Bələdiyyələrin
maliyyəsinin əsasları haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun bələdiyyələrin
maliyyəsinin formalaşması və istifadəsinin prinsiplərini
yerli büdcə prosesinin əsaslarını və bu
sahələrdə bələdiyyələrin
səlahiyyətləri və onların müvafiq icra
hakimiyyəti orqanları ilə qarşılıqlı
münasibətlərini müəyyən edir.
Bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqədar yaranan münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası ilə bu Qanunla, "Bələdiyyələrin statusu haqqında", "Büdcə sistemi haqqında", "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə tənzimlənir.[1]
1. Bələdiyyə maliyyəsinin iqtisadi
əsaslarını bələdiyyə əmlakı,
bələdiyyə torpaqları, yerli büdcə və
büdcədənkənar fondlar, bələdiyyənin
istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil
edir.
2. Bələdiyyənin maliyyə
vəsaitinin formalaşması və istifadəsi
özünüidarəetmə, müstəqillik,
aşkarlıq və yerli mənafenin respublika mənafeyi
ilə uzlaşması prinsiplərinə əsaslanır.
1. Yerli büdcə bələdiyyə
statusuna uyğun olaraq özünüidarəetmə
prinsiplərini reallaşdırmaq, Azərbaycan
Respublikasının Konstitusiyası və qanunları ilə
müəyyənləşdirilmiş bələdiyyə
səlahiyyətlərini həyata keçirmək
üçün formalaşan və istifadə olunan maliyyə
vəsaiti.
Yerli büdcə bələdiyyə
büdcəsi olub dövlət büdcəsinin tərkib
hissəsi deyil.
2. Bələdiyyələrin qanunvericiliyə uyğun olaraq yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ vardır.[2]
3. Yerli büdcənin tərtibi və
icrası prosesində büdcə sisteminin qanunvericiliklə
müəyyən edilmiş ümumi prinsipləri və
Azərbaycan Respublikasında tətbiq olunan büdcə
təsnifatından istifadə olunur.
4. Büdcə ili yanvarın 1-də
başlanır və dekabrın 31-də qurtarır.
1. Yerli büdcənin müstəqilliyi
öz mədaxil mənbələrinin olması və
bələdiyyənin yerli büdcə vəsaiti barədə
sərəncam vermək müstəsna hüququ ilə
təmin edilir.
2. Azərbaycan Respublikası qanunvericilik
və icra hakimiyyəti orqanlarının
bələdiyyələrin büdcə fəaliyyətinə,
müdaxiləsinə, Azərbaycan Respublikasının
qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla
yol verilmir.
3. Bələdiyyə yerli büdcənin
maliyyə ilinin sonuna əmələ gəlmiş
sərbəst qalıqlarına müstəqil sərəncam
verir.
4. Bələdiyyə yerli büdcəni
iqtisadi qanunların tələblərinə uyğun
müstəqil olaraq tərtib, müzakirə, təsdiq, icra
və onun icrasına nəzarət edir.
1. Yerli büdcələrin
müstəqilliyinə dövlət zəmanət verir və
onun öhdəliklərinə məsuliyyət
daşımır. Dövlət zəmanəti
aşağıdakılara əsaslanır:
1.1. İnvestisiya və pul-kredit siyasəti əsasında istehsal və xidmət sferasının inkişafına şərait yaratmaq;[3]
1.2. Yerli sosial-iqtisadi inkişaf
proqramlarını yerli büdcə gəlirləri hesabına
maliyyələşdirmək mümkün olmadıqda, yerli
büdcə kəsirini ödəmək üçün
dövlət büdcəsinin imkanlarını
nəzərə alaraq əlavə gəlir
mənbələrinin müəyyən edilməsi və ya
dövlət büdcəsindən dotasiya və
subvensiyaların ayrılması.
2. Qanunvericilik və icra hakimiyyəti
orqanları bələdiyyələrə əlavə
səlahiyyətlər həvalə etdikdə onları bu
səlahiyyətlərin həyata keçirilməsi
üçün zəruri maliyyə vəsaiti ilə təmin
edirlər.
