Yaşayış
minimumu haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu
Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun
müəyyənləşdirilməsinin, ona dövlət
təminatının, ölkənin sosial-iqtisadi
inkişafına uyğun olaraq yaşayış minimumunun
yüksəldilməsinin prinsiplərini və
qaydalarını müəyyən edir.
M
a d d ə 1 . Əsas
anlayışlar
1.0.
Bu Qanunun məqsədləri üçün istifadə olunan
əsas anlayışlar aşağıdakılardır:
1.0.1.
minimum istehlak səbəti -
insanın sağlamlığının və həyat
fəaliyyətinin minimum səviyyəsi üçün
zəruri olan ərzaq, qeyri-ərzaq malları və
xidmətlərin elmi normalar əsasında müəyyən
edilmiş toplusu;
1.0.2.
yaşayış minimumu -
minimum istehlak səbətinin dəyəri və icbari
ödənişlərin cəmindən ibarət sosial norma;
1.0.3.
əhalinin əsas sosial-demoqrafik
qrupları - yaş-cins əlamətlərinə, sosial
vəziyyətlərinə görə fərqlənən
əhali qrupları (əmək qabiliyyətli əhali,
pensiyaçılar, əlilliyi
olan şəxslər, uşaqlar və s);[1]
1.0.4.
ailə - qohumluq və ya
qanunvericiliklə müəyyən olunmuş digər
xüsusiyyətlərə görə
bağlılığı olan, birgə yaşayan, ümumi ev
təsərrüfatına malik şəxslər və yaxud
tənha yaşayan şəxslər;
1.0.5.
ailədə adambaşına
düşən orta gəlir - ailənin məcmu
gəlirlərinin ailə üzvlərinin sayına nisbəti;
1.0.6.
aztəminatlı ailə -
orta aylıq gəlirləri hər bir ailə üzvü
üçün ehtiyac meyarının məcmusundan
aşağı olan ailə;[2]
1.0.7.
ünvanlı dövlət
sosial yardımı - aztəminatlı ailələrə
dövlət tərəfindən göstərilən pul
yardımı;[3]
1.0.8.
minimum əmək haqqı -
qanunvericiliklə ixtisassız əməyə və
xidmətə görə aylıq əməkhaqqının
ən aşağı səviyyəsini müəyyən
edən sosial normativ.
1.0.9.
ehtiyac meyarı - əhalinin
əsas sosial-demoqrafik qrupları üzrə yaşayış
minimumundan asılı olaraq ünvanlı dövlət sosial
yardımının təyin edilməsi məqsədilə
dövlət büdcəsi ilə birgə hər il
üçün təsdiq olunan hədd.[4]
M
a d d ə 2 . Yaşayış
minimumunun təyinatı
2.0.
Yaşayış minimumundan aşağıdakı
məqsədlər üçün istifadə olunur:
2.0.1.
aztəminatlı ailələrə ünvanlı
dövlət sosial yardımının göstərilməsi
sisteminin formalaşdırılmasında və
tətbiqində;[5]
2.0.2.
aztəminatlı ailələrin rifahının
yüksəldilməsi konsepsiyasının və Dövlət
Proqramlarının hazırlanmasında;[6]
2.0.3.
əhalinin həyat səviyyəsinin
qiymətləndirilməsində və
proqnozlaşdırılmasında;
2.0.4.
fiziki şəxslərin gəlirlərinin vergiyə və
icbari ödənişlərə cəlb edilməyən
həddinin əsaslandırılmasında;
2.0.5. əhalinin pul
gəlirlərinin və əmanətlərinin
indeksləşdirilməsi üzrə tədbirlərin işlənib
hazırlanmasında və həyata keçirilməsində;
2.0.6. dövlət büdcəsinin,
yerli büdcələrin, büdcədənkənar
dövlət fondlarının,
qanunvericiliklə tənzimlənən qiymət və
tariflərin formalaşdırılmasında.
M a d d ə 3 . Minimum istehlak
səbətinin formalaşdırılması, yenidən
baxılması və təsdiqi
3.1. Minimum istehlak
səbəti əhalinin əsas sosial-demoqrafik qrupları
üzrə, bir nəfərin
və ya ailənin xərc maddələri üzrə
aşağıdakı tərkibdə formalaşdırılır:
3.1.1. ərzaq məhsullarının
minimum toplusu;
3.1.2. fərdi və ailəvi istifadə
olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və
dəftərxana ləvazimatları, təsərrüfat,
mədəni-məişət, sanitariya əşyaları, dərmanlar
və s.);
3.1.3. xidmətlərin minimum toplusu
(mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil,
mədəni-maarif, müalicə-istirahət xidmətləri
və s.).
