodlardan hər hansı
birinin seçilməsi üçün xərclərin
əsaslandırılması və onların müqayisəli
təhlili daxil edilir və bankın sağlamlaşdırılması
üçün tələb olunan dövlət vəsaitinin
məbləği göstərilir.
57-9.7. Tədbirlər planı
maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən hazırlandıqdan sonra bankın
sağlamlaşdırılması üçün
tələb olunan dövlət vəsaitinin məbləği
və ödənilməsi üsulları
razılaşdırılması üçün müvafiq
icra hakimiyyəti orqanına təqdim olunur. Tədbirlər
planına müvafiq icra hakimiyyəti orqanının
təklifi ilə müvafiq əlavə və (və ya)
dəyişikliklər edilir. Tədbirlər planı təqdim
olunduqdan sonra 10 gün ərzində müvafiq icra hakimiyyəti
orqanı plana dair öz əsaslandırılmış
rəyini təqdim etməlidir. Maliyyə bazarlarına
nəzarət orqanı müvafiq icra hakimiyyəti
orqanının rəyini aldıqdan sonra 3 gün
müddətində ödəmə qabiliyyətini itirmiş
sistem əhəmiyyətli bankın tədbirlər
planını müvafiq qərar qəbul edilməsi
üçün həmin rəylə birlikdə müvafiq
icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq icra
hakimiyyəti orqanı bankın sağlamlaşdırılması
təklifinə müsbət baxdıqda, bankın maliyyə
sağlamlaşdırılması haqqında qərar qəbul
edir və müvafiq tədbirlər planını təsdiq
edir.
57-9.8. Ödəmə
qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın
dövlət tərəfindən satınalınması
dövlət büdcəsi vəsaiti hesabına və ya müvafiq
icra hakimiyyəti orqanı tərəfindən dövlət
zəmanəti ilə təmin edilmiş istiqrazların emissiya
edilərək qiymətli kağızlar bazarında
yerləşdirilməsilə həyata keçirilir.
Ödəmə qabiliyyətini itirmiş sistem
əhəmiyyətli bankın məcmu kapitalı nizamnamə
kapitalından az olduğu halda, bankın səhmlərinin yeni
nominal dəyəri müəyyən edilərək
nizamnamə kapitalı müvafiq həcmdə azaldılır.
Bankın kapitalı itirildiyi halda isə bankın nizamnamə
kapitalının dəyəri 1 (bir) manata endirilir və bu
qiymətə satın alınır.
57-9.9. Maliyyə bazarlarına
nəzarət orqanının təyin etdiyi
müvəqqəti inzibatçı bankın maliyyə
sağlamlaşdırılması tədbirlərini müvafiq
icra hakimiyyəti orqanının təsdiq etdiyi
tədbirlər planı əsasında həyata keçirir.
Müvəqqəti inzibatçı ödəmə
qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın
ödəmə qabiliyyətinin bərpası ilə
bağlı bu Qanunun 57-2-ci və 57-3-cü
maddələrində nəzərdə tutulmuş səlahiyyətləri
həyata keçirir.
57-9.10. Ödəmə
qabiliyyətini itirmiş bankın ödəmə
qabiliyyətinin bərpası ilə bağlı
tədbirlər planının təsdiq olunduğu
gündən 3 ay ərzində bu Qanunun 57-9.5.1-57-9.5.3-cü
maddələrində nəzərdə tutulmuş hər
hansı metodlardan biri tətbiq oluna bilmədikdə,
maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun
57.6-cı maddəsində nəzərdə tutulmuş qaydada
bankın rezolyusiyası üzrə tədbirlər
görür.
Maddə 57-10. Banka vurulmuş zərərin ödənilməsi
və bankın ödəmə qabiliyyətinin bərpası
çərçivəsində ödənilmiş
vəsaitin geri qaytarılması
57-10.1. Bu Qanunun 57-9-cu
maddəsində nəzərdə tutulmuş
şərtlərlə sağlamlaşdırılmış
sistem əhəmiyyətli bankın dövlət vəsaiti
hesabına bu Qanunun 57-9-cu maddəsində nəzərdə
tutulmuş qaydada ödəmə qabiliyyətinin
bərpası həyata keçirildikdə, bankın
inzibatçıları və mühüm iştirak payına
sahib səhmdarları banka vurulmuş zərəri
müvəqqəti inzibatçının müəyyən
etdiyi müddət ərzində ödəməlidirlər.
57-10.2. Bankın
inzibatçılarının və mühüm iştirak
payına sahib səhmdarlarının aşağıdakı
qanunsuz hərəkətləri nəticəsində banka vurduqları
zərər ödənilməlidir:
57-10.2.1. bankın əsas
vəsaitlərinin satılması, bağışlanması,
digər formada mənimsənilməsi və ya israf
edilməsi;
57-10.2.2. bankın əsas
vəsaitlərinin girov qoyulması və ya bankın
aktivlərinin digər formada yüklü edilməsi;
57-10.2.3. açıq-aşkar
ödəniş qabiliyyəti olmayan şəxslərə
kredit verilməsi;
57-10.2.4. ölkə
daxilində və ya xaricdə depozit hesabları açaraq, bu
hesablardakı vəsaitin girov qoyularaq təminat qismində
göstərilməsi;
57-10.2.5. bankın
səhmdarlarına və ya inzibatçılarına bank
zərərlə işlədiyi halda və ya bankın
mənfəətinə qeyri-mütənasib həcmdə
bonusların və dividendlərin ödənilməsi;
57-10.2.6. bu Qanunun 57-3.2-ci
maddəsində nəzərdə tutulmuş bankın
ödəmə qabiliyyətinin pisləşməsinə
səbəb olmuş müqavilələrin bağlanılması;
57-10.2.7. başqa formada
özü, banka aidiyyəti olan şəxslər və ya başqa
şəxslər üçün istənilən növ maddi
və qeyri-maddi əmlak nemətləri və bu cür
əmlaka hüquqların təmin edilməsi məqsədi
ilə bankın əmlakının mənimsənilməsi
və ya israf edilməsi.
57-10.3. Müvəqqəti
inzibatçı bu Qanunun 57-10.2-ci maddəsində
nəzərdə tutulmuş şəxslərin banka
vurduğu zərərin həcmini və geri
ödəniləcək məbləği bankın
ödəmə qabiliyyətinin bərpasına
başlandığı tarixdən əvvəlki iki illik
müddəti əhatə edən dövrdə bankda həyata
keçirilmiş əməliyyatları və qəbul
edilən qərarları təhlil etməklə müəyyən
edir və bu barədə ayrıca akt hazırlanır.