3. İcra hakimiyyəti orqanlarının
qəbul etdikləri qərarlar nəticəsində yerli
büdcələrin gəlirlərinin azalması və ya
xərclərinin artması baş verdikdə uyğun azalma
və ya artma məbləğləri bu qərarları
qəbul edən orqanlar tərəfindən kompensasiya olunur.
4. Bələdiyyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli büdcənin icrasına dair məlumatı statistika orqanlarına və müvafiq icra hakimiyyəti orqanına təqdim edir.[4]
1. Yerli büdcənin gəlirlərinə
aşağıdakılar aid edilir:
1.1. Azərbaycan
Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və
206.3-cü maddələrində nəzərdə tutulmuş
hallarda fiziki şəxslərin torpaq vergisi;[5]
1.2. fiziki şəxslərdən əmlak
vergisi;
1.3. yerli əhəmiyyətli tikinti
materiallar üzrə mədən vergisi;
1.4. bələdiyyə
mülkiyyətində olan müəssisə və
təşkilatlardan mənfəət vergisi;
1.5. bələdiyyə
mülkiyyətində olan daşınmaz əmlak
üzərində reklam daşıyıcısının
yerləşdirilməsi ilə bağlı ödəniş;[6]
1.6. kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait və qanunla müəyyən edilən digər yerli ödənişlər;[7]
1.7. Azərbaycan Respublikasının
dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar;[8]
1.8. Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq bələdiyyə
əmlakının özəlləşdirilməsindən, icarəyə və
istifadəyə verilməsindən gəlirlər, lotereyalardan
daxil olan vəsait, habelə bələdiyyələrin
fəaliyyətindən əldə edilən digər
gəlirlər;[9]
1.9. fiziki və hüquqi
şəxslərin, beynəlxalq təşkilatların və
fondların maliyyə yardımları və qrantları;
1.10. dövlət əhəmiyyətli
tədbirlərin və dövlət orqanlarının
qərarları nəticəsində yaranan xərclərin
ödənilməsi üçün maliyyə vəsaiti.
1.11. Yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar.[10]
2. Bu maddənin 1.1-1.4-cü, 1.6-cı yarımbəndlərində göstərilən yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə dərəcələrinin yuxarı həddi qanunla müəyyən edilir, tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir. Bu maddənin 1.5-ci yarımbəndində göstərilən bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişin məbləği “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən müəyyən edilir. Bu maddənin 1.7-ci yarımbəndində göstərilən dövlət büdcəsindən yerli büdcələrə ayrılan dotasiya və subvensiyalar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 32.2.2-ci və 34.4-cü maddələri ilə müəyyən edilmiş qaydada verilir.[11]
3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli məsələlərin maliyyələşdirilməsi üçün bu maddənin 1.6-cı yarımbəndində göstərilən yerli ödənişlər, habelə könüllü birdəfəlik ödənişlər barədə qərarlar qəbul edə bilərlər. Könüllü birdəfəlik ödənişlər barədə qərarlar nəticəsində əldə olunan vəsait yalnız məqsədli təyinatı üzrə istifadə olunur.[12]
1. Yerli büdcələrin
xərclərinin həcmi və istiqamətləri
bələdiyyələr tərəfindən
müəyyənləşdirilir.
2. Yerli büdcə bələdiyyənin
idarəetmə xərcləri, sosial-məişət,
yaşayış, mədəniyyət və idman
obyektlərinin, habelə əhalinin ümumi istifadəsində
olan küçə, həyət və bağların
saxlanması xərcləri nəzərə alınmaqla
bələdiyyələrin müəyyən etdiyi xərc
normativləri əsasında formalaşdırılır.
Yerli büdcələrdə
həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi
inkişaf, habelə ekoloji proqramların
maliyyələşdirilməsi üçün xərclər
nəzərdə tutula bilər.
Bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.[13]
Yerli
büdcənin xərc istiqamətləri müəyyən
edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin
əlli faizindən çox ola bilməz.
Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir.[14]
3. Dövlət büdcəsindən
dotasiya, subvensiya və ssuda
alan yerli büdcənin xərclərinin hesablanmasında
tətbiq olunan normativlər dövlət büdcəsinin
xərclərinin hesablanması üçün tətbiq
olunan xərc normativlərindən yüksək ola bilməz.[15]
4. Dotasiyanın
yuxan həddinin hesablanmasında bələdiyyənin
ərazisində yaşayan
əhalinin sayı və ölkənin maliyyə
ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər
amillər nəzərə alına bilər.[16]
5. Əlavə səlahiyyətlərin
həyata keçirilməsi üçün qanunvericilik
və icra hakimiyyətləri tərəfindən ayrılan
məqsədli vəsait, o cümlədən subvensiya
hesabına xərclərin maliyyələşdirilməsi yerli
büdcənin məxaric hissəsində ayrıca
sətirdə göstərilir.
6. Xərclərinin öz gəlirləri
ilə təmin olunmayan hissəsi (yerli büdcənin
kəsiri) dövlət büdcəsindən alınan dotasiya
ilə örtülə bilər.
1. Yerli büdcənin layihəsi
bələdiyyə ərazisində fəaliyyət
göstərən bələdiyyə
müəssisələrinin və digər hüquqi
şəxslərin, habelə fiziki şəxslərin
təsərrüfat fəaliyyətinin
qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və
məqsədli proqramlar
əsasında formalaşır.[17]
2. Bələdiyyələr dövlət
büdcəsindən dotasiya nəzərdə tutulan yerli
büdcə layihəsini tərtib edərkən müvafiq icra
hakimiyyəti orqanına mayın 1-dək lazımi hesablamalar
verirlər.
3.
Yerli büdcə layihəsinin tərtibi prosesi növbəti
büdcə ilinə 11 ay qalmış başlanır və
büdcə layihəsinin bələdiyyə iclasına
təqdim edildiyi günədək davam edir. Yerli büdcə
layihəsinin tərtibinə və bələdiyyə
iclasına təqdim edilməsinə bələdiyyə
sədri cavabdehdir və bu məqsədlə o,
bələdiyyənin daimi və başqa komissiyalarını,
bələdiyyə qulluqçularını və
mütəxəssisləri cəlb edə bilər.[18]
1. Növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir.[19]
2.
Növbəti büdcə ili üzrə yerli büdcənin
layihəsi bələdiyyə iclasında cari ilin dekabr
ayının 20-dən gec olmayaraq təsdiq edilir.[20]
3. Növbəti maliyyə ili
üçün dövlət büdcəsindən dotasiya
nəzərdə tutulan yerli büdcənin layihəsi cari ilin
dekabr ayının 25-dən gec olmayaraq bələdiyyənin
qərarı şəklində təsdiq edilir.
4. Təsdiq edilmiş yerli büdcə
bələdiyyənin qərarı ilə
dəqiqləşdirilə bilər.
1. Bələdiyyələr dövlət
büdcəsindən alınmış məqsədli
vəsaitlər istisna olmaqla, yerli büdcənin icrası
prosesində mədaxil və məxaric maddələrində
büdcə təsnifatı üzrə təsdiq edilmiş
təxsisat həddində dəyişikliklər apara
bilərlər.
2. Yerli büdcələrin icrası
zamanı qəbul edilmiş öhdəliklər üzrə
əməliyyatlar büdcə ili qurtardıqda başa
çatır və istifadə olunmayan vəsait
bələdiyyələrin sərəncamında qalır.[21]
3. Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar.[22]
Əgər bələdiyyə
büdcəsinin icrası prosesində mədaxil
mənbələri üzrə daxil olan vəsait azalarsa və
bu, kəsrin son həddi aşmasına gətirib çıxararsa,
məxaricin ixtisarı mexanizmi tətbiq edilə bilər.
Məxaricin ixtisarı müdafiə olunmuş maddələr
istisna olmaqla, büdcənin bütün maddələri
üzrə məxaricin mütənasib surətdə
azaldılmasından ibarətdir.
1. Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir. Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.[23]
2. Qanunvericilik və icra hakimiyyəti
orqanlarının bələdiyyələrə verdikləri
səlahiyyətlərin həyata keçirilməsi
üçün maliyyə vəsaitindən istifadəyə
həmin orqanlar nəzarət edirlər.