3.2.
Minimum istehlak səbətinin
tərkibi dövlət elmi müəssisə və
təşkilatlarının,
qeyri-hökumət təşkilatlarının iştirakı
ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən üç ildə bir
dəfədən az olmayaraq müəyyənləşdirilir.[7]
M a d d ə 4 . Yaşayış
minimumunun hesablanması, yenidən baxılması və
təsdiqi
4.1. Yaşayış minimumu əhalinin
əsas sosial-demoqrafik qrupları üzrə bu Qanunla
nəzərdə tutulmuş qaydada müəyyən edilir
və təsdiq olunur.
4.2. İstehlak səbətinə daxil
olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar
qiymətləri (tarifləri) ilə, icbari
ödənişlər isə normalaşmış faktiki məsrəflər
əsasında hesablanır.
4.3. Əhalinin əsas sosial-demoqrafik
qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən
hesablanır və dövlət büdcəsi ilə birgə
təsdiq edilir.
4.4. Əhalinin əsas sosial-demoqrafik
qrupları üzrə yaşayış minimumu
aztəminatlılığın həddini müəyyən
edir və rəsmi dövlət nəşrlərində
dərc olunur.
M a d d ə 5. Əməkhaqqının
minimum məbləğinin, pensiyaların
baza hissəsinin, müavinətlərin,
təqaüdlərin və digər sosial
ödənişlərin müəyyənləşdirilməsi zamanı
yaşayış minimumunun nəzərə alınması[8]
5.1. Ölkə üzrə təsdiq
edilmiş yaşayış minimumu əməkhaqqının minimum
məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin,
təqaüdlərin, digər
ödənişlərin və ünvanlı dövlət
sosial yardımının təyin edilməsi
məqsədilə ehtiyac meyarının müəyyən
edilməsinin əsasım təşkil edir.[9]
5.2. Mülkiyyət formasından
asılı olmayaraq müəssisə, idarə və
təşkilatlar ixtisassız
əməklə məşğul olan
işçilərinə əməkhaqqını minimum
əməkhaqqı məbləğindən
az olmayaraq ödəməlidir.
5.3. Ölkə üzrə
əməkhaqqının minimum məbləğinin, pensiyaların baza
hissəsinin, müavinətlərin,
təqaüdlərin , ünvanlı dövlət
sosial yardımının təyin edilməsi
məqsədilə ehtiyac meyarının həddinin məbləğinin yaşayış minimumuna nisbəti
hər il müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən
edilir.[10]
5.4. Azərbaycan Respublikasında minimum
əməkhaqqı və pensiyaların baza hissəsi,
ehtiyac meyarının həddi mərhələlərlə ölkə üzrə
yaşayış minimumu səviyyəsinə yüksəldilir.[11]
5.5. Əmək
pensiyaları "Əmək pensiyaları haqqında"
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq artırılır
və indeksləşdirilir.[12]
M a d d ə 6. Yaşayış minimumu haqqında
qanunvericiliyin pozulmasına
görə məsuliyyət
Yaşayış minimumu haqqında
qanunvericiliyi pozan şəxslər mövcud qanunvericiliklə müəyyən
olunmuş qaydada məsuliyyət daşıyırlar.
M a d d ə 7. "Minimum istehlak büdcəsi
haqqında" Azərbaycan Respublikası
Qanununun qüvvədən düşməsi haqqında
"Minimum istehlak büdcəsi
haqqında" Azərbaycan Respublikasının 1992-ci il 14 oktyabr tarixli 329
nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹ 19,
maddə 849) qüvvədən düşmüş hesab edilsin.
M a d d ə 8 . Qanunun
qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 5 oktyabr 2004-cü il
¹ 768-IIQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
12
may 2006-cı il tarixli 109-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 6, maddə 480)
2.
6
mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə
401)
3.