57-10.4. Müvəqqəti
inzibatçı hazırlanmış akta əsasən banka
zərər vurmuş şəxslərə vurulmuş
zərərin könüllü qaydada ödənilməsi
barədə bildiriş göndərir və zərərin
ödənilməsi müddətini müəyyən edir.
Banka zərər vurmuş şəxslər müəyyən
edilmiş müddətdə vurulmuş zərəri
könüllü qaydada ödəmədiyi təqdirdə,
müvəqqəti inzibatçı zərərin məcburi
qaydada ödənilməsi üçün
məhkəməyə müraciət edir.
57-10.5. Müvəqqəti
inzibatçı banka vurulmuş zərərin
müəyyən edilməsi çərçivəsində
bankın səhmdarlarından, inzibatçılarından,
banka aidiyyəti olan şəxslərdən onların
sahibliyində və mülkiyyətində olan pul
vəsaitləri və ya digər əmlak, son iki il
müddətində əldə etdiyi gəlirlər, bankdan
aldıqları dividendlər və bonuslar barədə
məlumat təqdim edilməsini tələb edə bilər.
Maliyyə bazarlarına nəzarət orqanı dövlət
orqanlarına, idarə, müəssisə və
təşkilatlara bu şəxslərin sahibliyində və
mülkiyyətində olan pul vəsaitləri və ya
digər əmlak, son iki il müddətində əldə
etdiyi gəlirlər üzrə məlumatların təqdim
edilməsi barədə sorğu verə bilər.
57-10.6. Bankın
inzibatçılarının qanuna zidd qərarları,
digər hərəkətləri və
hərəkətsizliyi nəticəsində bankın
müflis olduğu və ya ödəmə qabiliyyətini
itirdiyi müəyyən edilərsə və onların bu
öhdəliklərini ödəmə qabiliyyəti olmazsa
məhkəmə müvəqqəti inzibatçının
müraciəti əsasında “Müflisləşmə və
iflas haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq banka vurduğu zərər həddində bu
şəxsləri müflis elan edə bilər. Bu cür
qanuna zidd əməllər bankın səhmdarlarına
mənfəət əldə etmək məqsədi ilə
edildikdə, məhkəmə bu cür qanunsuz
əməllərdən mənfəət götürən
səhmdarlar barəsində eyni cür qərar qəbul
edə bilər.
57-10.7. Bu Qanunun 57-10-cu
maddəsinin müddəaları bu Qanunun 57-ci maddəsinə
əsasən müvəqqəti inzibatçı
tərəfindən həyata keçirilən
ödəmə qabiliyyətini itirmiş bankların
rezolyusiyasına da şamil olunur.
VIII-I
FƏSİL[109]
BANKIN
ÖHDƏLİKLƏRİNİN KÖNÜLLÜ
RESTRUKTURİZASİYASI
Maddə
57-11. Bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
57-11.1. Bankın kreditorları
qarşısında olan öhdəlikləri, bankın
sığortalanmış əmanətçiləri
qarşısında olan öhdəlikləri istisna olmaqla, bu
Qanun ilə müəyyən edilmiş qaydada
könüllü restrukturizasiya edilə bilər.
57-11.2. Bank, öz
öhdəliyinin (öhdəliklərinin) icrası ilə
bağlı kreditorun (kreditorların) tələbini
(tələblərini) pul vəsaitinin olmaması,
çatışmaması və ya hər hansı əsaslarla
pul vəsaitinin istifadəsinin mümkün olmaması
səbəbindən icra etmək imkanında olmaması və
ya icra etmək imkanında olmaması təhlükəsi
yarandıqda Müşahidə Şurasının bu
barədə qərarı əsasında bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
prosesinə başlaya bilər. Müşahidə
Şurasının bankın öhdəliklərinin
könüllü restrukturizasiyası haqqında
qərarının surəti həmin qərar qəbul olunduğu
tarixdən sonrakı birinci iş günündən gec
olmayaraq maliyyə bazarlarına nəzarət orqanına
təqdim olunmalıdır.
57-11.3. Maliyyə bazarlarına
nəzarət orqanı bankın öhdəliklərinin
könüllü restrukturizasiyası haqqında
Müşahidə Şurasının qərarını aldıqdan
sonra 10 təqvim günü ərzində bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
məsələlərinə dair bankla yazılı
razılaşma bağlayır. Bu müddət maliyyə
bazarlarına nəzarət orqanının qərarı
ilə 10 təqvim günü müddətinədək
uzadıla bilər.
57-11.4. Maliyyə bazarlarına
nəzarət orqanı ilə bank arasında bankın
öhdəliklərinin könüllü restrukturizasiyasına
dair yazılı razılaşma bağlandıqdan sonra 10
təqvim günü ərzində, bank restrukturizasiya
planının layihəsini hazırlayır və
baxılması üçün yazılı surətdə
maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.
57-11.5. Maliyyə bazarlarına
nəzarət orqanı baxılmaq üçün ona
təqdim edilmiş restrukturizasiya planının
layihəsinə dair təklifləri olduqda, bu barədə
banka yazılı bildiriş təqdim edir və restrukturizasiya
planına əlavə və (və ya)
dəyişikliklərin edilməsini tələb edir. Bank
restrukturizasiya planına əlavə və (və ya)
dəyişiklikləri etdikdən sonra, restrukturizasiya
planının layihəsini təkrar yazılı
surətdə maliyyə bazarlarına nəzarət orqanına
təqdim edir. Maliyyə bazarlarına nəzarət orqanı
restrukturizasiya planının layihəsi ilə razı olduqda,
bu barədə banka yazılı bildiriş göndərir.
57-11.6. Restrukturizasiya
planına razılıq barədə maliyyə bazarlarına
nəzarət orqanının yazılı bildirişini
aldıqdan sonra bank, maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən bildirişdə
müəyyən edilmiş müddətdə
öhdəliklərinin könüllü restrukturizasiyasına
başlamaq üçün mülki prosessual qanunvericilikdə
nəzərdə tutulmuş qaydada məhkəməyə
müraciət edir. Restrukturizasiyaya başlamaq haqqında
məhkəmənin qərarı (bundan sonra - bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
haqqında məhkəmə qərarı) qüvvəyə
mindiyi tarixdən və restrukturizasiya planına əsasən
bankın öhdəliklərinin könüllü
restrukturizasiyanın aparıldığı, lakin hər bir
halda 180 gündən artıq olmayan müddət
ərzində bu Qanunun 57-11.8-ci və 57-11.21-ci
maddələrində nəzərdə tutulmuş
məhdudiyyətlər tətbiq olunur. Bu müddət
öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə
bazarlarına nəzarət orqanı ilə
razılaşdırılmış müraciətinə
əsasən məhkəmə tərəfindən ümumilikdə
90 gün müddətinədək uzadıla bilər.