1. Bələdiyyələr öz
maliyyəsinin təşkili işini həm müvafiq
bələdiyyə ərazisində, həm də onun
hüdudlarından kənarda fəaliyyət göstərən
Azərbaycan Respublikasının rezidenti olan kredit
təşkilatları ilə qarşılıqlı
əlaqədə yerinə yetirirlər.
2. Bələdiyyələrlə kredit
və sığorta təşkilatları arasında
qarşılıqlı münasibətlər müqavilə
əsasında həyata keçirilir.
3. Bələdiyyələrin
qanunvericiliklə müəyyən edilmiş qaydada:
3.1. özünün hesablaşma və kassa əməliyyatlarının aparılması üçün müvəkkil bankı seçmək və xəzinədarlığı yaratmaq və ya yerli büdcənin kassa icrasını qanunvericiliyə uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə həyata keçirmək;[24]
3.2. Azərbaycan Respublikasının
rezidenti olan banklardan və digər kredit
təşkilatlarından qısamüddətli və
uzunmüddətli kreditlər almaq;
3.3. bələdiyyə
mülkiyyətində olan obyektlərin, bələdiyyə
qulluqçularının sığortalanması haqqında
qərar qəbul etmək hüququ vardır.
4. Kredit təşkilatları
qarşısında bələdiyyələrin
öhdəlikləri üzrə dövlət məsuliyyət
daşımır.
Bələdiyyələrin vergi xidməti
orqanları formalaşanadək bu Qanunun 7-ci maddəsinin 1-ci
bəndində göstərilən vergi və
ödənişlərin yığılması və yerli büdcələrə
köçürülməsi bələdiyyələrin
müraciəti əsasında bağlanılan müqavilə
və dövlət vergi xidməti orqanları tərəfindən
həyata keçirilir.
2000-ci ildə yerli büdcələrə
dotasiyalar "Azərbaycan Respublikasının 2000-ci il
dövlət büdcəsi haqqında" Qanunun 11-ci
maddəsinə uyğun olaraq verilir.
Azərbaycan
Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Bakı
şəhəri, 7 dekabr 1999-cu il
¹ 772-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə
736)
2.
23 aprel 2002-ci il tarixli 312-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə
242)
3.
9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 202)
4.
30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 2, maddə
62)
5.
23 oktyabr 2007-ci il tarixli 466-IIIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1082)
6.
12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
173)
7.
25 oktyabr 2011-ci il tarixli 216-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, ¹ 278, “Azərbaycan”
qəzeti, 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə 1075)
8.
16 dekabr 2014-cü il tarixli 1146-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti,
5 fevral 2015-ci il, ¹ 027,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
2, maddə 86)
9.
14 oktyabr
2016-cı il tarixli 351-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2016-cı
il, ¹ 270, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11,
maddə 1779)
10.
7 aprel 2017-ci il tarixli 582-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 may 2017-ci
il, ¹ 108, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə
708)
11.
31 may 2017-ci il tarixli 709-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci
il, ¹ 155, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə
1270)
12.
15 dekabr 2017-ci il tarixli 951-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 yanvar
2018-ci il, ¹ 15,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
1, maddə 21)
13.
1 oktyabr 2018-ci il tarixli 1259-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 noyabr 2018-ci
il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
11, maddə 2195)
14.
30 oktyabr 2018-ci il tarixli 1309-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 noyabr
2018-ci il, ¹ 261, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹ 11, maddə 2219)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 9 mart
2004-cü il tarixli 603-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 4, maddə 202) ilə 2-ci maddədə
"Dövlət büdcəsi
haqqında" sözləri "Büdcə sistemi haqqında" sözləri ilə əvəz edilmişdir.
[2] 9 mart
2004-cü il tarixli 603-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 4, maddə 202) ilə 4-cü maddənin 2-ci bəndində "bu Qanuna müvafiq"
sözləri "qanunvericiliyə
uyğun"
sözləri ilə əvəz edilmişdir.
[3] 9 mart 2004-cü il
tarixli 603-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 4, maddə 202) ilə 6-cı maddənin 1.1-ci yarımbəndində "istehsal" sözündən
sonra "və xidmət"
sözləri əlavə edilmişdir.