31 oktyabr 2017-ci il tarixli 837-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 7 dekabr 2017-ci il, ¹ 270, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab
maddə 2205)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 19 may 2020-ci il tarixli 111-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 18 iyul 2020-ci il, ¹ 139, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 829) ilə 1.0.3-cü
maddədə “əlillər”
sözü “əlilliyi olan
şəxslər” sözləri ilə əvəz
edilmişdir.
[2] 12 may
2006-cı il tarixli 109-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 480) ilə
1.0.6-cı maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1.0.6. əhalinin aztəminatlı
təbəqələri - qanunvericiliklə
müəyyən edilmiş minimum yaşayış
səviyyəsində olan ailələr;
[3] 12 may
2006-cı il tarixli 109-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 480) ilə
1.0.7-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1.0.7. ünvanlı dövlət sosial
yardımı - əhalinin aztəminatlı
təbəqələrinə dövlət
tərəfindən müxtəlif formalarda (sosial
ödənişlər, müavinətlər, icbari
ödənişlərdən güzəştlər və s.)
göstərilən yardımlar;
[4] 12 may 2006-cı il tarixli
109-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 480) ilə
1.0.9-cu maddə əlavə edilmişdir.
[5] 12 may
2006-cı il tarixli 109-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 480) ilə
2.0.1-ci maddədə “əhalinin
aztəminatlı təbəqələrinə dövlət
tərəfindən ünvanlı sosial yardım”
sözləri “aztəminatlı
ailələrə ünvanlı dövlət sosial
yardımının” sözləri ilə əvəz
edilmişdir.
[6] 12 may 2006-cı il tarixli
109-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 6, maddə 480) ilə 2.0.2-ci maddədə “əhalinin aztəminatlı
təbəqələrinin” sözləri “aztəminatlı ailələrin” sözləri
ilə əvəz edilmişdir.
[7] 31 oktyabr 2017-ci il tarixli 837-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 7 dekabr 2017-ci il, ¹ 270, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab
maddə 2205) ilə 3.2-ci
maddədə “elmi idarə və
müəssisələrinin” sözləri “elmi müəssisə və
təşkilatlarının”
sözləri ilə əvəz edilmişdir.
[8] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 5, maddə 401) ilə 5-ci maddənin adında
və 5.1-ci maddədə ",
pensiyaların minimum məbləğinin,"
sözləri "minimum
məbləğinin, pensiyaların baza hissəsinin,"
sözləri ilə əvəz edilmişdir.
6
mart 2018-ci il
tarixli 1026-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 mart
2018-ci il, ¹ 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 3, maddə 393) ilə
5-ci maddənin adından,
5.1-ci və 5.3-cü maddələrdən “pensiyaların baza hissəsinin,” sözləri
çıxarılmışdır.
[9] 12 may
2006-cı il tarixli 109-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 480) ilə .
5.1-ci maddədə “ünvanlı
dövlət sosial yardımının və digər
ödənişlərin” sözləri “digər ödənişlərin və ünvanlı
dövlət sosial yardımının təyin edilməsi
məqsədilə ehtiyac meyarının” sözləri
ilə əvəz edilmişdir.
[10] 12 may
2006-cı il tarixli 109-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 480) ilə
5.3-cü maddədə “,
ünvanlı dövlət sosial yardımlarının”
sözləri “, ünvanlı
dövlət sosial yardımının təyin edilməsi
məqsədilə ehtiyac meyarının həddinin”
sözləri ilə əvəz edilmişdir.
6
mart 2007-ci il tarixli 260-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 401) ilə 5.3-cü maddədə "və pensiyaların minimum
məbləğinin" sözləri "minimum məbləğinin,
pensiyaların baza hissəsinin" sözləri ilə
əvəz edilmişdir.
[11] 12 may
2006-cı il tarixli 109-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 480) ilə
5.4-cü maddədə “məbləği”
sözündən sonra “, ehtiyac
meyarının həddi” sözləri əlavə
edilmişdir.
6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə
401) ilə 5.4-cü
maddədə "və
pensiyaların minimum məbləği" sözləri
"və pensiyaların baza
hissəsi" sözləri ilə əvəz
edilmişdir.
6
mart 2018-ci il
tarixli 1026-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 mart
2018-ci il, ¹ 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 3, maddə 393) ilə
5.4-cü maddədən “və pensiyaların baza hissəsi”
sözləri çıxarılmışdır.
[12] 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 5, maddə 401) ilə aşağıdakı məzmunda 5.5-ci maddə əlavə edilmişdir.