Hər bir müraciət üzrə verilən uzadılma 180
gün müddətindən artıq ola bilməz. Bu cür
uzadılmaların sayına məhdudiyyət qoyulmur.[110]
57-11.7. Bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
haqqında məhkəmə qərarı qəbul olunduğu
tarixdən 7 təqvim günü ərzində bank restrukturizasiya
planına daxil edilmiş öhdəliklərinin
restrukturizasiyası barədə Azərbaycan
Respublikasının bütün ərazisini əhatə
edən azı iki dövri mətbu nəşrdə və bir
beynəlxalq səviyyədə tanınmış
nəşrdə, habelə özünün rəsmi internet
səhifəsində məlumat dərc etdirməli və
həmin məlumatlarda bankın öhdəliklərinin
könüllü restrukturizasiyası haqqında
məhkəmə qərarının və restrukturizasiya
planının surətlərinin məhkəmədən
və ya bankın hüquqi ünvanından
tələbləri restrukturizasiya planına daxil edilmiş
bütün kreditorlar tərəfindən əldə edilə
bilməsi imkanı göstərilməlidir.
57-11.8. Bu Qanunun 57-11.6-cı
maddəsinə müvafiq olaraq, bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
haqqında məhkəmə qərarı qüvvəyə
mindiyi tarixdən bank aşağıdakı hüquqlara
malikdir:
57-11.8.1. alqı-satqı,
dəyişdirmə, bağışlama
müqavilələrinin və ya bankın hər hansı
əmlakının özgəninkiləşdirilməsi
ilə bağlı olan hər hansı digər
müqavilələrin icra edilməsini, bank üçün
hər hansı risk, o cümlədən, kredit riski yaradan borc,
kredit, qarantiya və ya hər hansı
maliyyələşdirmə növlərini təqdim edən
müqavilələrin bağlanmasını dayandırmaq;
57-11.8.2. bankın məhkəmə
tərəfindən təsdiq edilmiş restrukturizasiya
planına daxil edilən öhdəliklərinin icrasını
dayandırmaq.
57-11.9. Bank restrukturizasiya
planına dair razılığın alınması
məqsədilə tələbləri restrukturizasiya
planına daxil edilmiş kreditorların
yığıncağını çağırmalıdır.
Kreditorların yığıncağının
keçirilməsinədək olan müddət ərzində
bu Qanunun 57-11.5-ci maddəsinə əsasən razılaşdırılmış
plana dəyişikliklər edilərsə, restrukturizasiya
planı kreditorların yığıncağının
keçirilməsinə ən azı 30 təqvim günü
qalmış baxılması üçün maliyyə
bazarlarına nəzarət orqanına təqdim edilir.
57-11.10. Maliyyə
bazarlarına nəzarət orqanı 10 təqvim günü
ərzində bu Qanunun 57-11.9-cu maddəsinə əsasən
təqdim edilən restrukturizasiya planına baxır və həmin
plana dair qeydləri olduqda onların aradan
qaldırılmasını yazılı surətdə bankdan
tələb edir. Bank maliyyə bazarlarına nəzarət
orqanının restrukturizasiya planına dair təkliflərini nəzərə
almalı və müvafiq düzəlişlər
edərək həmin planı maliyyə bazarlarına
nəzarət orqanına təqdim etməlidir. Bank maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən
təsdiq edilmiş restrukturizasiya planı barədə 5
iş günü ərzində Azərbaycan Respublikasının
bütün ərazisini əhatə edən azı iki
dövri mətbu nəşrdə və bir beynəlxalq
səviyyədə tanınmış nəşrdə,
habelə özünün rəsmi internet
səhifəsində məlumat dərc etdirməlidir və
həmin məlumatlarda restruktizasiya planının surətinin
bankın hüquqi ünvanından tələbləri
restrukturizasiya planına daxil edilmiş bütün kreditorlar
tərəfindən əldə edilə bilməsi imkanı
göstərilməlidir.
57-11.11. Tələblərinin
restrukturizasiya olunması nəzərdə tutulan kreditorlar
yığıncaqda şəxsən və ya öz
səlahiyyətli nümayəndələri vasitəsilə
iştirak edə bilərlər. Tələbləri
restrukturizasiya planına daxil edilmiş kreditorlar
tərəfindən restrukturizasiya planının təsdiq
edilməsi üçün restrukturizasiya planına
əsasən restrukturizasiya edilməsi nəzərdə tutulan
tələblərin ən azı üçdə iki
hissəsinə malik olan kreditorların razılığı
tələb edilir.
57-11.12. Restrukturizasiya planı
bu Qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə tutulan
qaydada təsdiq edildikdən sonra, bank 1 iş günü
ərzində restrukturizasiya planını yazılı
surətdə maliyyə bazarlarına nəzarət orqana
təqdim edir. Restrukturizasiya planı bu Qanunun 57-11.11-ci
maddəsi ilə nəzərdə tutulan qaydada təsdiq
edilmədikdə, bank öhdəliklərinin
restrukturizasiyanın bu Qanunun 57-11.11-ci maddəsində
nəzərdə tutulmuş qaydada mümkün olmaması
barədə maliyyə bazarlarına nəzarət orqanına
1 iş günü ərzində yazılı məlumat
göndərir. Restrukturizasiya planı bu Qanunun 57-11.11-ci
maddəsi ilə nəzərdə tutulan qaydada təsdiq
edilmədikdə, bankın öhdəliklərinin
könüllü restrukturizasiyası baş tutmamış
sayılır. Restrukturizasiya planının bu Qanunun 57-11.11-ci
maddəsinə müvafiq olaraq kreditorlar tərəfindən
təsdiq edilməsi şərti ilə, bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
bankın kreditorlar qarşısında
daşıdığı və restrukturizasiya planına
uyğun olaraq restrukturizasiyası nəzərdə tutulan
bütün öhdəliklərinə münasibətdə
aparılır.
57-11.13. Restrukturizasiya
planına maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən baxıldıqdan sonra bank restrukturizasiya
planının təsdiq edilməsi üçün mülki
prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada
məhkəməyə müraciət edir.