[4] 9 mart 2004-cü il
tarixli 603-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 4, maddə 202) ilə 6-cı maddənin 4-cü bəndində "statistika orqanlarına"
sözlərindən sonra "və
müvafiq icra
hakimiyyəti orqanına" sözləri əlavə
edilmişdir.
[5] 14 oktyabr 2016-cı il
tarixli 351-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2016-cı il, ¹ 270, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016-cı il, ¹ 11, maddə 1779) ilə 7-ci maddənin 1.1-ci bəndi
yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1.1. fiziki
şəxslərdən torpaq vergisi;
[6] 23
aprel 2002-ci il tarixli 312-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 242) ilə 7-ci maddənin 1-ci
bəndinin 1.5-ci yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1.5. küçə
(divar) reklamının yerləşdirilməsi və
yayımı üçün ödəniş;
31 may 2017-ci il
tarixli 709-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, ¹ 155, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 7, maddə 1270) ilə 7-ci maddənin 1.5-ci
bənddə “küçə
reklamlarına” sözləri “açıq
məkanda reklama” sözləri ilə əvəz edilmişdir.
1 oktyabr 2018-ci il tarixli 1259-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 noyabr 2018-ci il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
11, maddə 2195) ilə 7-ci maddənin 1.5-ci
bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1.5.
bələdiyyə mülkiyyətində olan torpaqlarda,
binalarda və digər obyektlərdə yerləşdirilən
açıq məkanda reklama
görə ödəniş;
[7] 23
noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 12, maddə 736) ilə 7-ci maddənin 1-ci
bəndinin 1.6-cı yarımbəndindən "vergi və" sözləri
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
1.6. kurort
rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları
üçün rüsum və qanunla müəyyən
edilən digər yerli vergi və ödənişlər;
15 dekabr 2017-ci il tarixli 951-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 yanvar
2018-ci il, ¹ 15,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
1, maddə 21) ilə 7-ci maddənin 1.6-cı
yarımbəndinə “avtomobillərin
dayanacaqları üçün rüsum”
sözlərindən sonra “,
bələdiyyə yollarında təşkil edilmiş
parklanma yerlərindən daxil olan vəsait” sözləri
əlavə edilmişdir.
[8] 9 mart 2004-cü il
tarixli 603-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 4, maddə 202) ilə 7-ci maddənin 1.7-ci
yarımbəndində "dotasiya
və subvensiyalar" sözləri "dotasiya, subvensiya
və ssudalar" sözləri ilə əvəz
edilmişdir.
[9] 1 oktyabr 2018-ci il tarixli 1259-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 noyabr 2018-ci il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
11, maddə 2195) ilə 7-ci maddənin 1.8-ci
bəndində “və
icarəyə” sözləri “,
icarəyə və istifadəyə” sözləri ilə
əvəz edilmişdir.
[10] 9 mart 2004-cü il
tarixli 603-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 4, maddə 202) ilə 7-ci maddəyə 1.11-ci yarımbənd əlavə
edilmişdir.
[11] 23 aprel 2002-ci il
tarixli 312-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 5, maddə 242) ilə 7-ci maddənin 2-ci
bəndində "1.1-1.6-cı"
rəqəmləri "1.1-1.4-cü,
1.6-cı" rəqəmləri ilə əvəz
edilmiş və həmin bəndə ikinci cümlə
əlavə edilmişdir.
9 mart 2004-cü il
tarixli 603-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 4, maddə 202) ilə 7-ci maddənin 2-ci bəndindən "aşağı və"
sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Bu maddənin
1.1-1.4-cü, 1.6-cı yarımbəndlərində
göstərilən yerli vergi və ödənişlərin
hesablanması, ödənilməsi və
güzəştlərin verilməsi qaydası, habelə
dərəcələrinin aşağı və yuxarı
həddi qanunla müəyyən edilir, tətbiqinin
zəruriyyəti və konkret dərəcələri isə
bələdiyyələrin qərarları ilə
müəyyənləşdirilir. Bu maddənin 1.5-ci
yarımbəndində göstərilən bələdiyyə
mülkiyyətində olan torpaqlarda, binalarda və digər
obyektlərdə küçə reklamının
yerləşdirilməsi, yayımı və reklam tarifi
zonaları üzrə ödənilən haqqın minimum
miqdarının hesablanması qaydaları "Reklam
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
nəzərdə tutulmuş qaydada müəyyən olunur,
konkret dərəcələri isə
bələdiyyələr tərəfindən
müəyyənləşdirilir.