57-11.14. Bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
planının təsdiq edilməsi haqqında
məhkəmə qərarı qüvvəyə mindiyi andan
və restrukturizasiya planı qüvvədə olduğu
müddət ərzində:
57-11.14.1. banka qarşı
restrukturizasiya edilməsi nəzərdə tutulan
öhdəliklər üzrə hər hansı müvafiq icra
sənədi üzrə başlanılmış icraat dayandırılmalıdır;
57-11.14.2.
öhdəliklərinin restrukturizasiya edilməsi
nəzərdə tutulan kreditorların banka qarşı
həmin öhdəliklərdən irəli gələn
tələblərinin icrası dayandırılır.
57-11.15. Bankın
restrukturizasiya planı ən azı aşağıdakı
məlumatları özündə əks etdirməlidir:
57-11.15.1. restrukturizasiyanın
məqsədini, aparılması qaydasını və
müddətini;
57-11.15.2. restrukturizasiyaya
məruz qalan öhdəliklərin siyahısını;
57-11.15.3. restrukturizasiya
çərçivəsində aparılması
nəzərdə tutulan tədbirlərin siyahısını;
57-11.15.4. bankın
fəaliyyətinə tətbiq edilməli olan
məhdudiyyətləri.
57-11.16. Restrukturizasiya olunan
bank hər hansı bank holdinq şirkətinə daxil olduqda,
bankın restrukturizasiya planında restrukturizasiya zamanı bank
holdinq şirkətinin törəmə banklarına təsir
edən amillər göstərilməlidir.
57-11.17. Bankın
öhdəliklərinin könüllü restrukturizasiyasına
aşağıdakı hallarda xitam verilir:
59-11.17.1. məhkəmə
tərəfindən bu Qanunun 57-12-ci maddəsinə uyğun
olaraq bankın öhdəliklərinin könüllü
restrukturizasiyasına xitam verilməsi haqqında qərar
qəbul edildikdə;
57-11.17.2. öhdəlikləri
restrukturizasiya olunan bankın lisenziyasının ləğvi
və məcburi ləğv edilməsi barədə maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən
qərar qəbul edildikdə;
57-11.17.3. bankın
öhdəliklərinin könüllü restrukturizasiyasına
xitam verilməsi barədə bankın Müşahidə
Şurasının qərarı olduqda.
57-11.18. Restrukturizasiya
planının tam icra edilməsi ilə əlaqədar
bankın öhdəliklərinin könüllü
restrukturizasiyasına xitam verildikdə bankın restrukturizasiya
planına daxil edilmiş öhdəlikləri lazımi qaydada
icra edilmiş hesab edilir.
57-11.19. Bank restrukturizasiya
planında nəzərdə tutulmuş qaydada və
müddətdə bankın öhdəliklərinin
könüllü restrukturizasiyanın başa
çatdırılması barədə bildirişi 3
təqvim günü ərzində və ya bankın
öhdəliklərinin könüllü restrukturizasiyasına
xitam verilməsi barədə məhkəmə qərarının
surətini qərar qüvvəyə mindiyi tarixdən 10
təqvim günü müddətində maliyyə
bazarlarına nəzarət orqanına və
tələbləri restrukturizasiya planına daxil edilmiş
kreditorlarına göndərməlidir.
57-11.20. Maliyyə
bazarlarına nəzarət orqanı bank tərəfindən
restrukturizasiya planının icra edilməsinə
nəzarəti həyata keçirir.
57-11.21. Restrukturizasiya
planında nəzərdə tutulan hallardan başqa, bank onun
öhdəliklərinin restrukturizasiyası zamanı bankın
digər hüquqi şəxslərdə iştirak etməsi
və ya iştirak payının artırılması
barədə qərar qəbul edə bilməz.
Maddə
57-12. Bankın
öhdəliklərinin könüllü restrukturizasiyasına
xitam verilməsi
57-12.1. Bankın
öhdəliklərinin könüllü restrukturizasiyasına
xitam verilməsi haqqında qərar maliyyə bazarlarına
nəzarət orqanının müraciəti əsasında aşağıdakı
əsaslardan biri mövcud olduqda məhkəmə
tərəfindən qəbul edilir:
57-12.1.1. bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
haqqında məhkəmə qərarında nəzərdə
tutulmuş restrukturizasiya müddəti başa
çatdıqda;
57-12.1.2. restrukturizasiya
planında nəzərdə tutulmuş tədbirlər tam icra
edildikdə;
57-12.1.3. bankın
könüllü restrukturizasiyası vaxtından əvvəl
maliyyə bazarlarına nəzarət orqanının
qərarı ilə aşağıdakı hallarda
dayandırıldıqda:
57-12.1.3.1. bankın
öhdəliklərinin könüllü
restrukturizasiyasının bankın maliyyə
sağlamlığına və fəaliyyətinin
yaxşılaşdırılması ilə
nəticələnməsinə gətirib çıxarmayacağına
kifayət qədər əsaslar olduqda;
57-12.1.3.2. kreditorların bu
Qanunun 57-11.11-ci maddəsində nəzərdə tutulmuş
qaydada razılığı olmadıqda;
57-12.1.3.3. restrukturizasiya
planında nəzərdə tutulmuş tədbirlər
həmin plana uyğun yerinə yetirilmədikdə;
57-12.1.3.4. bankın
öhdəliklərinin könüllü
restrukturizasiyasının həyata keçirilməsi
dövründə maliyyə bazarlarına nəzarət
orqanının sərəncam və ya digər yazılı
göstərişləri yerinə yetirilmədikdə.
57-12.2. Restrukturizasiya
planına əsasən bütün tədbirlərin həyata
keçirilməsi restrukturizasiya edilmiş
öhdəliklər üzrə bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
haqqında məhkəmə qərarı qüvvəyə
mindiyi tarixə qədər hər hansı müvafiq icra
sənədi üzrə başlanılmış icraata xitam
verilir.
IX fəsil
BANKLARIN
LƏĞVİ
M a
d d ə 5 8. Könüllü ləğv
58.1.
Bankın
səhmdarlarının ümumi
yığıncağının qərarına əsasən
bu Qanunun 17-ci maddəsinə uyğun olaraq maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən bank lisenziyası ləğv edildikdə
bank səhmdarları bankın könüllü ləğvini
həyata keçirməlidirlər.
58.2.
Bankın könüllü
ləğvi bu Qanunun
tələbləri nəzərə alınmaqla,
Azərbaycan Respublikasının Mülki
Məcəlləsində müəyyən edilmiş qaydada
həyata keçirilir. Bank bu təqdirdə maliyyə
bazarlarına nəzarət orqanına onun
tələb etdiyi zəruri sənədləri və
məlumatları təqdim etməlidir və ortaya
çıxan məsələləri araşdırmaq
məqsədilə maliyyə bazarlarına nəzarət
orqanının yazılı
müraciəti əsasında onun səlahiyyətli
əməkdaşlarının bankın binasına daxil
olmasına və ləğvetmə ilə bağlı
bankın istənilən mühasibat kitabları və
yazıları ilə işləməsinə imkan
yaratmalıdır. [111]
58.3. Maliyyə
bazarlarına nəzarət orqanı
bankın ləğvetmə komissiyasının
qanunvericiliklə müəyyən edilmiş qaydada bankın
ləğvini təmin etmədiyini və bank
tərəfindən bu Qanunun 58.2-ci maddəsinə riayət
olunmadığını müəyyən etdikdə bu Qanuna
müvafiq surətdə bankın məcburi ləğvi
üçün müvafiq tədbirlər həyata keçirir.[112]
M a d d ə 5 9. Məcburi
ləğv
59.1. Maliyyə bazarlarına
nəzarət orqanı, könüllü
ləğv olunan və ya müflis elan olunmuş bank istisna
olmaqla, bu Qanunun 16-ci maddəsində nəzərdə
tutulmuş digər əsaslar üzrə lisenziyası
ləğv edilmiş bankın məcburi ləğvi və
ləğvedicinin (ləğvedicilərin) təyin edilməsi
barədə ərizə ilə məhkəməyə müraciət
edir.
Ləğvedicinin
(ləğvedicilərin) namizədliyi məhkəməyə maliyyə bazarlarına
nəzarət orqanı
tərəfindən təklif edilir. Banka aidiyyəti olan
şəxslər, habelə bankın
kreditorları və borcluları (maliyyə bazarlarına
nəzarət orqanı istisna olmaqla)
ləğvedici təyin oluna bilməzlər. [113]
59.2.Məhkəmə bankın məcburi ləğvi
və ləğvedicinin təyin edilməsi haqqında maliyyə
bazarlarına nəzarət orqanının
ərizəsinə onun məhkəməyə daxil olduğu
gündən ən geci 7 təqvim günü
müddətində baxır və müvafiq qərar qəbul
edir. Məhkəmədə bankın iştirak etməməsi
ərizəyə baxılmasını dayandırmır.
Məhkəmə bankın
məcburi ləğv olunmasına dair qərarı ilə
Fondu ləğvedici təyin edir. Bankın məcburi
ləğvi barədə məhkəmə qərarı, onun
qəbul edildiyi gündən ən geci sonrakı gün
maliyyə bazarlarına nəzarət orqanına və Fonda
göndərilir. Fond ləğvedici funksiyalarını
müqavilə əsasında hüquqi və ya fiziki
şəxslərə həvalə edə bilər. Fond, daha
az məsrəflə, bütün kreditorların hüquq
və qanuni mənafelərini nəzərə almaqla bankın
ləğvi üçün bilavasitə məsuliyyət
daşıyır və ləğvedici funksiyalarının
başqa şəxslərə həvalə edilməsi Fondu bu
məsuliyyətdən azad etmir. Fond tərəfindən
ləğvedici qismində cəlb ediləcək hüquqi
və fiziki şəxslərin xidmət və ya əmək
haqlarının məbləği maliyyə bazarlarına
nəzarət orqanı ilə razılaşdırmaqla
müəyyən edilir. Bankın ləğv edilməsi
ilə bağlı xərclər smetası, hər
üç aydan bir Fondun təqdimatına əsasən
maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən təsdiq olunur. [114]
Fondun
müqavilə əsasında cəlb etdiyi ləğvedici bu
Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu
tələblərinə cavab verməlidir. Məcburi
ləğv edilən banka aidiyyəti olan şəxslər,
səhmdarlar, habelə bankın kreditorları və
borcluları bankın ləğvi prosesinə cəlb edilə
bilməzlər. Bu kimi halların mövcudluğu
ləğvedici cəlb edildikdən sonra aşkar olunarsa,
onların fəaliyyətinə Fondun qərarı ilə xitam
verilir və banka yeni ləğvedici cəlb edilir.
59.3.Ləğv edilən bankın məcburi
ləğvi və ləğvedicinin təyin olunması
haqqında məhkəmə qərarı qəbul edildiyi
gündən dərhal icraya yönəldilir və Azərbaycan
Respublikasının İnzibati Prosessual
Məcəlləsinə uyğun olaraq bu qərardan
şikayət verilməsi onun icrasını dayandırmır. Ləğvedici bankın ləğvi prosesinin
başlanması və ləğvedicinin təyin olunması
haqqında məlumatı dərhal kütləvi informasiya vasitələrində
dərc etdirir, bankın Müşahidə Şurasına
və İdarə Heyətinə müvafiq bildiriş
göndərir. [115]
59.4.Bankın məcburi ləğvi və
ləğvedicinin təyin edilməsi haqqında
məhkəmə qərarından bankın səhmdarları
və ya bankın Müşahidə Şurası Azərbaycan
Respublikasının İnzibati Prosessual
Məcəlləsinə müvafiq
qaydada məhkəməyə şikayət verə
bilərlər. Şikayət ərizəsinin surəti maliyyə
bazarlarına nəzarət orqanına
göndərilir.[116]
Bankın məcburi ləğvinə dair
məhkəmənin qərarı bütün müdafiə
vasitələrindən istifadə edilənədək
qüvvədə qalır və ləğvedicinin
ləğvetmə tədbirlərini həyata keçirmək
səlahiyyətlərini dayandırmır.
59.5. Bankın
məcburi ləğvi və ləğvedicinin təyin
edilməsi haqqında məhkəmə qərarının
qəbul edildiyi andan:
59.5.1.bankın idarə olunması üzrə
bütün səlahiyyətlər, o cümlədən bank
səhmdarlarının ümumi
yığıncağının səlahiyyətləri
ləğvediciyə keçir (banka
müvəqqəti inzibatçı təyin olunduğu halda,
müvəqqəti inzibatçının
səlahiyyətlərinə bankın məcburi ləğvi
barədə məhkəmə qərarı qəbul edildiyi
andan maliyyə bazarlarına nəzarət orqanı
tərəfindən xitam verilir); [117]
59.5.2.bank inzibatçılarının və ya
səhmdarlarının bank adından etdikləri
hərəkətlər hüquqi qüvvəyə malik olmur;
58.5.3. bank aktivlərinin mühafizəsi və
məhkəmə qərarlarının icrası
məqsədilə aktivlərin üzərinə qoyulmuş
bütün həbslər hüquqi qüvvəsini itirir;
59.5.4. bankın girov məbləği (ipoteka)
həddində təmin etdiyi öhdəlikləri istisna
olmaqla, qalan aktivlər həbsdən və ya icraatdan
müdafiə edilir.