16
dekabr 2014-cü il tarixli 1146-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 5 fevral
2015-ci il, ¹ 027, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 2, maddə
86) ilə
7-ci maddənin 2-ci bəndinə yeni məzmunda
üçüncü cümlə əlavə edilmişdir.
31 may 2017-ci il
tarixli 709-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2017-ci il, ¹ 155, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 7, maddə 1270) ilə 7-ci maddənin
2-ci
hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Bu maddənin 1.5-ci
yarımbəndində göstərilən bələdiyyə
mülkiyyətində olan torpaqlarda, binalarda və digər
obyektlərdə küçə reklamının yerləşdirilməsi,
yayımı və reklam tarifi zonaları üzrə
ödənilən haqqın minimum miqdarının
hesablanması qaydaları "Reklam haqqında"
Azərbaycan Respublikasının Qanunu ilə
nəzərdə tutulmuş qaydada müəyyən olunur,
konkret dərəcələri isə
bələdiyyələr tərəfindən
müəyyənləşdirilir.
1 oktyabr 2018-ci il tarixli 1259-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 noyabr 2018-ci il, ¹ 253,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
11, maddə 2195) ilə 7-ci maddənin 2-ci
hissəsinin ikinci cümləsində “torpaqlarda, binalarda və digər obyektlərdə
açıq məkan reklamına görə
ödənilən haqqın” sözləri “daşınmaz əmlak
üzərində reklam daşıyıcısının
yerləşdirilməsi ilə bağlı ödənişin”
sözləri ilə əvəz edilmişdir.
[12] 23
noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci
il, ¹ 12, maddə 736) ilə 7-ci maddənin 3-cü
bəndindən "vergi və"
sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
3.
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada
bələdiyyələr yerli əhəmiyyətli
məsələlərin maliyyələşdirilməsi
üçün bu maddənin 1.6-cı yarımbəndində
göstərilən yerli vergi və ödənişlər,
habelə könüllü birdəfəlik
ödənişlər barədə qərarlar qəbul
edə bilərlər. Könüllü birdəfəlik
ödənişlər barədə qərarlar
nəticəsində əldə olunan vəsait yalnız
məqsədli təyinatı üzrə istifadə olunur.
[13] 23 oktyabr 2007-ci il
tarixli 466-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1082) ilə 8-ci
maddəsinin 2-ci bəndinə yeni məzmunda
üçüncü abzas əlavə edilmişdir.
30 oktyabr
2018-ci il tarixli 1309-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 noyabr 2018-ci il, ¹ 261, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2219) ilə 8-ci maddənin 2-ci bəndinin
üçüncü abzasında “Bələdiyyələrin ərazisində”
sözləri “Bələdiyyələrin
ərazisində qəbiristanlıqların salınması,
saxlanılması, qorunması, idarə olunması,
abadlaşdırılması və bələdiyyələrin
ərazisində” sözləri ilə əvəz
edilmişdir.
[14] 12 fevral 2010-cu il
tarixli 954-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il,
¹ 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 173) ilə 8-ci maddənin 2-ci
bəndinə dördüncü və beşinci abzaslar
əlavə edilmişdir.
[15] 9 mart 2004-cü il
tarixli 603-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 4, maddə 202) ilə 8-ci maddənin 3-cü
bəndində "dotasiya"
sözündən sonra "subvensiya
və ssuda" sözləri əlavə edilmiş,
"proqnozlaşdırılması"
sözü "hesablanması"
sözü ilə əvəz edilmişdir.
[16] 9 mart 2004-cü il
tarixli 603-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 4, maddə 202) ilə 8-ci maddənin 4-cü
bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada
deyilirdi:
4.
Dotasiyanın maksimum həddinin hesablanmasında dövlət
büdcəsinin proqnozunda xərc normativləri və
ərazin respublika maliyyə resurslarının
formalaşmasında xüsusi çəkisi nəzərə
alınır.