59.6.
Ləğvedicinin təyin edildiyi tarixdən bankın
idarəetmə orqanları (müvəqqəti
inzibatçı təyin olunduğu halda, müvəqqəti
inzibatçı) bankın möhürlərini,
ştamplarını, bütün əmlakını,
mühasibat kitablarını və digər
sənədlərini təhvil-təslim aktı ilə
ləğvediciyə təhvil verməlidir. Banka təyin
edilmiş ləğvedici başqası ilə əvəz
edildiyi hallarda, eyni qaydada təhvil-təslim işləri
həyata keçirilməlidir. Təhvil-təslim aktı
bankın məcburi ləğvi barədə qərar
çıxarmış məhkəmənin qərarı
ilə təsdiq edilir. Ləğvedicinin qəbul etdiyi
qərarlar və göstərişlər məcburi
ləğv edilən bankın işçiləri
üçün məcburi xarakter daşıyır.[118]
59.7.Bankın ləğvi ilə bağlı
bütün xərclər bankın aktivləri hesabına
ödənilir. Ləğvedicinin (ləğvedicilərin)
əmək haqqı maliyyə
bazarlarına nəzarət orqanının
təklifi ilə məhkəmə tərəfindən
təyin edilir. Bu xərclər növbədənkənar
qaydada ödənilir.
59.8.Bankın məcburi ləğvi bu Qanunun tələbləri nəzərə
alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsində
müəyyən edilmiş qaydada həyata keçirilir.
Məcburi ləğv olunan bankın aralıq
ləğvetmə balansı, ləğvetmə
tədbirlərinin və öhdəliklərin yerinə
yetirilməsi barədə hesabat, habelə ləğvetmə
balansı məhkəmə tərəfindən təsdiq
olunur. Müvafiq hesabatların təqdim edilməsi
müddətləri məhkəmə tərəfindən
müəyyən olunur. [119]
59.9.Məhkəmənin qərarı ilə
ləğvedici bu Qanunun 74-cü maddəsində
nəzərdə tutulmuş bir və ya bir neçə
əməliyyatı həyata keçirə bilər.
59.10.
Bankın məcburi ləğvi dövründə
ləğvedici öz fəaliyyəti haqqında maliyyə
bazarlarına nəzarət orqanına
onun müəyyənləşdirdiyi formada və
müddətlərdə hesabat verir, habelə maliyyə
bazarlarına nəzarət orqanının
tələb etdiyi sənədləri və informasiyanı
təqdim edir.
Ləğvedicinin
öz funksiyalarmı lazımınca yerinə
yetirməməsi faktı aşkar edilərsə, maliyyə bazarlarına
nəzarət orqanının
müraciəti ilə məhkəmə ləğvedicinin
başqa şəxslə əvəz edil-məsi barədə
qərar çıxara bilər. [120]
59.11. Ləğvedici məcburi
ləğv tədbirlərini həyata keçirərkən
bu Qanunun 61-ci maddəsində göstərilmiş
əsaslardan hər hansı birinin mövcudluğunu aşkar
etdikdə bank barəsində iflas proseduruna başlanmasına
dair əsaslandırılmış vəsatətlə maliyyə
bazarlarına nəzarət orqanına
müraciət edir.
X fəsil
BANKLARIN İFLASI
M a d d ə 6 0. Bankların
müflisləşmə və iflas prosedurlarının
tənzimlənməsi
60.1. "Müflisləşmə və iflas
haqqında" Azərbaycan Respublikasının Qanunu və
həmin Qanunu tamamilə və ya qismən
dəyişdirən və əvəz edən hər hansı
digər qanunlar banklara tətbiq olunmur.
60.2. Banklar yalnız bu Qanunla
müəyyənləşdirilmiş qaydada,
məhkəmənin qərarı ilə müflis elan edilə
bilər. Bankın müflis elan edilməsinin
məhkəmədənkənar proseduruna yol verilmir.
M a d d ə 6 1. İflas
proseduruna başlanılması üçün əsaslar
61.1. Bank
barəsində iflas proseduruna aşağıdakı
əsaslardan biri və ya bir neçəsi üzrə
başlanıla bilər:
61.1.1.bankın məcmu kapitalının miqdarı banklar
üçün müəyyən edilmiş məcmu
kapitalının minimum miqdarının 25 faizindən və ya
məcmu kapitalın adekvatlıq əmsalının 3
faizdən az olduğu maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən müəyyən edilmişdir;
61.1.2.bank (bu
Qanunun 57-11-ci maddəsinə əsasən bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
məsələlərinə dair bankla maliyyə bazarlarına
nəzarət orqanı arasında yazılı
razılaşma bağlandığı andan
restrukturizasiyasının aparıldığı
müddət istisna olmaqla)
öz maliyyə öhdəliklərini onların icra vaxtı
çatdıqda yerinə yetirməyə qadir deyildir; [121]
61.1.3.bank (bu
Qanunun 57-11-ci maddəsinə əsasən bankın
öhdəliklərinin könüllü restrukturizasiyası
məsələlərinə dair bankla maliyyə bazarlarına
nəzarət orqanı arasında yazılı
razılaşma bağlandığı andan
restrukturizasiyasının aparıldığı
müddət istisna olmaqla)
vaxtı çatmış maliyyə öhdəliklərini
kreditorlar tərəfindən tələblər irəli
sürüldükdə ödəməyə qadir deyildir.
M a
d d ə 6 2. İflas proseduruna başlanılmasına dair
ərizə
62.1. Bank barəsində iflas
proseduruna başlanılmasına dair ərizəyə
məhkəmə aşağıdakı hallarda baxır:
62.1.1.ərizə bankın lisenziyasının
ləğv edilməsi haqqında qərarla və bankın bu
Qanunun 61-ci maddəsində göstərilən
əsasların mövcudluğunu təsdiqləyən
maliyyə hesabatı ilə birlikdə maliyyə bazarlarına
nəzarət orqanı tərəfindən
verildikdə;
62.1.2.ərizə kreditorların tələbini təsdiq
edən sənədlərlə birlikdə bu Qanunun 62.2-ci
maddəsinə uyğun olaraq kreditorlar tərəfindən
verildikdə.
62.2. Bank bu Qanunun 61.1.3-cü maddəsinə uyğun
olaraq öz öhdəliklərini yerinə yetirmədikdə,
bir və ya bir neçə kreditor maliyyə bazarlarına
nəzarət orqanına vəsatətlə
müraciət edə bilər. Maliyyə bazarlarına
nəzarət orqanı vəsatətə
onu aldığı gündən 5 təqvim günü
müddətində baxır və əgər bankın öz
öhdəliklərini yerinə yetirmədiyi faktını müəyyənləşdirirsə,
bank lisenziyasının ləğvi və iflas proseduruna
başlanılmasına dair məhkəməyə
ərizə vermək haqqında qərar qəbul edir. Maliyyə
bazarlarına nəzarət orqanı
məhkəməyə ərizəni bu barədə
qərarı qəbul etdikdən sonra 3 təqvim günü
ərzində verir. Bankın öz öhdəliklərini
yerinə yetirmədiyi faktı müəyyən edilməmişdirsə,
maliyyə
bazarlarına nəzarət orqanı
kreditorlara əsaslandırılmış imtina
göndərir. Kreditorların ərizəsinin maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən rədd edilməsi onlar
tərəfindən məhkəməyə müvafiq
ərizənin verilməsinə mane olmur.
62.3. Ərizə maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən verildikdən sonra dərhal
moratorium qüvvəyə minir. Moratoriuma görə
məhkəmənin icazəsi olmadan heç bir kreditorborcunun
qaytarılmasını və ya borcu müqabilində
bankın əmlakını ona verilməsini və ya hər
hansı girov (ipoteka) təminatının tutulmasını
tələb edən tədbirlər görə bilməz, yaxud
banka qarşı hər hansı tələbin
yönəldilməsi ilə bağlı proseduru davam
etdirə və ya başlaya bilməz.
M a d d ə 6 3. Müvəqqəti
inzibatçının təyin edilməsi
63.1.Bankın kreditorları bu Qanunun 61.1.3-cü
maddəsinə uyğun olaraq, bank barəsində iflas
proseduruna başlanılmasına dair vəsatəti maliyyə
bazarlarına nəzarət orqanına
verildikdən sonra maliyyə
bazarlarına nəzarət orqanı
bu Qanunun 57-ci maddəsinə müvafiq surətdə banka
müvəqqəti inzibatçı təyin edir.
Müvəqqəti inzibatçı bu Qanunun 57-2-ci
maddəsinə uyğun olaraq bankın idarəçiliyini
dərhal üzərinə götürür. [122]
63.2.Bu Qanunun 63.1-ci
maddəsində nəzərdə tutulmuş halda
müvəqqəti inzibatçının təyinatına bu
Qanunun 52.6-cı maddəsinin müddəaları şamil
edilmir. [123]
M a d d ə 6 4. Məhkəmə
baxışı
64.1. Bank barəsində iflas proseduruna
başlanılmasına dair ərizəni baxılmağa
qəbul etdikdən sonra məhkəmə maliyyə
bazarlarına nəzarət orqanı,
bütün digər ərizəçiləri və
bankın özünü, maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən ərizə verildikdə
isə həmçinin bankın müvəqqəti
inzibatçısını ərizəyə baxılması
üzrə qapalı iclasda iştiraka dəvət edir.
Məhkəmə baxışı ərizənin verildiyi andan
48 saat ərzində başlanılmalıdır.
64.2. Məhkəmə baxışı ərizənin
verildiyi gündən 7 təqvim günü
müddətində başa çatdırılmalıdır.
Məhkəmə baxışının
nəticələrinə əsasən məhkəmə
ərizəni rədd edir və ya təmin edir.
M a
d d ə 6 5. Ərizənin rədd edilməsi üçün
əsaslar
65.1. Bank barəsində iflas
proseduruna başlanılmasına dair ərizəni
məhkəmə aşağıdakı hallarda rədd edir:
65.1.1.ərizə bu Qanunun 62.1-ci maddəsinin
tələblərinə uyğun verilmədikdə;
65.1.2.bu Qanunun 65.2-ci maddəsinə uyğun olaraq maliyyə
bazarlarına nəzarət orqanı
ərizəyə etiraz etdikdə;
65.1.3.ərizənin əsaslandırılması
üçün məhkəməyə təqdim edilmiş
hər hansı sənəd və ya digər sübut saxta
və ya qeyri-dəqiq olduqda və bu sənədlərsiz,
yaxud digər sənədlərsiz ərizə bu Qanunun
tələblərinə cavab vermədikdə;
65.1.4.kreditorlar tərəfindən verilmiş
ərizə əsassız olduqda;
65.1.5.bu Qanunun 61.1-ci maddəsində göstərilmiş
əsasların aradan qalxması üçün kifayət
edən məbləğdə kapitalın bərpasına dair
məhkəməni və maliyyə bazarlarına nəzarət
orqanı təmin edən sübutlar təqdim edildikdə.
65.2. Bankın müflis elan
edilməsi barədə ərizə bankın kreditorları
tərəfindən verilmişdirsə, maliyyə bazarlarına
nəzarət orqanı ərizəyə
yalnız aşağıdakı hallarda etiraz edə bilər:
65.2.1.Maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən bankın iflasına başlamaq
üçün əsasların olmadığı
müəyyən olunduqda. Məhkəmə maliyyə
bazarlarına nəzarət orqanından
onun rəyini təsdiqləyən sübutların, o
cümlədən maliyyə
bazarlarına nəzarət orqanı
tərəfindən təsdiq olunmuş bankın maliyyə
hesabatını tələb edə bilər;
65.2.2.bu Qanunun 57-9.7-ci maddəsinə uyğun olaraq maliyyə
sağlamlaşdırılması barədə müvafiq icra
hakimiyyəti orqanının qərarmı
məhkəməyə təqdim etdikdə. [124]
M a d d ə 6 6. Bankın
kreditorları tərəfindən əsassız verilmiş
ərizənin rədd edilməsi
66.1.Bankın kreditorları bank barəsində iflas
proseduruna başlanılmasına dair əsassız
ərizə verdikdə məhkəmə istənilən vaxt
həmin ərizəni bu Qanunun 65.1.4-cü maddəsində göstərilən
əsaslara istinadla dinləmələr keçirməklə
və ya keçirmədən yazılı şəkildə
rədd edə bilər. Ərizə
rədd edildikdə məhkəmə
ərizəçilərin üzərinə ərizənin
verilməsi nəticəsində bankın və/və ya maliyyə
bazarlarına nəzarət orqanının
çəkdiyi xərcləri və zərəri
ödəmək vəzifəsini qoyur.[125]
66.2.Bank barəsində iflas proseduruna
başlanılmasına dair əsassız ərizə
verilməsində təqsirli sayılmış şəxs
Azərbaycan Respublikasının inzibati qanunvericiliyinə
uyğun olaraq məsuliyyət daşıyır.