[17] 9 mart 2004-cü il
tarixli 603-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 4, maddə 202) ilə 9-cu maddənin 1-ci
bəndi yeni redaksiyada
verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
1. Yerli
büdcənin layihələri müəssisələrin cari
və perspektiv təsərrüfat fəaliyyətinin
qiymətləndirilməsi ilə bələdiyyələrin
ərazi sosial-iqtisadi proqnozları və məqsədli
proqramlar əsasında formalaşdırılır.
[18] 30
dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 2, maddə 62) ilə 9-cu maddəyə 3-cü bənd
əlavə edilmişdir.
[19] 30 dekabr 2004-cü
il tarixli 819-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 2, maddə 62) ilə 10-cu maddənin 1-ci bəndi yeni redaksiyada
verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
1. Yerli büdcə layihəsinin
müzakirəsi və təsdiqi qaydası
bələdiyyənin nizamnaməsi ilə müəyyən
edilir.
[20] 30 dekabr 2004-cü
il tarixli 819-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 2, maddə 62) ilə 10-cu maddəyə yeni 2-ci bənd əlavə
edilmişdir. Maddənin əvvəlki 2-ci və 3-cü
bəndləri müvafiq olaraq 3-cü və 4-cü
bəndlər hesab edilmişdir.
[21] 9 mart 2004-cü il
tarixli 603-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 4, maddə 202) ilə 11-ci maddənin 2-ci bəndi
yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2. Yerli büdcələrin
icrası zamanı qəbul edilmiş öhdəliklər
üzrə əməliyyatlar büdcə ili qurtardıqdan
sonra bir ay ərzində başa çatdırılır. Bu
müddət ərzində istifadə olunmayan vəsait
Azərbaycan Respublikasının qanunvericiliyinin
dəyişdirilməsi halları istisna olmaqla
bələdiyyələrin sərəncamında qalır.
[22] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 202) ilə 11-ci maddənin 3-cü bəndində
"hesabatı"
sözü "illik hesabatı"
sözləri ilə əvəz edilmişdir.
12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, ¹ 63, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
173) ilə 11-ci maddənin 3-cü bəndində “təsdiq
edir və öz əhalisinə çatdırırlar”
sözləri “təsdiq edir və yerli əhalini
tanış etmək məqsədi ilə həmin hesabatı
müxtəlif vasitələrlə (elan, bülleten,
vərəqə, yerli mətbuat, internet saytı və s.)
onlara çatdırırlar” sözləri ilə
əvəz edilmişdir.
25 oktyabr 2011-ci il tarixli
216-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il,
¹ 278, “Azərbaycan” qəzeti, 25 dekabr 2011-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1075) ilə 11-ci maddəsinin 3-cü hissəsi yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
3.
Bələdiyyələr öz nizamnaməsində
müəyyən edilmiş qaydada yerli büdcənin
icrası haqqında illik hesabatı təsdiq edir və yerli əhalini tanış etmək
məqsədi ilə həmin hesabatı müxtəlif
vasitələrlə (elan, bülleten, vərəqə, yerli
mətbuat, internet saytı və s.) onlara
çatdırırlar.
[23] 30 dekabr 2004-cü
il tarixli 819-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 2, maddə 62) ilə 13-cü maddənin 1-ci bəndi yeni redaksiyada
verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
1. Yerli
büdcənin icrasına, o cümlədən sərf
edilən vəsaitin təsdiq edilmiş büdcə
göstəricilərinə uyğunluğuna
bələdiyyə nəzarət edir və bu
məqsədlə müstəqil auditorları cəlb
etmək hüququna malikdir.
7 aprel 2017-ci il
tarixli 582-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 may 2017-ci il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 5, maddə 708) ilə 13-cü maddəsinin 1-ci
bəndinə ikinci cümlə əlavə edilmişdir.
[24] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4,
maddə 202) ilə 14-cü
maddənin 3.1-ci yarımbəndində "xəzinədarlığı yaratmaq"
sözlərindən sonra "və ya yerli büdcənin kassa icrasını
qanunvericiliyə uyğun olaraq dövlət
xəzinədarlığı vasitəsilə həyata
keçirmək"
sözləri əlavə edilmişdir.