M a d d ə 6 7. Müflis
elan olunmayan bankın məcburi ləğvi
Bank barəsində iflas proseduruna
başlanılmasına dair maliyyə bazarlarına nəzarət
orqanı tərəfindən verilmiş ərizə
məhkəmə tərəfindən bu Qanunun 65.1.3-65.1.5-ci
maddələrində göstərilən əsaslardan
başqa, digər əsaslar üzrə rədd edildikdə,
bankın bu Qanunun 59-cu maddəsinə uyğun olaraq
məhkəmə qaydasında məcburi ləğvi
həya-ta keçirilir.
Maddə 6 8. Bankın
müflis elan olunmasına dair qərar
Bank iflas proseduruna başlanılmasına dair
ərizənin təmin olunması haqqında məhkəmənin
qərarına müvafiq surətdə müflis elan edilir
və banka ləğvedici (ləğvedicilər) təyin
edilir. Bankın müflis elan olunması haqqında
məhkəmə qərarı dərhal icraya yönəldilir
və həmin andan bankın iflas proseduruna
başlanılır.
M a d d ə 6 9. Bankın
müflis elan olunmasına dair qərarın təqdim
edilməsi və dərc olunması
Məhkəmə
bankın müflis elan olunması haqqında qərar
çıxardıqdan sonra dərhal ləğvedici həmin
qərarı banka təqdim edir və qərar barədə
kütləvi informasiya vasitələrində 7 təqvim
günü ara verilməklə üç dəfə
məlumat dərc etdirir.
M a d d ə 7 0. Şikayət
verilməsi
70.1.Bankın səhmdarları və ya
Müşahidə Şurası, habelə maliyyə
bazarlarına nəzarət orqanı
bankın müflis elan olunmasına dair məhkəmənin
qərarından Azərbaycan
Respublikasının İnzibati Prosessual
Məcəlləsində
müəyyən edilmiş qaydada şikayət verə
bilərlər. Bankın müflis elan olunmasına dair
məhkəmənin qərarı bütün müdafiə
vasitələrindən istifadə edilənədək
qüvvədə qalır.[126]
70.2.Bank tərəfindən məhkəmənin
qərarından şikayət verilməsi ləğvedicinin
bankın iflası prosedurunun həyata keçirilməsi
çərçivəsində öz
səlahiyyətlərinin icrası üzrə
hərəkətlərini dayandırmır.
70.3.Maliyyə
bazarlarına nəzarət orqanının
məhkəmə qərarından şikayət verməsi
bankın aktivlərinin satışı və
köçürülməsi üzrə ləğvedicinin
hərəkətlərini məhkəmədə
mübahisəyə baxılanadək dayandırır.
M a d d ə 71. Ləğvedici
71.1. Məhkəmə
bankın müflis elan olunmasına dair qərarı ilə
Fondu ləğvedici təyin edir. Fond ləğvedici
funksiyalarını müqavilə əsasında hüquqi
və ya fiziki şəxslərə həvalə edə
bilər. Fond, daha az məsrəflə, bütün
kreditorların hüquq və qanuni mənafelərini
nəzərə almaqla bankın ləğvi üçün
bilavasitə məsuliyyət daşıyır və
ləğvedici funksiyalarının başqa
şəxslərə həvalə edilməsi Fondu bu
məsuliyyətdən azad etmir. Fond tərəfindən
ləğvedici qismində cəlb ediləcək hüquqi
və fiziki şəxslərin xidmət və ya əmək
haqlarının məbləği maliyyə bazarlarına
nəzarət orqanı ilə razılaşdırmaqla
müəyyən edilir. Bankın ləğv edilməsi
ilə bağlı xərclər smetası hər üç
aydan bir Fondun təqdimatına əsasən maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən
təsdiq olunur. Fondun müqavilə əsasında cəlb
etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş
vətəndaş qüsursuzluğu tələblərinə
cavab verməlidir. Məcburi ləğv edilən banka
aidiyyəti olan şəxslər, səhmdarlar, habelə
bankın kreditorları və borcluları ləğvedici
qismində cəlb edilə bilməzlər. Bu kimi halların
mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar
olunarsa, onların fəaliyyətinə Fondun qərarı
ilə xitam verilir və banka yeni ləğvedici təyin
edilir. [127]
71.2.Bankın ləğvi prosesi ilə əlaqədar
ləğvedicinin əmək (xidmət) haqqı və çəkdiyi xərclər
bankın aktivləri hesabına, çatışmayan
hissədə isə Fond
(reqres hüququ ilə)
tərəfindən ödənilir. [128]
71.3.Banka təyin edilmiş ləğvedici bankın
yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının
ümumi yığıncağının, habelə bankın
digər idarəetmə orqanlarının
səlahiyyətləri ləğvediciyə keçir. Banka
qarşı bütün tələblər bankın
ləğvedicisinə təqdim edilir.
71.4.Ləğv edilən bankın sənədlərinin
və əmlakının bankın inzibatçılarından
ləğvediciyə təhvil verilməsi aktmı
məhkəmə təsdiq edir.
Ləğvedici bu Qanunun müddəaları ilə
tələb edilən hallarda göstəriş almaq
üçün istənilən vaxt məhkəməyə
müraciət edə bilər.
Ləğvedici məhkəmənin nəzarəti
altında və maliyyə
bazarlarına nəzarət orqanı ilə
sıx qarşılıqlı əlaqə
şəraitində fəaliyyət göstərir.
71.5.Ləğvedici zəruri hallarda müflis elan
olmuş banka müstəqil hüquqşünasları,
mühasibləri və başqa mütəxəssisləri
məhkəmənin təsdiq etdiyi şərtlər
əsasında muzdla işə cəlb edə bilər.